Lady_rap

Lady_rap

Üye
08.09.2009
Üsteğmen
21.713
Hakkında

  • Qənirə Paşayeva - Qarabağ şeiri

    Qarabağım!
    Güneyliyik, Quzeyliyik,
    Təbrizdənik, Bakındanıq,
    Borçalıdan, Dərbənddənik,
    Anadolu, Kərkükdənik.
    Türküstandan, Altaydanıq
    Fərqi yoxdur biz hardanıq,
    Fərqi yoxdur biz hardayıq,
    Uzaqdayıq, yaxındayıq.
    Biz hamımız üzümüzü
    sənə tutduq!
    Biz hamımız sözümüzü
    sənə tutduq!
    Sözümüzdə səni tutduq!

    Qarabağim!
    Heç qalarmı günah yerdə?!
    Qalmayacaq bu ah yerdə!
    Qalmayacaq bu qan yerdə!
    Qarabağım yad əllərdə!
    Qarabağım düşmən əldə!

    Öləcəyik sənin üçün, Qarabağım!
    Qanımızdır sənə fəda, Qarabağım!
    Öləcəyik sənin üçün, Qarabağım!
    Canımızdır sənə fəda, Qarabağım!

    Qəm yeməynən,
    Keçəcəkdir acı günlər,
    Qəm yeməynən,
    Bitəcək xarı bülbüllər,
    Ötəcək sarı bülbüllər.
#05.06.2014 07:31 0 0 0
  • Azərbaycan adətləri - Toy adətləri

    Fətirüstü
    Kənd yerlərində toy şənliklərinə 3-4 gün qalmış, yuxaüstü günü münasibətilə qız evinə yığışan qadınlar toy süfrəsi üçün fətir, yuxa və digər çörəkləri bişirirlər. Bu zaman oğlan evindən bir dəstə qadının başda bəy oğlanın anası olmaqla, qızgilə gəlib çörək bişirənlərə xələtlər paylayarlar.

    Bəzi yerlərin şivə dilində isə bu ad elə "yuxa günü" mərasiminin öz adıdır. Artıq qız evində toy tədarükü görülür, qab-qacaq yığılaraq düzülür. Səhər tezdən ocaqlar qalanır, qadınlar fətir bişirməyə başlayırlar. Cavan qızlar fətir bişirənlərə qulluq edirlər.

    Oğlan evindən də başda oğlanın anası olmaqla bir qrup qadın qız evinə gəlirlər. Fətir bişirənlərə xələt verirlər. Axşam heyvan kəsilir, cavanlar yığılıb içalat kababı bişirir, "baş-ayaq asırlar".

    Mağar qurulur, oturacaqları, çıraqları düzürlər. Mağarı xalça-palazla bəzəyirlər. Sabah üçün bütün işləri gecədən görüb qurtarırlar.

    Çörəkbişirdi
    Toy günündən üç gün qabaq təcrübəli qadınlar, qız-gəlinlər yığışıb oğlan və ya qız evinə "çörəkbişirdi"yə gəlirlər.

    Xəmir yoğrulur, kündə kəsilir, yuxa, lavaş bişirilir. İlk bişən çörək oğlan və qız anasına verilir. "Süfrəniz bərəkətli, çörəyiniz isti olsun" deyilir.

    Paltarbiçdi
    Toydan qabaq qız evində "paltarbiçdi" adlı toy mərasimi keçirilir. Burada ancaq qadınlar – oğlanın anası, bibisi ( bəzi bölgələrdə "mama" deyirlər), xalaları, bacıları iştirak edirlər. Bu məclisdə ancaq qadınlar iştirak edirlər. Paltarbiçdidə gəlinin adına alınmış bütün hədiyyələr oğlanın bacısı tərəfindən bir-bir məqsim iştirakçılarına göstərilir. Bu mərasimin əsas məzmunu oğlan tərəfindən alınmış toyluq parçaların qız evinə aparılmasıdır.

    Adətən paltar aparılarkən özləri ilə birlikdə geyim əşyaları və biçib-tikməyi bacaran bir nəfər qadın da götürülür. Paltar biçərkən həmin qadın mütləq qayçını parçaya toxundurur və qayçının kəsmədiyini elan edir. Oğlanın anasından "qayçı kəsdi" pulunu aldıqdan sonra geyimləri biçməyə başlayır. Nəyi göstərirlərsə, məclis əhli hamısına "Allah xeyir versin", "Oğullu-qızlı olsunlar", "Qoşa qarısınlar" və s. xeyir-duaları verirlər. Qız anası paltarları göstərənə hədiyyə verir.

    Qohum-əqrəba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatlardan götürərlər. Qızın bacısı isə cehizi göstərir. Daha sonra cehizlər oğlan evinə aparılır və gəlin otağı bəzədilir. Mərasimin sonunda burada iştirak edənlərə yemək verilir və onlardan "nəmər" toplanır. Bu pullar yeni evlənənlərə çatdırılır.

    Ev bəzəyən qızlara oğlan anasından xələt verilər, stol açılar, hamı yeni evlənənlərə xoşbəxtlik diləyir.

    Qız şahı
    Toyu olan qızın bacılığı bir qayda olaraq "şax" qaldırır. Şaxqaldırma geniş yayılmış bir adətdir. Taxtadan düzəldilmiş lövhənin üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş noğul və s. bəzədilir. Onu bəzəmək xüsusi zövq tələb edir. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən ona "şax" qaldırır.

    Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya bacılığıgilə gəlirlər. Yeyilər, içilər və oynayarlar. Axşam təxminən saat 9:00-da, oğlan evindən cavanlar qız şaxına gəlirlər . Mərasimə bəy və qardaşlıq gəlirlər. Həyətdə "lopa" yandırır, tonqal qalayır və oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata qız evinə gəlirlər. Qız evində də yeyib-içib şənlənirlər.
#05.06.2014 07:29 0 0 0
#05.06.2014 07:22 0 0 0
#05.06.2014 07:21 0 0 0
#04.06.2014 18:00 0 0 0
#04.06.2014 17:58 0 0 0
#04.06.2014 14:31 0 0 0
#04.06.2014 13:24 0 0 0
#04.06.2014 13:13 0 0 0
#04.06.2014 13:08 0 0 0
#04.06.2014 12:32 0 0 0
#04.06.2014 12:09 0 0 0
  • Konu: Yay kotleti


    Tərkibi:
    50 qr.qoyun əti
    50 qr. mal əti
    1 ədəd badımcan
    1 ədəd pomidor
    1 ədəd bibər
    100 qr. holland pendiri
    100 qr.qoz
    1 ədəd baş soğan
    Cəfəri, rehyan, duz-istiot zövqə görə

    Hazırlanması:
    Tərəvəzlər sobada kabab şəklində bişirilir, qabıqları soyulur, xırda-xırda doğranılır. Ət soğan çəkilir, üzərinə duz-istiot əlavə olunur, qarışdırılır, küftə formasına salınır və əvvəlcədən hazırladığımız qarışıq içinə doldurulur. Üzərinə sürtkəcdən keçirilmiş holland pendiri səpilir və 200 dərəcədə 15 dəqiqə bişirilir.
#04.06.2014 11:00 0 0 0
  • “Mən” adlandırdığımız və hər zaman, aldığımız son nəfəsə qədər sahibləndiyimiz varlıq əslində sadəcə ət yığınıdır. Biz bu varlığa nə qədər sahib çıxsaq da, onu sonsuzlaşdırmaq istəsək də, ruh baş alıb bədəni tərk edəndə “Mən” dediyimiz varlıq bir yerə yığılıb qalır. Deməli, belə çıxır ki, bütün bədənə hakim olan əslində bizim ruhumuzdur.

    İndi sizlə bölüşəcəyim fikirlərim bir az bədii, metaforik səslənə bilər, amma sizi inandırım ki, dediklərimdə həqiqət var. Yəni məcazi mənada deyil, sözün əsl mənasında hüceyrələrimiz sadəcə qanla qidalanmırlar, sevgi də qan qədər həyati bir ehtiyacdır. Eləcə də ruhumuz hüceyrələrimiz kimi iman və sevgi ilə qidalanır. Ruhumuz sevgini yanacaq kimi istifadə edərək həm hüceyrələrimizi, həm də ki, bədənimizi qidalandırır. Canlı və gümrah saxlayıb, həyatda qalmalarını təmin edir və əlbəttə bütün bunları özbaşına deyil Allahın iradəsi və icazəsi ilə edir.


    Yolda gedərkən, bəzən iş yerində, bəzən televizor izləyərkən insanları müşahidə etsəniz, xüsusən gözlərinə diqqətlə baxsanız, böyük əksəriyyətinin sevgisiz və bomboş baxdığını görərsiniz. Həsəd, qısqanclıq, inamsızlıq, riyakarlıq, gələcək qorxusu, Allaha təslimiyyətsizlik - bu saydığım mənfi xüsusiyyətlər hamısı birləşəndə insanda elə böyük gərginlik yaranır ki, buna da nə göz, nə ruh, nə də bədən dözə bilir. Təbii olaraq insanın hüceyrələri də üsyan edir. Baxışı, səsi, səhhəti, məntiqi - hamısı pozulur. Həyatdan zövq ala bilmir, insanlara qəzəb və nifrət duymağa başlayır.

    Sırf həvəslərinə, istəklərinə uyaraq sevgisizliyi yaşayan bu insanların zombilərdən heç bir fərqləri olmur. Gəzən ölü kimi yaşayırlar. Həm özlərinə, həm də ətraflarına maddi, mənəvi zərər verirlər. Belə adamların baxışları eynilə ölü balığın baxışı kimi donuq olur. Sevgisiz, ruhsuz, sanki robotlaşmış kimi...


    Sevgisiz bir həyat olarmı? Sevgi olmayanda insanın fitrəti pozulur, ruhu məhv olur, bacara bilmir nə özü ilə, nə də həyatla. Sahib olduğu bədənindən xilas olmaq istəyir. İstədikləri xoşbəxtliyi yanlış yollarda axtaran bu insanlar bir mənada ruhlarını öldürərək zamanla əsəbi və bədəni korlanaraq yaşamağa davam edirlər. Bu zehniyyətə və dünyagörüşə malik olan şəxslərin bir müddət sonra əti, sümüyü çürüyür, saçı zəifləyir, səhhəti pozulur, ağlı gedir, zehni uyuşur. Yaşadığı sevgisizlk hüceyrələrini öldürüb zəhər təsiri yaradır. Ən sağlam bədən belə bu sevgisizliyə dözmür. Beyninin funksiyaları pozulur və hətta insan düşünmə qabiliyyətini belə itirir.

    Sevgisiz və imansız insanlar heç bir şeydən zövq almır, ətrafındakı nemətləri görə bilmir. Etdikləri tək şey içlərindəki sıxıntıdan xilas olmağa çalışmaq olur. İman gedəndə, sevgisizlik bütün bədəni mühasirəyə alıb insanın şüurunu çökdürür.


    Qısacası, sevgisizlik və imansızlıq insanların hüceyrələrini öldürür, qanını dondurur, ağlını örtür. Belə insanların yaratdığı cəmiyyətdə sevgi, hörmət qalmır, sənət ölür, demokratiya yox olur, iqtisadiyyat məhv olur. Başqa cür belə ifadə edə bilərəm ki, dünyadakı bütün sıxıntıların əsas səbəbi sevgisizlikdir...

    Sevgisiz insanlar yaşadığı cəmiyyəti və ölkəni - bütün dünyanı iflic edir. O halda hüceyrələrimizi sadəcə qanla deyil, sevgi və imanla bəsləyək.
#04.06.2014 10:57 0 0 0
  • Qənirə Paşayeva - Qarabağ şeiri

    Qarabağ düşmən əllərdə!
    Duysun düşmən, bilsin hamı:
    Qalmayacaq bu ah yerdə!
    Qalmyacaq qan yerdə!
    Qarabağım yad əllərdə!
    Qarabağım düşmən əldə!

    Dönəcəyik evimizə,
    Dönəcəyik yurdumuza,
    Sökəcəyik biz bu yolda,
    Qarşımızda hər nə varsa,
    Dönəcəyik Qarabağa!

    Qarabağım!
    Anam mənim, canım mənim,
    Balam mənim, yarım mənim.
    Duyurmusan bu səsləri:
    Milyonlarla övladının
    Yer üzünün hər yanından
    Sən Qarabağ nərəsini, haqq səsini?!

    Harda olsaq fərqi yoxdur
    Qibləmizsən, xan Qarabağ!
    Harda olsaq fərqi yoxdur,
    Səninləyik, can Qarabağ!
    Sən canımız, sən qanımız,
    Sən ən qutsal amalımız,
    Sən ən böyük sevdamızsan,
    can Qarabağ!
#04.06.2014 10:55 0 0 0
  • Konu: Sevdiyim

    Qürur bizi qoymadı bir yaşıyaq
    Bir sözümlə həyatımnan silindi
    İnnən belə mümkün deyil qovuşaq
    Sevdiyim bir başqasına yar oldu

    Dedi elçi gəlib,tez gəl nə olar
    İnanmadım,nə biləydim düz olar
    Yalan düşündüyüm doğru söz olar
    Sevdiyim bir başqasına yar oldu

    Ağlımdadi heç cür çıxası deyil
    Olanlar yarımın xatası deyil
    Talehim qaradı baxası deyil
    Sevdiyim bir başqasına yar oldu

    Eşq acısın yalnız çəkən bilərdə
    Yaşıyıram həyatımı kədərdə
    Sevərək ayrılmaq varmış qədərdə
    Sevdiyim bir başqasına yar oldu

    Muxtarov Araz...
#04.06.2014 10:53 0 0 0
  • Konu: Kaş ki
    Şeirler - Azerbaycanca Şeirler

    Kaş ki, ağlayan deyildə, ağladan olaydım
    Kaş ki, unudulan deyildə, unudan olaydım
    Kaş ki, həmişə bağışlayan deyildə, bağışlanan olaydım
    Kaş ki, zülm çəkən deyildə, zülm edən olaydım
    Kaş ki, düşünən deyildə, düşünülən olaydım
    Kaş ki, qəlbi sınan deyildə, sındıran olaydım
    Kaş ki, pislik görən deyildə, pislik edən olaydım
    Kaş ki, xəyal quran deyildə, xəyal qurduran olaydım
    Kaş ki, sevirəm dedikdə dili tutulan deyildə, tutduran olaydım
    Kaş ki, onsuzluqda ölmək istəyən deyildə, o istəyi ona yaşadan olaydım
    Kaş ki, onun üçün dəli olan deyildə, dəli edən olaydım
    Kaş ki... Kaş ki, həmişə gözləyən deyildə, gözlədən olaydım
    Kaş ki, sevgisi üçün hər dəliliyi edən deyildə, etdirən olaydım
    Kaş ki, hər gecə yuxusuz qalan deyildə, yuxusuz qoymağı bacaran olaydım
    Kaş ki, qısqanclıqdan ölən deyildə, qısqandıran olaydım
    Kaş ki, hər saniyəmi onunla olmaq istəyən deyildə, istədən olaydım
    Kaş ki, hər musiqi dinlədikdə onu xatırlayan deyildə, xatırlanan olaydım
    Kaş ki, ölmək istəyən deyildə, dərdimdən öldürən olaydım
    Kaş ki, sevgim qarşısında bu qədər zəif deyildə, birazca güclü olaydım...
#04.06.2014 10:52 0 0 0
  • Iyunun 2-də axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

    Bölgədə küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb. İyun ayında həmin ərazilərə qarın yağması iqlim şəraitinə xarakterik deyil.

    Güclü külək bölgədə bir sıra problemlər də yaradıb. Belə ki, gecə saatlarından Şəki və Qax rayonlarının bəzi yaşayış sahələrinə elektrik enerjisinin nəqli dayandırılıb.
#04.06.2014 10:49 0 0 0
  • Əhməd Ələsgərov


    "Neftçi”yə SSRİ tarixində yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərovun səhhətində ciddi problem yaranıb.

    Ukraynanın Odessa şəhərində olan 79 yaşlı mütəxəssisin yaddaşı tamamilə sıradan çıxıb.

    Hətta onun yataq xəstəsi olduğu və ömrünün sonuna sayılı günlərin qaldığı bildirilir. Bütün bunlarla əlaqədar Ələsgərovla əlaqə saxlamaq mümkün olmayıb. Belə ki, onun evinə və mobil telefonuna etdiyi çoxsaylı zənglərə cavab verən olmayıb.

    Əvəzində qocaman mütəxəssisin ailəvi dostu Fərəməz Əsədov Ələsgərovun səhhəti barədə danışıb. Əsədov dostunun telefon zənglərinə cavab vermədiyini və yaddaşını tamamilə itirdiyini təsdiqləyib: "Ona dünən zəng etmişdim. Amma həyat yoldaşı ilə danışdım. Vəziyyəti dəyişməz qalıb. Yaddaşı tamamilə itib. Heç kimi tanımır. Ancaq yemək-içməyində heç bir problem yoxdur. Səhhətində digər nasazlıqlar da müahidə olunmur".

    Qeyd edək ki, Ə.Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra 1955-1965-ci illər ərzində Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.

    Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb və özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

    O, Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisidir, Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi olub.
#04.06.2014 10:46 0 0 0