Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 134 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Qəzəl
Qəzəl
333
Son güncelleme: 09.07.2012 23:19
Sarsın
Qəzəl dinle
Dəli Könül, nə divanə gəzirsən?
Bivəfa Dilbərdən sənə yar olmaz.
Düz çıxmaz İlqarı, əhdi-peymani,
Hərcayıda namus, qeyrət, ar olmaz.
Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə.
Ot bitər kök üstə, əsli nə isə
Yovşan bəsləməklə çəmənzar olmaz.
Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz.
Qabaq tağı tər şamana bitirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.
Təklif olunmamış bir yerə varma,
Nər olmaz meydanda hər biğiburma.
Seyrəqib adama sən yaxın durma,
Xain çıxar, ondan düz İlqar olmaz.
Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı.
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.
Alıntı...
#09.07.2012 23:19
0
0
0
Qəzəl Konusuna Benzer Konular
Qəzəllər.
24.11.2009
Qəzəl-Nigar
07.12.2009
Qəzəllər
22.01.2010
Qəzəl - Ziyəddin Səlim
25.07.2011
Əliağa Vahidə həsr olunmuş - Qəzəlxan filmi
24.09.2011
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı