Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

  • Bəzi şeylər bitir amma xatirələr sonsuzadək qalır dinle

    Sevmək insanın ürəyi qədərdir..
    Kiçikdirsə, böyüyünü daşıya bilmərsən..

    Sənə bir sirr verim?..
    Səndən vazkeçdiyim gün mənə aşiq olacaqsan..

    Insanların çoxu itirməkdən qorxduğu üçün, sevməkdən qorxur.
    Sevilməkdən qorxur.. özünü sevilməyə layiq bilmədiyi üçün..
    Düşünməkdən qorxur , məsuliyyət gətirdiyi üçün..
    Danişmaqdan qorxur.. tənqid edilməkdən qorxduğu üçün..
    Duyğularını ifadə etməkdən qorxur, rədd edilməkdən qorxduğu üçün..
    Qocalmaqdan qorxur, cavanlığın qədrini bilmədiyi üçün..
    Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün..
    Və ölməkdən qorxur, yaşamağı bilmədiyi üçün..

    Xoşbəxtliyin şəklini çəkə bilmərəm amma, kədərin heykəlini də quraram..

    Ancaq itirəcək bir şeyin yoxdursa, azadsan..

    Bəzən çox sevirsən
    Və o çıxıb gedir..

    Getmə! Deyəbiləcək qədər güclü olmalıdır insan..
    Çünki heç kim itirdiklərini unutabiləcək qədər güclü deyil..

    Qarşımızdakı 40-50 il üçün bir planın yoxdusa, mənimlə evlənərsən ?..

    Bəzi şeylər bitir amma xatirələr sonsuzadək qalır..

    Ucuz insanlar üçün qurduğunuz xəyallar sizə baha başa gələr..

    Yanında olmaqdan keçdim, kaç biraz vecinə olaydım..

    Qal desəm qal, get desəm getmə..

    Mən bir anda tərkedilə biləcək qədər pis insanam ?..

    Tam unuttum deyərsən, nəsə bir şey olar..
    Bir mahnı eşidərsən, kimsə onun kimi gülər, kimsə onun ətrindən vurar..
    Insanın bütün unutduğu boşa gedər..

    Dünya nüfuzu artdıqca, insan sayı azalır..

    Tək qalmaq istəyirəm deyəndə, nəzərdə tutduğum yer ürəyin idi..

    Ümid qorxudan daha güclü olan tək şeydir.. Biraz ümid faydalıdır, çox ümid isə təhlükəli..
    Diqqət altında olduğu müddətcə təmin edicidir..

    Normalda yüksək səslə mahnı dinləməzdim..
    Sonra bir gün insanların çox danışdığını anladım..
    Və Səsini qaldırdım bütün mahnıların..

    İstəsəm aşiq ola bilərəm, amma tənbəllik edirəm.

    alıntı
#21.10.2012 00:58 0 0 0
  • Ümidlə yaşamaq - Sevgi

    Ümidlə yaşamaq

    Qız:
    - Salam..Necəsən? Bayaqdan zəng edirdim niyə götürmürdün telefonu?
    Oğlan:
    - Nə deyirsən tez de. işim var!
    Qız:
    - bir dəqiqə sakit ol..Bu ikimiz üçündə mühüm məsələdi.
    Oğlan:
    - eee nə olub axı?
    Qız:
    - mən hamiləyəm)) Bizim uşağımız olacaq..)) ♥
    Oğlan:
    - Nəəə..zarafat edirsən?
    Qız:
    - yox..düz deyirəm))sevindin? ♥
    Oğlan:
    - bu necə ola bilər axı..?!
    Qız:
    - sən sevinmirsənki?
    Oğlan:
    - mən buna hazır deyiləm!!
    Qız:
    - başa düşmədim,axı sən mənimlə olanda söz vermişdinki ailə həyatı quracayıq :/
    Oğlan:
    - mən bilmirəm , mən qorxuram, hər şeyin belə tez olacağını gözləmirdim;((
    Qız:
    - hər şey yaxşı olacaq..bizim ailəmiz olacaq,uşağımız
    Oğlan:
    - yox sən o uşağı dünyaya gətirməməlisən!
    Qız:
    - dəli olmusan.Niyə belə deyirsən?
    Oğlan:
    - mən hazır deyiləm ata olmağa!
    Qız:
    - Mən onu həyata gətirəcəm! Mən öz övladımnan imtina edə bilmərəm! Bu günahdı!
    Oğlan:
    - Özün bilərsən! Birdə məni narahat eləmə!
    Qız:
    - Gözdəə!(((
    Oğlan:
    - Sağol!

    Oğlan telefonu söndürür və nömrəni çıxardır..Qız isə hər şeyə baxmayaraq ümidlə yaşayır..Nə vaxtsa övladının atasının onlara sahiblənəcəyi ümidi ilə..Bətnində körpəni böyüdür..Amma oğlana zəng çatmırdı..Qız hər ay oğlana mesaj yazır,bələ nə vaxtsa oxudu
    Qız:
    - Salam sevgilim bu gün körpəmizin 1 ayı tamam olur)) Biz səni çoox sevirik..

    - Salam..Niyə heçnə yazmırsan? xəbər zad yoxdu sənnən..Artıq balacanın 2 ayı tamam olur...Sənin üçün çox darıxırıq..

    - Salam. Atası bəbəmiz artıq 3 ayına girdi,sənin yanında olmasını istəyir gəl artıq.. və belə bir sıra mesajlar..

    Oğlan isə Hər gecə qızı düşünürdü,onu aldatmışdı..Sözünün üstündə durmamışdı..Yadınnan çıxartmağa çalışırdı,amma alınmırdı.

    Artıq 9 ay ötmüşdü..Oğlan Qızı unutmuşdu,amma hələdə yaddaşında bir gənclik səhvi kimi qalmışdı..Əşyalarının içindən köhnə nömrəsini tapır..Telefonuna taxır və ardıcıl sms-lərin gəldiyini görür..Hamısı Qızdan gəlmişdi..Hər ay körpələri haqqında 1 sms yazmışdı..
    Qız:
    - Canım bax artıq balacamız məni təpikləyir..Təsəvvür eliyirsən o mənim qarnıma içəridən təpik atır..Bilirsən bu ncə xoşbəxt anlardı..Kaşki yanımda olsan..
    - Niyə heçnə yazmırsan?Bugün 8-ci ayına girdi şirinimiz,səni gözləyəcəyik..

    Oğlan bütün mesajları göz yaşı içində oxuyur..Yəni o bu qədər qəddar olub öz sevgisinə,övladına qarşı..Və son mesaj..
    Qız:
    - -Darıxacaqsan! Sabahlara qədər düşünəcəksən. Bəzən için ağladıqca,dəli kimi xaricdən güləcəksən,amma içini bir sən biləcəksən. Qorxacaqsan için parçalanacağ deyə,acıdan qıvranacağsan,amma "Mən" olmayacam. Sol tərəfin həmişə boş qalacağ...
    Bax o zaman təkrar düşünəcəksən,düşündükcə sevəcəksən,sevdikçə bitəcəksən!!! Bugün Mən körpəmizi tək əlimə alacam,sən ona sahib çıxa bilmədin..Əlvida!
    Oğlan son sms-in iki saat öncə gəldiyini görür və dərhal doğum vinə qaçır..

    Qız gözləri yaşlı halda övladını dünyaya gətirməyə hazır idişşBirdən oğlanın gəldiyini görür..Sevincindən yerə göyə sığmırdı..Həkimlər oğlana çöldə gözləməyi tələb edirlər..Əməliyyatdan sonra..
    - Təbrik edirik,sizin Qızınız oldu))
    Oğlan:
    - Bəs Sevgilim o necədi?Onu görə bilərəm..Onnan bağışlamasını istəyəcəm)))Onu sevirəm!
    Həkim:
    -təəssüf edirik o uşağı dünyaya gətirərkən öz həyatını itirdi((
    Oğlan:
    - necə! bu ola bilməz o yaşamalıdı!!! Axı Biz ikimiz bu övladımızı böyütməliyik.! :'(
    Həkim:
    - Sizi başa düşürəm,amma biz çalışdıqki onu həyata qaytaraq amma mümkün olmadı(( Son sözündə "Uşağınıza əsl Ata kimi baxmasını istədi"((

    alıntı
#21.10.2012 00:56 0 0 0
#21.10.2012 00:51 0 0 0
  • Röya Azərbaycanı tərk edir!

    [video=youtube;g3cUC_R29Zw]http://www.youtube.com/watch?feature=player_embedded&v=g3cUC_R29Zw[/video]
#21.10.2012 00:42 0 0 0
  • Karandaşlar necə hazırlanır?

    [video=youtube;si1n_JtqpDA]http://www.youtube.com/watch?feature=player_embedded&v=si1n_JtqpDA[/video]
#21.10.2012 00:35 0 0 0
  • Qədəri inkar edənlərə rəddiyyə

    Şübhələrə cavab:

    1- Qədəri inkar edənlər öz batil etiqadlarını isbat etmək üçün bu ayələri dəlil olaraq gətirirlər. Uca Allah buyurur:

    - "İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi."
    (Ali İmran, 152)

    - "Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar."
    (Fussilət, 49)

    Və iddia edirlər ki, bu ayələrdə Allahın (subhənəhu və təalə) istəyi qeyd olunmadığından, demək bəndə əməli öz istəyi ilə edir və Uca Allahın bu istəkdə bir payı yoxdur.

    Bu şübhəyə cavab olaraq deyirik ki, Qurani-Kərimdə insanın iradəsi olan dəlil kifayət qədərdir və bu ayələr də öz-özlüyündə iki qismə bölünür:

    I - Həm Allahın, həm də bəndənin istəyi qeyd olunan ayələr. Məs:

    -Bu, aləmlərə yalnız bir nəsihətdir -sizlərdən doğru yolda olmaq istəyənlər üçün.Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
    (Təkvir, 27-29)

    - Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.

    Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz!
    (İnsan, 29-30)

    - Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.
    (Bəqərə, 253)

    Bu ayələrdə həm Uca Allahın, həm də bəndənin istəyi qeyd edilmişdir, bu ona dəlalət edir ki, bir əməlin həyata keçməsində həm Allahın, həm də insanın istəyi olmalıdır.

    II - Yalnız bəndənin istəyi qeyd edilən ayələr. Məs:

    - Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın.
    (Bəqərə, 223)

    - Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın.
    (Kəhf, 29)

    Bu ayələrdə yalnız insanın istəyi qeyd olunsa da, öncəki ayələr dəlildir ki, burada həm də Allahın istəyi qəsd edilir.

    2- Uca Allahın bu ayəsini dəlil olaraq gətirirlər:

    - Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!
    (Muminin, 14)

    Və onlar iddia edirlər ki, bu ayədə bir neçə Xaliqdən bəhs edilir, fəqət onların ən gözəli Uca Allahdır. Bu da dəlildir ki, insan öz əməlini özü xəlq edir.

    Bu iddiaya cavab olaraq deyirik ki, bu ayədə Xaliq sözü — ən gözəl surət verən mənasındadır. Ümumən ərəb dilşünaslarının (Əbubəkr əl-Ənbəri və s.) qeyd etdiyi kimi, Xəlq sözü iki mənada işlənir. Əsli olmayan, yəni öncələr bənzəri olmayan bir şeyin yaradılması və bir şeyi digər bir hala salmaq, ona başqa bir surət vermək.

    Həmçinin Uca Allah buyurur:
    - Hər şeyi O xəlq etmişdir.
    (Ənam, 101)

    Burada "hər şey" dedikdə, insanın əməlləri də buraya daxildir.

    3- Onlar bu ayəni dəlil olaraq gətirirlər:

    - Onlara belə xitab ediləcəkdir: «Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!»
    (Əraf, 43)

    Və iddia edirlər ki, burada Allah mükafatı insanın öz əməlləri müqabilində verir və bu da dəlildir ki, insan öz əməlini xəlq etməyə qadirdir.

    Bu iddiaya cavab olaraq deyirik ki, ayədəki "bimə" sözündə olan "bi" hərfi əməlin səbəbini ifadə etməkdədir. Yəni, o əməlinizin səbəbi müqabilində mənasını verir. Çünki Uca Allah həm səbəbləri, həm də səbəblərdən əmələ gələnləri xəlq etmişdir.

    İbn Uyeynə buyurur:
    - Əhli-Sünnə alimləri ittifaq etmişdir ki, Cəhənnəmdən qurtuluş Allahın əfvi ilə, Cənnətə giriş isə Allahın rəhmi ilədir. Fəqət, orada dərəcələrə bölüm isə, insanın öz əməlləri müqabilində olacaqdır. Bu Əhli Sünnənin etiqadıdır.

    Həmçinin onlara cavab olaraq Qulun əməllərinin Uca Allahın yaratdığını isbat edən ayələri misal göstərmək olar:

    - Sizi də, sizin əməllərinizi də Allah yaratmışdır.
    (Saffət, 96)

    - Hər şeyi O xəlq etmişdir.
    (Ənam, 101)

    Həmçinin Huzeyfə (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

    - Həqiqətən, əməl edəni də, onun etdiyi əməli də Allah yaratmışdır.

    İmam Buxari bu hədis haqqında deyir:
    - Bu hədis dəlildir ki, bəndənin əməllərini Allah (subhənəhu və təalə) yaratmışdır və onlar məxluqdurlar.

    Qədəri inkar edənlərin şübhələrini puç edən əqli dəlillər:

    1- Bu batil əqidə sahiblərinin ən böyük xətası odur ki, onlar Allahın sifəti olan- "Allahın kəlamını"- Hər şeyi O xəlq etmişdir. (Ənam, 101) ayəsinə daxil edirlər, lakin məxluq olan- "qulun əməlini" bu ayədən çıxarırlar. Məhz bu səbəbdən onlar Allahın kitabına məxluq demişdirlər. Yəni, Allahın kəlamını məxluqdan sayırlar, lakin məxluqun özünü məxluqdan saymırlar. Bu həqiqətən də, ağılsızlıqdır.

    2- Məgər mümkündürmü ki, Allah insanı yaratsın, lakin onun nə edəcəyindən xəbəri olmasın?! Yəni, bu cür iddia, o anlama gəlir ki, Uca Allah yalnız xəlq etməyi bacarır, bundan sonrasını isə bacarmır. Bu cür iddia isə küfrdür.

    3- Bəndə Allahın mülkü olduğu halda, Ondan xəbərsiz nə isə etməsi mümkünsüzdür. Həmçinin, Onun istəmədiyi bir şeyi də edə bilməz, burada mütləq Allahın istəyi olmalıdır.

    4- Onlara "Allah qullarının nə edəcəyini öncədən bilirdimi?" sualını verdikdə, həddi aşanlar deyirlər:
    - Xeyr! Allah bilmirdi.

    Bu söz küfr olduğundan, əksər qədəriyyəçilər belə cavab verir:
    - Bəli! Allah öncədən bilirdi.

    Və əgər Uca Allah bəndənin nə edəcəyini öncədən bilirdisə, o zaman insan etdiyi bu əməldə Allahın bildiyinə müvafiq oldumu, yoxsa müxalif oldu?

    Əgər onlar "Müvafiq oldu!"- desələr, bu o deməkdir ki, bu Allahın istəyi ilə olub.

    Əgər "Müxalif oldu!" - desələr, o zaman onların sözündə ziddiyyət yaranır. Yəni, siz Allahın öncədən bildiyini dediniz, bəndə isə Allahın bildiyinə müxalif oldu, bəs elə isə, Allah necə bilirdi? Axı bəndə Onun bildiyinə müxalif oldu?!

    alıntı
#21.10.2012 00:32 0 0 0
  • Geri Dönüşü Mümkünsüz Olan Yolda Peşmanlıq

    Dindən uzaq yaşayan insanlar axirətdə dünyada keçirdikləri hər anın peşmanlığını yaşayacaqlar. Çünki onlara dünyada dəfələrlə xəbərdarlıq edilmiş və doğru yola dəvət edilmişlər. Onlara verilən müddət ərzində düşünə biləcəkləri və doğrunu müəyyən biləcəkləri zamanları çox olmuşdur.

    Ancaq bu anları həmişə gözardı etmiş, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının sona çatmayacağı hissinə qapılaraq axirəti unutmuşlar. Bu cür insanlar cəhənnəmlə qarşılaşanda artıq geri dönə bilməyəcəklər.

    İnsan təhlükə ilə üzləşdiyində vicdan heyrətamiz sürətlə hər şeyin hesabatını aparmağa başlayır. Dünyada keçirdiyi ömrünü və bu müddətdə gördüyü işləri bir-bir qiymətləndirir.

    Əgər bu adam dünyada yaxşı işlər görməyibsə, Allahın dininə riayət etməyibsə, o zaman içini böyük peşmanlıq bürüyür. Həyatı boyu heç vaxt düşünmədiyi həqiqətlər bir anda bütün açıqlığı ilə gözünün qarşısına gəlir.

    Bəlkə də həyatında ilk dəfə ölümün həqiqətən çox yaxın olduğunun fərqinə varır. Cənnətə layiq olan ömür sürmədiyini və keçirdiyi peşmanlıq hissinin də bundan qaynaqlandığını düşünüb anlayır.

    Allaha qarşı etdiyi nankorluğu dərk edirk və bu davranışının əvəzsiz qalmayacağını da vicdanı ilə hiss edir. O ana qədər heç vaxt keçirmədiyi qorxu hissi içini bürüyür. Bu vəziyyətdən onu yalnız Allahın qurtara biləcəyini anlayır.

    Əgər xilas olsa, bundan sonra yaşadıqlarını qətiyyən unutmayacağına, Allaha çox şükür edəcəyinə və həyatının qalan qismini Allahın rizasına uyğun yaşacağına dair söz verir. O təhlükədən xilas olmaq üçün yalvara-yalvara Allaha dua edir. Yetər ki, xilas olsun və əlinə bir daha yaşamaq fürsəti düşsün...

    alıntı
#21.10.2012 00:29 0 0 0
  • Türkce anlatılır

    [video=youtube;1ZGWXoCc20s]http://www.youtube.com/watch?feature=player_embedded&v=1ZGWXoCc20s[/video]
#21.10.2012 00:20 0 0 0
  • Namaz Qılınma Qaydası - Dinle ve öyren

    [video=youtube;hFemVoTdgF4]http://www.youtube.com/watch?feature=player_embedded&v=hFemVoTdgF4[/video]

    __________________________________________________ _____________
#21.10.2012 00:19 0 0 0
  • Nankorluğun Fərqinə Varmaq

    Amma bir çox insan təhlükə sovuşduqdan sonra Allaha verdiyi sözünə sadiq qalmır. Allah onu xilas edəndən sonra əvvəlki ruh halına dönür. Peşmanlıq və təslimiyyət yerini bir anda nankorluğuna verir.

    Ölümlə burun-buruna gəldiyində düşündüyü və fərqinə vardığı həqiqətləri bir anda unudur. Sanki Allaha dua edən və o peşmanlığı yaşayan o deyilmiş kimi Allahdan üz çevirir. Əvvəlki həyatına qaldığı yerdən, bəlkə də dünyaya daha da bağlanaraq davam edir.

    İnsanlar bir çətinliklə qarşılaşdıqları an Allaha yönəlirlər. Ancaq təhlükədən xilas olduqdan sonra bir anda Allaha verdikləri sözü unudaraq nankorluq edirlər.
    Buradan belə aydın olur ki, insanların yaşadıqları peşmanlıq təhlükə anındakı çarəsizliklərindən qaynaqlanır.

    alıntı
#21.10.2012 00:04 0 0 0
  • Göylər səninçün ağlayır şeri - Göylər səninçün ağlayır dini şeri dinle

    Nuru itibdi gözlərin,
    Gözlər səninçün ağlayır.
    Təsiri yoxdu sözlərin,
    Sözlər səninçün ağlayır.

    Kimlər kəsibdir başını?
    Qolsuz qoyub qardaşını?
    Şair tökür göz yaşını
    Gözlər, səninçün ağlayır.

    Həsrət qalıb izlərinə,
    Məs o yer ki, gəldi bəla,
    Qan ağlayır Kərbübəla,
    İzlər səninçün ağlayır.

    O kəslər ki, İlahidən
    Ürək vurur, sağam deyir,
    Şəhid olan ağam deyir
    Dillər, səninçün ağlayır.

    Qalmayıbdı bu dünyanın
    Ləzzəti bilməm bu nə sirr.
    Sənsiz keçən on dörd əsr,
    İllər səninçün ağlayır.

    Gözlər hər an gəzir səni,
    Dillər adinla dolaşır,
    Çaylar, sular, sellər daşır,
    Yerlər səninçün ağlayır.

    Qələm yazır tükənmədən,
    Dilim mənə danış deyir.
    Göydən yağan yağış deyir,
    Göylər səninçün ağlayır.

    alıntı
#21.10.2012 00:03 0 0 0
  • İslam Dini - Əsl Peşmanlıq


    İnanan insanlara xas olan peşmanlıq isə belə deyil. Əsl peşmanlıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzən insanda əsaslı dəyişikliklər meydana gətirən hissdir. Səmimi peşmanlığı qəlbində hiss edən adam həyatının ona bağışlanan sonrakı hissəsini Allahın rizasına uyğun yaşayar və Allahdan bağışlanmasını ümid edər. Şərait dəyişsə və ona yeni fürsət verilsə, əsla əvvəlki davranışına geri dönməz. Çünki belə bir nankorluğun, Allahın ayələrində bildirildiyi kimi, yalnız öz əleyhinə olacağını bilir.

    İnsanın bunları düşünməsi və doğru qərar verməsi üçün mütləq təhlükə ilə qarşılaşması vacib deyil. Hətta belə bir təhlükə ilə qarşı-qarşıya olmadığı üçün də aldanmamalıdır. Belə bir vəziyyətə heç düşməyəcəyini düşünən insan bəlkə çox yaxın bir zamanda buna bənzər bir hadisə ilə qarşılaşacaq.

    Və ya bəlkə də həyatının sonuna qədər belə bir hadisə ilə qarşılaşmayacaq. Amma qəti olan bir şey vardır ki, insan üçün təqdir edilən ölüm anı gəlib çatanda ölüm mələklərini yanında görəcək. Ölümün həqiqətini gördüyü anda, əgər Allahın rizasına uyğun yaşamamışsa, mütləq peşman olacaq.

    İnsan məhz bu peşmanlıqla dünyada da, axirətdə də sonsuza qədər qarşılaşmamaq üçün Allaha yönəlməli, Ondan qorxub çəkinməli, Onun Quranda bildirdiyi əmrləri yerinə yetirməlidir. Ölüm çox yaxındır. Buna görə də, insan heç nəyi təxirə salmamalı, verdiyi səmimi qərarları səbr və iradə ilə tətbiq etməlidir. Allaha olan yaxınlıq və səmimiyyətinin ölçüsü isə çarəsizlik və təhlükə anında Allaha yönələn insanın yaxınlığı və səmimiyyəti qədər olmalıdır. Bu yaxınlıq və səmimiyyəti isə bütün həyatı boyu davam etdirməlidir.

    alıntı
#21.10.2012 00:01 0 0 0
  • Gözelik

    Gözəlliyin sirri təbiətdə gizlidir. Bitkilərlə həm uzunmüddətli, həm də asanlıqla gözəlləşmək olar. Türkiyə mətbuatı dəriyə şəffaf görünüş qazandırmaq, saçları parlaq etməyin yollarını təqdim edir.

    Parlaq saçlar üçün - 250 qram adaçayı yaprağını 1 litr suda 15- 20 dəqiqə qaynadın və soyuyandan sonra süzün. Daha sonra 50 faizlik spirtlə qarışdırın. Gün aşırı saç diblərini isladıb darayın.

    Sızanaq ləkələri üçün - 1 çay qaşığı aspirin tozu, eyni miqdarda limon suyu və limon yarpağını ağ gil ilə qarışdırıb sızanaqların üstünə sürtün. Maska üzdə 20 dəqiqə qalır.

    Yumşaq dəri üçün - Duş qəbul edəndən sonra 1 litr suya 1 stəkan alma sirkəsi qatın və bədəninizi bu su ilə nəmləndirin. Bu ölü dəridən qurtulmağınıza kömək edəcək.

    Sağlam dəri üçün - qaynadılmış çobanyastığı çayı ilə həftədə bir dəfə üzünüzü yuyun. Bu zaman dəri təzələnir və sağlam görünüş qazanır.

    Bədən pilinqi üçün - yulaf tozu, zənçəfil (latınca:kurkuma lonqa) və zeytunyağını qarışdıraraq bütün bədən pilinq edilir. Qarışım körpə dərisi effekti yaradır.

    Dəridəki yağlanma üçün - sürtgəçdən keçirilən xiyarı süd ilə qarışdıraraq üzə sürtün və bolluca nəmləndirin.

    alıntı
#20.10.2012 23:55 0 0 0
  • Saç tökülmesi sebebleri haqqında - Saç tökülmesinin qarşısını nece almaq olar?


    Pensilvaniya universitetinin tədqiqatçıların keçəlləşmə problemi olan kişilər və laboratoriya siçanları üzərində apardığı təcrübələr nəticəsində keçəlləşməyə səbəb olan protein müəyyənləşdirilib. Xarici mətbuat xəbər verir ki, alimlər öyrəniblər ki, əksər kişilərdə keçəlləşmə orta yaş dövründə başlayır və 70 yaşa qədər təxminən 80%-də gözlə görünəcək dərəcədə keçəlləşmə hiss olunur.

    Burada əsas rolu isə kişi hormonu olan testosteron və genetik quruluş ynayır. Onların təsiri ilə tük soğanaqları azalır, saçlar isə getdikcə nazikləşir və artıq gözlə görünmyəcək dərəcədə azalır.

    Alimlər öyrəniblər ki, keçəlləşən hissələrdə yerləşmiş saç soğanaqlarının hüceyrələrində prostoqlandin D proteininin səviyyəsi qalxır. Siçanlar üzərində aparılan tədqiqatlarda süni şəkildə proteinin miqdarını artırdıqda tüklərdə tamamilə tökülmə müşahidə olunub. İnsanlarda isə həmin proteinin qəbulundan sonra əkilmiş saçlarda uzanma prosesi dayanıb.

    Dermatologiya fakültəsinin təcrübələrə rəhbərlik edən professoru Corc Koçarelisin sözlərinə görə, indi artıq onlara keçəlləmənin səbəbi məlumdur. Növbəti addım isə proteinin miqdarını aşağı salmaq və keçəlləşməni saxlamaqdır. İndi onlar saç soğanaqlarında həmin proteinin miqdarını azaltmaq fikrindədirlər. Tədqiqatçılar ümid edirlər ki, bununla onlar saç tökülməsinin qarşısını alacaq və yeni saçların çıxmasına səbəb ola biləcəklər.

    alıntı
#20.10.2012 23:52 0 0 0
  • Genc Qalmaq Üçün Ne Etmeli?

    Yerkökü gözlərin sağlamlığı üçün çox faydalıdır. Bundan başqa, ürək xəstəliyi olanlar və damar sərtliyindən əziyyət çəkənlər də yerkökündən istifadə etməyi unutmamalıdırlar.

    Həmçinin qanazlığı zamanı da səhər, günorta və axşam olmaqla 1 çay stəkanı təzə kök şirəsi içmək məsləhətdir. Mədə-bağırsaq qanaxmasının qarşısının alınmasında, yorğunluğun aradan qaldırılmasında, eyni zamanda bədəndə olan zəhərli maddələrin xaric edilməsində də yerkökü mühüm rola malikdir. Yerkökü dərini hamarlaşdırır, sızanaq və ləkələri aparır. Buna görə də yerkökündən hazırlanan maskalardan istifadə etmək daha məqsədəuyğundur. 1 yemək qaşığı balı, 2 yemək qaşığı yerkökü şirəsini, 1 desert qaşığı zeytun yağını, 3 damcı limon şirəsini yaxşıca qarışdırıb, dərinizə çəkin. 20 dəqiqə gözlədikdən sonra isə ilıq su ilə yuyun. Bu maskanı həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz. Digər tərəfdən, dəridəki ləkələri aparmaq üçün 2 ədəd yerkökünün və 1/2 ədəd limonun şirəsini çıxararaq qarışdırmaq və bu mayeni üzünüzə vurduqdan yarım saat sonra ilıq su ilə yumaq lazımdır. Bu maskanı gündə 3-4 dəfə pambıq vasitəsilə ləkələrin üzərinə çəkə bilərsiniz.

    Qeyd: yerkökünü sürtgəcdən keçirməzdən əvvəl qabığını soyun.

    alıntı
#20.10.2012 23:47 0 0 0
  • Bədən gözeliyi - Bədəni gözeleşdirmek olar?

    Çoxlarının bu mövsümdə gözəl bədən quruluşuna sahib olmaq üçün kifayət qədər vaxtı və səbri olmur. İndi təəssüflənməyə dəyməz. Uzun illərdir Hollivud ulduzlarına qısa zaman ərzində gözəl görünüş bəxş edən amerikalı mütəxəssis Veyans Ey Fulton məsləhətləri ilə bölüşüb.

    Belə ki, bir müddət öncə o, 6 həftə ərzində formada olmaq haqqında kitab yazıb. Artıq kitab bestseller olub. Müəllifin sözlərinə görə, rejimə riayət etməklə nəinki gözəl bədən quruluşuna qovuşmaq olar, hətta dərinin, saç və dırnaqlarında vəziyyətini yaxşılaşdırmaq mümkündür.

    Bunun üçün səhər yeməyindən imtina etmək, soyuq duş qəbul etmək və qara kofe içmək lazımdır. Kitabda səhər yeməyini saat 10:00-dan tez etmək məsləhət görülmür. Ən ideal variant gündə 3 dəfə yemək yeməkdir. Mütəxəssisin çəki artıran "təhlükəli qidalar" siyahısına meyvə şirələri, kokteyllər, hətta brokolli də daxildir.
    Selülitlə mübarizə üçün isə soyuq vanna və kofe lazımdır. Soyuq su həm də metobolizmanı gücləndirir.


    alıntı
#20.10.2012 23:38 0 0 0
  • Erkən qırışların 8 səbəbi haqqında

    Dərinizin normadan tez qocalması və qırışmasının ən önəmli ilk 8 səbəbi:

    Üz mimikaları: Uşaq ikən ananız sizə deyərdimi: "Elə eləmə, yoxsa üzün elə qalacaq!" O, yalan demirdi. Üzünüzü hər hərəkətə gətirdikdə, dəriniz bir az da qırışır. Çox vaxt dəriniz özü-özünü yenilədiyi üçün yeni dəri hüceyrələri yarandıqca həmin kiçik cizgilər də yox olur. Amma bu yenilənmə əbədi davam etməyəcək.

    Siqaret: Bəli, hamımız bilir ki, siqaret sağlamlıq və gözəlliyə təsir edir. Lakin sadəcə sizi zəhərləyib, dişlərinizi saraltmır, eyni zamanda yaşlı görünməyinizə səbəb olur.

    Yuxu: Qəribə səslənsə də, bütün günün yorğunluğundan qurtulmaq üçün yatağınıza girəndə belə özünüzə diqqət yetirməyə davam etməlisiniz. Çünki eyni tərəfdə uzun müddət yatsanız, üzünüzün o hissəsi daha çok qırışar. Buna görə də birtərəfli və ya böyrü üstə yatmaqdansa, özünüzü üzü üstə yatmağa öyrəşdirin.

    Stress: Qadınsınız, onda realist olaq- həyatınızdan stressi tamamilə silmək mümkün deyil. Amma gözəl üzünüzü qorumaq üçün daha sakit və soyuqqanlı olmağa çalışmalısınız. Əslində qırışlardan qorunmaq üçün stressden uzaq olmalısınız, çünki qırışılar daha çok stressə düşmənizə səbəb olacaq.

    Yuxusuzluq: Yuxunun öhdəsindən gəlməyin yolu yoxdur.Uzun müddət eyni şəkildə yatsanız da üzünüz qırışır və kifayət qədər yatmayanda da dəriniz qırışır. Heç ədalətli deyil! Lakin diqqət etməlisiniz: nizamlı yatmaq və mümkün qədər üzü üstə yatmağa

    Spirtli içki: Nə qədər çox içsəniz, o qədər qırışacaqsınız. Spirtli içki üzünüzün şişməsinə səbəb olur, sonra dartılmasına və qırışmasına gətirib çıxarır.

    Nəmsizlik: Quru dəri ən pis dəridir. Çatlama, qanama və qırışmaya səbəb olur. Bədəninizin nə qədər suya ehtiyacı varsa, üzünüzün də nəmlənməyə o qədər ehtiyacı var. Nəmləndirici krem və vasitələri əlinizin altından kənara qoymayın.

    Genlər: Ailənizə və qırışlarınıza baxın, çünki onların hekayəsi sizinin də ola bilər. Vəziyyətə fiziki olaraq çox töhvəmiz olmasa da, ən azından onların səhvlərindən dərs ala bilərsiniz.

    alıntı
#20.10.2012 23:35 0 0 0
  • Ömrün Qısalma Sebebleri - Hərəkətsiz Qalmağın Ziyanları

    Araşdırmada ABŞ, Kanada, Avstraliya və Şotlandiyada son illərdə hərəkətsiz həyat tərzi ilə əlaqədar dərc olunan 5 məqalənin nəticələri qiymətləndirilib. Əldə olunan nəticə gündə 3 saatdan az oturmağın insan ömrünü təxminən 2 il uzada biləcəyini göstərir.

    Tədqiqatda iştirak edənlər 3 saatdan az, 3-6 saat və 6 saatdan çox hərəkətsiz qalma ilə televiziya izləmə müddətlərinə görə (2 saatdan az, 2-4 saat və 4 saatdan çox) təsnifləşdiriliblər.

    2005-2006-cı illərdə 18 yaşdan yuxarı amerikalıların qatıldığı və daha sonra 2009-2010-cu illərdə təkrarlanan araşdırmalar televiziya qarşısında keçirilən müddətin gündə 2 saata endirilməsinin ömrü 1 il 3 ay uzada biləcəyini göstərir.

    ABŞ Xərçəng Birliyi tərəfindən həyata keçirilən və 123 216 adamın qatıldığı 2010-ci ildə nümayiş olunan araşdırmalardan biri gündə 6 saatdan çox hərəkətsiz qalanların ölüm riskinin gündə 3 saatdan az hərəkətsiz qalanlardan yüzdə 20 daha yüksək olduğunu müəyyən edir. Kişilərdə ölüm riskinin yüzdə 17, qadınlarda isə yüzdə 37 olduğu qeyd edilir.

    Lozanna Universitetindən Peter Katzmarzyakın rəhbərlik etdiyi qrup bəzi araşdırmaların çox oturmağın qıç əzələlərinin hərəkətsiz qalmasına səbəb olduğunu və bunun qandakı şəkər və yağ nisbətinə pis təsir etdiyini bildirir. Onun sözlərinə görə, sonuncu araşdırma uzun müddət hərəkətsiz qalmaq, ya da televiziya qarşısında əyləşməyin ömrü qısaltdığını göstərir.

    Qeyd edək ki, keçmişdə də bir çox tədqiqatların mövzusu olan hərəkətsiz həyat tərzinin diabet və ürək-damar xəstəliklərinin inkişafına səbəb olduğu və ölüm riskini artırdığı məlumdur.

    Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaşlı şəxslərə sağlam qalmaq üçün həftədə ən azı 150 dəqiqəlik fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir.

    alıntı
#20.10.2012 23:33 0 0 0
  • Gənc qalmaq üçün hansı vitaminlər vacibdir?

    İnsan orqanizminin immuniteti, gəncliyi və gözəlliyi üçün vitamin və minerallar vacibdir. Ancaq onlardan 10-u gənc qalmaq üçün daha önəmlidir. Bu vitaminləri gündəlik qida ilə asanlıqla qəbul etmək və gəncliyin ömrünü uzatmaq olar.

    Amerikalı və rusiyalı mütəxəssislərin sağlamlıq üçün faydalı olan vitaminlər qrupunu oxuculara təqdim edirik.

    1.Beta karotin - antioksidantdır. Orqanizmdə A vitamininə çevrilir. Görmə qabiliyyəti, immun sistemi, eləcə də dərinin elastikliyi üçün vacibdir. Həmçinin beta karotinin xərçəngin müxtəlif formalarının da qarşısını ala bilir. O daha çox kartof, yerkökü, təzə ərik, yaşıl bibərdə var.

    2. Kalsium - sümükləri, dişləri möhkəmləndirir. Osteoporoz (insan skletinin funksiyasının pozulması-red.) xəstəliyinin qarşısını alır. Ən yaxşı mənbəyi - süd, kəsmik, pendir, ümumiyyətlə süd məhsulları.

    3. Fol turşusu - qadınlara hamiləliyi daha yaxşı keçirməyə kömək edir. Bu həm də dölün normal inkişafı üçün vacibdir. 45 yaşdan sonra ürək-damar sistemi və əsəb xəstəliklərindən qoruyur. Tünd yaşıl tərəvəzlərdə, sitrus meyvələrinin tərkibində boldur.

    4. Dəmir - anemiyadan qoruyur, gümrahlıq verir, yorğunlulqa mübarizəyə kömək edir. Daha çox mal-qara ciyərində, ürəkdə, yaşıl almada olur.

    5. Kalium - ürəyin normal fəaliyyəti, normal təzyiq üçün faydalıdır. Duzun neqativ təsirini neytrallaşdırır. Ərik qurusu, üzüm, pomidor, tomat şirəsi, bananda bol kalium var.

    6. Vitamin B15 - güclü antikoksidantdır və orqanizmi toksinlərdən təmizləyicidir. Fiziki fəallığı artırır, maddələr mübadiləsini yaxşılaşdırır. O, həmçinin orqanizmdəki hüceyrələrin yenilənməsi prosesini sürətləndirir və onların bədxassəli kütlələrə çevrilməsinə mane olur.

    7. Vitamin C - Onu həyatımızdakı 1 nömrəli vitamin adlandırmaq olar. O orqanizmin bütün funksiyaları üçün labüddür, maddələr mübadiləsini yaxşılaşdırmaqdan mövsümü infeksialara kimi. Bu vitamin daha çox kələm, sitruslar, çaytikanı, bibər, qara və qırmızı quşüzümü.

    8. Vitamin D - bu kalsium ilə birlikdə sümüklərimizi və dişlərimizi, eləcədə 2-ci tip diabetdən qoruyur. Əsasən günəş şüasının təsiri ilə yaranır. Ancaq qidalarında tərkibində - əsasən dəniz məhsulları, balıq yağı, ciyərdə var.

    9. Vitamin E - piy və yağlarda var. Qan damarlarının divarlarını möhkəmləndirir və yaşlanma prosesini yavaşladır.

    10. Vitamin B10 - Bizi ozonun, ultrabənövşəyi şüaların ziyalı təsirindən qoruyur. Bizim orqanizmizə xarici mühitin neqativ təsirindən müdafiə olunmağa kömək edir.

    alıntı
#20.10.2012 23:30 0 0 0