N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

#21.05.2020 18:17 0 0 0
  • noimage

    Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu varlı oğlan gənc bir qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi. Onun bir əli şikəst idi. Bunu görən qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər.

    Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir:
    — İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver.
    Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxt ilə çox adlı-sanlı adam idi. Lakın o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qaldı. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danışır.

    — Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim. Bir dilənçi gəldi, məndə ona bir toyuq verdim, içinədə qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik şəhərdən qovub əlimi kəsdi.
    Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda oğlan belə deyir:
    — Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsiylə mən varlandım.

    alıntı
#10.05.2020 22:26 0 0 0
  • noimage

    Azərbaycan Respublikasında koronavirus infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına 2519 nəfərin yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb.

    alıntı..
#10.05.2020 21:10 1 0 0
  • Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib.

    noimage

    Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

    54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

    Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

    Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək, onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, xüsusən Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

    Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

    Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993-cü il), 853 (1993-cü il), 874 (1993-cü il) və 884 (1993-cü il) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

    Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən 700 mindən artıq köklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulmasının nəticələrinin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90 mindən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.

    Ermənistan, nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

    Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.

    Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.

    alıntı...
#10.05.2020 19:34 1 0 0
#14.04.2020 14:14 0 0 0
  • noimage

    Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. CoVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, 180-dən çox ölkə və ərazidə yayılıb.

    Dünya boyunca, virusun yayıldığı Çin də daxil 1,381,014 insan koronavirusa yoluxub. Ölənlərin sayı 78,269, sağalanların sayı isə 292,973 nəfərdir, martın 30-a olan məlumatlarda bildirilir.

    Bu xəstəlik nədir və özünüzü necə qoruya bilərsiniz? Bu videoda izləyin

    Sətəlcəm kimi başlayan yeni virus barədə nə məlumdur?
    Cinsi yolla keçən virus barədə bilməli olduğumuz 5 şey
    Uşaqlara vurulan bir neçə peyvənd bir inyeksiya ilə əvəzlənə bilər
    Koronavirusun simptomları nədir?

    Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər.

    Bu simptomların sizdə olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir.

    Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.

    Yaşlı insanlar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirə bilər.

    İnfeksiyanı tutmaq və simptomların özünü göstərməsi arasındakı zaman - inkubasiya dövrü 14 gün çəkə bilər, Dünya Səhiyyə Təşkilatı (WHO, ÜST) deyir.

    Lakin bəzi araşdırmaçılar bu dövrün 24 günədək davam edə biləcəyini qeyd edir.

    Nə yeyirsənsə, osan? Bununla razısınızmı?
    Özünüzü necə qoruya bilərsiniz?
    Əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır.


    noimage

    Koronavirusun insandan-insana necə yayılması hələ aydın deyil. Lakin oxşar viruslar hava-damcı yolu ilə keçir.

    Odur ki, asqırma və öskürmə zamanı ağız-burunu dəsmalla tutmaq, əlləri yumadan üzə-gözə vurmamaq və xəstə insanlarla yaxın əlaqədə olmamaq önəmlidir.

    Sizdə koronavirus olduğunu düşünürsünüzsə, nə etməli?
    Özündə respirator xəstəlik əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər.

    Koronavirusa görə yoxlanmaq istəyənlərə "ən yaxın klinika" yox, təcili yardım xidmət göstərir. Bunun üçün 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etmək lazımdır.

    Hazırda xəstəliyin geniş yayıldığı bölgələrdən gələnlər və ya onlarla təmasda olanlar, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olanlar analiz verməlidir.

    Ətraflı bu yazıda oxuyun: Azərbaycanda koronavirus analizi üçün hara müraciət etməli? 5 suala cavabda

    Nə qədər sürətli yayılır?
    Dünyaboyu hər gün xəstələnənlərin sayı artır. Lakin mütəxəssislər hesab edir ki, xəstələrin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır.

    Xəstəliyin episentri Çinin Uhan şəhərində yerləşır. Lakin artıq dünyanın 136 ölkə və ərazisində bu xəstəliyin olması təsdiqlənib.

    Xəstəliyin yayıldığı ilk günlərdə yoluxanların demək olar ki, hamısı Uhana səfər edənlər idi. İstisnanı Tailandda baş verən bir yoluxma halı təşkil edir. Burada yoluxmanın mənbəyi heyvan olub.

    Ölümcül virus: Azərbaycan sərhədini keçənlərdə virus əlamətləri "yoxlanılır"
    Nə qədər ölümcüldür?
    ÜST-ün 56 min pasiyent arasında apardığı sorğu nəticəsində aydın olub ki, yoluxanların hər beş nəfərindən dördündə simptomlar mülayim olur.

    Daha dəqiq, yoluxanların 80 faizində simptomlar yüngül, 14 faizində kəskin, 6 faizində isə kritik olub. Xəstəlikdən ölənlər 1-2 faiz təşkil edib, lakin bu məlumatlar dəqiq deyil.

    noimage

    Bunu qriplə müqayisə etsək, hər il bu xəstəlik 290 000-650 000 ölümə səbəb olur. Eynilə, hər il qripin kəskinliyi də artır.

    Hazırda müalicə çox sadə məsələyə - nəfəs sisteminə dəstək verməyə əsaslanır.

    noimage

    Lakin vaksin hazırlanması üzərində iş gedir və il sonunadək onun hazır olacağı güman edilir.

    Xəstəxanalar müalicə üçün təsirini yoxlamaq üçün anti-viral dərmanlardan da istifadə edir.

    Qrip vaksini ilə yumurtanın nə əlaqəsi var?
    Virusu necə dayandırmaq olar?
    Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir.

    Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.

    Əlavə olaraq, kütləvi toplaşmağa və səyahətə məhdudiyyətlər qoyula bilər.

    noimage

    Virus haradan gəlib?
    Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.

    Yeni virusların ortaya çıxması mütəmadi prosesdir.

    Bəzi hallarda bir müddət gözə dəyməyən virus heyvanlardan insana ötürülə bilər.

    "Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronavirusun heyvanlardan (insana) keçməsini görərik", - Nottingham Universitetinin virusoloqu professor Jonathan Ball deyir.

    Yarasalarda başlayan Şiddətli Kəskin Respirator Sindromu (SARS) palma pişiklərinə - onlardan isə insanlara keçdi.

    2002-ci ildə SARS 774 nəfərin ölümünə bais olmuşdu.

    "SARS yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. Amma biz belə xəstəlik növləri ilə mübarizə aparmağa daha çox hazırıq", - Wellcome Trust-dan doktor Josie Golding deyir.

    Öskürəndə və ya asqıranda otaqdan çıxmaq lazımdırmı?
    Azərbaycanda H3N2 virusu: qrip nə qədər təhlükəlidir?
    2012-ci ildə Yaxın Şərq tənəffüs sindromu (MERS) baş qaldırdı. O vaxtdan bəri bu xəstəliyə düçar olan 2,494 xəstədən 858-i vəfat edib.

    Lakin müntəzəm olaraq birhürgüclü dəvələrdən keçən yoluxma halları qeydə alınır.

    Hansı heyvandan ötürülüb?
    Heyvanların saxlanıldığı yer (virusun yayılmağa başladığı ilk məkan) aşkar edildikdən sonra problemin həlli xeyli asanlaşır.

    Koronavirus hadisələri Uhandakı cənubi Çin dəniz məhsullarının topdansatış bazarı ilə əlaqələndirilir.

    noimage

    Bəzi dəniz məməliləri (Ağ balina kimi) koronavirus daşıyıcısı ola bilər. Lakin böyük bir ehtimalla virusun daşıyıcısı bu bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub.

    Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?
    Virusların mütəmadi olaraq dəyişib inkişaf edəcəyini gözləmək olar. Ancaq bunun mümkün nəticələrini izah etmək daha çətindir.

    Yeni koronavirus bir canlıdan digərinə ötürülür. Mutasiya nəticəsində onun insandan insana keçməsi asanlaşa bilər. Həmçinin, xəstəliyin simptomları da kəskinləşə bilər. Bunlar alimlərin diqqət mərkəzində qalan məsələlərdir.

    Niyə Çin?
    Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar, Edinburgh Universitetindən Prof. Mark Woolhouse bildirir.

    "Növbəti alovlanmanın Çində və ya dünyanın bu hissəsində əmələ gəlməsi heç kimi təəccübləndirməyib".

    Həmçinin oxuyun:

    alıntı...
#12.04.2020 18:51 0 0 0
#06.02.2020 19:52 0 0 0
#27.01.2020 13:47 0 0 0
  • noimage

    Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı

    Həyatı
    Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub.
    1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub.
    2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur.

    Yaradıcılığı
    2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur..
    2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
    2007-ci ildə ali təhsilini bitirərək Baki Şəhər Nəsimi rayonu Şövkət Ələkbərova adina uşaq musiqi məktəbində xanəndə müəllimi işləməyə başlamışdır. Hal-hazırda həmin məktəbdə, həmçinin Xırdalan musiqi məktəbində işləyir. [5][6] Qəzəl, təsnif və mahnıların müəllifidir. Qəzəlləri və təsnifləri xanəndələr tərəfindən ifa edilməkdədir

    İstinadlar

    Qəzəllər
    Səlim Nəsirlinin həyat və yaradıcılığı
    Qəzəllər
    Qlobal TV
    İnteraz

    Xarici keçidlər

    Səlim Nəsirli - Cahargah təsnifi
    Lahıcda ifa
    Səlim Nəsirli - Gözlərəm səni musiqisi
    Selim Nesirli - Shur Tesnifi.
    Selim Nesirli Söz İçinde Söz - Selim Nesirli - Hacı Reşat
    Elnare Abdullayeva mugam Naneli qezel Selim Nesirl
    Bayatı siraz mugami qezel Selim Nesirli

    noimage


    alıntı....



#27.01.2020 13:16 0 0 0
  • TANRININ MƏRHƏMƏT VƏ ÜMİDİNƏ SIĞINARAQ, Qadın Qeyrətinə, Qadin Ləyaqətinə arxalanaraq öz layiqli namizədinizə səs verin!

    “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi-nin sədri İradə Polad

    noimage

    https://youtu.be/aBZescxiiGo
#21.01.2020 23:20 0 0 0
  • noimage

    1-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!

    Azərbaycanca tərcüməsi:

    Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə’budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!

    2-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

    Azərbaycanca tərcüməsi:

    Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!

    3-cü günün duası

    Ərəbcə oxunuşu:

    Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba’idni fihi minəs-səfahəti vət-təmvih vəc’əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

    Azərbaycanca tərcüməsi:

    Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!

    4-cü günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi’ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!

    Azərbaycanca tərcüməsi:

    Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!

    5-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əlni fihi minəl-mustəğfirin vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc’əlni (fihi) min övliyaikəl-muqərrəbin birə’fətikə ya ərhəmər-rahimin!

    Azərbaycanca tərcüməsi:

    Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!

    6-cı günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə la təхzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

    Azərbaycanca tərcüməsi:

    Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!

    7-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hadiyəl-muzillin!

    Azərbaycanca tərcüməsi:

    Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!

    8-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!


    9-cu günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!

    10-cu günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əlni fihi minəlmutəvəkkilinə ələykə vəc’əlni fihi minəlfaizinə lədəyk vəc’əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!


    11-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!

    Azərbaycanca tərcüməsi:

    Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!


    12-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!


    13-cü günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz qalmışların yeganə ümid yeri!


    14-cü günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc’əlni fihi ğərəzən lilbəlaya vəl-afat biizzətikə ya izzəl-muslimin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!

    15-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!

    16-cı günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə vəffiqni fihi limuvafiqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərarbiilahiyyətikə ya ilahəl-aləmin!

    Azərbaycanca tərcüməsi:

    Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə хatir məni rahatlıq evində yerləşdir, Allahlığına хatir ey aləmlərin Allahı!


    17-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahımməhdini fihi lisalihil-ə’mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!


    18-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih və хuz bikulli ə’zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini nurlandıran!

    19-cu günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ila хeyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaхşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!

    20-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməftəh fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu’minin!

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oхumağa müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!


    21-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əl li fihi ila mərzatikə dəlilən və la təc’əl liş-şəytani fihi ələyyə səbilən vəc’əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicət-talibin!

    Azərbaycanca tərcüməsi:

    Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et ey istəyənlərin hacətlərini rəva edən!

    22-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də’vətil-muztərrin!

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!


    23-cü günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!


    24-cü günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə əs’əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu’zikə və əs’əlukət-tofiqə fihi li ən utiəkə və la ə’siyəkə ya cəvadəs-sailin!

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda Səndən Səni razı salan şeyi istəyirəm, Səni narazı edən şeydən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim Sənə itaət etməyimə və Sənə qarşı çıхmamağıma kömək göstərməyini diləyirəm ey möhtaclara əta edən!


    25-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əlni fihi muhibbən liauliyaikə və muadiyən liə’daikə mustənnən bisunnəti хatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!


    26-cı günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əl sə’yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsməəs-samiin!

    Azərbaycanca tərcüməsi:

    Allahım mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni!

    27-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!

    Azərbaycanca tərcüməsi:

    Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!

    28-ci günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib (fihi) vəsiləti iləykə min bəynil-vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin.

    Azərbaycanca tərcüməsi:

    Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoхalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində Sənə tərəf olan vasitəmi yaхınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saхlamır!


    29-cu günün duası

    Ərəbcə oxunuşu:

    Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin

    Azərbaycanca tərcüməsi:

    Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!


    30-cu günün duası

    Ərəbcə oxunuşu:

    Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu’uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!

    Azərbaycanca tərcüməsi:

    Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!

    alıntı...
#25.05.2019 00:30 0 0 0
  • noimage

    Qədr gecəsində qılınan namazın böyük savabı vardır. Onun qılınma vaxtı xiftən (işa) namazı ilə sübh namazı arasındadır. Qədr gecəsinin namazının qaydası isə belədir:


    Qədr gecəsinin namazı necə qılınır?


    1) Niyyət “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”.



    2) Sübh namazı kimi iki rükətlidir. Lakin hər rükətində "Həmd" surəsindən sonra 7 dəfə "İxlas" ("Qul huvəllah") surəsi oxunulmalıdır.



    3) Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” zikri deyilir.



    İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib, yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.

    alıntı..


#25.05.2019 00:04 0 0 0
#24.05.2019 23:51 0 0 0
#24.05.2019 22:33 0 0 0
#24.05.2019 22:30 0 0 0
#24.05.2019 22:25 0 0 0
#24.05.2019 22:22 0 0 0
#24.05.2019 22:19 0 0 0