* 300 qr qoyun əti
* 20 qr quyruq yağı
* 25 qr nar
* 2 ədəd baş soğan
* 5 qr göyərti
* habelə tam üçün istiot, duz götürülür.
Hazırlanma qaydası
Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 - 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.