Ağgul Laçınlı

Ağgul Laçınlı

Üye
28.11.2011
Uzman Çavuş
5.628
Hakkında

  • Konu: Günahkarlar
    Günahkarlar hekaye dinle

    İKi dinməyən insan...
    Bir birinin gözünə baxır, danışmırlar. Ürək döyüntüsündən sükutun qulaqı tutulub.
    Ürəklərində heçbir kin yox, saf hisslərini imtahana çəkirlər.
    Qorxurlar... Əlləri, ayaqları əsir. biri o birinin danışacağından qorxur.
    Etiraflardan, səhvlərini, günahlarını dilə gətirməkdən qorxurlar.
    Son dəfə yaxınlaşıb görüşürlər. "Sağol"u elə deyirlər ki, üçüncü bir adam olsaydı eşitməzdi.
    Günahkardılar...


    Biri o birinin qarşısında... Sükut... Qanrılıb geriyə baxmadan əks tərəflərə gedirlər... Biri dayanır... Bir neçə dəqiqə gözləyir... Gözləyir ki, qayıdıb yenidən onu qucaqlayacaq... Nəsə bir söz deyəcək. Amma kaş elə ayrılmasaydılar... O biri isə iti addımlarla küçəni keçib dayanır... Bir siqaret və... Günahkardılar...
    Hər ikisi günahkar idi...
    ...................
    Yatağı isitmiş ehtiraslı öpüşlər...
    Qulaqlarına pıçıldanan gözəl sözlər... İllər sonra vüsala yetmişdilər. Onlar məsum idilər, onları günahkarlar ayırmışdı...
    Ən böyük günahkar isə Cəmiyyət idi...
    İndi əllərinəkeçən ilk fürsətdə axmaqcasına, dəli aşıqlər kimi yataqda sevişirdilər. Onları gözləyən ailələrini,övladlarını bel unutmuşdular. Hicran yarasını qoparıb atıb vüsala çatmışdılar...
    "Səni bir də tək buraxmayacağam..." deyilsə də hər ikisi bunun yalan olduğunu bilirdilər. Çünki yolları ayrı idi. Sadəcə kiçik bir nöqtəylə kəsişmişdilər. Bir neçə saat əvvələ qədər məsum idilər.İlk sevgiərini unutmayan aşiqlər idilər... Amma otel otağından çıxanda hər ikisi günahkar olacaqdılar...
    Ehtiras qurbanı olmuşdular...
    Qadın ərinə,Kişi arvadına xəyanət etmişdi...
    Günahkar idilər...
    ...................
    Kİçik də olsa anlayırdı ki, ata-anasının ayrı yaşaması onun normal ailədə böyümədiyindən xəbər verir. İki otağı vardı. Biri atasının evində, digəri anasının... Birini ögey anası yığışdırırdı. O birinə isə hədiyyəni ögey atası alırdı.
    Qəribə idi ki, hər iki evdə rahat olurdu. Ta o vaxta qədər ki, ögey anası ona yemək hazırlayırdı. dad həmin da deyildi...
    Ta o vaxta qədər ki, ögey atası onu qucaqlayırdı. İy həmin iy deyildi...
    Balaca ağlı kəsmirdi. Necə etsin ki,bir evi, bir otağı, bir ailəsi olsun...
    ...İllər uzunu fikirləşdi vəbir gün gözünü xəstəxanada açanda ata-anasını yanaşı gördü.
    Sevinirdi. "deməli, onları birləşdirmək üçün müharibədə minaya düşməli imişəm"
    Gülümsədi, xoşbəxt idi... Onları qucaqlamaq istədi. Amma olmayan qollarına baxdı. Ata-anasını birgə qucaqlamaq yəqin qismətində yoxmuş... Günahkar baxışlarla onların nigaran baxışlarına baxdı...
    günahkar axtardı özlüyündə. Olmayan qollarına görə ata-anasımı günahkar idi, yoxsa onları qucaqlmaqdan məhrum olduğuna görə müharibənimi qınamalıydımı...
    ...................
    Günahkar kimdir? Cəmiyyətmi, yaşanan dövrün şərtlərimi, amansız müharibələrmi?
    Kədərin təntənəsinə, şeytanın sevincinə kimdir günahkar?
    Bizmi günahkarıq? Qərarlarda gecikdiyimizə görə...
    Biizə aid olanlara sahiblənə bilmədiklərimizə görə...
    Səhvlər və günahlar bizim deyilmi?
    Günahkarıq... Birimiz o birisinin qarşısında...

    alıntı
#12.12.2012 23:52 0 0 0
  • Lənətlənmiş çiyinlər hekaye

    Böyüyərsən oğlum, böyüyərsən...
    Əvvəlcə zibil atmağa gedərsən, sonra zibilə batmağa...
    Əvvəl çörək almağa göndərərlər, sonra çörək qazanmağa...
    Sənə dünya düzəlməyəcək deyəcəklər, inanma. Dünya düzdür, oğlum... Üstündə hər an sürüşə biləcəyin qədər düppədüz! Böyüyüb sən də sürüşəcəksən hamımız kimi... Sürüşüb özünü yadların içində görəcəksən bir gün...
    O yadlardan dostların olacaq səni bir həmlədə boğmağa hazır...
    O yadlardan sevgililərin olacaq çiyninə baş qoymağa hazır...
    Çiyinlərini qoru, oğlum... Çiyinlərini sevdiyin qadınların gözyaşlarından qoru. Unutma, sevdiyin qadının göz yaşlarıyla islanmış çiyin lənətlənmiş çiyindir. O artıq heç kimi xoşbəxt edə bilməz...
    Artıq o çiyində heç bir qadın xoşbəxt ola bilməz. Sevilə bilər, sevinə bilər... amma xoşbəxt ola bilməz.
    Lənətlənmiş çiyinlərdə rahatlıq tapmaq mümkün deyil, oğlum...
    Çiyinlərin lənətlənsə orda heç bir qadın gözlərini gizlətmək üçün daldalana bilməz... Sən də hər gün bir az daha çox sevilirmiş kimi hesab edib sevinə bilməzsən...
    Əslində, kişilərin çiyni elə başqa bir kişini unutmaq üçündür, oğlum... Bunu böyüyəndə biləcəksən...
    Biləcəksən ki, hərdən lənətlənmiş sevgilərdən lənətlənmiş çiyinlərə də sığınır qadın... Amma sadəcə unutmaq üçün... Xoşbəxtlik hardasa lap uzaqlardadır...
    Unutma, oğlum, hətta ən güclü kişinin çiyni belə... zəif, iradəsiz bir kişini unutmaq üçündür bəzən...
    Buna görə də bir kişiyə söykənib, min kişini qarşısında kiçildən qadınlar var, böyüyəndə biləcəksən...
    Biləcəksən ki, qadını qadınlığından istifadədə günahlandıran kişinin kişiliyi olsa, ondan dünəndən istifadə edərdi, oğlum...
    Böyüyüb mərdiməzar olma demirəm, bu, genlə gəlir. Haqqını yedirtmə demirəm, onsuz da yeyəcəklər...
    Dünyada bircə qadınların ahını alma, oğlum...
    Ahın aldığın qadınlar sonra kişiliyə nifrət edən oğullar doğacaqlar... Dünyanı kişiliyə nifrət edən kişilər bürüyəcək... Dünya qalacaq kişiliyə nifrət edən kişilərin əlində... Nə vətəni qorumağa kişi tapılacaq, nə də qadınları sevməyə... Kişiliyə nifrət edən kişilər bir-biri ilə sevişəcəklər,
    oğlum... Vətənin qalan hissəsi də əldən gedəcək, qadınlar isə sevgisizlikdən vəhşiyə dönəcəklər...

    Dünyanı qoru, oğlum... Çiynini qadınların göz yaşlarından qoruduğun kimi, dünyanı da onların qəzəbindən qoru... Qadınları nifrətə hamilə buraxma...


    Vüsalə Məmmədova
#12.12.2012 23:51 0 0 0
  • Mənə bir az özündən bəhs edər bilərsənmi? - Sevgi

    Yeni tanış olduğum birindən duyabiləcəyim və məni əsəbləşdirən cümlə budur: Bir az özündən bəhs edə bilərsənmi? Edə bilmərəm! Onsuz da bu sual ilə söhbətə başlamağa çalışan birinə, özümü izah etməyi gərəksiz sayıram.

    Fast-food yeməyə alışdığımız kimi, əlaqələri də sürətli istehlak etməyə başladıq. Armud pis, ağzımıza düşsün istəyirik. Bütün əlaqələri texnoloji sürətə görə nizamlamağa başladıq. Sevgimiz, dostluqlarımız, nə varsa həyatı mənalı edən, hamısı sürətlə istehlak üzrə menyu halına gəlmiş.

    Paket proqram sevirik. Nə qədər ödəyəcəyimizi və gələcək olanın məzmununu bilək istəyirik. Mən sənə 2 aylıq sevimli olacağam, sən qarşılığında nə verəcəksən? Əvvəl sevişək, bədənimdə uyuşursa baxarıq, əlaqəni apara bilərikmi? Mənə bir gecəlik əlaqə + telefon nömrəsi, yanında böyük boy seksual qadın verərsən? Xahiş edirik paket olsun, evdə yeməyim.
    Əmək verməyə nə oldu? Kim qaldırdı sevgi üzərindəki fədakarlığı? Mənə özündən bəhs edər bilərsənmi? "Sən bəhs et , mən bu vaxt gecə səni necə evə çəkərəm, onu düşünüm. İnan, dinləyirmiş kimi edəcəyəm, aradakı fərqi anlaya bilməyəcəksən. Neçə adamı dinləyirmiş kimi etdim mən,öyrəşikliyəm. Onsuz da hamınız eyni şeyi danışırsınız. Eyni sualları soruşduqda söhbət su kimi axıb gedir. "Mənə özündən bəhs edə bilərsənmi? " cümləsinin altı bunlarla dolu. Nə kədərli deyil mi?

    Bir də yeni moda çıxmış. Bəylər arasında da yayılmış. Qadını təsir edən cümlələrdən biri olaraq hamısının dilinə yerləşmiş. "Sən fərqli bir qadınsan. İçində bir qız uşağı gizli amma bunu kimsəyə göstərmirsən. Mən o içindəki qadını gördüm. "Bunun bənzəri cümlələr, trend olmuş. Qadın da elə güman edir ki, qarşısındakı adam çox dolu. Bir anda adamla əlaqədar fikirləri dəyişir. Aman diqqət, bu tələyə düşməyin!

    Özümü izah istəyən hər kəsdən künc bucaq qaçıram. Zaman keçirmədən, paylaşmadan hətta bəzən paylaşaraq belə birini tanımaq mümkün deyil. YarışMAÇI yoldaşlara uğurlar diləyirəm dadındakı, kefsiz, dayaz, boş söhbətlər, yalnız hədəfə gedən bir yol. Həqiqətən tanımaq istəyən adam, vaxt ayırır. Fərqli mühitlərə birlikdə gedər, qarşısındakı qadını müşahidə edər. Onun dürüstlüyündən , danışmasından, yediyindən, içdiyindən bir sıra fikirlər əldə edər. Haqqında bildirmədən məlumat alır. Dostlarını, ailəsini, necə bir həyat yaşadığını addım addım öyrənər.

    Sevgini gəlişindən tanıyarsınız. Həqiqətən sizə uyğun və doğru ürəyi tapdığınız zaman, bunu hiss edərsiniz. Sevgi dediyin qışqıra qışqıra gəlir. Təpədən düşən uçqun kimi, vaxt keçdikcə böyüyür. Ona görə "sonunda eşq olarmı görəsən? " deyə zaman xərcləməyin. Gəldiyində anlarsınız. Sevgi əsla bu cümləylə başlamaz: Mənə bir az özündən bəhs edər bilərsənmi?

    alıntı
#12.12.2012 23:23 0 0 0
  • Sağlam heyat terzi

    Rusiya mətbuatına istinadən məlumatına görə, alimlər müəyyən ediblər ki, qan təzyiqinin ilk əlamətləri görünən adamlar hər gün bir saat tez yatsalar, bu təzahürləri bir ay ərzində aradan götürə bilərlər.

    Harvard Universitetinin keçirdiyi araşdırmalarda iştirak edən qadınlar və kişilər sutka ərzində 7 saat və daha az yatıblar. Yuxu azlığı onlarda qan təzyiqi ilə bağlı problemlər yaradıb.

    Yuxu azlığı və gərgin həyat tərzinin hipertoniya xəstəliyinə gətirib çıxardığı əvvəldən də məlum idi. Lakin son tədqiqatlar göstərib ki, insan qan təzyiqini nəzarətdə saxlaya bilər.

    Araşdırma zamanı qan təzyiqi yüksək olan 22 nəfər qadın və kişi seçilib. Bütün könüllülər etiraf ediblər ki, gün ərzində 7 saatdan az yatırlar. Onlardan 13 nəfərinə deyilib ki, hər gün adətən yatdıqları vaxtdan bir saat tez yatsınlar. Digərlərinə isə əvvəlki qaydada yatmağa davam etmək tapşırılıb.

    Eksperiment 6 həftə ərzində davam edib. Həmid müddət ərzində tədqiqatın iştirakçılarına qan təzyiqlərini yoxlamaq üçün xüsusi cihaz verilib. Onlar mütəmadi olaraq analizlər də veriblər. Sonra həmin 13 nəfər gündəlik yuxu normalarını orta hesabla 35 dəqiqə artıra biliblər ki, bu da qan təzyiqini 8-14 bənd üzrə azaldıb.

    alıntı
#12.12.2012 23:15 0 0 0
  • Dişlərin fırçalanması sətəlcəmə səbəb ola bilər


    ABŞ-ın Yel (Yale) Universitetinin doktoru Sammit Yoşinin tədqiqatlarına görə yaşlı adamların mütamadi olaraq dişlərini fırçalamaması sətəlcəmə səbəb ola bilər.

    O, ağızda olan bakteriyaların ağ ciyər xəstəliyi ilə birbaşa əlaqəsini aşkarlayıb.
    Aydın olub ki, ağız boşluğunda yaşayan bakteriyalarda baş verən dəyişikliklər sətəlcəmin inkişafına gətirib çıxarır.

    Qeyd edək ki, bundan əvvəl də həkimlər ağız boşluğu və diş problemlərinin tənəffüs yolu xəstəlikləri ilə əlaqələndirirdilər.

    Məlumdur ki, nəfəs yolu infeksiyaları ağız boşluğu və boğaz yolu ilə ağ ciyərə düşür. Nəticədə sətəlcəm və ya başqa ağır infeksiya xəstəlikləri inkişaf edir. Bu halda diş əti xəstəliyi olanlarda isə ölüm riski daha yüksək olur.

    Britaniya Diş Sağlamlıq Fondunun doktoru Nigel Kartelin sözlərinə görə heç kəs qrip xəstəliyndən sığortalanmayıb.

    Buna görə də ağız boşluğunun gigiyena qaydalarına riayət etməklə sətəlcəm və başqa xəstəliklərə yoluxma riskini azaltmaq olar.

    alıntı
#12.12.2012 23:07 0 0 0
  • Ürəyinizi qoruyun, çünki içində sevdikləriniz var


    Şübhəsiz ki, bu vaxt sağlamlığınızı unudursunuz. Elə isə son dəfə nə vaxt ürəyinizi müayinə etdirmisiniz? Və ya son dəfə nə vaxt təmiz havada gəzmisiniz? Sözsüz ki, ürəyinizin yorulmasının qarşısını almaq üçün bəzi qaydalara riayət etməlisiniz. Elə isə bu qaydalardan bəziləri ilə tanış olaq...

    Rejimlə qidalanmağa çalışın.

    Çox soyuq və ya çox isti mühitlərdə qalmayın.

    Yay aylarında gərgin işlər üçün günün sərin vaxtlarını seçin.

    Çox soyuq və ya küləkli havalarda ağzınızı və burnunuzu bağlayın. Çalışın ki, soyuq havanı içinizə çəkməyəsiniz.

    Gündəlik işlərinizi elə qurun ki, ürəyinizə istirahət verməyə də vaxtınız olsun.

    Bir iş görəndə tələsməyin.

    Ağır işlərinizi günün müxtəlif saatları arasında bölüşdürün.

    Dincəlmək, mütləq yatmaq demək deyil.

    Hər gecə ən azı 6-8 saat yatmağa çalışın.

    İşləyərkən əllərinizin çiyin səviyyəsindən aşağı olmasına çalışın. Çünki əllər çiyin səviyyəsindən yuxarı olduqda ürək daha çox işləyir.

    Bütün pəhrizləri unudun. Unutmayın ki, tez-tez arıqlayıb kökəlmək olmaz.

    Minerallara qarşı laqeyd olmayın.

    Özünüzə inanın. Hər kəs özü üçün nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilir.

    Yağ seçərkən diqqətli olun. Ən yaxşı yağ zeytun yağıdır.

    Siqaret çəkməyin.

    Hər gün idmanla məşğul olun.

    Musiqiyə qulaq asın.

    Ailədə xoş atmosfer yaratmağa çalışın. Unutmayın ki, xoşbəxt ailələrdə ürək xəstəlikləri daha az olur.

    Çalışın çoxlu dostunuz olsun.

    Tez-tez səyahətə çıxın.

    Qan verin. Qanda olan dəmir ürək xəstəlikləri ehtimalını artırır.

    Ürəyinizə xəyanət etmək istəmirsinizsə, yediklərinizə diqqət yetirin. Mümkün qədər yağlı, duzlu, qızartma yeməklərdən uzaq olun.

    Xolesterol səviyyənizi öyrənin.

    Stresdən uzaq olmağa çalışın.

    İldə ən azı iki dəfə ürəyinizi müayinədən keçirin.


    alıntı
#12.12.2012 23:04 0 0 0
  • Konu: Senin İçin
    Elagan ve Oparetör çok güzel şiir kalaminiz susmasın inşallah
    sunum ve muzikde super ellerine sağlıkar Elagan canım
#12.12.2012 22:46 0 0 0
  • Qulağı səhv deşməyin böyük fəsadı haqqında

    Sırğa taxılması üzrə ilk yeri qulaq, sonra isə burun, qaş, göbək və dodaqaltı nahiyələr tutur. Lakin qulaq düzgün deşilmədikdə insana bir çox problemlər yaradır.

    Qız uşaqlarına kiçik yaşlardan iynə ilə qulaq deşdirmə halları artıq təbii qəbul olunur. Yaranın yeri sağalana kimi sapdan "sırğa" gəzdirən uşaqlar zamanla qızıla keçir və bu da qulaqlarda heç bir problem yaratmır. Qədimdən qalan adətlərimizdən biri olan qulaq deşmə vasitəsi ilə ailədə böyüyən uşağın qız və ya oğlan olması ilk baxışdan bilinirdi. Amma indi qadınlarla bərabər, bəzi kişilər də qulaq deşdirməyə meyl edirlər. Hazırda gənclərin özlərinin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik, qulağın qığırdağından, ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar bunu adi hal kimi qəbul edir, amma əslində qulaq deşdirmək kar olmağa belə gətirib çıxara bilər.

    Lor Cəlal Abdürrəhmanovun sözlərinə görə, qulaq çox həssas orqandır və qulağın deşilməsinə sadə prosedur kimi baxmaq qətiyyən düzgün deyil. Qulağın düzgün deşilməməsi insanda bir çox problemlərə yola aça bilər. Qulağını deşdirmək istəyən insanın allergiyaya həssas olub-olmaması, qanının laxtalanmama probleminin olması, immun sisteminin vəziyyəti və şəkər xəstəsidirsə, şəkərinə diqqət edilməlidir. Çünki bu tip insanlar qulaq deşilməsi zamanı narahatlıqla üzləşə bilərlər:

    "Qulağın yumşaq hissəsinin deşilməsində və bu prosedurun steril bir məkanda edilməsində heç bir problem yoxdur. Qulağın üst qisminin, yəni qığırdağın deşilməsi isə xüsusi diqqət tələb edir. Çünki insan sinirlərinin bir çoxu qulaqdan keçir. Bu sinirlərin zədələnməsi zamanı insan əsəbi ola bilir, ya da ən pis halda eşitməsi zəifləyir. Qulaq qığırdağında qırılma olarsa, qulaq sallanması ola bilər. Bu, əməliyyatla düzələn bir haldır. İki yerdən deşiləcəksə, bu, ən az 1 il arayla olmalıdır. Nəzərə alınmalıdır ki, qulaqdan açılan hər deşiksonrası taxılan sırğalar ağırlıq edərsə, qulaqda deformasiyalara gətirib çıxara bilər".

    Həkimin dediyinə görə, qulaq deşilməsi ən yaxşı halda alt hissədən, yumşaq yerdən olmalıdır. Gözəllik xatirinə qulaqdan qurban vermək bunun acı nəticələrinə də hazır olmağa məcburiyyət yaradır.

    Qulaq deşilməsindən sonra "nikel allergiya" adlı allergiyası olan insanlar qulaqlarına xüsusi diqqət yetirməlidirlər. Tam sağalmamış qulağa asılan bijuteriyalar qulaqda qaşınma, yanma, qızarma və yaralara gətirib çıxarır. Çünki həmin bijuteriyaların böyük bir qisminin tərkibində nikel mövcuddur. Sağalmayan yaralara isə mikrob düşmə ehtimalı böyükdür.

    Qulaq deşilməsi ilə məşğul olan Sevda Əliyeva bu prosedurun çox da çətin və ağrılı olmadığını bildirir. Onun sözlərinə görə, qulaq qığırdağı qulaq altından fərqlidir, çünki qulaq qığırdağı həm möhkəm, həm də gec sağalandır: "Qulaq qığırdağının deşilməsindən sonra taxılan ilk sırğaların titandan, platindən olması daha məsləhətlidir. Qulaq qığırdağını deşmədən əvvəl onu spirtlə təmizləyirik və qılcıq damar olmayan yeri müəyyənləşdiririk. Bu damarlar mütləq müəyyənləşdirilməlidir.

    Gözlə görülməsə belə, işıq salınaraq yerləri təyin olunmalıdır. Damar zədələnmələrinin fəsadları ola bilər. Daha sonra isə deşiləcək nahiyəni keyidirik. Antibakterial kremə batırdığımız iynəylə qulaq qığırdağını deşirik. Qulaq qığırdağı "pistolet" adlanan alətlə deşilməməlidir. Bu alət bir anda qulağı cəld deşir və bu zaman qulaq qığırdağı parçalana bilər. Bu da ağır iltihablanma ilə nəticələnər. İnsanlar bundan qorxur, amma hazırlığı ilə birlikdə 10 dəqiqəlik işdir".

    Qulağın qığırdaq olmayan yerləri də "pistolet"lə deşilir. Səhər və axşam gündə iki dəfə olmaqla spirtlə təmizlənən yaradan sırğa çıxarılmamalıdır. Yara tamam sağaldıqdan sonra isə müxtəlif sırğaların istifadəsi mümkündür. İlk dəfə deşilən nahiyəyə gümüş sırğa salınmamalıdır. Qulaq deşiləndən sonra qulağı gündə iki dəfə antibakterial sabunla yumaq lazımdır.

    Bakı sakini Günel Səlimli qulaq deşilməsinin fəsadlarından xəbərsiz olduğunu deyərək, qulağındakı ikinci deşiyi özü açdığını bildirir: "Qulağımın birində bir, digərində iki sırğa yeri var. Valideynlərim deşdirməyə icazə vermədiyi üçün özüm deşmişəm. Düzdür, əyri deşdiyim üçün bir müddət qulağımda istilik hiss edirdim, deşilən hissədə şişmə olurdu. Sonra sağaldı, amma qulaq damarlarının belə təhlükəli olduğunu bilsəydim, yəqin ki, deşməzdim".

    Steril olmayan yerlərdə qulaq deşdirmək Hepatit C virusuna yoluxmaya da səbəb ola bilər. Ona görə bu proses hər salonda edilməməlidir. Klinikalarda da qulaq deşmə xidmətləri mövcuddur və insan sağlamlığı üçün steril qaydalara mütləq əməl etməlidir. İkinci sırğa sevdasından keçməyən xanımlar üçünsə qulaq deşdirmək vacib deyil. Hazırda satışda maqnitli sırğalar mövcuddur ki, bu sırğalar vasitəsi ilə də qulaq deşilmədən sırğa salmaq mümkündür.

    alıntı
#12.12.2012 20:12 0 0 0
#12.12.2012 20:01 0 0 0
#12.12.2012 19:59 0 0 0
  • Oktay Kamil & Samire - Emiqizi dinle

    [video=youtube;RA19QBpRtg0]http://www.youtube.com/watch?feature=player_detailpage&v=RA19QBpRtg0[/video]
#12.12.2012 19:53 0 0 0
#12.12.2012 19:50 0 0 0
  • Röya dinle

    [video=youtube;lYMZpuKuQ1o]http://www.youtube.com/watch?v=lYMZpuKuQ1o&feature=player_detailpage[/video]
#12.12.2012 19:43 0 0 0
#12.12.2012 19:30 0 0 0
#12.12.2012 19:30 0 0 0
#12.12.2012 19:26 0 0 0
#11.12.2012 00:03 0 0 0
#09.12.2012 00:07 0 0 0
#09.12.2012 00:05 0 0 0