N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • noimage

    Soğan yalnız yeməkləri dadlı edən tərəvəz deyil. Soğanın orqanizmə bir çox faydaları var və bunlardan biri də saçları uzatma xüsusiyyətidir.
    Tərkibindəki hidrogen-sulfid sayəsində soğan hollagen toxumalarının istehsalını artırır. Bu toxumalar saçların uzanmasında mühüm rol oynayır.

    Soğan suyu qarışığı necə hazırlanır?

    2 və ya 4 ədəd soğanı rəndələyin. Suyunu yaxşıca süzüb bir süzgəcdən və ya tənzifdən keçirin. Bu suyu saç dərinizə masaj edərək çəkin. 1 saat qədər saxlayın. Saçda 15 dəqiqə saxlamaq kifayət edir. Daha sonra saçları hər zaman istifadə etdiyiniz şampun ilə yuyun və yaxşıca yaxalayın.

    Aytən

    alıntı..
#25.10.2017 12:41 0 0 0
  • noimage

    Fransız aktrisa və müğənni Daniel Darye vəfat edib.

    Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 100 yaşlı aktrisa evində ölü tapılıb.

    Məlumata əsasən, Danielin son zamanlar vəziyyəti bir müddət əvvəl evində yıxıldıqdan sonra pisləşib.

    Qeyd edək ki, D.Darye ilk dəfə aktrisalığa 1931-ci ildə “Bal” filmi ilə başlayıb. O, karyerası boyunca 140-dan çox filmdə rol alıb. Həmçinin musiqi fəaliyyəti ilə məşğul olan ulduz 20 albom sahibidir.

    noimage

    alıntı...
#20.10.2017 08:31 0 0 0
  • noimage

    Borcu Kolay Ödeme Duası

    Borcu rahat ödeyebilmek için Allah Resulü(s.a.v)’in müslümanlara öğrettiği dualardandır.

    “Allahümme inni euzü bike minel hemmi vel hazeni ve euzü bike minel aczi vel keseli ve euzü bike minel cübni vel buhli ve euzü bike min galabetid deyni ve kahrir rical.”

    Manası:

    “Ey Allahım,keder ve üzüntüden,acizlik ve tembellikden,korkaklık ve cimrilikden,borcun boynumu büküp,beni yenmesinden,ve insanların kahrından sana sığınırım.”

    Fazileti:

    Abu Ümame(r.a) borçlarını ödeyememekden Hz.peygambere dert yandı,Hz.peygamber(s.a.v) ona bu duayı öğretti.Allahü Teala onun üzüntüsünü giderdi,borcunu ödemesinde yardımcı oldu.

    alıntı..
#18.10.2017 19:15 0 0 0
  • noimage

    Musibet Zamanında Okunacak Dua

    ”İnna lillahi ve inna ileyhi raciun, Allahümme indeke-ahtesibü müsibeti fe’cürni fiha ve ebdilni biha hayran anha minha”

    Anlamı: “Biz Allah’a aidiz.(ona teslim olmuş kullarız) ve ancak ona döndürüleceğiz.” Allah’ım,katından bu musibetimin ecrini umuyorum.(Bu musibetimi yok et ve beni bununla sevaplandır.Onu hayırla değiştir.”

    Musibetin gelmesini Engelleyen dua: ”Bismillahi’l-lezi la yedurru ma’a-smihi şey’ün fi’lardi vela fi’s-semai ve hüve’s-semi’ul-Alim.

    Anlamı: “Adı anıldığı zaman gerek yerde gerekse gökte hiç bir şeyin zarar veremeyeceği Alla’ın adıyla; O. hakkıyla işiten ve hakkıyla görendir.” diye okunursa ona hiç bir şey zarar veremez. Görülmedik kaza ve bela ona isabet etmez.

    Bu kısacık duaları çocuklarımıza öğretelim ve onlarında okumasını sağlayarak, onları Allah’ın korumasına alalım.

    alıntı..
#18.10.2017 19:04 0 0 0
#16.10.2017 23:17 0 0 0
#16.10.2017 22:54 0 0 0
  • noimage

    53 yaşlı supermodel Elle Mekferson Mayami çimərliyində paparatsilərin hədəfinə tuş gəlib.

    Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qara idman şalvarı və qısa köynəkdə olan model illərdir idmanla məşğul olur.

    O, daha sonra velosiped sürərkən görüntülənib. Modeli gənc sevgilisi müşayiət edib.

    noimage

    noimage

    alıntı..
#16.10.2017 22:34 0 0 0
#29.09.2017 23:32 0 0 0
  • noimage

    PKK terror təşkilatı Türkiyəyə sığınan suriyalı qaçqınların yaşadığı məntəqəyə top mərmisi atıb.

    Lent.az-ın Doğan Xəbər Agentliyinə istinadən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla, 5 nəfər yaralanıb.

    alıntı..
#25.09.2017 19:21 0 0 0
  • noimage

    Dünyanın ən kök qadını İman Əhməd Abdel Ati 37 yaşında ölüb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, misirli qadının böyrəkləri sıradan çıxıb,bağırsaqları fəaliyyətini dayandırıb.

    Qeyd edək ki, İman Əhməd Abdel Atinin çəkisi 500 kiloqram olub. O, arıqlayıb 300 kq-ya düşsə də vəfat edib.

    noimage


    noimage

    noimage

    alıntı..
#25.09.2017 19:17 0 0 0
  • noimage

    Bu gün paytaxt məkanlarının birində əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərə toy edir.

    Lent.az-ın məlumatına görə, gecəni ilk olaraq aparıcı Saleh Bağırov açıq elan edib. Daha sonra M. İsgəndərli "Gəl xoşbəxt olaq" adlı mahnısını oxuyub və səbəbkarlar gecədəki ilk rəqslərini təqdim ediblər.

    Xatırladaq ki, toyda xalq artistləri Arif Babayev, Mələkxanım Əyyubova, əməkdar artist Lalə Məmmədova, müğənnilər Nazənin, Nadir Qafarzadə, Xatirə İslam, Ramal İsrafilov, Mətanət Əsədova, Xatun Əliyeva, Mənzurə Musayeva, rəqqasə Fatimə Fətəliyeva, aparıcı Elgiz Əkbər və başqaları iştirak edirdi.

    Qeyd edək ki, Ülkər Engin adlı Türkiyə vətəndaşına ərə gedir. Oktyabrda cütlüyün Antalyada oğlan toyu olacaq.

    https://youtu.be/GJm_ciGoK70

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR

    alıntı...
#22.09.2017 00:31 0 0 0
#19.09.2017 18:34 0 0 0
  • 18 sentyabr 2017-ci il. Günün qoroskopu. rüşvət verməyin və rüşvət almayın

    Qoç - Planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Yaxın perspektivdə atacağınız addımları tələsmədən müəyyənləşdirin. Ciddi islahatlara başlamaq fikriniz varsa, situasiyanı qiymətləndirin. Maliyyə imkanlarınızla bağlı izafi nikbinliyə yol verməyin.

    Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin davranışında anlaşılmaz məqamlarla qarşılaşacaqsınız. İnzibati məsələlərdə, yazışmada, nəticələrin müqayisəsində səlis davranın.

    Axşam saatlarına yaxın səfər və ya işgüzar müzakirə istisna deyil.

    Buğa - Situasiya təxirəsalınmaz müdaxilə və çevik hərəkətlər tələb edir. Nəyi nə zaman edəcəyinizi bilin. Peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklər və ya spontan yeniliklərə heç bir ehtiyac yoxdur. İslahatları bir qədər ertələyin.

    Alış-verişdə bədxərclik etməyin.

    Günün ikinci yarısında tələskənliyə yol verməyin. İşlərdə qısamüddətli qeyri-müəyyənlik və ya tərəddüd yarana bilər. Aranan çıxış yolunu ilk cəhddən tapmamaq riski var. Bütün variantları təmkinlə qiymətləndirin.

    Əkizlər - Günün ilk yarısında fikirləriniz dağınıq olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır.

    Günün ikinci yarısında yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Müstəqil, hadisələrə tərəfsiz yanaşan insanın fikirlərindən bəhrələnin. Yeni tərəfdaş, şərik və ya məsləhət verəcək insana ehtiyac duyursunuzsa, tələsməyin.

    Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.

    Xərçəng - Cari məsələlərin həlli üçün rasional düşünün. Praqmat olun, dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın.

    Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Xidməti mükəlləfiyyətlərə laqeyd yanaşmayın.

    Axşam saatlarında gəzintiyə çıxın.

    Şir - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin.

    Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar.

    Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin.

    Qız - Tənbəllik etməyin, intizamlı olun. Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın.

    Günün ikinci yarısı məhsuldar dönəmdir. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Səhhətinizin qeydinə qalın.

    Ev işləri ilə məşğul olun.

    Tərəzi - Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. Problemlərin həllinə yaradıcı yanaşın.

    Günün ikinci yarısında yaranan çətinliklərin həlli zamanı tələskənliyə yol verməyin. Enerjili olun, aktiv davranın. Kreativliyi unutmayın. Sədlərlə maneələrin dəf olunması yollarını həmkarlarınız və ya şəriklərinizlə müzakirə edin.

    Axşam saatlarında normal istirahət edin.

    Əqrəb - Analitik bacarıqlar, sistem yanaşma tələb edən gündür. Uzaqdakı tanışlardan və ya dostlardan birinin yardım istəyi ilə üzləşəcəksiniz. Sizə həvalə edilmiş işi təkbaşına görməyə çalışın. Əlavə problemlərin yaranmaması üçün diqqətli olun.

    Günün ikinci yarısında əsas işə laqeyd yanaşaraq ikinci dərəcəli tapşırıqların yerinə yetirilməsinə aludə olmayın. Prioritet məqamlardan biri qüsursuz keyfiyyətdir. Peşəkar nüfuzunuzla yanaşı, əldə edə biləcəyiniz gəlirlər də məhz bu nüansdan asılıdıır.

    Fəaliyyət planı və büdcəni dəqiqləşdirməmiş dəyişikliklərə başlamayın.

    Oxatan - Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun, hər vədə və deyilən sözə inanmayın. Yaltaq, xəbis insanlardan uzaq durun. İşlərin əsas hissəsini günün ilk yarısında görməli olacaqsınız. Fəaliyyətinizin effektiv olması üçün yarımçıq işləri tamamlayın, öhdəlikləri yaddan çıxarmayın.

    Günün ikinci yarısında planlaşdırma və hesablamalarda səhvə yol verməyin. Tərəfdaşlarla, şəriklərlə anlamlı davranın. Ambisioz olun, amma eqoist insan təsiri bağışlamayın.

    Yeni işə başlamaq zamanıdır. Kiməsə işləməkdən usanmadınızmı?

    Oğlaq - Günün ilk yarısından etibarən passivlikdən uzaq durun. Yeni plan hazırlamaq, yaxın perspektivdə atacağınız addımları bəribaşdan müəyyənləşdirmək olar. Məntiqi düşünün, yaşananları sistemli təhlilə uğradın. Ətrafınızdakı şəxslərin davranışlarındakı fərqləri qulaqardına vurmayın.

    Günün ikinci yarısında proseslərdən kənar qalmayın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Stabil işgüzar əlaqələrə nail olun. Alış-veriş zamanı almaq istədiyiniz əşyanın keyfiyyətinə xüsusi fikir verin.

    Dolça - Günün ilk yarısında aktiv olun, formada qalın. Fəaliyyətinizlə bağlı müəyyən sistem formalaşdırın və planlara riayət edin. Reqlament olunmuş proseslərin məcrasından kənara çıxmayın. Sistemləşdirilmiş biliklərinizi artırın.

    Günün ikinci yarısı inzibati funksiyaların yerinə yetirilməsi üçün münasib zamandır.

    Müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin. Yaxın ətrafınızdakı insanlar qarşısında bəlli məsuliyyət daşıdığınızı unutmayın.

    Balıqlar - İllüziyalara və fantaziyalara qapılmayın. Dostlarla təmasları aktivləşdirin, işgüzar əlaqələri inkişaf etdirin. Tapşırılmış işlə bağlı təfərrüatları araşdırın. Əlavə məlumatlar əldə etməyə çalışın.

    Faydalı ünsiyyəti prioritetə döndərməkdən çəkinməyin.

    Günün ikinci yarısında mənasız və məntiqsiz ünsiyyəti dayandırın. Çalışdığınız kollektivin planlarından xəbərdar olun. İşdəki haqsızlıqdan, qanunsuzluqdan, özbaşınalıqdan bezibsinizsə, başqa iş yeri axtarmağa başlayın.

    Rüşvət verməyin və rüşvət almayın.

    Peşəkar fəaliyyət müstəvisində irəliləmək üçün gərəkli vasitələrdən yararlanın. Qanunvericiliklə bağlı biliklərinizi artırın.

    alıntı...
#17.09.2017 23:30 0 0 0
  • noimage

    Əməkdar artist Mehriban Xanlarova aparıcılığa başlayır. Lent.az-ın məlumatına görə, aktrisa bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib ki, “ARB”-də “Qayınana” adlı veriliş aparacaq.

    Qeyd edək ki, M.Xanlarova “Dünya TV”-də də aparıcılıq etmişdi.

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#17.09.2017 23:16 0 0 0
  • noimage

    Aparıcı İlqar Mikayıloğlu uşaqlıq fotosunu paylaşıb.

    Axşam.az-ın məlumatına görə, aparıcı pioner olarkən çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirib.

    İlqar fotoya "1981-ci il. Mərkəzdə mənəm" sözlərini yazıb.

    Qeyd edək ki, İlqar Mikayıloğlu hüquqşünas həyat yoldaşı Zülfiyyə Bayramova ilə birlikdə ATV kanalında çalışır.

    noimage

    alıntı..
#17.09.2017 23:12 0 0 0
#08.09.2017 22:22 0 0 0
#08.09.2017 22:17 0 0 0
#08.09.2017 22:08 0 0 0
#08.09.2017 22:07 0 0 0