Tarixi xronologiya - 1

Son güncelleme:
  • 1 milyon 500 min - 1 milyon 200 min il əvvəl - Azərbaycanda ilk insanın izləri. Quruçay mədəniyyəti
    1 milyon 200 min - 1 milyon il əvvəl - Azıx mağarasında insan həyatının başlanması
    400-350 min il əvvəl - Azıx mağarasındakı azıxantropun çənə fraqmenti
    40-35 min il qabaq - Yuxarı paleolitin başlanması. Müasir insanın meydana gəlməsi
    E. ə. XIII-V minilliklər - Mezolit və neolit dövrü. İstehsaledici təsərrüfatın təşəkkülünün başlanması
    E. ə. IV-VI minilliklər – Eneolit dövrü. Şomutəpə mədəniyyəti.
    E. ə. IV-III minilliyin sonu - İlkin tunc dövrü. Kür-Araz mədəniyyəti.
    E. ə. III minilliyin sonu - Azərbaycan ərazisində ilk tayfa ittifaqları. Kutilər, lullubilər və hurrilər
    haqqında Şumer-Akkad mənbələrinin məlumatı.
    E. ə. II minillik - Naxçıvan mədəniyyəti.
    E. ə. II minilliyin birinci yarısı - Ön Asiyaya gələn ari tayfaları Urmiya gölü sahillərində hurilərlə təmasda olmuşlar.
    E. ə. II minilliyin sonu - Azərbaycanda ibtidai icma quruluşunun dağılması.
    E. ə. II minilliyin sonu - I minilliyin başlanğıcı -Azərbaycan ərazisinə irandilli tayfaların soxulması.
    E. ə. IX əsrin ikinci yarısı - Urmiyasahili rayonda Manna çarlığı təşəkkül tapmışdır.
    E. ə. VIII əsr - Manna dövlətinin güclənməsi və genişlənməsi. Aşşurlular və urartulular ilə mübarizə.
    E. ə. 714-cü il - II Sarqonun Urartuya qarşı yürüşü.
    E. ə. VIII-VII əsrin sonu - kimmerlərin, iskitlərin və sakların Qafqaza və Ön Asiyaya soxulması.
    E. ə. VII əsrin 70-ci illəri - Azərbaycan ərazisinin bir hissəsində kimmer-iskit-sak çarlığının meydana gəlməsi.
    E. ə. VII əsrin 70-ci illəri - Mada çarlığının meydana gəlməsi.
    E. ə. 660-cı ilə yaxın - Mannada çar Ahşeriyə qarşı üsyanlar.
    E. ə. 625-585-ci illər - Kiaksarın hökmranlığı.
    E. ə. 615-ci il - Madalıların Aşşur ilə müharibəsinin başlanması
    E. ə. 612-ci il - Neynəvanın madalılar və babillər tərəfindən işğal edilməsi
    E. ə. 612-605-ci illər - Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında bölünməsi
    E. ə. VII əsrin sonu - VI əsrin başlanğıcı - Mannanın, Skif çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi
    E. ə. 550-ci il - Mada dövlətinin süqutu. Farsların Haxamanişilər dövlətinin meydana gəlməsi
    E. ə. 522-ci il - Qaumatanın çevrilişi.
    E. ə. əvvəl 521-ci il - Fravartişin başçılığı ilə madalıların üsyanı
    E. ə. IV əsr - eramızın III əsri - Yaloylutəpə mədəniyyəti
    E. ə. 334-330-cu illər - Makedoniyalı Aleksandrın istilaları və Haxamanişilər dövlətinin süqutu
    E. ə. 331-ci il - Qavqamela yaxınlığındakı döyüşdə madalıların, kadusilərin, sakesinlərin və albanların iştirak etməsi
    E. ə. IV əsrin son sülsü - Atropatena dövlətinin meydana gəlməsi
    E. ə. III əsr - Albaniya dövlətinin meydana gəlməsi
    E. ə. 285-280-ci illər - Kaspi dənizini öyrənmək üçün Heraklidin və Patroklun ekspedisiyaları.
    E. ə. III əsrin son sülsü - Atropatenanın güclənməsi. Çar Artabazan.
    E. ə. III əsrin 20-ci illərinin sonu - Artabazan Selevki çarı III Antioxun ali hakimiyyətini tanıyır.
    E. ə. III əsr - Albaniyada sikkə kəsilməsi.
    E. ə. II əsrin 60-cı ili - Atropatena yenidən müstəqil siyasət yeridir.
    E. ə. I əsr - Atropatenada parfiyalıların və Avesta zərdüştiliyinin mövqelərinin möhkəmlənməsi.
    E. ə. I əsr - Roma müdaxiləsinə qarşı albanların mübarizəsi.
    E. ə. 60-cı illər - Yazılı mənbələrdə alban basilevisi Oroysun və onun qardaşı Kosisin xatırladılması.
    E. ə. I əsrin ikinci yarısı - Atropatenada Artabazdın hökmranlığı.
    E. ə. 36-cı il - Romalıların Atropatenaya soxulması. Fraaspanın qəhrəmancasına müdafiəsi. Atropatena çarı Artabazd və parfiyalılar tərəfindən Antoninin qoşunlarının darmadağın edilməsi.
    E. ə. 35-ci il - Albanların parfiyalılarla çarpışması. Basilevs Zober.
    E. ə. I əsrin sonu - Atropatena çarlarının parfiyapərəst siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq.
    Eramızın I əsrinin başlanğıcı - Arşakilər Atropatenada hakimiyyəti ələ keçirmişlər.
    Eramızın I əsrinin ikinci yarısı - Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması
    70-ci illər - Albanların Azərbaycana və qonşu ölkələrə soxulması
    80-90-cı illər - Romalıların Albaniyaya yürüşü
    III əsrin II yarısı - Azərbaycan ərazisində Sasani işğalı dairəsi
    313-371 - Alban hökmdarı Urnayr
    313 - Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi
    V əsrin əvvəlləri- Yeni alban əlifbasının yaradılması
    422 - Alban keçidinin birgə müdafiəsi üçün İran-Bizans sazişi
    428 - Sasanilərin Ermənistanda dövlətçiliyi ləğv etmələri
    V əsrin ortaları - Perozabad-Bərdə şəhəri Albaniyanın yeni paytaxtıdır
    450-451 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı hərəkatı
    451, 2 iyun - Avarayr döyüşü
    457-463 - Alban xalqının Sasanilərə qarşı üsyanı
    463-487 - II Vaçenin taxt-tacdan imtinası; alban arşakilər sülaləsinə ara verilməsi. I mərzbanlıq
    481-484 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı yeni çıxışları
    485 - Nvarsak sülh müqaviləsi
    487 - Alban Arşakilər sülaləsi hakimiyyətinin bərpası
    487-510 - III Mömin Vaçaqan
    488 - Aquen (Aluen) məclisinin çağırılması
    V əsrin sonu VI əsrin I yarısı - Məzdəkilər hərəkatı
    510 - Alban Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması
    510-628 - Albaniyada II mərzbanlıq dövrü
    VI əsrin I yarısı, ortaları - Türk tayfalarının (savirlərin, avarların, bulqarların, xəzərlərin) Cənubi Qafqaz ərazisinə yeni yürüşləri
    531-579 - I Xosrov Ənuşirəvan
    586 - Bizans ordusunun Albaniyaya hücumu
    591 - İran-Bizans müqaviləsi
    603 - Mihranilərin Albaniyada qərarlaşması; Alban katalikosu Vironun fəaliyyətə başlaması
    603-628 - İran-Bizans müharibəsi
    626 - Xəzərlərin Albaniyaya geniş hücumunun başlanması
    627 - Mehrani Varaz Qriqorun Ktesifonda "Girdiman hakimi və Albaniyanın işxanı" titulunu alması
    629-630 - Xəzərlərin Albaniyanı tutması
    639-640 - Ərəblərin Azərbaycana ilk uğursuz basqınları
    640-642 - İran qoşunlarının Albaniyaya hücumları
    640 - Cavanşirin İberiya hökmdarı Atrnersehlə "sarsılmaz ittifaq" bağlaması
    642 - Nihavənd döyüşü
    643 - Ərəblərin Azərbaycana hücumu. Ərdəbil döyüşü
    643 - Ərəb-Azərbaycan sülh sazişi
    643 - Utba ibn Farkadın xəlifənin Azərbaycandakı "amili" vəzifəsinə təyin edilməsi
    643 - Ərəblərin Dərbəndi-Bab əl-Əbvabı tutması. Sülh sazişi
    644 - Ərəblərin Muğanı tutması. Sülh sazişi
    644-645 - Azərbaycan əhalisinin ərəblərə qarşı çıxışları
    644-645 - Ərəblərin Azərbaycana yeni-ikinci yürüşü. Yeni sülh sazişi
    644-645 - Həbib ibn Məsləmənin və Salman ibn Pəbiənin Albaniyaya yürüşləri və onun işğalı
    652-653 - Salman ibn Rəbiənin Dərbəndə uğursuz hücumu; onun öldürülməsi. Azərbaycanın çox hissəsinin yenidən ərəb itaətindən çıxması
    654-655 - Həbib ibn Məsləmənin Qafqaza yeni hücumu. Azərbaycanın şimal hissəsinin də Xilafətdən asılı vəziyyətə düşməsi
    654 - Ərəb canişinini iqamətgahının Dvindən Bərdəyə köçürülməsi; Cavanşirin Bizans imperatoru II Konstantla danışıqları
    664 - Cavanşirin xəzərlərlə sazişi və xaqanın qızı ilə evlənməsi
    667-670 - Cavanşirin xəlifə Müaviyə ilə görüşləri və danışıqları
    680 - Cavanşirin qətli
    VII əsr - 15 aşırımın Xudafərin körpüsünün tikilməsi
    VII əsrin II yarısı - Alban şairi Davdək
    680 - Xəzərlərin Azərbaycana yeni hücumlarının başlanması
    680-669 - Alban hökmdarı I Varaz Tiridat
    681 - Alban katolikosu Yeliazarın, yepiskop İsrailin xəzərlərlə danışıqları
    688-690 - Cənubi Qafqaz ərazisinə ərəblərin və bizansların basqınları. Albanların üçqat tabeçiliyinə düşmələri
    691-92, 725-26 - Azərbaycan əhalisinin siyahıya alınması
    699-704 - I Varaz Tiridatın Konstantinopolda əsir saxlanılması
    VII-VIII əsrin hüdudları – Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranması
    VII əsrin II yarısı-VIII əsrin I əvvəlləri - Moisey Kalankatlı və onun "Alban tarixi" əsəri
    704 - Partav (Bərdə) dini məclisi; alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi
    705 - Albaniyanın dövlət müstəqilliyini itirməsi; onun ərəb vilayəti Arrana çevrilməsi
    VIII əsr – Azərbaycanda sufizmin yayılmağa başlaması
    707-708 – Azərbaycan ərazisində ərəb-xəzər müharibələri
    721-722 – Xəzər, qıpçaq və başqa türk tayfalarının Azərbaycana hücumları
    VIII əsrin 30-cu illəri - Mərvan ibn Məhəmmədin xəzərlərə qarşı uğurlu yürüşləri
    748-752 - Azərbaycanda Xilafətə qarşı çıxışlar; Müsafir ibn Küseyrin üsyanı
    750 - Abbasilər sülaləsinin Xilafətdə hakimiyyət başına gəlməsi
    755 - Atəşpərəst Sunbadın üsyanı
    VIII əsrin ortaları - Azərbaycana cənub ərəb tayfaları axınının güclənməsi; burada məskunlaşan şimal və cənub ərəb tayfaları arasında ədavətin artması
    775-785 - Xəlifə əl-Mehdinin hakimiyyəti; onun yeni dini təlimatı
    778-779 - Xürrəmilərın ilk çıxışı

    alıntı

    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/754362-tarixi-xronologiya-2-a.html#post5078236
    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/754363-tarixi-xronologiya-3-a.html#post5078237
    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/754364-tarixi-xronologiya-4-a.html#post5078238
    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/754366-tarixi-xronologiya-5-a.html#post5078240
    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/754367-tarixi-xronologiya-6-a.html
    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/754369-tarixi-xronologiya-7-a.html
0 0 0