Saleh əməllər

Son güncelleme: 08.05.2014 23:47
  • 133–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür.

    Biharul-ənvar /76-43.

    ***

    134–İmam Əli əleyhissalam buyurur: Hər kəs səndən xeyir umursa, onu ümidsiz etmə.

    Nəhcül-bəlağə /511.

    ***

    135–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar.

    Biharul-ənvar /96/119.

    ***

    136–İmam Sadiq əleyhissalam buyurur: Altı xislət vardır ki, mö`min öləndən sonra ondan faydalanar: 1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad, 2. Özündən sonra oxunan Qur`an, 3. Camaatın istifadəsi üçün qazılan quyu, 4. Əkdiyi ağac, 5. Ehsan üçün cari etdiyi su, 6. Özündən sonra camaatın əməl etdiyi gözəl sünnət.

    Xisal /323.

    ***

    137–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əgər ümmətim üçün çətin olmasaydı, hər namaz vaxtı dişləri yumağı vacib edərdim.

    Biharul-ənvar /76/126.

    alıntı
#08.05.2014 23:47 0 0 0