3 st un
1 paket qabartma tozu
70 qr marqarin (otaq istiliyində)
2 ədəd yumurta
1 ədəd rəndələnilmiş limon qabığı
1 st şəkər tozu
1 paket vanil
Hazırlanması:
Geniş bir qabın içinə un və qabartma tozunu ələyin ortasını hovuz şəklində açın. İçinə marqarin, şəkər tozu, yumurta, vanil və limon qabığı rəndəsini əlavə edib yumşaq bir xəmir konsistensiyasına gələnə qədər yoğurun. 10 - 15 dəq. dinləndirdikdən sonra təmiz bir yerdə xəmiri açın və balıq qəliblərinizlə şəkillər çıxardın. Yağlanmış soba listinə düzün və 170 dərəcədə isidilmiş sobada üzəri az qızarana qədər bişirin. İlıq olaraq servis edin.
1 dəstə ispanaq
4 yumurta
50 gr. əzilmiş ağ pendir
2 dəstə doğranmış yaşıl soğan
2 xq. doğranmış şüyüd
təzə döyülmüş istiot
2 çq. zeytun yağı
Hazırlanması:
Hər hansı artıq suyun aradan qaldırılması üçün ispanaqı sıxın və doğrayın. Tavanı isə aşağı odda istilədin və daha sonra bütün məhsulları yumurta ilə qarışdırın. Daha sonra odun isiliyini biraz daha azaldın və lazım gələrsə tavanın altına da əlavə yüngülləşdirici tava qoya bilərsiz. Bir neçə dəqiqə bişdikdən sonra yumurta çiy qalmadığına tam əmin olduqda omleti tavadan digər bir qaba sürüşdürün və artıq omlet hazırdır servis edə bilərsiz.
1 paket vanil
1.5 st un
100 qr marqarin
1 ədəd yumurta
1 st qarğıdalı nişastası
1.5 st pudra şəkər
Qida boyaları (yaşıl, narıncı, çəhrayı)
Hazırlanması:
Dərin bir qabın içinə marqarin, şəkəri vanil və nişastanı əlavə edib qarışdırın az-az un əlavə edərək yoğurun. (Lazım olsa un əlavə edə bilərsiniz). Xəmirdən parçalar ayırın və hər xəmiri fərqli qida boyalarıyla rəngləndirin. Təmiz bir yerdə mərdanə (qalın oxlov ) köməyiylə xəmiri açın kiçik stəkan ağzıyla yumrular kəsin və yağlanmış soba listinə yığın, üzərində dəliklər meydana gətirin. 170 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə bişirin və xidmət edin.
• 2 ədəd yumurta
• 1 çq dolusu duz
• 1,5 st un
• 1,5 st dan bir az süd
• 1 xq qədər şəkər tozu
• duru yağ, çiyələk mürəbbəsi
• Bir paket qabartma tozu və vanil
Hazırlanmsı
Əvvəlcə yumurtaları ağını sarıdan ayırın. Bir qarışdırıcı köməyi ilə vanil paketinin yarısını və yumurta ağlarını birlikdə çalın.
Bəyazlayana qədər çalın və yumurta ağları ilə vanil çaldığımız kimi, yumurta sarılarını və şəkər tozunu fərqli bir qabda çalın. Çalınmış yumurta ağının içinə südü, duru yağı, qabartma tozunu, yarım paket vanil və duzu əlavə edin.
Qarışdırmağa davam edərkən bir tərəfdən yavaş-yavaş unu əlavə etməyə başlayın. Eyni zamanda qarışdırmağa davam edin.
Son olaraq əvvəldən hazırlamış olduğunuz yumurta axını, qarışığa əlavə edin. Konsistensiyasına çatdıqdan sonra vafle maşınınız olmasa da teplon tava və ya tost maşınına bir çömçə əlavə edərək 4-5 dəqiqə bişirərək alın. Daha sonra üzərinə çiyələk mürəbbəsi sürtərək servis edin.
• 1 st şəkər tozu
• 3 ədəd yumurta
• 1 st süd
• 1 ədəd limonun rəndələnmiş qabığı
• ½ st duru yağ
• 1 paket vanil
• 3 xq limon suyu
• 1 paket qabartma tozu
• 2 xq xaşxaş
• 2,5 st un
Üzəri üçün
•Badam ləpəsi
Hazırlanması
Yumurtaları, şəkəri və limon qabığını dərin bir qaba alıb 5 dəqiqə boyunca köpük olana qədər çalın. Duru yağ, süd, limon suyunu da əlavə edib qarışdırın. Sırasıyla un, qabartma tozu və vanil ələyərək qarışığa əlavə edin və qarışdırın. Son olaraq xaşxaşlarıda əlavə edib qarışdırdıqdan sonra xəmiri muffin qəliblərinizə paylaşdırın. Üzərinə badam ləpəsi səpin. Əvvəldən 180 C 'də əvvəlcədən qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişdikdən sonra soyumağa qoyun. Soyuyan muffinləri isti qəhvə ilə servis edin.
Bildiklərini danış, amma ağıl verməyə çalışma.
Danışılanlara yaxşı qulaq as, amma hamısını doğru sanma.
Səssiz qalmağın, heç nə bilmədiyin mənasına gəlməz, çox danışmağın da hər şeyi bildiyini göstərməz.
Hamını özünə bərabər gör.Hər kim olursa olsun, bir insanı kiçiltmək ağılsızlıq, çox böyük görmək də qorxaqlıqdır.
Cəsarət ağıldan gəlirsə, cəsarətdir, savadsızlıqdan gəlirsə, cəhalətdir.(cahillikdir).
Mevlanadan.
Uşaqlarınızı 3 özəllikdə tərbiyə edin.-Peyğəmbəri, Əhli-Beytini və Quran oxumağı sevmək kimi.
Ya Allaha baş əyərsən heç kimə baş əyməzsən,
Ya da hər kəsə baş əyər heç bir şeyə dəyməzsən.
Bir qadının dodaqlarını deyil, gözlərinin içini güldürməkdir mərifət!
Dodaqlarını klon da güldürür, amma gözlərini sadəcə sevdiyi adam.
Allahım, gözlərimin içini güldürə biləcək insanla birləşdir taleyimi.
Quran-i Kərimi oxuyarkən, Peyğəmbərimizin adı keçincə dərhal o mübarək adı sevgiylə, hörmətlə andim.
Musa əleyhissalamın zamanında heç kimin sevmədiyi, günahkar bir insan var idi. Bu öldü. Bu da adammi deyə zibilliyə atdılar.
Allahu təala Musa əleyhissəlama əmr etdi, mənim filan zibillikdə bir övliya qulum var, onu oradan çıxar, təmizlə, namazını qıl və dəfn et.
Musa əleyhissalam adamı çöplükten çıxardı, gözəl yudu, kəfənlədi, namazını qıldı, bu vaxt əhali çaşdı, Allahın Elçisi bunların zibilə atdığı adamı təmizləyir, kəfənləyir, namazını qılır.
Dəfndən sonra Musa əleyhissalam adamın evinə gəldi:
- Ey xatun, bu adam nə etdi, hansı xeyirli əməli etdi?
Qadın dedi ki:
- Ya Rəsulullah, bu heç kimin sevmədiyi, hər kəsin özündən qaçdığı biri, bunun yaxşı bir əməli yox idi.
- Yaxşı düşün, bunun xeyirli bir əməli, yaxşı bir işi var.
Qadın yenə
- Heç bir yaxşılığı yox idi, həmişə günah işlərdi dedi.
Üçüncü dəfə soruşdu:
- Bunun mütləq bir seyi var ki, Allahu təala mənə bunu defnetməmi söylədi.
Qadın dedi ki:
- Bir gün Tövrat oxuyurdu, oxuyarkən Məhəmməd əleyhissalamın Əhməd adı keçdi. Bu nə gözəl ad dedi, təkrar oxudu, yenə bu nə gözəl ad dedi. Sonra, ya Rəbbi, adı belə gözəl olanın kim bilir özü nə qədər gözəldir, mən ona aşiq oldum, dedi və adını öpdü
Musa əleyhissalam da tamam, aydın oldu buyurdu.
Belə bir Peyğəmbərə ümmət olmaq ən böyük nemətdir.
* Bir kimsə inanaraq Məhəmməd əleyhissalamın bir dəfə görsə, hətta arxadan görsə, əgər bir dəfə səsini eşitsələr, bütün elmlər (fən və din məlumatları və bütün yüksəkliklərdə) ona verilər, bu, boyaya batırılan parçanın boyanması kimidir.
Bütün üstünlüklər və elmlər belə ona keçir. Buna görə Əshabi-kiramın hamısı müctehidi, onların dərəcəsinə heç kim çata bilməz, bu üstünlük onlara məxsusdur.
* Sevgi itaətdir.
* Bu dünya elə də keçər belə də keçər, son dayanacaq bizi gözləyər.
* İş ibadətdir. Çalışan Allahın dostudur. Boş dayanmamalı. Onun dostu olmaq, razılığını qazanmaq üçün boş dayanmamalı. Bir gün, Peyğəmbər əfəndimiz, bir yerdən keçərkən, bos duran birinə salam vermədi. Dönüncə eyni adama salam verdi. Əshabi-kiram, (Keçərkən salam vermədiniz, dönüncə niyə salam verdiniz) deyə hikmətini soruşdular.
Buyurdu ki:
(Gedərkən heç bir iş etmirdi. Bekar olanları Allah sevməz. Allahın sevmədiyinə mən niyə salam verim. Dönüncə isə bir çöple olsa belə yeri qarışdırırdı. Yəni bir şeylər edirdi. Onun üçün salam verdim.)
Bir an olsun unutma Yaradanını Sadəcə başına bir fəlakət gəldiyində deyil, bir müsibət ya da xəstəliyə məruz qaldığında deyil, daim xatırla Onu. Çünki Ondan uzaq olunmaz, O bizə hər şeydən, hər kəsdən yaxındı. Bizi Ondan başqa hər an güdən, ehtiyaclarımızı qarşılayan varmı? Bizə qarşı sonsuz bir mərhəmət, kərəm sahibi varmı? O bizi hər kəsdən çox sevir, bir an belə bizi tək buraxmır. Elə isə sən də hər an xatırla Yaradanını..
Bil ki, səni səndən daha yaxşı tanıyan, daha yaxşı anlayan biri var. Ən gizli sirlərini bilən, halını görən biri var. Səni özünə həmsöhbət qəbul edən, hüzuruna dəvət edən ucalar ucası biri var. Sənin bütün dualarına cavab verən sonsuz qüdrət sahibi biri var. Elə isə yalnız çətin anlarında deyil, hər vaxt xatırla Yaradanını. Gecələrdə başını səccadənə qoyduğunda, içini Ona tök səssizcə Burax damlasın gözyaşların, söndürsün öz əlinlə yandırdığın atəşləri Harada və hansı şərtdə olursan ol, unutma Yaradanını...
De ey nəfsim! ALLAH sənə kafi deyilmi?
Başını qaldırıb səmaya baxdığında, bir yağış damlasında, günəşin doğuşunda, gecənin qaranlığında, kainatın hər səhifəsində, hər sətirində xatırla Onu. Hər şeydə Onun təqlid edilməz imzasını, Onun möhürünü gör və xatırla Yaradanını...
O varsa hər şey var, O yoxsa heç bir şey yox. Onunla hər şey mənalı, işıqlıq, gözəl. Onsuz hər şey qaranlıq, mənasız, heçliyə gedər. Onu heç unutma ki, saraylara dönsün zindanların. Onu heç unutma ki, nura qərq olsun qaranlıqların. Onu heç unutma ki şəfa tapsın yaraların...
Anadan, atadan, yardan ayrı qalmaq olar, Ondan ayrı qalmaq olmaz. O bizi heç buraxmaz. Elə isə Sən də Onun adını salma dilindən. Sevgisini əskik etmə ürəyindən. O sənin hər cür ehtiyacına kafi deyilmi? Ondan qeyrisi fani deyilmi? Elə isə hər an xatırla Yaradanını
Onu xatırlamaq üçün başına bir müsibət gəlməsini gözləyəcək qədər nankor və kor olma. Hara baxsan Onu gör, Onu düşün, Onu xatırla.
Ya qırdığın qəlbi Allah sevirsə?
Biləməzdin, bilsəydin ürəyin qopardı, toxunamazdın.
(Mevlana)
Səni hər yeni günün səhəri oyadırsa, bil ki, Rəbbin ruzini hazırlamışdır.
İnsanların eyibləri ilə məşğul olanlar, öz eyiblərini görməzlər.
Zikrin ən dəyərlisi "Lə iləhə illləllah"
Duanın ən dəyərlisi "Əlhamduliillah"
Səbəblər Səndəndir, Ədəb bizlərdən,
Etmə bizi Ya Rabbim, ədəbsizlərdən.
Hz.əlidən soruşmuşlar ki, bayram nədir?
demiş ki,-"günahsız keçən hər gün".
ŞƏHİD...
Yazmaq asan, demək asan...
Bir də 21 yaşına gətirən,
Yeməyib yedirən, içməyib içirən,
Bəzən sirdaşı, bəzən həyatının mənası,
Amma ən vacibi evladı,
Soruşun şəhid anasından, soruşun!!!
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir."
Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir."
Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil."
Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır."
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir."
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır."
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir."
Həzrət Məhəmməd (s) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin."
Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir."
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə."
Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan."
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir."
Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil."
Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil."
Həzrət Məhəmməd (s) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir."
İmam Rza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir."
İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı."
İmam Təqi (ə) buyurur: "Möminin izzəti xalqa möhtac olmamasındadır."
İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər)."
İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın."
İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur."
Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır."
Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir."
İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən."
İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir."
Sənin dəli kimi sevdiyin insan bir gün sənə "Səni sevirəm." deyər onnan sonra nə olacaq onu Yazıram diqqətlə oxuyun ....
İlk əvvəl sənə səni sevdiyini deyəcək, sənin üçün məşğul olacaq, səni xoşbəxt edəcək, səni qucaqlıyacaq, səni öpəcək, sənə istədiyin hər şeyi verəcək. Hədiyyələr alacaq, gəzəcək, birlikdə qəhqəhələr atacaqsınız. Sonra yemək, sonra şəkil, hər şeyi birlikdə yaşayacaq. Ayaqların yerdən kəsiləcək, hər kəsə onu izah edəcəksən, hətta ondan başqa heç bir şeyi danışmıyacaqsan. Onun sonsuza qədər yanında olacağını düşünüb, onun üçün hər kəsi qarşına alacaqsan. Həyatını, ondan ibarət kimi izah edəcək və yaşayacaqsan. Gözlərində itəcəksən, əllərini buraxmaq istəməyəcəksən, üşüdüyündə onu qucaqlıyacqsan, ürəyinin döyüntüsünü hiss edəcəksən, qoxusunu ciyərlərinə qədər əzbərlətəcəksən. Nə zaman nə etdiyini, mimikalarını, kirpiklərini, əllərini ağılına gələcək nə varsa bir bir ağılına işləyəcək hamısı şəkli kimi. Hər şey gözəl gedir deyəcəksən, sonra bir şey olacaq. Bir soyuqluq girəcək araya.O vaxt yerdən kəsilmiş ayaqlarınla yapışacaqsan yerə. Bir şey olmayacaq bədəninə amma ürəyin parçalanacaq. Öləcəksən hər gün. Çünki o səndən sıxılmış olacaq. Çünki o səndən bezmiş, artıq başqa dadlar axtarır olacaq. Çünki o, çoxdan bir başqasıyla danışmağa başlamış, səndən xilas olmanın yolunu axtarır olacaq. Sən nə olacaqsan? Həyatına girən hər insana onun sənə etdiyi bu şərəfsizliyi ödətməyə çalışacaqsan. Canı yansın istəyəcəksən, sənin xoşbəxtliyini eşitsin, qəhir olsun deyə dualar edəcəksən. Onsuz xoşbəxt ola biləcəyini sübut etməyə çalışacaqsan, nifrət edə edə sevəcəksən. "Bir gün mənə gəlirsə əsla dönməyəcəyəm." yalanına özünü inandıracaq, amma həmişə gəlməsini gözləyəcəksən.Heç vaxt ağlından çıxmıyacaq .Özvü allatmağa çalışacaqsan unudmuşam deyə. Ancaq elə bir şey çıxacaq qarşına yenə o yadva düşəcək həmin günün yenə zibil olacaq.Heç vaxt unutmuyacaqsan sənin üçün onun bir dəyəri qalmasa belə ..Hətda Vaxt gələr bir gün Uşaqlarından səndən soruşandaki İlk sevgilivin adı nə olub deyə .Onnan qabaq neçəsi olsa belə sən onu ilk sevgi kimi xatırlayıb adnı deyərsən..
Silmədən bir yazı yaza bilərsən özün üçün..O anda içindən nə gəlirsə yaz..Ən təbii halınla yaz ..Silmədən..O silmədən yazdığın yazı sənin ən dürüst halın ola bilər.Mən hal-hazırda silmədən yazıram..Duyğu və düşüncələrimin ilk hallarını..Bir neçə sətir içinə sığışdırılmış ən dürüst hallar..Həyatında bunu nə qədər edə bilərsən bəs? Kimsə bacarmaz bunu qorxma , hər kəs az bir az yalançıdır onsuz da bu yalan dünyada..Ağlına ilk gələn şeyi söylə desəm, deyə bilərsən?
Bax, mən deyirəm..Yox, deyə bilmirəm..
Və yenə silmədən davam edirəm..
Kim nə düşünər vasvasası içində dönüb dururam..Silmədən yazıram, amma bəlkə uzun bir müddət düşünürəm..İçimdən söküb atmaq istədiyim böyük bir bağlılığım var keçmişə qarşı..Öz içimdə yaratdığım və böyütdüyüm bir keçmiş..Bu hallarımı heç sevmirəm..Zəif bir xarakterdir bu,məncə..Özümü güclü bilirəm mən o isə..Demək ki, heç də güclü deyilmişəm..
Öyrənərəm bəlkə zamanla..
Silmədən yaşamağı, bəzi şeyləri silmədən başa salmağı..
Silmədən bir yazı yazıram indi.Demək olar,həmişə belə silmədən yazaram.İçimdən keçəni yazmağı isə bəzən ertəliyərəm, bəzən şeirlə anlatmağa çalışaram.Qəribə biriyəm, bəlkə.Bu gün bir daha anladım ki,özümü birilərindən daha az yaxşı, ya da daha əskik görməyim yalnışdır.Hər dəfəsində bu nəticəyə gəlməyim yaxşıdır mı? bilmirəm.Ya da bunu hər dəfəsində təkrarlamağım..Dediyim kimi qəribə biriyəm bəzən.Nə gəldi danışaram ara-sıra.Ağlımı itirdiyimi sanarsınız halbuki, normal halımdır o. Normal davrandığımda Mən mən olmuram ki, olması gərəkəni oynayıram,sadəcə.Hər kəs kimi ola bilmək üçün gərəklidir, bəlkə də.Çox ənənəyə qaçan bir kimliyim olduğu kimi bəzən çağların üstündə düşüncələrim də olur- dediyim kimi qəribə biriyəm təzadları birləsdirdiyimdənmidir,nədir?Anlaşılmaram cox zaman.Kiminə görə ciddi, kiminə görə olğun, kiminə görə zarafatcıl,kiminə görə balaca bir uşağam,təzadam hər şeydə.İnsanların xaricində qaldım, özümün içində.İç dünyamda ayrı bir mən yaşayır indilərdə.Bəlkə də, hər kəs kimi biriyəm.Özümü çox yüksəldirəm, ya da fərqli görmək istəyirəm deyə də düşünürəm bəzən.Amma bu fikirlər sadəcə mənə aid deyil, məni yaxşı tanıyanların və tanımağa başlayanların ortaq düşüncəsidir.Hər vəziyyətdə özümü ortaya atmaram.Arxa planda olmaq yaxşıdır mənim üçün.