Kosmetik vasitələrdən düzgün istifadə etmədikdə dəri xəstəlikləri törədir. Dəridə yanma, qaşınma, quruluq, kəpəklənmə və qızartılar əmələ gəlir. Ona görə də kosmetikadan istifadə edərkən dərinin növü, yaş dərəcəsi, hətta daxili xəstəliklər də nəzərə alınmalıdır.
Hamamdan çıxdıqdan sonra saça dolğunluq verən saç jelesindən istifadə edə bilərsiniz. Saçınız düz, quru və sərtdirsə, canlılığını itiribsə, saça parlaqlıq verən şampun və saçları canlandıran komponentlərdən yararlana bilərsiniz. Saçlarınızı qurudarkən bir tərəfə qalın dişli, yuvarlaq fırça-daraqla darayın ki, saçlarınız təbii parlaqlığa qovuşsun.
Xurma orqanizmi xərçəng xəstəliyindən qoruyur, boğaz ağrıları, bronxit, öskürək və soyuqlama zamanı faydalıdır.
Qanda şəkərin düşməsi və təzyiqin normallaşmasını təmin edir. Bu meyvə lif, mineral və fenol birləşməsi ilə zəngindir. Xurma halsızlığı aradan qaldırır, tərkibində dəmir elementi olduğu üçün gündə 15 ədəd xurma yemək məsləhətdir.
Xərçəng xəstəliyi - Xərçəng xəstəliyinə tutulma ehtimalını artıran amillər haqqında
Kirli torpaqlarda qida istehsalına qadağa qoyulmalıdır. Həddindən artıq rentgen şüalarından istifadə edilməsi təhlükəlidir.
Uşağın 1-2 saatdan çox kompyuter qarşısında oturması məsləhət deyil. Üç aylıq körpələri televiziya qarşısında əmizdirmək olmaz. Körpələrə plastik əmzik şüşələrində yemək verməyin, eyni zamanda onlar üçün plastik qabda yemək hazırlamaq zərərlidir.
Plastik qablar sulu qidalar üçün daha təhlükəlidir. Uşaqlara tərkibində kimyəvi əlavələr olmayan qidalar, məsələn, çips əvəzinə qızardılmış kartof, evdə bişirilən şirniyyatlar, qurabiyələr verin.
Alüminium folqa da sulu və isti qidaların tərkibinə ağır metallar buraxır. Bunlar bədəndə beyinlə əlaqədar olan xəstəliklərə və xərçəngə səbəb ola bilir.
Kosmetik nəmləndiricilər, saç boyaları, arıqlamaq üçün kremlər, körpə sabunları, şampunlar, körpədə səpginin qarşısını alan dərmanlar qaydalara uyğun olaraq istifadə edilmirsə, orqanizmə zərərli təsir göstərir.
Dəmir, foli turşusu və B12 vitamini çatışmazlığı ilə müşahidə edilən qan azlığı, yəni anemiya xəstəliyi müalicə edilmədikdə daha ciddi problemlərə səbəb olur.
Qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.
Qanazlığının səbəb olduğu problemlər:
Hamilə qadınlarda:
1. Uşaq ölümü.
2. Azçəkili uşaqların doğulması.
3. Erkən doğuş.
4. Bədənin müqavimətinin azalması.
Yeniyetmələrdə:
1. Mütəmadi olaraq yorğunluq hissi, halsızlıq.
2. İş qabiliyyətinin azalması.
3. Bədənin müqavimətinin azalması.
Dəmir çatışmazlığı ilə bağlı anemiya:
Dəmir bədəndə oksigen daşıma vəzifəsini yerinə yetirən eritrosidlərin bərpası üçün vacibdir.
Dəmir çatışmazlığının səbəbləri:
1. Qidalardan az miqdarda dəmir alma.
2. Bağırsaqlar tərəfindən az miqdarda sorulma.
3. Xroniki qanaxmalar.
Mədə-bağırsaq yarası, xərçəng xəstəliyi, həmçinin uzun müddət aspirin və revmatizma dərmanları qəbul etmək də qan azlığına gətirib çıxarır.
Yuxu pozğunluğu, rejimsizlik, düzgün qidalanmama da bu kateqoriyaya daxildir. Körpələrdə əlavə qidalara gec başlamaq, ana südü əvəzinə inək südü ilə qidalanmaq da qan azlığına səbəb olur.
Qan azlığı özünü necə göstərir?
1. Torpaq, buz, kirəc yemək istəyi.
2. Ağız ətrafında çatlar.
3. Dırnaqlarda düzləşmə.
4. Dildə qırmızılaşma.
Gündəlik dəmir tələbatı 2 milliqramdır. Qaraciyərdə, mal ətində, həmçinin balıq məhsullarında dəmir ehtiyatı çoxdur. C vitamini və portağal şirəsi bitkilərdən alınan dəmirin sorulmasını artırır, çay və qəhvə isə bu sorulmanı azaldır.
Dəmir çatışmazlığının müalicəsindən 2 ay sonra hemoqlobin miqdarı normal səviyyəyə çatır. Sümük iliyində dəmir miqdarını bərpa etmək üçün daha uzunmüddətli müalicə lazımdır.
Foli turşusu çatışmazlığı ilə əlaqədar anemiya:
Orqanizmin qırmızı qan hüceyrələrini istehsal etməsi üçün foli turşusuna ehtiyacı var. Foli turşusunun miqdarı normadan az olduqda qan hüceyrələrinin istehsalı azalır və anemiya baş verir. Keçi südü ilə qidalanma, bağırsaq xəstəlikləri, xərçəng xəstəliyi və epilepsiya üçün istifadə edilən dərmanlar da foli turşusu çatışmazlığına səbəb olur.
Foli turşusu çatışmazlığı ilə əlaqədar yaranan anemiya zamanı ishal, depressiya, dilin şişməsi və qızarması halları baş verir.
B12 vitamini çatışmazlığı zamanı da anemiya yaranır. Bu vaxt dil şişir və ağrıyır, dəri saralır, zehni funksiyalar azalır.
Qəbizliyin olmaması üçün sudan kifayət qədər istifadə etmək tövsiyə olunur.
Kifayət qədər su içməmək, düzgün qidalanmamaq, hərəkətsizlik, çox yemək, bağırsaq xəstəlikləri, əzələ zəifliyi, bəzi dərmanlar, prostat problemləri, stress, yeməkdə dəyişiklik, bəzi pəhrizlər, uzun sürən səfərlər, qaraciyər və öd kisəsi xəstəlikləri qəbizliyin əsas səbəblərindəndir. Qəbizlik problemini aradan qaldırmaq üçün liflə zəngin qidalara, yəni çiy meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Çünki lifli məhsullar bağırsaqların fəaliyyətini gücləndirir. Belə qidalar bağırsaqdakı toksinləri, maya göbələklərinin və xəstəliktörədən bakteriyaların inkişafını azaldır. Qəbizliyin olmaması üçün sudan da kifayət qədər istifadə etmək tövsiyə olunur. Qalın bağırsağın hər gün ən azı 1,5 litr suya ehtiyacı olduğundan gündə 1,5-2 litr su içilməlidir. Qəbizlik uzun sürdükdə isə həkimə müraciət olunmalıdır.
Badamlı balıq kababı terifi - Badamlı balıq kababının hazırlanması
Badamlı balıq kababını istifadə etdiyiniz balığın növündən asılı olaraq, 10-15 dəqiqə, yəni balıq bişənə qədər odda saxlayın. Lazım gəlsə, bişirmə müddətini artıra da bilərsiniz.
Əvvəlcə, balığı təmizləyin. Böyükdürsə, təmizlədikdən sonra quşbaşı böyüklüyündə parça-parça doğrayın. Kiçik balıqları isə doğramayın. Soğanı xırdaca doğrayın, pomidorların qabığını soyub, çəyirdəklərini təmizləyin, iri, lakin nazik halqa şəklində doğrayın. Badamı qaba töküb üzərini örtəcək qədər su əlavə edin və orta odda bir neçə dəqiqə qaynadıb, suyunu süzün. Badamların üzərinə soyuq su töküb, qabıqlarını soyub atın. Çəyirdəyini isə saxlayın.
Kartofu soyun, nazik şəkildə doğrayın. Cəfərini yuyub, suyunu yaxşıca süzün və xırda-xırda doğrayın. Unla duzu qarışdırıb, balıqları bu qarışığa batırın. Yağın yarısını ortaölçülü tavada əridin. Yağ qızmağa başladıqda unladığınız balıqları tavaya düzün və 5-6 dəqiqə bir neçə dəfə alt-üst çevirərək qızardın. Qızarmış balıqları qaba yığıb tavadakı yağı boşaldın.
Eyni tavaya qalan yağı da atıb əridin. Yağ qızana qədər soğan və badam içlərini əlavə edin. Tez-tez qarışdıraraq badamlar saralıb, soğanlar çəhrayı rəng alana qədər bir neçə dəqiqə bişirin və pomidorları əlavə edin. Yenə tez-tez qarışdırıb bir neçə dəqiqə bişirin.
Balığı və kartofu tavaya tökün, istiotu, cəfərini səpin. Balıqların üzərinə üstünü örtəcək qədər su əlavə edin, dəfnə yarpağını qoyun və vam odda saxlayın. Tavanın qapağını möhkəm örtün.
Badamlı balıq kababını istifadə etdiyiniz balığın növündən asılı olaraq, 10-15 dəqiqə, yəni balıq bişənə qədər odda saxlayın. Lazım gəlsə, bişirmə müddətini artıra da bilərsiniz.
Piti Şəkinin ən ləziz yeməklərindən biridir. Özünəməxsus bişirilmə üsulu ilə seçilən bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil. Odur ki, Şəkiyə üz tutan bütün qonaqların sifarişində piti əsas yer tutur. Azərbaycanlıların milli şorbası sayılan pitini xüsusi gil qablarda bişirirlər. Əvvəlcə noxud suda isladılır. Noxudlar yaxşıca şişdikdən sonra xüsusi piti qablarına yerləşdirilir. Üstünə 4-5 tikə ət ilə 2 tikə quyruq və soyuq su əlavə edib, ocağa qoyurlar. Ətin kəfi çıxdıqca yığılır. Xırda-xırda doğranmış soğanlar yeməyə tökülür, duz əlavə edilir və bu vəziyyətdə vam odda qaynadılır. Mövsümdən asılı olaraq, pitiyə təmizlənmiş şabalıd da atmaq olar. Piti süfrəyə sumaq, quru soğan və turşu ilə verilir. Gil qablarda bişirilən piti süfrəyə də elə bardaqda gətirilir. Onun yeyilmə üsulu da qeyri-adidir. Belə ki, əvvəlcə boşqaba sumaq səpib, üzərinə bayat çörək doğranır. Gil qabdan pitinin suyu çörəyin üzərinə süzülüb yeyilir. Yeməyin ilk hissəsi bitincə, ikinci əməliyyat başlayır. Bu dəfə noxudla ət eyni boşqaba qoyulur, əzilərək yeyilir. Şəkililər pitinin yanında süfrəyə baş soğan da qoyurlar. Quyruqlu ət və noxud ağır yemək sayıldığından soğan onların mədədə həzmini asanlaşdırır. Piti hazırlamaq üçün tələb olunan ərzaqlar: 500 q sümüksüz qoyun əti, 100 q noxud, 60 q quyruq, 2-3 ədəd baş soğan, 100 q şabalıd, zövqə görə duz, istiot və zəfəran.