N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..


  • noimage

    Qadınların bədən quruluşunun bir neçə tipi mövcuddur. Onlardan ən tez-tez rast gəlinən tiplər "alma" və "armud"dur.

    Alma bədən quruluşu olan qadının omba və çiyinlərinin eni eyni, beli enli olur. Kökələndə bu qadınlar əsasən qarın nahiyəsindən kökəlir ki, nəticədə bədənin yuxarı hissəsi daha "ağır" görünür.

    Armud bədən tipi olan qadınların ombası enli, çiyinləri və döşü dar, beli incə olur. Bu qadınlarda bədənin aşağı hissəsi daha "ağır" görünür.

    noimage

    Piyin qarın nahiyəsində yığılması "alma" bədən tipinin əsas mənfi cəhətidir. Qarın nahiyəsində yığılan piy (visseral piy) daxili orqanları sıxır, onların fəaliyyətini pozur. Bundan əlavə bu piy daha tez qana və həmçinin ürək və qaraciyər kimi orqanlara daxil olur.

    Komsomolskaya pravdanın məlumatına görə, alman həkimlərinin araşdırmaları göstərib ki, "alma" bədən quruluşu olan qadınlarda infarkt, insult və şəkərli diabet kimi xəstəliklərin riski artmış olur. "Armud" bədən quruluşu olan qadınlarda bu xəstəliklərin riski əksinə, daha aşağı olur ki, omba və sağrı nahiyələrində yığılmış piy sağlamlığa ziyan vurmur.

    Beləliklə, bədəniniz daha çox "alma"ya bənzəyirsə, sağlamlığınıza qarşı diqqətli olun, artıq çəki yığmayın.

    alıntı...
#18.08.2017 23:55 0 0 0
  • noimage

    Əməkdar artist Manana övladları ilə istirahətə yollanıb. Lent.az-ın məlumatına görə, Gürcüstanda olan müğənni qızı Elizabet, oğlu Davidlə şəkillərini sosial şəbəkədəki səhifəsinə yükləyib.

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR

    alıntı..
#18.08.2017 23:09 0 0 0
  • noimage


    Müğənni Vasif Məhərrəmli övladları ilə yeni fotolarını sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçının paylaşımı maraqla izlənilib.


    Qeyd edək ki, Vasif Məhərrəmlinin qızı Əfşan ilk, oğlu isə ikinci evliliyindəndir.

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR

    alıntı..
#18.08.2017 23:04 0 0 0
  • Azərbaycanlı oriental rəqqasə Aytən foto-kameralar önünə keçib. Lent.az-ın qonağı olan rəqqasə müxtəlif pozlarda cazibədar şəkillər çəkdirib.

    Həmin fotoları təqdim edirik:

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR

    alıntı..
#18.08.2017 22:52 0 0 0
  • noimage

    İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 4 nəfəri məhv edib.

    APA-nın xəbərinə görə, bu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib.

    Bunlar Mərakeş əsilli Yunes Əbuyaqub, Musa Okabir, Səid Alaa və Məhəmməd Hicamidir. Adıçəkilən son 3 nəfərin Kambrils şəhərində öldürüldüyü bildirilir.

    Ötən gün Barselonanın mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

    alıntı...
#18.08.2017 22:43 0 0 0
  • noimage

    "Müasir estradanın təməlini mən qoymuşam".

    Lent.azı-n axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Niyaməddin Musayev "Lider maqazin"ə açıqlamasında deyib.

    İfaçı mahnılarını oxuyan müğənnilərə xəbərdarlıq edib:

    "Bu sənətdə Niyaməddin bir dənədir. Mənim səs tembrimdən çətin kimdəsə ola. Mahnılarımı hamı oxuyur, çörək qazanır, sənətdə tanınırlar. Bundan gözəl heç nə ola bilməz. Bəzən müəlliflik hüququmu danırlar. Onlara deyirəm ki, müəllifi düz qeyd edin, danmayın. Onların paxıllığını çəkmirəm, qətiyyən. Yaxşı oxumaslar paxıllıq edərəm".

    alıntı..
#31.07.2017 20:34 0 0 0
  • noimage

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Şerif” – “Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdı. Apasport.az saytının məlumatına görə, buna səbəb Moldova klubunun yayıma müsbət yanaşmamağıdı.

    Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, “Şerif” rəhbərliyi buna razılıq verməmişdi. Buna baxmayaraq, “Qarabağ” Tiraspoldakı cavab görüşünün ölkəmizdə yayımlanmasına çalışır. Ancaq moldovalılar bunun üçün 50 min avro tələb ediblər. Üstəlik, Moldovada HD yayım da yoxdu.

    Bu məbləğlə razılaşmayan Azərbaycan çempionu qarşı tərəflə ortaq məxrəcə gəlməyə çalışır. Lakin indiki məqamda heç bir razılıq əldə olunmayıb. Bir sözlə, demək olar ki, “Qarabağ” azarkeşləri matçı televiziya vasitəsilə izləyə bilməyəcəklər.

    Qeyd edək ki, sabah keçiriləcək “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək

    alıntı..
#31.07.2017 20:07 0 0 0
  • noimage

    ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.

    APA-nın “Vesti.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

    “ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, deyə V.Putin bildirib.

    Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.

    https://youtu.be/nhRp7Ydm5qY

    alıntı..
#31.07.2017 20:03 0 0 0
  • noimage

    Maska 1


    Üz dərisinə qısa zamanda təravət bəxş etmək üçün yuyunduqdan sonra üzünüzü bu məhlulla yaxalayın: 1 çay qaşığı alma sirkəsi + 0.5 litr su

    Maska 2

    Almanın yarısını və kökü sürtgəcdən keçirin. Qarışığı dərinizə çəkin və 20 dəqiqə saxlayın. Yuduqdan sonra fərqi özünüz hiss edəcəksiniz.

    Maska 3

    Yarım almanın qabığını soyun və blenderlə əzin. Üzərinə yarım çay qaşığı bal əlavə edib qarışdırın. Qarışığın üzərinə yarım çay qaşığı limon suyu və yarım çay qaşığı zeytun yağı əlavə edib yaxşı qarışdırın. Maskanı üzünüzə çəkin. 10-15 dəqiqədən sonra ilıq su ilə yuyun.

    alıntı..
#30.07.2017 22:33 0 0 0
  • noimage

    Əziz xanımlar, sizə üzdəki piqment ləkələrini aradan qaldıran ağardıcı maska reseptləri təqdim edirik:

    1. Bir çay qaşığı sarıkök, 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkin, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir.

    Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda­ sarıkökün ləkəsi qala bilər.

    2. Bir xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.

    Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.

    3. Bir çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edinvə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqədən sonra təmizləyin.

    Digər bir tövsiyyə edə biləcəyimiz ağardıcı maskamız gündəlik həyatda mətbəxtdə istifadə ediyimiz bəzilərinin hətta salatlarda çox istifadə etdiyi cəfəri göyərtisidir. Üz ağardılmasında istifadə olunur. Bu maskalar solğun və qırışıq dəri üçün də istifadə olunur. Cəfəri dərini vitaminlərlə zənginləşdirir, üzü ağardır və təravətləndirir.

    4. Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.

    5. Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.

    6. Bir qabın içinə qabıqlarını soyduğunuz bir ədəd pomidoru ikiyə doğrayın və blendr ilə yaxşıca püre halına gətirin. Üzərinə pasta halına gətirəcək qədər un tökün və qarışdırıb, tünd pasta halına gətirin. Bu qarışığı dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və quruyana qədər gözləyin. Ardından ilıq su ilə yuyun. Bu maskanı həftədə 3 – 4 gün gündə bir dəfə tətbiq edin. Zamanla həm dəri rənginizin açıldığını, dəri rənginizin ağardığını həm də üzünüzdə olan sızanaqların keçdiyini görəcəksiniz.

    7. Bir fincan suyu qaynadın və içinə 2 xörək qaşığı çobanyastığı çayı tökün və qarışdırıb 5 dəqiqə daha qaynadıb ocaqdan götürün və süzün. Süzdüyünüz suyun içinə 1 xörək qaşığı bal ilə bir xörək qaşığı gül suyu əlavə edin və qarışdırın. Bu maskanı ağzı bağlı bir şüşə qabın içinə qoyub, hər gün bir dəfə içindən istifadə edəcəyiniz qədər alıb dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maska dəri rəngini açmaq üçün, dərisi ağartmaq üçün çox faydalıdır.

    8. Bir qabın içinə 2 xörək qaşığı paxla unu, 1 ədəd yumurtanın ağını, 2 çay qaşığı lavanta yağını tökün və qarışdırın. Bu maskanı yenə dodaqlarınızdan və göz ətrafınızdan uzaq tutaraq bütün üzünüzə sürtün. 10 dəqiqə bu dəri ağardıcı maskanı üzünüzdə gözlədin və ardından ilıq su ilə yuyun. Bu maska dərinin rəngini açarkən eyni zamanda üzünüzdəki sızanaqlar, qara nöqtələri məhv etmək üçün də olduqca təsirli bir üsuldur.

    9. Bir stəkan suyu qaynadın və içinə bir yemək qaşığı cökə atıb 10 dəqiqə dəmlədin. Dəmlənən cökəni süzün və içinə bir çay qaşığı limon suyu və bir çay qaşığı alma suyu əlavə edin və qarışdırın. Bu qarışığı hər gün üzünüzə sürtün və qurumağa buraxın.Bir müddət sonra dəri rənginizin ağardığını və dərinizin daha canlı daha parlaq göründüyünü fərq edə bilərsiniz.


    alınyı..
#30.07.2017 22:28 0 0 0
  • 31 iyul 2017-ci il. Günün qoroskopu. ehtiyatlı, sayıq olun

    Qoç - məqsədlər arasında çaş-baş qalmayın. Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası yoxdur.
    Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə istisna olunmur.
    Çətin situasiyanın məqamlarını tezliklə çözün və dürüst qərarlar qəbul edin. Bu, peşəkarlığınızın ən bariz izharı olar.
    Axşam saatlarında şəxsi münasibətlərdə cəsarətli addım ata bilərsiniz.

    Buğa - cari məsələlərin həllində nizamı pozmayın. Xidməti, maliyyə və məişət məqamlarındakı çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atın. Verdiyiniz vədə əməl edin, dediklərinizi unutmayın. Həmkarlarınız və şərikləriniz arasında nüfuzunuza xələl gələcək situasiyanın yaranmasına imkan verməyin.
    Günün ikinci yarısında hansısa işlər əvvəlcədən hazırlanmış planda dəyişikliklər etmək zəruridir. Seçilmiş kursdan sapmayın.
    Axşam saatlarını ailə üzvlərinə həsr edin. Səmimi və qayğıkeş olun.

    Əkizlər - önəmli məsələlərin həllində ciddi olun. Şit zarafatlar edən, təlxək təsiri bağışlayan insanlardan uzaq durun. Tapşırıqları vaxtında yerinə yetirin. Ağır işləri görməkdən qaçmayın.
    Günün ikinci yarısında fəaliyyətiniz cari situasiyaya uyğunlaşdırılmalıdır. Maliyyə məsələlərində diqqətli olun, sayıq davranın. Ödənişlərin gecikməsini istisna edin.
    Axşam saatlarında çətin anlar yaşasanız, yaxınlarınız sizə yardım edəcəklər.

    Xərçəng - əvvəlki anlaşmaları və sövdələşmələri unutmayın. Yarımçıq işləri başa vurun. Fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırın. Yaxın ətrafınızdakı insanlarla maraqlarınız üst-üstə düşərsə, sərinləmiş tərəfdaşlıq münasibətlərini bərpa etmək olar.
    Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisələrə başlamayın. Qarşı tərəfi dinləməyi bacarın. Əks təqdirdə tək qala bilərsiniz.

    Şir - məqsədə doğru aparan yoldakı müxtəlif sədlər və problemləri aradan qaldırmaq üçün təşəbbüskar olun. Situasiya o qədər də sərfəli, rahat deyil. İrəliyə doğru usanmadan, yorulmadan hərəkət edin.
    İradə əsas məsələdir.
    Günün ikinci yarısında ailə üzvlərindən birinin yardıma ehtiyacı yaranacaq. Qayğınızı əsirgəməyin. Dostlar və qohumların dediklərinə qulaq asın, amma münasib saydığınız qərarı qəbul edin.
    Xroniki xəstəliklərin yaranmasının qarşısını almağın ən yaxş yolu müayinədir.

    Qız - önəmli qərarlar və çətin danışıqlar zamanıdır. Yaxın gələcəkdəki işləriniz, perspektivləriniz bugünkü davranışınızdan asılıdır. İfrat dərəcədə mühafizəkar olan hadisələrin ənənəvi axarını pozmaqdan çəkinməyin.
    Günün ikinci yarısında eksperimentə başlamaq, risk etmək olar. Şəxsi münasibətlərdə, habelə işdə yeniliklər olacaq.
    Planlarınızda ehtiyatlı olun.
    Axşam saatlarında yaxınlarınızla təmaslarda səbrli, soyuqqanlı olun.

    Tərəzi - çətin, qarışıq gündür. Ən sadə təsir bağışlayan məsələlər elə çətinləşəcək ki, çıxış yolunu tapmaq ağırlaşacaq. Məişət qayğıları təcili həllini tələb edir. İşdə rəhbərlikdən yeni tapşırıq alacaqsınız.
    Günün ikinci yarısında mürəkkəb işi qısa müddətə başa vurmaq zərurəti ilə qarşılaşacaqsınız. Maliyyə və pul müstəvisində əsəbləri gərəcək qarşıdurmaya başlamayın. Amma belə situasiya olarsa, mənasız xeyriyyəçilik etməyin, borcları bağışlamayın, maraqlarınızın tapdanmasına imkan verməyin.
    Axşam saatlarında biznes və daşınmaz əmlakla bağlı məsələlərdə maksimum dərəcədə ehtiyatlı davranın.

    Əqrəb - yaranan problemləri dərhal həll edin. Çözüm prosesini təxirə salmayın, cavab tələb edən sualların araşdırılmasını ertələməyin. İşgüzar məsələlərin yoluna qoyulmasında nə qədər cəsarətli olsanız, bir o qədər yaxşıdır.
    Günün ikinci yarısında sevdiyiniz insanla romantik anlar yaşayacaqsınız. Hisslərinizin sınanmasına ehtiyac duyulmur. Yalan danışmayın, yetər.
    Axşam saatlarını özünüzə həsr edin.

    Oxatan - qəti qərar verməzdən əvvəl yaxşı düşünün. Sadəlövh olmayın, hər deyilən sözə inanmayın. Elementar təhlükəsizlik qaydalarına riayət edin. Ətrafınızdakı insanların tələblərini birmənalı şəkildə qulaqardına vurmayın.
    Günün ikinci yarısında bəlli qaydalar çərçivəsində çalışmaq sizi çox bəlalardan hifz edəcək. Mübahisələrdə kiçik də olsa, güzəştlərə meylli olun. Sizə qarşı tələblər və iradlarla çıxış edən insanın sözlərinə qulaq asın.
    Aqressiv olmayın.

    Oğlaq - emosional baxımdan dayanıqlı olun. Dəmir qətiyyətiniz, iradəniz və təmkininiz olmalıdır. Yaşamın az qala bütün sahələrində qəfil hadisələr, təsadüflər sizi sınağa çəkəcək.
    Günün ikinci yarısında səbrli olsanız, potensial və resurslara qənaət edəcəksiniz. Maliyyə məsələrində risk etməyin. Bununla belə, şanslarınızı da vaxtında dəyərləndirin. Rəqiblərin kölgəsində qalmayın, fatalist olmayın.
    Gəlir mənbələrinizi artıra bilərsiniz. Axşam saatlarında sakit olun, dialoqları konstruktiv məcrada qurun.

    Dolça - peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir. Qətiyyətli, əzmkar olun. Kimsənin qarşısında geri çəkilməyin. Fövqəladə vəziyyətlərdən çıxış yolunu sürətlə arayın. Astagəl və ləng olmayın.
    Günün ikinci yarısında bəzi qərarlarınızı yaxın ətrafınızdakı insanlar bəyənməyə bilərlər. Səbrli olun, qəlb qırmayın.
    Səhhətinizə ziyan vuracaq əməllər etməyin. Sınanmış vasitələr arzuolunmaz effekt verə bilər.

    Balıqlar - ehtiyatlı, sayıq olun. Əvvəllər əldə etdiyiniz təcrübələr sizi yeni səhvlərdən hifz edəcək. Peşəkar fəaliyyət müstəvisindəki mümkün dəyişiklikləri sakit, təmkinlə qəbul edin.
    Günün ikinci yarısında intuisiyanıza güvənərək məntiqsiz addımlar atmayın.
    Axşam saatları dostlarla görüşlər üçün əlverişlidir. Bədxərclik etməyin.

    alıntı..
#30.07.2017 22:23 0 0 0
#28.07.2017 08:21 0 0 0
#28.07.2017 06:15 0 0 0
  • noimage

    Yayda özünüzü daha rahat hiss etmək üçün geyindiyiniz paltarlara diqqət etməlisiniz. Elə paltarlar var ki, onları yayda geyinmək düzgün deyil. Ailem.az isti havalarda geyilməsi məsləhət olmayan paltarları sadalayır

    İpək və atlas paltarlar
    İpək və atlas yerinə pambıq, ya da kətan parçalar seçin. Çünki ipək parçalar, xüsusilə də tünd rəngli olanlar isə tərinizi göstərir və bədənin daha çox tərləməsinə səbəb olur.

    noimage

    Skinny şalvarlar
    Bədəninizə yapışan qalın cins parça sizi nəinki tərlədəcək, hərəkətlərinizi də məhdudlaşdıracaq. Ondansa gen paltarlar geyinin.

    noimage

    Tünd rəngli paltarlar
    Tünd rəngli paltarlar günəş işığını əmir. Ona görə yay günlərində qara, boz və göy kimi tünd rənglərə çox da üstünlük verməyin. Ağ, açıq və pastel tonlu geyimlər isti havanın təsirini azaldır.

    noimage

    Dəri çantalar
    Dəri çantalar da daha çox tərləməyə səbəb olur. İsti havalarda dərimizlə təmas edən dəri çantalardan uzaq durun.

    noimage

    alıntı...
#28.07.2017 05:49 0 0 0
  • noimage

    Xüsusi arıqlama gellərinin və qidaların tərkibində sağlamlığa ciddi şəkildə ziyan vuran maddələr var. Onlar sadə dillə desək, qaş düzəltmək yerinə, göz də çıxarırlar. Artıq çəkidən azad olmaq istəyən insanların böyük əksəriyyəti bunlardan istifadə edib əks təsirlərini və fəsadlarını görüblər”.

    Bunu Ailem.az-a açıqlamasında tanınmış dietoloq Leyla Zülfüqarlı deyib. Arıqlamaq üçün müxtəlif çaylar, kokteyllər, həblərdən istifadədən danışan mütəxəssis insanların arıqlamaq əvəzinə xəstəliklərə düçar olduğunu bildirir. L. Zülfüqarlı yalnız yeməyi azaltmaqla arıqlamağın mümkün olduğunu vurğulayır: “Elə pasientlərim var ki, arıqlamaq adı ilə başqa vasitələrə müraciət ediblər. Arıqlamaq özfəaliyyət olmalı deyil. Bu, insan fiziologiyasıdır, ciddi müalicə tələb edir. Bir insanı arıqladarkən biz onu, orqanizmini müalicə edirik. Bədəndə o qədər hormonlar var ki. Onların hər biri əslində müalicə olunur. Amma gel, çay, kofe və s. kimi guya arıqladan vasitələr arıqlatmaq əvəzinə insanlarda xəstəliklər əmələ gətirir. Məsələn, onların tərkibində xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan maddələr var. Zaman-zaman arıqladan həblərdən istifadə hətta ölümlə nəticələnib. Biz bu barədə çox danışırıq. Lakin insanlar arıqlamaq istərkən başqa şeylərdən əziyyət çəkirlər”.

    Dietoloq deyir ki, arıqlama tərkibli gellərin tərkibi açıqlanmır. Lakin arıqladan həblərin tərkibindəki maddələr iştahanı kəsir və insan yemək istəmir. İştahanın kəsilməsi isə artıq ciddi problemin olduğunu etiraf etməkdir: “İnsanın normal fiziologiyasında iştaha, yemək istəyi olmalıdır. Tanrı bizi belə yaradıb. İnsanın iştahası olmalıdır ki, yemək yesin. İşhatadan kəsiləndə insan orqanizmində olan insulin hormonu çoxalır. Bir adam nə zamana qədər yemək yeməyə bilər? Hormonların çökən vaxtı olacaq. İnsanın bədənində yağ parçalanmalıdır ki, arıqlasın. Qida ilə kökəliriksə, demək, qida ilə arıqlamalıyıq. Bədəndəki yağları biz yalnız qidalarla parçalaya bilərik. Düzgün qidaların bir-birilə əlaqəsi nəticəsində artıq çəkidən azad olmaq mümkündür. Bu cür arıqladan qidaları axtarmayın. Arıqlamaq düzgün qidalanmaqla başlayır”.

    Sirr deyil ki, son zamanlar dietoloqlar arıqlama proqramına müxtəlif kokteyllər də daxil edirlər. Mütəxəssis iddia edir ki, arıqlamaq üçün kokteylləri yalnız qeyri-peşəkarlar məsləhət görür: “Qidalanma nəzəriyyəsini bilməyən insanlar bu istiqamətdə arıqlatmağa üstünlük verirlər. Arıqlada bilməyən dietoloqlar kokteyllərdən yapışırlar. Demək o insanlar dieotloq deyil ki, kokteyllərlə işləyir. Hər kəs özfəaliyyət şəkildə bu kokteyllərdən alıb içir. Reklam edirlər ki, arıqlayacaqsınız, insanlar da alıb içir. Arıqladan kokteyl, dərman, çay, həb və s. belə şeylər yoxdur. Arıqlamaq qidaların bir-biri ilə əlaqəsindən başlayır. Kokteyllər sadəcə biznes maraqlarıdır. İnsanlar bununla pul qazanırlar. Ona görə də siz aldanmayın”.

    Kokteyllərin protein tozlarından hazırlandığını xatırladan dietoloq bu kimi vasitələrin süni qidalar qrupuna aid olduğunu deyir. Süni qidalarsa orqanizm üçün zərərlidir: “Orqanizm üçün lazım olan qidalar zülal tərkibli qidalardır. Bu da təbii zülal deyil, sadəcə tozlarıdır, ora müəyyən qatqılar edirlər. Hər bir qidanın qida təhlükəsizliyi var, yəni saxlanma müddəti. 1-2 sutka qida qalırsa, deməli, o, konservantdır. Biz orqanizmimizi konservantla yükləməməliyik. Kokteyllər isə süni qidalardır”.

    noimage


    alıntı..
#28.07.2017 05:43 0 0 0
  • noimage

    Braziliya yığmasının hücumçusu Neymarın 2013-cü ildə “Santos”dan “Barselona”ya transferi zamanı vergidən yayındığı iddiası ilə əlaqədar açılan məhkəmə başa çatıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı forvardın günahsız olduğu təsdiqlənib.

    Məsələ burasındadı ki, Neymarın menecerliyini edən atasının həmin transfer zamanı “Barselona”nın o vaxtkı prezidenti Sandro Rossel və hazırkı rəhbər Xosep Bartomeu ilə qeyri-qanuni sənədlərə qol çəkildiyi iddia edilirdi. Prokurorluq futbolçunu həmin keçid zamanı qazandığı 44 milyon avronun vergisini ödəməkdən yayınmaqda ittiham etmişdi. Lakin məsələni araşdıran Braziliya məhkəməsi Neymarın vergi borcu ilə əlaqədar olan sənədləri bağlayaraq məhkəmənin sona çatdığını elan edib.

    Qeyd edək ki, 2013-cü ildəki transfer zamanı “Santos” klubu 57 milyon avro gəlir əldə etmişdi. Lakin iddialara görə, “Barselona” bu keçid üçün 101 milyon avro xərc çəkmiş, qalan 44 milyon avronu oyunun atasına vermişdi.

    alıntı..
#28.07.2017 05:38 0 0 0
  • noimage

    Qüdsün tarixi mərkəzində baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 120 nəfəri keçib.

    APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir.

    Məlumata görə, yaralananların əksəriyyəti rezin güllələr və qazlardan xəsarət alıblar.

    Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.

    Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.

    Xatırladaq ki, iyulun 25-də Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb. Müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.

    Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

    İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.

    alıntı..
#28.07.2017 05:36 0 0 0
  • noimage

    Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının üzvlərinin hücumu nəticəsində neft kəşfiyyatı ekspedisiyasının 50-dən çox üzvü ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,

    Ölənlərin sayının artacağı istisna olunmur.

    “Nigerian National Petroleum Corporation” (NNPC) şirkətindən bildirilib ki, Çad gölü yaxınlığında neft yatağında kəşfiyyat işləri aparmağa yollanan geoloq və geodezistlər Borno ştatının Cibi kəndi yaxınlığında qaçırılıblar.

    alıntı..
#28.07.2017 05:31 0 0 0
  • noimage

    Dünya şöhrətli mərhum müğənni Maykl Ceksonun qızı paparatsilərin hədəfinə tuş gəlib.

    Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı Peris əvvəlcə şəkillərinin çəkildiyini görməyib.

    O, ağzında siqaretlə heç nəyə əhəmiyyət vermədən Kaliforniya küçələrində gəzib. Sport stilində geyinən Peris makiyajsız olmasına baxmayaraq cəlbedici görünüb.

    noimage

    noimage

    alıntı..
#27.07.2017 00:06 0 0 0