Rəvayətə görə, 8-ci əsrin axırlarında Harun ər-Rəşidin təqibindən qaçmış şiələrin yeddinci imamı Museyi-Kazımın qızı Hökumə indiki Şıx kəndininyerləşdiyi yerdə gizlənmişdi Hökumənin Heybət adlı bir nəfər xidmətçisi varmış və o, Hökuməni “bibi” çağırarmış. Hökumə və Heybət öləndən sonra onları burda dəfn etmişdilər. Bir müddətdən sonra Elxani hökmdarı Qazanxan Mahmudun (1295-1304) əmri ilə Şirvanşah Axsitanın oğlu Fərruxzad qəbrin üstündə məscid ucaltmışdır. Və sonralar bu məscid Bibiheybət adı ilə ziyarətgah kimi tanınmışdır. Bununla bağlı məscidin ətrafında kənd salınmış və o, Şıx kəndi adlanmışdır. Keçmişlərdə bu kənddə cəmi 25 həyət olmuş, yüz nəfər adam yaşamışdır. Burada yaşayanların əksəriyyəti Bibiheybət məscidinə xidmət edən şıxlar idi.
Keçən əsrin axırlarında Bibiheybət məscidini ziyarətə gəlmiş bir səyyah türbənin o zamankı vəziyyətini belə təsvir edirdi: “Uzaqdan, ətrafa səpələnmişqaya parçaları arxasında qalmış uzun bir minarə görünürdü. Faytonumuz müəyyən bir yerə çatıb dayandı. Bundan o yana daşların arası ilə faytonda getmək mümkün deyildi. Adamlar qayaların arası ilə piyada dənizə tərəf enməyə başladılar. Bura kənd idi. Kəndin qurtaracağındakı uçurumda dəniz sahilində Bibiheybət məscidi ucalırdı. Kəndin içi ilə keçən yolun hər iki tərəfində üstü yazılı qəbir daşları uzanırdı. Qabaqdakı alaqapının yanında bir qəbrin böyründə belində kəşkül, əlində təbərzin arıq bir dərviş bizi qarşılayıb alaqapını göstərdi: “Buyurun içəri”. Qapı daşdan səliqə ilə yonulmuş iri tağ şəklində idi. İki yoğun zəncirlərin ucları tağa bağlanmışdı. Yerdən azca hündürdə asılı qalan bu zəncirlərə rəngbərəng əski parçaları bağlanmışdı. Dərviş bizi başa saldı ki, Bibiheybətə gətirilən qurbanı içəri apararkən bu zəncirə işarə vurmaq lazımdır. Qurbanı verəndən sonra işarə çıxarılmalıdır. Dərvişin müşayiəti ilə içəri keçdik. İçəridə də eynən gördüyümüz tağ kimi bir tağ vardı. Ondan da əski parçaları asılmışdı. İrəlidə geniş meydançada kiçik bir məscid var idi. Məscidlə hasarın arasındakı sahə qəbirlərlə dolu idi. Məscid dörd künclü bina idi. Sivri günbəzi vardı. Məscidin pəncərələri daşdan düzəldilmiş şəbəkələrlə örtülü idi. Nəhayət məscidə çatdıq. Dairəvi bir tağ məscidi iki hissəyə ayırırdı. Sağ tərəfdəki hissə Bibinin qəbri idi. İkinci hissə isə dua oxumaq üçün idi. Qarşıdakı divarda kiçik bir qapı vardı. Bu qapıdan dövrəli pilləkənlərlə minarəyə qalxırdılar. Məscidin içərisinə qırmızı xalı döşənmişdi. Tağın o tərəfindəki ikinci kiçik hissə qapqaranlıqdı. Orada yalnız zəif bir şam yanırdı. Orada dörd künclü hündür bir yer görünürdü, üstü qara parça ilə örtülü idi. Bu, Bibinin qəbri idi. Qədim zamanlardan bura ziyarətgaha çevrilmişdi. Məscidin 13-cü əsrdə tikilməsi ehtimal olunur”.
Sonralar — 1900-cü ildə Bakı varlılarından Dadaşov burada birinci məsciddən daha geniş və daha qəşəng bir məscid də tikdirmişdi. Buraya ziyarətə gələnlərin xatirələrindən məlum olur ki, məscidə iki yolla getmək mümkündü: Yuxarı — dağın ətəyi ilə olan çətin yol, ikinci yol isə dənizlə, Bakı limanındanqayıqlarla olan asan yol. Qayıqlar məscidin lap yaxınlığında sahilə yan alırdılar. Keçən əsrin axırlarında Xan qızı Xurşudbanu Natəvan da Bibiheybəti iki dəfəziyarət etmişdi.
1936-cı ildə məscid hökumət tərəfindən dağıdılmış, son illərdə isə yerində yeni məscid tikilmişdir.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
[HR][/HR][HR][/HR]
61. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər.
أَمَّنْ جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
62. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?
أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ
63. Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır.
أَمَّنْ يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ
64. Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin".
أَمَّنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
65. De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.
قُلْ لَا يَعْلَمُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
66. Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar".
بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا ۖ بَلْ هُمْ مِنْهَا عَمُونَ
67. Kafirlər dedilər: "Məgər biz və atalarımız torpağa qarışdıqdan sonra qəbirlərdən çıxardılacağıq?
وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ
68. Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin uydurduğu əfsanələrindən başqa bir şey deyildir".
لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
69. De: "Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur".
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
70. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma.
وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُنْ فِي ضَيْقٍ مِمَّا يَمْكُرُونَ
71. Onlar: "Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?"- deyirlər.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
72. De: "Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır".
قُلْ عَسَىٰ أَنْ يَكُونَ رَدِفَ لَكُمْ بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ
73. Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər.
وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ
74. Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir.
وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ
75. Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın.
وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
76. Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır.
إِنَّ هَٰذَا الْقُرْآنَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ
77. Həqiqətən, o, möminlərə doğru yolu göstəricisi və bir mərhəmətdir.
وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ
78. Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcəkdir. O, Qüdrətlidir, Biləndir!
إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ بِحُكْمِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ
79. Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.
فَتَوَكَّلْ عَلَى اللَّهِ ۖ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ
80. Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.
إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ
81. Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.
وَمَا أَنْتَ بِهَادِي الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ
82. O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.
وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ
83. Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.
وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ
84. Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: "Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?"
حَتَّىٰ إِذَا جَاءُوا قَالَ أَكَذَّبْتُمْ بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنْتُمْ تَعْمَلُونَ
85. Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər.
وَوَقَعَ الْقَوْلُ عَلَيْهِمْ بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنْطِقُونَ
86. Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır.
أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
87. Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.
وَيَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَفَزِعَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ
88. Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.
وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ ۚ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ
89. Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا وَهُمْ مِنْ فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ
90. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: "Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?"
وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
91. De: "Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, Rəbbim onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum
إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ
92. və Quran oxuyum!" Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Haqq yoldan azana isə belə de: "Mən ancaq xəbərdar edənlərdənəm!"
وَأَنْ أَتْلُوَ الْقُرْآنَ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنْذِرِينَ
93. De: "Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!"
وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
[HR][/HR][HR][/HR]
31. Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin!"»
أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ
32. Qadın dedi: "Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm".
قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنْتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ
33. Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!"
قَالُوا نَحْنُ أُولُو قُوَّةٍ وَأُولُو بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانْظُرِي مَاذَا تَأْمُرِينَ
34. Qadın dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.
قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ
35. Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar.
وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِمْ بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ
36. Elçilər Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz.
فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِمَّا آتَاكُمْ بَلْ أَنْتُمْ بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ
37. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!"
ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَا قِبَلَ لَهُمْ بِهَا وَلَنُخْرِجَنَّهُمْ مِنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ
38. Süleyman dedi: "Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?"
قَالَ يَا أَيُّهَا الْمَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَنْ يَأْتُونِي مُسْلِمِينَ
39. Cinlərdən çox qüvvətli birisi dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!"
قَالَ عِفْرِيتٌ مِنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ تَقُومَ مِنْ مَقَامِكَ ۖ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ
40. Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!"
قَالَ الَّذِي عِنْدَهُ عِلْمٌ مِنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَٰذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ
41. Süleyman dedi: "Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq və ya tanımayanlardan olacaq?"
قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنْظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ
42. Qadın gəldikdə ona: "Taxtın bu cürdürmü?"- deyildi. O dedi: "Deyəsən odur!" Süleyman dedi: "Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!"
فَلَمَّا جَاءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ
43. Allahdan başqa tapındığı şeylər o qadını tövhiddən yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi.
وَصَدَّهَا مَا كَانَتْ تَعْبُدُ مِنْ دُونِ اللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كَافِرِينَ
44. Qadına: "Saraya daxil ol!"- deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: "Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!" Qadın dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!"
قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَنْ سَاقَيْهَا ۚ قَالَ إِنَّهُ صَرْحٌ مُمَرَّدٌ مِنْ قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
45. Biz Səmud tayfasına - Allaha ibadət edin deyə, qardaşları Salehi elçi göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə bölündülər.
وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ
46. O dedi: "Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz? Ola bilsin ki, sizə rəhm oluna".
قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
47. Onlar dedilər: "Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq". Saleh dedi: "Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir qövmsünüz".
قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَنْ مَعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِنْدَ اللَّهِ ۖ بَلْ أَنْتُمْ قَوْمٌ تُفْتَنُونَ
48. Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.
وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ
49. Onlar dedilər: "Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik".
قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ
50. Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər.
وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ
51. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik.
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ
52. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır.
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ
53. İman gətirib Allahdan qorxanları isə xilas etdik.
وَأَنْجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
54. Lutu da yada sal. Bir zaman o öz qövmünə demişdi: "Gözünüz görə-görə murdar işmi görəcəksiniz?
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنْتُمْ تُبْصِرُونَ
55. Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!"
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ
56. Qövmünün cavabı isə ancaq: "Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!"- demələri oldu.
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِنْ قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ
57. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadını geridə qalanlardan olmasına qərar verdik.
فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ
58. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنْذَرِينَ
59. De: "Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?
قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَىٰ ۗ آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ
60. Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır.
أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنْزَلَ لَكُمْ مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَا كَانَ لَكُمْ أَنْ تُنْبِتُوا شَجَرَهَا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
[HR][/HR][HR][/HR]
1. Ta. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُبِينٍ
2. Möminlərə doğru yolu göstəricisi və müjdədir.
هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ
3. O kəslərin ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ
4. Həqiqətən, Axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyllənirlər.
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ
5. Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.
أُولَٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ
6. Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alırsan.
وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِنْ لَدُنْ حَكِيمٍ عَلِيمٍ
7. Bir zaman Musa öz ailəsinə: "Mən, doğrudan da, bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız"- demişdi.
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ آتِيكُمْ بِشِهَابٍ قَبَسٍ لَعَلَّكُمْ تَصْطَلُونَ
8. Musa oraya gəlib çatanda ona nida gəldi: "Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!
فَلَمَّا جَاءَهَا نُودِيَ أَنْ بُورِكَ مَنْ فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ
9. Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm!
يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
10. Əsanı yerə at!" Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi: "Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ
11. Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm!
إِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَحِيمٌ
12. Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!"
وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
13. Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: "Bu, açıq-aydın bir sehrdir!"- dedilər.
فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ
14. Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!
وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
15. Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: "Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!"
وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِنِينَ
16. Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür".
وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
17. Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər.
وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنْسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ
18. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər".
حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ
19. Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!"
فَتَبَسَّمَ ضَاحِكًا مِنْ قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ
20. Süleyman quşları nəzərdən keçirib dedi: "Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur?
وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ
21. O, ya mənə aşkar bir dəlil gətirməlidir, ya da mən ona şiddətli bir əzab verməliyəm və yaxud da tutub boğazını üzməliyəm".
لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُبِينٍ
22. Çox keçmədən hüdhüd gəlib dedi: "Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطْتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِنْ سَبَإٍ بِنَبَإٍ يَقِينٍ
23. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.
إِنِّي وَجَدْتُ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِنْ كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ
24. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.
وَجَدْتُهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِنْ دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ
25. Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər.
أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ
26. Böyük Ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur".
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ ۩
27. Süleyman dedi: "Baxaq görək, sən doğru deyirsən, yoxsa yalançılardansan.
قَالَ سَنَنْظُرُ أَصَدَقْتَ أَمْ كُنْتَ مِنَ الْكَاذِبِينَ
28. Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!"
اذْهَبْ بِكِتَابِي هَٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانْظُرْ مَاذَا يَرْجِعُونَ
29. Qadın dedi: «Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı.
قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ
30. O məktub Süleymandandır və onda deyilir: "Mərhəmətli və Rəhmli Allahın adı ilə!
إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم
Ulduzlar bu güne ne ved edir - Günün qoroskopu 09.07.2013
Qoç - ilk baxışdan qarışıq təsir bağışlayan, amma batinində sadə olan məsələnin həlli üçün uğurlu gündür. İş bu gün sizi yormayacaq. Gərgin situasiyalarda gələcəyi düşünərək təmkinli davranın.
Bilavasitə ətrafınızda olan insanların maraqlarını nəzərə alın.
Tədris, təhsil və təcrübənin artırılması, biliklərin əldə edilməsi və ya iş yerinin dəyişdirilməsi ilə bağlı planlarınız varsa, əlverişli gündür.
Alacağınız yeni məlumat mürəkkəb problemi həll etməyə imkan verəcək.
[HR][/HR]
Buğa - işlər və xərclər artır. Görüləsi işlərlə bağlı planlar az deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım təklif edir. Həmin təklifdən bəhrələnin. Məsləhətlərə qulaq asın. Yeni tanışlıqlar perspektivlidir.
Çətin işin çözülməsində tanışlardan biri karınıza gələcək.
Yaşamınızda daha çox rahatlıq vəd edən işlərə sərmayə qoymaq olar.
Uzun müddətdən bəri hazırladığınız və "cilaladığınız" planlardan biri reallaşacaq.
Nikbin olun, ağır işlərdən və problemlərdən çəkinməyin.
[HR][/HR]
Əkizlər - çoxsaylı, xırda işlər var. Günlə bağlı planlarınızda, onsuz da, işlərin çeşidi az deyildi. Lakin vaxt keçdikcə görüləsi işlərin sayı daha da artacaq.
Danışıqlar aparın, yazışın. Gərəkli görüşü unutmayın.
Qarşılıqlı fəaliyyət gözlənilən nəticəni verə bilər.
Axşam saatlarında istirahət edin, stresslərdən qurtulun. Həyətdə işləməkdə fayda var.
Ünsiyyətdə problem hiss etmədiyiniz insanla təmaslar faydalıdır.
Yaxın gələcəklə bağlı planlarınıza zəruri düzəlişlər edin.
[HR][/HR]
Xərçəng - ətalətli və tənbəl olmayın. Özünüzü o qədər də yaxşı hiss etməsəniz belə, işlərdə ləngimələrə yol verməyin. Hisslər və emosiyların təsiri altında hərəkət etməyin.
Yeni informasiyaya, intellektual məşğələlərə maraq artır.
Günün ikinci yarısında işləri qaydaya salın.
Hesablar, sənədlər, məlumat bazaları, məktubları saf-çürük edin.
İşgüzar məsələləri aktiv həll etmək, durumdan yararlanmaq olar.
Danışıqları öz "ərazi"nizdə keçirin.
Axşam saatları ev işləri və ailədə müzakirələr, ümumi planların nəzərdən keçirilməsi üçün əlverişlidir.
[HR][/HR]
Şir - başlayacağınız işlərdən enerjinizi əsirgəməyin. Yaxın ətrafınızdakı insanların mövqelərinə və maraqlarına əhəmiyyətsiz yanaşmayın.
Yardım üçün kiməsə müraciət etmək fikrinə gəlsəniz, məsləhətləri dərhal qulaqardına vurmayın. Əks təqdirdə sizə gərəkli insan probleminizin həllinə marağını itirə bilər.
Fərqli mövzuları müzakirə etmək olar. Praktiki məsələləri nəzərdən keçirin.
Əks cinslə təmaslarda həssas olun. Axşam saatlarında istirahət edin.
[HR][/HR]
Qız - səhər saatlarından etibarən aktiv və enerjili olun. Yeni işlərə başlamaq olar. Məqsədləri razılaşdırmaq və hədəfə çatmağın yollarını müzakirə etməyin çətinlik yaratdığı sahələrdə ciddi dəyişikliklər istisna deyil.
Sizi ünsiyyətə çəkəcəklər. Lakin boş söhbətlərə qatılmayın, vaxtınızı səmərəli sərf edin. Gərəksiz və heç bir perspektiv vəd etməyən tədbirə qatılmayın.
Yeni, faydalı tanışlıqlar üçün əlverişli vaxtdır.
İnformasiya axtarışı, alınan məlumatların təhlili, yazışma, habelə planların və layihələrin müzakirəsi üçün əlverişli vaxtdır.
Təfərrüatları nəzərdən qaçırmayın. Diqqətli olun.
[HR][/HR]
Tərəzi - yeni layihəni reallaşdırmağa başlayın. Cari işlər fikrinizi yayındıra bilər. Eyni vaxtda bir neçə yerdə sizi gözləyirlər. Yaşam sizin çeviklik, qıvraqlıq və reaksiyanızı sınağa çəkəcək.
Bir neçə gün əvvəl başladığınız və hələ də bitirmədiyiniz işi başa vurun.
Bu iş başa çatdırılmasa, yeni layihəyə və ya sifarişin icrasına başlamaq asan olmayacaq.
Axşam saatlarında dostlarla birlikdə istirahət edin.
[HR][/HR]
Əqrəb - yeni işlərə mənəvi və fiziki baxımdan hazır olun. İzafi gərginliyə səbəb olmayın. İşdən həzz almağa çalışın, problemlərin həllində məntiqli davranın.
Heç nəyi qəsdən çətinləşdirməyin. Sizin üçün önəmli insanlarla təmaslarda yaranan mühüm nüanslara fikir verin. Çoxdan bəri diqqətinizi və qayğınzı gözləyən insanları xatırlayın.
Səhhətinizin qeydinə qalın. Səfərə çıxın, səyahət edin. Təmiz havada mümkün qədər çox vaxt keçirin.
Fiziki işi artıra bilərsiniz.
[HR][/HR]
Oxatan - şəxsi maraqlarınız və mənfəətin anlamı fəaliyyətin praktik müstəvisində dürüst istiqamət seçməyinizə imkan verəcək. Görüş və müzakirələrdə məntiqli olun.
Qarşı tərəfə intellektiniz və emosiyalarınızla təsir edə bilərsiniz.
Stereotip baxışlardan, köhnəlmiş ehkamlardan imtina edin. Şərtlərdən asılı olaraq planları dəyişmək olar.
Yaradıcılıq imkanlarının həyata keçirilməsi, yaxın ətrafınızdakı insanlardan biri ilə daha aktiv əməkdaşlığa başlamaq üçün əlverişli zamandır.
[HR][/HR]
Oğlaq - aktiv, məhsuldar və parlaq gündür. Ünsiyyətdə fəal olun, bir mövzudan başqasına sürətlə keçidi təmin edin. Hisslərin təsiri altında, impulsun təkanı ilə çalışmaq olar.
İntellektual fəaliyyətə maraq artır. Hadisələrin yeni dönüşünə təkan verə biləcək, zəmin rolunu oynayacaq məlumat ala bilərsiniz.
Sizi narahat edən məsələlərin müzakirəsindən yayınmayın.
Ailədə yükünüz artır. Ev işlərinə maksimum vaxt ayırın.
Alış-veriş etmək olar.
[HR][/HR]
Dolça - aktiv iş, səfərlər, ezamiyyət, dostlarla birgə fəaliyyət üçün əlverişli gündür. Şəxsi münasibətlərdə tərəfdaşla dialoq müstəsna dərəcədə əhəmiyyətlidir. Bir sıra problemləri müzakirə edərək çözmək mümkündür.
Münasibətləri istədiyiniz istiqamətdə inkişaf etdirmək istəyirsinizsə, acı sözlər və sərt danışıqdan kənar olun.
Ailə ilə daha çox vaxt keçirin. Özünüzlə yanaşı, yaxın ətrafınız üçün də maraqlı işlə məşğul ola bilərsiniz.
Günün ikinci yarısı yaradıcılıq potensialının aşkarlanması üçün uğurlu zamandır. Yaşam arealınızda dəyişikliklərə başlayın.
Normal istirahət edin.
[HR][/HR]
Balıqlar - işləri, problemləri, yeni planları unutmyın. Bütün diqqəti məqsədə aparan yolda irəliləyişə yönəldin. Bu gün işləriniz az deyil. Yaxınlarınızla məsləhətləşin, ümumi planları və ideyaları müzakirə edin.
Yaşam arealınızda ruhlanmaq, sevinmək, problemlərdən qurtulmaq istəyəcəksiniz.
Günün ikinci yarısında planlarınız arasında ən realını gerçəkləşdirməyə başlayın.
Əməkdar artisti Elza Seyidcahan yeni layihə üzərində çalışır. Müğənni Lent. az-a bildirib ki, sulara konsert vermək niyyətindədir: “Hər zaman olduğu kimi, gözlənilməz layihələrə imza atmağa hazırlaşıram. İyulun 27-də Mərdəkanda “Su şousu” adlı solo konsertim olacaq. Suya konsert verməyim əbəs yerə deyil. Çünki susuz həyat yoxdur. Ac qalmaq olar, amma susuz yaşamaq olmaz. Suyun da cazibə qüvvəsi var. Məsələn, 3 ayrı-ayrı qaba su töküm, birinə xoş söz, o birinə xoş olmayan söz deyim, bu sözləri su özünə çəkəcək. Çünki su canlıdır. Sulara verəcəyim konsertə gələnlər mənim ifamdan əlavə moda nümayişinin, aktyorların və rəqs qruplarının çıxışlarının şahidi olacaqlar. Bundan əlavə konsertə estradamızın tanınmış simalarını da dəvət etməyi düşünürəm. Konsertimdə oğlum Ələkbərin də ifası gözlənilir”.
07.07.2013-cü ildə Toppuş bacı - əməkdar artist Tünzalə Əliyeva Ağdaşa gəlin köçüb. Lent. az-ın məlumatına görə, ötən ay paytaxt restoranlarının birində toy edən aktrisanın şəkilləri də sosial şəbəkədə yayılıb.
T.Əliyevanın sözlərinə görə, Röyal ilə ailə həyatı qurub, Ağdaşa gəlin köçsə də paytaxtda yaşayacaqlar.
Türk müğənnisi Ajda Pekkan xalq artisti Brilliant Dadaşovaya soyuq münasibət göstərib və bu, mediada müzakirələrə səbəb olub. Lent. az-ın məlumatına görə, B. Dadaşova türk müğənnisi barədə Facebook səhifəsində bu sözləri yazıb: “Əziz dostlarım, heç bir narahatçılığa əsas yoxdur. Ajda xanım məni dəfələrlə evinə dəvət edib. Bağında qonaq olmuşam. Bir dəfə hətta məni və bacımı qonaq aparmaq üçün özü şəxsən otelə gəlib. Yayılanlar dezinformasiyadır. Söylənilənlərin əksinə olaraq, A. Pekkan dedi ki, səni gözləyirdim. Biz şəkil çəkdirmək istəyirdik. Yanındakı qadın isə dedi ki, yox, tələsirik. Mən də onlarla çay içməyə gedə bilmədim Onlar da bilmədilər ki, tədbirdən yarım saatlıq qaçıb gəlmişdim və təcili geri qayıtmalıyam”.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda yazılmışdı ki, Ajda Pekkan Brilliantla görüşməkdən imtina edib.
Müğənni Safura Əlizadə sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub.
Axşam.az-ın məlumatına görə, sənətçinin təmtəraqlı toy mərasimi azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmalife Resort and Spa” hotelində keçirilib.
Aparıcılığını şoumen Murad Dadaşovun etdiyi toy mərasiminə xalq artisti Zülfiyyə Xanbabayeva, prodüser Tolik, “Bakılı oğlanlar” komandasının keçmiş üzvü Elçin Əzizov da qatılıb.
Toyda Safuranı stilist Anar Ağakişiyev bəzəyib.
Gec saatlara qədər davam edən mərasimin sonunda atəşfəşanlıq olub.
“Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova qəzəblənib. Müğənninin qəzəbinə tuş gələn isə xalq artisti Aygün Kazımova olub. A.Kazımova ilə bağlı fikirlərini Lent.az-a bölüşən ifaçı həmkarının depressiyada olduğunu söylədi: “Mən sosial şəbəkələri, internet portallarını hər gün izləyirəm. Son dövrlər elə A. Kazımovanı qalmaqal edən görürəm. Sizin sayt vasitəsi ilə ona demək istəyirəm ki, bəsdi, Aygün. Otur yerində. Axır vaxtlar heç bir mahnın, layihən tutmur. Aygünün keçmiş rəfiqəsi kimi ona məsləhətim budur ki, depressiyadasan, bir az dincəl. Camaat da bir az dincəlsin. Fikir verin, həmişə suda batan adam elə hərəkət eləyir ki, quruya çıxsın. Hazırda bu insan batmaq üzrədir. İndi hər şeyə əl atır. Sonda mən ondan yaşda böyük olan bir adam kimi deyirəm ki, otur yerində”.
Esir ve itkin düşenler - vetendaşlarimizin taleyi haqqında
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 il əvvəl Ermənistanda saxlanılan, lakin sonradan yoxa çıxan azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini istəyir.
APA-nın komissiyanın saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.
F. Sadıqov qeyd edib ki, bu, təkzibedilməz faktdır: “Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 2001-ci ildə əsir və girovluqda baş çəkdiyi 50 nəfər azərbaycanlının siyahısını Dövlət Komissiyasına təqdim edib. Sonradan həmin şəxslərdən 17 nəfərinin meyiti qaytarılsa da, 33 nəfərin taleyi qaranlıq qalıb. Halbuki bu şəxsləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları öz gözləri ilə görüblər. İndi mən Ermənistanın hakimiyyət dairələrindən soruşuram - bu 33 azərbaycanlı haradadır və onların sonrakı taleyini hansı məqsədlə gizlədirsiniz?”
F. Sadıqov, həmçinin qeyd edib ki, ermənilər itkin düşmüş vətəndaşlarının sayını həddən artıq şişirdirlər: “2004-cü ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Dövlət Komissiyasına “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş erməni mənşəli mülki şəxslərin və hərbçilərin əlifba siyahısı” adlı siyahı təqdim edilib. Biz bu siyahıda adları keçən şəxslərin axtarışı üzrə zəruri tədbirləri həyata keçirmişik. Bu siyahıda 414 erməninin adı keçir. Dövlət Komissiyasında aparılmış təhlil zamanı müəyyən edildi ki, 414 nəfərdən 23 nəfəri Ermənistan Respublikasının ərazisində, 2 nəfəri Gürcüstan Respublikasının ərazisində itkin düşüb və əslində onların münaqişəyə heç bir aidiyyəti yoxdur. Bundan başqa, 414 nəfərdən 211-i Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşamış ermənilər – yəni Azərbaycan Respublikasının vətəndaşları, 197-si Ermənistan Respublikasının vətəndaşları, 3-ü Gürcüstan, 2-si Rusiya, 1 nəfər isə İran İslam Respublikası vətəndaşıdır. Bir məqama da diqqət etməyi vacib sayıram, münaqişə zamanı itkin düşmüş hər iki tərəfə aid şəxslərin böyük əksəriyyəti məhz Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində itkin düşüblər. Axı bu ərazilər Ermənistan hərbçilərinin nəzarətindədir. Demək orada axtarış aparmaq ermənilər üçün daha asandır. Maraqlıdır ki, itkinlərə aid müxtəlif və qeyri-dəqiq rəqəmlər söyləyən ermənilər, onlara aid etdikləri günün də adını müxtəlif cür – bir yerdə “Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüşlər”, digər yerdə “İtkin düşmüş hərbçilərin xatirə” günü kimi yazırlar. Bu məqam isə belə günün rəsmi təsis edilməsini də şübhə altına alır”.
F. Sadıqov Azərbaycan tərəfindən itkin düşmüş kimi qeydiyyata alınan son statistik rəqəmləri də açıqlayıb: “1 iyul 2013-cü il tarixə olan məlumata əsasən, 4033 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Onlardan 46-sı uşaq, 255-i qadın, 353-ü isə qocalardır. İtkin düşmüş 4033 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülməsi, işğal edilmiş ərazilərdə sağ-salamat qalması lakin ermənilərin bunu danması barədə Dövlət Komissiyasında konkret faktlar var. Münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir-girovluqdan azad edilib. Hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri, Fərəcov Firuz Mirzə oğludur. Azərbaycanda isə 5 nəfərdən ibarət bir erməni ailəsi saxlanılır. Bu ailənin başçısı Gevorkyan Yeqişe Petroviş 10 yanvar 2010-cu il tarixdə ailə üzvləri (3 uşaq və həyat yoldaşı) ilə birlikdə xarici ölkələrdən birinə getmək məqsədilə idarə etdiyi maşınla Azərbaycan ərazisinə keçib və Ermənistana qayıtmaqdan imtina edir”.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib
APA-nın məlumatına görə, fətvada bildirilir ki, Ramazan ayı bu il miladi təqvimi ilə iyulun 10-da başlayır, iyulun 9-u isə orucluğun niyyət gecəsidir.
Ehtiyatən iyulun 9-u qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhətdir. Ayın görünməsindən asılı olaraq Ramazan bayramı Şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.
QMİ mübarək Ramazan ayında hamını səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb. Fətvanın verilməsi ilə bağlı hazırda QMİ-də Şeyxülislam Hacı Allahşükür Paşazadə tədbir keçirir.
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1919. Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edib. İlham Əliyevin 24 avqust 2007-ci il tarixli fərmanına əsasən hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir
1926. Yazıçı Nəcəf bəy Vəzirov Şamaxıda vəfat edib
1954. SSRİ Nazirlər Soveti "SSRİ neft sənayesinin daha da inkişaf etdirilməsinə dair tədbirlər haqqında" qərar qəbul edib. Qərarla Azərbaycanın neft planı əvvə\lki həcmdə - ildə 15 milyon ton – saxlanıb...
Susduklarım içimi yakıyor
Seslesem gelemezsin... seslesen gelemem
Acılar ağır geliyor....
Ben bu "yükle" baş edemem
Omuzuna ihtiyacım var benim
Sensiz açılan sabahlarım var benim
Hayalin gözlerimde, Adın DUA`mda
"Amin"ine ihtiyacım var benim...