Men senden ayrılmaq heç istemedim,
Sen özün ayrıldın, sen özün ancaq...
Qelbimde sevğimi sensiz isitdim
O sensiz yene de bilki donacaq...
Bir kelme demedim men son görüşde,
Danışan sen oldun. Men danışmadım...
Bilirdim qalacaq her şey keçmişde,
Nedense men buna engel olmadım.
Senle xoşbextidik. Bu xoşbextlikden
Nedense qorxurdum ezelden beri,
Qefil gelmiş idin, getdin qefilden,
Hezm ede bilmedim men bu xeberi...
İlk görüş yerini her görende men
Yadıma düşürsen söyle niye sen?
Seni unutmağa çalışdığım an
Xeyalın canlanır gozumde derhal
Seni unutmağa heç vermir imkan.
Senin xeyalınla gedirem qoşa
Seninle getdiyim yerlerden sensiz,
Senin xeyalınla verib baş başa
Senden danışırıq senden xebersiz...
Menimle xeyalın bax gedir qoşa,
Senin xeyalındır hemdemim menim.
Senin özün deyil, xeyalın senin
Bu ömrü menimle bax vurur başa...
A torpaq,. meni sen mezemmet eyle
Inamsiz qelbime,.......inam baqishla!
A bulud,...........ruhuma serinlik cile
Sondur sevgi odunu,..qarla,yaqishla!
A qaya,..........mene ver metanetini
Ozumu vuqarla apara bilim!...
Tufanlar!....artirin cesaretmi,...
Unutqan bir dosrun mehebbetini
Qelbimden qelpetek qopara bilim!...
Gunəş Mehri
Xatire Xatun şeirləri - Bir gün görüşünə gələcəyəm mən şeirin oxu
Atıb içimdəki umu-küsünü,
Bir gün görüşünə gələcəyəm mən.
Boğub qürurumun üsyan səsini,
Bir gün görüşünə gələcəyəm mən.
Səni gizlətsəm də doğmadan, yaddan,
Çıxmadı səsinin ahəngi yaddan.
Keçib hər əzabdan, keçib hər oddan
Bir gün görüşünə gələcəyəm mən.
Bu sönmüş od-ocaq alışsın deyə,
Dil sussun, baxışlar danışsın deyə,
Gözüm gözlərinlə barışsın deyə
Bir gün görüşünə gələcəyəm mən.
Bezib yaşadığım hər nədən hərdən,
Bir Allah bilir ki keçib nələrdən,
Qaçaraq o sənli xatirələrdən
Bir gün görüşünə gələcəyəm mən
Bir gün görüşünə gələcəyəm mən
Sosial xəbərlər
Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər
Lent.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, artıq bu barədə Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti təkliflərini Tarif Şurasına təqdim edib.Qiymətləri Tarif Şurasının müəyyənləşdirəcəyini deyən N.Əzməmmədov gediş haqqının kart sistemi ilə olub-olmayacağına da aydınlıq gətirdi:
“Qiymətlər sosial yönümlü olacaq. Bununla bağlı təkliflər artıq verilib. Qərar yaxın vaxtlarda verilməlidir. Çünki sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Qiymətlər barədə qərar veriləndən sonra çalışacağıq ki, burada da kart sistemini tətbiq edək. Amma yəqin ki, kart sistemi bir müddət sonra tətbiq olunacaq. Çünki bu, bir az zaman alan məsələdir”.
Yeni tikilən Bakı-Sumqayıt dəmir yolunda son tamamlama işlərinin aparıldığını qeyd edən mətbuat xidmətinin rəhbəri bildirdi ki, layihə ilə bağlı 63 kilometr yeni xətt nəzərdə tutulub. Onun sözlərinə görə, yeniliklər təkcə yolun uzadılması ilə yekunlaşmır:
“Nəzərdə tutulan yeni 63 kilometrlik yolun artıq 60 kilometri hazırdır. Qatarları qəbul etmək üçün 4 platformamız var. Ona əlavə olaraq yeni platformalar tikilir. Sərnişinlərin keçməsi üçün turniketlər qurulur. Bununla yanaşı, rabitə siqnalizasiya sistemi tikilir. Həmçinin elektrik enerjisi təchizatı yenilənir. Hesab edirəm ki, bütün bunlar insanların rahatlığına və vaxtında mənzil başına çatmalarına xidmət edəcək”.
Xatırladaq ki, Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunub.
Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.
“DəmirBank” müştərilərinə sərfəli şərtlərlə istehlak kreditləri təklif edir. Belə ki, Bank istehlak kreditlərində komissiyanı ləğv etməklə yanaşı, faiz dərəcələrini də endirib.
Qeyd edək ki, hazırda istehlak kreditləri üzrə illik faiz dərəcəsi 22%-dən başlayaraq tətbiq olunur.
“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.
Məhəmməd Abdullayev şeirləri - Tək tərəfli sevgi şeirin oxu
Kecmisin refinde itib batmisam.
Sanki ebedi bir yuxuya men yatmisam
Seni huri melek sanmisam
Amma goruremki sen bir iblissen.
Deyirdim gozlerim hec vaxt aglamaz
İndi gozlerimden boyuk sel axir
Deyirdim bu qelbim sensiz yasamaz
İndi qelbim sevgisizde yasayir.
İndi halimi sen hec gormeyirsen
Bu heyatda varam yoxam sen hec bilmirsen
Gunduzu sevirsen qaranligi neyniyirsen
Sevgilim men sevsemde sen sevmeyirsen.
Alib qem kederi bax hicran yolunda
Gedirem bu yolu men yene sensiz
Sen yoxsan yanimda men zulmet qoynunda
Dalib xeyallara gedirem sensiz
Acilan her seher qemle kederle
Resmine baxiram hesretle sensiz
Bezeyib kelmeler min bir bezekle
Bir seir yaziram adida sensiz
Sen esen kulekde bir hezin negme
Men cosqun denizde dalgayam sensiz
Sen oxu negmeni qelbim denizde
Qoy cosub caglasin tufanda sensiz
Bir gece yuxuma gelerek menim
Bildinmi,men neler cekirem sensiz
Hesretinden her ezabina dozen qelbim
Bildin mi ki,neler cekir indi sensiz
Isdemirem daha artik xeyalinla yasayib
Hesretinle cirpinan,doyunmesin qelbim sensiz
Isdemirem bulud teki,dolub dolub bosalan
Goz yasina qerq olub,aglamisin qelbim sensiz
Avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə itkin balıqçılardan birinin qohumu, Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.
T.Əliyev bildirib ki, Neftçala rayonunun Qoltuq kənd sakinləri olan 4 balıqçı sağ-salamatdır: “Həmin 4 nəfərin ailələrinə verilən məlumata görə, onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar”.
İtkin düşən şəxslərin adlarını təqdim edirik:
Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü
Abbasov Sahib Qarakişi oğlu, 1964-cü il təvəllüdlü
Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü
Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü.
T.Əliyevin verdiyi məlumata görə, adıçəkilən şəxslər 6 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur. Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən isə onlara bildirilmişdi ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb.
Sentyabrın 30-dan etibarən "Metrokart"ın istifadəsi tam dayandırılacaq
Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq "Bakı Metropoliteni" QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı avqustun 15-i gecə saat 24:00-dan etibarən dayandırılacaq.
“Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin “APA-Economics”ə verdiyi məlumata görə, avqust ayının 31-nə kimi metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək.
1 sentyabrdan 30 sentyabra qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkün olacaq. “Yəni, gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan “Bakıkart”a transfer edilə bilər. Xahiş olunur nəzərə alasınız”, -deyə N.Paşayev vurğulayıb.
rəvani şirniyyatının resepti - rəvani şirniyyatının hazırlanması
Tərkibi:
3-4 yumurta,
1,5 su stəkanı şəkər,
1,5 su stəkanı irmik (mannı),
1,5 su stəkanı qatıq,
1,5 su stəkanı duru yağ,
2,5 su stəkanı un,
1 su stəkanı üyüdülmüş qoz,
1,5 paket qabartma tozu,
1 paket vanilin,
Şərbəti üçün:
3 su stəkanı şəkər,
4 su stəkanı su,
1 çay qaşığı limon suyu,
Üzərinə:
3 yemək qaşığı hind qozu,
Hazırlanması:
Əvvəlcə xəmiri rahat çırpa biləcək bir kasa alın.
Içərisinə yumurta və toz şəkəri əlavə edib çırpın.
Ardından duru yağ ilə qatığı əlavə edib çırpın.
Kasanın içərisinə irmik (mannı) və qabartma tozunu əlavə edib , ardından da unu əlavə edib gözəlcə çırpın.
Sonda isə vanilini əlavə edərək çırpmanı davam etdirin.
Rəvanini bişirmək üçün istiyə davamlı dörtkünc qabı yağlayın.
Qabın içərisinə hazır xəmiri tökün. əvvəlcədən 170 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Rəvani fırında bişərkən şərbətini hazırlayaq.
Şərbəti qaynardıqdan sonra limon suyunu da əlavə edib ocağı söndürün.
Rəvanini dilimləyin.
Soyuduqdan sonra şərbəti onun üzərinə tökün.
Ancaq şərbət bir az ilıq olmalıdır.
Şərbəti də tökdükdən sonra başqa bir sini ilə üstünü örtərək bir az dincə qoyun.
Şirniyyat şərbəti çəkdikdən sonra üzərinə hind qozu səpin və servis edin.
Tərkibi:
85 q duzsuz küp -küp doğranmış kərə yağı (kiçik bir su stəkanı dolusu),
227 q bittər şokolad parçalara ayrılmış,böyük bir kasa dolusu,
6 yumurta, ağı və sarıları ayrılmış,
1/2 kiçik stəkan şəkər tozu,
yanında servis etmək üçün qaymaqlı dondurma (arzuya görə),
Hazırlanması:
Fırını əvvəlcədən 135 dərəcə yə qədər qızdırın.
23 sm ölçülü yuvarlaq bir keks qəlibini bir az kərə yağı ilə hər tərəfinıi yağlayın.
Parçalanmış şokolad və kərə yağını benmari üsulu ilə əridin (benmari üsulu= bir qazanın içinə su dolduraraq ocağa alın və qazanın üzərinə də ıstiyə dayanıqlı başqa bir qab qoyun. Bu qabın içinə ərzaqları qoyun və ocağı yandırın.
Qazandakı su qaynadıqca kərə yağı və şokolad yavaşça əriməyə başlayır.
Yalnız şokolad əriyər-əriməz qabı qazanın üzərindən alın və soyumaya qoyun.
Yumurta sarılarını mikserdə çırpmaya başlayın.
Bu əsnada yumurta sarılarının içinə yavaş- yavaş ilınmaya burakdığınız şokoladlı qarışığı tökməyə başlayın.
İşləmi tamamladıqdan sonra ayrı bir qabda yumurta ağlarını çırpmağa başlayın.
Yumurta ağlarını ağ bir köpük olana qədər çırpın.
Çırpmaya davam edərkən şəkəri yavaş -yavaş içinə tökün.
Yumurta ağından təkrar-təkrar qaşıqla alıb şokolatlı qarışığa əlavə edib bir spatula yardımıyla altdan üstə doğru qarışdırın.
Qarıştırma işləri bitdikdən sonra xəmiri qəlıbə tökün və fırınınızın orta hissəsində 45-50 dəqiqəyə yaxın bişirin.
Bu səbəblə də 40 dəqiqədən sonra keksinizi kontrol edin, gərəkirsə fırın qapağını açıb keksinizin ortasına bir kürdan batırıb bişib bişmədiyindən əmin olun.
Keksinizin tərkibində un olmamasına rağmən yumşaq olacaqdır.
Unsuz Cikolatali Kek
Keksinizi fırından çıxartdıqdan sonra qəlibiylə birlikdə bir ızgara telinin üzərində bir sürə saxlayıb soyudun.
Tamamən soyuduqdan sonra qəlibinizdən çıxardıb yanında bir top qaymaqlı dondurma ilə servis edin.