Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

#30.11.2012 06:47 0 0 0
  • Ellerine sağlıkar canım,teşekkürler üregden deyerli şer üçün
#30.11.2012 06:39 0 0 0
  • Susma danış dinle

    Nə etmək istəyirsən,inan ki, anlamıram
    Bəlkə də öldürməkdir məni niyətin
    Sevməyin üçün əsla yalvarmıram
    Sadəcə deyirəm sevgimlə barış
    Acı çəkdirmə mənə,susma danış

    Bir bilsəydim ki, günahım nədir
    Səni sevmək ya sevilməmək?
    Bilmirəm axşamım,sabahım nədir
    Mənim də talehim belə yazılmış
    Səssiz baxma mənə,susma danış

    Dərdim,kədərim dağlardan uca
    Aşa bilmirəm qəm-kədərimi
    Özüm cavanam,dərdimsə qoca
    Bu dərdlərlə mənim ruhum qocalmış
    Bəsti bu susqunluq,susma danış

    Tanımırmış kimi baxırsan mənə
    Belə etmə axı mən də insanam
    Nəsə bir pislikmi etmişəm sənə
    Bəlkə səninçün sevmək günahmış
    Cavab ver sualıma,susma danış

    Susma danış

    Hamı deyir ki, gör kimi sevirsən
    O ki səni sevmir,səni ağladır
    Düzdü mən sevirəm,sənsə sevmirsən
    Sən demə sevgim qarşılıqsızmış
    Sevmirəm de,yetər ki,susma danış

    Mənim ürəyim doludur inan
    Amma səni görəndə yalnız susuram
    Yaramı sağaldar inşallah zaman
    Anladım bu yara heç sağalmazmış
    Yaramı qoparma,susma danış

    Həyatım olmusan inan sən mənim
    Nəfəs alıramsa səbəbi sənsən
    Mənimsə həyatında yoxdur bir yerim
    Gəl sən də mənim varlığıma alış
    Yazığın gəlmirmi,susma danış

    Bitməz ki, sənə olan qəzəbim
    Səni görəndə isə unuduram mən
    Baxıram olmusan yaşam səbəbim
    Mənə bəsdir o ümidli baxış
    Bir də yaxşı olar,susma danış

    Yazım da dönüb olub qış artıq
    Ümid ağacımın yarpağı solub
    Məni əsir alıb bitməz yalnızlıq
    Mənimlə birlikdə ağlayır yağış
    Ağlatma məni,susma danış

    Susma danış

    Hər axşam,hər səhər edilən duam
    Amin deyirəm bütün qəlbimlə
    Təki üzün gülsün hər an,hər zaman
    Sənə duadır bu,həm də ki, qarğış
    Dualarıma qoşul və susma danış

    Məni ağlatmağı bacara bildin
    Afərin,imkansız işi bacardın
    Sevməsən də özünü sevdirdin
    Bu məharətin üçün sənə bu alqış
    Bir salam ver mənə,susma danış

    Sən ürəyimin bir diləyisən
    Sənsiz həyatın nə gözəlliyi?
    Sən həyatımın bir bəzəyisən
    Nəfəsinlə həyatıma vurursan naxış
    Nə olar sevdiyim,susma danış

    Adını eşidəndə inan doluram
    Gözyaşlarım dinləmir məni
    Adını çəkəndə xoşbəxt oluram
    Sən də xoşbəxt ol,bunun üçün çalış
    Məni də xoşbəxt et və susma danış



    Müəllif: LoVe_HaTe
#26.11.2012 10:47 0 0 0
  • Yaşamaq istərdim o yerdə dinle

    Yaşamaq istərdim,dağların arasında itmiş bir evdə
    quş cıvıltılarından sinfoniya
    Yaşıl saçaq, saçaq qapısı bağça çiçək
    dağ kəndində bir yerdə,itmək istəyərdim o evdə ...

    Yaşamaq istərdim,yanı başı çay-dərə..gözəl bir evde,bezdikcə gözüm yaşıldan
    baxardım maviyə,salxım söyüdün budaqlarına
    qurmaq isterdim salxım yelləncək
    bir oyana bir buyana yellənərək avara ..
    bir quş qədər ürkək
    yaşamaq istərdim o yerdə ...

    Yaşamaq istərdim,bir meşə içində
    ağacdan qovun evi,mən və sincab mövzu qonşu
    quşlarla yuva edib,qurmaq isterdim o yerdə
    və birdə yaşamaq istərdim;
    insanın insan kimi olduğu bir ölkədə! ..

    alıntı
#26.11.2012 10:45 0 0 0
  • Ey Adəm oğlu!

    Sözlərin ən düzü Allahın sözü,
    Yollardan ən doğru Rəsulun yolu.
    Düşün, nemətlərdən-qulaq, qəlb, gözü
    Niyə şükr etmirsən ey Adəm oğlu?!

    Allah səni seçib düz yola saldı.
    Zülmətlər içindən nura çıxardı.
    İnsanlar içində gəzdin diri tək.
    Cənnətə girməmiş tezdir sevinmək.

    Günahlar üzündən qəlbin qaraldı,
    Keçən hər bir anın, ömrün azaldı,
    Günah üzərində olma israrlı.
    Rəhmət qapısından qalma aralı.

    Ey Adəm oğlu!

    Nemətlər içində olarkən sevin!
    Müsibət gələndə səbrinlə keçin
    Bil ki, geci — tezi qəbirdir evin.
    Sonuncu əməllə diriləcəksən.

    Rəbbinə sığın sən şirkdən, nifaqdan!
    Çalış uzaq ol sən hər cür yasaqdan!
    Köhnəlir qəlblərdə iman paltar tək
    Onun saflaşmasın istə Allahdan!

    Rəbbinin Kitabın sən, hər gun oxu!
    Bil ki, bu əməldən qafildir çoxu.
    Qəlblər rahat olmaz dua, zikrsiz.
    İman sabit olmaz dil, qəlb, əməlsiz.

    Bu dünyanın dərdi gəldi gedərdi
    Onunçun çəkdiyin ahlar hədərdi.
    Rəbbini hamıdan əgər çox sevsən
    Dünya, Axirətdə xoşbəxt olarsan.

    Ey Adəm oğlu!

    alıntı
#26.11.2012 10:44 0 0 0
  • Konu: Ayrıldıq
    Ayrıldıq şerin oxu ve dinle

    Ayrıldıq, surətin itdi gözümdən,
    Sandım, sifətini unutmuşam mən.
    Bilmirəm bu nə sirr, yaxın-uzaqdan
    Səsin qulağıma anba an gəlir.
    ***
    Fikrimə gəlmirsə surətin bir an,
    Səsin qulağıma bəs hardan gəlir?
    Yığıram bir yerə bəzən fikrimi,
    Sifətin yadıma çox çətin gəlir.
    ***
    Səsin qulağımda cınlayan kimi,
    Gözümün önünə sürətin gəlir.
    Səsə bu qüdrəti tanrımı vermiş?
    Səs də rəssam olub resm çəkərmiş.

    alıntı
#26.11.2012 10:41 0 0 0
  • Sağlamlığımızı qoruyaq

    Emosional göz yaşları sayəsində arterial qan təzyiqi tənzimlənir, damarlar genişlənir
    Məlum olduğu kimi, gülüş ömrü uzadır, ağlamaqla isə iş düzəlmir. Alimlərin fikrincə, gülüşlə immuniteti, ağlamaqla sağlamlığı möhkəmləndirmək olar. Britaniya və ABŞ-da göz yaşlarının öyrənilməsi üçün genişmiqyaslı tədqiqatlar aparılıb.

    ABŞ-ın Minnesota və Britaniyanın Lankaster universitetlərinin alimləri ağlamaq və onun orqanizm üçün nəticələrinin öyrənilməsi ilə məşğul olmuşlar. Demə, ağlamaq faydalıdır, lakin nə vaxt və nə qədər ağlamağın da əhəmiyyəti vardır.

    Minnesota Universitetinin alimləri qısa müddət ağlayan adamların 88,8 faizinin səhhətinin yaxşılaşdığını müəyyən etmişlər. Məsələ burasındadır ki, insan onu ağlamağa vadar edən stressdən azad olur. Ağlayarkən orqanizmdə ürək tutmasına səbəb olan maddənin ifrazı baş verir. Bundan əlavə, ağlama dərindən nəfəsalma ilə müşayiət olunur. Bu isə stress hormonu olan kortizolun səviyyəsini azaldır.

    Professor Uilyam Freyin sözlərinə görə, göz yaşları emosional və fiziki ola bilər. Birinci göz yaşlarına səbəb stress vəziyyətidir. Bu göz yaşlarının tərkibi ağrı zamanı yaranan göz yaşlarından fərqlənir. Emosional göz yaşları sayəsində arterial qan təzyiqi tənzimlənir, damarlar genişlənir.

    alıntı
#26.11.2012 10:35 0 0 0
  • Qatığın faydaları haqqında

    Türkiyə alimlərinin apardıqları araşdırmalara görə, qatıq yemək insanı radiasiyadan qoruyur. Mütəxəsisslər mobil telefon, kompyuter, televizor və s. radiasiya yayan cihazlardan gün ərzində çox istifadə edənlərin hər gün iki stəkan qatıq yemələrini məsləhət görür. Araşdırma aparan alimlərin sözlərinə görə, qatığın bədəndə olan zərərli maddələrin ifraz edilməsində əhəmiyyətli rolu var. Qatıq yalnız radiasiyadan qorumaq üçün yox, həm də radiasiyaya məruz qaldıqdan sonra zərər görən hüceyrələrin və toxumaların bərpası üçün çox faydalıdır.

    Mütəxəsisslər radiasiyaya məruz qalan insanlara sadəcə yaxşı qidalanaraq, bədən müqaviməti ilə immun sistemini gücləndirməyi məsləhət görərək, bədəndə radiasiyaya məruz qalmış hüceyrə və toxumanın özünü bərpa etməsinin mümkün olduğunu qeyd ediblər.


    alıntı
#26.11.2012 10:34 0 0 0
  • Dar geyimlər nece ciddi xəstəliklər yaradır?

    İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini müəyyən edib. Bristol Fizioterapiya Klinikasının rəhbəri Riçard Briknellın sözlərinə görə, cins və dar şalvarlar qarının aşağı nahiyəsini sıxır, nəticədə mədə turşusu həzm borusuna qalxır və mədə qıcqırması baş verir. Bu isə öz növbəsində mədə xorası və xərçəngə gətirib çıxara bilər.

    Qeyd edək ki, süni yolla qarını yığan korsetlər isə nəfəs alarkən diafraqmanın tam olaraq aşağı düşməsinə mane olur. Bu isə stress və əsəb gərginliyi yaradır. Bundan başqa sinirlərin sıxılması nəticəsində çanaq və beldə ağrılar və keyimə baş verir.

    Mütəxəssislərin açıqlamalarına görə, düymə ilə bağlanan dar yaxalı köynəklər də sağlamlığa zərər verir. Çox sıx bağlanmış yaxa göz xəstəliklərinə gətirib çıxarır. Boyunda olan damarın daim sıxılması nəticəsində göz təzyiqi artır və bu da qlaukomaya səbəb olur.

    alıntı
#26.11.2012 10:33 0 0 0
  • Qulançar qanda şəkərin miqdarını nece azaldır?

    Qulançar diabetlə fəal mübarizə aparan məhsulların siyahısına düşmək üçün bütün şanslara malikdir. Belə ki, bu bitkidən gündəlik istifadə qanda şəkərin miqdarını azaldır.

    Məlumdur ki, insanın qida rasionunda yağlı məhsullar və bütovlükdə qeyri-sağlam həyat tərzi diabetin inkişafı riskini artırır. Amma böyük konsentrasiyada qulançar cövhəri mədəaltı vəzin insulin hazırlamasına müsbət təsir edir.

    Pakistanın Kəraçi Universitetinin əməkdaşları apardıqları tədqiqat zamanı buna əmin olublar. Alimlərin fikrincə, qulançardan müntəzəm istifadə şəkərə nəzarət etməyə imkan verir və orqanizmdə insulinin hazırlanmasını aktivləşdirir. Onlar siçanlara diabetin inkişafına gətirib çıxaran kimyəvi birləşmə vurublar. Heyvanların yarısı 28 gün ərzində böyük və kiçik dozalarda qulançar cövhəri, qalanları isə diabetə qarşı dərman, yəni qlibenklamid alıb.

    Gəmiricilərin vəziyyətinin izlənməsinə qan analizləri kömək edib. Nəticədə məlum olub ki, az miqdarda qulançar cövhəri şəkərin səviyyəsini aşağa salsa da, insulinin istehsalına kömək etməyib. Lakin yüksək doza hər iki göstəriciyə yaxşı təsir edib.

    Qeyd etmək lazımdır ki, hələ 2006-cı ildə Böyük Britaniyada dərc olunan "British Medical Journal"-ın hesabatında qulançarın müsbət xüsusiyyətlərindən bəhs edilirdi. O zaman sübut edilmişdi ki, qulançar əzələlərdə və başqa toxumalarda şəkəri 81 faiz daha yaxşı mənimsəməyə kömək edir.

    alıntı
#26.11.2012 10:24 0 0 0
  • Onlar dostdur, ya düşmən? - sağlam olaq

    Antibiotiklərin zərərli olması barədə son vaxtlar mediada olduqca çox məlumat yayılır. İnsanlar antibiotiklərdən imtina edir, bir çoxları isə bu tip dərmanların orqanizmə zərərli olması barədə deyilənlərə inanmaqdadır. Bəs bu dərmanların insan orqanizmində dəhşətli fəsadlar yaratması, bütün vitamin ehtiyatını məhv etməsi doğrudurmu?

    Hər xəstəliyə antibiotik tətbiq etməli?

    Antibiotiklər zərərli bakteriyaların səbəb olduğu yoluxucu xəstəliklər zamanı daha tez yaxşılaşmağı təmin etmək üçün istifadə edilir. Dünya ölkələrində həkim reseptlərində antibiotiklər 5-ci və ya 6-cı dərəcəli dərman kimi, bizdə isə ən vacib preparat kimi yazılır. Bir qayda olaraq lazım oldu-olmadı ondan istifadə edirik.

    Mərkəzi Klinik Xəstəxananın həkimi Samirə Allahverdiyeva bildirir ki, antibiotiklərin allergiya yaratdığı üçün hər orqanizmə tətbiqi doğru deyil: "Elə antibiotiklər var ki, şok yaradır, hətta ölümə belə səbəb olur. Antibiotikin qəbulundan öncə mütləq sınaq tətbiqi edilməlidir, 0,5 ml. dərialtına yeridilməlidir, əgər sınağın yerində 5 dəqiqə ərzində heç bir əks göstərici yaranmırsa, demək, o orqanizm antibiotiki qəbul edir. Bu sınaq heç vaxt antibiotik qəbul etməyən insanlara tətbiq edilir. Çünki antibiotiklərin allergik xüsusiyyətləri çoxdur".


    Antibiotik vitaminləri məhv etmir

    Həkim bildirir ki, antibiotiklərin bədəndəki vitamin ehtiyatını məhv etməsi barədə deyilənlər doğru deyil: "Antibiotiklər yalnız bağırsaqda bəzi yararlı mikrobları öldürür. Bağırsaq çöpləri bizim orqanizmimiz üçün çox lazımdır, bu mikroblar orqanizmimizdə bizə zərər verən digər qrup mikrobları məhv eləmək missiyasını daşıyır. Yararlı bağırsaq çöpləri olmadıqda məlumdur ki, insan orqanizmi zəif düşür. Qida ilə birlikdə qəbul etdiyimiz mikroblar mədə-bağırsaq problemi yaradır, immunitetin çökməsinə səbəb olur. Bundan başqa orqanizmdə göbələk xəstəlikləri baş qaldırır. Hansı ki, orqanizmdə həmin göbələklərlə mikroblar tarazlıqda olanda heç bir problem olmur, amma biz antibiotiki çox içərək həmin mikrobları öldürürük. Antibiotiklə bərabər göbələk əleyhinə dərmanlar da qəbul edilməlidir, əks təqdirdə göbələk xəstəlikləri yaranır".

    Hansı xəstələrə antibiotik olmaz?

    Qeyd etmək lazımdır ki, antibotiklərin düzgün işlədilməsi zamanı baş verən fəsadlar da olur ki, bunlar bağırsaqların disbakteriozu, immunitetin zəifləməsi kimi problemlərdir. Həkim Könül Qarayeva isə məsləhət görür ki, əks təsirlər olmaması üçün antibiotiklər qəbul edərkən paralel şəkildə probiotiklər, immunitetin normallaşdırılması üçün vitamin kompleksləri qəbul edilməsi şərtdir:

    "Antibiotikləri yalnız həkim təyinatı üzrə qəbul etmək lazımdır, hər hansı bir aptekçinin məsləhəti ilə olmaz. Dozasını və müddətini həkim təyin etdiyi qaydada qəbul etdikdə antibiotiklər heç bir zərər vermir. Amma qeyd etmək vacibdir ki, bir sıra xəstəliklər və elə vəziyyətlər var ki, həmin hallarda antibiotiklərdən istifadə olunmasa yaxşıdır, əks halda bu insan həyatı üçün təhlükəli ola bilər. Hamiləlik və uşaq əmizdirilməsi dövründə, uşaqlarda, böyrək və qara ciyər çatışmazlığı olan xəstələrdə, növündən asılı olmayaraq bütün allergik xəstəliklərdə antibiotik tətbiqi qətiyyən yolverilməzdir".

    Azyaşlıların antibiotik köməyinə ehtiyacı var?

    Həkim Samirə Allahverdiyeva bildirdi ki, çox vaxt olmasa da, bəzi hallarda aşağı göstərici ilə uşaqlara da antibiotik tətbiqi mümkündür: "Amma mən bir həkim kimi bunun əleyhinəyəm və öz övladlarıma da tətbiq etmirəm. Antibiotik qəbul edəndə xəstəliklə orqanizm yox, dərman mübarizə edir. İnsanının immuniteti möhkəmlənmir. Çalışmaq lazımdır ki, orqanizm xəstəliklə öz gücü hesabına mübarizə aparsın. Antibiotiki o zaman qəbul etmək olar ki, bədən o xəstəliklə mübarizə edə bilmir. Hər xəstəlikdə qəbulu doğru deyil. Çünki orqanizm özü xəstəliklə mübarizə aparanda onu tanıyır, növbəti dəfə eyni xəstəlik baş versə, ondan qorunmağı bacarır. Amma antibiotik bu bacarığı məhv edir, bir növ orqanizmi tənbəlləşdirir".

    Müasir antibiotiklərin bir çoxunun çox yüksək təsirə malik olmasından danışan həkim "firma dərmanları" dediyimiz tipdən olan antibiotiklərin daha geniş yayılmasını da vurğuladı. O bildirdi ki, ənənəvi dərmanlar daha yaxşıdır: "Sovet dövründən istifadə edilən penisillin, ampisillin kimi antibiotiklər ən yaxşısıdır. Yeni antibiotiklərin tərkibində də onlar var. Antibiotiklərin konkret olaraq mikroba görə tətbiqi də vacibdir".

    Həkimin sözlərinə görə, xüsusi analiz nəticəsində bilinir ki, bədəndə olan hansı mikrob hansı antibiotikə həssasdır, antibiotiki bu nəticəyə görə yazmaq lazımdır: "Amma çox həkim bunu etmir, elə antibiotik yazır ki, geniş spektrlidir və bir neçə mikroba qarşı mübarizə aparır. Bu tip antibiotiklər isə lazımlı mikrobu da qırır, lazımsız mikrobu da. Mən daha çox Almaniya istehsalı antibiotiklərin tərəfdarıyam, bir də ənənəvi "sovet antibiotikləri" dediyimiz dərmanların".

    "Ölkədə satılan antibiotiklərin hamısı nəzarətdən keçib"

    Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən Milli.Az-a verilən məlumata görə, antibiotiklər çox böyük dərman qrupuna aiddir, onların tarixi 100 ildən artıqdır. Mərkəz rəsmisi bildirdi ki, antibiotiklər bütün dünyada geniş formada tətbiq edilir, mikrobların qarşısını ancaq onun vasitəsi ilə almaq olur: "Antibiotiksiz həyat mümkün deyil. Minlərlə xəstəliyin qarşısı məhz onların vasitəsi ilə alınır. Dünya nə qədər ciddi, qorxulu xəstəlikdən qurtulub, hamısı antibiotiklərin sayəsində. Amma, əlbəttə ki, hər bir dərman kimi, onun da həm müsbət, həm də mənfi cəhətləri var. Bütün dərmanların əks təsiri olur. Ölkəmizdə satışda olan bütün haloqramlı antibiotiklər yararlıdır, çünki onların hamısı həm kliniki, həm də laborator ekspertizadan keçirilir. Sertifikatlaşdırılır və qeydiyyatdan keçir".

    Sonda qeyd edək ki, əczaxanalardan antibiotikləri alarkən mütləq qaydada onların son istifadə olunma tarixlərinə diqqət yetirmək lazımdır. İstifadə vaxtı başa çatan antibiotiklərin qəbul edilməsi orqanizm üçün olduqca təhlükəlidir. Belə ki, apteklərin künc-bucağında qalmış və istifadə müddəti başa çatmış bir çox antibiotikin toksik təsiri kəskin şəkildə artır.

    alıntı
#26.11.2012 10:23 0 0 0
  • Allah enerjidirmi?

    Suаl: Bәzilәri dеyirlәr ki, Аllаh hәr yеrdә оlаn, görünмәyәn vә bütün мövcudlаrı хәlq еtмiş еnеrjidir. Bеlә bir tәrifi düzgün sаyмаq оlаrмı?

    Cаvаb: Аllаh-taаlаnı "еnеrji" аdlаndırмаq hеç vәchlә düzgün sаyılа bilмәz. Bеlә bir yаnаşма nәticәsindә "Аllаh"lа "tәbiәt" мәfhuмlаrı sәhv sаlınа bilәr. Аllаh bütün cәhәtlәrdәn sоnsuz bir vücuddur. О hәr yеrdә vаr vә tәbii мövcudlаrın sifәtlәrinә маlik dеyil. İslам аliмlәri әqidә vә din kitаblаrındа dәfәlәrlә хаtırlаtмışlаr ki, Аllаhı hәr növ маddi хüsusiyyәtlәrdәn uzаq bilмәk üçün "cisiм" vә "маddә" qохusu gәlәn kәlмәlәrdәn çәkinмәk lаzıмdır. Bu bахıмdаn, Аllаhа мünаsibәtdә "еnеrji" kәlмәsinin dә işlәdilмәsi yаnlışdır. Оnа görә dә dемәliyik ki, Аllаh-taаlа еnеrji dеyil, маddә vә еnеrjidәn üstündür, еlәcә dә, оnlаrın yаrаdıcısıdır.

    alıntı
#26.11.2012 10:21 0 0 0
  • Hz.Məhəmməd (s)-dan gözəl hədislər (31-ci hissə)

    1.Yalan danışan,vücudunda olan həqarətdən qeyri bir səbəbdən yalan danışmaz.Məsxərəyə qoyulmanın kökü yalançılara etimad etməkdir.
    2.Yalan nadürüstlüyə və azğınlığa çəkər.Nadürüstlük və azğınlıq isə oda aparar.
    3.Yalan -istər ciddi olsun ,istərsə də zarafatla-doğru deyil.Həmçinin ,kişinin öz övladına vəd verib onu yerinə yetirməməsi də düzgün deyil.Həqiqətən,doğru danışmaq yaxşılığa aparar,yaxşılıq isə cənnətə yönəldər.
    4.Vay olsun,camaatı güldürmək üçün yalan danışanın halına!Vay olsun,vay olsun ona!
    5.Yalançılıq üçün sənə hər eşitdiyini danışmaq yetər.
    6.("Bizlərdən birimiz nəyəsə meylimiz olsa və istəmədiyini desə,bu yalan sayılırmı?" deyə soruşan Əsma bint Yəzidə cavabından): "Yalan ,elə yalan olaraq yazılır,hətta kiçik yalan olsa belə, kiçik yalan olaraq yazılır."
    7.Bir gün Allahın Peyğəmbəri (s) bizim evimizdə oturmuşdu.Anam məni çağırıb dedi: "Gəl ,sənə bir şey verim."Allahın Peyğəmbəri ona buyurdu: "Ona nə vermək istəyirsən?" Ərz etdi: "Ona bir xurma vermək istəyirəm." Allahın Peyğəmbəri (s) anama buyurdu: " Bil ki,ona heç nə verməsən ,sənin ayağına yalan yazılacaq."
    8.Yalan üzüqaralıq gətirər.
    9.Yalan ruzini azaldar.
    10.Həqiqətən,üstüörtülü sözlərdə elə zərifliklər var ki,ağıllı insanı yalan danışmaqdan azad edər.
    11.İnsanın böyüklüyü onun dinindədir.
    12.Allah böyükdür və böyüklüyü sevər.
    13. "İnsanların ən istəklisi olmaq istəyirəm" deyən kişiyə cavabından):- "Heç vaxt Allahdan camaata şikayət etmə ki,insanların ən sevimlisi olasan.
    14.Hər bir qövmün böyüklərini əziz tutun.
    15.Allahın Peyğəmbəri (s) balınca söykənmişdi və Salman içəri daxil oldu.Peyğəmbər (s) balıncı ona verib buyurdu: " Ey Salman! Elə bir müsəlman yoxdur ki,müsəlman qardaşını görməyə getsin və ev sahibi ona hörmət olaraq balıncı qoyduqda ,Allah ev sahibini bağışlamasın.

    alıntı
#26.11.2012 10:19 0 0 0
  • Şəhadət meydanında qılınan namaz

    Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İmam Hüseynin (ə) silahdaşlarından təqribən 50 nəfəri düşmənin ilk həmləsini dəf edərkən şəhid olmuşdu. Qalanlar da bir-bir döyüş meydanına çıxıb savaşır və şəhidlik şərbətini nuş edirdilər.

    İmamın ətrafında Əhli-beyt üzvlərindən savayı, bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatdı. İmam Hüseynin (ə) silahdaşlarından biri - Əbu Sümamə Əmr ibn Abdullah Seydavi adlı səhabə üzünü o həzrətə tutub söylədi: "Ey Peyğəmbərin övladı! Səni öldür¬mək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı Sənin imam¬lığınla qılım". İmam Hüseyn (ə) vaxtı öyrənmək üçün səmaya baxdı, zöhr vaxtının çatdığını dəqiqləşdirib Əbu Sümaməyə buyurdu: "Namazı yadıma saldın. Allah səni namaz qılanların və Onu (yəni Allahı) zikr edənlərin cərgəsində qərar versin!".

    Şəhadət meydanında qılınan namaz

    Sonra İmam Hüseyn (ə) namaz qılmaq üçün düşməndən möhlət almağı tapşırdı. Onun istəyini qarşı tərəfə elan etdilər. Ömər ibn Sədin qoşununda sayılıb-seçilən cəngavərlərdən sayılan Husayn ibn Təmim namaz təklifini eşidəndə bağırdı: "Ey Hüseyn, sənin namazın Allah dərgahında qəbul olmayacaq!". İmam Hüseynin (ə) qocaman silahdaşı Həbib ibn Müzahir qəzəbli halda: "Allah Rəsulunun övladının namazı qəbul olmayacaq, amma sənin namazın qəbul olacaq?!" - deyə, onun üzərinə şığıdı. Həbibin zərbəsi ilə atdan yıxılan Husaynı silahdaşları aradan çıxartdılar. Həbib isə hücumu davam etdirib, düşmən səflərinin içinə daxil oldu.

    75 yaşlı Həbib aşura günündə düşmənin 60-dan artıq döyüşçüsünü məhv edib, Bədil Təmimi adlı bir xəyanətkarın zərbəsi ilə şəhid oldu. Həbib elə şücaətli idi ki, qatili onun başını kəsib, öz atının boynundan asmışdı və bununla fəxr edirdi.
    İmam Hüseyn (ə) sağ qalan səhabələrini iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə - Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) oxlardan və nizələrdən qoruyurdu.

    Şəhadət meydanında qılınan namaz

    Səid ibn Abdullah Hənəfi Kufədəkt Əhli-beyt tərəfdarlarının öncüllərindən sayılırdı. O, kufəlilərin dəvət məktublarından birini İmama çatdırmış, sonralar Müslimə beyət edərək, onun məktubunu Məkkəyə gətirib İmama təqdim etmişdi. Elə həmin vaxtdan Səid Məkkədə İmam Hüseynin (ə) hüzurunda qaldı, Kərbəlaya kimi onu müşayiət etdi. Aşura gecəsində İmam Hüseyn (ə) öz səhabələrinin boynundan beyətini götürüb, onları dağılışmağa dəvət edəndə Səid qətiyyətlə bildirdi ki, heç yerə gedən deyil və son nəfəsinə kimi İmamın uğrunda döyüşməyə hazırdır.
    Səid namaz zamanı özünü İmamın qarşısında sipər edib, atılan oxların qabağını bədəni ilə alırdı. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: "Ey Peyğəmbə¬rin nəvəsi, əhdimə vəfa etdimmi?" - deyə soruşdu. İmam ona belə cavab verdi: "Bəli, sən məndən də əvvəl cənnətə gedirsən". Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız-hesabsız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.

    İmam Hüseynə (ə) namaz vaxtının girdiyini xatırlatmış və o həzrətin xeyir-duasını almış Əbu Sümamə Əmr ibn Abdüllah Seydavi (və ya Saidi) isə döyüş meydanına yollanan axırıncı səhabələrdən oldu. Əbu Sümamə Kufədə Müslimin yaxın adam¬larından idi, onun üçün silah tədarükü görürdü. Müslim ibn Əqil şəhid olduqdan sonra Əbu Sümamə də şəhərdən qaçıb, özünü İmam Hüseynə (ə) yetirdi. Bəzi tarixçilər onun aşura günü təkbətək döyüşlərdə başından ağır yaralanıb huşunu itir¬diyini, qohumları tərəfindən müalicə olunduğunu və bir ildən sonra vəfat etdiyini yazıblar. Lakin daha dəqiq məlumatlara görə, Əbu Sümamə təkbətək döyüşlərin son mərhələsində meydana çıxıb, şücaətlə vuruşdu və öz əmisi oğlu Qeys ibn Abdullah tərəfindən şəhid edildi (onunla əmisi oğlu arasında çoxdan ədavət var idi).


    alıntı
#26.11.2012 10:17 0 0 0
  • Su içmək qaydaları və ədəbləri

    Suyu içərkən qabı sağ əldə tutmaq lazımdır.Gecələr suyu oturan vəziyyətdə ,gündüzlər isə ayaq üstə içmək məsləhətdir.İçdiyin zaman "Bismillah" ,qurtaranda "Əlhəmdulillah" de və heç vaxt su qabının qulpu olan hissəsindən və ya sınmış yerindən və bir də deşilmiş tərəfindən içmə,çünki o yerlər şeytanın yeridir.

    Su qabını sol əlində tutma.Əgər su qabı ilə başqa bir kəs də su içmək istəyərsə suyu üfürmə və onu soraraq və qurtum-qurtum iç.Heç vaxt ağzını doldurma,çünki bu cür su içmək ciyərlərin ağrısına səbəb olar.Əgər suyu içmək üçün qab tapmasan ağzını suya yaxınlaşdırma.Suyu əllərinlə iç.Rəvayətdə buyurulub:Su içmək üçün ən yaxşı qab əllərinizdir.Əgər suyu üç dəfəyə içsən,bu minvalla ki,hələ sudan doymamış ondan ayırılıb Allaha həmd və şükr edib yenidən su içməyə başlamalısan.Bu iş üç dəfə tıkrarlanmalıdır.Nəql ediblər ki,hər kəs suyu bu cür içərsə Allah təala cənnəti ona vacib edər.Əgər bu üç dəfəsinin əvəlində Bismillah və axırında Əlhəmdulillah desən o su ki,artıq sənin qarnına çatmışdır,Allaha təsbih deyər və onun bütün savabı sənə yazılar.Çox su içmə ki,bu,bir xəstəliklərin sənə tərəf yönəlməsinə səbəb olar

    Lakin rəvayətlərdə var ki, qarın tox olan zaman çoxlu su içilməsinin zərəri yoxdur.Amma başqa vaxtlarda suyun çox içilməsi düzgün deyil.Həmçinin ən yaxşı işlərdən biri də budur ki,su içəndən sonra İmam Hüsüyn(ə)ı və onun Əhli-beytini yada salıb onlara salam və o Həzrəti şəhid edənlərə lənət göndərəsən.Hər kəs bu işə əməl edərsə Haqq təala onun əməl dəftərinə yüz min savab yazar və onun yüz min günahından keçər və onun rütbəsini yüz min dərəcə yüksəldər və o, yüz min qul azad etmiş olar.Allah təala onu qiyamət günü şad edər və o,şəxs məhşərə arxayınlıqla gələr.


    alıntı
#26.11.2012 10:13 0 0 0
  • Aşura ziyarətnaməsi

    Salam olsun sənə, ey Əba Əbdillah (Əbdullahın oğlu)
    Salam olsun sənə, ey Allah elçisinin övladı
    Salam olsun sənə, ey Aliahaın seçdiyi və seçdiyinin oğlu
    Salam olsun sənə, ey möminlər əmirinin oğlu və ey vəsilər ağasının oğlu
    Salam olsun sənə, ey aləm qadınlarının xanımı Fatimənin oğlu
    Salam olsun sənə, ey Allahın intiqamını alan və ey Allahın intiqamını alanın oğlu! Ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq üçün bir kəs qalmadı!
    Salam olsun sənə və o ruhlara ki, sənin qarşında təzim etdilər.
    Sizin hamınıza məndən Allahın salamı olsun, nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır. Ey Əba Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar üçün böyükdür. Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür, yanıqlıdır. Allah lənət etsin o ümmətə ki, siz Əhli-beytə qarşı bu zülmün və amansızlıqların əsasını qoydular, Allahın sizin üçün müqəddər etdiyi məqam və mənzilətdən məhrum etdilər, uzaq saldılar. Allah lənət etsin o ümmətə ki, sizi qətlə yetirdi. Allah lənət etsin o kəslərə ki.sizə qarşı müharibənin müqəddiməsini işləyib hazirladı (şərait yaratdılar). Onlardan, onlara tabe olanlardan, dostlarından Allaha və sizə təbərri edirəm (sığınıram). Ey Əba Əbdillah, həqiqətən mən qiyamətə kimi sizinlə sülh-səfada olanlarla sülhdə, sizintə müharibədə olanlarla müharibədə olacağam. Allah lənət etsin Ziyad övladlarına, Mərvan övladlarına. Allah lənət etsin bəni-üməyyənin hamısına. Allah lənət etsin Mərcanın oğluna (ibni Ziyada), Allah lənət etsin Ömər ibni Sədə, Allah lənət etsin Şimrə, Allah lənət etsin o admlara ki, atlarını səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayıb, üzlərinə niqab saldılar, müharibəyə ciddi hazırlaşdılar.
    Atam-anam sənə fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağımın əcri və savabı çox-çox böyükdür. Sənin məqamını əziz edən və senin səbəbinlə məni əzizləyib ikramlı edən Allahdan istəyirəm ki, Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in Əhli-beytindən olan qalib Imamın (İmam Zamanın) önündə sənin intiqamını almağı mənə nəsib etsin. Ilahi, imam Hüseyn (ə) xatirinə məni dünya və axirətdə Öz yanında abırlı-həyalı, uca şanlı et! Ey Əba Əbdillah, həqiqətən mən səninlə dostluq, bu zülmlərin əsasını qoyan və bu əsasda hərəkət edən, sizə və sizin şiələrə qarşı zülm və cəfasını davam etdirənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm. Allahın dərgahında və sizin hüzurunuzda onlardan bezarlığımı bildirir, siz və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin düşmənlərinizdən, sizinlə müharibə edənlərdən, onların dostlarından və onlara tabe olanlardan bezarlıq etməklə, əvvəl Allaha, sonra isə sizə yaxınlaşmaq istəyirəm. mən sizinlə sülh edənlərlə sülh, müharibə edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət göstərənlərlə dost, sizinlə düşmənçilik edənlərlə düşmənəm. Siz və sizin dostlarınız barədə mərifət kəsb etmək səbəbilə məni kəramətli edən, düşmənlərinizdən bezarlıq etməyi mənə ruzi nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizin yolunuzda, əməli saleh, uca dərəcəli, qədəmlərimi sidq qədəmli, sabitqədəm etsin. Ondan istəyirəm ki, məni sizin Allah yanında malik olduğunuz bəyənilmiş məqama (məqami məhmuda-şəfaət məqamına) çatdırsın, Siz Əhli-beytdən olan hidayətçi, haqqı deyən aşkar İmamın (İmam Zaman əleyhissəlamın) önündə sizin intiqamınızı almağı mənə nəsib etsin.
    Allahı, sizin Onun yanında olan haqqınız, məqam və mənzilətinizə and verib, istəyirəm ki, sizə matəm saxlamaq müqabilində mənə ən yaxşı xeyir əvəzi versin, elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, İslamda, həmçinin bütün asimanlarda və yerdə əsər-əlamət qoyan necə də böyük müsibətdir. İlahi, məni bu məqamda o kəslərdən qərar ver ki, Sənin tərəfindən ona salavat, rəhmət və məğfirət şamil olur. İlahi, həyatımı Muhəmməd və Ali Muhəmmədin həyatı kimi, ölümümü Muhəmməd və Ali Muhəmmədin ölümii kimi qərar ver. İlahi, həqiqətən bu gün elə bir gündür ki, bəni üməyyə, ciyər yeyənin oğlu, Sənin və Peyğəmbər (s.ə.a.v)-in dilindən o həzrətin dayandığı, iqamət seçdiyi hər bir yerdə lənətlənən məlunun oğlu sevinmiş, bayram keçirmişdir. Ilahi, Əbu Sufyana, Muaviyəyə, Yezid ibni Muaviyəyə lənət et. Sənin ebədi lənətin onlara olsun! Bu bir gündür ki, Ziyad övladları, Mərvan övladları Hüseyn (ə)-ı öldürməklə xoşhal olmuşdur. İlahi, öz lənət və dərdli əzabını onlara iki qat artır!
    Ilahi. Mən bu gündə, bu məqamımda və həyatımın bütün günlərində onlardan bezarlıq edib lənət göndərməklə, Sənin Peyğəmbərinə və onun övladlarına (salamullahi əleyhim) məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşıram. (100 dəfə) - llahi, Muhəmməd və Ali Muhəmmədin haqqına zülm edən ilk zülmkara və bu zülmdə onlara tabe olan sonrakı zülmkarlara lənət et! Ilahi, imam Hüseyn (ə)-la müharibə edən, onun qətlində bir-birinə kömək edib, əlbir olan və bir-birinin ardınca gələn düşmənlərə lənət et! İlahi, onların hamısına lənət et! (100 dəfə) - Salam olsun sənə, ey Əba Əbdillah və salam olsun o ruhlara ki, sənin qarşında təzim etmişlər. Bizdən sənə Allahın salamı olsun, nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır. Allahdan istəyirəm ki, sənin bu ziyarətini mənim son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibnil Hüseynə, Hüseynin övladlarma, Hüseynin səhabələrinə. ilahi mənim lənətimi (Muhəmməd və Ali Muhəmmədin haqqını qəsb edərək onlara zülm edən) ilk zalıma məxsus etl Əvvəlcə ilk zalımdan başla, sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, beşinci yerdə Yezidə lənət et! Übeydullah ibni Ziyada, Mərcanənin oğluna, Ömər ibni Sədə, Şimrə, Əbu Sufyan övladlarına, Ziyad övladlarına, Mərvan övladlarına Qiyamət gününə kimi lənət et! (Səcdəye gedərək)
    Ilahi, Sənə həmd-səna edirəm, Əhli-beytin müsibətində iştirak edənlərin Sənə şükür, həmd-səna etməsi kimi, Allaha həmd-səna edirəm müsiybətimin böyüklüyünə görə. İlahi, İmam Hüsevn (ə)-ın şəfaətini mənə qismət et, məni, Öz dərgahında Hüseyn (ə) və onun səhabələri ilə birlikdə, əməli saleh, uca məqamlı. həqiqət axtaran, qədəmlərəmi sidq qədəmli, sabitqədəm et. Elə səhabələr ki, öz ruhlarını (yaxud qəlblərini pak qanlarını) Hüseyn (ə)-a fəda etdilər.

    alıntı
#26.11.2012 10:11 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage

    Təzəpir məscidində qanvermə aksiyası keçirilib

    Aşura günü münasibətilə Təzəpir məscidində qanvermə aksiyası keçirilir. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə, onun müavinləri Hacı Salman Musayev və Hacı Sabir Həsənli də aksiyada iştirak edərək qan veriblər.

    A. Paşazadə jurnalistlərə açıqlamasında bütün əzadarlara başsağlığı verib: "Biz Aşura gününü daha çox hiss edirik. Çünki İmam Hüseynlə (ə.s.) birlikdə bizim Qarabağ boyda böyük dərdimiz, şəhidlərimiz var. Biz şəhidliyin nə olduğunu çox yaxşı bilirik. Allah bütün şəhidlərə rəhmət eləsin".

    Şeyxülislam təklif edib ki, gələcəkdə Səhiyyə Nazirliyi qanvermə ilə bağlı xüsusi proqram hazırlasın: "Yəni, insanlar təkcə Aşura günü deyil, başqa günlərdə də - bütün il ərzində İmam Hüseyn (ə.s.) yolunda, şəhidlər yolunda niyyət tutaraq qan vermək istəsə, bunu edə bilsin. Bəzən bizə Avropada, başqa yerlərdə xor baxırlar, deyirlər ki, bu insanlar başa düşmür, qan çıxarırlar. Əslində, Şəriətdə belədir ki, istər başqasına zərbə vur, qanını çıxar, öldür, istərsə də öz qanını çıxar, ikisi də eyni günahdır. Ona görə də, ən yaxşısı ehtiyacı olanlara qan verməkdir".

    Qanvermə aksiyası davam edir.

    Qeyd edək ki, Aşura mərasimləri ilə əlaqədar Bakıda altı məsciddə və bir ziyarətgahda, bölgələrdə isə altı məsciddə QMİ-nin xətti ilə qanvermə aksiyası keçirilir. Vətəndaşlar Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyasına qoşula bilərlər.

    Qaynaq:lent.az
#26.11.2012 09:34 0 0 0
  • Xeberler - Medeniyyet xeberleri

    noimage

    Türk dünyasının məşhur film sənətçisi Türkan Şoray Bakıdadır.

    Lent.az-ın məlumatına görə, türkiyəli sənətçi İstedadlı və Yaradıcı Gənclərin İkinci Respublika Festivalında iştirak etmək üçün ölkəmizə gəlib.

    Tədbirin açılış mərasimində çıxış edən T. Şoray qeyd edib ki, azərbaycanlı gənclərlə bir olmaqdan məmnundur: "Qardaş Azərbaycanda olduğum üçün çox sevinirəm. Ölkənizin yaradıcı gənclərinə bu cür diqqət və qayğı göstərilməsi sevindirici haldır. Bu, məni də çox sevindirir. Bu gün 16:00-da sizinlə birgə olacağam. Uzun illər kino üçün yaşadım. Bugünkü görüşdə də kinodan danışacağıq".

    Türkiyəli sənətçi xalq artisti Yaşar Nurinin vəfatı ilə bağlı xalqımıza başsağlığı verib: "Bir neçə gün öncə Azərbaycanın dahi sənətkarı Yaşar Nuri vəfat etdi. Dahi sənətkarın vəfatı ilə bağlı onu sevənlərə, bütün Azərbaycan xalqına başsağlığı verirəm".

    Jalə
#26.11.2012 09:31 0 0 0
  • Mehşurlar

    noimage

    Rəqqasə Fatimə sosial şəbəkədə yeni şəkillərini paylaşıb. Lent.az-ın məlumatına görə, rəqqasə "Facebook" paylaşdığı fotolarına maraqlı şərh də yazıb: "Bu şəkillər yerli telekanalların birinin film çəkilişləri zamanı çəkilib. Bu filmdə məndən başqa, əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Əlikram Bayramov, Sevda Sonalıyeva, skripkaçı Səlim Abbasov və digərləri də var. Düşünürəm ki, gözəl film ərsəyə gəlib. Yaxın zamanda sizlər də bu filimi görəcəksiniz".


    Yalçın Süleymanov

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#26.11.2012 09:29 0 0 0