Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

  • Ellerine saglıqlar canım...derin ve menalı...Teşekkürler paylaşım üçün..

    Canım konların altından yalnız yorumunu yaz
    hekaye ve şerleri Azerbaycan ve İncesenet bölmünde paylaş her bölümde yalnız 5 paylaşım ede bilersen..

#29.10.2012 17:22 0 0 0
  • Konu: Quba
    Ellerine sağlıqlar canım
#29.10.2012 16:44 0 0 0
  • Kreditlə də qurban kəsmək olar

    Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bayram hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayaraq üç gün davam edir. Bu il Azərbaycanda oktyabrın 25-i bayram axşamı, oktyabrın 26-sı isə bayram hesab ediləcək. Dini qurban kəsmə İbrahim Peyğəmbərin adı ilə bağlıdır. Yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim Allahın əmrini yerinə yetirməyə hazır idi, lakin uca Allah bunu öz elçisinə rəva görmür. Bunun əvəzində qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Bu bayramda hansısa bir istəyin qəbul olunması üçün deyilən qurbanlar (deyilmə qurbanlar) kəsilmir.

    Hansı heyvanlar qurban kəsilə bilər?

    Qurban bayramı insanları halallığa, paklığa səsləyir. Bu bayramında hər bir imkanlı müsəlman qurban kəsib imkansızlara paylamalıdır. "Quran-Kərim"də buyurulub: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin ibadətiniz çatır". Qurban üçün kəsilən heyvanlarla bağlı bir sıra şərtlər var. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud dəvə olmalıdır. Heyvanın erkək olması daha üstün tutulur.

    Qurbanla bağlı riayət edilməsi vacib olan şərtlər aşağıdakılardır:

    a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
    b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır (xoruz, dovşan və s. olmamalıdır)
    v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır. Dəvə 5, öküz 2, keçi 1 illik, qoç və ya qoyun ən azı 6 aylıq olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət görülmür.

    "Qurban əti" adı altında ət satışı haramdır

    Son illər bayram günlərində bazarda "qurban əti" adı altında ət satışı hallarına təsadüf edilir. Bu qətiyyən yolverilməzdir. Qurban əti satıla bilməz. Bir neçə adamın bir heyvan alıb onu öz aralarında bölüşməsi, yaxud bazardan ət alıb gətirməsi qurbanlıq hesab olunmur. Bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər. Ancaq bu halda hər bir payçıya düşən ət payı ən azı üç hissəyə bölmək mümkün olmalıdır. Qurbanlıq heyvanın günorta namazınadək kəsilməsi məsləhətdir. Ancaq günün bu vaxtından sonra da Qurban kəsməkdə heç bir qəbahət yoxdur.
    Qurban ətinin paylanmasına gəlincə isə, ət 3 hissəyə ayrılır. Bu hissələrdən birini qurban kəsən ailə özünə götürür. Ətin üçdə biri yoxsullara, qalan üçdə biri isə mömin insanlara paylanmalıdır

    Qurban kəsmək yalnız buna imkanı olan şəxslərin boynunda haqdır. İmkanı olmayan şəxsə qurban kəsmək vacib deyil. Borc pula heyvan almaq islamda təqdir olunmur. Əgər kiminsə borcu varsa və bu borcu qaytarmağa imkanı yoxdursa, həmin şəxslər qurban kəsməməyə də bilərlər. Əgər hər hansı şəxs hər ay kredit ödəyirsə və bunu ödəməkdə çətinlik çəkmirsə bu şəxslər qurban kəsməlidirlər.

    Qurban həddi-buluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir. Qurbanı kəsmək üçün niyyət olmalıdır. Qurban yalnız Allah üçün kəsilməlidir. Qurban kəsdikdə Allahın adı çəkilməli, yəni «bismilləh» deyilməlidir. Qurban kəsici, iti alətlə kəsilməli, şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır. Bu şərtlərdən birinə riayət olunmazsa, qurban qəbul olunmur.

    Qurban kəsildikdə təsadüf olunan məkruh (bəyənilməyən) əməllər aşağıdakılardır:

    - bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
    - bir heyvanın gözünün qabağında o birisini kəsmək;
    - kəsilmiş heyvanın canı çıxmamış hər hansı bir əzasını sındırmaqla heyvana əziyyət vermək.

    Allah Qurbanınızı qəbul etsin!

    alıntı
#27.10.2012 23:14 0 0 0
  • Ay Allah, Üzünü Döndərmə Bizdən Şerin Dinle - Dini şerler


    Dünyanın üzünü tutubdur paxır,
    Günəş atəşiylə yandırıb-yaxır,
    Zalımlar at üstə dünyanı çapır
    Elə bil bu dünya keçibdir gözdən,
    Ay Allah,üzünü döndərmə bizdən.

    Susubdur mahalda o dil bilənlər,
    Keşikdə dayanıb ağız silənlər,
    Fürsəti gözləyir şikar didənlər
    Elə bil bu dünya keçibdir gözdən,
    Ay Allah,üzünü döndərmə bizdən.

    Tutub əlləriylə dünyanın varın,
    Namərdlər satıblar namusun,arın.
    Hansı əməlindən deyim,dünyanın?
    Elə bil bu dünya keçibdir gözdən,
    Ay Allah,üzünü döndərmə bizdən.

    Əksinə fırlanır dünyanın çarxı,
    Kəhərlər yatıbdır,quruyub arxı.
    Dünya,niyə belə haqsızdır axı?
    Elə bil bu dünya keçibdir gözdən,
    Ay Allah,üzünü döndərmə bizdən.

    alıntı
#27.10.2012 23:13 0 0 0
  • Hicab bağlamaq istəməyən qadınların bəhanələri nələrdir?

    Hicab bağlamaq istəməyən qadınların bəhanələri nələrdir?
    1-) Nəfsə ağır gəlir; örtünmək istəyərəm, amma qərar verə bilmirəm...
    QURANDA QƏTİ HÖKM VAR QƏRAR VERMƏYİNƏ KİFAYƏT ETMƏZMİ?

    2-) Örtünməliyəm, amma gələcəyimi də düşünmək məcburiyyətindəyəm.
    GƏLƏCƏK ÖLÜMDÜR, ONU DÜŞÜNDÜNMÜ..?

    3-) ALLAH (c.c) məni başı açıq olaraq da sevər.
    "GÜNAHKAR QULUM DEYƏR.."

    4-) Bağlansam, ailəm məktəb üçün başımı açmağımı istəyəcək.
    AİLƏN SƏNİ CƏHƏNNƏM ATƏŞİNDƏN QURTARMAYACAQ..

    5-) Çox açıq olmadığım üçün, günah olduğunu zənn etmirəm.
    GÖRÜNƏN HƏR TEL ZİNADIR, BU GÜNAH AZDIRMI GÖRƏSƏN..?

    6-) Gənc yaşda da bağlanmaq olmaz ki, yaşlanınca İNŞALLAH..
    YAŞLANACAĞIN ZƏMANƏTİNİ KİM VERİB SƏNƏ, BƏS SABAH ÖLSƏN..?

    7-) Təkrar açılaram düşüncəsiylə, bağlanmıram.
    HƏLƏ BİR BAĞLAN ONU SONRA DÜŞÜN..

    8-) Bəzi azadlıqlarımın çərçivəyə alınacağı düşüncəsiylə bağlanmaq istəmirəm.
    ALLAHın QARŞISINDA DA AZAD OLA BİLƏCƏKSƏNMİ..?"

    9-) Bağlanmaq əhəmiyyətli deyil, əhəmiyyətli olan ürəyinin təmizliyi.
    ÜRƏYİN TƏMİZLİYİ GÜNAHA MANE DEYİL..

    10-) Ərə gedəndə bağlanaram;
    ƏRƏ GETMƏYİN ZƏMANƏTDİRMİ..?

    11-) ALLAHın mənə verdiyi gözəlliyi gizlətmək istəmədiyim üçün bağlanmamışdım.
    GÖZƏLLİYİNİ YALNIZ HƏYAT YOLDAŞINA GÖSTƏRMƏYİNƏ İCAZƏ VERİLİB..

    12-) Bağlansam, digər dini öhdəçiliklərimi də yerinə yetirməli olacağam.
    "NƏHAYƏT BİR YERDƏN BAŞLAMAQ LAZIMDIR..!"

    13-) Bu zamanda da örtünmək olmaz ki, hansı dövrdə yaşayırıq?
    GÜNAHIN BU ZAMANI O ZAMANI YOXDUR, QURAN HƏR DÖVR ÜÇÜN ENDİRİLDİ..

    15-) Qismət, bir gün bağlanaram İNŞALLAH.
    İNŞALLAH, AMMA BİR AZ TƏLƏS, YAŞLANDIQDAN SONRA ÖLƏCƏYİNƏ GÖRƏ SƏNƏDİN VARMI..?

    16-) Sınadım, istidi.. boğuldum..
    AMMA CƏHƏNNƏM DAHA DA İSTİDİ..

    17-) İçimdən bağlanmaq gəlmir.
    NİYƏ GÜNAH İŞLƏMƏK XOŞUNAMI GƏLİR..?

    18-) Ətrafimdakı hicablıların kifayət qədər nümunə ola bilməmələri.
    SƏN ÖRT VƏ NÜMUNƏ OL ONLARA..


    alıntı
#27.10.2012 22:58 0 0 0
  • Allah üçün tökülən göz yaşları "Qəlbin" dəstəmazıdır

    Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. ALLAH bilir, siz bilməzsiniz.
    Bəqərə, 216

    Qəlbə hücum edən çətinliyi səbr qalxanı ilə qarşılasan heç bir dərd səni can evindən vura bilməz.
    Hz.Əli (ə)

    Övlad Qoxusu CƏNNƏT Qoxusudur.
    Hz. Məhəmməd (s.a.v)

    Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır.
    İmam Sadiq (ə)

    (Tövbə edib) Rebbinizden bağışlanmağınızı dileyin. Çünki O, (tövbə edən bəndəsini günahlarını) çox bağışlayandır!
    Nuh, 10

    İnsan hər nəfəs çəkməklə ölümə doğru bir addım atır.
    Hz. Əli (ə)

    Şübhəsiz ki, ALLAH əfv edən və bağışlayandır.
    Nisa, 43

    Hz. Muhəmməd Peyğəmbər (s.a.v) buyurub - Dörd şeyi dörd şeyə çatmamışdan qabaq qənimət bil:
    1. Cavanlığı qocalmazdan evvəl;
    2. Sağlamlığı xəstələnməzdən əvvəl;
    3. Dövləti kasıblıqdan əvvəl;
    4. Həyatı ölümdən əvvəl.
    Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!
    Mülk, 23

    ALLAH qorxusundan ağlamaq rəhmətin açarıdır.
    Hz Əli (ə)

    Bir iş görmək istəsən sonunu düşün, sonu xeyirdirsə ondan yapış, şərdirsə fikrindən daşın.
    Hz. Peyğəmbər (s.a.v)

    (Müsibət vaxtında) səbr etmək və Namaz qilmaqla (ALLAHdan) kömək diləyin! Bu, ağır iş olsa da, (ALLAHa) itaət edənlər üçün ağır deyildir.
    Bəqərə, 45

    İki iş arasında necə də böyük fərq var, biri ləzzəti gedib əziyyəti qalan əməl, o biri əziyyəti gedib mükafatı qalan əməl.
    Hz. Əli (ə)

    De ki:Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi ALLAH üçündür.
    Əl-n'am, 162

    Göylərin və yerin ixtiyarı ALLAHa məxsusdur. ALLAH hər şeyə qadirdir.
    Ali-İmran, 18

    Ümid verib, güvən qazanıb yarı yolda buraxdığın şəxsin könül sədəqəsini 2 dünyada da verə bilmərsən.
    Hz. Məhəmməd (s.a.v)

    Qadına hörmətli ol. Çünki O insanoğlunun anasıdır...
    Hz. Əli (ə)

    Qəbirlərin yanından keçərkən, eşitdiyim əzab səslərini siz də eşitsəydiniz öz ölülərinizi torpağa qoymağa qorxardınız.
    Hz. Məhəmməd (s.a.v)

    Həyatda hər şeyi ALLAHdan istəyin zaman və nəticə geciksə də amma mütləq olacaq


    alıntı
#27.10.2012 19:31 0 0 0
  • Dini kəlamlar

    Əgər bilmədiklərim ayağımın altında olsaydı, başım göyün ən yüksək qatına dəyər idi

    Günah işləməyi zillət; günahı tərk etməyi mürüvvət gördüm və bildim.

    Qorxaram bu kəslərdən ki, zənnlə danışarlar və onunla əməl edərlər.

    Qulların bir-birlərinə qarşı işlədikləri günahlar, özləri üçün bir zülmdən ibarətdir.

    Bir kimsənin elmi, özünü Allahu təalanın qadağanlarından məhrum etmirsə, o kimsə böyük təhlükədədir.

    Dinin alver qisimini bilməyən, haram loxmadan xilas ola bilməz və ibadətlərin savabını tapa bilməz.

    Zəhmətləri boşa gedər və əzaba tutular və çox peşman olar.

    Bilmədiklərimi ayaqlarımın altına alsaydım başım göyə dəyər idi.

    Eshabı kiramdan bizə gələn, bildirilən hər şeyin başımızın üstündə yeri vardır.

    Din elmində danışan kimsə, Allahu təalanın özünə: Mənim dinimdə sən necə fətva verdin, necə söz söylədin? sualını soruşmayacağını zənn edirsə, özünə və dininə zəiflik etmiş olar.

    Allahu təala, özünə şükr adını vermişdir. Çünki Allahu təala, yaxşılığı mükafatlandırar. O, mərhəmət edənlərin ən mərhəmətlisidir.

    Bir kimsə fiqh bilməz, fiqhin qiymətini və fiqh alimlərinin dəyərini bilməzsə, belə alimlərlə oturmaq [kitablarını oxumaq, fiqh öyrənmək] özünə ağır gəlir.

    Allahu təala bizə, insanların mömin olanlarını sevməmizi, onlara qarşı hörmət bəsləməmizi və əsla incidici olmamamızı, ürəklərində nə saxladıqlarını bilməyəcəyimizi, hərəkətlərimizi buna görə nizamlamamızı əmr etmişdir.

    İnsan, hər şeyə şəfa verən tək varlığın Allahu təala olduğuna inanar; bununla birlikdə dərdinə dərman olması üçün dərman istifadə edər. Çünki dərman bir səbəbdir. Şəfasını verəcək olan isə Allahu təaladır.

    Mömin, Allahu təalanın özünü davamlı nəzarət etdiyini bilər. Kimsənin olmadığı bir yerdə və ya hər kəsin yanında olsun, mütləq Allahu təalanın onu nəzarət etdiyinə inanar.
    Krallar və sözdə böyük adamlar isə, nə gizli və nə də açıq bir yerdə hər hansı bir adamı nəzarət edə bilməzlər.

    Mömin, Allahu təaladan qorxduğu qədər heç bir şeydən qorxmaz. Şiddətli bir xəstəliyə tutular və ya faciəvi bir qəza və ya bəlaya uğrasa, gizli və ya açıq; "Ya Rəbbi, mənə bu bəlanı niyə verdin?" deyə şikayətçi olmaz. Tərsinə xəstəliyə, bəlaya və qəzaya baxmayaraq Allahu təalanı xatırlayar və şükr edər.
#27.10.2012 19:27 0 0 0
  • Mehşurlar

    noimage

    Azərbaycanın əməkdar artisti Elza Seyidcahan həmkarının duet təklifinə razılıq verib.

    Lent.az-a açıqlama verən müğənni bu barədə danışıb: "Ötən gün əməkdar artist Cavan Zeynallı mənə duet təklifi edib. Cavan müəllim illərdir ki, Azərbaycan musiqisinə xidmət edir. Məhz ondan bu təklifi eşitmək mənim üçün çox xoş oldu. Artıq bu duetin reallaşması üçün mahnı seçməliyik. Düşünürəm ki, maraqlı bir duet alınacaq".

    Qeyd edək ki, əməkdar artist Cavan Zeynallı Lent.az-a açıqlamasında Elza Seyidcahanın səsini bəyəndiyini və onunla duet oxumaq istədiyini bildirmişdi.

    Yalçın Süleymanov
#27.10.2012 18:33 0 0 0
  • Mehşurlar

    noimage

    Gənc müğənni Nərgiz Hüseynova yaxın zamanlarda pərəstişkarlarına "İstəyirəm" adlı mahnısına çəkdirdiyi klipi təqdim etmək niyyətindədir.

    Lent.az-a açıqlama verən müğənni bildirib ki klipin çəkilişləri Azərbaycanın əsrarəngiz guşələrindən biri olan Şəkidə baş tutub: "Mən əminəm ki, bu klip pərəstişkarlarımın zövqünü oxşayacaq. Onlara yaxın zamanda sürprizim var".

    Qeyd edək ki, mahnını Leyli və Hakan Erol ərsəyə gətiriblər. Klipin rejissoru isə Rəvan Elşadoğludur.

    Yalçın Süleymanov

    noimage

    noimage

#27.10.2012 18:31 0 0 0
  • Mehşurlar

    noimage

    Türkiyənin tanınmış müğənnisi Rafet El Roman yenidən Bakıdadır.

    Lent.az-ın məlumatına görə, dünən gecə saatlarında Bakıya gələn müğənni, bu axşam paytaxtda konsert proqramı ilə çıxış edəcək. Müğənninin budəfəki konsert proqramı Bakıda keçirilən "City Challenge" yarışları çərçivəsində konsert-tədbirlər sırasındadır.

    Türkiyəli müğənni saat 20:30-da saat qülləsinin yanında quraşdırılmış səhnədə orkestrlə canlı ifalar təqdim edəcək. Konsertə yerli şou-biznes nümayəndələri də qatılacaq.

    Qeyd edək ki, müğənni dekabrın 31-də, Yeni İl gecəsi Qəbələdə yerləşən "Qafqaz Riverside" otelində də konsert proqramı ilə çıxış edəcək.

    Jalə
#27.10.2012 18:29 0 0 0
  • Mehşurlar

    noimage

    Opera ifaçısı Ülvi Qılınc şou-biznes əhlini tənqid edib.

    Lent.az-a açıqlama verən müğənni bildirib: "İndiki dövrdə müğənnilər toya məktəb deyir. Bu fikir çox gülüncdür. Əgər toy məktəb olsa idi, Azərbaycanın tanınmış ustadları Rəşid Behbudov, Şövkət Ələkbərova, Bülbül və başqaları ordan çıxardı. Bu sənətə gələn zaman toyu düşünüb gəlməyiblər, toya məktəb deməyiblər. Bunlar konservatoriya bitirmiş peşəkar müğənnilərdir. Mən deyərdim ki, toy daş karxanasıdır. İndiki müğənnilər isə bu gün toylara gedirlər ki, nələrsə əldə etsinlər, həyatların yaşasınlar. Olanlar səhnə ilə toyu səhv salıblar".

    Yalçın Süleymanov
#27.10.2012 18:27 0 0 0
  • Mehşurlar

    noimage

    Sosial şəbəkələrdə tiydan ilk şəkillər yayınlanıb

    Bu gün ATV-nin məşhur aparıcıları Zaur Baxşəliyevlə Günay Qələndərlinin toyudur.

    Lent. az-ın məlumatına görə, paytaxtın tanınmış restoranlarından birində keçirilən toy mərasimində səbəbkarların qohum-əqrəbaları, dostları və şou əhli iştirak edir.

    noimage

    noimage
#27.10.2012 18:26 0 0 0
  • Xeberler - Hadise

    noimage

    Bu gün gecə saatlarında İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib.

    APA-nın İranın Seysmoloji Mərkəzinin saytına istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 03:56-da qeydə alınıb.

    Rixter şkalası üzrə 4,1 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. 10 km dərinlikdə baş verən zəlzələ nəticəsində dağıntı və ya tələfatın olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

    Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.

    Şərqi Azərbaycan vilayətində yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, dağıntılar baş vermiş bir neçə kənddə tikinti işlərinə başlanılsa da hələlik evlərin inşası başa çatmayıb. Bir çox kəndlərdə isə ümumiyyətlə, tikinti işləri aparılmır. Dağlıq bölgə olduğu üçün zəlzələ baş vermiş əraziyə qar yağıb. Şaxtalı və yağıntılı hava şəraiti yaşayışı daha da ağırlaşdırıb. Yağıntılar nəticəsində çadırlar və içərisindəki əşyalar tamam islanır. Soyuqdan səhhətində problem yarananlar isə tibbi yardım ala bilmirlər. Verilən məlumata görə, Vərziganda 2 yaşlı uşaq soyuqdan ölüb. Bölgədə içməli suya və qidaya, yanacağa, eləcə də isti geyimə ehtiyac var.

    noimage

    noimage

    Qaynaq:lent.az
#27.10.2012 18:23 0 0 0
  • Xeberler - Siyaset

    noimage

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlı rayonuna səfər edib.

    Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Sonra Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ikimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binada kompyuter otağı, 50 nəfərlik konfrans zalı var.

    Ölkə başçısı bu gün Saatlıda Gənclər Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının, həmçinin Şahmat Məktəbinin açılışında iştirak edib.

    Rayonda aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən dövlət başçısı tapşırıqlarını verib.

    Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub.

    Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılıb. 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılıb. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilib.

    Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Qaynaq:lent.az
#27.10.2012 18:21 0 0 0
  • "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaq".

    Mehdi Hüseynzadənin baş daşı üzərindəki yazı
#27.10.2012 18:19 0 0 0
  • Tarixde Bugün - 27 oktyabr

    27 oktyabr. İlin sonuna 66 gün qalır.

    1449. Böyük alim və hökmdar Uluq bəy vəfat edib

    1728. İngilis dəniz səyyahı Ceyms Kuk anadan olub

    1782. İtalyan bəstəkar Paqanini anadan olub

    1855. Rus seleksiyaçı Miçurin anadan olub

    1917. Bakı fəhlə və əsgər deputatları Sovetinin hakimiyyət məsələsinə həsr edilən fövqəladə iclası keçirilib

    1924. Özbəkistan SSR yaradılıb

    1932. Bəstəkar Asəf Zeynallı vəfat edib

    1982. Çin rəsmi olaraq əhalisinin sayının 1 milyardı keçməsini təsdiqləyib

    1990. Əsgər Akayev Qırğızıstan SSR-in prezidenti seçilib

    1999. Ermənistan parlamentində terror aktı. Baş nazir, spiker və bir neçə deputat həlak olub

    2005. Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açılıb

    2005. Parisdə 2 müsəlmanın qətlə yetirilməsindən sonra güclü etirazlar başlayıb. Nümayişçilər bir ay ərzində yüzlərlə avtomobili yandırıb və ya yararsız hala salıblar

    2008. İsveçrədə ilk dəfə metro istifadəyə verilib

    2008. Bakılı bəstəkar Mstislav Rostropoviçin Moskvada qəbirüstü abidəsi qoyulub

    2008. Prezident İlham Əliyev Müslüm Maqomayevin nəşinin Moskvadan gətirilərək Fəxri xiyabanda dəfn edilməsi haqqında göstəriş verib

    2009. Tehranda beynəlxalq xəbər agentliklərinin 16-cı konfransı keçirilib

    2011. Bakıda Azərbaycan-İsveçrə biznes-forumu keçirilib.
#27.10.2012 18:18 0 0 0
  • "Ayrılıq nə yaman dərd imiş, aman!
    Sənsiz halım gündən-günə pərişan,
    Vüslət dəmlərini anar də hər an,
    İzlər yollarını yorğun gözlərim..."

    Hüseyn Cavid
#27.10.2012 18:17 0 0 0
  • Tarixde Bugün - 26 oktyabr

    26 oktyabr. İlin sonuna 67 gün qalır.

    1795. Polşanın sonuncu (üçüncü) dəfə bölünməsi başa çatıb

    1863. Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti təsis edilib

    1905. İsveçrə Norveçin müstəqilliyini tanıyıb

    1916. Fransız dövlət xadimi Fransua Mitteran anadan olub

    1917. Bakıda "İsmailiyyə" binasında Türk Ədəmi mərkəziyyət Müsavat Partiyasının ilk qurultayı başlayıb

    1922. Rusiya Kommunist Partiyası Zaqafqaziya ölkə hökuməti "SSRİ-nin yaradılması tezisləri"ni dərc edib

    1926. Məşhur neftçi Qurban Abbasov anadan olub

    1956. Vyanada Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) təsis edilib

    1962. Amerikanın Türkiyədəki qüvvələrini geri çəkməsi şərti ilə Xruşşov Kubadakı raketlərin sökülməsinə razı olub. Karib böhranı sona yetib

    1962. İngiltərə və Fransa səsdənsürətli təyyarə hazırlamaq üçün müqavilə imzalayıb

    1967. İranın sonuncu şahının sonuncu xanımı Fərəhin tacqoyma mərasimi keçirilib. Fərəh Diba (Pəhləvi) İran tarixində tac qoyan ilk qadın (Şahbanu) kimi tarixə düşüb

    1972. Vertolyot ixtiraçısı İqor Sikorski vəfat edib

    1982. Hüseyn Cavidin nəşi İrkutskdan gətirilərək Naxçıvanda dəfn edilib

    1991. Türkmənistanda referendum zamanı əhali yekdilliklə ölkənin müstəqilliyinə səs verib

    1991. Azərbaycan SSR-in xarici işlər naziri Tahirə Tahirova vəfat edib

    1992. İran prezidenti Haşimi Rəfsəncani Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində İranla gələcək bərabərhüquqlu münasibətlərin əsasını qoyan 14 protokol imzalanıb. Bu hadisə Azərbaycanın müstəqillik tarixində ilk çoxsaylı protokol mərasimi kimi tarixə düşüb

    1992. Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradılıb

    1994. İordaniya və İsrail 46 illik münaqişədən sonra sülh müqaviləsi imzaladılar

    2011. Elin Süleymanov Azərbaycanın ABŞ-da səfiri təyin olunub.
#27.10.2012 18:16 0 0 0
#25.10.2012 19:39 0 0 0