Belarus Azərbaycana borcunu ödəyib

Son güncelleme: 01.07.2010 13:18
  • noimage

    200 milyon dollar ölkəmizə bu gün qaytarılıb

    Belarus Azərbaycandan aldığı dövlət kreditini bu gün qaytarıb. APA-nın «İnterfaks-Zapad» agentliyinə istinadən verdiyi məlumatına görə, «Qazprom»a ödəmə həyata keçirmək məqsədilə 12 gün müddətinə alınan dövlət kreditinin ödənildiyi barədə Belarusun maliyyə dairələrindən bildirilib.


    Mənbə deyib ki, dövlət krediti qismində götürülən vəsait bu gün səhər Azərbaycanın hesabına köçürülüb. O, həmçinin bildirib ki, kreditin ödənmə müddəti iyulun 5-də bitməli olsa da, borcun bu gün ödənməsinə qərar verilib.


    Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycandan 200 milyon dollar həcmində kredit alıb. Belarus bu vəsaitin 187 milyon dollarını Rusiyanın «Qazprom» şirkətinə ödəyib.

    Qaynaq:LENT.AZ
#01.07.2010 13:18 0 0 0