Krem pendir və ballı yerkökü keksləri

Son güncelleme: 17.03.2018 22:32
  • noimage

    Ərzaqlar

    Keks üçün:


    Perqament kağız


    ½ fincan qoz


    ½ fincan un

    1 çay qaşığı qabartma tozu


    1 çay qaşığı soda
    2 çay qaşığı balqabaq baharatı


    ¼ çay qaşığı duz


    ½ fincan qəhvəyi şəkər


    ¼ fincan toz şəkər


    2 ədəd yumurta


    ½ fincan kanola yağı

    2 yemək qaşığı təzə sıxılmış portağal suyu
    ¾ fincan soyulmuş və rəndələnmiş yerkökü


    ½ fincan ağ kişmiş


    ¼ fincan iri doğranmış qaysı


    Dondurulmuş krem üçün:

    220 qram krem pendir,otaq temperaturunda


    1/3 fincan xama


    ½ fincan şəkər


    2 yemək qaşığı bal


    Bəzək üçün narıncı və yaşıl rəngli qida jeli

    Hazırlanması

    Sobanı 220 dərəcəyədək qızdırın. Kiçik keks qablarına perqament kağızları sərin.
    Qozları qızılı rəng alanadək sobada qovurun,soyuduqdan sora taxta üzərində iri şəkildə doğrayın.
    Orta ölçülü bir kasada un, qabartma tozu,soda, balqabaq bahartı və duzu biryerdə qarışdırın. Dərin bir kasada yumurta, şəkər, yağ və portağal suyunu qarışdırın.
    Əvvəlcədən hazırladığınız un qarışımını üzərinə əlavə edib yaxşıca qarışdırın.
    Yerkökü, kişmiş və qaysını qozla birgə üzərinə tökün. Hazır xəmiri kiçik keks qablarına tökün və 20-25 dəqiqə sobada bişirin.
    Bişdikdən sonra tamamən soyumasını gözləyin.
    Kekslər soyuyanacan üzərinə əlavə edəcəyiniz dondurulmuş kremi hazırlayın. Bunun üçün krem pendiri və xamanı mikserlə çalın üzərinə şəkər və bal əlavə edib qarışdırın.
    45 dəqiqə soyuduca qoyub donmasını gözlədikdən sonra kekslərin üzərinə əlavə edin.
    Yerkökü bəzəyi üçün: bəzək üçün nəzərdə tutlmuş narinci və yaşıl jelləri ucu kəsik kiçik bir kagız torbaya töküb keksin üzərinə yerkökü formasında naxışlar çəkərək bəzəyin.

    Nuş Olsun!

    alıntı..
#17.03.2018 22:32 0 0 0