Fındıqlı peçenye

Son güncelleme: 06.09.2015 18:22
  • Fındıqlı peçenye - Fındıqlı peçenye terifi ve terkibi - Fındıqlı peçenyenin hazirlanmasi

    noimage

    ərkibi:

    1 su stəkanı şəkər tozu
    1 paket marqarin
    2 ədəd yumurta
    1 su stəkanı döyülmüş fındıq
    1 paket vanil
    1 paket qabartma tozu
    Apardığı qədər un


    Hazırlanma qaydası:

    Geniş bir qabda əvvəlcədən yumşalan marqarini, 1 ədəd yumurtanı və şəkəri qarışdırın.
    Ardından unu, qabartma tozunu, vanili, döyülmüş fındığı əlavə edib yaxşıca yoğurun.
    Kiçik toplar halında yağladığınız soba qabına düzün.
    Üzərlərinə yumurta sarısı sürtün.
    Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirin.

    Nuş olsun!

    Alinti...
#06.09.2015 18:22 0 0 0