Xalq artisti Nazpəri Dostəliyeva oğlu ilə istirahətə yollanıb. Lent.az-ın məlumatına görə, N.Dostəliyeva istirahət zamanı çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.
N.Dostəliyevanın istirahətdən olan fotolarını təqdim edirik.
Azərbaycanlı aparıcı Günel Hümbətova ana olub. Lent.az-ın məlumatına görə, bu barədə aparıcının bacısı, müğənni Mehin Hümbətova sosial şəbəkədəki səhifəsində yazıb: “Mən xala oldum. Allaha çox şükür. Günel və Firuz sizi təbrik edirəm”.
Onu da əlavə edək ki, aparıcı qızı olub.
Qeyd edək ki, G.Hümbətova Las-Veqasda Firuz Soliyev adlı şəxslə ailə qurub.
Əməkdar artist Sənubər İsgəndərli nəvəsi ilə birgə istirahətə yollanıb. Lent.az-ın məlumatına görə, istirahətdə olan əməkdar artist nəvəsi ilə birgə çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb.
Onu da əlavə edək ki, S.İsgəndərlinin bir qızı və bir nəvəsi var.
Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi arasındakı qalmaqal bitmək üzrədir.
“Qafqazinfo”nun məlumatına görə, Aygün Kazımova ifaçının ünvanına səsləndirdiyi ittihamı geri götürüb:
“Mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək, Natavan Həbibi barədə dediyimi təkzib edirəm”.
Xatırladaq ki, sözügedən məşhurlar arasındakı məhkəmə prosesi Natavan Həbibinin xeyrinə bitmişdi. Xalq artisti “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddiaya əsasən çıxarılan qətnaməni qəbul etməyərək apelyasiya şikayəti versə də məhkəmə qərarı dəyişməmişdi.
Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə görə Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməli idi.
Yazar
Lent.az
Bu gündən Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu proses avqustun 11-dək internet vasitəsilə aparılacaq.
Müsabiqə şərtlərinə əsasən, I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11-də başlanıb 2 saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
Hey karanlık...!!!
Ne kadar derin olsanda sonunda doğacaq bir güneşim var Her ne kadar sessiz olsan da, sonunda gönülleri titreden surum var
Ne kadar güzel görünse de bu hayatın renkleri
Sütten çayları olan Cennetim var
Selam HASRET...!!!
Hoş geldin bu darmadağın gönül evime.
Seni güzelce ağırlamak geçsede içimden, kusura bakma..., yapamam!
Tez git istiyorum...
Aslında "sensiz" bir dünya istiyorum...
senin adının duyulmadığı bir dünya.
... İSTİYORUM...
"Virgül ile nokta arasına sıkışmış anlamsız bir cümle gibiyim
Virgülden öncesi sen,noktadan önce ben.
Deli bir hasrettir sevda
Seninle başlayıp bende biten..."
Sevda hep delidir, çılğındır...
hasretse souk... bükük... kırık...
virgülden önce gelen cümleyi virgülden sonra gelen cümle tamamlar...
esas olan bu bağ kopmasın...
koparsa işte o zaman
anlamsız olur sen.... ben... ve... kelimeler