Ürəyim incələr yağış yağanda,
Yadıma doğmalar,əzizlər gələr.
Nədənsə gecələr yağış yağanda,
Yuxuma dəryalar,dənizlər gələr.
Gecə yağış yağar-min səs,min səda,
Tikanlı nəğmələr dinləyər gecə,
İynələr sancılan,iynələr batan,
Zənci bədənitək inləyər gecə.
Gecə yağış yağar-qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçin.
Gecə yağış yağar-gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçin.
Səma sahibkarı kövrələr yenə,
Açar sandıqları,dəfinələri,
Gecə yağış yağar-yağar şerimə,
Yuyar hecaları,qafiyələri.
Gözlərim yorulub yorğun Ay kimi,
Söndürüb işığı yatacağam mən.
İndi otağımı kəlağay kimi,
Gecənin çiyninə atacağam mən.
İndi otağıma dolacaq gecə,
Gecəni yanımda qalacaq gecə.
Səhər açılanda mənim evimdən,
Qupquru çıxacaq bir otaq gecə..
Sen gizli gelmisen omrume inan.
Bu gizli esq ile yasayacagam
Dunyanin en agir yuku sayilan,
Gecikmis mehebbet dasiyacagam.
Sen menim omrumde acan ciceksen.
Onu ureyimde besleyeceyem.
Sen meni hec zaman gormeyeceksen
Men seni her zaman gozleyeceyem
Uzaqdan goz qoyub gozune senin
Sanki, goreceyem Allahimi men.
Dusub qaris-qaris izine senin
Ezberleyeceyem yollarini men
Seni zerre-zerre kesf edeceyem
Seni milyon kere kesf edeceyem
Her gunu adinla baslayacagam
Her gunu adinla bitireceyem.
Seni royalarda oxsayacagam
Seni xeyallarda itireceyem.
Sen meni hec zaman duymuycaqsan
Men butun omrunu izleyeceyem
Sen mene mehel de qoymayacaqsan
Men seni hemise sesleyeceyem.
Her gun menim ucun dogulacaqsan,
Her gun menim ucun yox olacaqsan,
Menim sevincim de sen olacaqsan
Menim kederim de sen olacaqsan.
Men senin adina her saat, her an,
Qelbimde mektublar yollayacagam.
Sen hec vaxt fikrimden cixmayacaqsan,
Men hec vaxt yadinda qalmayacagam.
Belece, hesretle qalacagam,
Kecib her alovdan, kecib her oddan,
Boyuk ezabindan sad olacagam,
Sen mene heyatda en dogma adam,
Men sene yaddan da yad olacagam,
Sen omur edeceksen ayri adamla,
Men kimem, neciyem bilmeyeceksen
Bir gun bu dunyadan senin adinla,
Kocub gedeceyem, bilmiyeceksen.....
'''Məhəbbətim cəzamdır'''
Məhəbbət bu dünyanın özəyidir, özüdür,
İnsan biri-birinin astarıdır, üzüdür.
Taleh çək-çevirində qismətim bu yazıdır
"Məhəbbətin cəzandır!" mən cəzamı çəkirəm.
Sevməmiş nədi dərdim, hər qayğıdan uzaqdım,
Sevdim-günah eylədim, mənə sevmək yasaqdı?
Orda nə düşünülmüş? O, ilk eşqimi boğdu?!
"Məhəbbətin cəzandır!" mən cəzamı çəkirəm.
Ruhum sevgisiz ölər, belə yaradıb həyat,
Qeybi, cəza seçilib sənə sevməyin, həyat!
Qurtul bu candan canım! Dincəl ey cəsədim, yat!
"Məhəbbətin cəzandır!" mən cəzamı çəkirəm.
Alıntı...
Getdin
Bir atəş düşər də ürəyinə, axtarsan məni sevdiyim
Bil ki yoruldum, gedə bilmədim, uzaqlarda deyiləm...
Yarım qalmış, çarəsiz sevdaların, ilk ağrısında,
Oynanmış, qırılmış könüllərin, son sancısında,
Gedənə tökülən gözyaşının, hər damlasında,
Sevməyə küsmüş ürəyinin, tam ortasında,
Yoxluğunla məni baş-başa buraxdığın yerdəyəm...
Kimsəsiz, səssiz, kimsəsiz, adsız bir yerdəyəm,
Çarəsiz, dərdli, ümidsiz, sənsiz divanəyəm.
Yıxılmış, köhnəlmiş, xatirələrlə dolu bir viranəyəm,
Getdin, amma unutma, həmişə o buraxdığın yerdəyəm...
Ürəyim qırıq, ümidlər tükənmiş, yıxılmış xəyallarım,
Könlüm yasda, gözlər qurumuş, boş qalmış əllərim,
Sevgim hüsran, mahnılar qəmli, məzar olmuş gecələrim,
Səyim nafilə, əsrin olmuşam, hələ buraxdığın yerdəyəm...
Bir gün ağır gəlib də sevgin, yıxılsa dünyan başına,
Hər gün qırılsa ürəyin, qalsan kimsəsiz bir başına,
Çəkib gedərsə sənin kimi, ağrımadan, qıyma gözyaşına,
Yıxılma sən mənim kimi, gəl, hələ buraxdığın yerdəyəm..
Alıntı..
Ayrılık
Qısqandı eşqimi məhəbbətimi
Gizlincə sevgimi pusdu ayrılıq
Sonda istəyinə nail olanda
Dinmədi sakitcə, susdu ayrılıq
Gəzdim cavanlığın çiçək bağında
Səadət, xoşbəxt bir gün sorağında
Sevginin zirvəsi gözəl çağında
Üstümdən külək tək əsdi ayrılıq
Ayırdı bülbülü güllü çəməndən
Saçlarım ah çəkdi ağappaq dəndən
Sanki oğurlardı ruhu bədəndən
Dildən də sözümü kəsdi ayrılıq
Gətirdi dağ kimi sevgimi sona
Bizi ayırmaqçün girdi min dona
Baxıb göz yaşıma dözmədi buna
Özü də sıtqadı, sisdi ayrılıq
♥ ♥ Səni zadəgan insanların sadə sevgiləriylə deyil, sadə insanların zadəgan sevgiləriylə sevdim. Bu gözəl eşqimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim
♥ ♥Hanı gözlər vardır sözləri izah edər, hanı sözlər vardır gözləri izah edər, bir də eşq vardır səni izah edər...
♥ ♥ Dünən gecə sən yatarkən qırmızıya rənglədim dənizləri, uçurumdan atdım səssizliyi, xəbər saldım küləklərə, pıçıldasınlar qulağına səni nə qədər çox darıxdığımı...
♥ ♥Sənə doğru bir kəpənək uçurdum, dağları dənizləri aşdı səni tapdı, yanağına kiçicik bir öpüş qon/qoyuldurdu. Hiss etdinmi?
♥ ♥Yuxudan oyanınca insanı oyandığına peşman edən, geri dönmək istəyib də dönə bilməyincə çarəsizlikdən dəli edən, həyatda bir dəfə görülə bilən möcüzə bir yuxusan!
♥ ♥Sən bəzən zülmət qaranlıq gecəmin günəşi, sən bəzən həyatın cəsarət verən xoşbəxtlik yanı və sən hər vaxt sevgimin tək səbəbisən...
♥ ♥Doğan hər günün səhərində, içimdə gözlərini görə bilmək eşqi olmasa, inan heç bir şeyə dəyməzdi yaşamaq...
♥ ♥Böyük həsrət dolu gecələri öldürəcəyəm bir gün bu ayrılıq mahnılarını gülləyə düzəcəyəm və səni məndən ayırdığı üçün qədərimi məhkəməyə verəcəyəm...
♥ ♥Xoşbəxt olmağı bilirsənsə, sevməyi biləcəksən həqiqətən sevirsənsə, ömürünü verəcəksən...
♥ ♥Kimsən sən? Yaşamaq istəyib də yaşaya bilmədiyim ümidlərim, fərqində olmadan illərdir gözlədiyimmi? Kimsən sən? Sən mənim sevdiyimsən, sevdiyimi söyləyə bildiyim...
♥ ♥Bir insanın idealları olmalı, sonsuzluq kimi... Bir insanın həsrəti olmalı, həsrətlə açan çiçəklər kimi... Bir insanın birtanəsi olmalı, o da sənin kimi...
♥ ♥Səni və sənsizliyi düşündükcə, əsən küləklərin ardından yağan yağışlar kimi sənə və sənsizliyə ağlamaq istəyirəm...
♥ ♥Sənə şərab verəcəyəm, iç amma sərxoş olma. Sənə bir gül verəcəyəm, iylə amma soldurma. Sənə ürəyimi verəcəyəm, sev amma incitmə..
♥ ♥Nə vaxt səhra dəniz dənizlər səhra olsa, günəş doğulmağı unudub ay çəmənə düşsə, dağlarda su zanbağı,şamlarda gül bitsə, o zaman səni unudub başqasını SEVƏRƏM!
♥ ♥Duyğu idi İllərcə Xərclədiyimiz, Sevgi idi Kölgələrimizi Qısqandığımız, Taleh idi Pəncəsindən Xilas ola bilmədiyimiz, Xoşbəxtlik idi Dadına Doya bilmədiyimiz, Eşqdəndə böyük Bir şey idi Adını Qoya bilmədiyimiz...
Bu sevgidne sen qorxursan eybi yox,
Men severem ikimziin yerine.
Bu esq ucun bir gun dara cekseler
Men gederem ikimizin yerine
Min ezabdir sensiz kecen her gunum
Unutmusam yaxsi,yaman ferqini.
Bu sevgiden dag eriden derdini
Men celerem ikimizin yerine'
Gul deyirem gul qelbine deyirem
Men senincun tanri yazan seirem,
Dodaqlarin incimesin deyirem-
Men olerem ikimizin yerine.
Taleyimde son acilan gulumsen,
Suzub qara gozlerini gulumse,
Bu sevginin sonu eyer olumse
Men olerem ikimizin yerine
Biz xosbext olmadiq sevenler kimi
Indi son bahartek sizlar qelbimiz.
Belek bu dunyaya gelmisik gulum
Artiraq dunyanin hesterini biz
Tene de,giley de daha ebesdir,
Bu sirli royadan ayrilaq gerek.
Ya sen gecikmisen ya men telesdim,
Indi seve-seve ayrilaq gerek.
Konul gizli -gizli yanacaq indi,
Bir damla goz yasin denizdir mene.
Bize xatireler qalacaq indi,
Senin xatiren de ezizdir mene.
Bilirem.bu hesret uzecek seni,
Calis kolge kimi surunmeyesen.
Gozlerim her zaman gezecek seni,
Calis, gozlerime gorunmeyesen.
Sen gerek
Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin.
Yene de heyati senden umaydim,
Ele bileyidim ki dunyada teksen.
Illerin omrumden apardigini
Ele bileydim ki getireceksen
Bahar gozleyiridim,
Yene de qisdi,
Bir arzu bir umid oldurmekdense
Aldana-aldana yasamaq xosdu.
Sen gerek ozunu tanitmayaydin
Sene baxa baxa senin uzunde
Gorunur ozgenisevmisem onda
Her titrek sozumu senin gozunde
Yeqin ozgesine demisem onda
Hissin xumarindayumub gozunu
Onda mehebbetin yuxulu imis.
Sonradan oyanib,
Onda bilib ki,
Suyun lal axini qorxulu imis
Sen gerek ozunu tanitmayaydin.
Sen gerek ozunu tanitmayaydin.
Omur de belece kecib gedeydi.
Sen deme,marala atdigim gulle
Maral derisinde tulkuye deydi
Sadelovh qelbimden,mehebbetimden,
Kecdiyim yollardan utaniram men,
Yuxulu gozumden agrilar kecir,
Yanimdan sevgisi dogrular kecir,
Senden yox,
Onlardan utaniram men
Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin
Qar kimi ag geldim
Lekesiz geldim
sessizce yagmisdim yollarine men.
Men senin omrune *beke*siz geldim
Yigildin guc kimi qollarima sen
Bitdi baxislarin negmesi,sozu
Sukut qolarinda gezdirdi bizi
Soyuqdur qar kimi
Ne deyim,
Duzu,-
Belke bu soyuqluq bezdirdi bizi
Indi xatirenle yanacagam men,
Gulsen, gulusune buruneceyen
Qar kimi ovcuna yagacagam me,
Qar kimi ovcunda eriyeceyem!...
Hesretin qelbimde dinr tar kimi
Negmeler denizdir,vusalin qayiq.
Sen de,ay sevgilim,
Getdin qar kimi
Qayitsan,qar kimi lekeisz qayit