İspaniya, Hindistan, Mərakeş və Azərbaycanı birləşdirən azərbaycanlı

Son güncelleme: 28.06.2011 19:56
  • noimage

    İlham Kərimli dörd xalqın milli rəqslərindən ibarət popuri hazırlayıb

    Azərbaycanlı rəqqas İlham Kərimli dörd xalqın milli rəqsindən ibarət popuriyə klip çəkdirib. Bu barədə Lent.az-a məlumat verən rəqqas deyib ki, popuridə İspaniya, Hindistan, Mərakeş və Azərbaycan rəqsləri yer alıb. Klip rəqqasların ifaları ilə bərabər rəngarəng milli geyimlərlə tamaşaçının zövqünü oxşayır. Rəqslərə İlham Kərimli özü quruluş verib.

    Popuriyə rejissorluğu tanınmış aparıcı Zabir Əliyev, operatorluğu isə Yaqub Azəri edib.
    Klip son günlərin ənənəsinə uyğun olaraq, "YouTube"da yerləşdirilib.

    Lalə
#28.06.2011 19:56 0 0 0