Meyvəli merengi

Son güncelleme: 03.08.2011 09:41
  • Meyvəli merengi terifi ve terkibi - Meyvəli merengin hazırlanması

    noimage

    Tərkibi:

    225 q yumurta ağı (təxminən 6 iri yumurtadan)
    450 q şəkər tozu
    250 ml yağlı qaymaq
    Şəkər pudrası - zövqə görə
    Meyvə - zövqə görə (məsələn, kivi, çiyələk, banan, üzüm, xurma, şaftalı və s.)

    Şəkər tozunu yumurta ağının içinə, onu isə su hamamına qoyun, daim qarışdıraraq əridin. Qarışıq çox qızmamalıdır, maksimal temperatur 43 dərəcə ola bilər.

    Sonra bunu mikserlə qatı köpük alınanadək çalın. Qatılığını yoxlamaq üçün qaşıqla götürüb tərs çevirin, qaşıqdan axmamalıdır. Konditer torbasına yığıb siniyə quş yuvası formasında sıxın.

    120 dərəcə qızdırılmış sobada 1,5 saat qurudun. Hazır merenginin üstü xırt-xırt, içi isə yumşaq olmalıdır.

    Qaymağa istəyə görə şəkər pudrası əlavə edib qatı köpük alınanadək çalın.

    Konditer torbasının köməyilə bu kremi «quş yuvaları»nın içinə doldurun.

    Merengiləri doğranmış meyvələrlə bəzəyin.

    Nuş olsun!
#03.08.2011 09:41 0 0 0