Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

#16.11.2012 18:45 0 0 0
  • Hansı namazı Peyğəmbər (s) namaz hesab etmirdi?

    Əbu Hüreyrə rəvayət edir ki, bir gün Peyğəmbər məsciddə idi. Bir nəfər də məscidə daxil olub namaz qılmağa başladı. Peyğəmbər kənardan ona baxırdı.
    Həmin adam namazı çox tələsik və başdansovdu qılırdı. Qılıb qurtarandan sonra çıxıb getmək istəyəndə Peyğəmbərə salam verdi (yəni Onunla sağollaşdı) , Peyğəmbər onun salamının cavabını alıb buyurdu: "Get, namazını bir də başdan qıl. Çünki sən namaz qılmadın". O adam yenə həmin şəkildə namazını təzədən qıldı. Peyğəmbərə salam verib getmək istəyəndə o, həzrət yenə buyurdu: "Namazını başdan qıl, çünki sən namaz qılmadın". Üçüncü dəfə də bu hadisə təkrar oldu. "Səni vəhylə göndərən Allaha and olsun ki, mən başqa cür namaz qılmaq qaydası bilmirəm, Sən mənə öyrət". Peyğəmbər buyurdu: "Namaza başlayanda əvvəlcə təkbir söylə, sonra Qurandan bacardığın qədərini oxu.Sonra rükuya get və bədənin aram olana kimi rükuda qal. Sonra rükudan qalx, bədənin aram oluncaya kimi sakit dur. Daha sonra səcdəyə get və bədənin aram olana kimi səcdədə qal, səcdədən qalxıb bədənin aram olana kimi gözlə. Hər namazda belə et ".

    alıntı
#14.11.2012 20:06 0 0 0
  • Xeberler - Hadise

    noimage


    Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, düşmən qüvvələri Ağdam rayonunun Şıxlar, Kəngərli və Sarıcalı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Qaynaq:lent.az
#14.11.2012 20:02 0 0 0
  • Xeberler - Hadise

    noimage

    Təhsil Nazirliyinin binası polislər tərəfindən əhatəyə alınıb.

    APA-nın xəbərinə görə, hazırda nazirliyin binası polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə qorunur. Bu saatlarda ərazidə razılaşdırılmamış aksiya keçiriləcəyi barədə polisə əməliyyat məlumatı daxil olduğu bildirilir.

    Qaynaq:lent.az
#14.11.2012 20:00 0 0 0
  • Mehşurlar

    noimage

    "İtimə kişi müğənnilərindən birinin adını vermək istəyirdim"

    Müğənni Rəqsanə yeni sevgilisi tərəfindən mükafatlandırılıb. Lent.az-ın xəbərinə görə, müğənni bildirib ki, yeni sevgilisi ona bahalı it bağışlayıb. Rəqsanə itinə ad qoymaq üçün xeyli fikirləşdiyini deyib: "Sevgilim mənə çox bahalı bir it alıb. İtimin adını ilk olaraq Tara qoymaq istədim. Daha sonra isə fikirləşdim ki, bir kişi müğənnisi var, onun adını verim. Çoxları bilir mən kimi deyirəm. O, cavan oğlandır. Amma sonra bu fikrimdən daşınıdım. İtimə yazığım gəldi. Qərara aldım ki, itin adını Tomi qoyum. İsmayılov Tomi Rəqsanə oğlu. İtimin qohumları Moskvadadır".

    Yalçın Süleymanov


    noimage
#14.11.2012 19:50 0 0 0
  • Mehşurlar

    noimage

    "Eurovision 2011" Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov axtarışa çıxıb. Lent.az-ın məlumatına görə, müğənni öz "facebook" səhifəsində maraqlı və diqqətçəkən bir elan yerləşdirib: "Hər şey çox gözəl olacaq. Gözləyirəm! Eldar istedadlar axtarır!"

    Daha sonra müğənni qeyd edib: "Əgər sən oxumağı sevirsənsə və ömrün boyu böyük səhnəni və sadiq pərəstişkarları arzulayırdınsa, onda sənin yerin məhz bizimlədir. Bunun üçün sadəcə öz Video və ya Audio ifanı bu e-mail-a göndər: [email]elltalents@gmail.com[/email]". Və bəlkə də çox yaxın zamanda məhz Sənin ulduzun ən parlaq işıq saçacaq. Qeyd olunan ünvana göndərilən məktubda ad, soyad, ata adı, yaş, məşğuliyyət, telefon nömrəsi və yaşayış yerini yazmağı unutmayın. Və Eldarın zəngini gözlə".
#14.11.2012 18:15 0 0 0
  • Mehşurlar

    noimage

    Müğənni Rəqsanə İsmayılova qəza törədib.

    Lent.az-ın xəbərinə görə, noyabrın 14-də mətbuat konfransından çıxan müğənni ağ rəngli "Range Rover" markalı avtomobilini dirəyə çırpıb. Nəticədə, maşın zədələnib.

    Maşının zədələnməsinə əhəmiyyət verməyən müğənni sürəti artıraraq hadisə yerindən uzaqlaşıb.

    Yalçın
#14.11.2012 18:14 0 0 0
  • Konu: Sevgi Budur
    Canım ellerine sağlıkar menalı ve güzel..ama o resimler muzikli şiirlere ait...o üzden düzenledim..teşekkürler paylaşım üçün..
#11.11.2012 20:44 0 0 0
  • "Səni sevirəm" demək üçün gec qalma

    Salam Gülən gözlü dostum,
    Nə gözəl dünyaya Gülən gözlərlə baxa bilmək və insanlara
    təbəssümlər saça bilmək sənin kimi.
    Bilirəm,məyus olursan sönük gözlərlə qarçılaçınca.
    Nə edək dostum,hər kəs sənin kimi ola bilməz
    Duya bilirəm "Xeyr olmalıdır" dediyini.
    Haqlısan dostum,əslində bütün insanlar sənin kimi olmalıdır.
    Bilsələr bir təbəssümlə nə edə biləcəklərini,
    Bir uşağın gözlərindəki istiliyi bir təbəssümdə necə görə biləcəklərini,
    Ümidsizliklə dolu bir insana necə dünyaları verəcəklərini bilsələr
    ve Gülən gözlərin buzları necə əritdiyini, ürəkləri necə birləşdirdiyini bilsələr,
    onlarda sənin kimi olmaq istərdi əminəm ...
    Ve sevgi saçırsan gülən gözlərinlə dostum.
    SAF ve heç bir gözləntisi olmayan bir uşaq kimi.
    Xeyr dostum, "SEVGİ" yalnız sevgiliye duyulmaz.
    Sevgi hamı üçün eyni olmalıdır .. Heç kəs QIZIL yiğırmış kimi kasasına
    kilidləyə bilməz onu. Onun yeri ürəkdədir.
    Bir ananın qəlbindədir onun yeri, övladına verə bilmək üçün
    Onun yeri bir bağbanın əlləridir, sevgi toxumlari səpə bilmək üçün.
    Bəli ...
    Sevgi hər yerdədir .. Yetər ki, sən onu tapmaq istə.
    Sevgiyni tapmaq asan ...
    Çətin olan onu əlində tuta bilməkdə. Unutma dostum,
    sevgini duya bilməklədə iş bitmir ...
    Sevgini gösterməkdə lazımdır. Hayat QISA dostum bu gün olan sabah yoxdur.
    Sevgini göstermək gözləməklə olmaz, sabah çox gec ola bilər.Əlindəkini itirmədən qiymətini bilməlisən. Bilirəm dostum,
    mənə haqq verirsən. İndi sevdiyinin yanina qaç ..
    Sonra, ona Gülən gözlərlə gülümsə və
    "Səni sevirəm" de içindən gələn ən İsti səsinlə.
    Xeyr bunlar gülməli şeyler deyil dostum ..
    Səni sevirəm ana, ata, bacı,qardaşım,dostum vs demək gülməli deyil.
    Bu sənin kimi bütün canlilara qarşı sonsuz bir sevgi duyan bir insan üçün
    heç də çətin deyil yalnız biraz cəsarət dostum.
    Bu, yalnız ürəyinin buz bağladığını,
    daşlaşdığını zənn edən insanlara biraz çətin
    gələcək ama onlar da sənin göstərdiyin cəsarəti göstərdiklərində,
    ürəklərində sevgi tərpənişi hiss etdiklərində və ağlamağı
    öyrənə bildiklərində inan hər şey onlar
    üçün və bütün insanlar üçün daha gözəl olacaq.
    Bəli dostum, gülmək varken sifət asmaq Niyə,
    güldürmək varkən ağlatmaq niyə,
    gözəl sözlər söyləmək varkən ürəkləri qırmaq Niyə?
    Həyat çox qısadır dostum ..
    Və bu dünyadakı heş bir şey qirilan ürəklərə dəyməz.
    İndi isə hələlik dostum dostum amma yenə gəl.
    Yanina sənin kimi Gülən gözlü,
    üreyi sevgi dolu insanları alıb yinə gel.
    Məni çox gözlətmə ... Çünki, sabah burda olamya bilərəm.
    SEVDİKLƏRINƏ "Səni Sevirəm" demək ÜÇÜN GEC QALMA!

    alıntı
#11.11.2012 20:38 0 0 0
  • Ağlamağı mən seçdim dostum hekayesi

    Dostum....Dost olduğumuz gün nə qədər sevinmişdiy..Uşağlığ xəyalları və oyunlardan ibarət idi həyatımız..Sonralar anladımki həyat doğurdanda oyun imiş..Yenildim bu oyunda həmişə. Halbuki uşağlığda heç yenilməzdim...O şirin gülüşlərimiz indi saxta gülüşlərlə əvəz olunub..Uşağlığda dizimiz qanadığında ağlasağda tez unudurduğ bunu..Bəs niyə indi ürəyimiz qanadığında elə asand unuda bilmiriy? Niyə keçmir o ağrı?

    Pis günlərimiz olmadı demirəm..Təbii ki yaxşı günlərin qədrini bilməy üçün olmalıydı..Geriyə baxıram..çox xoşbəxt idim səninlə..Bəlkədə anlamısan bilmirəm..Mənim əvvəlki olmadığımı..Mən çox sevdim birini..Bunları sənə anlatmağ asand deyil..Eynən ürəyimdəkilər kimi..Bilirəm hər zaman bir birimizin ağlında uşağlığımızdaki o balaca qızlar kimi qalacayığ....Elə buna görə də heç bir birimizə həyatdan sevgidən bəhs etmədiy...ürəyimdəki sevginin böyüməyinnən çox qorxuram..Bəlkədə budur həmişə uşağ qalmağ istəməyimin səbəbi..Niyə deyə çox soruşuram özümnən..Niyə bu qədər çox sevdim? Uşağlığım yadındadı? Sevgi deyəndə gözümü qaçırmırdım indiki kimi..ürəyim ağrımırdı..Mən heç vaxt heçkimi sevmərəm deyirdim..

    Cox düşündüm.. Qəbul eləməy istəmirdim..Gecələrcə ağladım..Mən bu ola bilməzdim.Indi necəyəm? Indi artığ onnan asılı olduğumu qəbul eləyirəm..Hə..özümü düşünmürəm..ürəyimi paramparça edən o insanı sevirəm..Həmdə hərşeydən çox..Mənim kimi sevməsini istədim. Xoşbəxt olmağ istədim ama olmadı..Sevgililərə baxıram..Mənim qədər sevmirlər bəlkədə..Ama ən azınnan mənnən daha xoşbəxt görünürlər..Ola bilər ki bir gün yorulum sevməydən..Ailə qurum..Ana olum..Xoşbəxt görünüm..Ama ''mən'' ola bilmərəm o zaman..Hər bir yerlərdə onu mənə xatırladacağ birşeylər olacağ..Oğlumun adın daşıyacağ bəlkədə..Hər səslənişimdə onu xatırladacağ.. Bəlkədə gizli gizli ağlıyacam..Bir sözlə xoşbəxt ola bilmiyəcəm..

    Gəl dostum əlini ver qayıdağ uşağlığımıza..Söz verirəm heç incitməyəcəm səni..Heç küsməyəcəm..Heç ağlatmayacam..Sadəcə qayıdağ..Qəlbimiz deyildə dizimiz qanasın yenə...Gülə bilmədim heç o gülüşlər tək ürəydən..Ağlamağı bacardım sadəcə..çünki məni saf gülüşlərimnən ayrı salan birini sevdim..Uşağlığımızdakı xəyallara çata bilmədiy..Indiysə uşağlığımız sadəcə xəyallarımızda dolaşır.. Pis olma..Göz yaşlarına dayana bilmərəm..Sən ağlama..Ağlamağı mən seçdim dostum..

    alıntı
#11.11.2012 20:35 0 0 0
  • Yalnızlığımla Danışıram Hekayesi

    Nə sənə gələ bilirəm bu gecə, nə sənsiz bağlana bilir gözlərəm. İçimdə qəribə bir hal var, bir az yüngül məşrəb, bir az avarayam. Halbuki necə sevişəcəkdik getməsəydin?....

    Dilimin ədəbsiz yanına aldırma, ürəyim qan ağlayır, bu söylədiklərim yalnız aldatma! Ağrılarını unutmanın bir neçə yolu var. Ya içib içib uyğunlaşaraq sızıb bir yerə düşəcəksən, ya ağrını dindirəcək bir dərman içəcəksən, ya canını daha çox ağrıdacaq bir yerini kəsəcəksən

    Düşündüm; ürəyim bu qədər ağrıyarkən daha çox canımı yanacaq haranı tapa bilərəm deyə? Tapa bilmədim!

    Ağılımın zəfərinə qandım, indi bu sətirləri yazmaqdayam.Sənə izah edəcək nə çox şeyim vardı halbuki, nə çox sözüm vardı, hamısını bir qələmdə sildim. Nə izah etsəm sənə çatar, nə söyləsəm ürəyində bir damla gözyaşına səbəb ola bilər ki? Hamısı qəribə bir iç çəkiş!

    Çox uzun zaman yaşadıqlarımızı düşündüm. Düşündükcə itdim xatirələrdə və bizim xatirələrin heç biri çıxışı bilmir içinə girincə Ona görə hələ səni sevirəm!

    İşin pisi nə sənə gələ bilirəm bu tək gecələrdə, nə səni düşünməkdən imtina edə bilirəm. Yalnız təkliyimlə danışıram, təkliyim onsuz da matəmində, cavab belə vermir ki; bütün cümlələrim sahibsiz qalır.

    Ona görə bu gecə yazmağı seçirəm. Bildiyim neçə acı varsa içimdə, neçə qəhqəhə varsa hamısını sayıb sayıb dənizə atıram.

    Bu gecə sənə gələ bilmirəm, ehtimalla sabah da gələ bilməyəcəyəm və sonrakı günlərdə də amma bir mənası olacaq həmişə səni sevməmin.

    Heç olmasa sənin üçün qiymətli olacaq və sən bu gün də, ən çox mənim tərəfimdən sevildiyini düşünəcəksən; ehtimalla sabah da və sonrakı günlərdə də! Amma nə fayda.

    alıntı
#11.11.2012 20:34 0 0 0
  • Konu: Paxıllıq
    Paxıllıq hekayesi

    Pislik etməklə keçmişdi ömrü. Yaxşılıq nədir bilməmişdi. İndi cəhənnəmin astanasında idi.
    Qapıda onu mələk qarşıladı.
    Mələk: "Əgər həyatda bircə dəfə də olsun yaxşılıq etmisənsə sən cəhənnəmə girməyəcəksən.",- dedi.
    Adam uzun müddət fikirləşdikdən sonra meşədə gördüyü hörümçəyi xatırladı. Bir dəfə meşədə gedəndə bir hörümçək toru ilə qarşılaşmış, toru qırmamaq üçün yolunu dəyişmişdi. Həyəcanla bu hadisəni mələyə danışdı. Mələk gülümsədi və əllərini bir-birinə vurdu.
    Bu vaxt göydən bir hörümçık toru endi. Adam artıq bu tordan tutub cənnətə girə bilərdi. Sevinclə tora yaxınlaşdı. Ancaq yanındakı adamlar da tordan tutmaq, onunla birlikdə cəhənnəmdən çıxmaq istəyirdilər.
    Adam torun bu qədər adama dözməyəcəyini düşündü və qorxu içərisində onları itələməyə başladı. Bu vaxt tor doğurdan da qırıldı.
    Hamısı bir yerdə cəhənnəmə düşdülər.
    "Heyif " - dedi mələk - "Həyatda etdiyin yeganə yaxşılığı da öz əlinlə məhv etdin. Halbuki o adamlara tordan tutmağa imkan versə idin, hamının xilas olacağını görəcəkdin".

    alıntı
#11.11.2012 20:32 0 0 0
  • Noyabrın 16-sı Məhərrəm ayı başlayır

    Aşura günü - həzrəti peyğəmbərin nəvəsi İmam Hüseynin şəhadətə yetməsi günü Miladi təqvimlə noyabrın 26-na təsadüf edir.

    Qurumdan verilən məlumata görə, yaxın günlərdə Şeyxülislam Allahşükür Paşazadənin Məhərrəm ayı və Aşura günü ilə bağlı fətvası olacaq.

    "Gileyli" məscidinin axundu Mirhəmid Məmmədov bildirib ki, "Məhərrəm" sözü ərəb dilində "haram" sözündən götürülüb və haram ay hesab olunur:

    "2 ay davam edən müddətdə müsəlmanlar İmam Hüseyn və səhabələrinə yas saxlayır və bu, bir növ şəriətin tərkib hissəsinə çevrilib. Həmin dövrdə nişan, toy etmirlər. Hətta qadınlara Məhərrəm ayında bəzənib-düzənmək, saç kəsdirmək və boyamaq olmaz. Onu da qeyd edim ki, bütün bu qadağalar adət-ənənədən irəli gəlir və bunun dinə, şəriətə heç aidiyyəti yoxdur".

    Aşura günü ilə bağlı da məlumat verən axund bildirib ki, faciənin törənməsinə səbəb əqidə, inam uğrunda aparılan mübarizə olub:

    "Faciənin ilkin qığılcımları Məhəmməd peyğəmbər dünyasını dəyişəndən sonra başlayıb. Onun yerinə göz dikənlər arasında mübarizə başlayıb.

    Həzrət Əlinin güzəşti və səbri nəticəsində bu qığılcımın işartıları müvəqqəti olaraq sönsə də, Osman xəlifə seçiləndən bir neçə il sonra qığılcımlar yenidən alovlanıb.

    Osman qətlə yetirilib və bundan sonra Həzrət Əli xəlifə seçilib. Həzrət Əli seçildiyi gündən Məhəmməd tərəfindən qoyulmuş və Əbu-Bəkr, Ömər tərəfindən davam etdirilən yol bərpa olunub. Ancaq Müaviyyə və onun tərəfdaşları Əliyə qarşı çıxır və bundan istifadə edən İslam dininin əleyhdarları bu münaqişəni dərinləşdirir.

    Beləliklə iki tərəf bir-birinə düşmən kəsilir. Həzrəti Əli şəhid edildikdən sonra oğlu İmam Həsən xəlifə seçilir.

    Müaviyyə mübarizəni davam etdirir. Belə halda İmam Həsən könüllü olaraq xəlifəliyi Müaviyyəyə təhvil verir.

    Bağlanmış sazişə görə, Müaviyyə öləndən sonra xəlifəlik İmam Həsənə qaytarılmalı idi. Ancaq Müaviyyə yerini möhkəmlədəndən sonra rəqibi olan peyğəmbərin nəvəsi İmam Həsəni arvadının vasitəsi ilə zəhərlətdirir.

    Müaviyyənin vəfatından sonra isə oğlu Yezid sazişə məhəl qoymadan, şərtsiz-filansız özünü xəlifə elan edir və İmam Hüseynə təzyiq göstərməyə başlayır. Nəticədə Kərbəla faciəsi baş verir.

    Yezidin əmri ilə İmam Hüseyn və onun 72 nəfər tərəfdarı şəhadətə yetirilir. Bu hadisə Məhərrəm ayının 10-da baş verir, Aşura da ərəbcə "on" deməkdir".

    alıntı
#11.11.2012 20:30 0 0 0
  • Dinde neleri mütləq bilmek vacibdir?

    ALLAH TAALA Qurani-Kərimi 124min peyğəmbərin sonuncusu olan Hz.Muhamməd(s.ə.s)-ə nazil edib.Özündən əvvəlki dini kitabların (Tövrat,Zəbur,İncil) təsdiqləyicisi olan Quranın mənası Peyğəmbər(s)-a nazil olan sözlərin oxunması,tələfüz edilməsi deməkdir.İlk ayəsi Ramazan ayında nazil olan Quran 114 surə,6236 ayədən ibarətdir.ət-Tovbə surəsindən başqa bütün surələr Bismillahir-Rəhmanir-Rəhim-lə başlayır.İlk dəfə əl-Ələq surəsinin ilk 3 ayəsi nazil olub.Ən uzun surə əl-Bəqərə(286 ayə),ən qısa surə isə əl-Kovsər(3 ayə) surəsidir.Bir ayədə 1-dən 68-dək söz ola bilir.Digər dini kitablardan fərqli olaraq Qurani-Kərim bütöv şəkildə deyil,hissə-hissə nazil olub.əl-Bəqərə surəsinin son iki ayəsi istisna olmaqla bütün ayələr Cəbrayıl mələyi vasitəsilə 23 il ərzində Peyğəmbər(s)-a çatdırılıb.əl-Bəqərənin son iki ayəsi Cəbrayıl(ə) vasitəsilə deyil,birbaşa ALLAH tərəfindən Merac gecəsi Peyğəmbər(s)-a çatdırılıb.Qurani-Kərimin 90 surəsi Məkkədə,24 surəsi Mədinədə nazil olub.
    Quran oxumaqda böyük savab var.ALLAHa yaxınlaşmaq istəyən hər kəs daim Quran oxumalıdır.

    alıntı
#11.11.2012 20:27 0 0 0
  • Dində and içməyin hökmləri nedir?

    Əgər bir şəxs bir işi yerinə yetirəcəyinə yaxud tərk edəcəyinə and içsə, məsələn oruc tutacağını yaxud siqaret çəkməyəcəyinə and içsə, bilə-bilə andı ilə müxalif etdiyi təqdirdə günah etmiş olur və kəffarə verməlidir, yəni bir qul azad etməli yaxud on fəqiri doydurmalı və yaxud onları geyindirməlidir. Əgər bunları yerinə yetirməsə üç gün ardıcıl oruc tutmalıdır.

    Andın bir neçə şərti vardır:

    1. And içən şəxs yetkinlik həddinə çatmalı və ağılllı olmali, öz iradə və ixtiyarı ilə and içməlidir. Deməli, uşaq, dəli, sərxoş və məcbur edilən şəxsin andı düzgün deyildir. Həmçinin əsəbi halda ixtiyarsız və məqsədsiz and içsə də, düzgün deyildir.

    2. And içib yerinə yetirəcəyi iş haram, yaxud məkruh olmamalı və and içib tərk edəcəyi iş də vacib yaxud müstəhəb olmamalıdır. Əgər mübah işi tərk edəcəyinə yaxud yerinə yetirəcəyinə and içsə, onu tərk etmək yaxud yerinə yetirmək əql sahiblərinin nəzərində üstünlüyə malik yaxud onun özü üçün dünyəvi məsləhəti olduğu təqdirdə andı düzgündür.

    3. "Allah" və "Xuda" kimi Onun müqəddəs zatından başqasına deyilməyən adlarından birinə and içməli yaxud yalnız Allaha məxsus olan sifət və yaxud feillərlə Allahı yad etməlidir, məsələn:

    "Səmaları və yeri yaradana and olsun" - deyə and içməlidir. Yaxud da elə bir ada and içməlidir ki, o ad Allahdan başqasına deyilsə də, Allahla əlaqədar çox deyildiyindən bir şəxs o adı dilinə gətirdikdə yalnız Onun müqəddəs zatı nəzərə gəlir. Məsələn: "Xaliq və Raziq" adına and içsə düzgündür. Hətta elə bir ada and içməlidir ki, yalnız and içmə məqamında "Səmi və Bəsir" kimi Allahın zatını xatırlasa, o andı düzgündür.

    4. Andı dilə gətirməlidir: Amma lal bir şəxs işarə ilə and içərsə andı düzgündür. Həmçinin danışmaq gücünə qadir olmayan şəxs onu yazıb qəlbində də niyyət edərsə, kifayət edər. Hətta əgər danışmağa qadir olsa belə, andı yazsa vacib ehtiyata əsasən, ona əməl etməlidir.

    5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, lakin sonradan mümkün olsa kifayətdir. Əgər and içdiyi zaman mümkün olub sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozulur. Həmçinin anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa da, hökm eynidir. Əgər bu acizlik onun ixtiyari ilə olsa, yaxud öz ixtiyari ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah etmiş, kəffarəsi vacibdir.

    Əgər ata övladını yaxud ər öz arvadını and içməkdən çəkindirsə, onların andı düzgün deyildir.
    Əgər övlad atasının və arvad ərinin icazəsi olmadan and içsə, ata və ər onların andını poza bilər.

    Əgər insan unutqanlıq,çarəsizlik və yaxud qəflət üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin onu andına əməl etməyə məcbur etsələr də, belədir. Vasvası şəxs, məsələn: "Allaha and olsun ki, indi namaza başlayıram" - deyə and içsə sonra da vasvası olduğu üçün namaza məşğul ola bilməsə onun vasvasılığı qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək tərzdə olsa, ona kəffarə vermək lazım deyildir.

    Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisəyə son qoymaq üçün yalan yerə and içmək böyük günahlardandır. Lakin özünü və yaxud başqa bir müsəlmanı bir zalımın şərindən qurtarmaq üçün yalandan and içsə, eybi yoxdur. Hətta bəzən vacib də olur. Yalnız "tövriyə" etməsi (yəni and içdiyi zaman sözün həqiqi mənasını bir işarə işlətmədən cümlənin zahiri mənasından başqa bir mənanını nəzərdə tutmaq) mümkündürsə, vacib ehtiyata əsasən, tövriyə etsin. Məsələn: Bir şəxsə əziyyət vermək istəyən bir zalım insandan onu görüb görmədiyini soruşsa, o da onu bir saat qabaq görübsə beş dəqiqə qabaq görmədiyi məqsədində tutaraq "Xeyr, görməmişəm" - desin.

    alıntı
#11.11.2012 19:36 0 0 0
  • Quranda möminlərin xüsusiyyətləri Haqqında

    O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
    (Möminun surəsi, 2)

    Onlar, boş söz və işlərdən üz çevirərlər.
    (Möminun surəsi, 3)

    Onlar, zəkat (vəzifəsini) ifa edərlər.
    (Möminun Surəsi, 4)

    Onlar, ədəb yerlərini, iffətlərini qoruyarlar.
    (Möminun surəsi, 5)

    Onlar (o möminlər) ki əmanətlərinə və əhdlərinə riayət edərlər.
    (Möminun surəsi, 8)

    Onlar ki namazlarını vaxtında və lazımınca etməkdə davam edərlər.
    (Möminun surəsi, 9)

    Onlar ki yalana şahidlik etməzlər. Boş və pis sözlərə rast gəldikləri zaman da, təmkinli bir şəkildə (onlardan üz çevirib) keçərlər.
    (Furqan surəsi, 72)

    (Rəhmanın o xas qulları) ki, xərclədikləri zaman israf etməzlər, xəsislik də etməzlər, (xərcləmələri barəsində) bu (ikisi) arasında bir tarazlıq tutdurarlar.
    (Furqan surəsi, 67)

    Onlar ki, Allahla birlikdə başqa bir tanrıya yalvarıb inanmazlar. Allahın haram etdiyi canı, haqsız yerə öldürməzlər. Zina etməzlər.
    (Furqan surəsi, 68)

    Onlar ki, Rəbbinin ayələri xatırladıldığı zaman, onlara qarşı kor və kar davranmazlar (itaət üçün can qulağıyla dinlərlər).
    (Furqan surəsi, 73)

    (Onlar) böyük günahlardan, həyasızlıq (və çirkin işlər) deyil qaçarlar; əsəbləşdiyi zaman (da onlar) bağışlayarlar.
    (Şura surəsi, 37)

    Onlar, pisliyi yaxşılıqla qarşılayar və özlərinə ruzi (olaraq) verdiyimiz şeylərdən xeyirə xərcləyərlər.
    (Qəsəs surəsi, 54)

    Onlar, xeyirli işlərdə qaçarlar və bu uğurda yarış edərlər.
    (Möminun surəsi, 61)

    Onlar, (çətinliklərə) səbr edən və tək Rəblərinə dayanıb güvənənlərdir.
    (Ənkəbut surəsi, 59)

    (Onlar) Rəblərinin çağırışına gələrlər, namazı doğru edərlər. İşlərini öz aralarında məsləhətləşər. (Onlar) özlərinə ruzi olaraq verdiyimiz şeylərdən də (Allah üçün) xərcləyərlər.
    (Şura surəsi, 38)

    Onlar, bir zülm və hücuma məruz qaldıqları zaman köməkləşib özlərini müdafiə edər (zülmə baş əyməzlər.
    (Şura surəsi, 39)

    (Gerçək) möminlər ancaq, Allaha və Rəsuluna inanan; sonra (bunda) şübhəyə düşməyən, Allah yolunda mallarıyla, canlarıyla döyüşənlərdir.
    (Hucurat surəsi, 15)

    Onlar (bilərlər) ki, gərək dilənən, gərəksə (utancından istəməyib) məhrum qalan (kasıba vermək) üçün, mallarında müəyyən bir haqq vardır.
    (Məaric surəsi, 24-25)

    Onlar (o namaz qılanlar), hesab gününü təsdiq edərlər.
    (Məaric surəsi, 26)

    Onlar, Rəblərinin əzabından qorxarlar.
    (Məaric surəsi, 27)

    Rəhmanın (xas) qulları o kəslərdir ki, Yer üzündə təvazökar bir şəkildə gedərlər və cahillər özlərinə söz atsa (mübahisə, müzakirə etməyib): "Salamatlıqla (xoşca qal)" deyib gedərlər.
    (Furqan surəsi, 63)

    Onlar ki, gecələrini Rəblərinə səcdə edərək və qıyamda dayanaraq keçirərlər.
    (Furqan surəsi, 64)

    Və onlar ki: "Ey Rəbbimiz! Bizə yoldaşlarımızdan və nəsillərimizdən gözlərimizin nuru (olacaq yaxşı insanlar) lütf et və bizi (pislikdən) çəkinənlərə rəhbər et" deyərlər.
    (Furqan surəsi, 74)

    Onlar (gecə namazı üçün) yataqlarından qalxarlar, qorxaraq və ümid edərək Rəblərinə yalvararlar və özlərinə verdiyimiz ruzidən də (xeyr yolunda) xərcləyərlər.
    (Səcdə surəsi, 16)

    O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.
    (Nur surəsi, 37)

    alıntı
#11.11.2012 19:34 0 0 0
  • Həzrəti Əli (ə) hədislər

    1. Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də istəməyəsən.

    2. Bilmədiyin şeyi danışma, hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə
    bir hökmü vacib edib ki, qiyamət günü onlar ilə sənə dəlil gətirəcək.

    3. Qeybəti dinləyən elə qeybət edən kimidir.

    4. Çətinlikdə də asanlıqda da Allahdan razı ol.

    5. Qəribədir: başqalarının dövlətinə, vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər.

    6. Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən.

    7. Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar.

    8. Sübh tezdən oyanmaq bədənin möhkəmliyi və Allahın razılığına səbəbdir.

    9. Pis xəbəri heç kimə çatdırma.

    10. Xeyir işini təxirə salma.

    11. Öz qədrini bilən adama ölüm qorxulu deyil.

    12. Əmanəti sahibinə qaytar əgər o iynə və sap da olsa.

    13. Sənin yaxşı qardaşın o adamdır ki, haqq naminə sənə çox acıqlana, pis işlərdən də səni çəkindirə.

    14. O qədər olub ki 1-saatın xoşluğu illər uzunu dərdi qəmə səbəb olub.

    15. Az danışanın xətası da az olar.

    16. Pislik edənə yaxşılıq etməklə əziyyət ver.

    17. Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər.

    18. Haqdan uzaqlaşanın ömrü qısalar.

    19. Bir suala bir neçə cavab vermək həqiqəti itirər.

    20. Allaha görə görülən əməllərin gözəlliyi, onun gizli olmasındadır.

    21. Hər kəs "Bilmirəm"sözünü tərk etsə rüsvay və həlak olar.

    22. Haqqında yaxşı gümanda olanın zənnini doğrult.

    23. İnsanlar övladın öldürülməsinə səbr edirlər, malın-dövlətin əldən çıxmasına dözmürlər.

    24. Hər kəsin yeməyi az olsa, xəstəliyi də az olar.

    25. Aramlıqla ruzi tapmayan , əsəbliklə heç tapmaz.

    26. İnsanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülər
#11.11.2012 19:32 0 0 0
  • Həsrətdən Yazmayım, Mən Nədən Yazım? şerin dinle

    Mənə deyirlər ki, qəmdən yazma sən,
    Kədərdən yazmayım bəs nədən yazım?
    Yenə də titrəyir əlimdə qələm,
    Həsrətdən yazmayım, mən nədən yazım?

    Düşübdü boynuma dünyanın yükü,
    Həsrət ağırlığı belimi bükdü
    Tikilən evimi fələk tez sökdü
    Qəhərdən yazmayım mən nədən yazım?

    Allahdan kəsmədim mən ümidimi
    Yalvardım-yaxardım gündüz-gecəni
    Tanrıdan istədim mən təkcə səni
    Acıdan yazmayım mən nədən yazım?

    Fikir etmə düzəlməz həyat deyirlər
    Yıxılan agaca balta tez dəyər
    Mənimtək insanlar həyata küsər
    Qəmdən yazmayım, mən nədən yazım?

    Könlüm qübar etdi, ahu-zar etdi
    Fələyin əlindən min zihar etdi
    Sarı simə dəydi, intihar etdi
    Ürəkdən yazmayım mən nədən yazım?

    Duyğularım dilə gəldi bu axşam
    Həsrətini çəkdim yenə bu axşam
    Sənə olan ümid bitməz heç zaman
    Hisslərdən yazmayım mən nədən yazım?

    Həsrətdən yazmayım, mən nədən yazım?

    Müəllif:Sitemizin sevimli üyesi Ceylan
#11.11.2012 19:30 0 0 0
#11.11.2012 19:21 0 0 0