Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

  • Mehşurlar

    noimage

    Tanınmış müğənni Röya Ayxanın uzun zamandır, üzərində çalışdığı "Göndər" adlı mahnısının klipi hazırdır. Lent.az-n məlumatına görə, söz və musiqisi Soner Sarıkabadayıya, aranjemanı Mustafa Ceceliyə məxsus "Göndər" mahnısının klipi sosial şəbəkələrdə yayılıb. Mahnının klipi də Türkiyədə çəkilib.

    Yalçın Süleymanov

    [video=youtube;lYMZpuKuQ1o]http://www.youtube.com/watch?feature=player_embedded&v=lYMZpuKuQ1o[/video]
#08.12.2012 20:25 0 0 0
  • Mehşurlar

    noimage

    Müğənni Xuraman Şuşalı avtomobilini idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Onun bu hərəkəti Lent.az-n müxbirinin diqqətindən yayınmayıb.

    Hadisə Heydər Əliyev adına idman konsert kompleksinin qarşısında baş verib. Müğənnin avtomobilini idarə edərkən telefonla danışırmış. Xuramanın bəxti onda gətirib ki, həmin vaxt ərazidə yol polisi olmayıb.

    Lent.az-n əməkdaşı bu görüntünü foto-kameranın yaddaşına köçürə bilib.

    Yalçın Süleymanov

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#08.12.2012 20:22 0 0 0
#08.12.2012 20:19 0 0 0
  • Xeberler - Hadiseler

    noimage

    Düşmən cavab atəşi ilə susdurulub

    Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu Ermənistanın Noyemberyan rayonunun Berdavan kəndində, Ağdam rayonunun işğal edilmiş Şıxlar və Cəvahirli, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Qaynaq:lent.az
#08.12.2012 20:17 0 0 0
  • Xeberler - Dünyadan xeber

    noimage

    Dekabrın 8-dən İrəvanda «İndoneziya-Ermənistan-2012» mədəniyyət tədbiri başlayıb.

    Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, tədbirdə məqsəd bu müsəlman ölkəsinin mədəniyyəti və başqa özəllikləri haqqında ölkə ictimaiyyətini məlumatlandırmaqdır.

    Mərasimdə İndoneziyanın Ermənistandakı səfiri Niniek Kun Nariati və adı çəkilən müsəlman dövlətinin Ermənistandakı fəxri konsulu Yervand Voskanyan, mədəniyyət nazirinin müavini Artur Poqosyan iştirak və çıxış edərək, iki ölkə arasında əlaqələrin genişləndirilməsindən danışıblar.

    Ermənilər İndoneziya səfirinə dolmanı erməni xörəyi kimi təqdim ediblər. Müsəlman ölkəsinin diplomatı deyib:«Şəxsən mənim üçün erməni dolması (?-red) və «Tərxun» limonadı Ermənistanı tanımaq üçün əsas oldu».

    Qaynaq:lent.az
#08.12.2012 19:28 0 0 0
  • "Siyasət dünyada ikinci ən qədim peşə hesab edilir. Mənim fikrincə, o birinci hesab olunmalıdır".

    Ronald Reyqan
#08.12.2012 19:24 0 0 0
  • Tarixdə bu gün - 08 Dekabr

    8 dekabr. İlin sonuna 24 gün qalır.

    1765. Pambıqtəmizləyən maşının ixtiraçısı Eli Uitney anadan olub

    1826. Məşhur alman sənayeçisi Fridrix Siemens anadan olub

    1918. Bolşeviklər Estoniyada hakimiyyəti ələ alıblar

    1923. ABŞ Almaniya ilə dostluq müqaviləsi imzalayıb

    1925. Adolf Hitler həbsxanada olarkən (1923-1924) yazdığı avtobioqrafik əsərini (Mənim mübarizəm) çap etdirib

    1930. Bəstəkar Tofiq Bakıxanov anadan olub

    1941. Yaponların 7 dekabrda "Pearl Harbora"ya hücumundan sonra ABŞ və Birləşmiş Krallıq Yaponiyaya müharibə elan edib

    1948. BMT Cənubi Koreyanı tanıyıb

    1966. ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının qadağan edilməsi haqqında razılaşmaya imza atıb

    1970. BMT-nin Təhlükəsizlik Şurası Portuqaliyanı Qvineyada hərbi əməliyyatlara görə ittiham edib

    1974. Yunanlar referendumda böyük səs çoxluğu ilə monarxiyanın ləğv olunması və respublikanın yaradılması lehinə səs veriblər

    1985. Banqladeşdə 7 ölkənin iştirakı ilə Cənubi Asiya Regional əməkdaşlıq Assosiasiyası yaradılıb

    1987. Vaşinqtonda Ronald Reyqan və Mixail Qorbaçov "Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" haqqında müqaviləni imzalayıblar

    1987. Fələstində "İntifada" hərəkatı başlayıb

    1988. Ermənistandakı zəlzələ zonasında xilasetmə işləri aparmaq üçün azərbaycanlılardan ibarət 80 nəfərlik qrup Spitak rayonuna gəlib. Xilasedici dəstə özü ilə 28 avtokran da aparıb

    1989. Cəlilabad rayonunda tətillər başlayıb, hakimiyyət orqanları işçiləri xalqın tərəfinə keçib

    1991. Belarusiya Respublikasının Ali Soveti, RSFSR və Ukrayna prezidentlərinin təşəbbüsü ilə MDB yaradılıb (Belovejsk sazişi). Bu sazişlə dünyanın altıda birində qurulan Sovet imperiyası süqut edib. SSRİ-nin ömrü 68 il 11 ay 7 gün 21 saat 19 dəqiqə oldu. Sovet ittifaqının süqutu həm də iqtisadi əlaqələrin qırılması və indiyədək davam edən regional münaqişələrlə müşayiət olundu.

    1991. Azərbaycan İslam Konfransı Təşkilatına (İKT) üzv olub

    1991. Milli ordunun ilk taboru Şəhidlər Xiyabanında Hərbi andı qəbul edib

    1999. "İnək quduzluğu" xəstəliyi ilə əlaqədar Bir çox Avropa ölkəsi Britaniyadan idxal olunan mal ətinə embarqo qoyub
#08.12.2012 19:23 0 0 0
  • Hoş geldin canım şükür ki burdasan bizimlesen
    Allah can sağlığını senden esirgemesin gülüm inşallah
#08.12.2012 19:06 0 0 0
#06.12.2012 20:21 0 0 0
  • Perviz Bulbule - Seni kulekden

    [video=youtube;llEe9uUt-UA]http://www.youtube.com/watch?v=llEe9uUt-UA&feature=player_detailpage[/video]
#06.12.2012 20:17 0 0 0
  • Şəki lətifələri dinle

    [video=youtube;fU1BTLRKgQM]http://www.youtube.com/watch?v=fU1BTLRKgQM&feature=player_detailpage[/video]
#06.12.2012 20:07 0 0 0
#06.12.2012 19:52 0 0 0
  • Uzeyir Mehdizade - Yagis Yagir

    [video=youtube;cgnCzgKeZ68]http://www.youtube.com/watch?v=cgnCzgKeZ68&feature=player_detailpage[/video]
#06.12.2012 19:50 0 0 0
  • Sənsiz keçir ad günlərim - Sevgi

    Mən belə xəyal etməmişdim səni düşünərkən...Sən daima üzümü güldürəcəkdin...Ad günümdə səhər tezdən məni sənin "AD GÜNÜN MÜBARƏKDİ" mesajın oyadacaqdı...Amma bütün bunların xəyal olaraq qalacağını hardan bilərdim...Ad günümdə bir həyəcan gəlir mənə,bir tərəfdən də bir hüzün...Bəlkə deyirəm mesaj yazar və bunu düşünürək sevinirəm...Bir yandan da düşünürəm ki, axı özünü niyə aldadırsan o heç vaxt sənə mesaj yazmaz...Və düz fikirləşirəm əslində...Heç vaxt yazmadın...Çünki sənin üçün qiyməti olmayan biri idim mən...Amma sənin mənə bu özəl günümdə mesaj yazmamağın məni yandırmır...Mən sənə ad günündə mesaj yazmaq istəyirəm,amma sən buna icazə vermirsən...Hər dəfə ad gününü təbrik etmək üçün mesaj yazanda məni narahat etmə deyirsən...Bax ən çox məni bu yandırır...Heç kəs bilmir məsələn ad günümün mənim üçün həm də ölüm günü olduğunu...Sənsiz keçən hər ad günümdə mən ölürəm...Sənsiz keçir ad günlərim...
    Sevməməyini başa düşürəm...Amma bu cəza niyə...Bax bunu başa düşə bilmirəm...Niyə məni belə cəzalandırırsan?...Niyə mənə mesaj yazma,narahat etmə deyirsən...Sən mənə yazma mesaj,ad günümü də təbrik etmə,amma icazə ver mən yazım,mən təbrik edim səni..Məni belə çarəsiz qoyma...Ad günümdə hər dəfə telefona mesaj gəldikdə elə həyəcanla açıram ki, sanki sən göndəribmişsən kimi....Guya bilmirəm də sən mənə heç vaxt mesaj yazmazsan...Bəs mən indi neyləyəcəm?...Hər sənin ad günündə neyləyəcəm hə?...Heç nə yazmayacammı?...Səni kimlər təbrik edəcək,mən etməyəcəmmi?...Hərdən düşünürəm ki, qürurumu niyə sındırmalıyam ona görə,mesaj yazmayacam...Hərdən də düşünürəm ki, sevgidə qürur nəyə lazım,yazacam...Və bunu bil ki, yazacam sənə mesaj,bəlkə gözündən düşəcəm,bəlkə yenə cavab olaraq yazacaqsan ki, məni bir də narahat etmə deyə amma mən sənə yenə mesaj yazacam...Çünki sənin ad günün mənim həyatımda ən özəl gündür...Əgər mən sənin bu gününü də təbrik etməyəcəyəmsə onda daha nə mənası var səni sevməyimin?...Başa düş ki, əslində sənin ad günün mənim ad günümdür...Sənin dünyaya göz açdığın gün mənim də dünyaya gəldiyim gündür...Və bunu unutma sən istəsən də,istəməsən də mən sənin hər ad günündə sənə mesaj yazıb,səni təbrik edəcəm...Və bunu da bil ki, sənin ad günün mənim həyat təqvimimdə qara rənglə göstərilən rəqəmlər arasında qırmızı rəngdə göstəriləcək daima...Çünki o gün mənim üçün ən özəl gündür........


    alıntı
#04.12.2012 00:59 0 0 0
  • Konu: Hekayə
    Hekayə dinle

    Yusuf çiçək əkib sataraq dolanardı. Onun işi bütün ölkədə bəyənilərdi. Heç bir çiçək onun bağçasındakılar qədər gözəl deyildi.
    Padşah ölən bağbanın yerinə Yusufu işə götürmüşdü. Yusuf sarayın bağçasını gözəlləşdirməyə başlamışdı. Bir gün pəncərədən bağçanı izləyən padşahın qızını görür və ona dəli kimi aşiq olur. Gözlərini ondan çəkə bilmir və bir müddət onu izləməyə başlayır. Bir gün padşahın qızı onu görür, inci kimi gözləri ilə ona baxaraq gülümsəyir və sonra içəri keçir.
    Yusuf işi ilə məşğul olurdu, amma ağlı hələ padşahın qızında idi. Elə onu düşünür, onunla əlaqədar xəyallar qururdu. Onunla evləndiyini və iki uşağı olmasını arzulayırdı. Yusuf hər gün bir tərəfdən bağçada işləyir, bir tərəfdən də şahzadənin pəncərəyə gəlməsini gözləyirdi, o gəldiyi zaman da onu baxışları ilə izləyirdi.
    Günlərin bir günü padşahın qızı yanına nədimələrini də götürərək bağçada gəzintiyə çıxır. Bağçanın bənzərsiz gözəlliyini görür və nədimələrindən birini çağıraraq:
    --Bu bağçanın bağbanını yanıma gətir - deyə əmr edir. Nədimə dərhal gedib Yusufu tapır və şahzadənin qarşısına gətirir. Şahzadə nədimələrinə dönərək:
    --Siz çıxın - deyir. Qulluqçular oradan ayrılırlar. Şahzadə və Yusuf baş-başa qalır. Şahzadə Yusufa:
    --Heç bu qədər gözəl bağça görməmişdim - deyir.
    Yusuf yarı utancaq şəkildə:
    --O sizin gözəlliyinizin yanında heçdir, şahzadəm - deyir. Padşahın qızı Yusufa dönərək :
    --Sənin adın nədir? - deyə soruşur:
    --Yusuf, şahzadəm.
    Şahzadə:
    --Yusuf, səndən bir şey istəyə bilərəmmi? - deyə soruşur.
    Yusuf:
    --Əlbəttə, şahzadəm - deyə cavab verir.
    Şahzadə:
    -- Bənzəri yalnız ay şahzadəsində olan mavi gülü mənim üçün tapmağını istəyirəm - deyir. Yusuf mavi gülün dünyada yetişmədiyini bilsə də aşiq ürəyiylə şahzadəyə"Yox" deyə bilmir. Şahzadə də ''Mavi gülü əlimə alacağım günü səbirsizliklə gözləyirəm'' deyərək ordan ayrılır.
    Şahzadə getdikdən sonra Yusuf düşünməyə başlayır. "Mən necə, haradan taparam mavi gülü" deyir.
    Ən son əllərini açaraq Tanrıya belə dua edir: "Ey Tanrım! Ey kimsəsizlərin kimsəsi, köməyə möhtac insanların dərmanı, mərhəməti bol Tanrım, sən mənim dərdimi bilirsən, mən bu işin içindən çıxa bilmirəm, mənə kömək et Tanrım'' , sonra yatır. Gecə yuxusunda göydən ulduzlara bənzəyən cisimlərin sarayın bağçasına endiyini görür və nə olduğuna baxmaq üçün çölə çıxır. Bağçanın ortasına gəldiyi zaman gördüyü işığın parlaqlığından bir müddət ətrafını görə bilmir. Gözləri işığa alışanda qarşısında 3 dənə əvvələr heç görmədiyi varlıqları görür.
    Ortada dayanan bir neçə addım yaxınlaşaraq:
    --Salam, Yusuf - deyir. - Mən Eşq mələyiyəm, sağımda dayanan yaxşılıq mələyi, solumda dayanan isə təbiət mələyidir. Sənə kömək etməyə gəldik. Tanrı mavi gülü tapmaqda sənə kömək etməyi tapşırıb.
    Daha sonra Mələk geri çəkildi və Təbiət mələyi yanındakı qırmızı gül qönçəsinə dönərək:
    --Ey qırmızı gül qönçəsi, Tanrının əmriylə sənə dərhal bənzərsiz mavi gül cücərtisinə çevrilməyini istəyirəm - deyir. Cücərti dərhal dəyişməyə başlar və çox gözəl, çox cazibədar bir gül qönçəsinə çevrilir. Yusuf beləsini daha əvvəl nə görmüş nə də eşitmişdi. Təbiət mələyi işini bitirdikdən sonra geri çəkilir.
    Yaxşılıq mələyi önə çıxaraq:
    --Ey mavi gül qönçəsi, Tanrının əmriylə hər bir zərrənin yaxşılıq, gözəllik içində mavi gül kimi açmağını istəyirəm - deyir. Bu zaman qönçədən bir tumurcuq çıxır və açmağa başlyır, yavaş-yavaş mavi gülə çevrilir.
    Sonra yaxşılıq mələyidə geriyə çəkilir və eşq mələyi önə çıxaraq:
    --Ey yaxşılıq və gözəlliklərlədolu mavi gül, Tanrının əmriylə sənə sahib olacaq şahzadənin səni iylədiyi an bütün ürəyiylə Yusufa aşiq olmasını istəyirəm - deyir. Bunu deyərkən mavi gülün ətrafını bir işıq buludu örtür. Yusufun bundan gözləri qamaşır. İşıq buludu böyüyür və bütün bağçanı təsiri altına aldıqdan sonra sürətlə mavi gülün ortasındakı boşluğa girərək oranı doldurur. Mələklər işlərini bitirdikdən sonra uçub gedirlər, Yusuf da yuxudan oyanır, artıq səhər idi. Dərhal bağçaya qaçır, mavi gülün eyni yerdə bitdiyini görür və yuxusunu gerçək etdiyi üçün Tanrıya şükr edir.
    Daha sonra şahzadənin nədimələrindən birinin yanına gedərək:
    --Şahzadəmizin məndən istədiyi bir şey vardı. Gedib söyləyin, istədiyi şeyi artıq gəlib ala bilər - deyir. Nədimə Yusufun dediklərindən bir şey anlamır, amma gedib onun sözlərini şahzadəyə çatdırır. Şahzadə həyəcanla Yusufun yanına gələrək:
    --Nədimədən eşitdiyim doğrudurmu? - soruşur.
    Yusuf:
    --Bəli, şahzadəm - deyir və şahzadəni gülün yanına aparır. Gülü görüncə əvvəlcə gözlərinə inana bilməyən şahzadə daha sonra gülü qoparıb əlinə alır və dərhal iyləməyə başlır. Bir an sonra başı dumanlanmağa başlayır və özündən gedib yerə yıxılır. Nədimələr bunu padşaha bildirirlər. Padşah Yusufun qıza nəsə bir şey etdiyini düşünüb cəlladlara dərhal Yusufun boyunun vurulmasını əmr edir. Yusufun boyunu vurub cəsədini qaranlıq meşəyə basdırırlar.
    Şahzadə 3 günlük dərin yuxudan sonra çox gümrah halda ayağa qalxır və ilk olaraq nədimələrindən Yusufu soruşur. Ağır xəbəri öyrəndiyi zaman dərhal gülünü istəyir. Gülün yarısının solduğunu görür. Şahzadə bir həftə yemədən, içmədən, yatmadan davamlı olaraq göz yaşı tökür.
    Bir həftə sonra gecə yuxusunda Yusufu görür. Çox gözəl bir evin həyətində çox gözəl bir bağça yetişdirirmiş. Bağçasında hər növ çiçək vardı. Ancaq mavi güldən yalnız bir dənə idi.
    Yusuf şahzadəyə dönərək:
    --Bura cənnətdir, bura bizim evimizdir, şahzadəm. Hər şey sizi gözləyir, lütfən artıq yanıma gəlin - deyir. Şahzadə oyanar görür ki, hələ gecədir. Ağlından gördüyü yuxu keçir, zehnində Yusufun dedikləri səslənirdı. Birdən mavi gülü əlinə alır, pəncərəsini açır və özünü aşağı atır...
    Səhər sarayda qiyamət qopur. Hamı ağlayırdı. Şahzadənin cansız bədəni yerdə idi, amma üzü ay kimi parlayır və üz ifadəsi sanki gülümsəməyi xatırladırdı. İki əlinin arasında bütünlüklə solan mavi gül vardı...
    Buna görə də artıq dünyada mavi gül açmayacaq. Çünki Yusuf və şahzadə sevgisi bir də yaşanmayacaq. Mavi gül dünyaya yalnız bir dəfə gəldi, gəlişi də eynilə belə idi...

    alıntı
#04.12.2012 00:56 0 0 0
  • Konu: Sənsizlik
    Sənsizlik hekayesin dinle

    Bunu sənə yazıram, aramızdakı anlaşılmazlığın uzun ömrü bitmədi deyə. Bu əslində soyuq payız gecəsində pəncərəmin daş kimi bərk üzünə dəyib yerə diyirlənən yağış damlalarına bənzəyir.
    Gör, göydən yerə nə qədər yağış damlası gəlir. Amma hamısı ayrı-ayrıdır. Yəqin ona görə soyuqdular. Ayrılıq soyuq olur axı.
    Əslində bu, yazın burnu görünən kimi qıy-qışqırıq salan çay sularına bənzəyir. Qışqırır, ona görə qışqırır ki, özünün gətirdiyi lildən xəbəri var.
    Ona görə qışqırır ki, bu lilin onun başına gətirəcəyi bəladan xəbəri var. Lillə axan çayların dibi tez dolur. Getdikcə dayazlaşır və yolunu dəyişməyə məcbur olur.

    Bu gerçəkdən yazın ilk günlərindəki dumana bənzəyir. Duman göy üzünü tutanda bax ha, bu gün hava isti olacaq deyirlər. Duman ağ donunun altında gizlətdiyi istini xəlvət gətirir və qəfil ətəyini çəkib istini canımıza salır.

    Yaman da bürkü olur, adam lap boğulur. Ayrılıq da isti və bürkülü olur. Amma sevgi duman kimi bu ayrılığı tumanının altında daim gəzdirir, qəfil canımıza salmaq və bizi yandırmaq üçün.

    "Bağa girmərəm sənsiz,
    Gülü dərmərəm sənsiz".

    Əslində bağa da girirsən, gülü də dərirsən, amma o gülün tikanı əlinə batsa belə heç nə anlamırsan. Gül isə o gül deyil. Elə bağ da o bağ deyil.

    "Bu dağda maral gəzər
    Tellərin darar gəzər
    Mən yara neyləmişəm
    Yar məndən kənar gəzər".

    Bəzən iki nəfərin arasında yaranan sevgi o qədər təmiz, o qədər saf olur ki, bu sevgi hər iki şəxsdən daha uca məqama yüksəlir. Bax, bu sevgini qorumaq gərəkdir. Hətta bu sevgini qorumaq naminə ayrılmağa da dəyər. Sevgi isə itmir.
    Uzaqbaşı o, yaradanlarının sonrakı münasibətlərindən formasını dəyişir. Yəni dünənki sevgi bugünkü ayrılığa çevrilir. Amma sevgi heç vaxt nifrətə çevrilmir. Bu mümkün deyil. Bir filosof dostumun dediyi kimi, sevgi təmizdir, sevgi qüsursuzdur.
    Bu göydən yerə yellənə-yellənə gələn qar dənəciklərinə də bənzəyir. Bilirsən niyə, çünki o qar dənəciyi yerə, yəni sonuna yaxınlaşmanın ömrünü uzatmaq üçün yellənir. Bilir ki, onu yerdə nə gözləyir.
    Sonsuzluq, bitməyən ağrı və hər an tapdalanmaq, əzilmək, yox olmaq qorxusu. Amma məncə, əzilmək yox olmaqdan daha qorxuludur və daha ağrılıdır.

    "Ərzurumun gədiyinə varanda
    Onda gördüm, birəm-birəm qar gəlir
    Lələm dedi, gəl qayıdaq bu yoldan
    Bu yoldan qayıtmaq mənə ar gəlir"

    Hə, bir də bu qorxu var içimdə... yoldan qayıtmaq. Əslində qayıdacağım, üz tutacağım məkan da yoxdur. Lopa-lopa, birəm-birəm qar isə yağmaqdadır. Özü də nazlana-nazlana. Hə, bəzən mənə elə gəlir ki, qar dənəcikləri göydə yellənmir, nazlanır. Buna güc lazımdır, yoxluğuna gedirsən, bunu da dəqiq bilirsən, amma nazlanırsan. Guya ki, vecinə deyil. Vecinə deyilsə niyə rəngin ağarıb, niyə buza dönmüsən?
    Bu sənsizliyimin rəsmi idi. Cızmağa çalışdım. Bilmirəm rəssamlığım alındımı? Amma bildiyim odur, bu rəsmi bu qəzetə büküb sənə göndərəcəm. Bu tablonu divarından asmasan da olar. Amma qəlbindən çıxarma.
    Mismara və ya yapışqana da ehtiyac yoxdur. Yaşadıqlarımızı arxada qalan ömür adlı mismar vurur qəlbimizə. Elə bərk vurur ki, bunu nə çıxarmaq, nə atmaq olmur. Bu parçalanmış, əzilmiş qəlblə yaşamağa məhkumam.
    Bu, Semsizliyimdir


    alıntı
#04.12.2012 00:54 0 0 0
  • Yalnız mənimsən hekayesin dinle

    Bir-birilərini həddən artıq çox sevən iki gənc maraqlı və unudulmaz səyahətə çıxmağı düşünürdülər..Evliliklərindən iki ay keçirdi.Bəxtiyar hələ də Səbinəni bu müddət ərzində gəzməyə çıxarmadığı üçün belə qərara gəlmişdi.BuBir həftə sonra hazırlaşıb, yola düşdülər.Gəldikləri günün sabahı, cütlük meşəliyə üz tuturlar.Meşə çox sakit idi.Yalnız yüngül mehdən yarpaqların pıçıltısı eşidilirdi.Bir-birini qucaqlayıb, bu sakitlikdən zövq alırdılar.Bir xeyli beləcə gəzdilər.Dağa yaxın olduqları üçün Bəxtiyar yüngül idman köynəyini həyat yoldaşının atdı.Sonra çiyinlərini bərk-bərk qucaqlayıb qulağına pıçıldadı:- "Bilirsən də? Sən məndən qurtula bilməyəcəksən.Canım bədənimdən çıxsa da, ruhum səni sevəcək.Yəni, həmişə mənimsən, yalnız mənim." Səbinə:-"Sən də onu bil ki, dənizlər nə qədər sonsuz olsa da, mənim sənə olan məhəbbətimdən sonsuz ola bilməz." Şirin sevgi sözləri ilə bir-birini sehirləyən gənclər əl-ələ gəzməyə davam edirdilər.Qız ərinin qollarından ayrılıb arxaya gedə-gedə əllərini, həyat yoldaşına uzatdı.Birdən qızın ayağı boşluğa düşdü.İrəli addım atmaq istəsə də, elə bil kimsə onu arxaya çəkirdi.Qızın ayağı yerdən üzülüb, uçuruma düşdü.Bəxtiyar irəli atılıb, arvadının əlindən yapışdı.Cəld hərəkət etdiyi üçün əli zədə almışdı.Həyatından çox sevdiyi arvadını tək əllə yuxarı çəkə bilmirdi.Qızın gözünün yaşı muncuq kimi bir-birinə calanırdı:-"Bəxtiyar, nə olar, bir çarə tap.Nə mən bundan artıq tab gətirə bilmərəm, nə də sən çox yaralı qala bilməzsən.Amma nə çarə ki, heç kimin əlindən heç nə gəlməz.Uzun müddət qız asılı havada qalmışdı.Oğlan da artıq yorulurdu.Amma:-"Qorxma, canımın içi.Sənin dənizdən sonsuz olan sevgin mənə güc verir.Bax, heç yorulmuram da." -deyərək sevgili arvadına təskinlik verirdi.

    Səbinə sevgili ərinin yaralı halına dözə bilmirdi.Qolundan axan qan, sanki, onun ürəyinə damlayırdı.Həm də bu acınacaqlı vəziyyətin sonu olmadığını düşünüb, ərinin əlini buraxdı və uçurumdan düşüb, gözdən itdi.Bəxtiyar dəli kimi:-"Səbinə! Səbinə! Sə-bi-nəəə! Sən demə, uçurumun aşağısında bir çıxıntı varmış.Qız bu çıxıntıya düşübmüş.Amma məsafə çox olduğundan qızın vəziyyəti acınacaqlı idi.
    Bəxtiyar:-"Professor,arvadım necədi? Sağalacaqmı?"
    Professor-: "Bəxtiyar bəy, möhkəm olun.Belə vəziyyətdə, siz ona dəstək olmalısınız.
    Bəxtiyar-: "Həkim, əsas mətləbə keçin, arvadıma nə olub?
    Professor-: "Arvadınız...Bilirsiniz, çox hündürdən düşdüyü üçün beldən aşağı hissəsi... Çox təəssüf edirəm.Bəxtiyar bəy, həyat yoldaşınızın əlil arabasına məhkum olması, onu itirməyinizdən daha yaxşı deyilmi?
    Dolmuş gözlərlə həkimə baxaraq-: "Nə danışırsınız, professor? Əlbəttə.Onu itirmək...Onsuz bu dünyada yaşamaq... Düşünmək belə istəmirəm.
    Dəniz kənarında, bir gənc, gözəl həyat yoldaşının yumşaq saçlarını oxşayaraq, onun qarşısına keçib, dizlərini yerə qoydu.Sürməli və nazlı gözlərinə baxaraq-:
    Yalnızlıq gecələrin,Yağış küçələrin,Təbəssüm dodaqların,Sən isə həmişə mənimsən, nazlı mələyim, yalnız mənim.

    alıntı
#04.12.2012 00:51 0 0 0
  • 36 xeyirli vərdiş

    1. Hər gün yatmaq və eyni zamanda oyanmaq.

    2. Səhər yeməyi, naharı və həmçinin şam yeməyini hər gün eyni vaxtda yeyin— əmin ola bilərsiniz ki orqanizm sizə buna görə təşəkkür edəcək

    3. Ən azı 8 saat yatın.

    4. Yuxudan əvvəl gəzintiyə çıxın və təmiz havayla nəfəs alın.

    5. Ən azı gündə 1500 ml və ya 1.5 litr su için

    6. Hər gün meyvə, tərəvəz və giləmevələr yeyin

    7. Gecə 1 stəkan qatıq için.

    8. Ayaqları soyuq suyla yuyun — bu həmçinin bir növ bədəni bərkitməkdir.

    9. İnternetdə gündə 1 saatdan çox oturmayın.

    10. Təbii inqrediyentlərdən üz üçün maskalar edin.

    11. Hər yay gününün şəklini çəkin.

    12. Səhərlər qaçın.

    13. Halqa alın və heç olmasa gündə 15 dəqiqə beldə fırladın

    14. Gülümsəyin.

    15. Gündə 5 yeni xarici söz öyrənin

    16. Hər gün öz otağınızı yığşırın, lazımsız cır-cındırı atın və sevimli dibçəklərinizi sulayın.

    17. Üzünüzü dondurulmuş çobanyastığı həlimləri ilə silin

    18. Fəst-fudadan tamamilə imtina edin.

    19. Səhər idmanı edin.

    20. Fikrinizi toplayın — sadəcə rahat olun, xoş musiqi dinləyin və pis heç nə haqqında düşünməyin

    21. Hər gün nəyisə yeni örgənməyə çalışın.

    22. Oxuyun. Gündə heç olmasa 10-15 səhifə kitab oxuyun

    23. Heç olmasa gündə bir saat öz valideyinlərinizə ayırın. Ev işlərində onlara kömək edin, danışın, onların problemləri və həyacanlarına şərik çıxın, onlara kömək edin, hər hansı məsəhətlər verin

    24. İnsanlara xoş sözlər və komplimentlər deyin

    25. Ədəbsiz ifadələrdən və parazit sölərdən imtina edin. Ümumiyyətlə, öz danışıqlarınıza diqqət yetirin

    26. Hər gün bir kiçik yaxşılıq edin.

    27. Özünüzə qulluq edin — üz üçün buxar vannasını, pillinq edin, bədəni nəmləndirən losyonlardan isytifadə edin

    28. Kosmetikadan imtina edin. Xüsusən də tonlardan. Yayda dəriyə nəfəs almağa imkan verin

    29. Gözəl sözlər oxuyun, sizə ilham verən şerlər örgənin

    30. Düz gəzin. Qamətinizi izləyin.

    31. Hər cür zərərli vərdişlərdən imtina edin.

    32. Heç olmasa ayda bir dəfə vegetarian olmağa cəhd edin. Bəlkə xoşunuza gəldi

    33. Öz müvəffəqiyyət gündəliyini tutun

    34. Pula qənaət edin.

    35. Yoqayla məşğul olun.

    36. Yalnız yaxşı düşünün — arzularınız mütləq həyata keçəcək


    alıntı
#04.12.2012 00:48 0 0 0
  • Stress - Stresslə başa çıxmanın 70 yolu

    Stressə səbəb olan faktorları tamamilə ortadan qaldırmaq mümkün olmasa da onunla mübarizə etmənin yolları mövcuddur.

    1.Vücudunuza dar gələn paltar geyməyin.
    2. Dərmanla yaşamaqdan qaçının.
    3. Görüşlərinizi əvvəldən təyin edin.
    4. Yaddaşınıza güvənməyin, mütləq yazın.
    5. Maşınınızı pozulmadan xidmətə aparıb baxım etdirin.
    6. Hər qıfılın ehtiyat açarını etdirin və müəyyən yerlərdə saxlayın.
    7. Daha tez-tez "xeyr" deyin.
    8. Edəcəklərinizi öncəlik sırasına salın.
    9. Vaxtınızı israf etməyin.
    10. Günorta və axşam yeməklərini sadələşdirin.
    11. Pessimist insanlardan uzaq durun.
    12. Əhəmiyyətli sənədlərin birdən çox kopyasını çıxartın.
    13. Evdə işləməyən nə varsa təmir etdirin.
    14. Etməkdən xoşlanmadığınız işlər üçün kömək istəyin.
    15. Ehtiyaclarınızı əvvəldən seçin.

    16. Bir dəfədə edilməsi çətin böyük işləri, kiçik parçalara ayırın.
    17. Ətrafı yığın, dağınıqlıqdan xilas olun.
    18. Gülümsəyin.
    19. Körpələri qıdıqlayın.
    20. Pişiyi və ya iti oxşayın.
    21. Özünüzü, bütün sualların cavabını bilməkdə öhdəçilikli hiss etməyin.
    22. Bəzi şeyləri də bilməyin.
    23. Qarşılaşdığınız insanlara, onların xoşuna gələcək bir şey söyləyin.
    24. Yağış yağmasını istəyin və yağınca yağışda gəzin.
    25. Arada bir hamama gedin.
    26. Öz-özünüzə, hardadır o köhnə günlər, hər şey daha gözəl idi deməkdən imtina edin.
    27. Verdiyiniz qərarın nə mənanı verdiyini yaxşı düşünün.
    28. Özünüzə güvənin.
    29. Tələsmədən yaşayın, daha önünüzdə yaşanacaq çox gözəl günlər var.
    30. Sizi xoşbəxt edəcək bir şey etməyi sabaha saxlamayın.

    31. Heç tanımadığınız insanlara ürəkdən bir salam dəyin.
    32. Köhnə bir yoldaşlarınızla qarşılaşınca onu möhkəmcə bir qucaqlayın.
    33. Gecə ulduzları seyr edin.
    34. Bir mahnını fitlə çalmağı öyrənin.
    35. Arada bir şeir oxuyun.
    36. Özünüzə çiçək alın, iyləyin.
    37. Kömək istəməkdən çəkinməyin, ala bilməsəniz kədərlənməyin.
    38. Görünüşünüzə diqqət edin.
    39. Hər şeyi qədərində edin, ifrata qaçmayın.
    40. Harada lazımdırsa, orada mütləq lazımlı təhlükəsizlik tədbirini alın.
    41. Daim daha yaxşısını etməyə çalışın, amma mükəmməliyyətçi olmayın.
    42. Şəkil sərgilərinə gədin.
    43. Ayaqqabınızı boyadın.
    44. Bərbərə və ya salona gedin.
    45. Öz özünüzə bir mahnı zümzümə edin.

    46. Yaxşı bir musiqi dinləyicisi olun.
    47. Öz-özünüzə çatmağı öyrənin.
    48. Hər gün bir az idman edin.
    49. Dünyanın ən qabiliyyətli insanı olmadığınızı qəbul edin, lazımdırsa əlimdən ancaq bu qədər gəlir deyin.
    50. Yeni çıxmış bir neçə mahnının sözlərini əzbərləyin.
    51. İşə erkən gedin.
    52. İşə hər gün eyni yoldan getməyin.
    53. Bəzən işdən erkən çıxın.
    54. Gəzin.
    55. Futbola gedib qışqırın.
    56. Başqaları diləməzdən əvvəl siz onlara yaxşı günlər diləyin.
    57. Təşəkkür edin.
    58. Avtomobilinizə gözəl qoxu yayan bir əşya qoyun.
    59. Evdə öz özünüzə yemək bişirin, gözəl bir süfrə qurun, sonra da nuşla yeyin.
    60. Başqalarını adam etməkdən imtina edin.

    61. Sevərkən qarşılıq gözləməyin.
    62. Film seyr edin.
    63. Bir ağac, olmazsa bir çiçək əkin.
    64. Kökəlməyin.
    65. Xatirə dəftəri tutun.
    66. Təmizliklə məşğul olun.
    67. Kağızdan bir təyyarə edib uçurtun.
    68. Yoldaş əldə edin, yığıncaqlara qatılın.
    69. Mütləq kifayət qədər yatın.
    70. Az danışın, çox dinləyin.

    alıntı
#04.12.2012 00:44 0 0 0