Qəzəllər.

Son güncelleme: 24.11.2009 10:27
  • Əliağa Vahid - OLA

    Şərab ola mən olam,bir də nazlı dilbər ola,
    Bir özgə aləmi vardır,əgər müyəssər ola.

    Səfayi-məçlisi-mey min behiştdən artıqdır,
    Bir əldə gül tuta çanan,bir əldə sagər ola.

    Olanda məst zülfün nigar.nəş'əsi var,
    Ümumə zövg verə bəzmi-mey,müəttər ola.

    Büsatı-badədə hal əhlinin fədası olum,
    Şərabı qal ilə icməəgər peyəmbər ola.

    Əsiri-zülfünəm, ey şux, gəl açıqlanma,
    Əsirə hörmət edərlər, əgərci kafər ola.

    Nə Leyli sən kimi olmuş, nə mən kimi Məçnun,
    Nə karədir gəlib onlar bizə bərabər ola?

    Görəndə, Vahid,üzün yarımın əsir könlüm,
    Nə növ'i sakit olur od olsa, səməndər ola?
#24.11.2009 10:15 0 0 0

  • Dedim : - Ey qönçə dəhan, könlümü qan eyləmisən
    Dedi : - Bica yerə eşqimdə fəqan eyləmisən

    Dedim : - İnsaf elə incitmə məni, aşiqinəm
    Dedi : - Get, sirrimi dünyaya əyan eyləmisən

    Dedim : - Ağlatma məni sərv boyun şövqündə
    Dedi : - Göz yaşını bihudə rəvan eyləmisən

    Dedim : - Axır, gözəlim, bağü-baharım sənsən
    Dedi : - Sən ömrünü həsrətlə xəzan eyləmisən

    Dedim : - Az çəkməmişəm gözlərinin həsrətini
    Dedi : - Öz könlünü yersiz nigaran eyləmisən

    Dedim : - Eşqində əsirəm, mənə bəs xeyri nədir?
    Dedi : - Əvvəldə bu sevdadə ziyan eyləmisən

    Dedim : - Eşq atəşi neylər mənə, qorxan deyiləm
    Dedi : - Biçarə, yanarsan, nə güman eyləmisən?

    Dedim : - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm
    Dedi : - Sən ruhini eşq iylə cavan eyləmisən

    Dedim : - Hər gün səri-kuyində dolanmaqdır işim
    Dedi : - Vahid, nə gözəl yerdə məkan eyləmisən?

    Əliağa Vahid
#24.11.2009 10:15 0 0 0
  • Könlüm evi xarab olub, dilbəri-cansitan hanı?
    Oğru xəzinə yardı bəs qorxulu pasiban hanı?

    Qafilə getdi, cərgədən mən necə qalmışam geri,
    Cəld miniyim deyin hanı, arxalı sarıban hanı?

    Mən gecəni sabahədək dost qapısında yatmışam,
    Yolçu isəm payım hanı, yoxsa ki, üstüxan hanı?

    Toplamısan, Nizami, bol ruzini bu cahanda sən,
    Bəs o cahan üçün nəyim var, elə bir əyan hanı?

    Baxsan cəmali-yarə, bir laləzar görərsən,
    Ruxsari-yar önündə gülzarı xar görərsən,

    Axtarma gül çəməndə, açmaz niqab qönçə,
    Çün hüsni-yar önündə hər güldə xar görərsən.

    Bir busə istəsən gər, sən ləli-yaridən bil,
    Oxlar səni o, könlün al qan olar, görərsən.

    Bir ömrdür qəmindən qəlbim qərarsız olmuş,
    Keçsə yüz il də böylə, sən bu qərar görərsən.

    Hərgah Nizami tək kim xudkamlığı unutsa,
    Vəslə irib olar şad ol qəmküsar, görərsən.
#24.11.2009 10:16 0 0 0
  • Hər aşiqin yanındakı öz nazlı yarı yox,
    Bənzər şikəstə bülbülə, bağü baharı yox.

    Canım fəda o dilbərə ki etibarı var,
    Mən neylirəm o dilbəri ki etibarı yox.

    Sənsiz gecə-gündüz işim ahu fəğan keçir,
    Seyli-bəla tutubdu məni, bir kənarı yox.

    Min nazənin gözəl görürən, könlüm istəmir,
    Bir səndən özgə aşiqinin intizarı yox.

    Dönya behiştə dönsə, cəhənnəm keçir mənə,
    Sənsiz, inan ki könlümün əsla qərarı yox.

    Arzum budur ki, bir də görəydim cəmalını,
    Onsuz bu bülbülün daha bir laləzarı yox.

    Eyb etmə Vahidə, bu sözü yazsa dostuna,
    Şairdü, başqa bir şey ilə yadigarı yox.
#24.11.2009 10:16 0 0 0
  • Əliağa Vahid-Olsa

    Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
    Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

    Hər gun dolanıb başına qurbanin olardım,
    Pərvanəsifət ucmağa balüərim olsa.

    Mən də sevilərdim bütün aşiqlər icində,
    Ahuləri Məçnun eləyən gözlərim olsa.

    Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
    Əlbəttə,çəzasın cəkər ALLAH kərim olsa.

    Biganəyə mən bir belə minnətmi edərdim,
    Könlüm kimi bir yari-vəfapərvərim olsa.

    Vahid demərəm dərdimi mən başqa nigarə,
    Yarım bilir eşgində nə dərdi-sərim olsa.

    Yar əgər mehri vəfanı düşünən yar olsa,
    Qəm deyildir işin, aləm bizə əğyar olsa.

    Əhli dil zöbqü səfanı ləbi-çanandan alır,
    Zülmdür aşiqə çanani dilazar olsa.

    Var nə qəm gözlərinin xəstəsinə yoxdur əlaç,
    Ləblərin carəsin eylər, neçə bimar olsa.

    Zülf xalin o mehri göz yaşım eylər rövşən,
    Geçə aydınlıq olar, sabiti-səyyar olsa.

    Yar əgər aşigə qəmxarılıq etməsə, nə qəm,
    Qəm odur özgəyə məşuqəsi qəmxar olsa!

    Gözlərin şövg ilə qan tökməyə cox rağibdir,
    Məstdir, bunça xəta eyləməz hüşyar olsa.

    Var ümidim mənə Vahid daha zülm eyləməyə,
    Hali-zarımdan o mehparə xəbərdar olsa.
#24.11.2009 10:17 0 0 0
  • Ay üzlü nigarım, kimə mehman olacaqsan?"


    Ay üzlü nigarım, kimə mehman olacaqsan?
    Bir söylə, kimin şəninə şayan olacaqsan?

    Şahlıq çətiri var başın üstündə bu axşam,
    Ənbər çətirinlə kimə sultan olacaqsan?

    Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
    Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

    Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
    Ey abi-həyat, sən kimə canan olacaqsan?

    Getdin, necə bəs tab eləsin hicrə Nizami,
    O xəstə ikən, sən kimə dərman olacaqsan?
#24.11.2009 10:17 0 0 0
  • Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
    Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

    Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
    Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi.

    Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
    Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

    Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
    Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

    Dedi getmək dəmidir, söylə nə istərsən, yar?
    Bir öpüş istədim ondan, yeri var, gəlmiş idi.

    Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
    Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

    Ey Nizami, dedi, birdən ayılıb, gördüm o yox,
    Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
#24.11.2009 10:17 0 0 0
  • Gözüm aydın, gözümə surəti canan görünür,
    Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.


    Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
    Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

    Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
    İki dünyaya dəyər, eylə ki, hicran görünür.


    Səni bir dəfə görənlər güvənir eşqimizə,
    Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

    Eşqini canım ilə bəslədi birlikdə könül,
    Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.


    Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
    Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

    Şadlığından alışıb yandı Nizami, dedi ki:
    "Gözüm aydın, gözümə surəti canan görünür"
#24.11.2009 10:18 0 0 0
  • İcazə ver , baxım ey gül , o qarə gözlərinə ,
    Vurulmuşam , nə edim , aşikarə gözlərinə .

    Qəm etmərəm , məni yüz dəfə gündə öldürəsən ,
    Baxanda bir də dirilləm , dübarə gözlərinə .

    Camalın açma , gülüm , qorxuram görüb üzünü ,
    Gün olsun hüsnünə aşiq , sitarə gözlərinə .

    Olaydı qismət öpəydim o nazik əllərini ,
    Ürəkdən eyləmişəm ixtisarə gözlərinə .

    Kəməndi - ah ilə səyyadlar dalınca düşər ,
    Bu naz ilə əgər etsən işarə gözlərinə .

    Gözüm götürməyir əğyarlar baxanda sənə ,
    Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

    Şikəstə Vahidə olmaz təbiblərdən əlac ,
    Qalıbdır indi sənin bircə çarə gözlərinə
#24.11.2009 10:18 0 0 0
  • Cənnət ola qürbət , yenə vallah , Vətən olmaz .
    Qürbətdə şah olsan da , bir arzun bitən olmaz .

    Əcdadımızın türbəsi torpaq ---- kökümüzdür ,
    Torpaqsız açan buğda dənindən də dən olmaz .

    Kökdən aralandınsa işin düşdü qəzaya ,
    İmdadına , fəryadına bir dəm yetən olmaz .

    Elçin çəkilən hər bir əzab min çiçək açmış ,
    Yurdunda elin çəkdiyi zəhmət itən olmaz .

    Yurd eşqi bütün sevgilərin tacıdır əlbət ,
    Haqdan doğulan qibləyə heç vaxt çatan olmaz .



    Bəxtiyar Vahabzadə
#24.11.2009 10:19 0 0 0
  • Bircə ovuc buğda kimi ömrümüz var bu cahanda ,
    Mürur ilə üyütmədə fələk bizi dəyirmanda .

    Qanadının altındaca yer versə də hüma mənə ,
    Dərvişliyim çəkir məni daim divar kölgəsinə .

    Qəm dağları altında biz kaman kimi əyilsək də ,
    Heç gör bircə qarışqanı tapdadıqmı bu aləmdə ?

    Ruzi umdum , qəzəb , hiddət yedizdirdi dünya mənə ,
    Paltar umdum eyibləri geyindirdi o əynimə .

    Ayaqları bərk uyğulu səbr , dözüm dağıyam mən ,
    Qılınclar da ayırammaz məni bu dağ ətəyindən .

    Cəmalını görən gündən gözüm - könlüm sənə heyran ,
    Səni tapdım , mən əl çəkdim , o dünyadan , bu dünyadan .

    Öz süfrəmin qonağıyam ... Ruzim yağlı , yavansa da ,
    Heç kimsədən zərrə qədər təmənnam yox bu dünyada .

    Dünya mənim sədəfimdir , o dürr kimi doğdu məni ,
    Yazıq sədəf hardan bilsin yetim dürrün qiymətini ?

    Sümüyüm də yandı mənim , döndüsə də tutiyaya ,
    Bircə saman çöpünü də diləmədim səndən , dünya !

    Elə bilmə dövlətliyəm , əynimdə kürk , əba görsən .
    Yaşıl əba altındakı qönçə kimi fəqirəm mən .

    Nemət üçün , sərvət üçün ciyərimi neyçün yeyim ?
    Yetər mənə kəbə kimi ildə bircə dəfə geyim .

    Sayəmizdə varlansa da , toxluq edən hər acgözdən ,
    Quru sümük də ummadı bizim hüma hər kimsədən .

    Seyr etməyi sevən Saib , hanı seyrin , səyahətin ?
    Səni kimlər qandalladı ? Öz vəfan , öz sədaqətin !

    Saib Təbrizi
#24.11.2009 10:19 0 0 0
  • Məni salmışdı əzab əzyətə cananın özü
    Əlimi üzmədim ondan odur imkanın özü

    Huşimi əqlimi aldı o əlimdən getdi
    Əlac etməz mənə loğman nədə dərmanın özü

    Rahət olmur qəlbim çöllü biyabandı yerim
    Rəhm edeydi təki o qaşları kamanın özü

    Əlvida kəlməsini söyləmədən qeyb oldu
    Məncə məskəni olub göyi asimanın özü

    Kəmanə qaşlarının ox kimi kipriklərinin
    Əsiri olmuş idim yox elə sevdanın özü

    Məhəbbət aləmində bülbüli şeyda oldum
    Aldı əlimdən güli bu dövri zamanın özi

    Laləzar güllərini Nizami kim soldurdu
    Əsli Kərəm eşqinə döndü güzəranın özi
#24.11.2009 10:20 0 0 0
  • BABA PÜNHAN - NO... OLUB ALA?!

    Qatmısan sən gənə də malı mala, no..olub ala?
    Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
    Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən,
    Qoymadın heç mənə bir metrə qala, no.. .olub ala?
    Neçə ildir ki, imarətlə ticarətdir işin,
    Getmisən sən qabağa, mən də dala, no.. .olub ala?
    Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük,
    Özün üzdün, məni saldın kanala, no.. .olub ala?
    Dövri-zastoyda sən idin demə bar-bar bağıran,
    hər qoyundan azı beş-altı bala, no.. .olub ala?
    Gah atı, gah nalı, kah mıxı tərifləmisən,
    Vurmusan gah mıxa, gah nala, no.. .olub ala?
    Qız-gəlin orda - əsirlikdə qalıb ermənidə,
    Gətirirsən öyüvə kündə "xala", no...olub ala?
    İçəri şəhrimizin hər daşı bir tarixdir,
    Çəkmisən tarixə importnu mala, no...olub ala?
    Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən,
    Keçmisən indi cənubdan şimala, no...olub ala?
    Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin,
    Al onu, sal adına, qoyma qala, no.. .olub ala?
    Zamanın sahibi, Pünhan, bizi bir gün tutacaq,
    Çəkəcək hammızı sorğu-suala, no.. .olub ala?
#24.11.2009 10:20 0 0 0
  • NİZAMİ GƏNCƏVİ

    Ay üzlü nigarım, kimə mehman olacaqsan?
    Bir söylə, kimin şəninə şayan olacaqsan?

    Şahlıq çətiri var başın üstündə bu axşam,
    Ənbər çətirinlə kimə sultan olacaqsan?

    Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
    Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

    Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!
    Ey abi həyat, sən kimə canan olacaqsan?

    Getdin, necə bəs tab eləsin hicrə Nizami,
    O, xəstə ikən, sən kimə dərman olacaqsan?


    * * *

    Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?
    Layiq deyil ki, canımı cananə göndərim.

    Ey dust, istədim eləyəm bəxş könlümü,
    Etdim həya ki, zirəni Girmanə göndərim.

    Ey xacə, məsləhət elə, allah rizasına,
    Murəm, nə töhfə, söylə, Süleymanə göndərim?

    Yoxdur mətaimiz ki, ola yarə layiqi,
    Dərviş ikən nə həzrəti-sultanə göndərim?

    Yanmış sinəmdə yoxdu birər arpa danəsi.
    Viranədir bu kənd, ona mən nə göndərim?

    Bayram yetişdi, xəstə bu canımla bir deyin,
    Bilməm nə qurban ol şahə, qurbanə göndərim?

    Yoxdur, Nizami, yaxşı əməl səndə heç, səba,
    Yaxşı əməl deyə nəyi mizanə göndərim?


    * * *

    Soruşdun halımı, məmnunəm, ey dust!
    Ciyər parə, ürək pürxunəm, ey dust!

    Gəl aşiqlik sözün məndən kənar et.
    Sən ol Leyli, ki mən Məcnunəm, ey dost!

    Əlindən eylərəm fəryad, fəryad,
    Bu fəryadla günü əfzunəm, ey dust!

    Sevənlərlə, eşitdim, mehribansan,
    Mən onlardan məgər birunəm, ey dust!?

    Yıxılsan, söylədin imdadə gəlləm,
    Yetiş ki, indi mən dilxunəm, ey dust!

    Nizami şer ilə dil açdı, heyhat,
    Səni heç tutmayır əfsunum, ey dust!


    * * *

    Canımı aldın, əcəb karin var.
    Qeyri bir yerdə də bazarin var?

    Çoxdur aşiqlərin, ey nazlı pəri,
    Məndən olmaz, belə bidarin var.

    Gül üzündə o siyah zülfünlə
    Yar bəla adlı, bəla yarın var.

    Vəslə çatdır bu Nizamini, gözəl,
    Nə əcəb, aşiqi-dildarın var!


    * * *

    Mənim ox qəlbimə dəymiş, gözüm pürxün, nədəndir?
    Özün qəlbimdəsən, nəqşən olur birun, nədəndir?

    Bu dünyadə mənim ancaq yeganə istəyim var,
    Bəşər bir qəlbə sahibdir, belə şəbxun, nədəndir?

    Fəzayi-eşqdə pərvaz bərabər etmişik biz,
    Sənin mehrin gödək, eşqim mənim əfzun, nədəndir?

    Tutardın dost məni əvvəl, nədən mehri unutdun,
    Bu düşmənlik nədən doğdu, kənar oldun, nədəndir?

    Şəfa qıldım bütün naçar ürəklər harda varsa,
    Nizamiyə çatıb növbət, cəfa qıldın, nədəndir?


    * * *

    Cavanlıq etmişəm, ey yar, canan!
    Salıb qəlbimdə yurd, bazar, canan!

    Sənin şəkkər saçan ləlin umar hey.
    Axıb göz yaşlarım çağlar, canan!

    Verib boş vədələr çox-çox, rəvamı,
    Az-az aldın ömür nə var, canan!

    Nədir mişkin telin od rəngli üzdə,
    Məni etmiş belə bizar, canan?!

    Töküb qan-yaş gözümdən sübhədək mən,
    Dolandım, hey öpüb divar, canan!

    Fəqan, ey mərdlər, fəryad, fəryad,
    Nədir o nərgizi-xunxar, canan!


    * * *

    Qönçə kimi min dərdə könül doldu cəfandan.
    Ömr ötdü, xəbər yox, niyə bəs, əhdü vəfandan?

    Sən dərdi, qəmi hey mənə vermək diləyirsən,
    Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.

    Xəstə gözümün çarəsini sordum ürəkdən,
    Göstərdi ayaq tozlarını dərdimə dərman.

    Yüz köynəyi yırtdım ki, çatam vəslinə, dilbər.
    Bəlkə mənə köynək olasan, ey məhi-taban!

    Sidq ilə sənə həmdü səna etdi Nizami,
    Bəs, sən yenə də qətlinə fərman yazacaqsan?


    * * *

    Ey gözəl afətlərə sultan olan!
    Qoyma baxa hüsnünə düşman olan!

    Mən deyiləmmi bütün əzam ilə,
    Bir tükünə min dəfə qurban olan?

    Miskinəm, ox atma zəif sinəmə,
    zərbənə dözməz belə nalan olan.

    İçdin ürək qanımı sən mey kimi,
    Oldum adı qəlb evi talan olan.

    Qoy yıxılıb payini öpsün barı,
    İndiyədək sevgisi pünhan olan.

    Kül üzünü görməyə yox cürətim,
    Qaşı kaman, kirpiyi peykan olan.

    Aşiqi-sadiqsə hamı, doğrudur,
    Yoxdu Nizami kimi şükran olan.
#24.11.2009 10:21 0 0 0
  • Baba Pünhan - Kishi yox?!

    Kishi var ki, Kishidir, amma Kishiynen isi yox,
    Kishi var, naKishidir, amma deyir ki, Kishi yox.

    Kishi var, agzi ciriqdir, sozu disden tokulur,
    Kishi var, agzi butovdur, amma bir cut dishi yox...

    Kishi var, pullu isi, yaxsi disi, kozde sisi,
    Kishi var, qelbi kabab, manqali qusse, sisi yox.

    Kishi var, arvadinin xeyli visinden buraxib,
    Kishi var, arvadinin dovri-qedimden visi yox.

    Kishi var, Azerbaycanda beshinden biridir,
    Kishi var ki, evinde biri vardir, beshi yox.

    O qedim Ankarada Punhana erkek dediler,
    Kishi bizlerde imis, sen deme turkde Kishi yox.
#24.11.2009 10:21 0 0 0

  • Xurshud Banu Natavan

    Sehergeh nagahan gordum dili-zarim nihan aglar,
    Sirishki-alile herdem cheker ahu fegan aglar.
    Sual etdim:ne baisdir chixib eflake efqanin?
    Toker xuni-chiker cheshmin, axar her yan revan aglar?
    Konul hushyar imish menden, dedi: Badi-sebadan sor!
    Serasime qalib heyran, cheker ah, elaman, aglar.
    Sebadan sordum ehvali ki, ey hor haldan akah,
    Ne vaqedir, seni tari, olub dil natevan aglar?
    Dexi badi-seba, gordum, besi dilkiru nalandir,
    Tekellum yox beyan etsin, qalibdir bizeban, aglar.
    Tutulmush nitq kuftari, dedi: Ey Natevan xeste,
    Nece sherh eyleyysh hali ki, cumle insu can aglar.
    Gezirdim bagu sehrani, perishai Nalile, gordum
    Deyib badi-xezan serve qurumush, bagban aglar.
    Zeban sozden qalib xali, terehhum etdim ehvali,
    Gozume tar olub dunya, demadem cismu can aglar.
    Beli, ger gul budagina toxunsa tund badi-dehr,
    Perishan olsa gul berki, eder bulbul fegan, aglar,
    Pozuldu rovneqi-gulshen, dagildi zineti bagin,
    Dushub tabu teravetden, gul aglar, gulsitan aglar
    Dusheydi cherx kerdishden, olaydi dehri-dun viran,
    Besher tab eylemez hergiz, zeminu asiman aglar.
    Ilahi, gormesin gozler, yaman gundur bele gunler,
    Aman vermez qemu mohnet, hami piru cavan aglar.
    Firavandir qemim, sherhin beyan etmek deyil mumkun,
    Yaz, ey mustovfiyi-alem, mudam ehli-cahan aglar.
    Midad olsa eger derya, qelem olsa eger eshcar,
    Basha yetmez qemim sherhi, qelem her lehze qan aglar.
    Tenim rencur, dil xeste, dexi bir qemkusarim yox,
    Kime sherh eyleyim derdim, geder tabu tavan aglar.
    Beli, chun kovkebi-tale vebal etse felek ichre,
    Nuhusetle qiran eyler, olur gun ger yaman aglar.
    Bu divani-qezavetdir, muqedder ruzi-ezzalden
    Ki, her dem novbenov qemler yeter, bu Natevan agdar.
    Kesilmish taqetu-tabim, bashimdan eql mehv olmush, gozum
    Gozum eshki revan zahir, konul daim nihan aglar.
    Devasiz derdi-biderman, qalib mehzunu sergerdan,
    Erestu ile hem Logman, Felatuni-zaman aglar.
    Temamen derdu qemlerden feraqin derdi efzundur,
    Onunchun Natevan her dem olub nalan, qan aglar.
#24.11.2009 10:22 0 0 0
  • Yixib bu konlum evin, eyleyib viran, getme,
    Yoxumdu tabu-tevan firqete, cavan, getme!
    Feda olum sene men, senden ayrila bilmem,
    Yeqin feraqin eder qeddimi kaman, getme.
    Seninle roshen idi qelbim, ey gozum nuri,
    Guman ki, teng ola canime bu cahan, getme!
    Boyun belasin alim, serv tek yixilma, ogul,
    Doyunca gormemishem, getme, bir zaman, getme!
    CHixaydi kash gozum, gormeyeydi hicranin
    Olunce bil ederem nalevu fegan, getme!
    Sebahe dek oturub chekmishem cefalarini,
    Boyum beraberisen indi elaman, getme!
    Yeqin el chekecek dustu ashinalerden,
    Divane tek dushecek chollere anan, getme!
    Seninle kim achilib qelbimin shukufeleri
    Muruvvet eyle, ezizim, edub xezan, getme!
    Terehhum eyle mene, derdu mohnetim choxdur,
    Qoyub bu hicr bela ichre Natevan, getme!
    Di yumma gozlerini, qoy gorum doyunca bari,
    Gozumde cari edib eshk shem revan, getme.
    Xoceste bulbuli-xoshnitq, xoshzeban, getme!
    Mene terehhum ele, qoyma Natevan, getme
    Bu gulshen ichre, gulum novshukufte bir gulsen
    Sene henuz deyil movsimi-xezan, getme!
    Meni - felekzadeye rehm qil, seni tari,
    Qashin kimi qeddimi eyleyib kaman, getme!
    Senin bu gozlerine gozlerim ola qurban,
    Bir-iki dem mene ol bari hemzeban, getme.
    Yeni numuvv eleyen, servvesh, dayan bari,
    Sirishkimi qoy edim payine revan, getme!
    Mene ki, gusheyi-cheshm ile bir nehan baxdin,
    Tez oldurer meni bu mehneti-nehan, getme!
    Dushe eyaqden ol servi-qametin, billah,
    Qiyamati getirer bashime eyan, getme!
    Bu cismi-zarim uchun mehz ruhsen, axir,
    Tutar qerar meger, ruhsuz revan, getme!
    Iki gozum ishigi, shahzade simberim,
    Meni de yoldash apar, qoyma Natevan getme... !
#24.11.2009 10:22 0 0 0
  • Qarabag getsə əgər

    Məni udsun qara torpag, Qarabag getsə əgər,
    Yoxdur haqqım mən olum sag, Qarabag getsə əgər.

    Nə qədər qız-gəlinim dusdu əsir goz gorəsi,
    Yaz mənim qəbrimə alcaq, Qarabag getsə əgər.

    Dərd vətən dərdidi, bag dərdi cəkənlr alacaq,
    Ozgə bir yerdə gozəl bag, Qarabag getsə əgər.

    Qorxudar bir gecə vallah səni xalqən qəzəbi,
    Yetməz imdadına cildag, Qarabag getsə əgər.

    Oxuyub tarixi bir gun nəvələrmiz deyəcək,
    Bizə min tən ilə qorxaq, Qarabag getsə əgər.

    Oynasaq erməninin isvə-nazəynan yenə biz,
    Qoyacaq cox yerə barmaq, Qarabag getsə əgər.

    Girəcək tayqulagın qəbrinə tus caldıracaq,
    Deyəcək bizdədi Arsag, Qarabag getsə əgər.

    Qatılır gah vəhabiylə xristian bu isə,
    Atmaq ucun təzə qarmaq, Qarabag getsə əgər.

    Belə sirli və muəmmalı gedisnən, Punhan,
    Umid Allahadır ancaq, Qarabag getsə əgər
#24.11.2009 10:23 0 0 0
  • Qoydu ağlar məni cananım əlimdən getdi,
    Eşq mülkində o sultanım əlimdən getdi.

    Özü vermişdi mənə dərdi də, dərmanını da
    Qaldı dərdim mənə dərmanım əlimdən getdi.

    Bilmirəm hansı sözüm yarı pərişan elədi,
    Küsüb o zülfü pərişanım əlimdən getdi.

    Qoyma həsrət qalım, ey gül, dedim, o gül dodağa,
    Bir gül üstündə gülüstanım əlimdən getdi.

    Canı canana əmanət kimi vermişdim mən,
    Ah! Cananım ilə canım əlimdən getdi.

    Bilmirəm heç gözə gəldik, ya nəzər tutdu bizi,
    Şirinim, xosrov-xubanım əlimdən getdi.
#24.11.2009 10:23 0 0 0