Mən mütləq sədəqə verəcəyəm

Son güncelleme: 12.05.2014 17:04
  • Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Bir nəfər: “Mən mütləq sədəqə verəcəyəm” dedi, sonra da (verəcəyi) sədəqəni götürüb evdən çıxdı və özü də bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğruya sədəqə verilmişdir”deyə danışmağa başladılar.

    Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm” dedi, sonra verəcəyi sədəqəni götürüb evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi.

    Səhər açıldıqda insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir” deyə danışmağa başladılar.

    Adam: “Allahım, həmd Sənə məxsusdur! Verdiyim sədəqə zinakar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm” dedi, sonra sədəqəni götürüb evdən çıxdı və bilmədən onu varlı bir adama verdi. Səhər açıldıqda insanlar: “Varlıya sədəqə verilmişdir” deyə danışmağa başladılar.

    Adam dedi: “Allahım, həmd Sənə məxsusdur! Verdiyim sədəqələr oğruya, zinakara və varlıya qismət oldu.” Bundan sonra bir nəfər onun yanına gəlib dedi: “Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o, bundan ibrət alsın və oğurluq etməkdən əl çəksin.

    Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o, ibrət alıb zinakarlığına son qoysun. O ki qaldı varlı adama, ola bilsin ki, o, bundan ibrət alsın və Allahın ona verdiyi nemətlərdən Onun yolunda xərcləsin.” (əl-Buxari, 1421).

    alıntı
#12.05.2014 17:04 0 0 0