Çia toxumu saçları və dırnaqları yaxşılaşdıran, dərini cavanlaşdıran nadir və faydalı bitki növüdür.
Qadinla.com xarici mətbuata istinadən xəbər verir ki, bu sehrli toxumu hələ qədim dövrlərdə maya və ink tayfaları yüksək qiymətləndirirdi. Və bu gün elm sübut edib ki, onlar haqlı olub!
Bu yazıda oxucuları çia toxumunun faydaları ilə tanış etmişik:
Çia toxumları bir növ müasir bitki kimi görünür, lakin onlar artıq min ildir mövcuddur. Bəsləyici dəyəri o qədər yüksəkdir ki, keçmişdə onlardan pul kimi istifadə edilib.
Çia toxumları yağ turşularıyla, zülallarla, antioksidantlarla və dietik liflərlə zəngindir. Onlar mayeni udmaq kimi böyük qabiliyyətə malikdir, bu da orqanizmin hidratlaşması üçün ideal vasitədir.
Çia toxumları o qədər təsirlidir ki, cəmi bir neçə saat ərzində özünü yaxşı hiss etməyə imkan verir. Yeri gəlmişkən qeyd edək ki, maya dilində çia \"qüvvə\" mənasını verir. Bu, həqiqətən də belədir, çünki çia toxumu qida maddələrinin yüksək məzmunu sayəsində bədənə çoxlu enerji verir.
Bu bitki orqanizm üçün mühüm olan yağların əsas mənbəyidir. Nə qədər qəribə olsa da, balaca çia toxumunda Omeqa 3 yağları qızıl balıqdan 8 dəfə çoxdur. Və bu, hələ hamısı deyil, çia çoxlu zülallar və antioksidantlar ehtiva edir. Bu bəsləyici maddələr sağlamlığınız üçün çox əlverişlidir. Məsələn, bir qram çia toxumunda təzə qaragilədən 4 dəfə çox antioksidant var.
Son tədqiqatlar göstərib ki, çia toxumundan mütəmadi istifadə saç və dırnaqların vəziyyətini yaxşılaşdırır. Çia dəri üçün əla vasitədir, çünki onun dəri hüceyrələrini bərpa etmək və yeniləşdirmək xüsusiyyəti var.
Çia toxumu asan həzm olunan bitki zülallarının da əla mənbəyidir. Odur ki, toxumlar bütün həzm yoluna müsbət təsir göstərməklə artıq piy yandırılması prosesini stimullaşdırrır və orqanizmi möhkəmləndirir.
Əgər siz zəiflik və əzginlik hiss edirsinizsə, çia toxumu problemin ən effektli həllidir. Onlar əzələ funksiyasını yaxşılaşdırır və bədənə enerji verirlər. Ona görə də çia toxumunu adətən idmançılar işlədir.
Çia toxumunu bağırsağın funksiyasını təkmilləşdirən 37% qida lifləri təşkil edir. Xüsusilə yoğun bağırsaq xərçəngi ilə mübarizə aparan insanlara qida rasionuna çia daxil etmək tövsiyə edir.
Çia toxumları iştahanı boğur, maddələr mübadiləsini artırır, qlikogeni aktivləşdirir və beləliklə də arıqlamaq prosesini sürətləndirir.
Çia toxumlarını müxtəlif üsullarla istifadə edə bilərsiniz. Məsələn, yeməklərə və ya salatlara əlavə etmək olar.
Çianı nə cür istifadə etməyinizdən asılı olmayaraq, onlar istənilən yemək və ya desertin bəsləyici dəyərini artıracaq.
20 Dekabr 2017-ci il. Günün qoroskopu. çoxlu mübahisələr və isti diskussiyalar olacaq
Qoç - Çoxlu mübahisələr və isti diskussiyalar olacaq. Amma onlar ciddi bir konfliktlə nəticələnməyəcək. Bir fikrə gəlsəniz, hər kəs bundan razı qalar. Məhz buna görə bəzi suallar hələ də cavabsız olaraq qalacaq.
Buğa - Həyati potensialınız böyükdür. Yaxşısı budur ki, bu gün nəyəsə çox böyük əmək sərf etməyəsiz. Bu, xroniki xəstəliklərə gətirib çıxara bilər. Ancaq xoş insanların əhatəsində keçirəcəyiniz bir istirahət sizə həm fiziki, həm də ruhi nöqteyi-nəzərdən çox xeyrli olacaq.
Əkizlər - Sakit, işlərinizi bitirmək və iş danışıqları aparmaq üçün gözəl bir gündür. Heç hara tələsmək lazım deyil, düşdüyünüz vəziyyətlə bağlı bir xeyli fikirləşin. Planlarınızı özünüz qurun. Siz çox yaxşı məsləhətlər verirsiz. Ətrafdakılar bunu görürlər və sizə nəinki kiçik problemlərin, hətta böyük problemlərin həlli üçün də müraciət edirlər.
Xərçəng - Ailə və sevgi münasibətləri harmoniyalı olacaq. Sizin yaxın insanlarla yaxşı ünsiyyətiniz olacaq ki, bu da, əlbəttə, sizin əhvalınıza təsir edəcək. Çoxdan xoşunuza gələn insandan sizə xoş xəbər gələ bilər. Əlinizə pul gələ bilər.
Şir - çalışın, heç kimə inanmayın. Bu gün sizin intiusiyanız sizi aldada bilər. Əsasən, bu proses yeni tanışlıqlar zamanı meydana çıxa bilər. Bu bürcün bəzi nümayəndələri yaxınları ilə ünsiyyətə məhdudiyyətlər qoya bilərlər. Bununla onlar əlavə söz-söhbətlərdən qaçmış olurlar.
Qız - bu gün qızlar son vaxtlar yaranmış suallara cavab tapacaqlar. Müəyyən olacaq ki, işdəki vəziyyətiniz heç də siz fikirləşdiyiniz kimi faciəli deyil. Həm də ola bilər ki, siz çox böyük bir iş təklifi alasınız. Bu gün bağlanan sazişlər böyük gəlirlər vəd edir.
Ancaq ailədə hər şey qaydasında deyil. Valideynlər uşaqları ilə bir fikrə gələ bilmirlər. Uşaqlar isə həm valideynləri ilə, həm də özləri özlərilə problem yaşayırlar. Ancaq siz hər şeyin düzələcəyinə inanırsız və ən yaxşı məqam da odur ki, bu inamınız gerçəkləşəcək.
Tərəzi - Sakit və ölçülü bir gündür. Sevindirici haldır ki, xoşagəlməz hadisələr yoxdur. Sizdə istirahətlə bağlı maraqlı ideyalar yaranır, ancaq yaxınlarınıza bu ideyanı təlqin edə bilmirsiz. Sevdiyiniz insan get-gedə uzaqlaşır bu da sizi ciddi bir şəkildə narahat edir. Siz qərar verməyə tələsmirsiz. Bu isə çox gözəl haldır.
Günün ikinci yarısında gözlənilməz bir mənbədən pul gələ bilər. Bu pulları dərhal xərcləməyə tələsməyin. Vaxtı gəlndə vacib bir şeyə lazım olduğunu özünüz görəcəksiniz.
Əqrəb - Sənədlərin hazırlanması ilə məşğul ola bilərsiniz. Rəqəmlərlə olan iş hətta humanitar sektorun işçiləri üçün də uğurlu olacaq.
Həyati potensialınız azalır. Bunun qarşısını almaq üçün yüklənmələri tənzimləmək, günün rejiminə uyğunlaşmaq və düzgün qidalanmaq lazımdır. Orqanizminizi pis qidalara öyrəşdirməyin. Günün ikinici yarısında yüksək səviyyəli tədbirlərə gedə bilərsiz. Bu tədbirlər çox şən keçir, amma orada çox gecikmək məsləhət deyil.
Oxatan - Bu gün Oxatanlar üçün uğursuz bir gün olacaq. Siz baş verən hadisələrdən hiddətlənirsiz, problemlərə çözüm yolu axtrarırsınız, amma bu yolları tapa bilmirsiz. Həyatınızdakı nəyisə dəyişmək problemlərə gətirib çıxarır. Uğursuzluqlar sizi cənginə alıb.
Ünsiyyət sarıdan çox çətin bir vaxtdır. Əgər sizə elə gəlirsə ki, kimsə sizi iki cümlədən başa düşür, yanılırsız. O, sizin sözlərinizi pis mənada başa düşür. Gününü ikinci yarısnda güclü baş ağrıları olacaq.
Oğlaq - yaxşı məsləhətləri eşitmək üçün əlverişli bir gündür. Sizinlə dostluq əlaqələri olan hər kəsə diqqətlə qulaq asıb, onlardan nəsə öyrənməyiniz sizin xeyrinizə olacaq. Qarşınıza çıxan insanlar çox maraqlı həyat tərzlərilə seçilirlər. Onların hər hansı biri ilə sizin ciddi münasibətiniz yarana bilər. Amma hadisələri qabaqlamayın.
Dolça - gün çox tez keçir. Dolçalara bu gün nə çoxlu dərd, nə də sevinc bəxş edir. Siz maraqlı işlərə başlayır və onların öhdəsindən gəlirsiniz. Entuziazm tələb etməyən işləri isə sakitcə özünüzdən uzaqlaşdırırsınız. Ulduzlar bu mövqeyinizi dəstəkləyir.
Çalışın, israfçılıqdan uzaq olasınız. Lazım omayan alış-verişdən uzaq olun. Ağıllı şəkildə etdiyiniz qənaətin sizə ancaq xeyri var. Günün ikinci yarısında ehtiyatlı olun. Bu gün zədələnə bilərsiniz.
Balıqlar - Çox çətin bir gündür. Qarşınızda duran sualların çoxusuna cavab tapa bilməyəcəksiniz. Hərdən özünüzə inamınızı itirirsiniz. İşlərin sizin xeyrinizə başa çatacağına heç bir ümidiniz yoxdur. Bəzi asılı olduğunuz insanlar var ki, onlarla yola getmək bir az çətin olacaq.
Evdə yaxınlarınız sizi başa düşməyəcəklər. Siz onlara nə istədiyinizi və nə üçün mübarizə apardığınızı yenidən başa salmalı olursunuz. Sevdiyiniz insanla aranızda ciddi problemlər olacaq.
Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas Fədayə Laçının iştirakı ilə baş tutub.
İclasda qərar qəbul edilib. Qərara görə, vəsatət təmin edilməyib.
Qış ayları boyu əlinizin altında hazır olan bir çay ilə həm immunitet sisteminizi gücləndirəcəksiniz, həm də xəstəliklərin ən çox yayıldığı bu mövsümü problemsiz və sağlıqlı keçirəcəksiniz. Qadinla.com sizə portağallı qış çayı reseptini verir.
Lazım olanlar:
4 dilim portağal
3-4 ədəd mixək
Yarım çubuq darçın
Bir az sarıkök
4 stəkan su
Hazırlanması:
1 litr suyun içərisində darçın xaric bütün ərzaqlar qaynayana qədər isidilir və servis edilir.
Bulyon – 40 q,
düyü – 30 q,
baş soğan – 24 q,
göy soğan – 26 q
yerkökü – 40 q,
ispanaq – 50 q,
quzuqulağı – 50 q,
ərinmiş yağ – 15 q,
keşniş və ya nanə - 10 q,
lavaşana – 50 q,
duz,
istiot.
Hazırlanması:
Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy soğan, ispanaq və quzuqulağı qatılıb bişirilir.
Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.
10 Dekabr 2017-ci il. Günün qoroskopu. bir çox planlar pozula bilər
Qoç - yeni bir layihənin başlanması üçün uğurlu gündür. Özünüzü kommersiya, yaxud yaradıcı sahələrin birində sınaya bilərsiniz. İşgüzar danışıqlar məhsuldar ola bilər.
Ünsiyyət, insanların çox olduğu yerlərə getmək, ziyafətlərdə iştirak üçün yaxşı gündür. Yeni tanışlıqlar mümkündür. Yaxınlarınızla dil tapmaq isə istədiyiniz kimi asan deyil, xeyli tər tökməli olacaqsınız.
Buğa - bu narahat günün çox hissəsini ailə qayğılarına və problemlərə həsr etməli olacaqsınız. Özünüzü tamamilə rutin işlərə həsr etməyin, çalışın, doğrudan da, xoşunuza gələn məşğuliyyət tapasınız. Dostlarla görüşlər, birlikdə gəzintilər əhvalınızı qaldırır, özünüzü daha yaxşı hiss etməyə kömək edir.
Hansısa yeni, qeyri-adi münasibətlərin, hətta ciddi romantik macəranın başlanması mümkündür. Tamamilə başınızı itirərək, bütün şübhələri bir kənara atıb yeni hissə qapılırsınız. Nəticələri təxmin etmək həddən artıq çətindir.
Əkizlər - sağlam düşüncəni yadına salan yoxdur. Yeni bir layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Ancaq bu zaman bilik və gücünüzü düzgün qiymətləndirməlisiniz. Uğura güvənməyin: qələbə üçün zəhmət çəkmək gərəkdir.
İstədiyiniz hər şeyi dərhal əldə etmək hər zaman alınmır. Yalnız ən dözümlülər qazanacaqlar. Qohumlar arasında münasibətlər düzəlir, dostlar fikir ayrılıqları barədə unudur, sevgililər inciklikləri geridə qoyurlar. Qəfil təkliflər mümkündür.
Xərçəng - heç də düşündüyünüz kimi pis gün deyil. Ciddi nailiyyət və başgicəlləndirici qələbə qazanacağınıza hazırlaşmayın. Çox mümkündür ki, bunların miqyası xırda olacaq, amma kefiniz korlanmayacaq. Qabaqlar böyük həvəslə başladığınız işə marağınız azalır. Bir az fasilə verib istirahət edin.
Gəzintiyə, yaxud ekskursiyaya, ən yaxşısı - romantik səyahətə gedin. Şəraitin dəyişməsi və sevdiyiniz şəxslə birlikdə vaxt keçirmək imkanı çox faydalı olacaq. Bir çox Xərçənglərin kefini uşaqlarla ünsiyyət açacaq.
Şir - şərait bəzən o qədər də yaxşı olmasa da, inadınız sayəsində çox şeyə nail olursunuz. Tez-tez özünüzü nahaqdan riskə ataraq düşünülməmiş hərəkətlər edirsiniz. Pul ala bilərsiniz.
Bu gün Şirlərin çoxu həyatlarında nəyisə dəyişməyin vaxtı gəldiyini düşünəcəklər. İntuisiyanızın dediklərini dinləsəniz, pis olmaz, o, sizə doğru yol seçməkdə kömək olacaq. Axşam yaxşı xəbərlər alacaqsınız. Bəzi Şirlərə isə yol görünür.
Qız - parlaq, yaddaqalan gündür. Nikbin, mərhəmətli, cazibədar və həyatsevərsiniz. Təəccüblü deyil ki, çoxları vaxtlarını sizinlə keçirmək istəyirlər. Xeyli maraqlı təklif alırsınız. Yaradıcı potensialınız yüksəkdir, cari problemlərin orijinal həll yollarını tapırsınız.
Bir çox Qızlar bu gün aşiq olur, başlarını itirirlər. Sizi xeyli romantik macəra gözləyir. Sevgilisi olanlar isə bu gün öz yarlarını sevindirmək üçün imkan tapacaqlar.
Tərəzi - ciddiləşin, o zaman heyrətamiz nəticələr qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər, ancaq bu zaman gərək xırdalıqları unutmayasınız, başqalarının diqqət yetirmədiklərini görməyə çalışın. Güclü intuisiyanız və fərasətiniz sayəsində düzəldilməsi mümkün olmayan səhvlərdən qaçacaq, yumorun hesabına isə ətrafdakılarla münasibətləri yumşaldacaqsınız.
Kütlə qarşısında çıxışlar və ictimai tədbirlərdə iştirak üçün münasib gündür. Yeni tanışlıqlar xeyrinizədir. Buna baxmayaraq, bu gün rastlaşacağınız insanlar sizdə güclü təəssürat yaratmayacaqlar.
ILAN
Daha Ətraflı
Native Video by Adributor
Əqrəb - mərhəmət və əliaçıqlıq göstərib, ehtiyacı olanlara qayğı göstərməyə, çətin şəraitdə qalan insanlara yardım etməyə meyllisiniz. Sizin layiqli davranışınız mükafatsız qalmır. Hadisələrin uğurlu inkişafı çoxdankı ideyalarınızı gerçəkləşdirməyə imkan verəcək.
Yeni biliklər öyrənməyə, dünyagörüşünüzü genişləndirməyə çalışın. Yeni maraq və hobbilərinizin yaranması mümkündür. Kimi istəsəniz, özünüzə aşiq edə bilərsiniz, ancaq bir dəqiqə də olsun, soyuqqanlılığınızı itirməyəcəksiniz.
Oxatan - özünüzə qarşı tələbkarsınız. Bu, çox faydalıdır, çünki öz hisslərinizi ayırd etməli, bu yaxınlarda etdiyiniz hərəkətləri yenidən qiymətləndirməlisiniz. Əsas odur ki, öz nailiyyətləriniz barədə unutmayasınız, yoxsa əhvalınız korlanacaq. Özünüz özünüzü tərifləyin, yaxud bunu səmimi qəlbdən edən birini tapın.
Bu günə geniş əhatəli planlar qurmayın, cari problemlərin həllilə məşğul olun. Bəzi Oxatanlar nüfuzlu hamilər tapır, bəziləri, nəhayət ki, maaşlarının artmasına nail olurlar.
Oğlaq - bir çox planlar pozula bilər, ancaq çətin ki, bu, kiminsə qanını qaraltsın: şəraitə alışmaq məcburiyyəti, nədənsə, qıcıq deyil, entuziazm yaradır.
İdeyalarla bölüşmək, onları müzakirəyə çıxarmaq, həmçinin həmfikir axtarmaq olar. Hədiyyələr, xoş sürprizlər mümkündür. Təmtəraqlı tədbirlər və ziyafətlər əla keçir. Sənət əsərləri, eksklüziv zinət əşyaları ala bilərsiniz.
Dolça - gözlənilməz kəşflər və faydalı tapıntılar günüdür. Məntiqlə intuisiya arasında balansı tapınca rəqibləriniz qarşısında 1:0 üstünlük qazanacaqsınız. Qəfil xəbərlər sizə ilham verir, hiss edirsiniz ki, çox şeyə qadirsiniz.
Cazibəniz artır, insanlar sizə doğru can atırlar. Yeni dostlar, yaxud ömür-gün yoldaşı tapa bilərsiniz. Pulgir olmayın: bu gün pul dalınca qaçmağınız qətiyyən məsləhət deyil, həyatda daha dəyərli şeylər var.
Balıqlar - asan gün deyil. Baş sındırmalı olacaqsınız və intellektual zəhmət sizə xeyli həzz verəcək. Üstəlik, nəhayət ki, problemlərin həllini tapacaqsınız. Yəni özünüzlə qürrələnməyə daha bir imkan yaranır.
Mənasız söhbətlərə, birbaşa sizin həyatınıza aid olmayan məsələlərin müzakirəsinə vaxt ayırmayın. Bir yerdə oturmayıb, iş görsəniz, çox gözəl olar. Günün ikinci yarısı uğurlu səfər gözlənilir. Pul, hədiyyə ala bilərsiniz.
“ARB TV”nin “Günə son” verilişində prodüser Sultan Natavanla Dado arasında gizlinləri açıb. Lent.az telekanala istinadən xəbər verir ki, o, Natavan Həbibi ilə Dadonun ayrılmasında müğənnini günahlandırıb:
“Natavana gəlinlik geyinmək və pul yığmaq lazım idi. O, çox kinli qadındır və inanmıram ki, kimləsə xoşbəxt olsun. Həbibi Dadodan istifadə edib, bədbəxt etdi”.
İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 23 nəfər tutulub. Bu barədə Trend "Haber 7"yə istinadən xəbər verir.
Qeyd olunur ki, tutulanlar ölkə ərazisində müxtəlif vaxtlarda törədilən terror aktları ilə əlaqələrdə şübhəlii bilinirlər.
Çeçenistan prezidenti Ramzan Kadırov amerikalı boksçu Floyd Meyuezerlə görüşündən bəhs edib. Virtualaz.org-un məlumatına görə, çeçen lideri bu barədə özünün Telegram kanalında açıqlama yayıb. “Biz boks və bu idmanın Çeçenistanda, Rusiya və bütün dünyada inkişafı barədə söhbət etdik. Onun əlli görüşün hamısında qələbə qazanması təcrübə baxımından çox vacibdir”, - deyə Kadırov vurğulayıb.
Çeçenistan rəhbəri bildirib ki, boksçu Rusiya vətəndaşı olmaq istəyini təsdiqləyib.
“Meyuezer Moskvada artıq evinin olduğunu dedi. Sonra isə Qroznıda da ev istədiyini bildirdi”, - R.Kadırov əlavə edib.