Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

  • Yumurtalı ət rulet - Yumurtalı ət rulet terifi

    Ərzaqlar

    1 kq yağlı qiymə
    4 ədəd soğan
    1 ədəd bolqar bibəri
    4 ədəd yumurta(3 ədədi qaynadılmış)
    göyərti
    duz+istiot

    Hazırlanma qaydası

    Əti çəkirik. Soğanla bibəri xırda-xırda doğrayıb çəkilmiş ətə qatırıq. Az yağda bu qarışığı 5dəq qovururq. Yaxşıca qarışdırırıq. Doğranmış göyərtini,duz+istiotu ətə əlavə edirik və üzərinə bir yumurta qırırıq. Yenidən yaxşıca qarışdırırıq. Qabı yaxşıca yağlayırıq. Əti 2 yerə bölürük. Bir hissəsini qaba qoyuruq. Ortasına 3 ədəd qaynadılmış yumurtaları qoyuruq.

    Qalan əti də üzərinə qoyub,yayaraq yaxşıca basdırırıq.

    Öncədən isidilmiş sobada 35-45 dəqiqə bişiririk.
    Qeyd: Ətin üstü yanmasın deyə falqa kağizla(alminum kağızla) örtürük. Bişməsinə 15 dəq qalmış falqanı götürürük.

    nuş olsun
#30.11.2012 11:34 0 0 0
  • Ətli-göbələkli vatruşka - Ətli-göbələkli vatruşka terifi

    Tərkibi:

    1-1,3 kq qiymə
    2 baş soğan (qiymənin içinə)
    4 diş sarımsaq (qiymənin içinə)
    göyərti (qiymənin içinə) - zövqə görə
    2 baş soğan
    2-3 x.q. 15%-li xama
    5-7 x.q. 2,5%-li qatıq
    500 q şampinyon
    50-80 q pendir (istənilən növ əriyən pendir)
    duz, istiot - zövqə görə
    1,5 ç.q. zeytun yağı

    Soğanı kubik doğrayıb qaynar yağda qovurun. Göbələyi təmizləyib, doğrayıb soğana əlavə edin. Qovrulandan sonra göbələyin içinə qatıq və xamanı əlavə edib 5-7 dəqiqə bişirin.

    Qiyməni xırda doğranmış soğan, sarımsaq və göyərti, duz-istiotla qarışdırın, əlinizdə 60-70 q-lıq küftələr tutun. Siniyə düzün, ortalarında dərin çala açın. Qovrulmuş göbələyi küftələrin içinə doldurun (hər küftəyə təxminən 1 x.q.). Hər vatruşkanın üstünə pendir dilimi qoyun, yaxud sürtgəcdən keçirilmiş pendir səpin.
    180-200 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.

    Süfrəyə vineqret salatı ilə verə bilərsiniz.

    nuş olsun
#30.11.2012 11:33 0 0 0
  • Bananlı Tartolet - Bananlı Tartolet terifi

    Tərkibi:

    Xəmir üçün;
    1,5 su stəkanı un
    3 xörək qaşığı toz şəkər
    5 xörək qaşığı kərəyağı
    2 xörək qaşığı su

    Krem üçün:
    1 su stəkanı süd
    2, 5 xörək qaşığı toz şəkər
    2 xörək qaşığı kərəyağı
    1 xörək qaşığı un
    1,5 çay qaşığı buğda nişastası
    1 çay qaşığı vanil

    üzərinə;
    3-4 ədəd banan

    Hazırlanması:
    Unun ortasını hovuz kimi açıb bütün vəsaiti əlavə edərək qulaq məməsi yumşaqlığından bir az daha sərt bir konsistensiyada xəmiri hazırlayın. Xəmir hazırlandıqdan sonra 1 saat soyuducuda saxlayın və dart qablarını yağlayarak xəmirləri təxminən yarım barmaq qalınlığında açaraq qəliblərə yerləşdirin. 160 dərəcədə isidilmiş sobada xemirlerınız qızıl rəngini alana qədər bişirin. Bişən tartlarınıza kremi və dilimlənmiş bananları qoyaraq xidmət edin.

    nuş olsun
#30.11.2012 11:30 0 0 0
#30.11.2012 11:28 0 0 0
  • Nardaranda ashura

    [video=youtube;YocEY6OJgW8]http://www.youtube.com/watch?feature=player_detailpage&v=YocEY6OJgW8[/video]
#30.11.2012 11:25 0 0 0
  • Haci Sahin - Seytanin sebri dinle

    [video=youtube;qiI8yg5hrp4]http://www.youtube.com/watch?v=qiI8yg5hrp4&feature=player_detailpage[/video]
#30.11.2012 11:15 0 0 0
#30.11.2012 11:11 0 0 0
  • Sehriyar Gunesli - Ya Eli ilahi dinle

    [video=youtube;2DDqc3ppmBk]http://www.youtube.com/watch?feature=player_detailpage&v=2DDqc3ppmBk[/video]
#30.11.2012 11:08 0 0 0
  • Saçı uzadan qidalar haqqında - Payız-qış aylarında saçı uzadan qidalar hansıdır?

    Saçların sağlam şəkildə uzanmasını təmin edən vasitələrdən biri turp suyudur.

    Turp maskasının hazırlanması:
    Bir turpu sürtgəcdən keçirin və 3-4 stəkan suda yarım saat qaynadın. Daha sonra isə suyunu süzün. Turpun suyu ilıq olduqdan sonra yumurta sarısı ilə qarışdırıb saçınıza çəkin. Dəsmalla ya da streçlə yaxşıca bağlayın. 1 neçə saat gözlədikədm sonra saçlarınızı ilıq ya da soyuq suda yaxşıca yaxalayın.

    Bir həftə sonra saçlarınızın necə sürətlə uzandığının şahidi olacaqsınız. Maskanı etdikdən sonra saçlarınız tökülsə, narahat olmayın. Çünki maska zədələnmiş və zəif saçların yerinə yeni və sağlam saçların çıxmasını təmin edəcək.

    alıntı
#30.11.2012 11:05 0 0 0
  • Kirpikləri uzadan təbii vasitələr - Kirpikləri uzadan təbii vasitələr nelerdir?

    Kirpikləriniz daha uzun olmağını istəyirsinizsə, aşağıdakı maskadan istifadə edin.

    Hazırlanması: 1 stəkan suyu qaynadın. 1 çay qaşığı hind yağı və 12 qr kakao yağı əlavə edib qarışdırın. Qabı başqa isti su ilə dolu olan qaba yerləşdirin. Krem halına gələnə qədər gözləyin. Qarışığı soyudub 15 gün ərzində yatmazdan əvvəl kirpiklərinizə çəkin. Lakin diqqətli olun ki, gözünüzə tökülməsin.

    Daha uzun və gur kirpiklər üçün hind və badam yağını qarışdırın. Bu qarışığı 15 gün ərzində bir qabda saxlayın. Yatmazdan əvvəl gözünüzə çəkin. Bunu qulaq təmizləyən çubuq ilə kirpiklərə çəkin. Kirpiklərinizin uzandığını və daha gur çıxdığının şahidi olacaqsınız.

    alıntı
#30.11.2012 11:01 0 0 0
  • Qadınlar - Maskalar - Qış üçün dəriyə qulluq maskaları - Qişda deriye nece qulluq edek?

    Dəriyə Qulluq həmişə vacibdir. Xüsusi ilə də soyuq havalarda dəridə bir sıra problemlər yaranır.

    -½ avakado
    -2 ədəd bildirçin yumurtası
    -1 xörək qaşığı hind qozu
    -1 xörək qaşı buğda yağı
    -1 xörək qaşığı qoz yağı

    Hazırlanması:
    Hamısı qarışdırılır saça çəkilir 2 saat saxlanılır sonra yuyulur. Həftədə bir dəfə etmək olar.


    Saç tökülməsi, dırnaq qırılması yaxud uzanmaması bəzən kalsium çatışmamazlığından da ola bilər.
    - 1 stəkan süd
    - 1 çay qaşığı quru maya

    Hazırlanması:
    Həftədə 1gün 1stəkan südə 1çay qaşığı quru maya qarışdırılıb içilir. 1 aydan sonra saçınızın, dırmnağınızın uzanmasının şahidi olacaqsınız.

    Ləkələrə və sızanaqlara qarşı maska
    - 1ədəd antibiotik kapsul ya həb (marka fərq etmir )
    - 1 çay qşığı prisipka
    - qazlı su

    Hazırlanması:
    Antibiotiki əzilib üstünə 1çay qaşığı prisipka və qazlı su tökülür yaxşı həll edilir. Sadəcə ləkələrin və sızanaqların üzərinə çəkilir 20 dəqiqə saxlınılır ovularaqraq üzdən çıxarılır və su ilə yuyulur. Hər gecə etmək olar.

    alıntı
#30.11.2012 10:58 0 0 0
  • Gözəl qızlar darıxdırıcı olurmuş - Qadınlar dünyası

    İngiltərə və İsrail universitetlərinin apardığı birgə araşdırmaya görə, gözəl insanlar darıxıdırıcı olur

    Tədqiqat qrupunun üzvü olan Lihi Sandel-Kaspi elmi araşdırma barədə jurnalistlərə açıqlama verib:

    "Gözəl insanlar şəraitə və qayda-qanunlara daha çox bağlı olurlar. Daha az cazibədar insanlar isə azad həyat tərzini seçirlər. Buna görə də gözəl və cazibədar insanlar həyatdan daha az zövq alırlar. Çox gözəl qadın və kişilər başqalarını daha az vecinə alan, daha soyuq və eqoist olurlar".
    Araşdırma nəticəsində bəlli olub ki, gözəl olmayan insanlar gözəl insanlarla müqayisədə daha istiqanlı və mühriban olurlar.


    alıntı
#30.11.2012 10:56 0 0 0
  • Qadınlar - Bir qadını sevə bilmək

    Bir qadını sevmək dünyanın ən çətin sənətidir. Onları sevmək və sahiblənmək nə qədər asandırsa, bir o qədərdə qırılmağa uyğun yaradılmışlar.

    Ona sevgidən əvvəl güvən, şəfqətden çox sədaqət, ehtiras yerinə yalansız bir dünya versəniz, imtina edilməz bir həyat yoldaşı olmanın ən güclü namizədi sizsiniz deməkdir.

    Bir qadından uzaqlaşmaq, ona yaxınlaşmaq üçün xərclədiyiniz aktivlikdən çox daha kiçik, çox daha səthi səhvlərlə heç ümid etmədiyiniz, imkanı yox dərəcəsində Onun üzərindəki hökümdarlığınıza inandığınız bir anda asanlıqla sizi təkliyə sürüyə bilər.

    Burada dayanıb iki dəqiqə düşünməkdə fayda var. Sizin üçün sizdən bəlkə də çox daha yaxşı sayca çox bir çox namizədi yox sayaraq sizi baş küncə yerləşdirən bu varlığı bu qədər asan itirmək hansınız üçün bir ziyan? Bir qadına sahibsinizsə əgər, qazanmanın itirməkdən çox daha çətin olduğunu xatırlayın.

    alıntı
#30.11.2012 10:54 0 0 0
  • Baş ağrıları - Soyuq havalarda baş ağrılarının səbəbi - Baş ağrılarının emele gelme sebebleri - Soyuq havalarda baş ağrılarının səbəbi haqqında

    Soyuq havalarda baş ağrıları daha çox olur. Bunun qarşısını almaq üçün ağrıkəsicilərindən istifadə edirik. Lakin ağrıkəsici dərmanlardan bir ayda 15 dəfədən çox istifadə etmək olmaz.

    İngiltərə Sağlamlıq və Kliniki Mükəmməllik Universitetinin apardığı təcrübə sayəsində bəlli olub ki, bir ayda 15 dəfədən çox istifadə olunan ağrıkəsicilər insanlarda mənfi təsir yaradır. Bu zaman baş ağrıları daha da şiddətlənir.

    Mütəxəsislər qeyd edir ki, bu dərmanlardan qaydasında istifadə edilərsə, miqren və şiddətli baş ağrılarının qarşısı alınır. Lakin həddindən çox istifadə davamlı olaraq baş ağrılarının yatanmasına səbəb olur. Bu dərmanlardan çox istifadə etmək başqa xəstəliklərin də yaranmasına gətirib çıxara bilər. bu vəziyyətdə yəni, dərmanlardan asılı olan insanlar həkimə müraicət etməli və ağrıkəsicilərin istifadəsini dayandırmalıdır.

    İngiltərədə 10 milyondan çox insan davamlı olaraq ya da tez-tez baş ağrısı yaşayır. Miqren ağrıları ölkədə hər gün 100 min insanın işə və ya dərsə gedə bilməməsinə səbəb olur.

    alıntı
#30.11.2012 10:52 0 0 0
  • Meyvələrin ziyanı haqqında bilmedklerimiz

    Bu bitkini ilk dəfə tədqiq etmiş təbiətşünas Joao da Silva Feyxo olub. Cənab Feyxonun bu bitkinin tərkibinin müəyyən edilməsi və təbliğində əvəzsiz rolu olub. Onun şərəfinə bu bitkinin adı feyxo adlandırılıb. Bu bitki elmə XIX əsrdən məlumdur. Həmişəyaşıl ağaclar sinifinə məxsusdur. Əsl vətəni Cənubi Amerika hesab olunur. Braziliya, Kolumbiya, Uruqvay və Argentinanın şimal hissəsində yetişdirilir. Azərbaycana ilk dəfə 1928-ci ildə gətirilərək, cənub rayonlarında yayılmağa başlayıb. Feyxoanın əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır.

    Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Meyvənin qabığı qalın, dadı büzüşdürücüdür. Feyxoanın konservləşdirilmiş şirəsi boğaz şişinin qarşısının alınmasında istifadə edilir. Tibbi əhəmiyyətində isə feyxoa insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitkidir. Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. C vitamini ilə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir. Şəkər, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin ən yaxşı əlacıdır. Feyxoa meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli vasitədir. Ona görə də son illər feyxoanın konservləşdirilmiş şirəsindən daha geniş istifadə edilir.

    Feyxoa özündə 93 mineral maddəni cəmləşdirir, tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, alma turşusu da var. Son dövrlərdə də feyxoa yağı müasir kosmetologiyada dəri ilə bağlı problemlərin qarşısını alan ən önəmli vasitə hesab edilir.

    alıntı
#30.11.2012 10:50 0 0 0
  • Xoruldamaq xərçəng riskini nece artırır?

    Yuxu zamanı xoruldamaq xərçəngə yoluxmaq riskini çoxaldır.

    Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, İspaniyanın Hospital de Valme klinikasının tədqiqatçıları bu faktı aşkar ediblər.

    4,5 il ərzində tədqiqatçıların 5000 nəfər pasient üzərində aparılan müşahidələr göstərib ki, yuxu zamanı xoruldama ilə xərçəng xəstəliyi arasında bağlılıq var.

    Tədqiqatların başladığı dövrdə pasientlərin heç birində onkoloji xəstəlik yox idi. Lakin pasientlərdə xoruldamaq vərdişi yarandıqca, bədxassəli şişlər də yaranmağa başlayıb.

    Məlum olub ki, yuxu zamanı xoruldayan adamlarda xərçəng riski rahat nəfəs alanlardan iki dəfə çoxdur.

    İspaniyalı tədqiqatçılar bildiriblər ki, bu cür hallar 65 yaşdan aşağı olan adamlarda müşahidə olunur.


    alıntı
#30.11.2012 10:49 0 0 0
  • Ağlamağın insan orqanizminə ne kibi faydası var

    Məlum olduğu kimi, gülüş ömrü uzadır, ağlamaqla isə iş düzəlmir. Alimlərin fikrincə, gülüşlə immuniteti, ağlamaqla sağlamlığı möhkəmləndirmək olar. Britaniya və ABŞ-da göz yaşlarının öyrənilməsi üçün genişmiqyaslı tədqiqatlar aparılıb.

    ABŞ-ın Minnesota və Britaniyanın Lankaster universitetlərinin alimləri ağlamaq və onun orqanizm üçün nəticələrinin öyrənilməsi ilə məşğul olmuşlar. Demə, ağlamaq faydalıdır, lakin nə vaxt və nə qədər ağlamağın da əhəmiyyəti vardır.

    Minnesota Universitetinin alimləri qısa müddət ağlayan adamların 88,8 faizinin səhhətinin yaxşılaşdığını müəyyən etmişlər. Məsələ burasındadır ki, insan onu ağlamağa vadar edən stressdən azad olur. Ağlayarkən orqanizmdə ürək tutmasına səbəb olan maddənin ifrazı baş verir. Bundan əlavə, ağlama dərindən nəfəsalma ilə müşayiət olunur. Bu isə stress hormonu olan kortizolun səviyyəsini azaldır.

    Professor Uilyam Freyin sözlərinə görə, göz yaşları emosional və fiziki ola bilər. Birinci göz yaşlarına səbəb stress vəziyyətidir. Bu göz yaşlarının tərkibi ağrı zamanı yaranan göz yaşlarından fərqlənir. Emosional göz yaşları sayəsində arterial qan təzyiqi tənzimlənir, damarlar genişlənir.

    alıntı
#30.11.2012 10:47 0 0 0
  • Namazı qəsdən qəzaya vermək olar? - Olarsa, hansı hallarda?

    Namazı vaxtında qılmaq lazımdır. Bilə-bilə qəzaya saxlamaq olmaz, günahdır. Yəni, heç kim heç bir üzrlü səbəb olmadan: "Əşi, sonra qılaram", - deyib namazını qəzaya qoymamalıdır.

    Bir şəxsin namazı ya yuxu, ya unutduğu üçün, ya da qılmağını qeyri-mümkün hala gətirən fiziki şərtlər ucbatından qəzaya qala bilər. Bunların xaricində namazı qəzaya saxlamaq günahdır.

    Hənəfi, Şafii və Maliki məzhəbləri bildirirlər ki, belə bir şəxs həm tövbə etməli, həm də qəzaya qalan namazını qılmalıdır.

    Hənbəli məzhəbinin alimləri isə bu şəxs barədə elə bir qənaətdədirlər ki, o, tövbə etməli və namazını bir də qəzaya saxlamamalıdır. Onlar yuxarıda sadalanan 3 səbəb xaricində qılına bilməyən bir namazın qəza edilməsini caiz hesab etmirlər.

    Menbe:Muselmanlar.com
#30.11.2012 10:38 0 0 0
  • Konu: Qul Haqqı
    Qul Haqqı - Dini yazılar

    Başlıca qul haqqları bunlardır:

    1 — Müsəlman qardaş-bacınla qarşılaşarkən ona salam vermək.
    2 — Səni dəvət edincə dəvətini qəbul etmək.
    3 — Asqırıb «əlhamdülillâh» deyincə onu «yerhamukəllah» deyə cavablandırmaq.
    4 — Xəstələnəndə ziyarət etmək.
    5 — Ölüncə, cənazəsində iştirak etmək.
    6 — Sənə güvəndiyi zaman ona layiq olmaq.
    7 — Səndən nəsihət istəyəndə ona nəsihət vermək.
    8 — Yoxsulluğunda ona arxa olmaq.
    9 — Özün üçün nə istərsən onun üçün də eyni şeyi istəmək.
    10 — Özün üçün nədən xoşun gəlmirsə onun üçün də istəməmək.

    Peyğəmbərimiz (s.a.v.s.) buyurur ki:
    "Bu dörd şey müsəlmanların sənin üzərindəki haqqlarındandır:

    1 — Doğru yolda olanlarını dəstəkləməyin.
    2 — Günahkârlar üçün əfv diləməyin.
    3 — Doğru yola arxa çevirənləri Haqqa çağırmağın.
    4 — Tövbə edənləri sevməyin."

    alıntı
#30.11.2012 10:35 0 0 0