Tərkibi
3 ədəd böyük boy soğan
Yarım çay stəkanı zeytunyağı
1 şorba qaşığı bibər pastası
1 şorba qaşığı tomat pastası
1 şirin qaşığı duz
Acı pulbiber (arzuya görə
Xəmir üçün:
1 çay stəkanı zeytunyağı
2 şorba qaşığı kərə yağı
1 çay stəkanı qatıq
2 ədəd yumurta
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
Yarım paket yaş maya (21 qram)
Aldığı qədər un
Üzərinə:
Küncüt
Hazırlanması
Unun içinə mayanı əlavə edin. Digər vəsaitlərlə birlikdə 10-15 dəqiqə qatığı qarışdırın. Üzərini bir bezlə örtərək yarım saat gözlədin.
Bu arada soğanları kiçik kiçik doğrayın və zeytunyağında soteleyin. Tamat və duz əlavə edib, sotelemeye davam edin.
Pulbiber əlavə edib qarışdırın və ocaqdan alın. Dinlənən xəmiri əlinizlə basdıraraq soba nimçəsinə döşəyin.
Soğanlı xərci xəmirin üzərinə yayın.
Üzərinə bol miqdarda küncüt səpib, əvvəldən isidilmiş 200 dərəcəli sobada, küncütlər qızarana qədər bişirin.
Isti ya da soyuq olaraq xidmət edin.