Gedirəm şerin dinle
Dünyam vardı senin üçün qurduğum,
Kor-peşiman vurub, yıxıb, gedirəm.
Sən yox ikən özümdə də məna yox,
İnciyərək mənnən çıxıb gedirəm!
Baxışların dikilməsin kölgəmə,
Arxam ilə əsla demə sevirəm!
Nə söyləsən bunnan belə fayda yox
Qürurumdan dönməyəcəm, gedirəm!
Göz qapağım ağır-ağır qapanır,
Addımım da çətinləşir, bilirəm!
Kipriyimdə son damlası sevginin,
Yanağımdan atıb yerə, gedirəm!
Ürəyimdə təlatüm var dəniz tək,
Qəhərimi boğazımda gömürəm.
Söz vermişəm ağlamayım səninçün,
Vədə sadiq sərkərdə tək gedirəm!
Baxan deyir nə məmnunsan halınnan,
Mən vüqarla baş yelliyib gülürəm.
Kim nə bilir, dost içində gəzən mən,
Öz içimdə məzarlığa gedirəm!
Baş daşını ümidimdən düzəldib,
Hicran dolu bir eşqi dəfn edirəm.
Qoy ümidim keşik çəksin başında,
Mən ümidsiz və qəlbi boş gedirəm!
Mən Səninəm Səndə Mənim Şerin Dinle
Səni çox sevirəm dəlicəsinə
Aşiqəm vurgunam sevgilim sənə
Dözə bilmərəm ölərəm getməyinə
Yaxşı ki yanımdasan getmə heç yerə
Mənim ürəyimin tək sahibi sən
Sənin ürəyinin tək sahibi mən
Ürəyimizdəki sevgimiz bizim
Mən səninəm səndə ki mənim
Sevgimiz yaşıyır yaşayacag
Qısqananlar bizi qısqanacag
Mən səni sevirəm səndə məni
Bizim sevgimiz daima olacag
Bitməz bu sevgi heç zaman
Ürəyim sənə aşiqdir yaman
Mənimsən buraxmaram səni
Mən sənə aşiq sən mənə canan
Sevgilim səni çox sevirəm
Səni tək qoyub heç yerə getmərəm
Sənsiz bu dünyanı neyniyirəm
Mən sənsiz ancag ölə bilərəm
Qorxuram gecələrdən,
Hər şey darıxıdırıcıdır.
Hər şey yorucudur.
Hər şey qırıcıdır.
Hər şey ağrıdıcıdır.
Gecənin səssizliyindən,
Gecənin Sənsizliyinə qədər...
Qorxuram,
qaranlığa bələnmiş küçələrdən,
səssiz olduğu üçün.
Qorxuram gecələrdən,
Sənsiz olduğu üçün...
Özünlə aparmısan
Günlərimin rəngini
Kədər mənə bənzəyir
Qəm kövrəlir sən kimii
Indi başa düşmüşəm
Sənsiz hər şeyim hədər
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər
Sevgi dolu bxışlar
Şəklindən baxır mənə
Dönəcəksən bilirəm
Sən əvvəl-axır mənə
Mən elə bilirfim ki,
Hər şey soyuyub gedər.
Səndən sonra heç kəsi,
Sevmədim sənin qədər.
İçimdə tufan kimi
Çağlayır xatirələr
Göz yaşlarım qurumur,
Ağlayır xatirələr.
Mən kədərdən doymuşam,
Məndən doymayıb kədər.
Səndən sonra heç kəsi,
Sevmədim sənin qədər.
O qədər yaxın ikiən,
Bu qədər uzaq olduq.
Yorulduqmu sevgiden
Biz yaı yolda qaldıq
Mən əzablar içində,
Sən özün məndən betərr.
Sən özün də heç kəsi,
Sevmeədin mənim qədər
Elə istəyirəm yanımda kimsə olsun
Qədrimi biləcək,qeydimə qalacaq...
Mənə diqqət göstərsin
Problemli anlarımda fikrimi dağıtsın
Keyfimi açmaqçün çalışsın
Xəstələndiyimdə yanımda ola bilməsə də,tez-tez zeng edib halımı soruşsun
Harda olsa da,tez özünü çatdırsın yanıma
Bir dərman,qaynar çay,bir də əllərimi sıx-sıx tutduğu o isti əlləri...
Nə istədiyimi soruşsun
Məni sevindirməyçün çalışsın
Ancaq sevincimə yox,dərdimə də həmdəm olsun
Sıxıntılı anlarımda telefonu söndürməsin...
Paylaşım içimdəkiləri onunla
Gözümün içinə baxan kimi anlasın ürəyimdəkini
Hiss eləsin hər şeyi mən deməmiş
Anlasın ilk sözümdən məni
Duysun içimdəkiləri
Hər istədiyimi eləsin
Heç vaxt adiləşmiyim gözündə
Başımı çiyninə qoyub rahatlıyım
Ağlıyım bəlkə də başım çiynində hönkür-hönkür
Rahatlatsın içimi bu göz yaşları
Ama yenə də tək olmadığımı bilim
Başımın altında o çiynin daim olacağını bilim
Qucaqlasın məni bağrına basaraq
"O" olduğu müddətdə tək olmadığımı bilim
Paylaşsın O da içindəkilərini mənimlə
Beş barmağım kimi tanıyım O-nu
Səhv etməsin mənə qarşı
Məni qırmaqdan qorxsun
İncitməkdən uzaq olsun məni
Qorxsun məni itirməkdən
Daim sevsin məni
Hörmət eləsin
Diqqət göstərsin
Qeydimə qalsın...
Çox şey mi istəyirəm?! sadəcə bunları səninlə yaşamaq və sözlərimin sahibi şəxs sən olasan istəyirəm...
`Sən` heç düşündünmü məni - Sevgi - Mensur şerirler
[HR][/HR][HR][/HR]
Yoxluğunda nə ağrılar çəkdim mən... ...ürəyim yetim qaldı gedişinlə... Həsrətin qorxu kimi, kabus kimi çökdü gecələrimə... Sənsizlikdə nələr çəkdim bilərsənmi ..?Neçə gecə adın dilimi parçaladı, düşünürsənmi ...? `Sən` heç düşündünmü məni...?... Heç soruşdunmu özündən?...Məni bu qədər sevə biləcək biri varmı deyə?... Heç soruşdunmu `Bu mənsiz nə edər?` deyə?...
Sən heç Mən`i görmək üçün yatdınmı? Mən yatdım...Günlərlə bir saniyə səni görmək üçün, görüb də sarılmaq üçün, sənə `Səni sevdiyimi` qışqırmaq üçün...Heç olmasa yuxularımda sev məni...
...amma həmişə üzünü çevirib qaçdın... ...arxandan ağlayardım...... Günlərlə, saatlarla, sonra...Oyanardım ağlayaraq... Gözümdəki yaşı qurudana qədər, səhraları isladana qədər, daşları yumşaldana qədər .... Sən heç gecənin alaqaranlığında, qapı qarşısında gözlədinmi?...Yox...Bilmədin.. Gözləmədin.....AMma mən gözlədim...Məni pəncərədə gözləmə ehtimalını gözlədim...
Niyə gözlədim bilmirsən...Səhəri görənə qədər, gecə bitənə qədər gözlədim...Bir dəfə Sənə demədim..
Qadın və kişinin arasındakı imtina edilməz duyğu olan eşqin növləri ...
Eşqsizlik..
Eşqin heç bir şəklinin olmadığı vəziyyətdir..
Xoşlanma / Yoldaşlıq..
Yoldaşlığı təməl vəziyyətə salan əlaqə şəklidir.
Bir adamın digərinə hiss etdiyi dostluq ölçüsündəki bağlılıq, yaxınlıq və səmimilikdir.
İçərisində ehtirası ya da uzun müdddətli sədaqəti saxlamaz..
Dəli Eşq..
Tutqudan ibarətdir.
Romantik əlaqələr ümumiyyətlə dəlicəsinə eşq ilə başlar, yaxınlığın, səmimiliyin inkişafıyla romantik eşqə çevrilər.
Əgər yaxınlıq və sədaqət inkişaf etməmişsə dəli eşq birdən itə bilər.
Boş Eşq..
Yaxınlıq və ya səmimilik olmadan yalnız bağlılığı və ya sədaqəti əhatə edər.
Məsələn görücü üsulu evliliklər boş eşq şəklində başlayıb daha sonra fərqli bir şəkil ala bilər.
Romantik Eşq..
İnsanların romantik yaxınlıqla və fiziki ehtirasla bir-birlərinə bağlayan vəziyyətdir.
Ancaq sədaqət olmadan davam etdirilə bilməsi mümkün deyil.
Dostca Eşq..
Ehtiras olmayan lakin yaxınlığın və səmimiliyin olduğu vəziyyətdir.
Uzun müddətli sədaqəti içində saxlamasıyla yoldaşlıqdan ayrılar.
Bu tip eşq, ümumiyyətlə tutqunun bitdiyi lakin romantik yaxınlığın, bağlılığın və sədaqətin davam etdiyi evliliklərdə görülər.
Axmaqca Eşq..
İçində çoxluca komplimentin olduğu, sədaqətin ümumiyyətlə ehtirasla təmin edildiyi,
ancaq yaxınlığın və səmimiliyin tarazlıqda tutulmadığı əlaqələrdir.
Mükəmməl Eşq..
Eşqin hər kəsin çatmaq istədiyi ideal halıdır.
Sternberg'e görə mükəmməl aşiq cütlər 15 il sonra belə bir-birləriylə möcüzə cinsəllik yaşayarlar,
bir-birlərindən başqa kimsəylə xoşbəxt olduqlarını düşünə bilməzlər,
kiçik çətinlikləri incəliklə həll edər, və bir-birlərini əyləndirib məmnun edərlər.
Ancaq xəbərdar etmək lazımdır ki mükəmməl eşqi qorumaq ona çatmaqdan daha çətin ola bilər.
Bu nöqtədə çox komponentlərini yəni yaxınlığı, ehtirası, sədaqəti ifadə etmək, yəni yaşatmaq əhəmiyyətlidir.
Sternberg, "Ən böyük eşqlər belə açıqca ifadə edilməzsə ölər" deyir
Səni sevdiyimi özüm də bilmirəm.
[HR][/HR][HR][/HR]
Bilirsən? Mən heç vaxt sevginin nə demək olduğunu bilməmişəm..Sadəcə sevənlərdən eşitmişəm, sevənlərin keçirdiyi hissləri.Hə, bir də yazıçıların yazdığı roman qəhrəmanların dilindən bilirəm.İnanırsan, heç vaxt sevgi qədəhindən eşq şərabını içməmişəm.Ta ki, səni bilənə qədər.Səni sevdim? Bilmirəm.Bəs hisslərim? .Sənə qarşı olan hisslərimə nə ad verim, bilmirəm. Səsin mənə o qədər doğma gəlirdi ki...Bilmirəm.Məni çox sevdiyini deyirdin. Mənsiz ola bilməyəcəyini deyirdin.Mənim üçün ölə biləcəyini belə dedin.Buna and verdin.Sənə inanmaq istəyirəm.Həm də çox istəyirəm. Amma, məni qınama,inanmıram.Yalan olacağından qorxuram.İnanmağı o qədər çox istəyirəm ki...Hər şeyə özüm son qoydum.Çünki, bunun sonu olmadığını bilirəm..Bir neçə gün bundan əvvəl hər şey bitmişdi.Unutmağa çalışırdım səni. Unutmaq məyər nə qədər çətin olurmuş ? Səsini eşitdiyim an sənə ehtiyac duyuram.Yanında olmaq, əllərini tuta bilmək istəyirəm.Gözlərinə baxmaq, orda özümü görmək istəyirəm . Əllərin saçlarıma sığal çəksin, saçlarımı oxşasın istəyirəm .İsti nəfəsin üzümdə gəzsin, gəzdikcə də tellərimi qarışdırsın istəyirəm.Səsini qulaqlarımda bir daha, bir daha duymaq, duyduqca da ürəyim yerində pır-pır atsın istəyirəm. Başımı sinənə qoyub ürəyinin səsini dinləmək, sadəcə tup-tup deyil də, öz adımı eşitmək istəyirəm. Bununla səni sevib-sevmədiyimi bilmək istəyirəm.Eh...Amma, bütün bunların ola bilməyəcəyini yaxşı dərk edirəm.Ümumiyyətlə, bunun olması mümkün belə deyil.Bəlkə də belə olmağı daha yaxşıdı, bilmək olmaz.Allahdan səni mənə unutdurmağını diləyirəm.Buna yalnız Allahın gücü yetər.Bilirəm, bu məktubumdan heç vaxt xəbər tutmayacaqsan.Heç vaxt bilməyəcəksən, sənə olan hisslərimi.Heç vaxt...
Sağlıqla qal, mənim sevdiyimi belə bilmədiyim, amma, mənə canım qədər yaxın olan insan...
[HR][/HR][HR][/HR]
Alıntı..
[HR][/HR][HR][/HR]
Sevgilər vardır: yeni doğulmuş bir uşaq kimi. O qədər təmiz və o qədər günahsız, hələ adı belə qoyulmamış.
Sevgilər vardır, qışda filizlənən bir çiçək kimi.
O qədər zərif, o qədər həssas və qara dirənəcək qədər də cəsur.
Sevgilər vardır: yalnız yaşanılan bir o qədər də yaşadılan.
Izah edilmək istənildiyində həmişə nöqsan qalan.
Sevgilər vardır: heç nöqtə qoyulmayan və də nöqtə qoyulmasını istəmədiyimiz
Bu dünyadan sonra da yaşanmağı gözləyən.
Sevgilər vardır: həmişə bənzərsiz olan, əl üstündə tutulan, öz sevgisindən belə qısqanılan.
Sevgilər vardır: heç söylənməyən bir sirr kimi, həll edilməyi gözləyən bir düyüm kimi ürəklərdə saxlanılan.
Sevgidir əslində ürəklərdə ümid tumurcuqlarını yetiştirən.Sabaha daha möhkəm bağlanma hissi verən.
Sevilən uğrunda dəfələrlə yox olmaqdır Sevgi, dəfələrlə sevilən xoşbəxt olsun deyə.
Sevgi sinə gərməkdir bütün çətinliklərə.
Atılan hər yalan ox qarşısında yıxılmadığını göstərən bir dirənişdir.
Hər fürsətdə var olan sevgini sübut etmək səyidir.
Sevgi yalan danışmaqdır çox zaman: sevilənin söylədiyi yalanlar qarşısında yalanlarıyla heç vaxt yıxılmadığını, heç inicmədiyini söyləməkdir.
Edilən bütün insafsızlıqlara baxmayaraq sevgisinin heç azalmadığını söyləmək, ürəyindəki bütün inciklikləri gizlətməkdir sevgi ..
Səhvlərin fərq edilib kabus kimi gecələrinə sığındığı anlarda acı çəkməkdir əslində Sevgi.
Bir heyfslenməkdır sevgi. Gecikmiş bir peşmanlıqdır.
Bəzən də gecikmiş bir etiraftır bunların yanında ..
Məkanların gözlərdə böyüdüyü anlarda, saatların tiktaklarının son ritimlərində: ürəklərdə hiss edilən acı bir həsrətdir Sevgi, peşmanlıqların ardı-arası kəsilməyən..
Sevgi: qazanılması çox zaman tələb edən, sarsıldığında təkrar qazanılmayan bir güvəndir
Sevgi sevdiyini söyləməkdir hər şeyə rəğmən.
Yaradanın bağışlaması üçün Yaradılan üçün bağışlanmadır sevgi.
İnsanın öz ürəyiylə müqaviləsidir sevgi. Bütün mənfiliklərə qarşı çəkilən bir güvən səddidir.
Ağ duvaq altında, ağ paltardasan –
Ağ dünya gözümə qara görünür.
Üzümdə lal heyrət, içimdə tufan –
Qəlbim ətəyintək yerlə sürünür.
[HR][/HR][HR][/HR]
Ağlamağa hazır dodaqlarında
Yetim qulağımın sözümü qalıb?
Həyəcandan yanan yanaqlarında
Kül olan eşqimin közümü qalıb?
[HR][/HR][HR][/HR]
O dönük qəlbini qorxu almasın –
Demərəm, gözlərim tanıyır səni!
Niyə unutduğun özündə qalsın –
Necə unutmağı öyrədərsənmi?
[HR][/HR][HR][/HR]
Darıxma, bu əzab ötüb keçəcək,
Mən də gözlərindən yox olacağam.
Bu toy sənin üçün bir gün çəkəcək –
Mənsə ömür qədər qocalacağam...
[HR][/HR][HR][/HR]
Önümdən arxayın keç – keçə bilsən,
Sənə əzab vermək istəməmişdim...
Mən səni bənzərsiz saydım, amma sən –
Sən məni gör kimə, kimə dəyişdin
Get deyirsən gedirəm mən
Bilirdimki sabah yoxsan
Varsan dünən...
Get deyirsən gedirəm mən
Həmişəki tək susuram...
Sənə artıq söz demirəm
Mən bu eşqə çox ürəkdən bağlanmışdım
Gözümnən yaş gələn zaman,
Bax bu günü düşünərək ağlamışdım
Bilirdim ki, mənə baxan bu baxışlar
Gözlərimnən süzülərək axan yaşlar
Bir gün mənə yad olacaq
Bilirdim ki, məhəbbətdə alovlanan
Bu eşq bir gün külə dönmüş od olacaq
Get deyirsən gedirəm mən
Heç olmasa son dəfə sən
Az da olsa ümidlənən
Bu çarəsiz ürəyimə
Son dəfə sevirəm desən
Get deyirsən gedirəm mən
Bəs bu illər qəlbimdəki xatirələr
Sənli sənsiz keçirdiyim tənha günlər
Düşünürsən, silinərmi yaddaşımnan?
Sənlə qarda iz qoyduğum o addımlar
Səncə ayaq izlərmizə tufan olub yağsada qar
Düşünürsən, silinərmi bu qışımnan?
Sənə başqa nə deyirəm?
Get deyirsən gedirəm mən
Ama bilki ağlayaraq
Bir gün mənə dönəcəksən
Mən tək sevgili tapmayıb
Sevgi qədrin biləcəksən
İndi mene get deyirsen
Bax o zaman sevgilim sen
Peşman olub dönən anda
Məni yenə tənha görüb
Vicdan əzabı çəkərək
Yavaş yavaş öləcəksən
Demirəmki sən həyatdan gedəcəksən
Ölmək nədir bilirsənmi?
Vaxt varidi ürəyimdə yaşayırdın
Bax seninçün bu çırpınan ürəyimdə öləcəksən
Səni üzən söz demirəm
Həqiqəti söyləyirəm
Sənə başqa nə deyirəm ?
Get deyirsən gedirəm mən...
Hersheyim sen ol, men sene vurgun,
Ovutmasin qelbimi senden qeyrisi.
Men sene sevdali, men sene meftun,
Ebedi qelbimin sen ol incisi!
Gozlerin daima gozume baxsin,
Onlara baxmasin bashqa birisi.
Gozunden qelbime eshq-sevgi axsin,
Sevgi de en ulvi ” Cennet Sevgisi ” !!!
Muellif: Rufat Qurbanov ‘ dan sevdiyi xanim Nahida Hasanli ‘ ye