Həyatının ilk günlərində körpə günün çox hissəsini yuxuda keçirir. Oyandığı zaman isə, ona dadlı süd, ananın qucağı, ünsiyyət, yeni təəssüratlar və quru bələk lazımdır. Belə şəraitdə körpə yaxşı böyüyür və inkişaf edir.
Yeni doğulmuş körpə daima anasının yanında olmasını ustəyir. Bu ona özünü daha yaxşı hiss etmək imkanı verir. Qarnınızda olduğu kimi ürəyinizin səsini eşitmək, doğma ətri ala bilmək onu sakitləşdirir.
Buna görə də müasir pediatrlar onu tez - tez qucağınıza götürməyi, bir yerdə yatmağı məsləhət görürlər. Bu zaman uşağa zərər yetirəcəyinizdən qorxmayın. Çünki, analar sayıq yatır və hətta körpənin dərindən aldığı nəfəsi də eşidə bilirlər. Bir yerdə yatmaq sizə üstünlüklər verəcək. Məsələn, gecələr körpənin üstünü örtmək, bezini dəyişmək kimi halları həll etmiş olacaq, eləcə də qidalanma prosesini sadələşdirmiş olacaqsınız.
Bir az böyümüş körpəni öz yatağına öyrəşdirin. Əgər körpənin gözləri yumulursa, onu yatağına uzadın, belini tumarlayın və astadan zümzümə edin. Anasının yanında olduğunu bilən körpə daha tez yuxuya gedir.
Sakit, möhkəm yuxu üçün aşağıdakı prosedurları da etmək məsləhətdir.
Çimdirmə.
Çobanyastığı və nanə dəmləyin. Onların həlimi sinir sisteminə müsbət təsir göstərir. Körpəni bu ilıq suda çimizdirin.
Masaj.
Yüngül toxunuşlar onu ralatladır. Bütün bədənini - ovucunu, dabanını və barmaqlarını unutmamaq şərtilə - masaj edin.
Qarnın masajına xüsusi diqqət yetirin:
qarın üzərində dairəvari hərəkərlər sancıların profilaktikası üçün yaxşı vasitədir.
Qidalanma.
Adətən yeməkdən sonra yuxu gəlir. Körpə üçün bu daha aktualdır, çünki o, əmərkən çox güc sərf edir. Qidadan sonra onu şaquli vəziyyətdə tutun ki, artıq qazlar çıxsın. Yoxsa, sancılar ona yatmağa imkan verməyəcək.
Körpənin şirin yuxusu həm də onun yatağının rahatlığından asılıdır.
Bunun üçün:
* Onun yatdığı otağın havasını dəyişin. Başının altına yastıq qoymağa tələsməyin, çünki körpələr 1 yaşadək düz səthdə yatmalıdırlar.
* Otağı yarıqaranlıq edin, ya da gecə lampasını yandırın.
* Yuxu körpə üçün daha şirin olsun deyə, onun üçün laylalar yazılmış disk qoyun, ya da özünüz oxuyun
Karyera, ailə, ev işləri və ictimai fəaliyyət yükü arasında «çarpışan» qadınların əksəriyyəti üçün şalvarı yubka ilə əvəz etmək qadınlıq tərəfə böyük güzəşt etmək deməkdir. Niyə bu üslub qadın stili adlanır? Çünki qadın geyimində sizi kişilərlə dəyişik salmayacaqlar. Bu stil, hər şeydən əvvəl, sizin əks cins nümayəndələrindən fərqinizi nəzərə çarpdırmaq üçündür.
Fason-qadın geyiminin əsas xüsuisiyyəti siluetini qeyd etməkdir. Paltarın bədənə kip yapışması vacib deyil. Hansı üsulla olmasından asılı olmayaraq bu geyim növü bir qadın olaraq səndə döş, bel və ombaların mövcud olması barədə ətrafdakılarda şübhə yeri qoymur. Bununla yanaşı, qadın görkəmi ilə seksuallığı qarışıq salmaq olmaz. Dərin dekolte, yaxud ultraqısa mini də özlüyündə qadınlıq xüsusiyyəti hesab olunur. Paltarın fasonu insanda fantaziya oyatmalıdır. Əlbəttə, ideal qadın stili yalnız yubka və paltara uyğun gəlir, amma bu, qadın qarderobunda şalvar olmamalıdır demək deyil. Sadəcə, qadın stili həmin vəzifəni yerinə yetirməli, yəni ətrafdakılara göstərməlidir ki, siz centlmen yox, xanımsınız.
Rəng - rəng qammasını öz görkəminizə uyğun seçmək lazımdır. Bununla belə əlvan, incə palitra seçməyə çalışın. Çəhrayı, mərcanı, yasəmən tonlarına diqqət yetirin. Sizin geyiminizin əsas vəzifəsi — göz oxşamaq, diqqəti cəlb etmək və ətrafdakılarda sevinc duyğusu oyatmaqdır. Paltarlarınızda sərt həndəsi rəsmlərdən - damalardan, zolaqlardan və s. imtina edin. Qoy geyiminizdə daha çox yüngül şəkillər - gül-çiçəklər, kəpənəklər, abstrakt ayırmalar olsun.
Parçalar - qarderobunuz üçün yeni qadın paltarları seçərkən onların hava kimi yüngüllük hissi oya-dan parçalardan tikilmiş olmasına diq-qət yetirin. Belə parçalara ipək, atlaz, şifon, trikotaj aiddir. Kobud parçalara meyl etməyin. Həmçinin həm kişilərə, həm də qadınlara yaraşan parçalara üstünlük verməyinə dəyməz, azı siz kişi cinsindən maksimum fərqlənməyə çalışırsınız.
Detallar-təbiətcə mühafizəkar insan olsanız belə, paltarınızda müxtəlif "qadın zarafatları" olmasına laqeyd qalmayın. Axı krujeva, büzmə haşiyələr, valanlar, gipür basmalar və dekorun bu kimi digər elementləri paltara bayram yaraşığı verir. Bunlardan istifadə etmək müstəsna qadın üstünlüyüdür.
Ayaqqabıları qadın stilində olan paltarlar mütləq hündürdaban ayaqqabı ilə geyilir. Özü də tanketka, platforma yox, məhz incə şpilka ayaqqabılar. Əlbəttə, əgər daha çox kedlərə vərdiş etmisinizsə, bu stilə keçərkən bir qədər çətinlik çəkəcəksiniz. Amma zəhmətinə dəyər. Hündürdaban ayaqqabılar sizi boy-buxunlu göstərir, yerişinizə zəriflik və incəlik verir. Əslində, dikdabanlara sevgi vərdişdən asılıdır. Bir qədər məşq etdikdən sonra həyatı onlarsız təsəvvür etməyəcəksiniz. Ən əsası - rahat qəlibli və davamlı modellərdən olan ayaqqabılara üstünlük verin.
Aksesuarlar-məhz onlar obraza tamlıq və harmoniklik verir. İri yarım idman baulların əvəzinə çiyindən dirsəyə qədər sallanan balaca çanta götürün, yaxud da qoltuğunuzun altında kiçik, incə klatç gəzdirin.
Dırnaqlarınız tez-tez qırılır? - Zəif dırnaqlarınızdan təngə gəlmisiniz?
Zəif dırnaqları möhkəmləndirmənin yolları təqdim edirem..
Cökə çiçəyi kremini əl və dırnaqlara çəkib, əllərinizə əlcək geyib (rezin və yun yox,xüsusi əl üçün olan kosmetik əlcəyi) yatın. Səhər kremin qalığını silin. Əlcəkləri yuyun. Bu proseduru ən azı 10 gün edin. Əlləriniz təravətlənəcək.
Bişmiş yumurta sarısını 4 q. arı mumu ilə su hamamında əridib qarışdırın. Bura 5 ml şaftalı yağı damcıladın. Kütlə krem kimi olmalıdır. Bunu hər axşam dırnaqlara dibdən uca kimi çəkin.Əgər zəif, laylanan və sınan dırnaqlardan ömürlük xilas olmaq istəyirsinizsə, bu üsulu tətbiq etməniz kifayətdir.
Təbii mumu (və ya hazır satılan dırnaq parafinini) buxar hamamında qazana su töküb qaynadın. Sonra bu qazanın içinə kiçik qabda mumu yerləşdirib sudan çıxan buxarda mumu əridin. Hər iki əlin barmaqlarını bu muma (yarıisti halda olanda) batırıb, dərhal soyuq suya salın. Barmaqların ucunda qəliblər əmələ gələcək. Elə bu şəkildə yatın. Bu proseduru həftədə 2 dəfə təkrarlayın.
Cəmi 6 həftəyə zəif dırnaqlara əlvida deyəcəksiniz!
Səhərlər oyanmaqda çətinlik çəkirsinizsə və yataqdan qalxmaq istəmirsinizsə, içinizdə bir pessimizm-hüzn hakimdirsə, özünüzü yorğun, enerjisi tükənmiş, geriləmiş bir halda görürsünüzsə, demək, payız depressiyasına girmisiniz. Çünki payız gələndə özü ilə depressiyasını da gətirə bilir...
Yayın bitməsi ilə birlikdə günəşli günlər yerini buludlu və yağışlı günlərə verir. Günəşin daha az görünməsi, məktəblərin başlaması, məsuliyyətin artması, havaların sərinləşməsi insanlarda bəzi ruhi problemlər yarada bilər.
Payız depressiyası varmı? Yoxsa payızı bəhanəmi edirik?
Yay təbiətin canlanmasını, özümüzü daha şən və coşğulu hiss etməmizi təmin edir. Payız isə günəşli gözəl günlərin geridə qaldığı və soyuq qış günlərinin gəlməkdə olduğunu xatırladır. Havaların pisləşməsi, günlərin qısalması, açıq havadakı gəzintilərdən günəşsiz bağlı yerlərdə oturulacaq olması bizə kefsizlik və bədbəxtlik hissi verə bilər. Buna görə də payız bir az da hüzn mövsümü kimi xatırlanır. Payızda azalan günəş şüaları xoşbəxtlik hormonu olan serotonun ifrazının azalmasına və depressiyaya səbəb olur. Eyni depressiya qışda da baş verə bilər. Ancaq yay mövsümündən dərhal sonra olduğu üçün payız depressiyasına qış depressiyasından daha çox rast gəlinir.
Xəstəlik başladığı zaman adamda enerji və maraq azalır və ya itir, günahkarlıq duyğuları,iştah itkisi, bədbəxtlik hissi baş qaldırır. İnsan hər şeyə kədərlənir, hətta həyata istəyi belə itir. Ağlama halları artır, çətinlik və narahatlıq yaranır. Hətta heç bir şeydən zövq ala bilmir, iş qabiliyyəti azalır, yuxusu pozulur, cinsi istək azalır, özlərini yorğun hiss edərlər.
Ən azı iki həftə ərzində aşağıdakı şikayətlərdən beşini yaşayırsınızsa, depressiyada ola bilərsiniz:
Özünü kədərli hiss etmə;
Marağın azalması və zövq ala bilməmə;
Səbəbsiz kökəlmə və ya arıqlama;
Yuxusuzluq;
Həddən artıq yersiz hərəkətlilik və ya keylik;
Davamlı, səbəbsiz yorğunluq, enerji itkisi;
Dəyərsizlik və günahkarlıq duyğusu;
Düşünmə bacarığının azalması;
Ölüm və intihar düşüncələri.
Bu hallarda psixiatriya mütəxəssisinə müraciət etməli və normal həyatınızı nizamlı tutmağa çalışmalısınız. Gün işığından mümkün olduqca çox faydalanın. Qısalmağa başlayan günlərdə mümkün olduqca gün işığına çıxın. Buludlu günlərdə belə səhər və ya günorta 20-30 dəqiqə çöldə keçirmək çox faydalı olar.
İdman edin. Gündə 30 dəqiqəlik aktiv yürüş kafi ola bilər.
Sağlam qidalanın. İştahınız artsa da, karbohidrat və sadə şəkərlərə üstünlük verməməyə çalışın. Bol-bol su üçün
Sonda isə hamınıza xoş həyat yaşamağı, problemlərdən uzaq olmağı diləyirəm.Hər şey ürəyinizcə olsun!
Hazır vasitələrdən istifadə edərkən hər şeydən öncə onların qutuda və ya tübikdə göstərilən təsvirinə diqqət yetiririk, əvəzində, demək olar ki, krem, maska və s.-nin tərkibinə daxil olan komponentlər haqda və onların necə təsir etdiyi barədə heç nə bilmirik.
Ev şəraitində hazırlanmış vasitələr bu məqamda müəyyən üstünlüklərə malikdir. Həmin vaxt dərinizə uyğun reseptdən istifadə edə bilərsiniz. Ancaq bu vasitənin də öz çətinlikləri var. Hər bir komponentin necə istifadə edildiyi və dəriyə hansı təsir gücünə malik olduğunu müəyyənləşdirmək lazımdır.
Təmizləyici vasitələr
Dəri üçün nəzərdə tutulmuş hazır təmizləyici vasitələr yuyunmada istifadə olunan müxtəlif cür köpükcüklər, muslar, gellər, çeşidli sabun növləri və s.-dən ibarətdir. Bu vasitələr dəri piyinin çox hissəsini çıxarır ki, bu də həmişə əsasən yağlı dərilərə o qədər də effektli olmur. Belə ki, həddən artıq yağdan təmizləmə piy vəzlərinin daha fəal işləməsilə nəticələnir.
Ev vasitələri digər yanaşmanı ehtimal edir - "oxşar oxşarın içində əriyir", yəni yağ tərkibli və yağ əsaslı ərzaqlardan, həmçinin gil, soya, narınlanmış dənlər, çəyirdək, ot və s.-dən istifadə təklif olunur. Beləliklə, təbii vasitələr maksimal qurumadan qoruyur.
Təravətləndirici vasitələr
Heç şübhəsiz, yalnız hər hansı bir vasitə dərinin normal fəaliyyətdə olması üçün zəruri olan hər şeylə təmin edə bilmir, elə bu səbəbdən də müəyyən vasitəni seçmək və onu təravətləndirici adlandırmaq olduqca çətindir.
Çiçəkli, termal və ya mineral suyu, hidrolatları, bitki həlimləri və cövhərlərini, su əsaslı kompleks maddələri şərti olaraq tonik adlandırmaq olar.
Nəmləndirici vasitələr
Üzə qulluq zamanı dərinin buynuz qatını nəmləndirmək yetərlidir. Bütün nəmləndirici vasitələri iki qrupa bölmək olar: birinci qrup dərinin səthində qalanlar, ikincilərsə buynuz qatının daxilinə keçənlərdir. Birincilər daha iri molekullardan ibarət olub, sanki, nəmi "bağlayır" və pərdə yaradaraq onun buxarlanmasını yavaşıdır, amma zaman keçdikcə dartınma hissi yaradır. Pərdənin daha gec quruması üçün bu cür vasitələrin tərki-binə müxtəlif cür yağlar yeridirlər.
İkinci qrup komponentlər daha uzunmüddətli nəmləndirməni təmin edir, belə ki, onlar dərinin dərinliyinə yeriyirlər. Bu vasitəni də birinicisi kimi dəridən yumurlar.
Müxtəlif kosmetik vasitələrin hazırlanmasında istifadə olunan sidik cövhəri və süd turşusu qabıqverici təsirə malikdir. Bundan savayı, onlardan dermantinin müalicəsi zamanı da istifadə etmək olar.
Qidalandırıcı və müdafiə vasitələri
Bizim dərimiz yağlı turşuları parçalaya və istifadə edə bilir. Sonuncular tam qulluq üçün nəzərdə tutulmuş əsas yağların tərkibinə daxildir. Beləcə, buynuz qatına bütövlük verən və dərinin elastikliyinin qorunub-saxlanmasında təkan rolunu oynayan, ona zərərli maddələrin keçməsinə əngəl törədən lipid baryerin saxlanması üçün yarımdoymuş yağ turşuları tələb olunur. Məhz bu səbəbdən dəriyəqulluq vasitələrinin tərkibinə qara qarağat, boraqo, primula yağları daxil olmalıdır.
Ev şəraitində vasitələrin hazırlanmasında yağların 10%-i aş-mamasına diqqət yetirmək lazımdır, yeganə müstəsna - quru qocalan dəri üçün nəzərdə tutulan vasitələrdir ki, onların tərkibində yağ nisbətən çox ola bilər. Yağlı dəri üçün yaxşı hopan olein turşulu yağlar uyğundur.
Tanınmış dəb ustaları qadınların gözəlliklərini qabarıq əks etdirən paltarları geyinmələrini tövsiyə edirlər. Bir çox qadın fikirləşir ki, öz ölçülərindən bir neçə ölçü iri paltar geyinsələr bədənlərində olan çatışmazlıqları ört-basdır edə bilərlər. Amma bədən ölçülərindən iri olan paltarlar xanımları heç də cazibədar göstərmir.
Paltarlarda olan mürəkkəb elementlər, görkəmsiz ciblər, yersiz qırışlar xanımların yaraşıqlı görkəmini itirir. Xanımlara dizdən olan və mini ətəklər daha çox yaraşır. Şalvarlar, şortlar, kostyumlar xanım incəliklərini qabarıq şəkildə nəzərə çatdırmır. Donlar, ətəklər xanımlara daha çox yaraşır.
Qadınları daha cazibədar göstərən parçalara gəldikdə isə bunlar - ipək, atlas, məxmər və xəzdir. Təbii parçalar sintetik parçalardan daha çox xoşagələndir.
Qadınlara ən çox yaraşan rənglər - zoğalı, qara, ağ, qara, göy, qırmızı və mavidir. Yaşıl və boz rənglər də qadınların sevimlisidir. Araşdırmalar göstərmişdir ki, qırmızı və mavi rəngli paltarlarla yaşı 50-dən yuxarı olan kişiləri daha asanlıqla cəlb etmək olar. Geyimlərdə qırmızı və göy, qara və ağ daha yaxşı bir-biri ilə uyğunlaşır. Sarı və narıncı, xaki, qəhvəyi rənglərdən geyimində istifadə edən xanımlar o qədər də cazibədar görünmür.
Soyuq havalarda qızınmaq üçün müxtəlif içki növləri var. Bunlardan biri də bitki çaylarıdır. Aşağıda göstərilən bitki çayı soyuğun təsirindən qorumaqla yanaşı, həm də gün boyu enerji ilə təmin edir.
Ərzaqlar:
Yarım qabıqlı alma
2 ədəd qərənfil
2 çay qaşığı zəncəfil
10 ədəd nanə yarpağı
2 xörək qaşığı cökə yarpağı
2 çay qaşığı yaşıl çay
Hazırlanması:
Almanı, qərənfili, təzə zəncəfili və nanə yarpaqlarını 10 dəqiqə qaynadın. Sonra isə cökə və yaşıl çayla birlikdə qaynadın.
Bu çay soyuq havalarda sizi isidəcək və enerjinizi gün boyu qoruyub saxlayacaq.
Həmçinin soyuqdəymədən və bir çox xəstəliklər əleyhinə də faydalı içki hesab olunur.
1 qəhvə fincanı soyuq süd
2 ədəd qənd
2 çay qaşığı quru türk qəhvəsi
Hazırlanması:
Qəhvədana südü və 2 ədəd kəsmə şəkəri qoyun. Ardından qəhvəni əlavə edib, qaşıq köməyi ilə yaxşıca qarışdırın.
Daha sonra qəhvədanı ocağa ocağa qoyub,az xodda bişirin. Qəhvənin qaynayıb, köpməyə başladığı an ocaqdan götürüb, köpüyünü qaşıq ilə alıb fincana qoyun.
Qalan qəhvənizi də yenə ocağa qoyub, 1az qaynadıqdan sonra altını söndürün, yavaşca fincana boşaldın.
Hazırladığınız südlü qəhvənizi yanında tünd şokolad ilə süfrəyə verə bilərsiniz.
Yarpaq
200 qr. qiymə
3 soğan
1 kasa göbələk
1 st. düyü
1 dəstə şüyüd, cəfəri, təzə nanə
1 xq. tomat
Duru yağ, duz, istiot, su
Üzərinə:
Yoqurt
Hazırlanması:
Əvvəlcə qiyməni bir qaba tökürük. Sonra soğanı sürtgəcdən keçirib,şüyüd, cəfəri, nanəni incə şəkildə doğrayıb qiymənin üzərinə əlavə edirik. Göbələkləri incə şəkildə doğrayıb qarışımın üzərinə əlavə edirik. Tomat, duru yağ və istiot əlavə edib qarışdırırıq. Qaynar suda isladılmış yarpaqların baş qisminə göbələkli qarışımdan əlavə edib bükürük. Sonra dolmaları səliqəli şəkildə qazana yığıb, üzərinə duru yağ töküb duz səpirik. Daha sonra üzərini keçməyəcək dərəcədə isti su əlavə edirik. Qapağı bağlı şəkildə normal temperaturda bişiririk. Bişdikdən sonra yoqurtla servis edirik.
350 qr ciyər
2 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
5-6 ədəd kiçik boy soğan və ya 1 ədəd orta boy soğan
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı sumax
yarım çay qaşığı qırmızı toz bibər
duz+istiot
Hazırlanması:
350 qr ciyəri böyük kublar şəklində doğrayıb, yaxşıca yuyaraq, süzülməyə qoyun.Qabığını soyduğunuz 1 ədəd soğanın yarısını dilimlər şəkilndə kəsin. Hər bir dilimi təkrar iki yerə bölün, soğan dilimlərini birbirindən ayırın.
Daha sonra yaşıl bibərlərin saplarını kəsib, böyük parçalar halında doğrayın. Qırmızı bibərin də sapını kəsib, təmizləyib, böyük kublar şəklində doğrayın.
Doğradığınız ciyərləri bir qaba yığıb, üzərinə zeytun yağı, duz və ədviyyatları əlavə edin.
Eyni zamanda doğradığınız soğanları da bir qaba yığıb, üzərinə 1 çay qaşığı sumax səpib, 1/2 yemek qaşığı zeytun yağı tökün.
Ciyərləri ve sonra da soğanları əlinizlə qarışdırın.
Ardından şişlərə sıra ilə bir parça ciyər, soğan, qırmızı bibər və yaşıl bibər düzüb, bu işli bir neçə dəfə təkrarladıqdan sonra şişə yenə bir parça ciyər keçirin. Bu işli əlinizdəki ərzaqlar bitənə qədər təkrarlayın.
Hazırladığınız ciyər şişleri yağlanmış soba qabına düzüb, öncədən isidilmiş 190 dərəcəlik sobaya qoyub, hər iki üzü qızarana qədərr bişirin.
Bişirdiyiniz ciyər şişlərini sobadan çıxardıb, buluda qoyub, yanında soğan salatı ilə isti-isti süfrəyə verin.
Saçlarınızn yumşaq və parlaq olmağını istyirsinizsə, aşağıdakı maskadan istifadə edə bilərsiniz.
Ərzaqlar:
1 çay qaşığı bal
1 portağal
1 neçə damcı zeytun yağı
Portağal suyunu və zeytun yağını qarışdırın. Bu qarışığı hamamdan çıxmazdan əvvəl saçınıza masaj edərək çəkin. 10 dəqiqı gözləyin. Həftədə bir defə etsəniz saçlarınız adaha parlaq və yumşaq olacaq.
Saçları uzadan və möhkəmləndirən maska - Saçı möhkəmləndirən və uzadan maskalar hansılardı?
Qış aylarında saçların tökülməsi sürətlənir və qorxuya düşməyə başlayırıq. Lakin əsassız yerə narahat olmağa dəyməz, bu mövsüm dəyişikliyi ilə əlaqədardır.
Maska
Ərzaqlar: 2 çay qaşığı kefir 1 çay qaşığı dəniz duzu
Hazırlanması: Bütün məmulatları qarışdırın və masaj edərək saçların diblərinə çəkin. 30 dəqiqə qaldıqdan sonra ilıq su ilə yaxalayın. Maskanı həftədə 2 dəfə tətbiq edin.
Maska
Ərzaqlar: Kök suyu və limon suyu
Bu ərzaqlardan eyni miqdarda qarışdırın və saçlarınıza çəkin. 20 dəqiqə saxlayın, daha sonra isə ilıq su ilə yaxalayın.
QEYD: Saçlarınız ancaq bir hissədən topa halında tökülürsə, həkimə getməyiniz məsləhətdir. Çünki bu mövsüm dəyişikliyi ilə bağlı deyil. Bu kimi hallar hanısa xəstəliyin ilk əlamətləri sayıla bilər.
Xərçəng xəstəliyi - Xərçəng xəstəliyinin müalicəsi tapıldı?
APA-nın xəbərinə görə, almaniyalı həkim Robert Qorter, türkiyəli mütəxəssis Yadigar Genc və yeni üsulla bu xəstəlikdən müalicə alan azərbaycanlı Vaqif Qasımov media nümayəndələri üçün birgə mətbuat konfransı keçiriblər.
Tətbiq etdiyi metodun səhiyyə sahəsində yenilik olduğunu deyən almaniyalı həkim Robert Qorter bildirib ki, bunu ilk dəfə 27 yaşında ikən öz üzərində tətbiq edib. Onun sözlərinə görə, həmin vaxt xərçəng xəstəliyinə yoluxan gənc klassik kimya-terapiya üsulundan vaz keçərək yeni terapiyadan istifadə edib: "Bundan sonra yeni üsul vasitəsilə bu xəstəliyə yoluxan insanların sağalmasına başladıq. Artıq 10 ildən çoxdur ki, Almaniyanın Köln şəhərində yerləşən özəl klinikada bu xəstəlik müalicə edilir. Hər il bu xəstəlikdən müalicə olunmaq üçün dünyanın müxtəlif ölkələrindən nümayəndələr gəlir. Bu vaxta kimi Azərbaycandan yalnız bir nəfər - Vaqif Qasımov bu xəstəlikdən müalicə edilib".
Daha sonra həkim xəstəliklə müalicənin 4 mərhələdən ibarət olduğunu deyib. Onun sözlərinə görə, ilkin olaraq heç bir kənar müdaxilə olmadan xəstənin temperaturu yüksəldilir: "Bundan sonra onun immuniteti artırılır. Xəstədən qan götürülərək müəyyən laboratoriyada onun hüceyrələri saxlanılır və yenidən hazırlanır. 8-12 həftədə yenidən hazırlanan hüceyrələr bir müddətdən sonra yenidən insan orqanizminə qaytarılır. Bu zaman yeni hüceyrələr insan orqanizmindəki xərçəng hüceyrələrini yeməyə başlayır. Belə olduqda isə xəstəliyin qarşısını almaq olur".
Xəstəliyin müalicəsi üçün tələb olunan qiymətə gəlincə, həkim qeyd edib ki, bu, klassik kimya-terapiya üsulundan daha ucuz qiymətə başa gəlir: "Belə ki, sağlam hüceyrələri yenidən hazırlamaq asan məsələ deyil. Bu həm zaman, həm də kifayət qədər pul tələb edir. Bunun üçün də xəstəliyin bir dəfə müayinəsi 6-8 min avro, yeni hazırlanan hüceyrələrin orqanizmə vurulması üçün istifadə edilən 1 peyvənd isə 4 min avroya başa gəlir. Bir xəstənin normal müayinə olunması üçün 6 dəfə peyvənd olunması lazımdır".
Türkiyəli həkim Yadigar Genc son 10 il ərzində bu müalicədən 6600 xəstənin müayinə olunduğunu deyib. O bildirib ki, dünya təcrübəsində beyin xərçənglərinin hər 100 nəfərdən 95-i həyatını itirir: "Amma biz yeni müalicə üsulu ilə bu rəqəmi 100-dən 45-48-ə endirə bilmişik. Xəstələr son mərhələdə deyil, ilkin mərhələlərdə müraciət etdikdə, onun müayinəsi də daha rahat şəkildə aparılır. Hazırda yeni müayinə üsulu aparan klinikanın Nyu-Dehli və Qahirədə filialları fəaliyyət göstərir. Gələcəkdə ehtiyac olarsa, Bakıda da yeni müayinənin aparılması üçün mərkəz yaradıla bilər".
Yeni üsulla bu xəstəlikdən müalicə alan azərbaycanlı Vaqif Qasımov isə qeyd edib ki, onun ağciyər və boğazında xərçəng xəstəliyi aşkarlanıb: "Hara müraciət etdimsə, hər kəs sağalmamın mümkün olmadığını dedi. Lakin sonradan dost-tanış sayəsində tapdığım bu klinika ilə tanış oldum. Burada artıq 2 ilə yaxındır ki, müalicə alıram. Artıq bəzi hissələrdə şişlərin tamamilə yox olub, bəzi hissələrdə isə şişlərin ölçüsü 2-3 sm-ə kimi azalıb. Bu gün də özümü çox yaxşı hiss edirəm".
Cabir (r.a.) belə nəql edir: Allahın Rəsulu (s.ə.ə.) bizə Qurandan surə öyrətməklə yanaşı, həm də bütün işlərdə istixarə etməyi öyrətmişdir.
Demişdir:"Sizlərdən biri hər hansı bir işə girişmək istəsə,fərz namazından başqa iki rükət namaz qılıb sonra belə desin:
Allahummə inni əstəxirukə bi ilmikə və əstəqdirukə biqudratikə və əs'əlukə min fədlikə-l-əzim,fə-innəkə təqdiru və lə aqdiru və tə'ləmu və lə a'ləmu və əntə alləmu-l-ğuyub.Allahummə in kuntə tə'ləmu ənnə həzə-l-əmrə xeyrun li fi dini və məaşi və aqibəti əmri fəqdurhu li və yəssirhu li summə bərik li fihi və in kntə tə'ləmu ənnə həzə əmra şərrun li fi dini və məaşi və aqibəti əmri fəsrifhu anni vəsrıfni anhu vəqdur liyə-l-xeyrə heysu kanə summə rəddıni bihi"
"Ey Allahım, Sənin elminlə xeyir diləyib qüdrətindən güc istəyirəm və Sənin bol fəzilətindən diləyirəm.Sən hər şeyə qadirsən, mən isə heç nəyə qadir deyiləm, Sən hər şeyi bilənsən mən isə heç nəyi bilmirəm.Sən qeybi bilənsən.Ey Allahım, əgər bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə, onu mənə müyəssər et, asanlaşdır və bərəkətli et.Amma əgər bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə, onu məndən, məni də ondan kənar et.Hansı iş xeyrlidirsə, mənə onu nəsib et və məni ondan razı sal" .
Sonra istədiyin arzunu dilə gətir-evlilik ,ticarət və s.İnsan dərmanı özü qəbul etdyi kimi bu namaz və duanı da özü yerinə yetirir və bu zaman tam əmin olur ki, istixarə etdiyi Rəbbi onu xeyir işə və ona vasitə olacaq yaxşı əməllərə yönəldəcək.Amma yuxuyozma, arvadının adlarını hesablamaqla və sair dində heç bir əsası olmayan bidət istixarələrdən uzaq ol.
Bu duanı mən 2008-ci ilin yanvar ayında bir kitabdan oxumuşdum.O vaxt mənə çox elçi gəlib-gedirdi.Düzünü desəm, heç birini bəyənmirdim.Yanvar ayında elçi gələndə oglanı bəyəndim.Amma ailəsini yox.Evdə heç nə deyə bilmədim.Bu dua qarşıma çıxanda çox sevindim.Və fərz namazından sonra iki rükət nafilə namazı qılıb bu duanı etdim.Həqiqətən həmin oğlanla ailə qurmadım.Sonra aprel-may aylarında yoldaşımgil elçi gəldi. Anam ailəni və oğlanı çox tərifləyirdi. Xalam da gəlib deyirdi ki, bəsdi daha naz etdiyin.Yenə namazdan sonra bu duanı etdim. Tək bir gün yox, hər gün hər namazdan sonra nafilə namazında dua etdim. Nəticədə isə yoldaşımla ailə qurdum. İndi çox xoşbəxtəm.Bu duanı hec vaxt beynimdən çıxara bilmirəm.İndi hər hansı bir işim olanda bu duanı edirəm.
189-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər insan öz dostunun, yoldaşının dininin tə`siri altında olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun.
Biharul-ənvar /74/192.
***
190-İmam Sadiq əleyhissalam buyurur: Elə bir şəxslə dost ol ki, sənə zinət olsun, amma o kəslə dost olma ki, sən ona zinət olasan (yə`ni həmişə özündən yaxşı kəslə dostluq et ki, mə`nəvi irəliləyişlərə çatasan).
Biharul-ənvar /76/267.
***
191-İmam Sadiq əleyhissalam buyurur: Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.
Biharul-ənvar /76/282.
***
192-İmam Cə`fər Sadiq əleyhissalam öz atasından, o, da öz cəddindən belə nəql edir: Əli əleyhissalam buyurdu: Həqiqətən müsəlman şəxsin üç dostu var. Onlardan biri deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər bir şəxsin öz əməlidir. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, orada səni tərk edəcəyəm. O da onun övladlarıdır. Bir dost da deyir ki, mən səninlə ölənə qədər dostam. Bu da onun sərvəti, malıdır ki, ölən kimi varislərin ixtiyarına keçir.
Xisal /1/114.
***
193-İmam Sadiq əleyhissalam buyurur: Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və sə`y et ki, onlardan çoxlu mə`rifət kəsb edəsən. Çünki onlar sənin rifahda yaşadığın vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir.
Biharul-ənvar /74/187.
***
194-İmam Səccad əleyhissalam buyurur: Yaxşı və saleh insanlarla oturub-durmaq insanı layiqli olmağa vadar edir...
Biharul-ənvar /78/141.
***
195-İmam Səccad əleyhissalam buyurur: Günahkarlarla yoldaşlıqdan, zalımlara kömək etməkdən uzaq olun.
Sənsən hər vaxt yanımda olan, darda olanda ürəyimin yanğısını eşidən,
Sənsən qaranlıqlar ortasında, bütöv ay kimi ürəyimə doğan,
Sən canıma cansan, SƏN həyatıma mənasan,
Gecələri buruq-buruq tüstüləyən hıçqırıqlarımda,
Dalğalı bir dənizin ortasında, çırpınan ruhumda,
Sənsən göy üzünün rəngarəng qurşağı, hər şey SƏNSƏN.
Ey comərdlərin ən comərdi!
Rəzzaq adınla, doldurdun afaqımı, Settar adınla, örtdün ayıblarımı,
Tevvab adınla, hər dəfə qəbul etdin tövbələrimi,
Yenə gəl dedin, təkrar gəldim..
SƏNƏ gəldim ALLAHım
Vədud olan sənsən, sevən sənsən, sevilən SƏN,
Səndən başqa kimim var ki qapısına gedim...
Eşqinlə qucaqla eşqdən məhrum qalmış, naçar ürəyimi...
Baharım sən ol SEVGİLİ...
Xəzanda buraxma, yarpaqlarım tökülür...
Gülüstanım sən ol SEVGİLİ.
Ey əllərimdən tutanım, sənə qovuşmaq üçün çıxdığım bu sevdalı səfərdə, sərt yoxuşları çıxarma qarşıma,
Ey yoxsul ürəyimin Rəhməti sonsuz SEVGILI,
Məni SƏNƏ sürünərək deyil qaçaraq gətir, uzatdım əllərimi buraxma məni,
Əlim sən ol, Allahım, qolum, qanadım, dilim damağım, tək etibarım dayağım ol
Gəldim qapına, SEVGİNİN əsiriyəm, SEVGİM SƏN ol, ALLAHım...
Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır - dininde ətir haqqında bilmedklerimiz
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
1181. Ətir
3850. Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.» (əl-Kafi, c.6, səh.510, hədis 3)
3851. Allahın Peyğəmbəri (s): «Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.» (Muhəctul-Beyza, c.8, hədis 105)
3852. Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.» (Sunəni-Nəsai, c.8, hədis 189)
3853. İmam Əli(ə): «Xoş ətir müalicə edəndir.» (Nəhcül-Bəlağə, hikmət 400)
3854.İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sünnələrindəndir.» (əl-Kafi, c.6, səh.510, hədis2)
3855. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.» (əl-Kafi, c.6, səh.512, hədis18)
3856. İmam Sadiq(ə): «Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.» (əl-Kafi, c.6, səh.510hədis7)
3857. İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.» (əl-Kafi, c.6, səh.510, hədis4)
3858. İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.» (əl-Kafi, c.6, səh.510, hədis1)
1182. Qadınların ətri
3859. Allahın Peyğəmbəri (s): «Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.» (əl-Kafi, c.6, səh.512, hədis17)
3860. Allahın Peyğəmbəri (s): «Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.» (Sunəni-Nəsai, c.8, səh.153)