"Toydan çıxıb, toyda içibmiş, gəlib "svetafor"da qırmızı işıqda dayanan iki maşını vurub, polis işçiləri hadisə yerini müayinə eləyən zaman imkan verməyib. Polis işçiləri tələb ediblər ki, bizimlə gəlməlisən, həkim müayinəsindən keçməlisən, əks tərəf də bunu tələb edirmiş ki, sərxoşdur, ona görə bizim maşınları vurub".
Bunu noyabrın 17-də Şirvan Rayon Polis Şöbəsində vəfat etdiyi bildirilən Zərdab rayonunun hərbi komissarı Rauf Hüseynovun ölümünə aydınlıq gətirən sözügedən polis şöbəsi rəisinin müavini İsmayıl Qasımov deyir. Onun sözlərinə görə, 44 yaşlı Rauf Hüseynov axşam saat 9-un yarısında Şirvan şəhərindəki şadlıq evlərindən birindən toy məclisindən çıxıb və şəxsi "Volkswagen Touareg" markalı maşınını işıqforda dayanan iki maşına çırpıb.
Zədələdiyi maşınların sürücüləri və hadisə yerinə gələn Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib, onun sərxoşluğunu təyin etmək üçün xəstəxanaya aparmaq istəyiblər.
"DEDİ, ÜRƏYİM SIXILIR"
İsmayıl Qasımov deyir ki, Rauf Hüseynov müqavimət göstərdiyinə və polis işçilərini təhqir etdiyinə görə, polislər qərara alıblar ki, onu şöbəyə aparsınlar:
"Həkim müayinə edəndən sonra şöbədən azad olundu, şöbənin qarşısında halı pisləşdi, soruşduq nə baş verib, dedi, ürəyim sıxılır, yenə həkim çağırıldı, şöbənin həyətindəki skamyada həkim yardım göstərdi. Həkim dedi, bunun vəziyyəti getdikcə pisləşir, xəstəxanaya götürmək lazımdır. Xəstəxanaya çatmamış yolda keçinib".
Rəis müavininin sözlərinə görə, həkim müayinəsinin nəticəsinə görə, ölümə ürək çatışmazlığı səbəb olub. Ancaq hər şey daha dürüst meyitin üzərində aparılmış ekspertizanın rəyindən sonra bilinəcək.
"HƏRBÇİ DƏ İNSANDIR"
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də deyir ki, bu hadisədən xəbərdardırlar:
"Hərbçi də insandır, hadisədir, baş verib, araşdırma aparılır, araşdırmanın nəticəsi barədə məlumat verilər".
Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki, hərbçinin istər işdə, istərsə də xidmətdən kənarda, spirtli içki qəbul etməsi yolverilməzdir:
BAHALI MAŞIN VƏ KOMİSSAR
"Xüsusi geyimlə spirtli içki bir araya gəlmir. Spirtli içki qəbul etmək hərbi və güc strukturlarında ümumiyyətlə yasaq olunan bir məsələdir. İstər hərbi komissarlıq, istər Müdafiə Sənayesi Nazirliyi, yaxud da başqa güc strukturu olsun, deyilə bilər ki, bunlar bilavasitə döyüş tapşırığı ilə bağlı olan qurumlar deyil, amma əslinə qalsa bunların hər biri ölkə üçün vacib olan müdafiə və təhlükəsizlik qurumlarıdır. Komissarın sürdüyü "Volkswagen Touareg" də kifayət qədər bahalı maşındır, yəni, demək istəyirəm ki, bəzi şəxslər vəzifələrinə arxayın olub müəyyən addımlar atırlar, bunlar da sonda belə hadisələrə gətirib çıxarır".
"POLİS ŞÖBƏSİNDƏ İNSANLA DAVRANIŞ DÜZGÜN QURULMAYIB"
Keçmiş polis rəisi Mahmud Hacıyev isə deyir ki, adamların polis şöbələrində vəfat etməsinə səbəb əksər hallarda polisin onlarla qaba davranışı olur. Ekspertin sözlərinə görə, polis işçisinin vəzifələrindən biri törətdiyi əməlindən və kimliyindən asılı olmayaraq, şöbəyə gətirilən hər kəsi psixoloji gərginlikdən çıxarmaqdır:
"Amma bizdə polis bəzən elə rəftar edir ki, insanda yaranan o psixoloji durum daha da pisləşir. Tutaq ki, bu adamın ürəyində bir qədər narahatlıqlar olur, şöbəyə gətirilən anda onun psixoloji durumu gərginləşir, bir az da polis gərginləşdirir, nəticədə də gətirib ölümə çıxarır. Rəftar düzgün tənzimlənməlidir".
Şirvan Rayon Polis Şöbəsinin rəis müavini komissarın polis şöbəsindən kənarda - xəstəxanaya aparılarkən yolda keçindiyini desə də, yerli kütləvi informasiya vasitələri komissarın polis şöbəsində vəfat etdiyin yazıblar.
«Həm beynəlxalq birliyin, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin yeganə vəzifəsi hazırda masa üstündəki təkliflərin Ermənistana qəbul etdirilməsindən ibarətdir».
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə müsahibəsində belə deyib.
«Biz Ermənistan tərəfinin stolun üstündə olan təklifləri qəbul etməsini gözləyirik. Azərbaycanın hərbi çağırışlarının artması təbiidir. Çünki biz atıq neçə illərdir danışıqlar aparırıq. Bu danışıqlar hələlik istədiyimiz nəticəni vermədiyi üçün Azərbaycan prezidenti torpaqlarımızı Azərbaycanın öz ordusunun azad etməsi hüququnu ortaya qoyur və bu da təbiidir», - deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.
1981-ci il oktyabrın 6-da Ənvər Sədatın hərbi paradda qətlə yetirilməsindən sonra Hüsnü Mübarək Misirin növbəti prezidenti oldu. Elə o dövrdən bəri 30 il idi ki, hakimiyyətdə olan Mübarək rejiminə fevralın 11-i 2011-ci ildə son qoyuldu.
H. Mübarək Osmanlı imperiyasına qarşı üsyan edən Məhəmməd Əli Paşadan sonra Misiri ən uzun dövr idarə edən liderdir.
Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də doğulub. 82 yaşlı Mübarək ixtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib.
1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Misirdə 1987, 1993, 1999, 2005-ci illərdə Xalq Məclisində seçkilər keçirilsə də, alternativsiz olan seçkilərdə postunu əlində saxlayıb. Sonuncu - 2005-ci il seçkilərindən əvvəl konstitusiyaya dəyişiklik edərək, ümumxalq səsverməsi yolu ilə yenidən prezident seçilib.
MİSİRİN SONUNCU FARAONU?
«Foreign Policy» jurnalı 12 fevral sayında yazır ki, Hüsnü Mübarəkin istefası ilə «Misir və Yaxın Şərqdə «soyuq müharibə» siyasəti qürub edir».
BBC bildirir ki, «bu gündən Misir Hüsnü Mübarəksiz yaşamağa başlayır».
«Time» jurnalı: «Misirin sonuncu faraonu? Hüsnü Mübarəkin yüksəlişi və enişi».
Misirdə çoxları Hüsnü Mübarək barəsində «əlində imkanı olsaydı, 6-cı dəfə prezident olardı» deyirdilər, ancaq 30 illik hakimiyyətə dünən son qoyuldu.
NEYTRAL SİYASƏT
ABŞ-la «müsbət neytrallıq» siyasəti aparan Mübarək çox nadir hallarda Amerika siyasətini tənqid edirdi.
Hüsnü Mübarək və ABŞ prezidenti Bill Klinton, Vaşinqton, 1 iyul 1999
Misir hər il Amerikadan 1.5 milyard dollara yaxın maliyyə yardımı alır. Mübarək dövründə Misir ərəb ölkələri arasında ABŞ-dan ən çox asılı olan dövlətə çevrilib.
1980-ci illərdən bəri Misir lideri Yaxın Şərq və Afrikada münaqişələrin tənzimlənməsində əsas vasitəçi idi.
2011-ci il yanvarın sonlarından Misirdə Mübarək rejiminə qarşı etirazlar başladı. Mübarəkin idarəçiliyi dövründə ilk dəfə olaraq vitse-prezident təyin olundu. Fevralın 1-də isə Mübarək 2011-ci ilin sentyabrında keçiriləcək növbəti prezident seçkisində iştirak etməyəcəyinə söz verdi. Bununla belə, etirazların 18-ci günündə vitse-prezident Ömər Süleyman Mübarəkin istefa xəbərini yaydı.
Mübarəkə 6 dəfə sui-qəsd olub. O, Suzanna Sabetlə ailəli idi. Tibb bacısı olan Suzanna deyilənə görə, siyasətə fəal müdaxilə edirdi. Hətta Misir müxalifəti hesab edirdi ki, ölkəni faktiki olaraq o, idarə edir. Hüsnü Mübarək özü isə bu ittihamları qəbul etmirdi.
H. Mübarəkin 2 oğlu var. Kiçik oğlu Camalın prezident kürsüsünə hazırlandığı güman olunurdu.
35 MİLYARDLIQ GİZLİ VƏSAİT...
İngiltərənin «Telegraph» qəzeti yazır ki, Mübarək ailəsinin gizli hesablarında 35 milyard dolları var. Artıq İsveçrə bankı Hüsnü Mübarəkə məxsus hesab olunan hesabları dondurub. Ancaq hansı məbləğdən söhbət getdiyi açıqlanmır.
Başını omzuma yaslıyorsun ya haniHani tenini hissediyorum ya tenimde. Hani sarıyorum ya kollarımla bedenini
İşte o Anİşte o Ana bitiyorum bitanem..Ben bambaşka oluyorum
O an yokluğunu, sensizliği düşünerek daha da sıkıyorum, daha da sarıyorum kollarımla bedenini
O saf bakışlarınla, utangaç tavırlarınla, kızaran yanaklarınla öyle şirinsin ki bitanemsana bitiyorum
Ellerimi, yeni doğmuş bir bebeğin çaresiz, yardım ister gibi tutuşun..sıkışın ve sevgini adeta sadece ellerimi tutarak bile hissettirme gücün..O an..değişilmez bir "herşey" benim için
Nefesini hissetmek"Seni seviyorum" derken kısılan sesin, "iyi ki varsın" derken güzel gözlerin..bakışların ve tedirgin, saf bir korkaklık içinde "Ne olur bırakma ellerimi" diyerek içimi ısıtan, beni bambaşka diyarlara götüren gizemin
Anlatılmayacak bir duygusun
Seni senle yaşamak öyle güzel ki
Ne olur bırakma ellerimi
Bırakmayacağım ellerini
Burakma Beni....Ne Olur....Burakmaaaaaa...
Kapatmıstım kalbimn kapılarını,
Ama sen geldin araladn,
Bıkmıstım bu zalim yalan hayattan,
Beni sen hayata bağladn.
Bilmezdim bir daha bir daha seveceğimi,
Yine öğrettn bna sevmeyi,
Yeniden doğdum senle öğrendim yürümeyi,
Ne olur bırakma ellerimi