Qəzəllər.

Son güncelleme: 24.11.2009 10:27
  • Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
    Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

    Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
    Hicrinə yandı canım, yox daha taqət sənsiz!

    Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
    Bilirəm, sən də dedin: "Yox yara hacət sənsiz"!

    Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
    Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

    Nə gözüm var - arayım mən səni, bəxtim də ki yol,
    Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!

    Sən Nizamidən əgər arxayın olsan da, gülüm.
    Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!

    Nizami Gəncəvi
#24.11.2009 10:24 0 0 0
  • Sagdir yawayir dagli ureklerdedi Vahid,
    Were senete bagli ureklerdedi Vahid.

    Vahidi seven daima oz milleti olmuw,
    Her vaxti onun menfisi yox musbeti olmuw.
    Daglilar yaninda o qeder hormeti olmuw
    Ta indiyecen dagli ureklerdedi Vahid.

    Vesf eyliyib oz werini o gozelleriynen,
    Xelqe taninib yaxwi olan emelleriynen.
    Daim wirin ve menali qezelleriynen,
    Yag tek yayilib yagli ureklerdedi Vahid...
#24.11.2009 10:24 0 0 0
  • Söyləyirəm getsən əgər, qalacaqdır qelbimdə xal
    Getməginən yanımda qal, üzündəki nədi sual?

    Sənin tək bir gözel dedim yoxdur cahanda
    Ləbin püste, dilin bal, üzündəki nədi sual ?

    Qəmgin-qəmgin baxışınla artırırsan bu dərdimi
    Alıb məni möhlət-məlal, üzündəki nədi sual ?

    Bimarınam sənin gözel, bil dəvasan bu dərdimə
    Təbiblik et, qəlbimi al, üzündəki nədi sual ?

    Bir cavab ver sualıma nədən getmək düşünürsen?
    Nədi fikrin? Nədi amal? üzündəki nədi sual ?

    Elşən sadiq sevgisinə, gedirsənsə gəl etginən
    Bu sevgini ona halal, üzündəki nedi sual ?
#24.11.2009 10:25 0 0 0
  • Köçdün quru canımdan, mən isə zar-zar ağladım
    Göz yaşım axdı sel tək, bilmədin yar, ağladım

    Sıxdı zaman, sıxdı məkan, sənsiz məni sıxdı yaşam
    Sənsiz gəldi böyük cahan mənimçün dar, ağladım

    Səndin yeganə həmdəmim tənha qoyub məni getdin
    Göz yaşlarım oldu həmdəm və dörd divar, ağladım

    Sən getmisən xatirimdə səndən qalıb üç kəlmə söz
    Şaxta hava, solmuş güllər, soyuq məzar, ağladım

    Mən Elşən də gözlərimi hey dikərək yollarına
    İz qoyduğun o yollara baxaraq təkrar ağladım
#24.11.2009 10:25 0 0 0
  • Bu gözəllərdə vəfa görmədim heç,
    Eşqdə zövq-səfa görmədim heç.

    Gördüyüm qüssə, kədər, qəmdi müdam,
    Dərdimə amma dəva görmədim heç.

    Dözdüm hər cövr elədi yar mənə,
    Çəksin əğyarı cəfa görmədim heç.

    Tək mənə yar eləsin zülmü dedim,
    Özgəyə çünki rəva görmədim heç.

    Çəkdi eşq içrə başım dərd-bəla,
    Belə ömrümdə bəla görmədim heç.
#24.11.2009 10:26 0 0 0
  • Naz ilə gəldi dünən bir güli-rəna yuxuma,
    Çox sağ olsun gəlib o ömrümə məna yuxuma.

    Baxdı Allah üzümə, bəxtim işıqlandı yenə,
    Elə bil girdi dünən vadiyi-Sina yuxuma.

    Gəldi bir çöhrəsi gül, gözləri şəhla, üzü nur,
    Boyu sərv, qaməti şux, gərdəni mina yuxuma.

    Onu röyada görəm ağlıma gəlməzdi belə,
    Desəm heyrətdə qalar aqilü dana yuxuma.
#24.11.2009 10:26 0 0 0
  • Yandım, gözəlim, bu qəmi -hicranın odunda,
    Batdı günəşim qüssə, kədər, qəm buludunda.

    Bir bunca inad eyləmə, aç fikrini söylə,
    Vardır axı bir həddi-hüdudu inadın da.

    Sevməkdə sağ ol ki, məni ustad elədin sən
    Saxlar məni eşq əhli məhəbbətlə yadında.

    Könlüm quşunun saxla özündə lələyin ki,
    Olsam sənə lazım yetişim quş qanadında.
#24.11.2009 10:27 0 0 0
  • Qəzəllər. Konusuna Benzer Konular
  • Qəzəllər 22.01.2010