Beşikdə boş qalan bələk

Son güncelleme: 23.04.2014 14:45
  • Uşağı nə sən saxlıya bildin,nə də məndə qaldı,
    Allaha xoş getmədi bizdən qara torpaq aldı.

    Sən məni tərk eyliyəndə dedim etmə,günahdı,
    Kasıbçılıq ömürlük deyilki getmə,günahdı.
    Bu ayrılıq təəsir eyliyəcək yetimə,günahdı,
    Məndə günahgaram,səndə günahgarsan halaldı.

    Uşağı nə sən saxlıya bildin,nə də məndə qaldı,
    Allaha xoş getmədi bizdən qara torpaq aldı.

    Ortalıqda xəyanətlə,yalan yox idi getdin,
    Vəziyyət çətində olsa,ziyan yox idi,getdin.
    Gələcəyimiz barədə heç güman yox idi,getdin?
    Bizləri var-dövlətə sevgin bu günlərə saldı.

    Uşağı nə sən saxlıya bildin,nə də məndə qaldı,
    Allaha xoş getmədi bizdən qara torpaq aldı.

    Bizim tanışlıq günü tək,şirin körpə doğuldu,
    Babasının ilk dəfəm həminki gün gözü doldu.
    Yaşlı görünmüyən qadın həmin gün nənə oldu,
    Bir nəvə itgisindən bu cavanlarda qocaldı.

    Uşağı nə sən saxlıya bildin,nə də məndə qaldı,
    Allaha xoş getmədi bizdən qara torpaq aldı.

    Qollarım üstündə bağlıyanda gözlərin çağa,
    Yalvarırdım Allaha,nolarki başıma daş yağa.
    Səndə yox idin yanımda,basdıranda torpağa
    Son dəfə öpdüm yanağından,elə bilki baldı.

    Uşağı nə sən saxlıya bildin,nə də məndə qaldı,
    Allaha xoş getmədi bizdən qara torpaq aldı

    Səhvini düşdün başa,döndün geri artıq demək,
    Mən səni bu dərdin içində yenə qoymaram tək.
    Nə mənası vardı beşikdə daha boşdur bələk,
    Üstümüzdə fələk bu cür zəfər zəngini çaldı.

    Uşağı nə sən saxlıya bildin,nə də məndə qaldı,
    Allaha xoş getmədi bizdən qara torpaq aldı.

    alıntı
#23.04.2014 14:45 0 0 0