4 su bardağı sıcak su
1. 5 çay bardağı tel şehriye
2 adet domates rendesi
1 tatlı kaşığı biber salçası
Biraz kurutulmuş Reyhan
Tuz
4 yemek kaşığı sıvı yağ
Tavuk bulyon
Domatesli Şehriye Çorbası Tarifi Yapılışı
Bismillahirrahmanirrahim.
Sıvı yağ ve domatesler tencereye alınır. Biraz haşlandıktan sonra şehriye, salça ve tavuk bulyon ve baharatlar tencereye alınır biraz kavrulduktan sonra su eklenir ve şehriyeler pişince ocaktan alınır.
Havuçlu Kremalı Mantar Çorbası Tarifi İçin Malzemeler
5-6 adet mantar
1 adet havuç
Yarım paket krema
2 bardak süt
1 bardak su
1 yemek kaşığı un
1 yemek kaşığı zeytinyağı
Havuçlu Kremalı Mantar Çorbası Tarifi Yapılışı
İnce ince doğradığımız mantarlarımızı ve ince ince rendelediğimiz havuçları yağda 2-3 dakika kavuruyoruz. İçerisine unu ilave edip karıştırıyoruz. Son olarak süt, su ve kremayı ilave ederek iyice karıştırıyoruz. Dinlediğimiz baharatları da ekleyerek pişmeye bırakıyoruz.
2 adet günkurusu
1 adet incir
1 adet armut
1 yemek kaşığı irmik
1 yemek kaşığı yulaf ezmesi
1 tatlı kaşığı tereyağı
1 yemek kaşığı pekmez
Vitamin Bombası Püre Tarifi Yapılışı
İncir ve armut küp doğranır, günkurusu ve yulaf ezmesiyle beraber cezveye alınır. Üstünü 3 parmak geçecek kadar su eklenir. Kaynamaya başlayınca irmik ilave edilip kıvam alana kadar karıştırılır. İrmik pişince ocaktan alınıp pekmez ve tereyağı eklenir. Bebişlere hemen servis edilir
Ötən gün müğənni Natavan Həbibinin toyu baş tutub. “Qafqazinfo” xəbər verir ki, sənətçi repçi Səid Əliyevlə (Dado) münasibətlərini rəsmiləşdirib.
Bakının ən bahalı restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri də axın edib.
17.07.17 tarixində baş tutan toyda aparıcılar Nəsib Nur, Samir Bayramlı və Murad Arif olub. Dəbdəbəli məclis üç hissədən- nikahın bağlanması, xına mərasimi, tamamilə əyləncədən ibarət idi.
Xınayaxdını sənətçinin həmkarı Xuraman Şuşalı edib, ona rəqqasə Fatimə Fətəliyeva və Xatirə İslam köməklik göstərib. Elə toy kimi, Natavanın geyimləri də müzakirələrə səbəb olub. Belə ki, özəl günündə üç geyimdən istifadə edib.
Məclis mediaya qapalı olsa da, toydan çəkilən fotolar ifaçının həmkarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Natavan və Səid cütlüyünün ikinci toyu (oğlan toyu) iyulun 19-dadır.
Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Nikolskoye yaşayış məntəqəsindən 233 km aralıda, ocağı isə 48 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Reuters agentliyi 300 kilometr radiusda sunami təhlükəsinin ola biləcəyi barədə məlumat verib.
Sabah ölkə ərazisində kəskin istilər gözlənilir. Lent.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib.
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 34-39° isti,
Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
İyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, iyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.
Rayonlarda isə hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
İyulun 19-dan 23-dək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının
bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti olacaq.
Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar. Bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz.
Ailem.az saglamolun.az-a istinadən məlumat verir ki, ürək-damar sistemi üçün çox faydalı qarışımın reseptini təqdim edir. Bu mükəmməl qarışıq ürək üçün olduqca faydalı olan 2 məhsuldan ibarətdir - pomidor şirəsi və zeytun yağı.
Gündə 1 dəfə yeməkdən 40 dəqiqə sonra 1 çay qaşığı zeytun yağı əlavə olunmuş 1 stəkan təzə pomidor şirəsini için (duz əlavə olunmur!).
Qarışımın faydaları:
- ürəyi möhkəmləndirir
- yüksək arterial təzyiqi aşağı salır
- damarları möhkəmləndirir, onların elastikliyini artırır
- damarları təmizləyir
- damarlarda trombların əmələ gəlməsi riskini azaldır
- xolesterolun səviyyəsini aşağı salır
- qanın tərkibini yaxşılaşdırır.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı bu qarışımın istehlakı sağlamlığa ziyan vura bilər. Bu bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora və s.), böyrək və öd daşı xəstəliyi, podaqra və s.
Türkiyədə 3 körpə uşağın ölümü ilə nəticələnən faciə yaşanıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şanlıurfanın Siverik qəsəbəsində Hacı Menek adlı şəxsin evində yanğın baş verib.
Həmin vaxt Hacı Menek həyat yoldaşı ilə birgə tarlaya işləməyə gedib. Evin tüstülənməsinə görən qonşular yanğınsöndürənlərə məlumat veriblər.
Həmin zaman onların evdə üç azyaşlı övladı- 3 yaşlı Bedriyə, 2 yaşlı Mustafa, 6 yaşlı Əhməd olub. Yanğın zamanı 3 uşaqda zəhərlənib. Təcili yardım vasitəsilə xəstəxanaya çatdırılan uşaqların öldüyü məlum olub.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 20-də meydana çıxacaq Azərbaycan klublarının qarşılaşmalarının da ədalət təmsilçiləri müəyyənləşib.
Öz meydanında “Astra”nı sınağa çəkəcək “Zirə”nin matçı Gürcüstan təmsilçilərinə tapşırılıb. Lüksemburqda “Fola” ilə görüşəcək “İnter”in oyununda isə litvalılar iş başında olacaq. “Qəbələ”nin “Yagelloniya” ilə səfər görüşündə isə ədaləti rumıniyalılar qoruyacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20 iyul
21:00. “Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya)
Baş hakim: Giorgi Vadaçkoria
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 1:3
21:30. “Fola” (Lüksemburq) – “İnter” (Azərbaycan)
Baş hakim: Donatas Rumsas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş. Emil Mayriş stadionu
İlk oyun – 0:1
22:30. “Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Konstantin Sebastyan Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok. Şəhər stadionu
İlk oyun – 1:1
Son günlər hamı bu qara dərili modeldən danışır. 24 yaşlı sudanlı model Nyakim Gatvech dərisinin rənginə görə bir ikonaya çevrilib. Onu “Qaranlığın şahzadəsi” adlandırırlar. Nyakimi dəri rənginə görə ələ salanlar da az deyil. Ancaq o, bu sözləri qulaq ardına vurduğunu və dərisinin rəngi ilə qürur duyduğunu deyib.
Sağlamlığımızı təhlükə altında qoyan ən böyük təhlükələrdən biri də hərəkətsizlikdir. Halbuki həftədə ən azı üç dəfə qaçmaq orqanizmi bir çox xəstəliklərdən qoruyur. Qaçmaq qan dövranını artırmaq, həmçinin ürək-damar xəstləlikləri ehtimalını azaltmaqla yanaşı, orqanizmdə müsbət dəyişikliklərə səbəb olur. Bundan başqa, qaçmağın fizoloji faydaları da çoxdur. Digər tərəfdən, qaçışla məşğul olan adamlar gündəlik fəaliyyətlərində daha az yorğunluq hiss edirlər. Elə isə qaçış üçün hansı qaydalara riayət etmək lazımdır?
*Əgər açıq havada qaçacaqsınız, daha çox səhər və ya axşam saatlarına üstünlük verin.
*Əgər hava şəraiti qaçış üçün əlverişli deyilsə, qaçış zolaqlarından istifadəə edin.
*Qaçış üçün sakit və səssiz yerlərə üstünlük verin.
*Çox isti və ya çox soyuq havalarda qaçmayın.
*2 gün fasilə ilə həftədə 3 gün və ən azı 30 dəqiqə qaçın.
*Şəkər, hipertoniya və s. kimi sistematik xəstəlliyi olanlar həmişə həkim nəzarrətində olmalıdır.
*Qaçışa yüngül idman hərəkətləri ilə başlayın.
*Əgər yaşınız 40-dan çoxdursa əvvəlcə, həkim müaniyəsindən keçin.
*Yaşınıza uyğun sürət seçin.
*Yeməkdən ən azı 2 saat sonra qaçın.
*Rütbətli havalarda qaçmayın.
*Qaçışa aşağı sürətlə başlayın və aşağı sürətlə bitirin.
*Qaçış üçün pampıq paltara üstünlük verin.
*Qaçışa başlamazdan əvvəl 2 stəkansu için. Sonra hər 20 dəqiqədən bir 1 stəkan su içə bilərsiniz.
*Qaçış üçün açıq rəngli və geniş paltar seçin.
*Nazikqatlı ayaqqabılarla qaçmayın.
Qaçışın insan üçün böyük faydaları var. Gəlin bu faydalarla tanış olaq.
*Qa çış qan dövranın artırır, ürək-damar xəstəlikləri ehtimalını azaldır.
*Ürək əzələsi də daxil olmaqla bütün əzələləri möhkəmləndirir.
*Qan təyziqini nizamlayır.
*Köklük ehtimalını azaldır.
*Bağırsaqların fəaliyyətini nizamlayır, həzmi asanlaşdır.
*Beynə gedən oksigenin miqdarını artırır.
*Maddələr übadiləsi artırır.
*Xolestrolu nizamlayır.
*Oynaq və əzələrin elastikliyini artırır, bel və boyun ağrılarını azaldır.
*Sümükləri möhkəmləndirir.
*Yorğunluq hissini azaldır.
*Qan yağlarının miqdarını aşağı salır.
*Ağciyərlərin fəaliyyətini artırır.
*Stressi aradan qaldırır.
*Hüceyrələrin çoxalmasına kömək edir.
*Xoşbəxtlik hormonu kimi də məlum olan endorfin hormonun ifrazını artırır.
ABŞ Senatında İran və Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin qəbul edilməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin spikeri Əli Laricani bəyan edib.
“ABŞ-ın birtərəfli qaydada müstəqil dövlətlərə qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüququ, BMT Nizamnaməsini pozur. ABŞ-ın Rusiya və İran şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir və suveren dövlətlərin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir”, deyə Ə.Laricani bildirib.
Cənubi Koreyanın paytaxtı Seulda, Avrasiya dövlətləri parlament spikerlərinin iclasında iştirak edən Ə.Laricani region ölkələrini əsassız qərarların qarşısını almaq üçün, beynəlxalq hüquqa əməl olunmasını təmin edəcək mexanizm yaratmağa çağırıb.