N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

#20.12.2018 00:51 0 0 0
#20.12.2018 00:30 0 0 0
#20.12.2018 00:25 0 0 0
  • noimage

    1.(( اللَّهُمَّ أَلِّفْ بَيْنَ قُلُوبِنَا, وَأصْلِحْ ذَاتَ بَيْنِناَ, وَاهْدِنَا سُبُلَ السَّلاَمِ, وَنَجِّنَا مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ, وَجَنِّبْنَا الْفَوَا حِشَ مَا ظَهَرَ مِنْهَا وَ مَا بَطَنَ, وَبَارَكْ لَنَا فِي أَسْمَاعِنَا, وَأَبْصَارَنَا وَقُلوُبِنَا وَ أَزْوَاجِنَا, وَذُرِّيَّاتِنَا وَتُبْ عَلَيْنَا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ وَاجْعَلْنَا شَاكِرِينَ لِنِعَمِكَ مُثْنِينَ بِهَا عَلَيْكَ قَابِلِينَ لَهَا وَأَتْمِمْهَا عَلَيْنَا ))
    [Allahummə əlləf beynə qulubinə va əslih zətə bəyninə vahdinə subuləs-sələmi, va nəccinə minəz-zuluməti ilən-nur, va cənnibnəl-fəva hişə mə zahəra minhə va mə batanə, va barik lənə fi əsmainə, va əbsarinə, va qulubinə, va əzvacinə, vazurriyyətinə, va tub aleynə innəkə əntə-t-təvvabu-r-rahim. Vacəlnə şəkirinə liniəmikə musninə bihə aleykə qabilinə ləhə va ətmimhə aleynə]

    «Allahım! Ürəklərimizi birləşdir, aramızdakı münasibətləri düzəlt, bizi salamat yollara yönəlt, zülmətdən nura çıxart, bizi zahiri və batini pisliklərdən uzaq et! Eşitdiklərimizdə, gördüklərimizdə, ürəklərimizdə, zövcələrimizdə, övladlarımızda bizə xeyir-bərəkət ver! Tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və rəhm edənsən! Bizi nemətlərinə şükr edən, bu nemətlərlə Sənə həmd-səna oxuyan, onları qəbul edən kəslər et və bizə olan nemətlərini başa çatdır!».

    2.(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ الْمَسْأَلَةِ, وَخَيْرَ الدُّعَاءِ, وَخَيْرَ النَّجَاحِ, وَخَيْرَ الْعَمَلِ, وَخَيْرَ الْثَّوَابِ وَخَيْرَ الْحَيَاةِ, وَخَيْرَ الْمَمَاتِ, وَثَبِّتْنِي وَثَقِّلْ مَوَازِينِي, وَحَقِّقْ إِيْمَانِي, وَارفَعْ دَرَجَاتِي, وَتَقَبَّلْ صَلاَتِي, وَاغْفِر خَطِيئَتِي, وَأَسْألُكَ الدَّرَجَاتِ العُلَى مِنَ الْجَنَّةِ, اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فَوَاتِحَ الْخَيْرِ, وَخَوَاتِمَهُ, وَجَوَامِعَهُ, وَأوَّلَهُ, وَظَاهِرَهُ, وَبَاطِنَهُ, وَالدَّرَجَاتِ العُلَى مِنَ الْجَنَّةِ آمِينْ .اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا آتِي, وَ خَيْرَ مَا أفْعَلُ, وَ خَيْرَ مَا أعْمَلُ, وَ خَيْرَ مَا بَطَنَ وَ خَيْرَ مَا ظَهَرَ, وَالدَّرَجَاتِ الْعُلَى مِنَ الْجَنَّةِ آمِينْ . اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تَرْفَعَ ذِكْرِي, وَتَضَعَ وِزْرِي, وَتُصْلِحَ أَمْرِي, وَتُطَهِّرَ قَلْبِي, وَتُحَصِّنَ فَرْجِي, وَتُنَوَّرَ قَلْبِي, وَتَغْفِرَ لِي ذَنْبِي, وَأَسْأَلُكَ الدَّرَجَاتِ الْعُلَى مِنَ الْجَنَّةِ آمِينْ. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تُبَرِكَ فِي نَفْسِي, وَفِي سَمْعِي, وَبَصَرِي, وَفِي رُوحِي, وَفِي جَلْقِي, وَفِي جُلُقِي, وَفِي أَهْلِي, وَفِي مَحْيَايَ, وَفِي مَمَاتِي, وَفِي عَمَلِي, فَتَقَبَّلْ حَسَنَاتِي, وَأَسْأَلُكَ الدَّرَجَاتِ الْعُلَى مِنَ الْجَنَّةِ آمِينْ ))
    -[Allahummə inni əs`əlukə xəyral-məs`ələti, va xəyrad-duəi, va xəyran-nəcəhi, va xəyral-əməli, va xəyras-səvabi, va xəyral-həyati, va xəyral-məməti. Va səbbitnəi, va səqqil məvazini, va həqqiq iyməni, varfəu dərracəti, va təqəbbəl salati, vağfir xatiəti, va əs`əlukəd-dərəcətil-ulə minəl-cənnəti. Allahummə inni əs`əlukə fəvatihəl-xeyri, va xavatiməhu, va cəvamiəhu, va əvvaləhu, va zahirəhu, va batinəhu vad-dərəcətil-ulə minəl-cənnəti. Amin! Allahummə inni ə`səlukə xəyra mə ati, va xəyra mə əf`əlu, va xəyra mə ə`əməlu va xəyra mə batanə, va xəyra mə zaharə, vad-dərəcətil-ulə minəl-cənnəti. Amin! Allahummə inni əs`əlukə ən tərfəu zikri, va tadaə vizri, va tuslihə əmri, va tutahhirə qalbi, va tuhəssinə fərci, va tunəvvira qalbi, va təğfirə li zənbi, va əs`əlukəd-dərəcətil-ulə minəl-cənnəti. Amin! Allahummə inni əs`əlukə ən tubarik fi nəfsi, va fi səm`i va fi basari, va fi ruhi, va fi xəlqi, va fi xuluqi, va fi əhli, va fi məhyəyə, va fi məməti, va fi əməli, fətəqəbbəl həsənəti, va əs`əlukəd-dərəcətil-ulə minəl-cənnəti. Amin!]
    «Allahım! Səndən diləklərin, duaların, müvəffəqiyyətlərin, əməllərin, mükafatların [savabların], həyatın, ölümün ən xeyirlisini diləyirəm. Məni möhkəm və sabitqədəm et! Çəkimi (savabımı) ağırlaşdır, imanımı gerçəkləşdir, dərəcələrimi yüksəlt, namazımı qəbul et, günahlarımı bağışla! Səndən Cənnətin ən yüksək zirvələrini istəyirəm. Allahım! Səndən xeyrin başlanğıcını, sonunu, hamısını, əvvəlini, zahirdə və batində olanını və Cənnətin ən yüksək zirvələrini istəyirəm. Amin! Allahım! Səndən gəlməyimin, etdiyimin xeyrini, batində və zahirdə olanların xeyrini və Cənnətin ən yüksək zirvələrini istəyirəm. Amin! Allahım! Səndən ad-sanımı ucaltmağını, yükümü götürməyini, işlərimi səhmana salmağını, qəlbimi təmizləməyini, zinadan qorumağını, qəlbimi nurlandırmağını, günahlarımı bağışlamağını və Cənnətin ən yüksək zirvələrini istəyirəm. Amin! Allahım! Canımda, eşitməyimdə, görməyimdə, ruhumda, xilqətimdə, əxlaqımda, ailəmdə, yaşayışımda, ölümümdə və əməlimdə xeyir-bərək ver! Yaxşılıqlarımı qəbul et və mənə Cənnətin ən yüksək zirvələrini nəsib et. Amin!».

    3.(( اللَّهُمَّ جَنِّبْنِي مُنْكَرَاتِ الأَخْلاَقِ, وَالأَهْوَاءِ, وَالأَعْمَالِ, وَالأَدْوَاءِ ))
    [Allahummə cənnibnə munkəratil-əxlaqi, val-əhvai, val-ə`əməli, val-ədvai]
    «Allahım! Məni əxlaqsızlıqdan, pis istək və ehtiraslardan, ədəbsiz əməllərdən və pis xəstəliklərdən qoru!»

    4.(( اللَّهُمَّ قَنِّعْنِي بِمَا رَزَقْتَنِي, وَبَارِكْ لِي فِيهِ, وَاخْلُفْ عَلَيَّ كُلَّ غَائِبَةٍ لِي بِخَيْرٍ ))
    [Allahummə qanni`ini bimə razəqtani, va barik li fihi, vax-luf aleyyə kullə ğaibətin li bixeyrin]
    «Allahım məni ruziləndirdiyinlə qənaətləndir və onu bərəkətli et! Hər bir itirdiyimin əvəzinə daha da xeyirlisini mənə nəsib et!».

    5.( اللَّهُمَّ حَاسِبْنِى حِسَاباً يَسِيراً )
    [Allahummə həsibni hisəbən yəsira]
    «Allahım! Mənimlə yüngül haqq-hesab çək!».

    6. ((اللَّهُمَّ أعِنَّا عَلَى ذِكْرِكَ, شُكْرِكَ, وَحُسْنِ عِبَادَتِكَ ))
    [Allahummə əinni alə zikrikə,va şukrikə, va husni ibadətik]
    «Allahım! Səni zikr etmək, Sənə şükr etmək və Sənə layiqincə ibadət etmək üçün bizə yardım etmək!».

    7.(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ إِيْمَاناً لاَ يَرْتَدُّ, وَنَعِيماً لا َيَنْفَدُ, وَمُرَافَقَةَ مُحَمَّدٍ فِي أَعْلَى جَنَّةِ الْخُلْدِ ))
    [Allahummə inni əs`əlukə iymənən lə yərtəddu, va nəimən lə yənfədu, va murafəqatə Muhəmmədin fi ə`əla cənnətil-xuld]
    «Allahım! Səndən tərəddüdsüz iman, tükənməz nemət və əbədi Cənnətin ən yüksək qatında Məhəmmədin -sallallahu aleyhi və səlləm- yanında olmağı istəyirəm».

    8.((اللَّهُمَّ قِنِي شَرَّ نَفْسِي, وَاعْزِمْ لِي عَلَي أَرْشَدِ, اللَّهُمَّ اغْفِرْ لِي مَا أَسْرَرْتُ, وَمَا أَعْلَنْتُ, وَمَا أَخْطَاْتُ, وَمَا عَمَدْتُ, وَمَا عَلِمْتُ, وَمَا جَهِلْتُ ))
    [Allahummə qini şərrə nəfsi, va`əzim li alə ərşədi əmri. Allahummə-ğ-firli mə əsrartu, va iə ə`ələntu va mə əxta’tu, va mə əmədtu, va mə əməltu,va mə cəhiltu]
    «Allahım! Məni nəfsimin şərindən qoru, ən doğru işimdə məni qətiyyətli et! Gizlində və aşkarda, səhvən və qəsdən, həmçinin bilərəkdən və bilməyərəkdən etdiyim günahlarımı bağışla!»

    9.(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ, وَغَلَبْةِ الْعَدُوَّ, وَشَمَاتَةِ الأَعْدَاءِ ))
    [Allahummə inni ə‘uzu bikə min ğələbəti-d-dəyni, va ğələbətil-uduvvi, va şəmətətil-ə`ədəi]
    «Allahım! Borc dərdindən, düşmənin bizdən yüksəkdə olmasından və bədbəxtliyimizə sevinməsindən Sənə sığınıram».

    10.(( اللَّهُمَّ اغْفِرْ لِي, وَاهْدِنِي, وَارْزُقْنِي, وَعَافِنِي, أَعُوذُ بِاللَّهِ مِنْ ضِيقِ الْمُقَامِ يَوْمَ الْقِيَامَةِ ))
    [Allahummə-ğ-firli, vahdini, varzuqni, vaəfini, ə‘uzu billəhi min dıqil-muqami yauməl-qiyamə]
    «Allahım! Məni bağışla, doğru yola yönəlt, mənə ruzi və cansağlığı bəxş et! Qiyamət günü qaldığım yerin darısqallığından Allaha pənah aparıram».

    alıntı...
#28.10.2018 21:52 0 0 0
  • noimage

    1.(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ, الأَحَدُ, الصَّمَدُ, الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ, وَلَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ
    – [Allahummə inni əs`əlukə biəni əşhədu ənnəkə əntə Allahu lə iləhə illə əntəl-əhədu, əs-samədu, əlləzi ləm yəlid va ləm yuləd, va ləm yəkun ləhu kufuvvən əhədun]
    «Allahım! Sənin Allah olduğuna, Səndən başqa ibadətə layiq haqq məbudun olmadığına, bir olduğuna və [heç kəsə və heç nəyə] möhtac olmadığına, doğmuş və doğulmamış olduğuna və heç bir tayın-bərabərin və bənzərinin olmadığına şəhadət verərək Səndən diləyirəm».

    2.(( اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ, وَقُدْرَتِكَ عَلَى الْجَلْقِ, أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِى, وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الوَفَاةَ خَيْرًا لِي, اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالْشَّهَادَةِ, وَ أَسْأَلُكَ كَلِمَةََ الْحَقِّ فِي الْرِّضَا وَالْغَضَبِ, وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْغِنَى وَالْفَقْرِ, وَأَسْأَلُكَ نَعِيماً لاَ يَنْفَدُ, وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ, وَأَسْأَلُكَ الرِّضَا بَعْدَ الْقَضَاءِ, وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ, وَأَسْأَلُكَ لَذَّةَ الْنَّظَرِ إِلَى وَجْهِكَ, وَالشَّوْقَ إِلَى لِقَائِكَ, فِي غَيْرِضَرَّاءَ مُضِرَّةٍ, وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ, اللَّهُمَّ زَيِّنَّا بِزِينَة ِالإِيمَانِ, وَاجعَلْنَا هُدَاةً مُهْتَدِينَ ))
    – [Allahummə biilmikəl-ğeybə, va qudratikə aləl-xəlqi, əhyini mə əlimtə əl-həyətə xəyran li, va tavaffəni izə əlimtə əl-vafətə xəyran li. Allahummə inni əs`əlukə xaşyətəkə fil-ğeybi vaş-şəhədəti, va əs`əlukə kəlimətəl-haqqi fir-rida val-ğadabi, va əs`əlukə əl-qasdə fil-ğinə val-fəqri, va əs`əlukə nəimən lə yənfədu, va əs`əlukə qurratə aynin lə tunfətiu, va əs`əlukə ər-rida bədəl-ğadai, va əs`əlukə bərdəl-iyşi bədəl-mauti, va əs`əlukə ləzzətən- nəzari ilə vachikə, vaş-şauqi ilə liqaikə, fi ğeyri darrəə mudirrətin, va lə fitnətin mudillətin. Allahummə zəyyinnə bizinətil-imən, vacəlnə hudətən muhtədinə]
    «Allahım! Qeybi bilməyin və məxluqatın üzərindəki qüdrətinlə həyatın mənim üçün xeyirli olduğunu bildiyin müddətədək məni yaşat! Ölümün mənim üçün daha xeyirli olduğunu bildiyin təqdirdə isə məni öldür! Allahım! Gizlində və aşkarda Səndən qorxmağımı diləyirəm. Allahım! Səndən əsəbi və razı qaldığım anlarda həqiqəti deməyi, zəngin və kasıb vəziyyətlərdə qənaətçil olmağı, tükənməz bir nemət, davamlı göz aydınlığı, başıma gələn qəzavü-qədərdən sonra mənə məmnunluq bəxş etməyini, ölümdən sonra rahat həyatı, mübarək camalına tamaşa etməyin ləzzətini, hər hansı zərər verici bir amilə və azdırıcı fitnəyə məruz qalmadan Sənə qovuşmağın həsrətini diləyirəm. Allahım! Bizi iman zinətilə zinətləndir və doğru yola yönələnlərin hidayətinə səbəb olmuş kimsələrdən et!».

    3.(( اللَّهُمَّ ارْزُقْنِي حُبَّكَ, وَحُبَّ مَنْ يَنْفَعُنِي حُبُّهُ عِنْدَكَ, اللَّهُمَّ مَا رَزَقْتَنِي مِمَّ أُحِبُّ فَاجْعَلْهُ قُوَّةً لِي فِيمَا تُحِبُّ, اللَّهُمَّ مَا زَوَيْتَ عَنِّي مِمَّا أُحِبُّ فَاجْعَلْهُ فَرَاغاً لِي فِيمَا تُحِبُّ ))
    [Allahummə-r-zuqni hubbəkə, va hubbə mən uhibbu fəcəlhu quvvatən li fimə tuhibbu. Allahummə mə zəvaytə ənni mimmə uhibbu fəcəlhu fərəğan li fimə tuhibbu]
    «Ey Allahım! Mənə bəxş etdiyin sevgini Sənin sevdiklərini sevməyim üçün qüvvə verici amil et. Mənim sevmək istədiyim, amma Sənin onlardan uzaq etdiklərinin sevgisinin yerini Sənin sevdiklərinin məhəbbəti ilə doldur».

    4.((اللَّهُمَّ طَهِّرنِي مِنَ الذُّنُوبِ وَالْخَطَايَا, اللَّهُمَّ نَقِّنِي مِنْهَا كَمَا يُنَقَّى الثَّوبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ, اللَّهُمَّ طَهِّرنِي بِالثَّلجِ وَالْبَرَدِ وَالْمَاءِ الْبَارِدِ ))
    [Allahummə tahhirni minəz-zunubi val-xatayə. Allahummə nəqqini minhə kəmə yunəqqə əs-savbul-əbyadu minəd-dənəsi. Allahummə tahhirni bis-səlci val-bərədi val-məil-bəridi]
    «Allahım! Məni günah və xətalardan təmizlə! Allahım! Məni onlardan ağ paltarın ləkədən təmizləndiyi kimi təmizlə! Allahım! Məni qar, dolu və soyuq su ilə paklaşdır!».

    5.(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبُخْلِ, وَالْجُبْنِ، وَسُوءِ الْعُمْرِ, وَفِتنَةِ الصَّدْرِ, وَعَذَابِ الْقَبْرِ ))
    [Allahummə inni ə‘uzu bikə minə-l-buxli va-l-cubni, va sui-l-umri va fitnəti-s-sadri, va əzəbil-qabri]
    «Allahım! Paxıllıqdan, qorxaqlıqdan, pis ömürdən [tüfeyli həyat sürməkdən], qəlb fitnəsindən və qəbr əzabından Sənə pənah aparıram!».

    6.(( اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ, وَمِكَائِيلَ, وَرَبَّ إِسْرَافِيلَ, أَعُوذُ بِكَ مِنْ حَرِّ النَّارِ وَمِنْ عَذَابِ الْقَبْرِ ))
    [Allahummə rabbə cibrəilə va mikəilə, va rəbbə israfilə, ə‘uzu bikə min hərrin-nəri va min əzəbil-qabri]
    «Cəbrayılın, Mikayılın və İsrafilin Rəbbi olan Allahım! Cəhənnəm alovunun hərarətindən və qəbr əzabından Sənə sığınıram!».

    7.(( اللَّهُمَّ أَلْهَمْنِي رُشْدِي, وَأَعِذْنِي مِنْ شَرِّ نَفْسِي ))
    [Allahummə əl-həmni ruşdi, va əizni min şərri nəfsi]
    «Allahım! Haqqı mənə öyrət, nəfsimin şərindən məni qoru!».

    8.( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْماً نَافِعاً, وَأَعُوذُ بِكَ مِنْ عِلْمٍ لا يَنْفَعُ )
    Allahummə inni əs`əlukə ilmən nəfiən, va ə‘uzu bikə min ilmin lə yənfəu
    «Allahım! Səndən faydalı elmi istəyir, faydasız elmdən isə Sənə sığınıram!».

    9.(( اللَّهُمَّ رَبَّ السَّمَاوَاتِ [السَّبْعِ] وَرَبَّ الأَرْضِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ فَالِقَ الْحَبِّ وَالنَّوَى وَمُنْزِلَ التَّوْرَاةِ وَالإِنْجِيلِ وَالْفُرْقَانِ أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ، اللَّهُمَّ أَنْتَ الأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٍ وَأَنْتَ الآخِرُ فَلَيْسَ بَعْدَكَ شَيْءٌ وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ إِقْضِى عَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ ))
    – [Allahummə rabbə-s-səmə’və’ti [səbi] va rabbə-l-ardi va rabbə-l-arşi-l-‘azım. Rabbənə va rabbə kulli şey‘in fə’liqa-l-həbbi va-n-nəva va munzilə-t-təura’ti va-l-inci’li va-l-furqan. Ə‘uzu bikə min şərri kulli şey’in əntə ə’xizu binə’sıyətihi. Allahummə əntə-l-əvvəlu fəleysə qabləkə şey’un va əntə-l-ə’xiru fəleysə bə‘dəkə şey’un va əntə-z-za’hiru fəleysə fəuqakə şey’un va əntə-l-bə’tinu fəleysə du’nəkə şey’un, iqdi ‘annə-d-deynə va əğninə minə-l-fəqr]
    «[Yeddi qat] göyün, yerin və əzəmətli ərşin Rəbbi olan Allahım! Bizim və hər şeyin Rəbbi olan, dənə və çəyirdəyi yaran, Tövratı, İncili və Fürqanı [Quranı] nazil edən Rəbbimiz! Kəklindən tutduğun hər şeyin (Hər şey Sənin mülkiyyətindədir və onu istədiyin kimi istifadə edirsən) şərindən Sənə pənah aparıram. Sən Əvvəlsən, Səndən qabaq heç bir şey olmayıb. Sən Axırsan, Səndən sonra heç bir şey olmayacaq. Sən Zahirsən, Səndən üstdə heç bir şey yoxdur. Sən Batinsən, Sənsiz heç nə yoxdur. Bizim əvəzimizə borcumuzu ödə və bizi kasıbçılıqdan çıxarıb zənginləşdir!».

    10.2.(( رَبِّ اغْفِرْلِي, وَتُبْ عَلَيَّ, إِنَّكَ أَنْتَ التَّوَّابُ الغَفُورُ ))
    – [Rabbə iğfirli, va tub aleyyə, innəkə əntə təvvabul-ğafur]
    «Rəbbim! Məni bağışla və tövbəmi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və bağışlayansan!».

    alıntı..
#28.10.2018 21:47 0 0 0
  • noimage

    1-( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ الْفَقْرِ وَالْقِلَّةِ وَالذِلَّةِ وَأَعُوذُ بِكَ مِنْ أَنْ أَظْلِمَ أَوْ أُظْلَمَ)
    [Allahummə inni ə‘uzu bikə minə-l-fəqri va-l-qilləti va-z-zilləti va ə‘uzu bikə min ən əzlimə əu uzləmə]
    «Allahım! Yoxsulluqdan, qıtlıqdan, zəlillikdən, o cümlədən zalimlikdən və məzlumluqdan Sənə pənah aparıram».
    (Nəsai, Əbu Davud, 2/91)

    2-( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ, وَالْجُبْنِ, وَالْبُخْل,ِ وَالْهَرَمِ, وَالْقَسْوَة,ِ وَالْغَفْلَةِ, وَالْعَيْلَةِ, وَالذِلَّةِ, وَالْمَسْكَنَةِ, وَأَعُوذُ بِكَ مِنَ الْفَقْرِ وَالْكُفْرِ وَالْفُسُوقِ وَالشِّقَاِق وَالنِّفَاقِ وَالسُمْعَةِ وَالرِّيَاءِ وَأَعُوذُ بِكَ مِنْ الصَّمَمِ وَالبَكَمِ وَالْجُنُونِ وَالْجُذَامِ وَالْبَرَصِ وَسَيِّءِ الأَسْقَامِ)
    [Allahummə inni ə‘uzu bikə minə-l-aczi va-l-kəsəli va-l-cubni va-l-buxli va-l-hərami va-l-qasvəti va-l-ğafləti va-l-‘ayləti va-z-zilləti va-l-məskənəti va ə‘uzu bikə minə-l-fəqri va-l-kufri va-l-fusuqi va-ş-şiqaqi va-n-nifə’qi va-s-sum‘əti va-r-riyə’i va ə‘uzu bikə minə-s-saməmi va-l-bəkəmi va-l-cunu’ni va-l-cuzə’mi va-l-bərasi va seyyi-il-əsqa’mi]
    «Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıq dərdindən, qəddarlıqdan, qəflətdən, kasıbçılıqdan, zəlillikdən, miskinlikdən, yoxsulluqdan, küfrdən, fasiqlikdən, ədavətdən, nifaqdan, pis tanınmaqdan (adımın çıxmasından), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinizmdən və pis xəstəliklərdən Sənə sığınıram».
    (Hakim və Beyhəqi)

    3-( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ جَارِ السُّوءِ فِي دَارِ الْمُقَامَةِ, فَإِنَّ جَارَ الْبَادِيَةِ يَتَحَوَّلُ )
    [Allahummə inni ə‘uzu bikə min cəris-sui fi dəril-muqaməti fəinnə cərəl-bədiyəti yətəhavvalu]
    «Allahım! Əbədilik evindəki pis qonşudan (cəhənnəmdən) Sənə sığınıram. Həqiqətən səhra [dünya] qonşusu dəyişir».
    (Hakim, 1/532; Nəsai, 8/274)

    4-(اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ قَلْبٍ لاَ يَخْشَعُ, ومِنْ دُعَاءٍ لاَ يُسْمَعُ, وَمِنْ نَفْسٍ لاَ تَشْبَعُ, وَمِنْ عِلْمٍ لاَ يَنْفَعُ أَعُوذُ بِكَ مِنْ هَوُلاَءِ الأَرْبَعِ )
    – [Allahummə inni ə‘uzu bikə min lə yəxşəu, va min du`əin lə yusmə`u, va min nəfsin lə təşbə`u, va min `ilmin lə yənfə`. Ə‘uzu bikə min həuləil-arbə`i]
    «Allahım! Təslim olmayan qəlbdən, eşidilməyən duadan, acgöz nəfsdən və faydasız elmdən Sənə sığınıram. Bu dörd şeydən Sənə sığınıram».
    (Tirmizi, 5/519; Əbu Davud, 2/92)

    5-(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ يَوْمِ السُّوءِ وَمِنْ لَيْلَةِ السُّوءِ وَمِنْ سَاعَةِ السُّوءِ وَمِنْ صَاحِبِ السُّوءِ وَمِنْ جَارِ السُّوءِ فِي دَارِ الْمُقَامَةِ ))
    [Allahummə inni ə‘uzu bikə min yəumi-s-su’i va min leyləti-s-su‘i va min sə’-‘əti-s-su’i va min sahibi-s-su’i va min cə’ri-s-su’i fi də’ri-l-muqa’mə]
    «Allahım! Pis gündən, pis gecədən, pis vaxtdan, pis dostdan və axirətdəki pis qonşudan Sənə sığınıram».
    (Səhih əl-Cami, 1/411)

    6-(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَأَسْتَجِيرُ بِكَ مِنَ الْنَّارِ ))
    [Allahummə inni əs`əlukə əl-cənnətə va əstəciru bikə minən-nər]
    «Allahım! Səndən Cənnəti diləyir və Cəhənnəm alovundan Sənə sığınıram (3 dəfə)».
    (Tirmizi, 4/700; İbn Macə, 1453; Nəsai)

    7-ِ (اللَّهُمَّ فَقِّهْنِى فِي الدِّينِ)
    – [Allahummə fəqqihni fi-d-din]
    «Allahım! Məni dində fəqih [elmli] et!».
    (Buxari (şərhlə birlikdə), 1/44; Müslim, 4/1797)

    8-( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ أُشْرِكَ بِكَ وِأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا لاَ أَعْلَمُ )
    [Allahummə inni ə‘uzu bikə ən uşrikə bikə va ənə ə‘ləmu va əstəğfirukə limə lə ə‘ləmu]
    «Allahım! Bilərəkdən edə biləcəyim şirkdən Sənə sığınır və bilmədən etdiklərim şirkə görə isə Səndən bağışlanma diləyirəm».
    (Əhməd, 4/403)

    9-( اللَّهُمَّ انْفَعْنِى بِمَا عَلَّمْتَنِى، وَعَلِّمْنِى مَا يَنْفَعُنِى، وَزِدْنِى عِلْماً )
    – [Allahummə-nfə‘ni bimə ‘alləmtəni va ‘allim¬ni mə yənfə‘uni va zidni ‘ilmən]
    «Allahım! Mənə öyrətdiklərini mənim üçün faydalı et, mənə faydası toxuna biləcək şeyləri isə mənə öyrət və elmimi artır!».
    (İbn Macə, 1/92)

    10-(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا أَللَّهُ بِأَنَّكَ الْوَاحِدُ الأَحَدُ, الصَّمَدُ, الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ, وَلَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ, أَنْ تَغْفِرَ لِي ذُنوُبِي, إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ ))
    [Allahummə inni əs`əlukə yə Allahu biənnəkə əl-vahidul-əhədu, əs-samədu, əlləzi ləm yəlid va ləm yuləd, va ləm yəkun ləhu kufuvvən əhədun, ən təğfirə li zunubi, innəkə əntəl-ğafuru-r-rahim]
    «Allahım! Həqiqətən, Sən tək və bir [heç bir şəriki olmayan] olduğun, [heç kəsə və heç nəyə] möhtac olmadığın, doğmayıb, doğulmadığın və bənzərsiz olmağın naminə Səndən günahlarımın bağışlanmasını istəyirəm. Həqiqətən, Sən bağışlayan və rəhm edənsən!».
    (Nəsai, 3/52; Əhməd, 4/338)

    11-(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدُ, لاَ إِلَهَ إِلاَّ أنْتَ ]وَحْدَكَ لاَ شَرِيكَ لَكَ [ الْمَنَّانُ ] يَا [ بَدِيعَ السَّمَوَاتِ وَالأَرْضِ, يَا ذَا الْجَلاَلِ وَا ْلإِكْرَامِْ, يَا حَيُّ يَا قَيُّومُ, إِنِّي أَسْأَلُكَ ]الجَنَّةَ وَأَعُوذُ مِنَ النَّار[ ))
    – [Allahummə inni əs`əlukə biənnə ləkəl-həmdu, lə iləhə illə əntə [vahdəkə lə şərikə ləkə ] əl-mənnanu [yə] bədi`ə-s-səmavati val-ardı, yə zəl-cələli val-ikram, yə həyyu yə qəyyumu, inni əs`əlukə [əl-cənnətə va ə‘uzu bikə minən-nəri]
    «Allahım! Həmdin təkcə Sənə məxsusiyyəti naminə Səndən diləyirəm. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. [Təksən, heç bir şərikin yoxdur]. Lütfkar və səxavətlisən! Ey səmaların və yerin yaradıcısı! Ey calal, əzəmət və kəramət sahibi! Ey əbədi və əzəli olan! Səndən [Cənnəti] istəyir [və Cəhənnəm odundan Sənə sığınıram]»
    (Əbu Davud, 2/80; İbn Macə; 2/1268; Nəsai, 3/52; Tirmizi, 5/550)

    alıntı...
#28.10.2018 21:11 0 0 0
  • noimage

    1.(( اللَّهُمَّ مَتِّعْنِي بِسَمْعِي, وَبَصَرِي, وَاجْعَلْهُمَا الوَارِثَ مِنِّي, وَانْصُرْنِي عَلَى مَنْ يَظْلِمُنِي, وَخُذْ مِنْهُ بِثَأْرِي ))
    [Allahummə mətti`ini bisəm`i, va basari, vacəlhumə əl-varisə minni, vansurni alə mən yəzlimuni, va xuz minhu bisə’ri]
    «Allahım! Məni eşitmə və görmə qabiliyyətim ilə mükafatlandır. Mənə zülm edənlər üzərində qələbə çalmaqda mənə kömək ol və onlardan intiqamımı al!».
    (Tirmizi, 3/188; Hakim, 1/523)

    2.(( اللَّهُمَّ مَتِّعْنِي بِسَمْعِي, وَبَصَرِي, وَاجْعَلْهُمَا الوَارِثَ مِنِّي, وَانْصُرْنِي عَلَى مَنْ يَظْلِمُنِي, وَخُذْ مِنْهُ بِثَأْرِي ))
    [Allahummə mətti`ini bisəm`i, va basari, vacəlhumə əl-varisə minni, vansurni alə mən yəzlimuni, va xuz minhu bisə’ri]
    «Allahım! Məni eşitmə və görmə qabiliyyətim ilə mükafatlandır. Mənə zülm edənlər üzərində qələbə çalmaqda mənə kömək ol və onlardan intiqamımı al!».
    (Tirmizi, 3/188; Hakim, 1/523)

    3.(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِيشَةً نَقِيَّةً, وَمَيْتَةً سَوِيَّةً, وَمَرَدّاً غَيْرَ مُخْزٍ وَلاَ فَاضِحٍ ))
    [Allahummə inni əs’əlukə işətən nəqiyyətən, va məytətənsəviyyətən, va mərəddən ğəyra muxzin va lə fədih]
    «Allahım! Səndən Allaha itaət və ibadət altında keçirilən həyat tərzi, düzgün ölüm, rüsvayedici və biabırçı olmayan qayıdış yeri istəyirəm».

    4.(( اللَّهُمَّ لَكَ الْحَمْدُ كُلُّهُ, اللَّهُمَّ لاَ قَابِضَ لِمَا بَسَطْتَ, وَلاَ بَاسِطَ لِمَا قَبَضْتَ, وَلاَهَادِيَ لِمَنْ أَضْلَلْتَ وَلاَ مُضِلَّ لِمَن هَدَيْتَ, وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ وَلاَ مَانِعَ لِمَا أَعْطَيْتَ, وَلاَ مُقَرِّبَ لِمَا بَاعَدْتَ, وَلاَ مُبَاعِدَ لِمَا قَرَّبْتَ, اللَّهُمَّ ابْسُطْ عَلَيْنَا مِنْ بَرَكَاتِكَ وَرَحْمَتِكَ وَ فَضْلِكَ وَرِزْقِكَ, اللَّهُمَّ إِنِّي أَسْألُكَ النَّعِيمَ الْمُقِيمَ الَّذِي لاَ يَحُولُ وَلاَيَزُولُ, اللَّهُمَّ إِنِّي أَسْألُكَ النَّعِيمَ يَوْمَ العَيْلَةِ, وَاْلأَمْنَ يَوْمَ الْخَوْفِ, اللَّهُمَّ إِنِّي عَائِذٌ بِكَ مِنْ شَرِّ مَا أَعْطَيْتَنَا وَ شَرِّ مَا مَنَعْتَنَا, اللَّهُمَّ حَبِِّبْ إِلَيْنَا الإِيمَانَ وَزَيِّنْهُ فِي قُلُوبِنَا وَكَرِّهُ إِلَيْنَا الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ وَاجْعَلْنَا مِنَ الرَّاشِدِينَ. اللَّهُمَّ تَوَفَّنَا مُسْلِمِينَ, وَأحْيِنَا مُسْلِمِينَ وَأَلْحِقْنَا بِالصَّ الِحِينَ غَيْرَ خَزَايَا وَلاَ مَفْتُوِنِينَ, اللَّهُمَّ قَاتِلِ الْكَفَرَةَ الَّذِينَ يُكَذِّبُونَ رُسُلَكَ وَيَصُدُّونَ عَنْ سَبِيلِكَ, وَاجْعَلْ عَلَيْهِمِ رِجْزَكَ وَعَذَابَكَ, اللَّهُمَّ قَاتِلِ الْكَفَرَةَ الَّذِينَ أُوتُو الْكِتَابَ إِلَهَ الحَقِّ [آمِينْ] ))
    [Allahummə ləkəl-həmdu kulluhu. Allahummə lə qabida limə bəsəttu va lə bəsitə limə qabədtu, va lə hədiyə limən ədləltu va lə mudillə limən hədəytu, va lə mutiyə limə mənə`ətə va lə məniə limə ə`atəytə, va ləmuqarribə limə bəədtə, va lə mubəidə limə qarrəbtə. Allahummə-b-sut aləynə min bərəkətikə va rahmətikə va fadlikə va rizqikə. Allahummə inni əs’əlukən-nəiəməl-muqiməl-ləzi lə yəhulu va lə yəzulu. Allahummə inni əs’əlukən-nəimə yauməl-əyləti, val-əmnə yauməl-xaufi. Allahummə inni əizun bikə min şərri mə ətaytənə va şərri mə mənə’ətənə. Allahummə həbbib iləynəl-iymənə va zəyyinhu fi qulubinə va kərrihu iləynə əl-kufrə val-fusuqə val-isyənə vac`əlnə minər-raşidinə. Allahummə təvaffənə musliminə, va əhyinə musliminə, vaəlhiqnə bis-salihinə ğəyra xəzəyə va lə məftuninə. Allahummə qatili-l-kəfərətə-l-ləzinə yukəzzibunə rusulukə va yəsuddunə ən səbilikə, vacəl aləyhim riczəkə va azəbəkə. Allahummə qatili-l-kəfərətə-l-ləzinə utul-kitəbə, iləhə-l-haqqi. [Amin!]]
    «Allahım! Həmd bütünlüklə Sənə məxsusdur. Allahım! Sənin döşədiyini heç kəs bükə bilməz, bükdüyünü isə heç kəs döşəyə bilməz. Sənin azdırdığını heç kəs haqq yoluna yönəldə bilməz, haqq yoluna yönəltdiyini isə heç kəs azdıra bilməz. Vermədiyini verə biləcək, verdiyinə isə mane ola biləcək heç kəs yoxdur. Uzaqlaşdırdığını yaxınlaşdıracaq, yaxınlaşdırdığını isə uzaqlaşdıra biləcək heç bir qüvvə yoxdur. Allahım! Bərəkət, rəhmət, fəzilət və ruzi qapısını üzümüzə aç! Allahım! Səndən, üz çevirməyən və sabit qalan real xoşbəxtlik diləyirəm. Allahım! Səndən kasıbçılıq günündə xoşbəxtlik, qorxu içində yaşadığımız gündə isə əmin-amanlıq diləyirəm. Allahım! Verdiyinin və vermədiyinin şərindən Sənə pənah aparıram. Allahım! Bizdə imana qarşı məhəbbət oyat və qəlblərimizi onunla zinətləndir! Həmçinin bizdə küfrə, fasiqliyə və asiliyə qarşı nifrət oyat və bizi doğru yolun yolçularından et! Allahım! Bizi müsəlman kimi öldür və müsəlman kimi dirilt! Bizi xəcalətli və divanə bir halda deyil, üzüağ və ağıllı bir vəziyyətdə əməlisalehlərə qovuşdur. Allahım! Elçilərini təkzib edən və düz yoldan sapdıran kafirlərə qarşı mübarizə apar! Onları Öz cəzana və əzabına düçar et! Allahım! Kitab verilən (və ona əməl etməyən) kafirlərə qarşı mübarizə apar! Ey Haqq olan Allah! [Amin!]»

    5.(( اللَّهُمَّ اغْفِرْ لِي, وَارْحَمْنِي وَاهْدِنِي, و َعَافِنِي,َ وَارْزُقْنِي )) (( وَاجْبُرْنِي وَارْفَعْنِي ))
    [Allahummə-ğ-fir li, varhəmni, vahdini, vaəfini, varzuqni] [vacburni, varfə`əni]
    «Allahım! Məni bağışla! Mənə rəhm et! Məni doğru yola yönəlt! Mənə cansağlığı və ruzi bəxş et”! «Məni islah et və ucalt!».

    6.(( اللَّهُمَّ زِدْنَا وَلاَ تَنْقُصْنَا, وَأَكْرِمْنَا وَلاَ تُهْنَّا, وَأَعْطْنَا وَلاَ تَحْرِمْنَا, وَاَثِرْنَا وَلاَتُؤْثِرْنَا عَلَيْنَا, وَأَرْضِنَا وَارْضَ عَنَّا ))
    [Allahummə zidnə va lə tənqusnə, va əkrimnə va lə tuhinnə, va ə`ətinə va lə təhrimnə, va əsirnə va lə tu’sir aleynə, va ərdınə vardə ənnə]
    «Allahım! Bizə (yaxşılıqları, nemətləri) artır, əksiltmə! Bizə hörmət et, bizi alçaltma! Bizə bəxş et, bizi məhrum etmə! Bizi üstün tut, bizdən üstün tutma! Bizi razı sal, bizdən qal»!.

    7.)) اللَّهُمَّ أَحْسَنْتَ خَلْقِى فَأَحْسِنْ خُلُقِى
    Allahummə əhsəntə xalqi fə-əhsin xuluqi]
    «Allahım! Mənim yaradılışımı gözəl etdin, əxlaqımı da gözəl et!».

    8.(( اللَّهُمَّ ثَبِّتْنِي وَاجْعَلْنِي هَادِياً مَهْدِيّاً ))
    -[ Allahummə səbbitni vacəlni hədiyən məhdiyyən]
    «Allahım! Məni sabitqədəm et və haqq yoluna yönəldən və o yolun yolçusu et!».

    9.( اللَّهُمَّ اَتِنِي الْحِكْمَةَ الَّتِي مَنْ أُوتِيَهَا فَقَدْ أُوتِيَ خَيْراً كَثِيراً)
    [Allahummə atinil-hikmətə-l-ləti mən utiyəhə fəqəd utiyə xəyran kəsiran]
    «Allahım! Mənə hikmət [elm, mərifət, müdriklik] bəxş et, özü də elə bir hikmət ki, o kimə bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir».

    alıntı..
#28.10.2018 20:59 0 0 0
  • 1- (( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ الْبُخْلِ وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمُرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ))
    – [Allahummə inni ə‘uzu bikə minə-l-buxli va ə‘uzu bikə minə-l-cubni va ə‘uzu bikə min ən uraddə ilə ərzəli-l-umuri va ə‘uzu bikə min fitnəti-d-dunyə va ə‘uzu bikə min azəbi-l-qabri]
    «Allahım! Qorxaqlıqdan, paxıllıqdan, ömrün ən rəzil [ixtiyar] çağlarına çatdırılmaqdan, o cümlədən dünya fitnəsindən və qəbr əzabından Sənə pənah aparıram».
    (Buxari (şərhlə birlikdə), 11/181. )

    2- (( اللَّهُمَّ اغْفِرْ لِى خَطِيئَتِى وَجَهْلِى وَإِسْرَافِى فِي أَمْرِى وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّى، اللَّهُمَّ اغْفِرْ لِى حَزْلِى وَجِدِّى وَخَطَئِى وَعَمْدِى وَكُلُّ ذَلِكَ عِنْدِى ))
    [Allahummə-ğfirli xatiyyəti va cəhli va isra’fi fi əmri va mə əntə ə‘ləmu bi minni. Allahummə-ğfirli həzli va cəddi va xatai va amdi va kullu zə’likə indi]
    «Allahım! Günahımı, cahilliyimi, israfçılığımı və məndən daha yaxşı bildiyin günahlarımı bağışla! Allahım! Ciddi və qeyri-ciddi, bilmədən və qəsdən etdiyim səhvlərə görə məni bağışla! Bunların hamısı məndə mövcuddur».
    (Buxari (şərhlə birlikdə), 11/196.)

    3-(( اللَّهُمَّ إِنِّى ظَلَمْتُ نَفْسِى ظُلْمًا كَثِيرًا, وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ فَاغْفِرْلِى مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ)
    – [Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran va lə yəğfiru-z-zunu’bə illə əntə fə-ğfirli məğfiratən min indikə varhəmni innəkə əntə-l-ğafuru-r-rahim]
    «Allahım! Həqiqətən, mən özümə çox zülmlər etmişəm., günahları isə bağışlayan yalnız Sənsən! Dərgahındakı bir məğfirətlə məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən bağışlayan və rəhm edənsən!».
    (Buxari, 1/302, Müslim, 4/2087.)

    4-(( اللَّهُمَّ لَكَ أَسْلَمْتُ, وَبِكَ آمَنْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ, وَإِلَيْكَ أَنَبْتُ وَبِكَ خَاصَمْتُ، اللَّهُمَّ إِنِّى أَعُوذُ بِعِزَّتِكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَنْ تُضِلَّنِى أَنْتَ الْحَيُّ الَّذِى لاَ يَمُوتُ, وَالْجِنُّ الإِنْسُ يَمُوتُونَ ))
    [Allahummə ləkə əsləmtu va bikə ə’məntu va ‘aleykə təvəkkəltu va ileykə ənəbtu va bikə xa’samtu. Allahummə inni ə‘uzu bi ‘izzətikə lə iləhə illə əntə ən tudilləni əntə-l-həyyu-l-ləzi lə yəmu‘tu va-l-cinnu va-l-insu yəmu’tun]
    «Allahım! Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, tövbə edərək Sənə qayıtdım və Sənin adını və ya kəlamını hüccət tutaraq mübahisə etdim. Allahım! Zəlalətə uğramaqdan Sənin izzətinə sığınıram. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən ölməz, əzəli və əbədisən. Cinlər və insanlar isə öləndir».
    (Buxari, 7/167, Müslim, 4/2086.)

    5-(( اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ, وَعَزَائِمَ مَغْفِرَتِكَ, وَالسَّلاَمَةَ مِنْ كُلِّ إِثْمٍ, وَالْغَنِيمَةَ مِنْ كُلِّ بِرِّ, وَالْفَوْزَ بِالْجَنَّةَِ وَالْنَجَاةَ مِنْ النَّارِ [Allahummə innə nəs`əlukə mucibəti rahmətikə, va azəimə məğfirətikə, vas-sələmətə min kulli ismin, val-ğənimətə min kulli birrin, val-fauzə bil cənnəti, van-nəcəti minən-nər]
    «Allahım! Səndən mərhəmətinə layiq olan əməllər sahibi olmağı, məğfirət qapılarının açılmasını, hər bir günahdan uzaq olmağı, hər bir xeyirxah işdən pay əldə etməyi, Cənnətə nail olmağı və Cəhənnəm alovundan qurtuluşu diləyirik».
    (Hakim, 1/525.)

    6- اللَّهُمَّ اجْعَلْ أَوْسَعَ رِزْقِكَ عَلَىَّ عِنْدَ كِبَرِ سِنِّى وَانْقَطَاعِ عُمْرِى
    – [Allahummə-c‘əl əvsə-‘ə rizqikə aleyyə ində kibəri sinni vanqita‘i umri]
    «Allahım! Mənə ən bol ruzini ixtiyar çağlarımda və ömrümün sonlarında bəxş et!»
    (Hakim, 1/542)

    7-اللَّهُمَّ اغْفِرْ لِى ذَنْبِى وَوسِّعْ لِى فِي دَارِى وَبَارِكْ لِى فِي رِزْقِى
    – [Allahumə-ğfirli zənbi va vassi li fi dəri va bə’rik li fi rizqi]
    «Allahım! Günahımı bağışla, evimi geniş, ruzimi bərəkətli et!».
    (Əhməd, 4/63, 5/375.)

    8-(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ وَرَحْمَتِكَ, فَإِنَّهُ لاَ يَمْلِكُهَا إِلاَّ أَنْتَ ))
    [Allahummə inni əs`əlukə min fadlikə va rahmətikə, fəinnəhu lə yəmlikuhə illə ənt]
    «Allahım! Səndən fəzilətini və rəhmətini istəyirəm. Həqiqətən, onların sahibi yalnız Sənsən!».
    (Təbərani.)

    9-(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْتَّرَدِّي, والْهَدْمِ, وَالْغَرَقِ وِالْحَرَقِ, وَ أَعُوذُ بِكَ أَنْ يَتَخَبَّطَنِيَ الْشَّيْطَانُ عِنْدَ الْمَوْتِ, وَ أَعُوذُ بِكَ أَنْ أَمُوتَ فِي سَبيِلِكَ مُدْبِرًا وَ أَعُوذُ بِكَ أَنْ أَمُوتَ لَدِيغًا ))
    [Allahummə inni ə‘uzu bikə minət-tərəddi, val-hədmi, val-ğaraqi, val-haraqi, va ə‘uzu bikə ən yətaxəbbatani əş-şeytanu indəl-maut, va ə‘uzu bikə ən əmutə fi səbilikə mudbiran, va ə‘uzu bikə ən əmutə lədiğən]
    «Allahım! Yüksəklikdən yıxılmaqdan, dağıntıdan, boğularaq və yanaraq ölməkdən Sənə sığınıram. Ölüm ayağında olarkən şeytanın məni aldatmasından Sənə pənah aparıram. Sənin yolunda döyüşərkən döyüş meydanından qaçaraq ölməkdən, ilan və ya əqrəbin çalması nəticəsində ölməkdən Sənə pənah aparıram».
    (Səhih Nəsai, 3/1123; Əbu Davud, 2/92.)

    10-(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ أَلْجُوعِ, فَإِنَّهُ بِئْسَ الْضَّجِِيعُ, وَ أَعُوذُ بِكَ مِنْ أَلْخِيَانَةِ, فَإِنّهَا بِئْسَتِ الْبِطَانَةُ ))
    [Allahummə inni ə‘uzu bikə minəl-cu`i, fəinnəhu bi`səld-daci`u, va ə‘uzu bikə minəl-xiyanəti, fəinnəhə bi`sətil-bitanətu]
    «Allahım! Aclıqdan Sənə pənah aparıram. Aclıq nə pis yoldaşdır. Xəyanətdən Sənə pənah aparıram. Xəyanət nə pis sirdaşdır».
    (Əbu Davud, 2/91; Nəsai, 8/263; İbn

    ..noimage

    alıntı..
#28.10.2018 20:49 0 0 0
  • noimage

    noimage

    noimage

    Arkadaşlar çoktur ama dostlar azdır. Belki yüzlerce arkadaşın vardır ama içlerinden bir tanesi vardır ki hem arkadaştır hem kardeştir. İyi ki doğdun kardeşim ve iyi ki seni tanıdım Refik Abim.....100 Yil Ömür Dilerim..

    noimage

    noimagenoimagenoimage
#15.08.2018 14:18 0 0 0
  • noimage

    Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur. Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır. Ailem.az ağız qoxusunun yaranma səbəblərini sadalayır.



    Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.



    Neçə cür ağız qoxusu var?



    Fizioloji ağız qoxusu



    Fizioloji ağız qoxusuna səhər qoxusu da deyilir. Yeyilən və içilən qidaların səbəb olduğu qoxu çox zaman yemək qalıqlarının dilin üzərinə yapışmasından qaynaqlanır. Qalıcı deyil.



    Patoloji qoxu



    Ağız içi qaynaqlı olan qoxuların səbəbi diş və diş əti xəstəlikləridir. Ancaq ağızdan əlavə, burun, boğaz, ya da yuxarı tənəffüs yollarında yaşanan problemlər də ağız qoxusu yarada bilir.



    Halitofobiya



    Ağız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər. Ancaq bu, psixoloji bir vəziyyətdir, çünki şəxsin ağız qoxusu olduğunu göstərən heç bir səbəb yoxdur. Psixoloji dəstəklə problem həll oluna bilər.



    Qaraciyər çatışmazlığı və bənzəri qaraciyər xəstəlikləri də ağız qoxusuna yol açır.



    Təmizlənməyən diş protezləri də ağız qoxusuna səbəb olur.



    Tüpürcək vəziləri ilə əlaqədar xəstəliklər və ya mütəmadi ağızdan nəfəs alan şəxslərdə tüpürcək azlığı səbəbi ilə ağız qoxusu yarana bilər.



    Sinus və ağciyər infeksiyaları, böyrək çatışmazlığı da ağız qoxusuna səbəb olur.


    Ağız qoxusu necə keçir?



    - Gün ərzində iki dəfə dişlərinizi fırçalayın



    - Diş aralarında yığılan yemək qalıqlarından azad olmaq üçün diş ipi istifadə edin



    - 3 aydan bir diş fırçanızı dəyişdirin


    - Dişlərinizi fırçalayarkən dilinizi də fırçalamağı unutmayın



    - Ağıza qulluq suları ilə qarqara edin


    - Şəkərsiz və nanəli saqqız çeynəyin



    - 6 aydan bir dişinizi yoxlatdırın



    - Bol-bol su için

    alinti...
#22.06.2018 06:30 0 0 0
  • noimage


    Alimlər yağda qızardılmış qidaları nadir hallarda istehlak etməyi tövsiyə edirlər. Qızardılma zamanı ziyanlı maddələr (aldegid və s.) ifraz olunur ki, onlar ürək-damar sistemi xəstəliklərinin və xərçəngin riskini artırır. Bu hal istənilən yağdan (bitki, kərə və s.) istifadə etdikdə baş verir.



    Ailem.az saglamolun.az-a istinadən xəbər verir ki, 2015-ci ildə fransız alimlər xüsusi araşdırma aparıblar. Onlar müxtəlif yağlarda qızdırılma zamanı ifraz olunan ziyanlı maddələrin miqdarını təyin edirdilər. Məlum olub ki, bu mənada ən ziyansız zeytun və kərə yağlarıdır. Lakin hər bir halda bu yağlarda da qızardanda kanserogen maddələr əmələ gəlir.



    Qızartma üçün ən ziyanlı isə günəbaxan və qarğıdalı yağlarıdır. Mütəxəssislər onları yalnız hazır qida və salatlara əlavə etməyi tövsiyə edirlər.



    Qızardılma prosesini daha ziyansız etmək üçün sizə alimlərin bəzi tövsiyələrini təqdim edirik:



    - Qızardılma zamanı mümkün qədər az yağdan istifadə etmək.



    - Eyni yağda bir neçə dəfə qızartmamaq.



    - Çox qızartmamaq.



    - Toyuq, kotlet, kartof və s. qızartdıqdan sonra kağız dəsmalın üzərinə qoymaq ki, artıq qalan yağ dəsmala hopulsun.


    alinti..
#22.06.2018 06:26 0 0 0
  • noimage

    Ermənistan Xüsusi İstintaq Xidməti ölkənin baş naziri Nikol Paşinyana qarşı kütləvi iğtişaşların təşkili ittihamı üzrə başlanmış cinayət işinə xitam verib.



    APA-nın xəbərinə görə, müvafiq məlumat adıçəkilən qurumun rəsmi saytında dərc edilib.



    Məlumata görə, N.Paşinyan və bir neçə tərəfdarına qarşı başlanmış cinayət işləri cinayət tərkibinin olmaması səbəbindən bağlanıb.

    alinti...
#22.06.2018 06:21 0 0 0
  • noimage

    “Qlobal təhsil çağırışlarına cavab verən universitetdə elm və təhsilin inteqrasiyası qaçılmazdır”. Lent.az-ın xəbərinə görə, bunu UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin Təhsil Nazirliyinin ötən ilki fəaliyyətinə həsr olunan hesabatda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.


    Rektor bildirib ki, elm və təhsilin vəhdətindən bəhs edərkən, bu iki vacib fəaliyyətin bir fərddə – müəllimdə deyil, universitetdə cəmləşməsi əsas götürülməlidir: “Universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə tədqiqatçı müəllimlər bir-birindən ayrılmalı, nəticədə beynəlxalq standartlara uyğun təlim və tədris texnologiyalarını tətbiq edən pedaqoqla tədqiqatçı müəllimlərin nailiyyətləri vəhdət təşkil etməlidir”.



    Ə.Muradov akademik A.Əlizadənin ali məktəblərin statuslarının bir-birindən fərqlənməlidir fikrini də dəstəkləyib: “Universitetlər təsnifatlaşmalı və reytinqlər də həmin statuslara görə müəyyən edilməlidir”.

    alinti..
#22.06.2018 06:18 0 0 0
  • noimage

    Türkiyəli popstar Tarkan Tevetoğlu Atalar günü bayramı ilə əlaqədar instaqram hesabında foto paylaşıb.



    Lent.az gecce.com.tr-yə istinadən bildirir ki, meqastar Tarkan həyat yoldaşı Pınar Diləklə foto paylaşaraq bütün ataları və ata olmağa namizədləri təbrik edib. 7,5 aylıq hamilə olan həyat yoldaşı ilə fotosunu paylaşan Tarkanın ilk dəfə ata olacağı vurğulanır.



    45 yaşlı məşhur müğənninin doğulacaq qızının adı da mediaya məlumdur. Cütlük dünyaya gələcək qızlarının adını Lidya qoyacaqlarını açıqlayıb.



    Qeyd edək ki, Tarkan 7 illik sevgilisi Pınar Diləklə 2016-cı ildə evlənib.

    noimage

    Tural TURAN

    alinti...
#22.06.2018 06:15 0 0 0
  • noimage

    Azərbaycanın daha bir tanınmış müğənnisi subaylığın daşını atır. Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 28 yaşlı meyxanaçı Üzeyir Mehdizadə ailə həyatı qurur.



    Əldə etdiyimiz məlumata görə, toy iyulun 1-də Bakının məşhur restoranlarının birində baş tutacaq.



    Məclisdə ancaq kişi qonaqlar iştirak edəcək.

    al9nti..
#22.06.2018 06:04 0 0 0
  • noimage

    Yumurta ən tez-tez istifadə olunan sevimli məhsullardan biridir.

    Rusiyalı həkim-qastroenteroloq Aleksey Paramonov “Komsomolskaya Pravda” ilə bu faydalı məhsulun düzgün və sağlam istehlakı ilə bağlı bəzi maraqlı məlumatları paylaşıb.



    Belə ki, həkim yumurtanı səhər yeməyi üçün ən yaxşı məhsullardan biri hesab edir. Zülallar, vitamin və minerallarla zəngin olan yumurta insana ona lazım olan güc və gümrahlıq verir, uzun müddət tox saxlayır.



    Ailem.az saglamolun.az-a istinadən xəbər verir ki, axşamlar, xüsusilə də yatmazdan bilavasitə əvvəl yumurta yemək olmaz. Həkim izah edib ki, yumurta reflüksün (qida qalıqlarının mədədən qida borusuna atılması) inkişafına səbəb olan məhsullardan biridir.



    İnsan yumurta yeyəndən sonra uzanarsa, reflüksün əmələ gəlməsi riski artacaq. Reflüksün simptomları arasında: qıcqırma, ağızda acı dad. Reflüks, xüsusilə xroniki hal aldıqda təhlükəli pozulma sayılır ki, nəticədə qida borusunun divarları zədələnə bilər, onlarda eroziya və xoralar əmələ gələ bilər.

    alıntı..
#21.05.2018 23:54 0 0 0
  • noimage

    Müğənni Elnarə Xəlilova “İki dost” adlı mahnısına çəkilən klipini təqdim edib. Lent.az-ın məlumatına görə, yeni bəstənin sözləri Nurlan Əliyev, musiqisi Muxtar Abseynov, aranjemanı Mövlüd Niftəliyevə məxsusdur. Klipin çəkilişləri Şəkidə aparılıb. Layihənin fotoqrafı Samir Atabəy, videoqrafı Həsrət Həsənov, modelyeri Günay Quliyeva, saç ustası Ayan Həsənova, vizajisti Samirə Nağılıdır.


    “İki dost” mahnısına çəkilən klipi təqdim edirik:

    https://www.youtube.com/watch?v=h-qVZYDMbFw
    alıntı..
#21.05.2018 23:48 0 0 0
  • noimage

    Aparıcı Nanə Ağamalıyeva müğənniliyə başlayıb. Lent.az-ın məlumatına görə, aparıcı artıq müğənni kimi ilk “Hasretin değil ki...” adlı yeni mahnısını və klipini təqdim edib.



    Bəstənin sözləri Günel Sərdarqızına, musiqisi Gövhər Həsənzadəyə məxsusdur.

    https://youtu.be/VLwTS9MbRO4

    Yalçın UĞUR

    alıntı..
#21.05.2018 23:44 0 0 0