Qəzəllər.

Son güncelleme: 24.11.2009 10:27
  • Hər gecəm oldu kədər,qüssə,fəlakət sənsiz,
    Hər nəfəs çəkdim,hədər getdi o saət sənsiz!

    Sənin ol cəlb eləyən vəslinə and icdim,inan,
    Hicrinə yandi canim,yox daha taqət sənsiz!

    Başqa bir yari necə axtarim,ey nazli mələk?
    Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz!"

    Sən mənim qəlbimə hakim,sənə qul oldu könül,
    Sən əzizsən,mən ucuz,bir heçəm,afət sənsiz!

    Nə gözum var arayim mən səni,bəxtim də ki yox,
    Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

    Sən Nizamidən əgər arayin olsan da,gülüm,
    Gecə-gündüz arayib,olmadı rahət sənsiz!

    Sənsiz-Nizami Gəncəvi
#24.11.2009 10:06 0 0 0
  • Məni candan usandirdi"-Məhəmməd Füzuli.

    Məni candan usandirdi,cəfadan yar usanmazmı?
    Fələklər yandi ahimdan,muradim şəmi yanmazmi?

    Qamu bimarinə canan dəvayi0dərd edər ehsan.
    Neçün qilmaz mənə dərman,məni bimar sanmazmi?

    Qəmim pünhan tutardim mən,dedilər yarə qil rövşan
    Desəm,ol bivəfa bilməm,inanarmi.inanmazmı?

    Şəbi-hicran yanar canim,tökər qan çeşmi-giryanim,
    Oyadar xəlqi əfğanım,qara bəxtim oyanmazmi?

    Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
    Həbibim,fəsli güldür bu,axar sular bulanmazmı?

    Degildim mən sənə mail,sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

    Füzuli rindü şetdadır,həmişə xəqə rüsvadir,
    Sorun kim,bu nə sevdadir,bu sevdadan usanmazmi?
#24.11.2009 10:06 0 0 0
  • Ola bilməz-Əliağa Vahid

    Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,
    Əxlaqı gözəl, sevgili canan ola bilməz.

    Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,
    Bir gül, hələ də sən kimi xəndan ola bilməz.

    Minlərcə gözəllər yetirir gündə təbiət,
    Amma, sənə bənzər gözəl insan ola bilməz.

    Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
    Bir kimsə mənim tək sənə heyran ola bilməz.

    Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,
    Rəftarına, əxlaqına nöqsan ola bilməz.

    Hürriyyətə, insanlığa layiq səni gördüm,
    Hər kəs səni sevmişsə peşiman ola bilməz.

    Öz aşiqinin naz ilə qan eyləmə könlün,
    Hürriyyet olan yerdə könül qan ola bilməz.

    Hər xoş görünən kimsəyə aldanma, heyifsən,
    Hər xoş görünən kimsədə vicdan ola bilməz.

    Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
    Vahid kimi eşqində qəzəlxan ola bilməz.
#24.11.2009 10:07 0 0 0
  • Nigar Rəfibəylidən qəzəllər...

    Yenə yarım bu gecə könlümə mehman olmadı,
    Bəzmə saldı meylini saf üzə heyran olmadı
    Keyfi əğyar ilə çəkdi özgələr məclisində,
    Yarım öz yarı ilə 1 dəm mehriban olmadı.
    Axıdıb göz yaşımı mən gecələr çox ağladım,
    Nədən ol rəhmsizin halı pərişan olmadı.
    Dedilər, gül kimisən, gül ki, fəğan etməz,Nigar
    Dedim, ey hansı gülün bağrı dolu qan olmadı.

    ****
    Könlün yenə min dərdinə 1 çarə tapılmaz,
    Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
    Axşam qızaran göylərə endikdə qaranlıq,
    Könlüm evini yandıran odlarə tapılmaz.
    Bir incə gülün, bir çiçəyin aşiqiyəm mən,
    Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.
    Çıxdım gecələr seyrinə ahəstə o mahin
    Görd üm ürəyimtək alışan narə tapılmaz.
    Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,
    Gizlin yaradan ağrısı çox yarə tapılmaz.
    Min tən eləyib eşqinə öldürdü Nigarı
    Bilməm necə oldu, o gözü qarə, tapılmaz.

    ****
    Unudulmuş da, atılmış gülü sevda kimiyəm,
    Gözlərimdən çəkilən bir dəmi röya kimiyəm.

    Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
    Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

    Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
    Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

    Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
    Hər buluddan su uman bir quru səhra kimiyəm.

    Sənə bel bağladım, atdın məni, ey munisi can
    İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.

    Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
    Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.
#24.11.2009 10:07 0 0 0
  • Sənsiz ey yar mənim xoş güzəranım yoxdur
    Sən ki yoxsan elə bil cismidə canım yoxdur .

    Eşqi pərvanəsiyəm , qəm oduna tabım var
    Xəstə bülbül kimi hər ləhzə fəqanım yoxdur .

    Bu yaman gündə mənim bircə ümüdüm sənsən ,
    Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur .

    Eşqinə bağlı olandan bəri Məcnun kimiyəm
    Elə sərgəştəyəm , heç yerdə məkanım yoxdur .

    Səbrü ararımı əldən qəmi - hicranın alıb ,
    Qəsəm ol canına , bir zərrə yalanım yoxdur .

    Vahidəm , atəşi həsrət bürüyüb dövrü bərim ,
    Yanıram , halimə bir qəlbi yananım yoxdur .

    Vahid
#24.11.2009 10:08 0 0 0
  • Gərçi məhəbbət aləminin çox səfası var ,
    Hər qarə zülfə meyl edənin min bəlası var .

    Aşiq şikayət eyləməz hər cövrə , səbr edər ,
    Pərvanə sanma atəşə yansa , nəvası var.

    Hər aşiyanə söyləmək olmaz vəfası yox ,
    Çək imtahanə , bəlkə bir əhli vəfası var .

    Qoyma qədəm , diyari məhəbbət bəlalıdır ,
    Nə ibtidası var , nə də ki intəhası var .

    Səbr ilə gün keçirdə gərək əhli eşq olan ,
    Hər dərd olursa axırı bir gün dəvası var .

    Bir daş ürəkli dilbərə çoxdan vurulmuşam ,
    Nə rəhmi var , nə dostluğu var , nə ədası var .

    Şairlər içrə sanma hünərsizdi Vahidi ,
    Vahid nə olsa da , yenə bil , iddiası var .


    Vahid
#24.11.2009 10:08 0 0 0
  • Her bagin, her bagchanin bir bulbuli-sheydasi var.
    Her duyan qelbin, ezizim, gizli bir sevdasi var.
    Ruhu oxshar, qelbi oxshar ince bir canan sesi,
    Gah guler, gah aglayar, her demde bir menasi var.
    Can alan her negmenin menasi yalniz eshqdir,
    Goz gorub el chatmayan ulduzlu bir dunyasi var.
    Derdi-hicran gunlerile omru odlardan kecher,
    Her konul bir karvandir ki, bir susuz sehrasi var.
    Boyle bir soz var ki, Vurgun indi bir Mecnun olub,
    Sheru-senet adlanan nazende bir Leylasi var.



    Ay üzlü nigarım, kimə mehman olacaqsan?
    Bir söylə, kimin şəninə şayan olacaqsan?

    Şahlıq çətiri var başın üstündə bu axşam,
    Ənbər çətirinlə kimə sultan olacaqsan?

    Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
    Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

    Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!
    Ey abi həyat, sən kimə canan olacaqsan?
#24.11.2009 10:09 0 0 0
  • Ey gözəl afətlərə sultan olan!
    Qoyma baxa hüsnünə düşman olan!

    Mən deyiləmmi bütün əzam ilə,
    Bir tükünə min dəfə qurban olan?

    Miskinəm, ox atma zəif sinəmə,
    zərbənə dözməz belə nalan olan.

    İçdin ürək qanımı sən mey kimi,
    Oldum adı qəlb evi talan olan.

    Qoy yıxılıb payini öpsün barı,
    İndiyədək sevgisi pünhan olan.

    Kül üzünü görməyə yox cürətim,
    Qaşı kaman, kirpiyi peykan olan.

    Aşiqi-sadiqsə hamı, doğrudur,
    Yoxdu Nizami kimi şükran olan.
#24.11.2009 10:09 0 0 0
  • Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin,
    İnanma, bir daha burdan qəribi-karivan keçsin.

    İtən gənclik soraqilə qocalar yer süründükcə,
    Büküldü bel, bu mümkünmü ömür daim cavan keçsin?

    Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil!
    Qədr bil, vermə gəl əldən həyati-cavidan keçsin!

    Canı can verib alsaydın bilərdin qədrini şəksiz,
    Bilərmi oğru mal qədrin, ələ yaxşı-yaman keçsin,

    Nə qəmlərdən qəm əksilməz, nə bir nöqsan tapar şadlıq,
    Günün istər qara keçsin, ya istər şadiman keçsin.

    Nizami, varsa eşqin coş nəvayi-ərğənun ilə,
    Əlində saqinin gəlsin şərabi-ərğvan keçsin!
#24.11.2009 10:10 0 0 0
  • Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq ,
    Aşikar eyləməyincə ürəyim qan olacaq ?

    Nə qədər gül üzünün həsrətin aşiq çəksin ,
    Nə zaman vəslinə bəs yetməyə imkan olacaq ?

    Bəs haçan rəhm edəcək bülbülü - biçarəyə gül ,
    Nə qədər bəs o fəğirin işi əfğan olacaq ?

    Eşqdən başqa nə dərd olsa yenə çarəsi var ,
    Ayrılıq dərdinə , bilməm necə dərman olacaq ?

    Öz xoşumla o qarə zülfə əsir oldum özüm ,
    Bilmədim , xatirim eşqində pərişan olacaq .

    Sən götürt məscidi zahid , bizə meyxanəni ver ,
    Kim bu işdə görək axırda peşiman olacaq ?

    Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül ,
    Yarsız yerdə mey içmək bizə nöqsan olacaq .

    Vahid
#24.11.2009 10:10 0 0 0
  • Nizami Gəncəvi

    Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin,
    İnanma, bir daha burdan qəribi-karixan keçsin.

    İtən gənclik sorağilə qocalar yer süründükcə,
    Bükülüdü bel, bu mümkünmü ömür daim cavan keçsin?

    Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil!
    Qədr bil, vermə gəl əldən həyati-cavidan keçsin!

    Canı can verib alsaydın bilərdin qədrini şəksiz,
    Bilərmi oğru mal qədrin, ələ yaxşı-yaman keçsin.

    Nə qəmlərdən qəm əksilməz, nə bir nöqsan tapar şadlıq,
    Günün istər qara keçsin, ya istər şadiman keçsin.

    Nizami, varsa eşqin coş nəvayi-ərğənun ilə,
    Əlində saqinin gəlsin şərabi-ərğəvan keçsin!
#24.11.2009 10:11 0 0 0
  • El düşdü bütün heyrətə divanəliyimdən ,
    Sirrin demədim bir kəsə mərdanəliyimdən .

    Xakistəri - eşqəm , mənə təhqir ilə baxma ,
    Min gənc çıxar zahirə viranəliyimdən .

    Məcnun kimi mən barigəhi - eşqi bəyəndim ,
    Keçdim bu təmənna ilə şahanəliyimdən .

    Məxmur gözün fikri ilə badə çox içdim ,
    Bir kimsə zərər görmədi məstanəliyimdən .

    Hər laləxürün şəm kimi eşqinə yandım ,
    Bir ləhzə xəbər tutmadı pərvanəliyimdən .

    Divaneyi - eşq olmağa hər kim həvəs etsə ,
    Əvvəlcə gərək dərs ala rindanəliyimdən .

    Vahid mən o xakəm yenə meyxanədə bir gün
    Bir zövq yetər aləmə peymanəliyimdən .
#24.11.2009 10:11 0 0 0
  • Dünyaya gəlib , qəm yeyibən qəmzədə getdim ,
    Bir ləhzə də dincəlmədimm heç , ləhzədə getdim .

    Hər can ki gəlir , getməlidir bir gün axırda ,
    Bayram nə üçün matəm olur .... şübhədə getdim .

    Zər tacını əldən verib ac , susuz ölən var ,
    Üryan gəlib , üryan gedirik .... mən bada getdim .

    Tək - tək cəsur ərlər özünə güclə açır yol ,
    Mən tapmadım , azdım yolu , düşdüm oda .... getdim .

    Qafil gecə - gündüz yığır altun ilə sərvət ,
    Dünyanı tutub , dini satıb bir cada .... getdim .

    Yarın düşünüb Məşrəb işıqlandı , göz açdı ,
    Dərd aldı , batırdı məni bir dəryada ..... getdim .

    Babarəhim Məşrəb
#24.11.2009 10:11 0 0 0
  • Her istediyi ashiqe oz yari gozeldir
    Har bulbule oz sevdiyi gulzari gozeldir .

    Ilqari gozel olmayani istemez ashiq ,
    Can ver ela cananə ki , ilqari gozeldir .

    Mən bir uca boylu gozelin zulfune bandam ,
    Ruxsari gozel , shivesi , reftari gozeldir .

    Yuzlərlə gozel bashqa vilayətde de choxdur ,
    Amma bizim olke butun - elcari gozəldir .

    Yar olsa mənimlə , mana biganə nə eyler ?
    Uchmaz ela bir xanə ki meyari gozeldir .

    Mən istediyimchun o gulu qeyri de sevdi ,
    Qiymətli o sheydir ki , xiridari gozəldir .

    Vahid , mana insaf elə , sima ile baxma !
    Ehsən əla bir shairə eshari gozeldir .

    Eliaga Vahid
#24.11.2009 10:12 0 0 0
  • Nəsimi -Sıgmazam

    Məndə sığar iki cahan, mən bu cahana sıgmazam
    Gövhəri-laməkan mənəm, kövnü məkanə sıgmazam.

    Ərş ilə fərşü kafü nun məndə bulundu cümlə çün,
    Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

    Kövsü mekandır ayətim, zatə gedir bidayətim,
    Sən bu nişanla bil məni, bilki nişanə sigmazam.

    Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş
    Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

    Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm,
    Dövləti-cavidan mənəm, ainə danə sıgmazam.

    Zat iləyəm sifat ilə, gülşəkərəm nabat ilə,
    Qədr iləyəm bərat ilə, bəstə dəhanə sığmazam.

    Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm mən uş
    Gövhəri-kan mənəm mənuş, bəhrəvü kanə sığmazam.

    Zərrə mənəm günəş mənəm, çar ilə pəncü şeş mənəm
    Surəti gör bəyan ilə, çünki bəynə sıgmazam
#24.11.2009 10:12 0 0 0
  • sah ismayil xetayi-ayrilir
    EY muselmanlar, bu gün ol yari-pünhan ayrılır,
    Uçdu ruhim, getdi eqlim, gövdeden can ayrılır.
    AYrılır ol yari-serdarim, gedir, qoymus meni
    Sed hezaran dadü bidad bendden can ayrılır
    Ey könül, feryadü nale vaxtıdır, eyle fegan
    Simdi sehrinden senin ol sahi-sultan ayrılır
    Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,
    Şol ezelden yari-hemdem ehdü peyman ayrılır.
    Ey Xetayi, Tanrı sorsun bu şikeste könlümü,
    Zerd olubdur arizin, andan meger qan ayrılır?
#24.11.2009 10:13 0 0 0
  • ''Olmasa da''


    Yanında dilbərimin etibarım olmasa da ,
    Yenə qəmin çəkərəm , qəmküsarım olmasa da.

    Bədəndə yarı canım qalmayıb , gedib yarım ,
    Gərək dözəm qəmi - hicranə , yarım olmasa da.

    Günüm ki , tar olub o zülf əlindən , ey tari ,
    Tərənnüm eylə , səni tari , tarım olmasa da.

    Üzün xəyali bəsimdir behişti - kuyində ,
    Yüz il xəyalıma gəlməz , baharım olmasa da.

    Ləbinlə məst gözün hər düşəndə xatirimə ,
    Şərabə rəğbətim artır , xumarım olmasa da.

    Mənim bir ahim ilə şəmlər yanır gecələr ,
    Toxunma , şöleyi - eşqəm , şərarım olmasa da.

    Kəməndi - zülfilə , Vahid , özüm şikar oldum ,
    Mənim o ahu baxışlı şikarım olmasa da.

    Əliağa Vadid
#24.11.2009 10:13 0 0 0
  • Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq ,
    Aşikar eyləməyincə ürəyim qan olacaq ?

    Nə qədər gül üzünün həsrətin aşiq çəksin ,
    Nə zaman vəslinə bəs yetməyə imkan olacaq ?

    Bəs haçan rəhm edəcək bülbülü - biçarəyə gül ,
    Nə qədər bəs o fəğirin işi əfğan olacaq ?

    Eşqdən başqa nə dərd olsa yenə çarəsi var ,
    Ayrılıq dərdinə , bilməm necə dərman olacaq ?

    Öz xoşumla o qarə zülfə əsir oldum özüm ,
    Bilmədim , xatirim eşqində pərişan olacaq .

    Sən götürt məscidi zahid , bizə meyxanəni ver ,
    Kim bu işdə görək axırda peşiman olacaq ?

    Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül ,
    Yarsız yerdə mey içmək bizə nöqsan olacaq .

    Əlağa Vahid
#24.11.2009 10:14 0 0 0
  • Mən nə dedim ki?!

    Yoxdan gələni var elədim, mən nə dedim ki?!
    Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

    Məzlumlara qan udduran alçaqları bir-bir,
    Söz udmağa vadar elədim, mən nə dedim ki?!

    Xofdan əyilib bütpərəs olmuşlar önündə,
    Qansız bütü inkar elədim, mən nə dedim ki?!

    Allahı unutmuşlara xatırladan oldum,
    Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

    Tərk eylədi şeytan bu könül mülkünü getdi,
    Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

    Can verdi Xuda, amma ki, eşq istədi məndən,
    Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

    Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
    Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

    Haqqın özün axtardım onun qəbrini tapdım,
    Amma sözün aşkar elədim, mən nə dedim ki?!

    Pünhan, mən əməl dəftərini şerə çevirdim,
    Yəni onu təkrar elədim, mən nə dedim ki?!
#24.11.2009 10:14 0 0 0