Evdə bişirilən şirniyyatların nə qədər sağlıqlı və faydalı olduğunu hamımız bilirik.
Ona görədir ki, hər zaman gözlərimiz bizimçün asan ola biləcək reseptlər arayır...
Belə reseptlərdən birini sizlərə təqdim edirəm.
Vəsaitlər:
2 st. un
300 qr kərə yağı
100 qr şəkər tozu
2 yumurta
4 x.q. kakao tozu
1 paçka qabartma tozu və 1 paşka vanil
Hazırlanması:
Un, yumurta, yağ, şəkər tozu, vanil, qabartma tozu qarışdırılır.
Yumşaq, elastik və ələ yapışmayan xəmir yoğrulur.
Xəmir 2 yerə bölünür. Bir hissəyə kakao tozu əlavə edilir.
Sonra hər iki hissə sellofana qoyulub, 1 saat soyuducuda saxlanılır.
Soyuducudan çıxarılan xəmir 3-4 mm qalınlığında yayılır və stəkanın ağzı ilə yumrular kəsilir.
Yumrular aşağıdakı şəkildə formaya salınır və ikirəngli güllər alınır.
Sobanın qabı yağlanır və güllər qaba düzülür.
180 dərəcə temperaturda 15-20 dəqiqə bişirilir.