Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, qrossmeysterin toyu şəhər restoranlarından birində baş tutub. Gecəyə idmançılar, cütlüyün yaxınları qatılıblar.
Məclisdən fotoları şahmatçının dostları sosial şəbəkədə paylaşıblar. Cütlük bu ilin aprelində nişanlanmışdı.
Qeyd edək ki, bu, Şəhriyarın ikinci evliliyidir. Şahmatçı 2012-ci ildə Nərmin adlı xanımla ailə qurmuşdu. Bir müddət əvvəl isə ilk həyat yoldaşından boşanmışdı.
Zoğal qədim zamanlardan bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur. Həmçinin bu giləmeyvə çox gözəl profilaktik vasitədir. Ailem.az saglamolun.az-a istinadən zoğalın faydaları ilə sizi tanış edir.
1. C vitamini ilə zəngin olan zoğal damarları möhkəmləndirir, onların elastikliyini və cavanlığını qoruyur.
Bundan əlavə zoğal digər damarlar üçün olduqca faydalı olan rutin maddəsi ilə zəngindir. Rutin damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni qidalanmasına tez-tez daxil etməlidir.
2. Pektinlərlə zəngin olan zoğal bağırsaqları müxtəlif ziyanlı maddələrdən təmizləyir.
Zoğal ən tanınmış ishal əleyhinə təbii vasitədir. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı çox yaxşı kömək edir. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal mürəbbəsi + 1 stəkan qaynar su).
Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır - bağırsaqlar həm təmizlənir, həm də yığılır.
3. Zoğal arterial təzyiqi normallaşdırır, "pis" xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır, sklerozun qarşısını almağa kömək edir.
4. Zoğal qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı xeyirlidir. Həmçinin zoğal mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.
5. Zoğal güclü iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.
6. Sidik kisəsi və sidik yolları iltihabları zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur.
7. Zoğal podaqra və artritdən əziyyət çəkən insanlar üçün xeyirlidir.
Məşhur türkiyəli müğənni Kibariyə Azərbaycana gəlib.
Lent.az publika.az-a istinadən xəbər verir ki, Kibariyə Rusiyada fəaliyyət göstərən tanınmış iş adamının övladının toyunda iştirak edəcək. Toy Şəmkir rayonunun Şiştəpə kəndində olacaq.
Müğənni hazırda Şəmkirdəki otellərdən birində dincəlir.
Müğənni Rafet El Roman azərbaycanlı model Dilbər Mahmudovanın da çəkildiyi yeni klipini təqdim edib.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçının "Mecnun" albomunda yer alan "En güzel şey yaşamak" mahnısına çəkilən klip bu gün yayımlanıb. Klipin rejissoru Rafetin özüdür.
Qeyd edək ki, bir müddət əvvəl Dilbər və Rafetin hovuzda fotoları yayılmış, Rafet isə həmin fotoların klip çəkilişindən olduğunu demişdi. Maraqlıdır ki, klipdə həmin görüntülərə yer verilməyib
Xalq artisti Nisə Qasımova "Ana” adlı yeni mahnı oxuyub.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, bəstənin musiqisi Sevinc Tofiqqızına, sözləri millət vəkili Qənirə Paşayevaya məxsusdur.
N.Qasımova açıqlamasında yeni işi ilə bağlı fikrini bölüşüb:
“Sevinc Tofiqqızının mahnılarını dinləyir, bəyənirdim. Eyni zamanda da Qənirə Paşayevanın şeirini öz dilindən eşitmək dünyama təsir etdi. Ana haqqında olan şeirlər, mahnılar şah əsəridir. Biz üçümüz səmimi görüş keçirdik, Qənirə xanım şeirini dedi. “Ana” şeirini çox bəyəndim. Dedim ki, bu, mənlikdir. Dərin fəlsəfəsi var. Çoxdandır “Ana” haqqında mahnı istəyirdim. Amma xoşuma gələni olmurdu. Oxudum, amma hələ də öz ifam ürəyimcə deyil".
S.Tofiqqızı N.Qasımovaya bəstəsini səsləndirdiyi üçün təşəkkür edib.
Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, məşhurlarımız “Lider maqazin”in “Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz” suallarına belə cavab veriblər:
Nail Naiboğlu: "Azərbaycandan kənarda dincəlməyi sevirəm. Çinə getmək istəyərdim. Ötən qış ailəmlə istirahətə getmişdim və 10 minə qədər pul xərclədim".
Emil Bədəlov: "Türkiyədə istirahəti sevirəm. Elə olub ki, istirahətə 12 min manat xərcləmişəm. Onda subay idim. Bir yerdən gəlirim oldu, gedib dincəldim".
Nazim Məmmədov: "Türkiyədə dincəlirəm. 5 min manat civarında pul xərcləmişəm".
Niyam Salalmi: "İspaniyada olmaq istəyərdim. Bir istirahətə 5 mindən yuxarı xərcim çıxıb".
Niyaməddin Musayev: "Azərbaycanda istirahəti sevirəm. Ən çox 500 manat xərcləmişəm".
Aslan Hüseynov: "Türkiyədə istirahət xoşlayıram. 10, 20 min xərclədiyim olub".
Nailə Mirməmmədli: "Alanyada dincəlməyi xoşlayıram. 6 minə qədər xərclədiyim olub".
Ayaz Qasımov: "İstəyirəm avqustda Barselonaya gedim. 10-15 minə qədər istirahətə pul xərcləmişəm".
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Cacık Tarifi'nin Malzemeleri:
2 adet Salatalık
2 su bardağı Yoğurt
2 yemek kaşığı Zeytinyağı
4 dal Dere otu
3 diş Sarımsak
1 su bardağı Su
Tuz
Cacık Tarifi'nin Yapılışı:
1. Salatalıklar yıkanır, soyulur, rendelenir. 2. Sarımsak tuz ile dövülür, yoğurta katılır, su ilave edilir. (Boza kıvamında olması gerekir.) 3. Rendelenmiş salatalıkların üzerine dökülür, karıştırılır. 4. Kaselere alınır, üstlerine kıyılmış dere otu serpilir ve zeytinyağı gezdirilir.
2 Orta Boy Patates
1 Demet Maydanoz
1 Demet Taze Soğan
4 Dilim Jambon (veya füme et, salam)
10 Yumurta
4 Çorba Kaşığı Sıvıyağ
1 Çorba Kaşığı Tereyağı
Tuz , Karabiber
Çiftlik Omlet Tarifi'nin Yapılışı:
Patateslerin kabuklarını soyun. 5 dakika tuzlu suda bekleterek süzün ve ufak küpler halinde kesin. Maydanoz ve taze soğanların yeşil yapraklarını çok ince kıyın. Jambonu iri kibrit şeklinde doğrayın.
Tavada kızdırılmış sıvıyağda önce patatesleri hafifçe pembeleştirin. Jambonları ve taze soğanı ekleyip 1-2 dakika çevirin.
Geniş bir tavada tereyağını eritin. Bir kasede yumurtaları hafifçe çırpıp tuz, biber ve kavrulan malzemeyi ekleyin. Omlet malzemesini kızdırılmış tereyağına ilave edip kısık ateşte en az 8-10 dakika pişirin. Omletin her tarafı pişince düz tabak yardımıyle diğer tarafını çevirin. Üzerine kıyılmış maydanoz ve yeşil soğan serperek sıcak olarak servis yapın.
Çiyələkləri ayırd edib yuyun. Bir qazana çiyələyi və toz şəkəri qoyub, əlinizlə yaxşıca əzin. Suyu əlavə edib ocağa qoyun və qaynadın. Qaynadıqdan sonra altını bağlayıb, soyumağa buraxın. Daha sonra soyuducuda soyudun və xidmət edin.
- 1 kilo çiyələk
- 1 kilo toz şəkər
- 1/2 limonun suyu
Hazırlanması:
Çiyələkləri əzmədən yaxşıca yuyun. Dərin bir qazana çiyələkləri qoyub üzərlərini şəkər ilə örtün. Qazanın qapağını bağlayıb təxminən 2 gün gözlədin. Bu əməliyyatdan sonra orta atəşdə yarım saat 45 dəqiqə qaynadın. Cem konsistensiyasına gəldikdən sonra limon suyunu əlavə edin və 5 dəqiqə daha qaynadıqdan sonra atəşdən götürün. Öz qabında soyudub saxlayacağınız qabları doldurun.
4 ədəd yumurta,
2 stəkan şəkər tozu,
1 stəkan bitki yağı,
1 stəkan süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 yemək qaşığı kakao,
2,5 stəkan un.
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çırpın. Bitki yağı və südü əlavə edib, bir dəqiqə qarışdırın. Un, 2 yemək qaşığı kakao, vanil və qabartma tozunu əlavə edib, çırpmağa davam edin. Kiçik keks qablarına qoyub, 180 dərəcədə bişirin. Sobadan çıxardıqdan sonra soyumasını gözləyin. Daha sonra servis edəcəyiniz qaba yerləşdirin.
Buğa
İyul ayında sizi fors-major situasiya gözləyir. Lakin problemlərin həll olunma yolu var və siz onların öhtəsindən öz başına gələcəksiniz. Maddi durumunuz dəyişməyəcək. Ailədə bəzi anlaşılmazlıqlar ola bilər. Səyahət üçün yaxşı vaxtdır, lakin onun asand keçib-keçməyəcəyi məlum deyil. Sükan arxasında olarkən diqqətli olun.
Qoç
Həyatınızda baş verən hər şey ürəyinizcədir. Ona görə də bu ay həyatınızda olan çatışmazlıq və nöqsanlarla da razılaşacaqsınız. Ətrafınızda olan insanlardan kimsə bunu dəyişməyə çalışsa belə icazə verməyin. Bu ay yeni sevgi münasibətləri üçün uyğun vaxt deyil. Daha əvvəl qurulan münasibətlərdə isə əsas təşəbbüskar siz olmalısınız.
Əkizlər
Yayın ortasında sizin həmişə olduğu kimi zəhərlənmə ehtimalınız var, buna görə qidalanmanıza fikir verin. Şəxsi həyatınızda siz iki romantik münasibət arasında qalacaqsınız. İşdə yeni danışıqlar və axtarışlar gözlənilir. Emosiyalara qapılmasanız bu ayda çoxlu müvəffəqiyyət qazanmaq şansınız var. Çalışın ağılla hərəkət edəsiniz.
Xərçəng
Həyatınızın həyəcanlı dövrü başlayır. Əməkdaşlarınız sizinlə mübahisə etməyə başlayacaq, yerinizə və cibinizə göz dikəcək. Şəxsi həyatınızda da eyni vəziyyət yaranacaq. Çalışın ehtiyatlı və təmkinli davranasınız. Maddi durumunuz o qədər ürəkaçan olmaya bilər, pula qənaət etməlisiniz.
Şir
Mənasız söhbət və hadisələrdən uzaq durmanız məsləhətdir. Bu ayı istirahətə sərf etsəniz uduzmazsınız. Sənədləşmə işlərində diqqətli olun, bəzi çətinliklər yarana bilər. Tanımadığınız mühitə düşdükdə problemlər olacaq, onların öhdəsindən ustalıqla gələcəksiniz. Qohumlarınızın sizə ehtiyacı olacaq.
Qız
Sizə maraqlarınıza uyğun olmayan təkliflər gələcək. Onları qəbul etməli olacaqsınız, çünki bu işi təklif edən insan sizə faydalı ola bilər. Yeni xərclər üzə çıxacaq, maddi vəziyyətiniz tez-tez dəyişəcək. Ailədə kiçik problemlər yaranacaq ki, bunu yalnız siz həll edə bilərsiniz. Övladlarınıza qarşı diqqətli olun.
Tərəzi
İşgüzar həyatınız üçün iyul ayı olduqca müvəffəqiyyətli olacaq. Maddi baxımdan sıxıntı çəkməyəcəksiniz, bununla yanaşı, əlavə gəlir əldə etmək ehtimalınız var. Şəxsi həyatda yalnız subay xanımların bəxti gətirəcək. Ailənizlə bağlı qalmaqallar yaşayacaqsınız və bu, əsəblərinizə təsir edəcək.
Əqrəb
Çoxdan saxladığınız sirlər üzə çıxacaq. Böyük ehtimal ki, bu sizin şəxsi həyatınızla bağlıdır. Ehtiyatlı olun, ailədə problemlər yarana bilər. İşinizə ciddi yanaşın, bəzi əməkdaşlarınız ayağınızın altını qazacaq. Bu ay sizə gələcəkdə kömək olacaq yeni təkliflər gələcək. Maddi baxımdan əziyyət çəkməyəcəksiniz.
Oxatan
İşinizlə əlaqədar səhayətə çıxacaqsınız. Bəzi məsələlərdə iş yoldaşlarınızla dil tapmağa çalışın. Əsəbiləşib özünündən çıxmayın. Problemləri sülh yolu ilə həll edin. Şəxsi həyatınız romantika ilə dolu olacaq. Hərdən seçim qarşısında qala bilərsiniz.
Oğlaq
Əgər iyulda səyahət nəzərdə tutmusunuzsa, yaxşı olar ki, bunu ayın ikinci yarısında həyata keçirəsiniz. Şəxsi məsələlərdə ehtiyatlı olun, illərlə davam edən münasibətlər bir anda sona çata bilər. Peşəkar sahədə öz ideyalarınıza ehtiyac qalmayacaq, başqalarının fikrindən istifadə edərək işinizdə uğur qazana bilərsiniz.
Dolça
Sizi əsl qalmaqallar burulğanı gözləyir. Ən əsand çıxış yolu heç kəsin tərəfini tutmamaqdır. İşdə yoldaşlarınızı tez-tez əvəz etməli olacaqsınız. Şəxsi həyatınız yeni hadisələr və sürprizlərlə dolu olacaq. Çalışın başınızı itirməyin. Maddi vəziyyət sabit olraq qalacaq, lakin səhətinizlə bəzi problemlər yarana bilər.
Balıqlar
Yeni layihələrə imza atmaq üçün əlverişli vaxtdır. Uzaq yaşayan partnyorlarla əməkdaşlığı bərpa etmək işinizə yarıya bilər. Həmçinin səyahət etmək üçün əla zamandır. İşə başınızı qatıb, səhətə diqqət yetirməyi unutmayın. Ailədə sakitcilikdir, nikahda olmayan sevgililər isə ayrıla bilər.
23 iyul 2017-ci il. Günün qoroskopu. maraqlı təfərrüatlar öyrənə bilərsiniz
Qoç - Günün kursunu səhər saatlarında müəyyənləşdirin. Mühüm, ciddi heç nə planlaşdırmayın. Ahəstə çalışın, tələsikliyə yol vermədən davranın.
Saatlar keçdikcə mənzərə dəyişəcək. Qəfil ideyaları dərhal həyata keçirməyə tələsməyin. Maraqlandığınız işlə məşğul olun.
Günün ikinci yarısında romantik hisslərə qapılaraq praqmatizmi unutmayın. Şəxsi münasibətlərdə təmkinli olun.
Axşam saatlarında yaxşı tanımadığınız yerə yollanmayın. Macəra aramayın. Evdə sizi sürpriz gözləyə bilər.
Buğa - Aktiv tərəfdaşlar və dostların təşəbbüslərini dəyərləndirin. Mübahisə etməyin, tapşırıqlardan və öhdəliklərdən boyun qaçırmayın. Sakit, aram şəkildə çalışın. Şəxsi maraqlarınızın reallaşdırılması üçün münasib zamandır.
Günün ikinci yarısında aktiv olun. İdeyalarınızdan birini etibar etdiyiniz insanla bölüşə bilərsiniz. Stressdən qurtulmağın yolu alış-verişdən keçmir.
Axşam saatlarında normal istirahət etməyə çalışın. Ailə üzvlərini sevindirin.
Əkizlər - Uzun müddətdən bəri təxirə saldığınız və ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz. Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.
Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə, gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi dəqiqləşdirin.
Yaxın gələcəklə bağlı perspektivləri cari durum müəyyənləşdirir.
Xərçəng - Günün ilk yarısında eyni vaxtda bir neçə işə başlamayın. Maraqlarınızı və niyyətlərinizi başqalarının mənafelərinə qurban verməyin. Kimsədən şücaət, qəhrəmanlıq tələb etməyin.
Fəaliyyət sahənizdə yeni problem yaranacaq. İşgüzar təmaslardan yararlanaraq çətinliyi aradan qaldırın. Planları reallaşdırmaq üçün yaxşı şans yaranıb.
Günün ikinci yarısında aktiv ünsiyyət, danışıqlar və müzakirələr aparın. Yeni layihəyə başlamayın. Yalnız yarımçıq işləri bitirmək üçün çalışın. Seçim və ya istəyiniz ön plana çıxmamalıdır.
Axşam saatlarında daxili gərginlikdən qurtulmağa çalışın.
Şir - Tərəfdaşlıq münasibətlərində dönüş zamanıdır. Yaşamınızda yeni fiqur peyda olacaq. Yerinə yetirilməmiş vədlərlə bağlı xatırlatmalara hazır olun.
Sakit zaman olsa da, gərginlik qismən və tədricən artacaq. Spontan qərarlar verməyin, tələsməyin. Tədricən irəliyə doğru hərəkətə üstünlük verin. Yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin.
Günün ikinci yarısında romantik hisslər işgüzar fəaliyyətə mane olmamalıdır. Yazışmalarda diqqətli olun. Sizi nə isə narahat edirsə, aramla hərəkət edin, təmkinli davranın.
Qız - Günün ilk yarısında əhvalınız pis olmayacaq. Uğurlu zamandır. Vurnuxmaya aldanmayın, sadəlövh qərarlar verməyin. Planlarda dəyişikliklər ola bilər. Etibar etdiyiniz insanın qəribə addımı sizi təəccübləndirəcək. Yarıyolda nəyisə dəyişməyin.
Günün ikinci yarısında səbrli və təmkinli olun. Həddən artıq mürəkkəb işlərə hazırlıqsız başlamayın.
Mürəkkəb, ağır işlər üçün axşam saatları daha sərfəlidir. İşgüzar münasibətlər müstəvisində pozitiv təmayüllər olacaq.
Görüş və müzakirələr pis nəticələr verməyəcək.
Tərəzi - Dostlar və həmkarlarla ünsiyyətdə yeni ideya, maraq obyekti formalaşa bilər. Zəruri informasiyaları toplayın. Effektivliyini sübut etmiş əməkdaşlığı davam etdirmək olar. İstədiyinizi daha yaxşı, keyfiyyətli variantda əldə etməyə çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə optimal durum yaranacaq. Heç nə tələb etməyin və eyni zamanda, azadlığınızı da məhdudlaşdırmayın.
Axşam saatlarının xoş təmayülü var. İrəliləyişi təmin edə biləcək müstəvini seçin. Alınmayan işləri ertələyin.
Aktiv, mütəhərrik istirahətə üstünlük verin.
Əqrəb - Yerinə yetirməli olduğunuz işlər arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni tələsdirməyin.
Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş etmək olar.
Oxatan - Günün ilk yarısı qarışıq, laübəlidir. Detallara və xırdalıqlara həddən artıq varmaq ümumi işin ziyanına ola bilər. Aktivliyi bir qədər azaldın. Amma spontan yaranan situasiyalara kəskin müdaxilə gərəkdir.
Gərginlik yığılarsa, münasibətlərin aydınlaşdırılmasını bir qədər təxirə salın. Qarşı tərəfin də danışmasına, mövqelərini izhar etməsinə mane olmayın.
Maraqlı təfərrüatlar öyrənə bilərsiniz.
Yolda çox vaxt keçirməyin. Dostlar və tanışlarla görüşü təxirə salın. Yaxın ətrafınızdakı insanlarla sərvaxt davranın.
Oğlaq - Tərəfdaşlarla və şəriklərlə münasibətlərdə qəfil dönüşlər ola bilər. Tənə və iradların sayını azaldın. Baş verənlərin ciddilik səviyyəsi sizdən asılıdır. Yaşananları ürəyinizə salmayın.
Günün ikinci yarısında qəfil təklif və ya xəbər alsanız, tələsik qərar verməyin. İnadkarlıq etsəniz, dəyər verdiyiniz insanla münasibətlərinizdə sərinlik yarana bilər.
Axşam saatları çətin intellektual problemlərin həlli üçün əlverişlidir. İdeyalar maraqsız deyil. Lakin sınaq müddətinə ehtiyac var.
Dolça - Yeni işə və ya layihəyə başlamaq istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır. Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb. Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola bilər.
Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.
Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır.
Balıqlar - Hisslərin gərilməsi, əsəblərin tarıma çəkilməsi istisna deyil. Aydın və səlis danışmağa çalışın. Prioritetlərin yenilənməsi istisna deyil.
Yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirə bilərsiniz.
Günün ikinci yarısında maliyyə məsələlərində risk etməyin. Böyük məbləğdə ödənişləri və pul köçürmələrini təxirə salın. Mövqelərinizdəki zəifliyi aşkarlayın, onu aradan qaldırın. Aktiv olun, süstlük etməyin.
Tərəfdaş və həmkarlarınız inad edəcəklər. Güzəştlərə meylli olun.
İrad və tələblərinizlə situasiyanı daha da ağırlaşdırmayın.
Menden uzaqlarda sen yene varsan,
Pencere önünde çöle baxırsan,
Kövrek üreyime, duyğularıma
Yağışla beraber sen de yağırsan.
.
Yağışlı havada , tenha küçede
İslanmaq keçdimi bir an könülden?
Sevgi denizinde, aylı gecede
Bir an oğurlanaq keçen ömürden.
.
Senin fikirlerin çox maraqlıdı,
Yağış süzülende ne düşünürsen?
Bağçada çiçeyin gülün üstüne
Şehler düzülende ne düşünürsen?!
.
Bu yağışlı gece, bu an bizimdi,
Ara mesafeler olsa da bele.
Yağmurlar hem bizim, hem denizindi,
Ömür xeyallarda solsa da bele.
.
Gözümü dikirem sen geden yola,
Yağış o yollardan izimi silir.
Ümidsiz xeyalım qarmaqarışıq,
Keçib geden iller bizimi silir?!