Şerler Mensur Şerler ve Sevgi Sözler Deyerli Kelmeler

Son güncelleme: 08.06.2021 13:00
  • Umidim...

    noimage

    Bu gun yaz gunu birden qis oldu

    Bu gun taleyimde acan guller soldu

    Bu gun gozlerim senin ucun son defe doldu,

    Umidin itdiyi gundur bu gun!!!

    noimage

    Bu gun qelbimin odu,atesi sondu

    Bu gun ureyim mene uz dondu

    Bu gun dinmeyen hisslerim oldu

    Umidimin itdiyi gundur bugun!!!

    noimage

    Umidim yoruldu,sonlandi axir ki,

    Umidim tukendi,kovreldi sanki

    Umidim bulaqdi,qurudu bilki,

    Umidim,umidim,umidim bitdi....!!!
    noimage
    Alıntı şer...
#23.06.2011 23:45 0 0 0
  • Anladim,,,,
    noimage
    Sen basqa qelbe baglanib getsende

    Son bir umidim qalaraq yasini saxladim

    Gozlerindeki o isigi sonmus gorende

    Sen daha qayitmayacaqsan anladim...

    noimage

    Inanki sen o insani cox sevsende

    Menim sevgimin yerini vermeyecek canim

    Bu qeder nifret hissi beslediyini bilende

    Senin daha qayitmayacagini anladim....

    noimage

    Bir gun sevgiye mohtac geri donsende

    Dillerde qalmis olacaq yalniz adim

    Aglayib,sizlayib,ozunu doysende

    Meni daha qaytarabilmeyeceyini anladim!!!!
    noimage
    Alıntı şer...
#23.06.2011 23:49 0 0 0
  • sevgi smsi

    Kipriyində bir damlayam. Alışaram hara atsan. Bilirəm ki ömrün boyum məni heç vaxt unutmazsan. Mən sənin üçün od, su, hava. Sən mənim üçün bir həyatsan. Sevgilim gəl düşhünmə ki yoxluğunla barışmışam. Sənsiz yaman darıxmışam...

    10% sənsizəm, 20% səninəm, 30% mənimsən, 40% gözləyirəm, 50% ürəyimsən, 60% dünyamsan, 70% darıxıram, 80% gözəlsən, 90% sevirəm, 100% sevgilimsən!

    Dostluq unudulmayacaq qədər dərin, günah olmayacaq qədər məsum, ürəyin qədər yaxın və tək başına yaşanmayacaq qədər çətindir...

    Yaman darıxmışam... her axşamçağı. Arzumu günəşin telinə sardım. Mənimlə olsaydı mən darıxmağı zamana ən uzun ölçü sanardım...

    Kəlmələr yetərsiz qalır sevgimi anlatmağa gözlərimə baxaraq anla necə aşiqəm sənə əllərimi bərk tut heç ayırma çünki nəfəs kimi möhtacam sənə...

    Sevgi insana nə yuxarıdan göndərilən bir güc, nə də insanlara zorla qəbul etdirilən bir duyğudur. Sevgi ruhun gozəlliyidir...

    Bir gun yuxuna gələcəm görüm sevirsənmi məni, qəlbinə baxacam görüm orda yer ayrılıb mənə, gözlərini yoxlayacam başqasına baxıbmı o, qollarından soruşacam arzulayıbmı məni!

    Ruhum o qədər boş ki, səvgiyə ehtiyacım var. Qollarım o qədər boş ki, qucaqlamağa ehtiyacım var. Gözlərinə o qədər həsrətəm ki, görməyə ehtiyacım var. Göz yaşlarım o qədər dolu ki, axmağa ehtiyacı var. O qədər sənə məhbusam ki azadlığa ehtiyacım var. Ölümdən qorxmuram ki ölümə ehtiyacım var. Sənsiz dünya cəhənnəm səninlə cənnətə ehtiyacım var.

    Dəniz sahildəki qumları, zaman keçmişdəki anları silər. Amma heç bir şey qəlbdəki gerçək dostları silə bilməz.

    Buludları toplayıb durna qatarı kimi sənə göndərsəm, məndən sənə 3 kəlmə gələcək.. Mən səni sevirəm.

    Əllərini tutmaqdan deyil, birgün buraxmaqdan qorxuram.Acı cəkməkdən deyil, səni incitməkdən qorxuram.Sən mənim tək sevdiyimsən mən sənsizlikden qorxuram! SƏNI SEVIRƏM!

    Getmək istəyirsən nə danış, nə din. Yox ol xəyal kimi dumanda çəndə. Nəyimi sevmişdin deyə bilmədin. İndisə 100 eyib görürsən məndə.

    Ay gecəni, mən səni istədiyim qədər istəsəydi günəş yer üzünə həsrət qalardı...

    12 qərib 1 gəcədə sənden uzaqda, küləklər həsrətli nəfəs kimidir. Sənsiz tənha qalmış sızlayan qəlbim darıxır hər təref qəfəs kimidir...

    Bu normal ürək döyüntüm /__/__/ . Bu səninlə olarkən döyünən ürəyim. ////. Bu isə sənsizlik _________

    Nə olar, sevgilim başa düş məni, həsrətdən tükənib, qalmayıb səbrim, deyəsən, ayrılıq qapını döyür, açma bu qapını sevirəm səni...

    Unudacaqlar səni bir qış payızında. Qalasan gecənin soyuq ayazında. Tənha ada kimi dənizin ortasında. Sahilə baxa baxa alışıb yanacaqsan. Sən ki mənim olmadın bəs kimin olacaqsan?

    Mən niyə baxıram o yollara, sən ki o yollardan dönən deyilsən. Mən niyə ağlayıram sənin üzündən, sən ki göz yaşımı silən deyilsən...

    Gedirsən get,sevgini də özünlə apar! Sən etdiyin bu yaranı yerindən qopar! Qanayan yarama, sənsiz qalan dünyama, birdə gözümdən axan yaşa toxunma!

    Sənə nifrət etsəmdə, səni başa düşə bilməsəmdə, hər şeyə ümidimi itirsəm də, səni həyatımdan çox sevirəm! Sənə görə hər şey ederem! Lap belə həyatımdan keçərəm! Tək səni sevirəm...

    Həmişə olduğu kimi bu gecədə göy üzünə baxıram və dərin bir xəyala dalıram. Özümdə bilmədən heyatım sənin qollarında oluram. Sənin üçün çox darıxıram...

    Sənsiz bu dünyada tənha qalmışam, bir gül tək saralıb vaxtsız solmuşam, son dəfə cavab ver tək sualıma, bəs niyə belə tez unudulmuşam?

    Sən Tanrıya edilən arzum, göylərə uzanan əllərimsən! Sən gözümdən süzülən yaş kimi həsrətimsən! Sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən!

    Əllərini tutmaqdan deyil, bir gün buraxmaqdan qorxuram! Acı çəkməkdən, ağlamaqdan deyil, səni incitməkdən qorxuram! Sən mənim tək sevdiyimsən, mən sənsizlikdən qorxuram!

    Necə gəldi dilinə, mənə soyuqsan dedin. Əlim çatmır əlinə, səni necə isidim?

    Hər gün ağlayıram ki göz yaşlarıma qarışıb ürəyimdən çıxasan. Amma nədənsə göz yaşlarım ürəyimə axır..

    Ölmə torpaqlara qoymaram səni, yerin qollarımın arasındadı! Qorxma təbii sularla yumaram səni, suyun gözlərimin qarasındadı...

    Səhərlər günəşdən əvvəl oyanıb, açıq aynalara pərdə bağlayıb, sən yatan otaqda sakit dayanıb, öpüb gözlərindən oyadaydım kaş...

    Bilirsən nə üçün yatıram? Səni yuxumda görüm deyə...Nə üçün oyandım? Səni düşündum deyə... Nə üçün gülürəm? Həyatımda varsan deyə... Nə üçün ağlayıram? Sən yanımda yoxsan deyə..:(

    Dünyada bir çox insan var, bəzisi duyğulu bəzisi duyğusuz amma gözəliklərə və xoşbəxtliyə layiq olan bir insan var ki o da indi mesajımı oxuyur, səni cox sevirəm!

    Arxanda qoyduğun bu yaralı qəlb. Səndən sonra axı kimi SEVƏCƏK? Bir vaxtlar səninlə döyünən ÜRƏK. İndi sənsizlikdən əzab çəkəcək

    Desəmki sevirəm inanarsanmı? Desəmki ölürəm heç yanarsanmı? Desəmki xəyalın yaşadır məni, məni xəyalına qısqanarsanmı?

    Bir zaman məst olduq eşqin ətrindən bir günah yazdırdıq ömür sətrindən O xoşbext o gözəl günlər xatirinə bircə düşmən kimi ayrılmayaydıq...

    Sənsiz saniyələr ilə bərabər, sənli dəqiqələr saniyədən tez. Sənsizlik veribdir mənə qəm-kədər, Bu ömür karvanım gedir nədən tez?

    Hər kəs sevgililər gününü qeyd edərkən mən sənsizliklə birgə olacam hər kəs deyib gülərkən. Mən səni anıb ağlayacam. UNUTMADIM SƏNI UNUTDUN MƏNI!

    Səhər duranda ilk düşündüyüm, gec yatanda isə son düşündüyüm sənsən canım sevgilim...

    İndi bir anayam iki körpəli. İsidir əlimi körpə əlləri. Analıqdan sevinc sevgidən savaş. Qəlbimi isidən sən olaydın kaş.

    Sən mənə canım qədər şirin, həyat qədər mənalı, ürək qədər vacib, nəfəs qədər isə lazımlısan. Səni çox sevirəm.

    Keçmişdə etdiyim günahların əvəzini sənsizliklə ödəyirəm. Səni sənsiz yaşayıram. Bir daha bir yerdə ola bilməsək də bunu bil ki səni çox sevdim...

    Bir gün yalvarsan da dönən deyiləm, eşqimi səninlə bölən deyiləm, bəsdi incitdin məni sevən deyiləm, bil ki sənsiz də xoşbəxt deyiləm...

    Həyatın ən gözəl anı her şeydən vaz keçdiyin zaman, səni həyata bağlayan biri olduğunu düşündüyün andı...

    Qəmli gözlərimə yaş dolan zaman demə ağlayırsan barışmaq üçün, ağlaram hər zaman, ağlaram hər an səni damla damla unutmaq üçün.

    Biz ki unutmuşuq ilk məhəbbəti. Ax bu qəfil görüş kaş olmayaydı. Sənin gözlərində eşqin həsrəti. Mənim gözlərimdə yaş olmayaydı...

    Bir gözələ vuruldum heç ondan yoxdu. Sənsiz olan həyat mənasız, sondur. Yanına uçmağa qanadım yoxdu. Neyləyim yanına uça bilmirəm. Həyatım sənsiz bom-boşdur...

    Adını səslədim hər zaman susdun. Niyə susduğunu indi bilmişəm. Mənim gözlədiyim sən oldun əfsuz. Sənin gözlədiyin mən deyilmişəm.

    Xəyallarım var gorməkdən qorxuram... Hisslərim var söyləməkdən qorxuram...Şeirlərim var yazmaqdan qorxuram...İndi sən varsan səni itirməkdən qorxuram...

    Dənizim deyil dalğam olarsanmı. Atəşim deyil külüm olarsanmı? İlk sevdiyim deyil son sevdiyim olarsanmı?!

    Göylərdən soruşum bir gün xəlvəti. Görəsen sevirmi o insan məni,söylədi sevir dəlilər kimi,hər gün royasında görür o səni

    Sevgilim bir anlıq dayanıb,incə baxışlarınla ətrafına göz gəzdir. Nə görürsənsə, onlar sənə məxsusdur. Bir güzgüyə baxma, onda görəcəyin mənə məxsusdur.

    Gözlərin dolarsa, bil ki səni düşünürəm. İçin yanarsa, bil ki sənsiz çox darıxmışam. Ağlasan, bil ki mən artıq .....YAŞAMIRAM...
#25.06.2011 11:53 0 0 0
  • ''Sevgi mesajları''
    _____________

    YaŞamaq umut istər

    Umut sevmək istər

    Sevmək ürək istər

    Sənin ürəyin nə istə bilmirəm

    Amma bu ürək daima üzünü görmək istər


    YaŞamaq umut istər

    Umut sevmək istər

    Sevmək ürək istər

    Sənin ürəyin nə istər bilmirəm

    Amma bu ürək daima üzünü görmək istər



    Mən səni ölənədək sevən

    Sənsə ölümünə sevilən

    Mən səni özləyən

    Sənsə dəlicəsinə özlənən

    Mən sənin üçün can verən

    Sənsə can verməyə dəyərsin ASKIM


    Kirpiyimdən birini çıxarıb

    Ürəyimin qanına batırıb

    Gözümün ağına üç söz yazdım

    Mən səni sevirəm

    3+4=7


    Yxuma girirsən

    Röyalarımı bölürsən

    Səni məhkəməyə verəcəm

    Oğrudur deyəcəm

    alıntı..
#11.07.2011 14:07 0 0 0
  • Yağış yağanda şeri - Alıntı şerler

    ...Yağış yağanda...

    noimage

    Ürəyim incələr yağış yağanda,
    Yadıma doğmalar,əzizlər gələr.
    Nədənsə gecələr yağış yağanda,
    Yuxuma dəryalar,dənizlər gələr.

    noimagenoimagenoimage


    Gecə yağış yağar-min səs,min səda,
    Tikanlı nəğmələr dinləyər gecə,
    İynələr sancılan,iynələr batan,
    Zənci bədənitək inləyər gecə.


    noimagenoimagenoimage


    Gecə yağış yağar-qəmlə köklənən,
    Bir şair qəlbini əzizləməkçin.
    Gecə yağış yağar-gündüz çirklənən,
    Günahkar dünyanı təmizləməkçin.


    noimagenoimagenoimage


    Səma sahibkarı kövrələr yenə,
    Açar sandıqları,dəfinələri,
    Gecə yağış yağar-yağar şerimə,
    Yuyar hecaları,qafiyələri.


    noimagenoimagenoimage


    Gözlərim yorulub yorğun Ay kimi,
    Söndürüb işığı yatacağam mən.
    İndi otağımı kəlağay kimi,
    Gecənin çiyninə atacağam mən.


    noimagenoimagenoimage


    İndi otağıma dolacaq gecə,
    Gecəni yanımda qalacaq gecə.
    Səhər açılanda mənim evimdən,
    Qupquru çıxacaq bir otaq gecə...

    noimagenoimagenoimage

    Alıntı şer..
#07.09.2011 15:29 0 0 0
  • Bir ürək ağlayır!
    noimage
    Xoşbəxtlik çırağım sönübdü mənim
    Dərdimi böləcək yoxdu həmdəmim
    Belimə böyük bir şələdi qəmim,
    Göz yaşım salıbdı böyük bir dəniz,
    Bir ürək ağlayır kimsiz-kimsəsiz.
    noimage
    Sən qışdı deyərkən yaz eylədim mən
    "Sevirəm" deyəndə naz eylədim mən
    Sənə məhəbbəti az eylədim mən,
    Özümü şah bildim sənisə kəniz,
    Bir ürək ağlayır kimsiz-kimsəsiz.
    noimage
    Hər şeyin mən özüm günahkarıyam
    En ağır cəzaya hətta razıyam
    Bircə sənsizliyə mən narazıyam ,
    Sən bir həqiqət ol mən kölgə ya iz,
    Bir ürək ağlayır kimsiz-kimsəsiz.
    noimage
    Alıntı..
#28.09.2011 09:17 0 0 0
  • Yaman darıxmışam
    noimage
    Yaman darıxmışam səninçün, yaman!
    Mən əsir düşmüşəm öz istəyimə.
    Nifrəti gizlətmək asandan asan,
    Sevgini gizlətmək mahalmış, demə!
    noimage
    Haraylar yüksəlir könüldən yenə,
    Bu necə haraydı, bu necə haydı?
    Öhdəmdən gələrdim... Gözüm üzünə,
    Qulağım səsinə darıxmasaydı...
    noimage
    Elə bil hər yerdən üzülüb əlim...
    Mən azıb qalmışam qəm dərəsində.
    Dirilib yaşanır sənli günlərim
    Sənsiz günlərimin xatirəsində.
    noimage
    Yaman darıxmışam... Bu nədir yenə
    Ağlım sağa baxır, ürəyim sola.
    Ürəyim dönübdür göy göyərçinə
    Qonub sən gedəli sən gələn yola.
    noimage
    Yaman darıxmışam... Hər axşamçağı
    Arzumu günəşin telinə sardım.
    Mənimlə olsaydı, mən darıxmağı
    Zamana ən uzun ölçü sanardım.
    noimage
    Yuxuma gəlmişdin... Qısıldıq küncə.
    Danışdıq...Yel əsdi... Dağıldı dərd-qəm.
    Kölgəyə dönmüşdüm, Səni görüncə
    Sənin işığında yox oldu kölgəm.
    noimage
    Alıntı...
#28.09.2011 09:21 0 0 0
  • Xəyanət!
    noimage
    Ötüb yaşananlar bir yuxu imiş
    Bu gecə qəribə bir zülmət oldu,
    Hər şeyin bir sonu olur deyirler
    Bizimki bitməyən rəvayət oldu.
    noimage
    Düşünən heykəltək durub donubsan
    Niyə saralıbsan, niyə solubsan?
    Gələn ilk elçiyə razı olubsan
    De bunun harası məhəbbət oldu?
    noimage
    İndi sən fəxr elə özünlə öyün
    Çalındı vağzalı oldu toy düyün
    Barmağa üzüklər taxıldığı gün
    Məhəbbət çevrilib xəyanət oldu.
    noimage
    Bu həyat yalansa sevgi yalansa
    Dağılıb yox olsun var olmaqdansa
    Olan mənə oldu sənə olansa
    Neçə qonaqlıqlar ziyafət oldu.
    noimage
    Qurtardı bu röya ay oğlan oyan
    Bir şey dəqiqliklə ağlıma əyan
    Sevgi yaşayacaq hər an hər zaman
    Məhəbbət, ləyaqət, sədaqət oldu!
    noimage
    Alıntı..
#05.10.2011 19:11 0 0 0
  • Çarəsiz
    noimage
    Çökdü vücuduma sağalmaz bəla,
    Söylədi həyata denən əlvida
    Geçikdin sevgilim gedirəm daha,
    Can verən xəstəyə loğman nə lazım?
    noimage
    Saman altdan su yeritdi bu fələk
    Demə qismət tale belə neynəyək,
    Gəlirdin vaxtında gələrdin gərək,
    Can verən xəstəyə loğman nə lazım?
    noimage
    Unutdun özünü unutdun məni,
    Anlaya bilmədim heç zaman səni,
    Ölürəm....deyirsən: "Sevirəm Səni"!
    Can verən xəstəyə loğman nə lazım?
    noimage
    Səndə heç əzab yox səndə cəfa yox,
    O daş ürəyində zərrə vəfa yox
    Burax əllərimi...! mənə şəfa yox!
    Can verən xəstəyə loğman nə lazım?
    noimage
    Alıntı..
#05.10.2011 19:15 0 0 0
  • Qelbinin yerine bir das bagla sen..

    noimagenoimagenoimage
    Gedirsen, ne deyim, ne soz soyleyim
    Saxlaya bilmedim yolundan seni
    Sene inanmisdim, konul vermisdim
    ...Cox heyif, indice tanidim seni,
    noimage
    Sen menim gozumde uca bir dagsan
    Eyilme sevginin goz yaslarina
    Subheler qoymadi seni sevmeye
    Yalandi.. aldanma goz yaslarima..
    noimage
    Delisov sevgim de, mehebbetim de
    Olmayib, hamisini yalan demisem
    Baxma ki, indice doldu gozlerim
    Yeqin varligina cox oyresmisem..
    noimage
    Qelbinin yerine bir das bagla sen..
    Belke esq onunde eyile bildin!
    Nece inanmisdim xos sozlerine
    Sen meni deliler kimi sevirdin..?
    noimage
    Sozler, serler de bes etmir mene
    Bu derdi daglara danissam azdir..
    Bextim gozlerimin icine baxib
    Ayagim altinda bir quyu qazdi..
    noimage
    Bagisla sohbetim cox uzun cekdi
    Gedirsen yolundan etmeyim seni
    Taleyim bes gunluk sevinecekdi..
    Indi calisacaq unutsun seni..
    noimage
    Indi ne etsen de, ne soylesen de
    Ovuda bilmersen yanan qelbimi
    Ozun oz elinle yixdin bu esqi,
    Oldurdun, derdinden olen sevgimi,,,,,,
    noimagenoimagenoimage
    Alıntı..şer..
#09.10.2011 22:00 0 0 0
  • Ölməzsən ki sevsən məni şeri - Alıntı şerler

    noimage
    noimage
    Mən vurğunam o, gözlərə,
    Ürəkdən gələn sözlərə,
    Mən baxmaram özgələrə,
    Ölməzsən ki, sevsən məni
    Sən hər şeydən irəli
    Sən sevgimin əzəli
    Sən ey dünya gözəli
    Ölməzsən ki, sevsən məni
    Bu dünyanın üzü qara
    Həsrət qalmışam bir yara
    Ay qız, qəlbim olub yara
    Ölməzsen ki, sevsən məni
    Görmürsənmi sən bu qəmi?
    Həyatımda duman çəni,
    Heç insafın yoxdur yəni?
    Ölməzsən ki, sevsən məni
    Kim deyir sevgi əladı?
    Bu sevgi yox bir bəladı
    Sənə söz demək xətadı
    Ölməzsən ki, sevsən məni
    Məni görcək gözlərini süzdürürsən,
    Nazın ilə mən yazığı öldürürsən,
    Tez-tez sevmək gözəldir deyirsən
    Ölməzsən ki, sevsən məni.
    Demə səni sevən olmaz
    Məncə dünya belə qalmaz
    Qəlbim səni yada salmaz
    Ölməzsən ki, sevsən məni
    noimage
    noimage
    Alıntı..
#23.11.2011 10:28 0 0 0
  • Əlvida deyirsən şeri

    noimagenoimagenoimage

    Bir payız axşamı sənə vuruldum
    Səni sevməyimə mən peşman oldum.
    Sevgimi sevginlə unutmaq istədim.
    Səndən ayrılacağımı bilsəydim əgər,
    Yenədə mən səni sevməzdim gülüm.
    noimage
    Yalan sevginlə aldatdın məni.
    Bu fani dünyada unutdun məni.
    Mənim sevgimi əyləncə bildin sən.
    Oyuncaq kimi oynatdın sən.
    Səndən ayrılacağımı bilsəydim əgər.
    Yenə də mən səni sevməzdim gülüm.
    noimage
    Əlvida deyirsən bir daha mənə
    Əlvida deyirsən mənim sevgimə
    Əlvida deyir mən tək yarıma
    Əlvida deyirsən tək sevgimizə

    noimagenoimagenoimage
    Alıntı...
#26.11.2011 01:01 0 0 0
  • Aşiq olmuşam...

    noimagenoimagenoimage

    Yaşımın məhəbbət duyan çağında

    Vurulmuşam sənə, aşiq olmuşam.

    O gündən gəzirəm sevgi bağında,

    Dinclik yoxdur mənə, aşiq olmuşam.

    noimage

    Haraya baxıram göz önümdə sən,

    Gecəli-gündüzlü ürəyimdəsən.

    Eşqinlə yüz deyil min il də desən

    Yaşayaram yenə, aşiq olmuşam.

    noimage

    Sənsiz həyatım da boş bir xəyaldır-

    Bu necə sevgidir, bu necə haldır?!

    Naz ilə dediyin hər sözün baldır,

    Şirin sözlərinə aşiq olmuşam.

    noimage

    Qaşların qıvrılıb məni çalsa da,

    Baxışın qəlbimi oda salsa da,

    Məni öldürən gözlərin olsa da,

    Qara gözlərinə aşiq olmuşam.

    noimagenoimagenoimage

    Alıntı..
#06.12.2011 19:41 0 0 0
  • Ona
    noimage
    Gəl birlikdə seyrə çıxaq

    Könül oğurlayan bir adı vardır,

    Mələk deyil, amma qanadı vardır.

    Siyah qaşlarının kölgəliyində

    Daima çırpınır iki göyərçin.

    noimage

    Qonaraq könlümün budaqlarına,

    Hər gün şeir oxuyurlar onlar mənimçin.

    İndi öz-özümə inanmışam mən,

    Nə qədər bəxtiyar insanmışam mən,

    Saçları andırır zərrin suları,

    Tökülüb axdıqca umuzlarına.

    noimage

    Oxşayır bədəni, bəyaz əndamı

    Kölgədə bəslənmiş quzey qarına.

    Amandır əsməsin tufan yelləri

    Solar eşqimizin qönçə gülləri.
    noimage
    Alıntı..
#06.12.2011 19:54 0 0 0
  • Etiraf
    noimage
    Səni canım qədər sevdim,
    Bircə şer yazmadım.
    Səni ürəyimə yazdım,
    Amma ordan pozmadım.
    noimage
    Bəxtəvər günlər gördük,
    Sızladıq neçə kərə,
    Bizi bu pak eşqimiz
    Ucaltdı zirvələrə.
    noimage
    Şeytandan neçə dəfə
    Qəfil zərbələr yedik,
    Yenə Tanrını öyüb,
    Ona nəğmələr dedik.
    noimage
    Səni canım qədər sevdim,
    Salmadım dil-ağıza.
    Səni ürəyimə yazdım,
    Qısqandım ağ kağıza.
    noimage
    Müəllif: şair Rafiq Hümmət
#01.01.2012 23:44 0 0 0
  • noimage

    "Sevmək" dedim... "Yolunda ölmək" dedi...!

    "Yol" dedim... "Getmək" dedi...!

    "Getmək" dedim... Bir "Ahh" çəkib...

    "Dostlardan ayrılmaq" dedi...!

    "Dost" dedim... Dayandı... Mənə baxdı...

    "Dost" deyə zümzümə etdi...

    "Ürəyimdə daim ən vip yerləri tutanlar" dedi..

    "Ürək" dedim... "Dünyaları içinə sığdıra bilmədiyim" dedi...!

    "Dünya" dedim... "Həyatın bir üzü" dedi...!

    "Üz" dedim... "Ardında nə gizli bilmədiyim" dedi...!

    "Gizli" dedim... "Həmişə həll etməyə çalışdığım" dedi...!

    "Çalışmaq" dedim... "Bitməyəcək əhvalat" dedi...!

    "Əhvalat" dedim... "Minlərcəsini içimdə gizləyirəm" dedi...

    "Gizləmək" dedim... "Bax,hər şeyin bitimi bu" dedi...!

    "Hər şey" dedim... "Sevgi" dedi...!!!

    "Sevgi" dedim... "Arxasından qaçdığım" dedi...!

    "Qaçmaq" dedim... "O çox sevdiyin Tarix Kitablarini yada sal.

    Marafon... Bitməyən marafon...Həyat da sanki bir marafon" dedi...!

    "Həyat" dedim... "Elə qısa ki!" dedi...!

    "Nə üçün qısa?" deyə soruşdum...

    "Yaşanacaq çox şey var, zaman isə yox" dedi...

    "Yaşanması lazım olan nə var? " deyə soruşdum...

    "Eşq" dedi...!!! "Neçə dəfə?" deyə soruşdum...

    "Min dəfə", "Milyon dəfə" dedi...!

    "Niyə bir dəfə deyil?" deyə soruşdum...

    noimage

    "Bütün eşqlərin cəmi,ən uca və tək eşq" dedi...!

    "Əvvəl ona varsaq olmazmı?" deyə soruşdum...

    "Kaş ki olsa" dedi, "Amma əvvəl yorulmaq gərək"...!

    "Acı çəkməkmi?" deyə soruşdum... "Bəli,eşq ağrısında yox olmaq" dedi...!

    "Yox olunca!" dedim... "Bax gerçək eşqdə o zaman yaşamağa başlarsan" dedi...!

    "Gerçək eşq!" dedim... "Böyük o!" dedi...!

    Dayandım... Və susdum...

    "Niyə susdun?" deyə soruşdu...!

    "Ürəyim titrədiyeee sanki" dedim...

    "Niyə" deyə soruşdu...! "Bilmirəm" dedim...

    "Böyük O!"... "Bəli" dedi, "Böyük O!"...!

    "Hardadi?" deyə soruşdum...!

    noimage

    "Hər yerdə" dedi...! "Necə?" deyə soruşdum...

    "Ürəyini aç" dedi...! "Ürəyimi açmaq!" dedim...

    "Bir təbəssümlə bax hər şeyə" dedi...!

    "Təbəssüm" dedim... "Hər qapının açarı" dedi...!

    "Qapı" dedim... "Girmədən bilə bilməzsən" dedi..

    "Ya qorxu!" dedim... "Bilinməyəndən qorxar insan" dedi...!

    "Mən bilmirəm" dedim... "Nəyi?" deyə soruşdu...!

    "Helə məni" dedim... "Sən kimsən?" deyə soruşdu...!

    "Mən kiməm?" deyə soruşdum... "Sevgiylə bəslənənsən" dedi...!

    "Kimin sevgisiylə?" deyə soruşdum... "Böyük Onun" dedi...!

    Dayandım.. Yenə susdum.....Kimsən?" deyə soruşdum... "SƏNƏM" dedi...

    noimage

    Alıntı..
#04.01.2012 17:16 0 0 0
  • Ana
    noimage
    Oturub tənhalıqda düşünəndə
    Bir ana balasın əzizləyəndə
    Gözlərim yaşarır dözə bilmirəm
    Anamsız həyata sezə bilmirəm
    noimage
    Ay ana bəs niyə məni tək qoydun
    Üzdə gözlərimin yaşın dondurdun
    Gülmədim kədərdən qərq oldum qəmə
    Oyan bir məzardan kəs mənlə kəlmə
    noimage
    Dediyin kəlmələr indi beynimdə
    Gül üzün nişanəsi həmşə gözümdə
    Evdəki şəkildə gülürsən mənə
    Qayıt gəl anacan gülüm de mənə
    noimage
    Gülümü soldurdun sən öz ölmünlə
    İndisə qızının fəryadın dinlə
    Fəryad eləyəndə, vuranda sinə
    Qayıt gəl anacan qızım de mənə
    noimage
    Alıntı..
#07.01.2012 03:15 0 0 0
  • noimage

    Bu sayta gələndə ilk dəfə sənin nikini gördüm,
    Həyatda sevgilim olmurdu,mən sevgimi səndə gördüm,
    Iki həftə səninlə danişdim,Indi sevgili oldum,
    Səni çox sevirəm canim sevgilim.

    noimage

    Mənə icazə vermiyəcəksən basqa qizlarla danişmaga.
    Deyecəksen ki qiz dostlarini bir-bir silməyə başla,
    Məndə sənə bu sözu deyəcəm sonda,
    Səni çox sevirəm canim sevgilim.

    noimage

    Mən səni tək virtualda yox,Real həyatda da sevəcəm,
    Hər gün səninlə sevgilim birlikdə olacam,
    Sevgimiz bitənə qədər səninləyəm sevgilim,
    Səni çox sevirəm canim sevgilim.

    noimage

    Mən bu şeiri saytimizda sevgi olan Nurlan4ik GuN-GuN və
    MaN_uNiTD ..:MeleK kiz:.. aşiklarina həsr edirəm
    Sevginiz uzun ömürlü olsun.

    noimage

    Şeiri Yazan; Favorit Oglan-Nazim
#26.01.2012 07:55 0 0 0
  • Sevgi sözleri - qısa güzel sevgi sözleri - sevgiye aid gözəl sözlər

    noimage

    Ya mənim olmalısan, ya da mənim. Sənin üçünən yaxşısı mənəm!

    Görərsən! Bir gün ikimizdə eyni evin açarını cibimizdə gəzdirəcəyik...

    14 fevralda bir butulka şampan götürdüm və hələ də sevgiyə inananların şərəfinə içdim.

    - Bacı sən niyə ağlayırsan? - Musiqi qəmləndirir
    - O müğənninə deki, onu görsəm çənəsini sındıracağam

    "Sevgi" istəyirəm, içində məhəbbət, elçilik, xına, üzük, toy, nişan, uşaq, bir sözlə hər şey olsun. Sən də olsan pis olmaz.

    Sən ağlayanda bu onu düşündürmür. Gül... və o düşünəcək.

    Ayrılıq da, bağlılıq da sevgiyə aiddi. Ayrılanlar həmişə sevgilidirlər. Əsas odur ki, bir-birinə bağlılıqları bitməsin. Bağlılıq bitərsə fəlakət, bitməzsə daima nəzakət olar.

    Nə günəşi istəyirəm qaranlığıma, nə də ulduzları istəyirəm gecə yarılarına. Bir tək səni istəyirəm yanlızlığıma...


    noimage
    Alıntı..
#22.03.2012 00:07 0 0 0