Soyuqdəyməni müalicə etmək üçün dərman qəbul etməyin.
Ən azı 1-2 gün istirahət edin.
Bol maye qəbul edin. Cökə, adaçayı, nanə, limon çaylarına üstünlük verin.
Mandarin, portağal, kök, qreypfrut kimi meyvələr və hər növ tərəvəz yeyin.
Tərkibinə kök, kartof, kərəviz, soğan, cəfəri vurulan sulu şorbalar soyuqdəymə zamanı faydalıdır.
Otağınızı nəm saxlayın, radiatorlara su qabları qoyun.
Hərarətiniz yüksəkdirsə, həkimə müraciət edin.
Uşaqların istər fiziki, istərsə də psixoloji inkişafında oyunun rolu böyükdür.
Bu baxımdan uşaqların yaşadıqları mənfi və ya müsbət hadisələr onların oynadıqları oyunda da özünü göstərir.
Uşağın stresi, daxili dünyasındakı çatışmazlıqlar, qorxu və qayğıları müxtəlif oyunlarla müalicə edilə bilər. Hətta yaşadığı sıxıntılı hadisələrdən azad olmaq üçün oyun onun üçün "çıxış yolu" da ola bilər. Buna görə də çox vaxt mütəxəssislər psixoloji travma keçirən uşaqlar üçün oyun terapiyası tətbiq edirlər.
Oyunun uşaqlara göstərdiyi müsbət təsirlərdən biri də onun sosial inkşafını sürətləndirməsidir.
Uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, tanışlar qazanırlar. Uşaqlar eyni zamanda oyunun köməyi ilə dostlarını tanıyır, onların sevdikləri və ya sevmədikləri xüsusiyyətləri öyrənirlər. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, stresdən yaxa qurtarmaq, problemləri həll etmək və liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər.
Oyundan kənarda qalma uşaq üçün psixoloji baxımdan travmaya çevrilə bilər. Belə uşaqlar yaşıdlarına qarşı daha təcavüzkar olurlar.
Ata-analar da uşaqları ilə oyun oynayaraq aralarındakı ünsiyyəti möhkəmləndirməlidirlər.
Oyuncaq seçiminə gəldikdə isə onlar uşağın yaşına uyğun olmalıdır. Bundan ötrü oyuncağı aldıqdan sonra istifadə qaydalarını çox diqqətlə oxuyun. Sınıb-dağılmış oyuncaqları saxlamayın. Oyuncaqları tez-tez təmizləyin. Üzərində "CE" işarəsi olmayan oyuncaqları almayın. Bəzən orijinal olmayan oyuncaqların üzərində də "CE" işarəsinin olduğunu unutmayın.
Mimikalarımız, bizi hisslərimizi izah edən ən əhəmiyyətli dialoq ünsürlərindəndir. Bir baxış, bir göz qırpı və bir qaş qaldırmanın təqdim etdiyi mənaları yox saya bilmərik. Həm gözəlliyiniz həm də azad mimikalarınız üçün, seyrək qaşlardan şikayət etməyə son veririk.
Klassikləşmiş və bir çox adamın bildiyi, qaşın seyrək olduğu bölgəyə sarımsaq sürmə üsulu, qoxulu və cansıxıcı olduğu üçün gündəlik həyatda rahatlıqla tətbiq oluna bilmir. Sarımsaq olmadan da istədiyiniz qaşlara sahib ola bilərsiniz.
Acı badam gözünüzə zərər verə bilər
İlk təklifimiz, duşdan sonra tətbiq olunması lazım olan nəmləndirici və bəsləyici xüsusiyyətə sahib olan şirin badam yağı və hind yağı qarışığıdır. Bu iki möcüzə yağı bir çay qaşığı qədər qarışdırdıqdan sonra, təmiz bir pambıq köməyiylə qaşlarınıza diqqətli bir şəkildə sürtün. Bir saat qədər gözləyin və gül suyu ilə təmizləyin. Nizamlı bir şəkildə tətbiq etdiyiniz təqdirdə faydasını görmüş olacaqsınız. Ancaq şirin badam yağı istifadə etdiyinizdən əmin olun. Çünki acı badam yağı göz ətrafınıza və gözünüzə zərər verə bilər.
Ayrıca qaşlara fındıq yağı sürmək də, həftədə ən az üç gün nizamlı bir istifadədən sonra faydalı olacaq bir üsuldur.
600 q təmizlənmiş boranı
1 armud (çərdəyi çıxarılmış)
zeytun yağı
1 orta boy soğan
1 razyana kökü
1 kərəviz budağı
2 diş sarımsaq
1,5 ç.q. çin qarışığı (şüyüd, cirə, mixək, darçın, biyan)
2 fincan toyuq bulyonu
1 portağalın şirəsi
xama
boranı tumu (üstünə)
sürtgəcdən keçirilmiş pendir
Boranı və armudu kubik doğrayıb zeytun yağında 10 dəqiqə, boranı yumşalanacan qovurun. Azca su əlavə edə bilərsiniz.
Dərin, dibi qalın tavada 1 x.q. zeytun yağını qızdırıb soğanı 5 dəqiqə qovurun, doğranmış razyana kökü, kərəviz kökü, əzilmiş sarımsaq və duz əlavə edin.
Qarışdıraraq 5-8 dəqiqə, yumşalanadək qovurun (qızartmayın). Çin qarışığını, duz, istiot və boranı ilə armudu əlavə edin. Bulyon və portağal şirəsi tökün, vam odda 15 dəqiqə bişirin.
Şorbanı blenderdə xırdalayın. Duz-istiotunu yoxlayın. Boşqablara çəkin. 1 x.q. xama qoyun, sürtgəcdən keçirilmiş pendir və boranı tumları səpin. (Boranı tumlarını sobada quruda, yaxud tavada qovura bilərsiniz).
Uzun dırnaqları sevən amma heç cür uzatamayan qadınlar üçün ən praktik üsulu təqdim edirik. Elə sizin üçün dırnaq uzatmanın ən təbii üsulu ...
Qadınlar üçün əllər və dırnaqlar zerifliğin simvoludur. ...Yaxşı bir şəkildə baxıb, uzattığımız dırnaqların, biri qırılınca hamısını kəsmək məcburiyyətində qalarıq.
Dırnaqların qırılmaması üçün təbii üsullara müraciət edin.
Hər axşam yarım limona dırnaqlarınızın ucunu batırıb 5-10 dəqiqə qədər gözlədin. Dırnaqlarınızın güclənməsi üçün bu əməliyyatı həftədə ən az üç dəfə təkrarlamanız lazımdır.
Limon dırnaqları bəsləyir, qat-qat ayrılmasını mane olar və qırılmasını önləyər.
Mandarinli manna halvası terifi - Mandarinli manna halvasının hazırlanma qaydası
Tərkibi:
jele:
0,5 st. + 5 x.q. mandarin şirəsi
1,5 x.q. şəkər tozu
2 yarpaq jelatin
kifayət edəcək qədər buzlu su
halva:
2 st. mandarin şirəsi
2 x.q. şəkər tozu
1 st. manna
1 x.q. kərə yağı
2 mandarin
Jele üçün: mandarin şirəsi və şəkəri qaynadın. Jelatin yarpaqlarını yumşalması üçün buzlu suda isladın. Sudan çıxarın, qarışdıra-qarışdıra mandarin şirəsinə əlavə edib ocaqdan götürün (qaynatmaq olmaz). Bu qarışığı bir qabın içinə 2 sm qalınlıqda tökün. Soyuq yerdə saxlayın.
Halva üçün: mandarin şirəsilə şəkər tozunu qazana tökün, ocağın üstünə qoyun, qaynadın. Başqa qazanda kərə yağını əridin, mannanı əlavə edin, rəngi dəyişənədək qovurun. Qaynayan mandarin şirəsini əlavə edib 30 saniyə qarışdıraraq bişirin. Dilimlənmiş mandarinləri də əlavə edin, ehtiyatla qarışdırın, ocaqdan götürün. Tavanın qapağını örtün, 10 dəqiqə dəmlənsin. Sonra halvanı buluda 2 sm qalınlıqda yayın. 1 saat buz dolabında saxlayın.
Süfrəyə verərkən stəkanın köməyilə halva və jeledən dairələr kəsin, üst-üstə 4 qat düzün, zövqünüzə görə bəzəyin.
Səni gozləyirdim hər an hər dəqiqə amma bilirdim ki gəlməyəcəksən.Sadecə ozumə ümüd verirdim bəlkə bugun bəlkə sabah.Amma hər gün beləcə keçirdi sən isə gəlmirdin.
Amma mən yenədə gözləməkdən heç bezməzdim.Açılan hər səhərdə gələcəyini fikirləşdim amma yenədə gəlmədin.
Gecələri bir ümüdlə yatib səhəri isə gələcəkdir deyə ayilırdım.Yanimda olmasan belə amma mən elə hiss edirdim ki sən her an,her deqiqə mənimləsən.Siman hec gözümün önündən getmirdi,hər yerə cixarkən elə bilirdim sadecə səni görəcəm.
Amma evə qayitdıqda üzülərək qayıdırdım sonra isə öz-özümə deyirdim.
Üzülmə görəcəksən o qayidacaq sonra isə anlayırdım ki sadecə bu özümə verdiyim ümüdlər idi.
Sünü gülüşlərdən bezmişdim.Hər kəs elə bilirdi ki çox xoşbəxtəm amma əksinə idi.
O,gözəl gülüşlərimin arxasında qəmgin bir insan var idi.Öz gülüşümə özümdə heyran idim.Sanki rol oynayırdım.
Oynadığım rol isə belə idi.İsdəmirdim kimsə qemgin olduğumu anlasın,isdəmirdim kimsə bilsin gözlədiyim bir şey olduğunu amma o,gözlədiyim şeyin olmamasını.
Hər zaman güclü idim bəlkədə mənə baxib deyirdilər cox güclüdür hər zaman gülümsəyir.Amma sadecə bunların süni bir şey olduğunu bilmirdilər.
Bax səni beləcə gözləyirdim.
Amma gəlmirdin artıq hər gün ümüdlərdən yorulmuşdum daha gözləmək belə isdəmirdim.
Son sözün səni sevirəm!
Amma hər musiqidə hər şəkillərdə səni xatirlayırdım.Yandırdığım şəkillər,sənə aid musiqiləri yox etmək sadecə bunları bacarırdım.
Səni gördüyüm yerlərdən keçərkən donub qalırdım saatlarla oturub ağlamaq isdəyirdim,yenədə bu yerlərdə seninlə bir oturmaq isdəyirdim.
Amma nə fayda sadecə bunlar mənim düşündüklərim idi.Əl-ələ gedənləri görərkən sadecə ağlamaq isdəyirdim durub doyunca onlara baxardım.
Yadıma düşərdi əlimdən tutmaq isdəməyin amma men icazə vermezdim.Amma indi üreyim bir şey deyir kaş o,günlər indi olaydi hec seni qırmazdim aci sözlərimlə qəlbinə dəyməzdim.
Hər zaman dediyini edərdim.Sözündən heç cıxmazdın dəlim dəlim deyirdin amma səninçün agıllı bir qız olardım.Amma nə fayda sən yoxsan bu həyatdaa yoxsan!!
Səninçün çox darıxıram ,o günlərin yenidən gəlməsini isdəyirəm amma olmur sen qayıdmiırsan.
Tək buraxmıyacam deyərdin bəs nə oldu niə getdin niəə.Bir öləcəyik deyirdin bəs nə oldu niə məndən qabaq getdin ikimzdə bir gedəcəydik axı söz vermişdik.
Deyirdin hec vaxt üzülmə her zaman üzün gülsün çünkü sən qəmgin olanda çox pis oluram.Bax qəmginəm sən yoxsan,neyimə gərək üzümün gülməsi.Sadəcə yuxularımda gülürəm çünki sən orda yanımdasan.Mən olmasam belə üzülmə ağlama deyirdin mənə amma bax olmur.
Kaş ayrilaydıq,kaş biləydim başqa sevdiyin var,amma təki heyatda olaydın yaşayaydın.Bax o, zaman sadecə sənə aciğım tutardı amma yenədə bileydim ki,heyatdasan xoşbəxtsən.
Son sözün səni sevirəm!
Hər şeyə aciğım tutur elə bilirəm ki,özün getmisen hətda şəkilləri sənə aid olan hər şeyi yox edirəm amma sonra anlayıram ki,sən özün getməmisən ki.
Amma bir gedecəyimizə söz vermişdik nə oldu o söz niə getdin ki.
Heçnə deyə bilmədim sadecə içimdə çəkdim bunları hər gün niə ümüdlə yaşayırdım niə elə bilirdim ki,gələcəksən axi gəlməyəcəkdin.
Sadecə beynimdə bunlar qalib səndən mənə xatirə.
Səni Sevirəm canimdan artiq,Bax şirinim heç vaxt üzülmə oldumu,Səni küsdürəndə cox şirin olursan,Daha gözəllərinə layiqsən,Unutma burdada bir olmasaqda o,biri dunyada bir olacayıq,Ömrümün axırına qədər səni sevəcəm.
Bax hamısı yadımdadır Bu isə heç çıxmır yadimdan O,Biri Dünyada Bir Olacağıq!!!!
Iki il əvvələdək həyatında hər şey başqa cür idi.Xoşbəxt olmaq üçün səbəbləri o qədər çox idi ki...Sevdiyi qızla uzun mübarizədən sonra ailə qurmağa nail olmuş, bu sevgidən dörd övladı dünyaya gəlmişdi.İki oğul və iki qız atasıydı Azad.Həyat yoldaşı Aygül evdar qadın idi.Onun işi evdə uşaqların tərbiyəsilə məşğul olmaq və əri işdən qayıdınca onu mehriban, xoş üzlə qarşılamaqdan ibarət idi. Hələ onun ev işlərindən, uşaqların dəcəlliyindən şikayətləndiyini də eşidən olmamışdı.Mehriban ailə idilər. Azyaşlı uşaqların hər birinin arasında bir, ya iki yaş fərqi olardı.Sonbeşiksə hələ körpəydi.Atasının adını vermişdi sonbeşiyinə Azad..Həyat yoldaşı Aygüllə bir sinifdə oxumuşdular.Onların eşq macərası məktəbli ikən başlamışdı.Azadgilin ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Aygülgilə elçi getməyə hazır deyildilər.Orta məktəbi bitirən kimi sevdiyi qıza çox yerdən elçilər gəlməyə başladı.Aygülün atası Oruc kişinin gələn elçilərdən birini gözü tutub "Hə" cavabı vermək istəyirdi ki, Azad bundan duyuq düşdü və elə böyük elçilik günü Aygülü qaçırdı.Heç qızın xəbəri də yox idi Azadın bu "qaçırma planı"ndan.Onun üçün gözlənilməz olsa da özünün də ürəyindən olmuşdu.Yaşları rəsmi nigaha düşməyən bu iki gəncə el adətiylə Azadın valideynləri toy etdilər.İnsafən Oruc kişi də onlara mane olmadı.Mərdimazarlıq edib polisə də şikayət etmədi..Bəlkə də öz gəncliyini xatırladı.Axı o da bir zaman Aygülün anası Zərrintacı qaçırmışdı..
Övladlarını çox sevirdi.Böyük uşaqlar dörd yaşlı əkizlər Salehlə Taleh idi.Ortancılı, iki yaşlı qızı Leyla, atasının adını daşıyan sonbeşiksə Murad idi.Qırxı təzə çıxmışdı..Səkkizinci sinifdən çıxıb peşə məktəbində oxuduğu vaxtdan zəhmətə alışıq idi Azad.Əlinin zəhmətilə ailəsini dolandırardı.Gecəsini gündüzünə qatıb işləyirdi ki, ailəsinin heç nəyə ehtiyacları olmasın.Elektrik idi.Pis dolanmırdılar..Son günlərdə isə Azadı çox fikirli görürdi Aygül.
-Sənə nə olub Azad.Niyə fikirlisən?
-Yox.Fikirli deyiləm.Sadəcə çox yorğunam.Uşaqlar da böyüyür.Onların qayğısı artdıqca daha çox işləməliyəm.
-Sənə əvvəldən deyirdim.Yenə də deyirəm.Salehlə Talehi bağçaya qoyaq.Mən də işləyim.
-Olmaz!Tutaq ki onları bağçaya qoyduq.Bəs Leylayla Murad necə olsun?
-Onları da anamgil saxlayar.
-Nə vaxta qədər saxlayacaqlar?Öz problemimizi özümüz həll etsək yaxşıdır.Ana, atalarımızın köməyindən ömür boyu istifadə edə bilmərik ki..Həm də Murad çox körpədi.Nə isə, bu fikri başından çıxar..
-Necə çıxarım, səni belə fikirli görəndə, həm də bizə görə çox yorulduğunu bilə-bilə necə rahat olum..-ağlamsındı.
-Aygül, dayan..Qulaq as..Bayaq mən sənə əsl həqiqəti demədim.Üzülməni istəmədiyimçün yavaş-yavaş, səni alışdıraraq demək istəyirdim.Sizin dolanışığınız üçün narahat olmamın səbəbi başqadır..
-Nədir səbəb?İşdən çıxmısan?Ya çoxlu borcun var?
-Aygülll, heç biri deyil.Sakitcə qulaq as..Özün də ağlama..
-Yaxşı, bir söz deməyəcəm.Sən danış.Mənə fikir vermə..
-Mən üç gün sonra Qarabağa gedirəm..Öz istəyimlə, könüllü...
-....-Aygülün danışmağa halı yox idi.Gözlərinin yaşı dayanmırdı.
-Bilirəm, deyəcəksən ki, ağılsızlıq edirəm.Bu qədər külfəti başsız qoyuram..Məsuliyətsizəm..Amma bacarmıram.Belə sakit dayanıb baxa bilmirəm..Getməliyəm..Bir söz de.Nə istəyirsən de.Danla məni.Amma susma.Sizə əsgər ailəsi kimi kömək edəcək dövlət.Buna inanıram.Əgər şəhid olsam, şəhid ailəsi kimi də maddi yardım alacaqsız..
Azad elə danışırdı ki, sanki gələcək həyatını kino lenti kimi seyr edib qısaca məzmunu Aygülə nəql edirdi..
-Hələ üç gün vaxtımız var..Uşaqlara da heç nə deməyək.Onsuz da hələ müharibə nə demək olduğunu anlamırlar.Heç olmasa harasa gedəcəyimi deməyək.
...İki il keçmişdi..Hər günü, hər dəqiqəsi bir ilə bərabər olan, sonu bilinməyən əsirlik həyatının iki ili geridə qaldı.Daha nə qədər davam edəcək, kimsə bilmir.Bir zaman valideynlərilə Şuşaya yay tətilində dincəlməyə gələn Azad indi burada əsir idi.Şuşanın özü kimi əsir idi o da..Əsirlikdə qaldığı qısa müddətdə o qədər iyrəncliklərlə qarşılaşmışdı ki..
Bu yaxınlarda Kəlbəcərdən əsir düşmüş bir qocanı günün günorta çağı hamının gözü qarşısında güllələdilər.Öldürmək üçün də bəhanələri bu oldu:-guya qoca, yumurta oğurlayıbmuş.Halbuki yerindən tərpənməyə heç halı yox idi bədbəxtin.Onunla eyni kənddən olan Mehdi kişini də döyə-döyə öldürdülər..
Əsir düşəndən bir neçə ay sonra Ağdamın bir kəndindən 16 nəfər əsir gətirmişdilər.Onlardan birinin başına nə oyun açmadılar, ilahii..O ki, var döydükdən sonra isladıb, böyük soyuducuya saldılar.Soyuducuda donub ölmüşdü yazıq.Füzulidən olan Vaqifi də soyuducuya salıb dondurdular.. İlqarın ölümü isə təzə olduğu üçünmü, ya ən dəhşətli ölümlərdən olduğuna görəmi hələ də gözlərinin qarşısından getmirdi.Əsir yoldaşları da onun dəfnindən bəri dinib-danışmır, sanki hər biri özünü günahkar sayırdı onun bədbəxt taleyində..19 yaşı hələ tamam olmamışdı İlqarın.Yazıq bərk xəstə idi.O qədər halsız idi ki, bir gün işə çıxa bilmədi.Qızdırmanın içində yerində halsız uzanmışdı.Baş nəzarətçi Slavik onu döyə-döyə kameradan çıxardı.Düz bir həftə ona olmazın işgəncələr verdilər.Yalnız can verəndə həkim çağırdılar.Həkim ona heç əlini də vurmadı.Bircə onu dedi ki, xəstəyə sistem qoşulmalıdır.Təbii ki, sistem qoşulmadı.Vaxtilə həkim işləmiş, indi isə əsirlər üstündə qeyri-qanuni əməliyyatlar aparan (orqan götürən) Qor adlı bir erməni tez-tez əlində silah əsirlərin üzərində nəzarətçi də dururdu çox zaman.Qor dedi ki, indi mən onu müalicə edəcəyəm.Bir zaman xəstələrə həyat verən Qorun ürəyinə rəhm düşdüyünə ümid bağlayan əsir yoldaşları onun İlqarı sağaldacağına əbəs yerə ümid etdilər.Çox keçmədən gördükləri səhnə hamının içini sızlatdı.Hər gün gördükləri və alışdıqları səhnə olsa da can verən insana qarşı bunu edə biləcəkləri ağlasığmaz idi.Onsuz da bəbəxt ölür də, daha nə istəyirsiz onun nəfəsi kəsilməkdə olan quru bədənindən, ay namərdlər? Qor əvvəl İlqarı var gücü ilə təpiklədi. Üzünə tüpürdü.Sonra gətirdiyi araq butulkasını heç vaxt içki içməyən İlqarın ağzına dayadı və iyrənc səsi ilə üstünə qışqırdı:
-İç, iç də, nə gözlərini ağardırsan?İç, iç, iç böyük Ermənistan imperiyasımnın sağlığına.İç, köpək oğlu, iç..Qor İlqarın başına bir neçə təpik də vurub gedəndən sonra Rasel adlı tibb bacısı gəldi.Soyuqqanlılıqla soruşdu:
- Hələ gəbərməyib?-deyib o da İlqarın qarnından iki təpik vurdu.Rasel çox hiyləgər və əxlaqsız qadın idi.Xoşu gələn əsirlərlə cinsi əlaqədə olar və tezliklə də onları aradan götürtdürərdi.İlqara son nəfəsində nə əzab verdi, onu yer-göy götürməzdi.İlqar baxa-baxa dünyasını dəyişdi.Danışa bilməsə də əzab yağan baxışları onun əvəzinə fəryad edird.Bu zülmdən qurtulmaq üçün yalvarırdı bir zaman gənc qızların qəlbinə od salan baxışları.. O odlu baxışlardan indi də əsir yoldaşlarının qəlbinə od düşmüşdü.Hər kəs onunla birlikdə ölüb canlarını qurtarmaq istəyirdilər.Kim bilir sabah, ya bir neçə saat sonra İlqardan pis hala düşməyəcəyini?Yazıq İlqar elə arzularla yaşayırdı ki..Deyirdi mexanizator işləmişəm.Qardaşım da briqadirdir.Evimizdə pul imkanımız da var.Bilmirəm məni niyə qurtarmırlar.(Atəşkəsdən əvvəl əsir düşənlərin ailələri ermənilərlə dövlətin vasitəçiliyi olmadan belə əlaqə saxlayıb külli miqdarda pul verərək əsir yaxınlarını qurtara bilirdilər) İlqarın ölümü Azadı çox sarsıtmışdı.Bir az da fikirləri qarışdı..Beynindən bu fikir çıxmırdı: "İlqarın ölümü kimi dəhşətli ölümdənsə öz ölüm fərmanımı özüm yazsam daha yaxşı olmazmı?" Onu qorxudan ölmək deyil, yavaş-yavaş, "it zülmüylə" ölmək idi.Fiziki əzabdan daha çox yavaş-yavaş ölməkdən qorxurdu.Bu itoğlular adamı rahat ölməyə qoyurlar ki?Ən dəhşətli filmlərdə belə bunların ölüm üsulları göstərilməyib.Bu üsullar ancaq və ancaq erməni əclaflarına aiddir.Başqa heç kim bunu nə tətbiq edə, nə də ağıllarına belə gətirə bilməz..
Bir yandan güclü fevral soyuğu, bir yandan da İlqarı yuxuda görməsi Azadı keyləşdirmişdi.
Heç bir işə əli yatmırdı..
Yuxuda gördü ki, İlqar onu Beyləqandakı evlərinə qonaq aparır.Özü də çox sevinir..Qəribə yuxu idi.Azad yuxuda da olsa İlqarın öldüyünü bilirdi.Elə hey soruşurdu: - "İlqar, sən axı ölmüsən.Bura necə gəldin?" İlqarsa onun sualına əhəmiyyət vermədən yol boyu yadına düşən lətifələrdən danışırdı ki, Azadın başı qarışsın, darıxmasın bu uzun yolda..İlqarı yuxuda sevincli görməsini özü belə yozdu:Yazıq qardaşım, indi yerin rahatdır yəqin.Sənin kimi bu dünyada zülm çəkənlərin o biri dünyada yeri Cənnətdir, deyirlər.. Burda İlqarın ən yaxını o olmuşdu.Əsirlər içində yaşca ən kiçiyi İlqar idi.Böyüklər onu özlərinə oğul bilirdi.Azadsa böyük qardaş kimi arxa durmağa çalışırdı.Burda hamının vəziyyəti eyni olsa da, heç olmasa işlərinin bir hissəsini görməkdə kömək edirdi. Bu şirin yuxudan heç ayılmaq istəməsə də nəzarətçinin təpiyi onu oyatdı..Elə bildi yenə Qordu, ya da Slavik. Gözlərini açandasa nifrətdən özündən asılı olmadan yerə tüpürdü..Bu "İ." idi.Bir neçə ay əvvəl döyüş zamanı silahını yerə qoyub ermənilərə könüllü təslim olan satqın "İ." Burda əsirlərin hamsı ona Qordan çox nifrət edirdilər..
-Qalx, qalx ayağa köpəyoğlu..-günorta olub, sən hələ yatırsan??
-...-Ermənidən yarı erməni, yarı bizim dildə eşitdiyi söyüşlər Azada bu qədər təsir etməmişdi."İ".-n bu "köpəyoğlu" sözü isə onu çox yandırdı.Amma bir söz demədən ayağa qalxdı.. Hava bərk soyuq idi.Fevralın son günləri idi.Əsir yoldaşları artıq işə başlamışdılar.Mişarla odun doğrayırdılar.Yanlarında ocaq qalamışdılar.İcazə ilə hərdən biri əlini qızdırırdı.Azad da qızınmaq üçün onlara yaxınlaşdı..Deyəsən soyuqlaşımdı.Heç işləmək hayında deyildi.Elə təzəcə əllərini qızdırmaq istəyirdi ki, Qor gəldi."Sənə iş tapşırmışam, burda nə gor qazırsan?" deyib Azadı "dubinka" ilə kötəkləməyə başladı..Sonra yorulub "dubinka"nı "İ."-yə verdi ki, "işi" davam etdirsin..Ermənilərin sağ əli olan bu əclaf "İ." azərbaycanlı adı daşısa da iyrənc hərkətlərilə Qor kimilərdən geri qalmırdı.Hətta əsir qadınlarımızın zorlanmasında o belə iştirak etmişdi!!! "İ." var gücü ilə, sanki qəddar düşmənindən acığını çıxırmış kimi Azadı kötəkləməyə davam etdi.Bir azdan yorulub dayandı..Azadın üz-gözü gömgöy olmuşdu.Ağrılardan gücün itirib özündən getdi..Özünə gəlməyə macal tapmamış, Qor başının üstünü qara kölgə kimi aldı:
-Bura uzanmağa gəlməməsəm, ay itoğlu..Qalx, işinlə məşğul ol.Sənə bayaq tapşırdığım işi 20 dəqiqəyə hazır etməsən, anannı ağladacam.
Qor Azada elektrik plitəsini düzəltməyi tapşırmışdı. Ən azı yarım saatlıq işi bu vəziyyətdə 20 dəqiqəyə heç cür başa çatdıra bilməyəcəkdi.Bu işi isə ondan başqası bacarmazdı.Axı elektrik idi o. Ətrafa baxınca hər şeyi dumanlı görürdü.Döyülməkdən qızarmış və həddindən artıq çox şişmiş göz qapaqları gözünün üstünü örtdüyündən düz yolu seçə bilmirdi. Yıxla-dura, bir təhər yeriyirdi.Birdən nə düşündüsə donuz tövləsinə tərəf getdi.Nə isə axtarırmış kimi ətrafa göz gəzdirdi.Elə bu zaman donuzlara baxan kəlbəcərli Rəhim dayıyla qarşılaşır..
-Səni bu günə salanın əli qurusun, ay bala..-gözlərinin yaşı çoxdan qurumuş yaşlı əsir ağlamsınır.Gəl, keç otur.Özünə gəl bir az.
-Rəhim dayı, daha yaşamaq istəmirəm.Bu neçə ayda hər əzaba, hər işgəncəyə dözmüşdüm...-sözünün ardını deyə bilmir, öskürməyə başlayır..
-Biz hamımız bir dərddəyik, oğul.Dözməliyik, çarəmiz nədir?-özlüyündə ona ürək-dirək vermək istəsə də yaxşı bilirdi heç bir mənası yoxdur boş təsəllilərin..
-Yox, yox, Rəhim dayı..Sən bilmirsən..-sözünü qırıq-qırıq deyirdi.Beyni keyləşmişdi.Cümlələri də düz qura bilmirdi.
-Özünü əziyyətə salma bala.Bir az toxta.Sonra hamsını danışarsan..
-İki ildir hər şeyə dözdüm, Rəhim dayı..Gözlərimin qarşısında nələr oldu, bir Allah bilir, bir də siz..Yenə dözdüm..Uşaqlarımı gözümün qarşısına gətirib dözdüm..Ancaq özümüzünkünün məni bu günə salmasına, təhqir etməsinə dözə bilmərəm...-Ani olaraq fikrə getdi..Nəyisə xatırladı.- Valeh yadındadır Rəhim dayı?
-Yadımdadır, bala, yadımdadır...-O dəhşəti unutmaq olar heç?
..İmişlidən olan bədbəxt Valehə o qədər işgəncələr vermişdilər ki, yazıq özünü partlatmışdı.Çıxış yolunu tez ölüb qurtarmaqda görmüşdü..
-Mən də elə edəcəm, Rəhim dayı.Qərarımı verdim daha.. Özümü öldürəcəm ki,o əclafın, satqının sifətini bir daha görməyim..
Rəhim kişi Azadı fikrindən daşındırmağa çalışsa da faydası olmur..Üzünü o yana çevirən kimi Azad özünü elektrik cərayanına verir.. Son günlərdə tez-tez zümzümə edərdi bu mahnını: