Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

#13.12.2012 02:19 0 0 0
#13.12.2012 02:05 0 0 0
#13.12.2012 01:58 0 0 0
  • Evet hakklısın can,ele bende artık ayıd edirem gec olmadan
    bu gece rüya görürler , dedim sözlerin kılınc kimi kesecek bilirim:)
#13.12.2012 01:47 0 0 0
#13.12.2012 01:32 0 0 0
#13.12.2012 01:21 0 0 0
#13.12.2012 01:07 0 0 0
#13.12.2012 01:04 0 0 0
  • ağraz - çok güzel insan ve arkadaş
    birsuhayat - iyi biri
    umut çakmak - iyi arkadaş

    Leyl-i Lal
    Ceylan
    Sarşın
#13.12.2012 01:00 0 0 0
  • Heydər Əliyevin vəfatından doqquz il ötür

    noimage

    Azərbaycanın bölgələrində, o cümlədən xarici ölkələrdə anım mərasimləri keçirilir

    Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 9 il keçir. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunur. Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları da Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anım mərasimləri təşkil ediblər.

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

    Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

    1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

    ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

    alıntı
#13.12.2012 00:40 0 0 0
  • 2013-cü il bürclərə nə vəd edir?

    Qarşılamağa hazırlaşdığımız 2013 - Qara ilan ili 2012-ci il kimi Merkuri planetinin himayəsi altında keçəcək.

    İlan müdriklik rəmzi olduğundan, ümumilikdə, 2013-cü il müdrik, ağıllı və düşünülmüş hərəkətlər öz yüksək qiymətini alacaq.

    Gələn il heç kimdən yardım gözləmədən öz gücü ilə qərar qəbul edib, hərəkət edənlər üçün uğur vəd edir.

    Ancaq 2013-cü ildə çətinliklərlə rastlaşanlar da olacaq. Bəziləri hər şeyi yenidən başlamalı olacaq. Ancaq bu, o demək deyil ki, ilan xoşbəxtlik gətirməyəcək. Sadəcə hər şeyin dəyərini və qiymətini vermək ilin tələbidir.

    2013-cü il yaradıcı insanlara uğur vəd edir və bu adamların sözləri keçərli olacaq.

    Gələn il ailə quranlar isə ən uzun ömürlü və xoşbəxt ailəyə başlayacaqlar.

    Qoç bürcü - 2013-cü Qara ilan ili qoçlara asan olmayan və gözlənilməz hadisələrlə bol il vəd edir. Bu bürcün təmsilçilərini yeni ildə yaxşı perspektivlər gözləyir.

    Qoçların həyatında dəyişikliklər olacaq, ancaq bunun üçün onlar çox işləməli olacaqlar. Ətrafdakılarla yaxşı ünsiyyət uğurun əsas faktoru olacaq. Konfliktlər isə bütün başlanan perspektivləri tamamilə məhv edə bilər.

    İlan tələsməyi sevmədiyindən və planlaşdırılmış şəkildə irəlilədiyindən qoçlar bütün işlərini öncədən planlaşdırmalıdılar. Düşünülmüş hərəkətlərin nəticəsi uğurdur.

    Qarşıdan gələn ildə hadisələri nəzarətdə saxlamaq və uğur qazanmaq üçün eyni fikirli insanlar tapmalı və onlarla məsləhətləşməlisiniz.

    İlin birinci ayı özünüzdə güc hiss etsəniz də, fevralda həmkarlarla, ailə üzvləri, sevdiyiniz insanla fikir ayrılıqları, problemlər ortaya çıxacaq.

    Yay sizə daha çox uğur gətirəcək. Payızda isə problemlərə sinə gələcək, həyatdan istədiklərinizi ala biləcəksiniz.

    Buğa bürcü - Qara su ilanı buğalara il boyunca uğur vəd edir. Yeni ilin ilk aylarından buğalar karyerada uğur qazanmaq üçün irəliləyə bilərlər.

    Əgər planlaşdırmadan buğalar həyatlarını başqa səmtə dəyişmək istəsələr yekunda uğursuzluq əldə edəcəklər.

    2013-cü ildə buğaların darıxmağa vaxtı olmayacaq. Bu bürcün təmsilçiləri gələn ildə qarşılarına çıxan bütün problemləri həll etmək gücündə olacaqlar.

    Yaz ayları buğalara gələcək planlar qurmaq üçün əlverişli olacaq. Qara ilan ilində reputasiya qazanmaq, biznesə başlamaq, gözəl əməkdaşlıq əldə edə bilmək üçün də uğurludur.

    Yazın əvvəlində iş yerini dəyişmək və yeni təklif almaq üçün yaxşı fürsət yaranacaq.

    İlin əvvəli o qədər uğurlu olmasa da, ilin ortasından başlayaraq buğalar hamının sevimlisinə çevriləcək. Bəzi çətinliklərə baxmayaraq, gələcək üçün uğurlu addımlar atmağın vaxtıdır. Yeni ildə 2012-ci ildə planlaşdırılan bütün işləri uğurla reallaşdıra bilərsiniz.

    Yazda buğaları dostluq və şəxsi həyatlarında sürprizlər və uğur gözləyir.

    Əkizlər bürcü - 2013-cü il əkizlər üçün uğurlu olacaq. Ancaq bu, o demək deyil ki, hər şey problemsiz başa gələcək. Əkizlər uğur qazanmaq və məqsədlərinə çatmaq üçün öz təcrübələrini istifadə etməli olacaqlar.
    Bu bürcün təmsilçiləri uğur əldə etmək üçün tərəddüdləri bir yana qoymalıdırlar.
    İlin əvvəlində əkizlər bir az taym-aut götürüb, güclərini səfərbər etməli olacaqlar. Onlar infeksion xəstəliklərə daha həssas olduqları üçün səhhətlərinin qayğısına qalmalıdırlar.
    Yazda aktiv həyata dönməyin əsl vaxtıdır. Həmin dövrdə bu ildən qalan işləri yekunlaşdırmağın əsl məqamı çatır.
    Əkizlərə neytral olmaq və konfliktlərə qarışmamaq məsləhət görülür.
    Payız bilik artırmaq üçün əsl fürsətdir. İlin sonunda isə iş həyatında uğur qazanmaq üçün irəliləmək yaxşı nəticə verə bilər. Yeni ildə heç nəyi dəyişmək məsləhət görülmür, ancaq köhnə işləri yeniləmək və inkişaf etdirmək müsbət nəticə verə bilər.
    Xərçəng bürcü - Xərçənglər ilin əvvəlində depressiya və ya gücsüzlük hiss edəcəklər.
    Ümumilikdə isə İlan ili xərçənglər üçün yaxşı keçəcək. İl ərzində həyatınızı yeni mərhələyə çatdırmaq üçün bolluca şansınız olacaq. Panikaya düşməmək, yaxşı xüsusiyyətləri irəli çəkmək ilin devizi olmalıdır.
    İlin əvvəlində bu bürcün təmsilçilərinə səhhətlərinin qayğısına qalmaq tövsiyə olunur.
    Yazın gəlişi ilə kefiniz yaxşılaşacaq və əlinizi atdığınız hər işdən xeyir görəcəksiniz.
    Aktiv mövqedə durmağınız da öz müsbət nəticələrini verəcək. Ancaq əldə etdiyiniz uğurlardan arxayınlaşmaq lazım deyil. Daha böyük uğurlara çatmaq üçün məqsədyönlü fəaliyyət göstərmək lazımdır.

    İşləriniz nə qədər çox olsa da, səhhətinizin qayğısına qalmağı unutmamalısınız.

    İlan ilində konfliklərdən uzaq olmaq, nikbinlik və hər kəslə mülayim davranma da xeyrinizə işləyəcək.

    Tərəzi bürcü - Tərəzilər üçün Qara ilan ili daha çətin keçəcək. İl tərəzilərin üzərinə problemləri həll etməyi qoyacaq.

    Biznesmen tərəzilər öz gəlirlərinin azaldığını hiss edəcəklər. Ancaq payız aylarında öncə gördükləri işlərdən dividentlər qazanacaqlar. Yeni ildə uğur qazanmaq üçün onlar özlərinə inamı artırmalıdırlar. Məqsədyönlü və razılaşdırılmış hərəkətlər etməyin zamanı çatıb.

    İşlərini asanlaşdırmaq üçün tərəzilər yeni ildə dəqiq plan qurmalı və həmin plana uyğun olaraq hərəkət etməlidirlər.

    Plansız və düşünülməz hərəkətlər bütün hər şeyi alt-üst edə bilər. Ona görə də səbirli və düşünülmüş addımlar atmaq lazımdır.

    Tərəzilər sevdikləri ilə də nəzakətli olmalı, onları hər şeydə ittiham etməməlidirlər. Əks halda sevdiyinizlə aranızda dərin uçurum yarana bilər.

    Şir Bürcü - Qara ilan ilində şirlər aktiv həyat tərz keçirib və əzmlə çalışsalar karyera, şəxsi həyat, biznes fəaliyyəti ilə bağlı qarşılarına qoyduqları məqsədə çata biləcəklər.

    Demək olar ki, 2013-cü il şirlər üçün dönüş ili olacaq. Onlar bütün tərəddüdləri bir kənara qoyub qətiyyətli addımlar atmalıdırlar. Ancaq bu yöndə kiçik bir səhv onlara baha başa gələ bilər.

    Şirlər yadda saxlamalıdır ki, yeni il onlardan son dərəcədə təmkinli və səbirli, ölçülüb-biçilmiş addımlar tələb edir.

    Şirlərin başqalarına yuxarıdan aşağı baxması, səbirsizliyi onların əleyhinə işləyə bilər və təklənə bilərlər.

    Hər hansı bir layihəyə liderlik edən şirlər isə uğur qazanacaq. 2013-cü il təhsilin artırılması üçün də uğurludur.
    Ancaq həvəsləndirici və azart oyunlar peşmançılıqlara yol aça bilər. Buna yol verən şirlər külli miqdarda maddi ziyana düşə bilərlər.

    Qız bürcü - Qız burucu altında doğulanlar İlan ilinin başlaması ilə güclərinin artdığını və həyat eşqi yaşayacaqlar.

    Qızlar özlərini həyatın müxtəlif sahələrində sınamağa can atacaqlar. Nəticədə onlar öz əhatə dairələrini və əlaqələrini genişləndirəcəklər.

    Yeni ildə şəxsi həyat qızlar üçün ön plana keçəcək. Qızlar çox nadir hallarda səhvlərə yol versələr də, ilin birinci yarasında onlar bundan sığortalanmayıb. Həmin müddətdə onlar təhsildən, işdən yayınıb buraxdıqları səhvlərlə məşğul olacaqlar.

    Buna baxmayaraq qarşıdakı il qızlar üçün çoxlu uğurlar gətirəcək. Yeni ildə öz biznesini qurmaq, yeni işə keçmək, şəxsi həyat qurmaq istəyənlər uğur qazanacaqlar.

    Qızların ilan ilində istirahət etməyə vaxtı qalmayacaq. Onları gərgin və hərəkətli həyat gözləyir. Qızlara işlərində həmkarları, dostları dəstək olacaq. Əsasən yaradıcı qızlar üçün hər yerdə yaşıq işıq yanacaq.

    Əqrəb bürcü - Bu bürc altında doğulanlar üçün İlan ili yaradıcı və uğurlu olacaq. İl boyu əqrəblər özlərini yüngül və rahat hiss edəcəklər.

    Qarşıya qoyulan planları reallaşdırmağın əsl məqamıdır. Əqrəbləri ciddi manilər gözləmir. Yeni il karyera və yaradıcı sahədə çevrilişlər gözlənilir.

    İlan ili əqrəblər üçün şəxsi həyatda da gözəl şanslar açacaq. Əqrəblər ilanlar kimi səbirli olmağı və tələskənliyi sevmədikləri üçün yeni ilin sevimlisi olacaqlar.

    Qarşılaşdıqları çətinlikləri isə dəf etmək o qədər də çətin olmayacaq.

    Oxatan bürcü - Oxatanlar üçün 2013-cü il uğurlu olacaq. Bu uğurdan istifadə edib, oxatanlar iş və şəxsi həyatlarını qurmalıdırlar.

    Onlar da əqrəblər kimi qarşılarına sıxan problemlərin öhtəsindən asanlıqla gələ biləcəklər, görəcəkləri bütün işlər şəxsi həyatlarının yaxşılaşmasına yardım edəcək.

    Oxatanların ən çox problemləri maddiyatla bağlı olacaq. Ona görə də, onlar öz maddi problemlərini həll etmək üçün ilin əvvəlindən müəyyən işlər görməlidirlər.

    İlin ikinci yarasında Oxatanlardan bir az ehtiyatlı olmaq tələb olunur. Şəxsi həyatlarında rast gəldikləri problemləri təmkinlə həll etmək lazım gələcək.

    Oğlaq bürcü - Oğlaq bürcü altında doğulanların xəstələnmə riski böyükdür. İl boyu səhhətinizin qayğısına qalmalısınız.

    Karyeranızda isə ilan ili sizə uğur vəd edir. Yalnız ilin son 2 ayında bəzi çətinliklərlə üzləşə bilərsiniz. Gəlirləriniz isə sizə qane edəcək qədər yaxşı olacaq. Əsasən qış və yaz aylarında kapitalınızı artıra bilərsiniz.

    Şəxsi həyatınızda bəzi problem və çətinlikləri həll etməli olacaqsınız. Kompromisə gedə bilməmək vəziyyəti gərginləşdirə bilər.

    Dolça bürcü - Dolça bürcü altında doğulanların 2013-cü ildə uğurunun açarı aktiv və enerjili olmalarıdır.

    Bu bürc altında doğulanlara ilan ili həyatlarının yaxşılaşdırılması üçün çoxlu sayda imkanlar açacaq. Tənbəllik etmədən səylə görülən işlər gələcəyiniz üçün gözəl şanslar aça bilər.

    İlin əvvəlində qara ilan ili dolçalara bir az çaşqınlıq yaşadacaq və hər hansı qərar qəbul etməkdə çətinliklər olacaq. Məqsədə çatmaq üçün var gücü səfərbər etmək yetəcək.

    Fevral ayında nəhayət ki, dolçalar özlərini toplaya biləcək və bütün işlərin öhdəsindən gələrək yaxşı nəticələr əldə edəcəklər.

    Yaz ayında dost və həmkarlarla xoşa gəlməyən münasibətlər yarana bilər.

    Özünüzü güclü göstərmək və hər şeydə önə çıxmaq üçün şəxsi təcrübənizdən istifadə etməlisiniz.

    Balıqlar bürcü - Balıqlar yeni ildə aktiv həyat tərzi gecikəcəklər. 2012-ci ildə başladıqları işlər yeni ildə sizə uğur gətirəcək.

    Qarşıdan gələn ildə balıqlar özlərini suda olduqları kimi rahat hiss edəcəklər. Onlar öz güclərini müxtəlif sahələrdə sınayacaqlar və işgüzar sahədə görülən işlər onların gələcək mayakına çevriləcək.

    Ümumilikdə il onlar üçün uğurlu və bəhrəli olacaq. Fikirlərində tutduqları bir çox işləri reallaşdırmaq mümkün olacaq.

    İş yerində balıqlardan ehtiyatlı olmaq tələb olunur. Eqoist hərəkətlər həmkarlarla konfliktlərə səbəb ola bilər. Təklik balıqlar üçün ağır olduğundan, ətrafdakılarla daha nəzakətli olmaq məsləhətdir.


    alıntı
#13.12.2012 00:31 0 0 0
  • Baxımlı və sağlıqlı əllərin sirri nededir?

    İnsanların qarşı cinsdə axtardığı ən əhəmiyyətli nöqtə gözəl əllərdir. Yumşaq və hamar əllər, gözəl pilkalanmış dırnaqlar hər kəsin istəyidir. Lakin qadınlar üçün çox daha əhəmiyyətlidir.

    Bunlar əllərimizə zərər verir!

    Həddindən artıq isti və soyuq su
    İstifadə etdiyimiz təmizlik vəsaitləri (yuyucu vs.)
    Günəş, soyuq hava, yağış, dəniz, qum

    Əllərinizi qorumaq üçün:

    Yuduqdan sonra yaxşıca qurulayın.
    Gün içində az, amma, sıx bir şəkildə əl kremi sürün.
    Yumşaq sabunla yuyun.
    Nəmləndirici istifadə edin.

    Asan əl maskasının hazırlanması:

    Qaynadılmış kartofu əzin və içinə bir miqdar vazelin və qurumuş çobanyastığı çiçəkləri qatın. Hazırladığınız qarışığı əllərinizə sürtün və sonra əllərinizi pambıqlı bir dəsmal köməyiylə sarıyın. 30 dq qədər gözlədin. Əllərinizin yumşaq olduğunu görəcəksiniz. Təbii əl kremi istifadə etməyi də unutmayın, gündə bir neçə dəfə əllərinizə nəmləndirici krem sürtün.


    alıntı
#13.12.2012 00:18 0 0 0
  • Məsləhətler - Hər zaman gözəl görünməniz üçün 3 məsləhət

    Bilirsiniz, cazibədar və qəşəng qadınlar hər zaman diqqət çəkər! Qəşəng görünmək üçün isə bir neçə nöqtəni diqqətə almaq lazımdır. Sizə təklif edəcəyimiz bir neçə ipucu ilə hər vaxt qəşəng və cazibədar görünə bilərsiniz.

    Özünə güvən

    Əvvələ bunu əsla unutmayın; gözəl geyinərək siz özünüzə yaxşılıq edirsiniz. Gözəl paltarlar və aksesuarlar ilə özünüzü hər zamankindən daha yaxşı hiss edəcəksiniz. Özünüzə olan güvəniniz üzünüzdə görünəcək. Beləliklə sizinlə danışmaq üçün ilk addımı onlar atacaqlar.

    Şanslı gün

    Hər vaxt qəşəng və gözəl görünməniz üçün ən təsirli səbəblərdən biri də şanslı gününüzdə olma ehtimalınızdır. Düşünün, gözləmədiyiniz anda çox əhəmiyyətli bir yerə dəvət edildiniz ya da bir yığıncağa qatılacaqsınız bəlkə də xoşlandığınız adam sizi sürpriz bir şəkildə yeməyə dəvət etdi! Bizcə gözəl olmaq üçün yetərli səbəbdir

    Fərqli ol

    Əgər hər gün bir şalvar və t-shirt ilə gedirsinizsə bəzilərinin marağını çəkmək çətin olacaq. Gündəlik paltarlarınıza bir az moda və stil əlavə etsəniz bu fərqi asanlıqla yarada bilərsiniz. Paltarlarınıza əlavə edəcəyiniz kiçik detallar və aksesuarlar ilə fərqinizi yarada bilərsiniz. Şəxsiyyətinizə və tərzinizə uyğun parçalar seçin və tərzinizi ortaya qoyun.


    alıntı
#13.12.2012 00:16 0 0 0
  • Makiyajınız saçınızla uyğundurmu?

    Gözəl görüntü üçün makiyajın saçla uyğun olması vacubdir.

    Qara saçlı xanlmlar, gözələrini qara qələmlə vurğulasın!
    Qara saçlara sahib olan və əsmər xanımlar, gözlərini ön plana çıxara bilən makyaj etməlidir. Qara qələmlə və eyeliner ilə gözlərini daha dərin və mənalı göstərən makiyaja üstünlük verməlidirlər. Açıq rəngli ənlik və dodaq boyası gözəlliklərinə daha bir gözəllik qatacaq.

    Sarı saçlı xanımlara çəhrayı dodaq boyaları çox yaraşır.
    Sarı saçlı və ağ dərili xanımlar makiyaj edərkən pastel tonlarına üstünlük verməlidir. Bu tonda olan saç və ağ dərili xanımlara ən çox boz, mat göz kölgələri və çəhrayı rəngli dodaq boayaları yaraşır. Bu rənglər sarışın xanımları daha əlvan və canlı göstərir.

    Qəhvəyi saçlı xanımlar parlaq tonlara üstünlük verməlidir!
    Qəhvəyi saçlı xanımlar və tünd dərili xanımların makiyajı isə parlaq tonlarda olmalıdır. Dodaqlarda daha çox diqqət çəkən boyalardan istifadə etməlidirlər. Gözlərə isə qızılı tonlarında kölgələr çəkə bilərlər.

    Kürən xanımlar
    Kürən xanımların gözəl görünməyini təmin edən əsas vasitə çəhrayı ənlikdir. Shakiranın uzun və kürən saçlarını xatırlayırsınızmı? Ağ dərili və kürən saçlara sahib olan xanımlar eyni ilə Shakira kimi makiyaj etməlidir. Çəhrayı rəngli ənlik onları daha cazibədar göstərir. Gözlərini isə tünd qələmlə vurğulamaq daha məqsədə uyğun olardı. Dodaq bayolarında ən çox tünd rənglərə üstünlük verməlidirlər.

    alıntı
#13.12.2012 00:15 0 0 0
  • Yeni ilin ən cazibədar qadını siz olun!

    Yeni il üçün indidən gözəlləşin!

    Yeni ilə indidən hazırıq görməyə başlamısınız. Bunları etsəniz bayram axşamı hamının diqqəti sizdə olacaq. Unutmayın gözəllik və cazibə bir gündə əldə edilmir.

    Yeni il axşamı xüsusi bir gecədir. Həmin gün çoxları gözəl bir gecə keçirmək üçün plan qurur. Yeni ilə girən zaman hər bir qadın gözəl və diqqət çəkmək istəyir. Lakin bilməlisiniz ki, gözəllik bir gündə əldə edilmir. Bunun üçün indidən hazırlaşmaq lazımdır. Bütün gözlərin sizin üzərinizdə olmağını istəyirsinizsə, aşağıdakılara əməl edin.

    Qidalanma

    Bu gündən etibarən ağartı və başqa kalorili məhsullarını qida rasionunzdan çıxarın. Yeni ilə yeni vərdişlərlə girin ki, bayram üçün aldığınız ziyafət geyiminiz əyninizə olsun. Bunlar: un, şəkər, duz və yağdır.

    Qısa müddət ərzində özünü rahat hiss edəcəksiniz. Süfrə duzundan da mümkün qədər az isitifadə etməyə çalışın.

    Hərəkət

    Yeni ildə daha gözəl bədən quruluşu ilə girmək istəyirsinizsə, idmanla məşğul olun. Ya da hər gün bir az yürüş edə bilərsiniz. Bundan əlavə, rəqslə məşğul olun. Bunun üçün xüsusi rəqs etməyinizə heç bir gərək yoxdur. Evdə musiqi qoyub rəqs edə bilərsiniz. Unutmayın rəqs etmək sadəcə arıqlamağa kömək etmir. Rəqs həm də insanı xoşbəxt edir.

    Dəri qulluğu

    Yeni il axşamı dərinizin parlaq olmasını istəyirsinizsə, indidən qulluq edin. Hər gün dəriyə qulluq edin. Yatmazdan əvvəl makiyajı silin və nəmlədnirici kremlər çəkin. Bu prosedur həm də dərinin yaşlanmasını gecikdirir.

    Bundan başqa mütəmadi olaraq buxar vannası və peeling və müxtəlif maskalar edin. Gözlərinizin altı üçün xüsusi maskalar edin.

    Evdə etdiyiniz qulluqdan narazısınızsa, gözəllik salonuna gedə bilərsiniz. Yeni il axşamı salona getməzdən əvvəl vaxt təyin edin. Yeni il axşamı geyiminizdə dekolteniz varsa, həmin yerlərə də qulluq etmək lazımdır. Bir çox kremlər çəkə bilərsiniz.

    Saçlara qulluq

    Saçlara hər zaman qulluq etmək lazımdır. Yeni il axşamı isə xüsusi qulluq göstərin. Sizə yaraşan saç düzümü isə əvvəllcədən müəəyyənləşdirin. Yeni il axşamı saçlarınızı kəsdirməyi düşünürsünüzsə, bunu 1 həftə əvvəl edin. Çünki bütün saç kəsimlər bir həftəyə ancaq oturur.

    Digər qaydalar

    Salonda edəcəyiniz manikür və pedikür məslələrini də bir gün əvvəlcədən edin. Çünki beləcə vaxta qənaət etmiş olursunuz. Bayram günü isə heç bir təlaşa düşmürsünüz.

    Yeni ildə özünüzü hamıdan gözəl hiss etmək üçün indidən hazırlıqlara başlayın.

    Müəllif: nuray hesenova
#13.12.2012 00:12 0 0 0
  • Qadınlar niyə depressiyaya girir?

    Depressiya-bədbəxtlik, ağlamalar, ümidsizlik, və marağın azalması, həyatdan zövq ala bilməmək, yorğunluq, enerji azalması, yuxu normasının pozulması, diqqəti toplamaqda çətinlik çəkmək, narahatlıq, böhrana düşmək, qayğı və iştahtanın pozulması kimi əlamətlərlə özünü göstərə bilən psixoloji bir pozğunluqdur.

    Qadınların depressiyaya girməsinin ən böyük səbəbi kişilərdir. Çünki qadılar çox zaman sevgililirəindən ayrılan zaman depressiyaya düşür. Yəni "günahın" çoxu kişilərdədir.

    Çox yoğun iş qrafik də insanların depressiyaya girməsinə səb olur. Çünki insanlar özlərinə kifayət qədər vaxt ayıra bilmir, dostları və yaxınları ilə birlikdə vaxt keçirib əylənə bilmir.

    Özümüzü depressiyadan qorumaq üçün nə etməliyik?

    Mümkünsə həyatımızdakı stress mənbəyini həyatımızdan çıxartmağa çalışmalıyıq və ya yaşadığımız stressi azaltmağa çalışmalıyıq.

    Daha çox sosial olmalıyıq. Ictimai həyatda fəal olmaq lazımdır. Dostlarımızla vaxt keçirmək yaxşı təsir göstərir. Çalışın dostlarınızla mükün qədər tez-tez görüşün.

    Həftədə ən az 2 dəfə zövq alacağımız fəaliyyətlərlə məşğul olun.

    Idmanla məşğul olmaq dayaxşı təsir göstərir.

    Yalnız başqalarını deyil, özümüzü də düşünməliyik. Hərdən 'MƏN' demək, eqoizm deyil. 'Xeyr' deyə bilməyi öyrənməliyik.

    Mütaliə ilə də məşğul olmaq əsəbləri sakitləşdirir.

    alıntı
#13.12.2012 00:10 0 0 0
  • Konu: 11 il
    11 il hekaye dinle

    Mən əslində doğulduğum gün tərk edildim.O məni istəməmişdi.Niyə oğlum olmadı? Deyə Allaha
    şikayətlənmişdi.Ana,bilirsən mən bitirdim məktəb və qəbul oldum artıq "Tələbəyəm".Ana,mən çox böyüdüm,artıq 16yaşım var bilirsən? Ama hardan biləsənki..Sən nə 1ci sinifə getdiyimi gördün,nədə 9u bitirdiyimiTam 11 il keçdiHardasan? Sağsan? Ya qara torpaqdamısan? Heç düşündünmü "Qızım necədi?" deyə? Ana,həyat çox qəlbimə dəydi,çox ağlatdı məni..Ana,hərdən düşünürəmdə mən Gəlin köçəndə alnımdan kim öpəcək? Məni Lampanın ətrafında 3dəfə kim əlimdən tutub fırladacaq? Toy kasetlərində görmüşəm anaların vəzifəsidir oHeç sənə sonuncu dəfə "Ana" kəliməsini nə vaxt demişəm xatırlamıram.. Ana,unutmadım qırdığın şüşələrin səsini,unutmadım körpə olanda məni öldürmək təhdidlərini,unutmadım..Mən
    hər gecə şirin-şirin bələkdə yatdığım günlər sənin dava səslərinlə oyandığımda unutmadımNeçə yaşın var indi? Saçlarına ağ dən düşübmü?

    Necə yaşayırsan,günahların səni boğmurmu Ana,bilirsən mən heç "ana qayğısı" görmədiyim üçün,"ana sevgisi" nədir bilmirəmYəni mən hər zaman rəfiqələrimin analarından danışdığı söhbətləri səssizcə dinlədim..Bəlkədə Bakının küçələrində qarşılaşmışıq,amma tanıya bilməmişik bir-birimizi..Amma mən sənə nifrət edirəm..yəni nəbilim heç həmsöhbət olmadığım birini,məni bəlkədə sevməyən,axtarmayan birini necə sevə
    bilərəmki?Bu yazdıqlarım acizlikdən deyil,sadəcə hiss elədiklərimin,düşündüklərimin və 11 ildi söyləyə bilmədiklərimin əksdir.. bir müddət sonra sənsiz keçən 11ci doğum günümü qeyd edəcəm,sən yenə mənə hədiyyə almayacaqsan,sən yenə süfrə başında olmayacaqsan.Bəlkədə heç doğum günümü belə xatırlamırsan.Bəlkədə tapdaladığım torpağın altinda yatır cansızbədənin..BilmirəmUşaqlıqda yaşanan o fraqmentlər böyüdükcə acıtır canımıNiyə mən? Hər zaman niyə mən ata niyə? Bir qəlb neçə dəfə qırılar? Amma niyə təəccüblənirəm ki, bu qəlbi ilk dəfə sən qırmışdınHə indidə bəzən insanlar qırır qəlbimi

    Bilirsən bəzən heçnəyə maraq qalmır ana.Etiraf edirəm intihar düşüncələridə olur bəzən,amma yox! Mənim gələcəyim,təhsilim varSən önəmsəməsən belə mənimdə həyatım var.Bir qızın vardı onu üzməyə dəyərmiydi? Bəzənsusuram,ətrafımdakılar görməsin deyə ağlayıb sakitləşməyi bacarıramMənim dərdimi anlayan bir neçə "mb" mahnılardı sadəcə. Onlarlada danışmaq olmurki yalnız dinləyirəm,dinlədikcə,yazdıqca
    təsəlli tapıram məndəQəribədi..neçə yaşın var indi? Həyatsənidə yorub? Saçların ağarıb?Keçən 11ilin rolu varmı həyatında? Sən ilk dəfə məni məhrum etdin sevgidən,sən yox etdin körpə qəlbimi,ilk dəfə sən ağlatdın məniİlk göz yaşım oldunArtıq insanların etdiklərinin önəmi yox məncə..Sən belə etdikdən sonra

    Danışılacaq,söyləniləcək çox sözlər var amma faydası yoxduMənim üçün heçnə etməsəndə,hərdən bir sadəcə "Qızım xoşbəxt olsun" deyə dua et Rəbbimə,çünki deyirlər anaların duası tez qəbul olurKim bilir bəlkədə,1gün 11 ildi cavabsız qalan sualımı məzarınla baş-başa qalanda soruşacam səndən... "Ana,11 ildi hardaydın?!" Amma onda da cavab ala bilməyəcəm

    Müəllif: Bülüwka
#13.12.2012 00:06 0 0 0
  • Konu: Zibil qutusu
    Zibil qutusu - həyat dramı - İlqar Rəsulun hekayəsi

    Yağışlı havada eşələdiyi zibil qutusunun üstünə çətir tuturdu, nə vaxtsa əlindəki çətirlə yanındakı xanımın saçlarını yağışdan qoruyan alicənab adam. Çətir o vaxtlar xanımın olardı. Sonralar zibil qutusunun olan kimi...

    Gündəlik ruzini zibil qutusu gətirirdi bu bəxti və əli gətirməyən ALLAH bəndəsinə....

    Üfunət qoxuyan zibil qutusuna aşiq idi bir vaxtlar gül ətri verən qadın saçlarını öpməkdən zövq alan insan balası. Nə vaxtsa, kiminsə zibil qutusunu yandırmasının sevdiyi qadının gedərək onu yandırmasından daha təsirli olacağını təsəvvür belə etməzdi...

    Nə qədər üşüdücü bir mənzərə. Bir müddət yanıq qoxuyacaqdı demək yedikləri...

    Qaralmışdı onun gül kimi zibil qutusu. Rəngləmək keçirdi ürəyindən hər dəfə eşələməyə gəlincə. Hər dəfə ümid edirdi ki, zibillərin arasından bir qutu yaşıl rəng və bir fırça tapacaq...

    Təmir edilən evlərin pəncərələrinə həsrətlə baxırdı gündüzlər. Bəlkə axşam, qabında artıq qalmış rəngi zibil qutusuna atacaq qədər gözütox usta işləyir o evlərin hansındasa-deyə.....

    Ağlına da gəlmirdi ki, bir gün onun köhnə qidadan zəhərlənmiş özünü bir zibil kimi sevgili qutusunun yanından götürüb ölmüş insanların "morq" adlanan zibil qutusuna atacaqlar...

    Sonra bir uşaq gəlib, yerdə qalmış çətiri təpikləyib gedəcək...

    Zibil qutusu [həyat dramı]

    Epiloq
    Vaxtı çox keçmiş qidaları zibil qutularına atmayın lütfən. Zibil qutuları kimlərinsə ərzaq dolabı, soyuducusu sayılır, hətta soyutmasa belə...

    Xanımınıza hərdən təzə çətir alın, buna imkanı olanlar. Köhnəsini yağışlı havada zibil qutusuna atmaqdan ötrü... Və atmazdan əvvəl bir anlıq həmin çətiri açıb qutunun üstünə tutun...

    Zibil qutularının üstünə çətir tutan kişiləri zibil qutularının yanında bir saniyəlik sükutla yad edin arada...

    Xüsusilə də əgər siz alicənab birisinizsə. Çünki hər axşam hava qaralandan sonra zibil qutuları ilə görüşə gedən kişilərin bir qismi əl açıb dilənməyi içindəki Ali Cənabına sığışdırmayan insanlar da ola bilir...
    Mən hərdən məhəlləmizdəki zibil qutusuna bir qutu təzə peçenye atıram....
#13.12.2012 00:01 0 0 0