Wirinkaa

Wirinkaa

Üye
04.07.2011
Onbaşı
683
Hakkında

#31.07.2011 12:29 0 0 0
  • noimage


    Ziyafət Yaqubova Ziyafət Jozef oldu

    Azərbaycanlı müğənni Ziyafət Yaqubova İsveçdə ailə qurub. ANS PRESS-in məlumatına görə, bir ilə yaxındır Danimarkada yaşayan müğənni, artıq İsveçdə yaşayır və orada eston millətindən olan xristiana ərə gedib. Bu yaxınlarda 10 günlük Azərbaycana gələn Ziyafəti görənlər onun xaç işarəli medalyon gəzdirdiyi deyirlər.

    Ziyafət Yaqubova Vətəndə olduğu müddətdə Qaxda yaşayan doğmalarına və Bakıdakı dostlarına baş çəkib. Hətta studiyaların birində gənc bir müğənni ilə duet də yazdırıb. Müğənni dostlarına gündüzlər gözəllik salonunda kosmetoloq işlədiyini, gecələr isə barda müğənnilik etdiyini deyib.

    Müğənninin Bakıda olarkən görüşdüyü dostlarının söylədiklərinə görə, o, Azərbaycanla əlaqələri tam kəsmək niyyətində olmasa da, xaricdə uzun müddət yaşamağı planlaşdırıb.

    Qaynaq:ANS PRESS-in
#31.07.2011 12:26 0 0 0
  • Gənсlər üçün nəzərdə tutulan xüsusi güzəştli ipoteka tətbiq edilsə, mənzillər üzrə aylıq ödənişlər iki dəfə düşə bilər

    Bir il qabaq 27 yaşlı Rauf mikrorayonda ipoteka ilə ev alanda, bütün dost-tanış onu xoşbəxt sayırdı. Maşını satıb iki otaqlı evə ilkin ödəniş kimi 6750 manat vermişdi, ayda isə сəmi 295 manat ödəməli idi ki, bu da təxminən eyni tipli mənzillərin kirayə puluna bərabər idi. Yəni 25 il kirayə pulu verirsən və ev sənə qalır. Amma bu ilin əvvəllərindən gənсlər üçün ayrıсa ipoteka tətbiq ediləсəyi barədə məlumat yayılandan sonra isə onlar fikirlərini dəyişdilər. «Yazıq Rauf, birсə il də dözsəydi, bu qədər ağır yükün altına girməzdi, yoxsa eyni mənzili ayda 125-130 manat ödəməklə, əldə edə bilərdi»,- deyə dostları bildirirlər.

    Gənсlər üçün nəzərdə tutulan xüsusi güzəştli ipoteka barədə ilk söhbətlər bu ilin ikinсi rübündən başlayıb. Rəsmi dairələrdən verilən məlumatlarda bu tipli ipotekanın «Azərbayсan gənсliyi 2011-2015-сi illərdə» Dövlət Proqramına əsasən gerçəkləşdiriləсəyi bildirilirdi. Hətta gənсlər və idman naziri Azad Rəhimov gənсlər üçün sosial ipotekanın sıfır faizlə veriləсəyini bildirmişdi. Həmin vaxtlar «Azərbayсan gənсliyi 2011-2015-сi illərdə» Dövlət Proqramının iyunun əvvəllərində təsdiq olunaсağı gözlənilirdi. Lakin bu, baş vermədi. Əksinə, əksər maliyyəçilər sıfır faizlə ipotekanın mümkün olmadığını vurğulamağa başladılar. Onların fikrinсə, sıfır faizli ipoteka bank sektorunun bu сür məhsullara marağını sıfıra endirə bilər, yəni bankın marağı olmayanda, ipoteka ilə məşğul olmayaсaq. Bəzi mənbələr isə «Azərbayсan gənсliyi 2011-2015-сi illərdə» Dövlət Proqramının təsdiqlənməsinin hökumət dairələri tərəfindən bilərəkdən geсikdirildiyini bildirirlər.

    Azərbayсan Mərkəzi Bankına yaxın olan belə bir mənbənin dediyinə görə, gənсlər üçün nəzərdə tutulan ipotekanın şərtləri artıq AMB-də demək olar ki, müzakirə olunaraq müəyyənləşdirilib. İlkin məlumata görə, sosial ipoteka kimi veriləсək gənсlik ipotekasının dərəсəsinin illik 1-2% arasında olaсağı razılaşdırılıb. İpoteka məbləğinin yuxarı həddinin də 35 min manatdan 50 min manata qaldırılması barədə qərara gəlinib. Həmçinin, əməkhaqqı ilə bağlı tələblər xeyli yumşaldılaсaq. Amma mənbənin verdiyi məlumata görə, bütün bunlara baxmayaraq hələ ki, «Azərbayсan gənсliyi 2011-2015-сi illərdə» Dövlət Proqramının iyunun əvvəlinə gözlənilən təsdiqlənməsi hələ ki, ləngidilir.

    «Əsas problem 2012-сi ildə Bakıda keçirilməsi nəzərdə tutulan «Eurovision» musiqi yarışmasıdır. İlkin hesablamalara görə, paytaxtı bu yarışa hazır etmək üçün milyardlarla manat vəsait xərсlənməlidir. Əsas vəsaitlər otel tikintisinə getməlidir. Hazırda Bakı otelləri təxminən 10 min qonağı qəbul etmək imkanındadır. İlkin ehtimallara görə, Bakıya müsabiqə ilə bağlı 30 min turist gələсək və onları yerləşdirmək üçün yeni otellərə ehtiyaс var. Təbii ki, yeni otellər investorlar tərəfindən tikiləсək, amma dövlətin də çəkəсəyi xərсlər var - yollar və kommunikasiya dövlət tərəfindən hazır vəziyyətə gətirilməlidir. Deyim ki, hazırda bu işlər görülür və hava limanından müsabiqənin keçiriləсəyi Bayıl qəsəbəsinə aparan Dərnəgül yolunda artıq işlər görülür. Təbii ki, belə olan şəraitdə dövlət gənсlik ipotekası üçün vəsait ayırmaz»,- deyə mənbə vurğulayır.

    Əmlak Bazarı İştirakçıları İсtimai Birliyinin iсraçı direktoru Ramil Osmanlı isə «Azərbayсan gənсliyi 2011-2015-сi illərdə» Dövlət Proqramının təsdiqlənməsinin geсikdirilməsini ABŞ-da yaşanan texniki defolt ehtimalı ilə bağlayır: «Məndə olan məlumata görə, hökumət ABŞ-da respublikaçılarla Barak Obama arasında gedən münaqişəyə ehtiyatla yanaşır və vəsaitləri qoruyur».

    Başqa bir ehtiyatlanma isə bankların 1%-lik ipotekaya həvəssiz yanaşa biləсəyi ilə bağlıdır. Yəni hazırda 8 faizlik ipoteka məhsulları satan banklar gənсlər üçün nəzərdə tutulmuş ipotekanı zərərli saya bilər. Hər halda, bankın bir kredit məhsulundan gəliri 8 dəfəyə qədər azalaсaq. Məsələn, 45000 min manatlıq mənzilə görə, 8 faizlə 25 illiyə bağlanan ipoteka müqaviləsindən bank və Azərbayсan İpoteka Fondu birlikdə təxminən 44 min manat qazanır (ümumi ödənişlər 89 min manat olur). 30 illiyə 1 faizlə bağlanan ipoteka müqaviləsi ilə isə hər iki qurum yalnız 7 min manat qazana bilir (ümumi ödənişlər 52 min manatı ötmür).

    Lakin Azərbayсan İpoteka Fondunda (AİF) bu ehtimalı elə də сiddi saymırlar. Fondun mətbuat xidmətindən verilən məlumata görə, qurumun əməkdaşlıq etdiyi 22 müvəkkil bankda bununla bağlı problem yaşanmır. Bağlanan ipoteka müqavilələrinin məbləği baxımından AİF-in ən iri tərəfdaşlarından olan «Unibank»ın iсtimai əlaqələr üzrə koordinatoru Vüqar İsrafilovun bildirdiyinə görə, faizin aşağı düşməsi bankın ipotekaya olan marağını heç də azaltmayaсaq. «Сari ildə «Unibank» tərəfindən AİF vəsaitləri ilə 8 milyon manatlıq ipoteka müqaviləsi bağlanıb. Amma biz bunu 15-16 milyona qaldırmağı düşünürük. Sanıram ki, faizin aşağı salınması bu işdə bizə yardımçı olaсaq və müştəri bazasını genişləndirəсək»,- deyə bank təmsilçisi bildirir.

    «Eurovision-2012»nin gənсlik ipotekasına maneəçiliyinə gəldikdə isə AİF-də bunu сiddi saymırlar. Qurumun mətbuat xidmətindən, eyni zamanda Mərkəzi Bankın iсtimaiyyətlə əlaqələr departamentindən bu barədə heç bir məlumata malik olmadıqlarını bildiriblər.

    «MBA» konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov da bu fikirdədir ki, gənсlik ipotekası üzrə sənəd tezliklə qanunveriсi orqana təqdim ediləсək: «Məndə olan məlumata görə, bu istiqamətdə işlər aparılır. Bu işin iсrası üçün müəyyən maliyyə mənbələri tapılmalıdır. Həmçinin bunun iсra mexanizmi işlənilib ortalığa qoyulmalıdır».

    Nüsrət İbrahimov düşünür ki, gənсlik ipotekası üçün сəlb ediləсək vəsait mənbələrinin kommersiya qurumları yox, hər hansı dövlət fondları hesabına təmin edilməsi daha doğru olardı. «MBA» konsaltinq şirkətinin rəhbərinin fikrinсə, gənсlik ipotekasının tətbiqi Azərbayсanın əmlak bazarının sabitliyi baxımından çox önəmlidir: «İlin birinсi yarısında uсuz mənzillərin qiymətində nisbətən sabit vəziyyət yaranması məhz ipotekanın hesabına olub. Çünki onları ipoteka ilə alıblar. Amma bahalı mənzillərin qiyməti isə düşüb».

    Bu faktı Azərbayсan İpoteka Fondunun verdiyi məlumatlar da təsdiq edir. AİF-dən verilən məlumata görə, ilin əvvəlindən ölkə üzrə ipoteka kreditləşməsinin orta aylıq göstəriсisi 8,6 mln. manat təşkil edib. Bu, əmlak bazarının 68,6 mln. manata bərabər olan orta aylıq dövriyyəsinin 12,5 %-i qədərdir. MDB məkanı üzrə müqayisə etsək, bu, elə də aşağı göstəriсi deyil. Misalçün, həmin müddətdə Rusiya əmlak bazarında ipotekanın payı 9% təşkil edib.

    Əmlak Bazarı İştirakçıları İB-nin iсraçı direktoru Ramil Osmanlı da inkişaf etmiş ölkələrin təсrübəsini misal gətirərək, sosial ipotekanın bir növü olan gənсlik ipotekasının tətbiqinin vaсibliyini vurğulayır: «Almaniyada 30 il qabaq illik 1,2 - 1,5 faizlə sosial ipoteka verməklə, gənсlərin mənzil problemini həll etdilər. Rusiya və Gürсüstanda, Qazaxıstanda da sosial ipotekanın dərəсəsi illik 3%-dən aşağıdır. Qazaxıstanın əhalisi Azərbayсandan 2 dəfə çox olduğu halda, ipotekaya verilən mənzillərin sayı 20 dəfə artıqdır».
#31.07.2011 12:22 0 0 0
  • Düşmən cavab atəşi ilə susdurulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 29-da və 30-da bir necə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 15.10-dan 15.35-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.55-dən 21.10-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.30-dan 20.33-dək, 21.40-dan 21.50-dək və iyulun 30-da saat 02.30-dan 02.50-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, eləcə də saat 00.15-dən 00.20-dək, 02.07-dən 02.12-dək və 02.05-dən 02.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
#31.07.2011 12:20 0 0 0
  • 30 iyul. İlin sonuna 154 gün qalır.

    1863. Amerikalı avtomobil konstruktoru Henri Ford anadan olub

    1898. Vahid Almaniyanın ilk kansleri Otto fon Bismark vəfat edib

    1925. Albaniya, Yuqoslaviya və Yunanıstan sərhədlərin qarşılıqlı tanınması haqqında saziş imzalanıb

    1930. SSRİ-ni kollektivləşmə başa çatan rayonlarında kəndli icmaları ləğv edilib

    1937. SSRİ-də "troyka məhkəmələrinə" ölüm hökmü çıxarmaq və icra etmək səlahiyyəti verilib. Bu fakt repressiyanın daha geniş vüsət alması ilə nəticələndi

    1944. Sovet aviakonstruktor Nikolay Polikarpov vəfat edib

    1947. Arnold Şvarsneger anadan olub

    1960. AzTV-nin sədri Arif Alışanov anadan olub

    1980. İsrail parlamenti Qüdsü (Yerusəlim) paytaxt elan edib

    1999. Azərbaycan və Ukrayna arasında Azərbaycan Respublikasının Ukraynada yerləşən Snejnyansk şərab zavoduna (Donetsk Vilayəti) mülkiyyət hüququnun və Ukraynanın Azərbaycan Respublikasında yerləşən "Tavriya" Bakı Xüsusiləşmiş avtomobil mərkəzinə mülkiyyət hüququnun tanınması haqqında Protokol imzalanıb

    2000. Uqo Çaves Venesuela prezidenti seçilib

    2007. Azərbaycan və İordaniya arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

    2008. Türkiyə Konstitusiya Məhkəməsi AKP-nin bağlanmasına dair iddianı rədd edib.
#30.07.2011 21:20 0 0 0
  • 29 iyul. İlin sonuna 155 gün qalır.

    1881. Fransada mətbuat azadlığı haqqında qanun qəbul edilib

    1883. İtalyan hərbi və siyasi xadimi Benito Mussolini anadan olub

    1957. Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) təsis edilib

    1958. NASA aerokosmik Agentliyi təsis edilib

    1959. Maarifçi publisist Şəfiqə Əfəndizadə vəfat edib

    1980. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi Qahirədə dəfn edilib

    1993. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edib

    1995. Azərbaycan və Almaniya arasında maliyyə əməkdaşlığı haqqında Saziş (Layihə: qaçqınlara təcili yardım proqramı) imzalanıb

    1999. Azərbaycan Respublikası Prezidenti "Dövlət gənclər siyasəti haqqında" Fərman verib

    2007. Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında ekstradisiya haqqında müqavilə imzalanıb.
#30.07.2011 21:18 0 0 0
#30.07.2011 21:02 0 0 0
  • İngiltərənin məşhur saç mütəxəssisləri qrupu "Trichological Society",qadınların gözəlləşmək uğruna və saçlarını uzun göstərmək üçün taxdırdıqları taxma əlavə saçların uzun müddət istifadə edildikdə gələcəkdə müxtəlif fəsadlara yol açacağı barədə xəbərdarlıq edib.

    Trichological Society qrupu son zamanlar sayları artan qadın salonlarının müştərilərinə ucuz qiymətlərlə satdıqları taxma saçların və bunları uyğun şəkildə taxmaq bacarığına sahip olmayan saç ustalarının artdığını bildirib. Qrup bu vəziyyətin daha artıq gənc qadının keçəlləşməsinə və saç qıran kimi saç problemlərindən şikayət etməsinə səbəb olduğunu bildirib.

    Saç mütəxəssislərindən Barry Stevens, saçlarını uzatmaq üçün taxma saçlardan istifadə edənlərin adətən daha yaxşı görünmək və hiss etmək istədiklərini, ancaq bunun məyusluqla nəticələndiyini söyləyib. Stevens bu əlavələrin uzun müddət istifadə edilməsinin ciddi problemlər yaradacağını və saça daimi zərər verəcəyini bildirib.

    İngiltərənin Dermatologiya jurnalında nəşr olunan bir yazıda da, saçları uzatmaq üçün istifadə edilən taxma saçların ortaya çıxardığı problmelərdən bəhs edilib.

    Yazıda, bunlardan istifadə edən bəzi qadınlarda gözlə görünən saç itkisi olmasa da, saç dərisinə yaxından baxıldıqda müəyyən problemlərin müşahidə olunduğu qeyd edilib.
#28.07.2011 12:45 0 0 0
  • Münasibətlərinizin möhkəmliyini yenidən yoxlamaq şansı

    Son zamanlar Sizə yaxın olan insan Sizə qarşı soyuq davranır?

    Siz isə ondan tezliklə evlənmək tətlifi gözləyirsiniz!

    Hansı addımları atmalısan?

    Yaxşı olardı ki, seçimi xanım etsin: münasibətlərə birinci son qoyub, onunla ayrılsın, və ya dostunun sərt qərarını gözləsin.
    Birinci variantda - Xanım özunu təhqir edilməkdən qoruyub, qürur hissi ilə: "Əlvida" deyə bilər.
    İkinci variantda - itaətli qadın kimi nə vaxt onu yola salacaqlarını gözləməlidir.
    Psixoloqlar Sizi yalnız xəbərdarlıq edir.
    "Qaçaqı" müəyyən etmək üçün onun davranışının 5 əlamətini təqdim edirlər.

    1 - CI ƏLAMƏT - TELEFON ZƏNGLƏRI AZALIR.
    Hələ bir qədər əvvəl dostun Sənə gündə bir-neçə dəfə zəng vururdu: səbəbli-səbəbsiz. İndi isə demək olar hec yada düşmürsən. Soruşanda səbəbini, eşidirsən: "Vaxtım yox idi", "Çox yorğunam" və s.

    BU NƏ DEMƏKDIR?
    Sənə qarşı ilk marağı sönüb. O, hiss edir ki, Sən münasibətlərinizin davamı olaraq, ondan nəsə ciddi bir addım gözləyirsən. Dostun isə subaylıq həyatını hələ doyunca yaşamayıb. Cıddi əlaqəyə özünü hazır hesab etmir. Amma Səndən də ayrılmaq istəmir və hərdənbir zənglərilə onu hələ də gözlədiyini yoxlayır.

    SITUASIYADAN ÇIXIŞ YOLU
    Onun üçün əlçatmaz ol! Qoy o, hiss etsin ki, sənin işin başından aşır. Güman etmək olar, ki bu hərəkətlərinlə Sən onun diqqətini cəlb edə bilərsən.

    YALNIŞ MÖVQE
    Tez-tez ona zəng vurub "itməsinin" səbəbini inadkarlıqla soruşmaq. Hədə-qorxu gəlmək, ultimatumlar qoymaq, bütün bu kimi hərəkətlər, səni ondan daha da uzaqlaşdıracaq.

    2-ci ƏLAMƏT - DOSTUN SIZIN GƏLƏCƏK HƏYATINIZ HAQQINDA AZ SÖHBƏT SALIR.
    Demək olar ki, Sən onun gələcək planlarına aid deyilsən. Söhbətdə o, yalnız öz işləri, dostları haqda danışır. Sanki, sən onun həyatında yoxsan.

    BU NƏ DEMƏKDIR?
    Onun həyatı, yaxın və uzaq gələcəyi artıq planlaşdırılıb. O, Sənə qarşı heç bir məs'uliyyət daşımaq istəmir. Dostun sadəcə yeniliklərdən qorxur.

    SITUASIYADAN ÇIXIŞ YOLU
    Çalışın hələlik həyatınızı onsuz yaşayasınız. O, hiss etməlidir ki, Siz onsuzda çox gözəl, maraqlı gün keçirirsiz.

    YALNIŞ MÖVQE.
    Yalvarmaq, dəqiq tələb etmək mənasızdı. Ən böyük səhvdə onda olar ki, Siz toyunuz haqqında söhbət açasınız. Bu mövzudan sonra o, burdəfəlik itəcək.

    3 -cü ƏLAMƏT -MİSAL ÇƏKİR
    Dostun Ailəli Tanişlarini Misal Çekərək Evlilik Həyatının Zülmləri Haqqinda Tez-Tez Söhbət Salir. "Subayliq - Sultanlıqdi" Məsəli dilindən düşmür.

    BU NƏ DEMƏKDIR?
    Bəzi kişilər üçün "Azadlıq" - "Əlvida" - sözünün sinonimidi. Amma belə də olur ki, həyatınız artıq bir-birinə o qədər sıx hörülüb ki, səxsi maraqlarınıza her qalmır. Bax elə bu zaman ikinizdən biri "boğulmağa" başlayır. Məhəbbət azad olmalıdır. Əgər siz dostunuz üçün dəyərlisizsə o, mütləq sizin sevginizi yüksək qiymətləndirəcək.

    SITUASIYADAN ÇIXIŞ YOLU
    Münasibətlərinizi sadələşdirin. Hər ikiniz müstəqil olun. Onsuzda Siz onu ailə qurmağa məcbur edə bilməyəcəksiz. Evliliyi hər iki unsan istəməlidi. Qadın gərək səbirli, təmkinli olsun. Kişilər tələsməyi sevmir, onlar daha tez təlaşa düşürlər və situasiyadan qaçırlar.

    YALNIŞ MÖVQE-İnadkarlıqla tələb etmək.
    Bir çox kişilər üçün tələbin məzmununun fərqi yoxdur. Hər tələbə, tə'kidə - o YOX deməyə hazırdı. Ona görə müdrik olun! Sualları ötəri yolla, sakit tərzdə verin.

    4 -cü ƏLAMƏT - SƏN ONU QICIQLANDIRMAĞA BAŞLAYIRSAN
    Gözlənilmədən Sənin hər bir hərəkətin dostunu qıcıqlandırır. Nə vaxtsa ona xoş gələn sözlər, ədalar, indi onu özündən çıxarır. Tez əsəbləşir, hövsələsiz olur.

    BU NƏ DEMƏKDiR?
    O sizin münasibətlərdən yorulub. Çox vaxt kişilər qəstən aqressiv davranmağa başlayırlar ki, xanım özü ayrılmaq qərarını versin. Və bununla situasiya öz-özünə həll olsun.

    SITUASIYADAN ÇIXIŞ YOLU
    Əgər özünə inanırsan tənqidi ciddi qəbul etmə. Amma nəzərə al ki, bu fakt təhlükəlidir və münasibətlərinizin uçmaq qorxusu günbəgün artır. Bəlkə O Sənin tayın deyil? Deyiblər: "Gedəni saxlamazlar".

    YALNIŞ MÖVQE
    Ağlayıb, hər dəfə, onun fikrincə, "səhv" hərəkətlərinə görə üzr istəmək - bununla Sən yalnız özünə əziyyət verəcəksən.

    5 -ci ƏLAMƏT - SƏN AYRILACAĞINIZI HISS EDIRSƏN
    Güclü hissiyatın səni heç vaxt darda qoymayıb.

    BU NƏ DEMƏKDIR?
    Və indi də, sənin fikrincə, sən çox aydın ayrilacağinizi hiss edirsən.

    SITUASIYADAN ÇIXIŞ YOLU
    Səmimi söhbət etməyə cəhd elə. Ondan problemləri haqqında ətraflı soruş. Amma sorğu-sualında həddini bil. Əks halda dostun elə başa düşə bilər ki, Sən onu kəməndə salmaq istəyirsən. Nəticədə qaçışını sür'ətləndirər.

    YALNIŞ MÖVQE
    Öz hissiyatınıza 100% inanıb münasibətləri kökündən qırmaq.
    Bəlkə bu Sizin həyatınızın ilk və son sevgisidi. Kobud, sərt qırılmış əlaqəni bərha etmək çox çətin olur, bəzən isə mümkünsüz. Qərar verməyə tələsməyin!


    Unutmayın ki, ən doğru seçim ürəyin səsinə qulaq asıb sevdiyiniz insan ilə

    xoşbəxt olmaqdır..Sevdiyiniz insanın əlindən buraxmamaq və

    Heçbir zaman ayrılmamaq arzusu ilə..
#28.07.2011 12:45 0 0 0
  • Nə üçün əsgər paltarları xaki rəngdədir?

    Formalardakı xaki rəng ilk dəfə ingilislər tərəfindən 1850-ci illərdə Hindistanda istifadə olunmağa başladı.İngilis ordusunda Hary Lumsden ingilis əsgərlərinin ağ forma ilə asan hədəf olduqlarını fikirləşincə, paltarların üstünə toz, palçıq sürtərək və çay ilə boyayaraq rənglərini kölgəli qəhvə rənginə çevirmişdilər və paltarların rəngini əraziyə uyğunlaşdırmağa çalışdırmışdılar.Torpaq rənginə bənzəyən bu formalar Hind dilində torpaq rəngi mənasına gələn" Khaki" adı verilmiş və tərcümədə "Xaki" olaraq bilinir.





    Nə üçün şəkil çəkdirən zaman bəzən gözlərimiz qırmızıdüşür?

    Gecələr flaşla çəkilən fotoşəkillərdə ümumiyyətlə gözlər qırmızı düşür. Bəs fotoşəkildəki gözəlliyi pozan bu hadisə necə olur? Nə üçün həmişə olmur? Nə üçün gündüzlər flaşla çəkilən fotoşəkillərdə bu baş vermir?
    Gözümüz iç içə keçmiş üç təbəqədən meydana gəlir. Çöldəki gözümüzü qoruyan və göz ağı da deyilən sərt təbəqədir. İkincisi qan damarlarından meydana gəlmiş və ortasında göz bəbəyinin olduğu damar təbəqədir. Bu damarlar sayəsində çox işıqda göz bəbəyimiz kiçilir, qaranlıqda isə daha çox işıq ala bilmək üçün böyüyür amma bu hərəkəti olduqca yavaş olur. Üçüncü təbəqə də retina adı verilən, işığa həssas damar şəbəkələrindən ibarət olan retinasıdır.
    İt, pişik, maral, cüyür kimi hayvanlann gözlərinin arxasında, yəni retinalarında ayna kimi, əks etdirici xüsusi bir təbəqə vardır. Əgər qaranlıqda gözlərinə əl lampası və ya avtomobil farası kimi bir işıq yönələrsə, bu işıq gözlərinin içindən əks olunar və gözləri qaranlıqda parlayar. İnsanların gözlərinin retinasında isə belə bir əks etdirici təbəqə yoxdur.
    Fotoaparatın flaşı çox qısa bir zamanda çox qüvvətli bir işıq verir. Göz bəbəyimiz isə bu qədər qısa zamanda kiçilməyə fürsət tapa bilmir. İşıq birbaşa retinaya çatır və oradan da birbaşa damarların görünüşü əks olunur. Bax flaşla çəkilən fotoşəkillərdə görülən bu qırmızılıq retina təbəqəsindəki damarların görünüşüdür.
    İndi çox fotoaparatda gözün bu qırmızı görünüşünü azaldacaq tədbirlər görülmüşdür. Bu maşınlarda flaş iki dəfə yanır . Birinci flaş yanarkən şəkil çəkmir və göz bəbəyinin yığılmasına fürsət veririr. İkincisi də fotoşəkil çəkilərkən olur ki,bu zaman göz bəbəyi lazım olacaq yerdə olur.




    İnək südü olmaz.!! Nəyə görə?

    Bir yaşından əvvəl inək südü istifadəsi körpənin fiziki inkişafında ciddi problemlərə yol aça bilər. Ölkəmizdə isə körpələrin 44% inək südüylə bəslənir. Ana südünün körpə bəslənməsində əvvəlcə iştirak etməsi lazım olan qidadır. Ana südünün olmadığı ya da qeyri-kafi olduğu vəziyyətlərdə isə 1 yaşından əvvəl körpələrə inək südü qətiliklə verilməməlidir.
    Körpələrə 1 yaşına qədər inək südü verilməsi sağlamlıq nüfuzları tərəfindən də təklif edilmir. Ana südünün olmadığı vəziyyətlərdə körpənin ehtiyac duyduğu vitamin və minerallarla təmin edilmiş qidalardan istifadə edilməlidir. Körpələrin ehtiyacı olan bütün vitamin və mineralları qarşılaya bilmək üçün inkişaf etdirilən südləri, körpələrin əskiksiz bəslənməsində əhəmiyyətli bir yerə malikdir. İnək südü ilə bəslənən körpələrdə; gündəlik ehtiyacı olan əhəmiyyətli minerallar (dəmir, yod, sink kimi) əskik qalır və böyümə və inkişaf geriliyinə səbəb olur.
    Yenə 1 yaşından əvvəl inək südü istifadəsi; qəbizlik, dəmir əskikliyi nəticəsində qansızlıq, bağırsaq içi qanamalara və inkişaf geriliyinə yol aça bilir. Araşdırmalar inkişaf etməkdə olan ölkələrdə 5 yaş altı uşaq ölümlərinin 60% - nın səbəbinin əskik bəslənmə olduğunu və bu ölümlərin çoxunun ilk 1 il içərisindəki əskik bəslənməklə əlaqəli olduğunu ortaya qoyur. Əmizdirmə müddəti 6 ayın altında olan körpələrdə dəmir əskikliyinin çox olduğu daima müşahidə edilir.
#28.07.2011 12:44 0 0 0
  • 1. Vaxtilə tər ətir və sevgi otlarının əsas inqrediyenti idi.

    2. Meksikalı hökmdar Montesuma şokoladı «sevgi narkotiki» hesab edirdi. 60 xanımdan ibarət hərəmxanasına getməmişdən öncə o 50 stəkan şokolad içirmiş.

    3. Bir çox insanlar nigaha girməmişdən öncə 6 dəfə aşiq olurlar.

    4. Heçvaxt sevgi hissi yaşamadığını söyləyən insanlar əslində hipopituitarizm xəstəliyindən əziyyət çəkirlər. Olduqca nadir hesab olunan bu xəstəlik insanlara sevgi hisslərini yaşamağa imkan vermir.

    5. Sevgi münasibətlərinin qırılması bəzi insanlarda «sevgi frustasiyası» yaradır, həmin insanlar onları atıb gedən insanları daha çox sevməyə başlayır.

    6. «Sevgi» sözü «lubhyati» (sanskrit dilində) sözündən yaranıb, mənası «arzu» deməkdir.

    7. Nişan üzüyünü adət üzrə sol əlin adsız barmağına taxırlar.Yunanların dediklərinə görə yalnız həmin barmaqdan «amoris» və ya «sevgi venası» bir başa ürəklə əlaqəlidir.

    8. Toxum mayesi insanda sevgi hissini artırmaq funksiyasına malikdir. Araşdırmalar göstərir ki, spermanın tərkibində dofamin «sevgi hormonu» və noradrenalin, həmçinin tirozin və amin turşusu vardır hansı ki, dofamin ifraz etmək üçün beyinə lazımdırlar.

    9. Sevgi simvolu Amur (yadakı Eros) Haosdan («görünən boşluq») törəmişdir özündə sevginin bütün gücünü və arzu istəklərini cəmləşdirir.

    10. Avropa kişilərinin 70%-i incə bel xanımlara tez aşiq olurlar.

    12. İnsan aşiq olan zaman kənar fikirlərə reaksiya verən neyron zəncirləri qalınlaşaraq bərkiməyə başlayır. Ona görə də aşiq olan insan onun sevdiyi insan haqqında deyilən fikirlərə heç bir reaksiya vermir.

    13. Yenicə sevgililərindən ayrılmış tələbələrin psixologiyasını öyrənən həkimlər aşkar etmişdirlər ki, onların beyinlərinin bir nöqtəsində aktiv fəaliyyət gedir ki, bu da həmin insanlara fiziki ağrı verir.

    14. Psixoloqlar təsdiq edirlər ki, biz adətən öz valideynlərimizin xasiyyətinə bənzər insanlara aşiq oluruq.

    15. Araşdırmalar göstərir ki, əgər kişi ilə qadın ekstrimal vəziyyətdə tanış olarlarsa onların bir birlərini sevmək ehtimalı daha çox olar nəinki adi şəraitdə.

    16. Sevmək cəhdi aclıq və seks kimi həyatın bioloji tələbatıdır.

    17. Bir çox xalqların mədəniyyətlərində sevgi simvolunu düyün kimi göstərirlər. Hesab edirlər ki sevginin də, düyün kimi nə başlığı var nədə sonu..

    18. Hesab edilir ki, 4 yarpaqlı yonca uğur gətirər. O həmçinin irland sevgi inancının bir hissəsidir: əgər bir qadın bir kişini nəzərində tutaraq 4 yarpaqlı yonca yeyərsə həmin kişi o xanıma aşiq olar.

    19. Ərlə arvad arasında adi qayğı göstərmək münasibətləri olarsa həmin nigah uzunmüddətli olar, əgər ərlə arvad arasında qızğın, ehtiraslı münasibət çox olarsa həmin nigahın dağılma ehtimalı çox olar.

    20. Aşiq olmaq 1 il çəkər çünki beyin yalnız bir il müddətinə bioloji olaraq romantik xoşbəxtlik vəziyyətində qala bilər.

    21. Qadınlar sevdiyi insanla üzbəüz danışarkən özlərini sevimli hiss edirlər, kişilər isə işləyən, oyun oynayan və yanaşı oturarkən öz sevdiklərinə qarşı emosional yaxınlıq hiss edirlər.

    22. Qısamüddətli sevgi macərası üçün tərəfmüqabili seçimində kişilər qadınlardan daha səbrli olurlar, amma ailə həyatı qurmağa hazırlaşarkən qadınlardan daha deyingən olurlar.

    23. Dünya üzrə statistikaya görə ailələr adətən nigahlarının 4 ili tamam olandan sonra ayrılır. Dörd il ərzində boşanma məsələsi olmursa demək daha 4 il keçəndən sonra ayrılmaq haqqında fikirləşmək ehtimalı daha çox olur.

    24. Dünya üzrə araşdırmaya əsasən kişilər ən çox özlərindən 3 yaş kiçik xanımlarla ailə həyatı qururlar.

    Xəbər sırf BiG.Az saytına məxsusdur!!
#28.07.2011 12:43 0 0 0
  • 1. Marixuana qurudulmuş çətənə çiçəyindən və yarpaqlarından hazırlanır.

    2. Dünyada 162 milyon insan ildə bir dəfədən çox marixuanadan istifadə edir.

    3. Marixuana dünyada spirtli içkidən sonra əhval ruhiyyəni qaldıran ən yaxşı vasitə hesab edilir.

    4. ABŞ məktəblərində oxuyan şagirdlərin 40% həyatlarında bir dəfə, 20% isə mütəmadi olaraq Marixuanadan istifadə edirlər.

    5. İnsanı öldürmək üçün 800 marixuana çöpü kifayət edər, ölüm səbəbi isə narkotik vasitədədən yox karbon oksiddən zəhərlənmə olacaqdır.

    6. Marixuananın 200-ə yaxın növü vardır. Ən geniş yayılanları isə: nəşə, alaq otu və həşişdir.

    7. Marixuananın beynəlxalq adı - cannabis-dir. Amerikada isə onu sadəcə olaraq «vasitə» alandırırlar.

    8. «Marixuana» sözü isə ilk dəfə olaraq meksika hərbi bölümündə yaranıb. Həmin bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi «uçuran vasitə»yə hər ikisinin adlarını birləşdirərək Marixuanna adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı Marixuana olaraq qalmışdı.

    9. Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilir. Hündürlüyü isə yarım metrə yaxın olur.

    10. Marixuanın ən fəal inqrediyenti THK (delta-9-tetrhydrocannabinol)-dur. Məhz bu kimyəvi maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır.

    11.Kiçik dozada THK-dan alınan Psixoaktiv effekt insanda ətraf mühitin gedişatından asılı olmayan fərəh hissi yaradır.Vasitə həmçinin insanda vizual hissiyatını genişləndirə, iy və dad bilməni gərginləşdirə bilər.

    12. Marixuanın tərkibindəki THK-nın zənginliyi çəltiyin becərildiyi torpaqdan, fəsildən və hava şəraitindən asılıdır.Marixuananın bir nümunəsində 3%-dən 20%-dək THK ola bilər.

    13. Elə ölkələr vardır ki, orada marixuanna qismən və ya tam olaraq qanuniləşdirilib: Şəxsi qəbul üçün- Çexiya, Holandiya, Belçika, İsveçrə, İngiltərə, Yalnız tibbi müalicə üçün- Avstraliya, ABŞ, Kanada, İsrail. Hansı ölkədə ki, marixuana tan qanuni şəkildə icazəlidirsə həmin ölkədə hər bir kəs azad şəkildə marixuananı üzərində, evində saxlaya, istədiyi zaman qəbul edə bilər. Əgər qanunsuz olaraq onu evində saxlayarsa Heç bir cinayət işi açılmadan həmin vasitəni yalnız müsadirə edirlər.

    14. 1850-ci ildən 1942-ci ilədək Marixuana ABŞ-da ürəkbulanmaya, revatizmə qarşı və ağrıkəsici dərman kimi bütün aptek və marketlərdə xüsusi qablaşdırılmış formada əldə etmək mümkün idi.

    15. Həkimlər Tibbi marixuananı SPİD, qlaukoma, xərçəng, skleroz, epilepsiya və xroniki ağrılardan və xəstəliklərdən əziyyət çəkən pasientlər üçün əvəzolunmaz tibbi preparat hesab edirlər.

    16. 2003-cü ildə Kanada ağır xəstəliklərdən əziyyət çəkən pasientlər üçün Marixuanadan ən çox istifadə edən ölkələr siyahısında birinci yerdə idi.

    17. 1996-cı ildə Kaliforniya həkimləri qanuni şəkildə Marixuananı tibbi preparat kimi pasiyentlərə qəbul etdirən ilk Amerika ştatı olub.

    18. 85% çətənək bağlı yerlərdə və xüsusi lampalar altında becərilir.

    19. Rusiya və Azərbaycanda Marixuana uzun müddət anaşa adlandırılırdı.

    20. Dünyada Marixuana qəbulundan dünyasını dəyişən heç bir ölüm hadisəsi qeyd alınmayıb. Hətta hansı dozada ölüm hadisəsi baş verə biləcəyini öyrənmək üçün itlər üzərinə əməliyyat aparılır. Atlar üzərində aparılan əməliyyatlardada heç bir ölüm hadisəsi qeydə alınmayıb.

    Xəbər sırf BiG.Az saytına məxsusdur!!
#28.07.2011 12:39 0 0 0
  • * Təsəvvürü olmayan insanın yüksəklərə uçmağa qanadı olmayan deməkdir.

    * Susmaq- Qızıldır, verilən suala layiq cavab tapmayana qədər.

    * 50 yaşlı insanın dünyaya baxışı yenidən 20 yaşında olduğu baxışı kimi olur. Həyatının 30 ilini əbəs yerə sərf etmişdir.

    * Mən istərdim ki, insanlar məni sevdikləri kimi bir-birilərinidə sevsinlər.Həyat onda gözəl olardı.

    * Əgər kiflənmiş çörəkdən pensilin əldə etmək mümkündürsə, demək səndədəndə mütləq nəsə əldə etmək mümükündür.

    * Əgər yuxunda məni döydüyünü görərəsənsə, yaxşısı budur yuxudan ayıl və üzr istə.

    * Sənə mane olan aşmaq gərəkən hündür dağlar deyil ayağının altında qalan xırda daşlardır.

    * Çaylar, nohurlar, göllər və kiçik çaylar- bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibi sudan ibarət olduğudur. Dinlərdə belədir, müxtəlif cür səslənsədə bütün dinlərin əsası düzgünlük olmağı onları birləşdirir.

    * Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət- dünyada ən gülünc şeydir.
#28.07.2011 12:38 0 0 0
  • 10. Yamayka-Britaniya mafiyası (Yardies gang)

    10-cu yerdə 50-ci illərdə Yamaykadan köçüb Britaniyaya gələn ədəbsiz qrup durur. İngiltərədə narkotik və silah alverini tam nəzarət aldında saxlayır. Dövlət və siyasi məsələlərə müdaxilə etməyən Yardie bandasının törətdiyi cinayətlərə görə Britaniya polisi cavabdehlik daşımır. Çünki rəsmi olaraq Yardie bandasının real strukturası və cavabdeh olacaq rəhbərliyi yoxdur.

    9. Alban mafiyası

    Alban mafiyası bir neçə cinayətkar qruplaşmasından ibarət olub dövlətin bütün alkaqol, narkotik, tütün və fahişə alverini tam nəzarəti altına alıb. Fəaliyyətinə 80-cı illərdən başlamış ABŞ və Böyük Britaniyada geniş yayılmış mafiya qrupudur. Qəddarlığı ilə digər mafiya qruplarından seçilir.


    8. Serb mafiyası

    Serbiya Mafiyası liderlər siyahısında adı çəkilən mafiya qruplarından biri hesab olunur. Dünyanın 10 ölkəsində fəaliyyət göstərərək ölkədə narkotik qaçaqmalçılığı, sifarişli cinayətlər, reketlər, oğurluqlar və milyon hesab qoyulan oyun evlərini tam nəzarət altına almışlar. İnterpolun siyahısında Serb mafiyasına qulluq edən 350 serbiyalı yer alıb. Serb banditləri öz "təmiz" əməlləri ilə eşidənləri heyrətə gətirir. Heçvaxt Onların törətdikləri cinayətləri sübuta yetirəcək dəlil tapmaq mümkün olmayıb. Hal-hazırda Serbiyada 30-40-a yaxın mafiya qrupu çalışır.


    7.İsrail mafiyası

    İsrail mafiyası dünyanın bir çox ölkəsində narkotik və fahişə alveri ilə məşğul olurlar. İsrail mafiyası ağıllı və "səliqəli" üsulla cinayət törətməkləri onları dahada əlçatmaz edir. Rus-İsrail mafiyasının fəaliyyət göstərdiyi mafiya qrupunu Amerikadan çıxarılmasına hətta amerikan hərbi qüvvəsinin belə gücü yetməyib.


    6. Meksikan mafiyası

    Amerikanın ən güclü cinayət strukturuna malik olan mafiya qrupu Meksika mafiyası hesab olunur. Nəsillikcə mafiyaya qulluq edən meksikanlar ölkə ərazisindən bütün silah-sursat və narkotik alverini nəzarət altına alıb.
    Dövlətin tərtib etdiyi bütün vergi növlərindən asanlıqla can qurtaran mafiya başçıları ölkədəki bütün həbsxanalarada nəzarət etməyi yaddan çıxarmır.


    5. Yapon Yakudzası

    Əsas tərkibi peşəkar samuray, oğru və qatillərdən ibarət olan mafiya qrupu avropa və amerikanın bütün ölkələrində fəaliyyət göstərir. Əsas fəaliyyəti: qadağan olunmuş pornoqrafiyanı bütün dünya ölkələrinə yaymaq, fahişə alveri və qeyri qanuni imiqrasiya.


    4. Çin triadası

    Günü gündən artan Çinlilər dünyanın inkişafına güclü təsir edənlər siyahısının və insan alveri üzrə lideridir. Avropanın bütün ölkələrində insan alveri ilə məşğul olan Çin mafiyasının qulluqçularının sayı Azərbaycan əhalisnin sayına bərbərdir. Avropa ölkələrinin hər bir nöqtəsində qeyri-qanuni imiqrasiyalar həyata keçirilsədə hələdə bunun qarşısı alınmayıb.


    3. Kolumbiya narkokartelləri

    3-cü yeri bütün düyada məharətli narkotik maddə alveri ilə məhşurlaşan Kolumbiya narkokartelləri tutur. Kolumbiya mafiyası dünyanın ən böyük narkotik tədarükçüsü hesab olunur. Dünyanın istənilən nöqtəsinə məharətlə narkotik maddələr ötürməyə qadir olan Kalumbiya mafiyası dünyada ən çox kokain istehsal edən mafiya qrupudur. Dünyada nakotikə qarşı mübarizə aparan bütün ölkələrə meydan oxuyan Kolumbiyalılar sualtıqayıq ilə istədiklərinə asanlıqla nail olmaqlarına heç bir qüvvə güc gələ bilməyir.


    2. Siciliya və amerikan Cosa Nostrе mafiyası

    Gümüş yer Siciliyanın və Amerikanın birgə mafiya bandası Cosa Nostre qrupuna layiq görülür. 13-cü əsrdə Siciliya adasının sakinlərini Əlcəzair piratları ilə yanaşı Şimali İtaliyalı hersoq və knyazlara qulluq edən xüsusi təyinatlı fransız hərbiçiləridə talan edirmişlər. 1282-ci ildən isə Siciliyalılarla fransızlar arasında «Morete alla Francia, Italia anela» ( «Məhv ol Fransa-Yaşa İtaliya» ) şüarı altında mübarizə başlandı. Hərbi parol olaraq sözlərin baş hərflərindən istifadə edərək «Mafia!» sözünü yaratmışlar. Daha sonralar kifayət qədər gücə sahib olan mübarizə iştirakçıları professional hərbiçiyə çevrilərək düşmən ordusu ilə bağlı məxfi məlumat toplamağa başlamışdır. Həmin qrupun adınıda məhz Mafia qoymuşdular. 19-cu əsrin sonlarında isə 1000 Siciliyalı Amerikaya gələrək orada öz qruplaşmasına yaratmışlar. Yaratdıqları qrupun adı isə Cosa Nostra («Öz işimiz») adlandırmışlar. Əsasən kazinoları, qaçaqmalçılığı, insan və fahişə alveri, qanunsuz silah, tütün və reket xidmətləri ilə məşğul olurlar. Mafiya başçısını isə Capo di tutti Capi -başçıların başçısı adlandırırlar. Mafiya strukturasının əsas fiqurları picciotti di ficatu (xüsusi təyinatlı qatillər), stopalieri (cangüdənlər), gabellotti (hakimlər) və consiglieri (məsləhətçilər) hesab olunurlar.


    1. Rus mafiyası

    Nəhayət qızıl medal dünyanı idarə edən Rus mafiyasına təqdim olunur.

    Rus mafiyasının tərkibinə 1 milyard qulluqçu daxildir. Mafiyanın xaç ataları Rusiya iqtisadiyyatının 70%, Çin və Makoada fahişə alveri, Tacikistan və Özbəkistanda qeyri-qanuni silah alveri, narkotik maddə qaçaqmalçılığı, Kiprdə, İsraildə, Bolqariyada və İngiltərədə milyonlarla pul oğurluğu, Almaniyada avtomobil oğurluğu, nüvə maddələrinin alveri və fahişə alveri ilə məşğul olurlar. Rusiyanın iştirak etdiyi bütün yarişmalara əl qoyan Rus Mafiyası heç birni nəticəsiz qoymayır. Beləliklə Rusiyanı bütün dünyaya tanıdan Rus Mafiyası hər an hər birimizin qolunda, boynunda, yatağında, arxasında olma ehtimalı heçdə təəccüblü deyil.

    Xəbər BiG.Az saytına məxsusdur!
#28.07.2011 12:37 0 0 0
  • Fikirləşən Roden (Rodin`s Thinker) İtalyan şairi Dantenin portredir

    Müğənni Nick Cave quyruq ilə doğulub



    Şekspir və Migel De Servantes eyni tarixdə dünyalarını dəyişiblər-23 aprel 1616-cı il


    İngilis yazıçısı Virginia Woolf kitablarının çoxsunu ayaqüstə yazıb

    Sara Bernar 70 yaşında 13 yaşlı Julietta rolunu oynayıb

    Walt Disney uşaq ikən bayquşa əziyyət verirmiş. Bundan çox təəsüfləndiyi andan bəri o cizgi filmlərdə heyvanları əks etdirməyə başlamışdır

    Ayda olmuş ilk astronavtlardan biri olan Buzz Aldrinin soyadı Moon idi. İngilis dilindən tərcümədə Ay deməkdir

    Eynşteyn öləndə bu sözləri demişdir: Tibb bacısı alman dilində başa düşmürdü

    Yuli Sezar keçəlləşdiyini gizlətmək üçün başına dəfnə yarpaqlarından hazırlanmış çələng taxırmış

    Denzel Washington həyətində marixuana əkirmiş

    Telefon ixtiraçısı Alexander Graham Bell bir dəfədə olsun nə anasına nədə ki, həyat yoldaşına zəng etməmişdir.Çünki onların hər ikisidə kar idi

    Müqəddəs Patrick, irlandlıların yardımçısı heçdə irlandiyalı deyildi

    Napoleon Bonapart aylurofobiyadan (pişiklərdən qorxmaq) əziyyət çəkirdi

    Bethoven saqqalını qırxmaq onun incəsənətdəki uğurundan məhrum edir. Bunun üçündə o, uzun müddət saqqalla gəzirmiş

    Charles Dickens hər 50 sətir yazandan sonra 1 stəkan qaynar su içirmiş

    Onore De Balzac dahi insana hörmət əlaməti olaraq hər dəfə özü haqqında danışarkən papağını çıxarırmış

    Benjamin Franklin cibində özü ilə pendir çörək gəzdirirmiş

    Məhşur nağılların müəllifi Hans Christian Andersen bir sözü belə düzgün yaza bilmirmiş.Onun yazdığı nağılları təxmin edərək tərcümə ediblər

    ABŞ-ın 17-ci prezidenti Andrew Johnson tarix boyu öz paltarlarını özü tikən yeganə prezident idi


    «Sağlam qidanalma» haqqında bir neçə kitab və elmi işlərin müəllifi olan məhşur həkim professor Elis Ceys heç bir qida qəbul etmədiyindən (yeməməklikdən) dünyasını dəyişmişdir

    Petr I boyu təxminən 2 metr 13 sm idi

    Grover Cleveland Ağ evdə evlənmiş yeganə ABŞ prezidentidir

    Xəbər BiG.Az saytına məxsusdur!
#28.07.2011 12:36 0 0 0

  • Güzgü prinsipi. Kimisə günahlandırmamışdan öncə öz əməllərnizə diqqət yetirin.

    Əzab prinsipi. Küskün insan həmişə digər insanlara əzab verər.

    Yuxarı pillə prinsipi. Biz bir pillə önə keçərkən insanlarla yaxşı rəftar etməliyik, yuxarıdakıların bizə etdikləri rəftardan fərqli olaraq.

    Bumeranq prinsipi. Biz başqalarına kömək edən zaman özümüzə kömək etmiş oluruq.

    Yerdəyişmə prinsipi. Başqalarını öz yerinə qoymamışdan öncə özünüzü onların yerinə qoyun.

    Öyrənmək prinsipi. Həyatımızda rastlaşdırğımız hər bir insan bizə həyatla bağlı kiçikdə olsa bir bilgi öyrədir.

    Xarizma prinsipi. İnsanlar onlarla maraqlanan insanlarla maraqlanarlar.

    10 bal prinsipi. Ən yaxşı cəhətlərə inam bəzən insanların özünün cəhətlərinin yaxşılaşdırılmasına yardım edir.

    İnam prinsipi. İnam- bütün qarşılıqlı münasibətlərin bünövrəsidir.

    Lift prinsipi. Qarşılıqlı münasibət zamanı qarşımızdakı insanı yuxarıya qaldırıb və ya aşağıya endirmək bizim özümüzdən asılıdır.

    Şərait prinsipi. Heçvaxt şəraitin sizin qarşılıqlı münasibətinizdən üstün olmasına yol verməyin!

    Səngər prinsipi. Döyüşə hazırlaşarkən özünə elə bir səngər düzəlt ki, ora dostun da sığına bilsin.

    101 faiz prinsipi. 100% əmin olduğunuz şeyə hər zaman 1 faiz əmin olmayın!

    Sevinc prinsipi. Həyatda əsl sevinc tək sizin sevinməyiniz deyil, ətrafınızda mövcud olan yaxınlarınızın sizinlə bərabər həmin xoşbəxtliyə sevinməsidir.

    Həmrəylik prinsipi. Həmrəy olub bir yerdə olmaq qələbənin daha asan və əlçatan olduğuna açılan yeganə yoldur.

    Sevgi prinsipi. Həyatda birini nə qədər çox sevərsənsə həyat onu səndən bir o qədər uzaqlaşdırar..
#28.07.2011 12:34 0 0 0
  • Bir çoxumuz yeməkdə tərəddüd edirik, kilo almaqdan qorxuruq, xəstələnəcəyimizi düşünürük. Amma bir çox diyetoloqlara görə dondurma şirniyyatlardan daha yüngüldür. Bununla yanaşı qida dəyəri daha üstündü. Hər şeydən əvvəl kalsiyum ehtiyatı yüksəkdir. Tərkibindəki südün bütün qidalandırıcılığı onda da var; fosfor, sink, maqnezium kimi minerallar, A, B2, B12 və E vitamini. Həyatda heç bir qida təkbaşına kilo aldırmır, itirdiyiniz enerjidən daha çox alırsınızsa, bu kilo aldırır deməkdir. Dondurmanı şirniyyatlarla və s qidalarla əvəz edərik. Müqayisə etsək görərik ki, qida dəyəri daha keyfiyyətli və kalorisi isə daha azdır. Dondurma uşaqların ən sevdiyi qidalardan biridir. Xüsusilə süd içməyən, pendir yeməyən və s. qidalardan istifadə etməyən uşaqlar üçün yaxşı alternativ olar.




    Əslində təkcə yayda yox, bütün mövsümlərdə rahat yeyilə biləcək qidadır. Bilinənin əksinə olaraq xəstəliyə səbəb olmur, yəni insanda soyuqdəymə, boğaz ağrısı və ya qripə tutulmaya yol açmır. Yalnız astma, alergik ritin və s. kimi xroniki xəstəliyi olan uşaqlarda qızdırma və boğaz infeksiyasına yol aça bilər. Badamcıq əməliyyatından sonra uşağa verilən ilk qidadır. Sadəcə güvənilir yerdən alınmasına diqqət etmək lazımdır. Əks təqdirdə qida zəhərlənməsinə səbəb ola bilər.




    Ən başda südün alındığı şərait; sağılma forması, sağanın sağlam olması və istifadə edilən qabların təmiz olması və ya böyük fimalarda istifadə edilən alətlərin təmizliyi hər hansı bir infeksiyanın qarşısını almaq üçün önəmlidi. Süd bişirildikdən sonra saxlama şəraiti və istilik uyğun deyilsə, xarab olma riski yüksək bir qidadır. Bu səbəbdən pis şəraitdə istehsal olunan dondurma qida zəhərlənməsinə yol açar. Pasterizə edilmiş süddən hazırlanan dondurmadan salmonella yoluxması ortadan qalxar. Bir də qatqı maddələrinin və qida boyalarının sağlıqlı şəraitdə əlavə olunduğundan əmin olunmalıdır. Sağlamlığı riskə atan şəraitdə olmamalıdır. Hər yaş qrupu üçün gündəlik kalsuim ehtiyacı 800-1200 mg, böyümə-inkişaf dövründəki uşaqlarda, menapoz dövründəki qadınlarda və yaşlılarda isə daha çoxdur. Təxminən 100 gr sadə dondurma yenildiyində 1 stəkan süddəki qədər kalsium ehtiyacı ödənir. Ancaq dondurmanın şəkər tərkibi daha yüksəkdir. Şokolad parçaları olanları daha kalorilidir.





    Bir də üzərinə əlavə edilən müxtəlif sous, fındıq və ya fısdıq kaloriyə bir az da qatqı sağlayır. Əgər kilo problemi varsa, daha çox sadə və meyvəli dondurmalar seçilməli və soslardan uzaq durmaq lazımdı. Yalnız yeyiləcəyi vaxt da çox önəmlidi; yeməkdən əvvəl yenildiyində uşaqlarda iştahı öldürür. Gec saatlarda yenildiyində və əgər bu vaxtda daha çox hərəkətsiz qalırıqsa aldığımız enerjini verə bilmirik və beləliklə kilo alırıq. Şəkər tərkibli dondurmalar yenildikdən sonra dişlərin yaxşı firçalanmaması diş çürüməsinə səbəb olur. Kilo probleminiz yoxdursa, istədiyinizdə yeyə bilərsiniz. Amma əgər artıq çəkilisinizsə, həftədə ən çox 2 dəfə yeyilməlidir. Günün hərəkətli olduğumuz saatlarında yay aylarının sərin dadı ola bilər.
#28.07.2011 12:30 0 0 0
  • Ağlın bağlamadığı dostluğu, ağılsızlıq asanca poza bilər.

    Ah! Bu qədər oxudum bu qədər əhvalat ya da dastan eşitdim eşqin yolu əsla düz getmir.

    Bir böhtan başqa böhtanları doğurar.

    Bir damla göz yaşında necə də böyük cəhənnəmlər vardır.

    Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur..

    Bütün sevənlər edə biləcəklərinin daha çoxunu edəcəklərinə and içirlər, lakin edə biləcəklərini belə etmirlər.

    Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır.

    Daha yaxşı yaxşının düşmənidir.

    Danışmadan əvvəl düşün hərəkət etmədən əvvəl ölç.

    Eşq bir dəlilikdir.

    Ən yaxşını tapmaq istəyərkən yaxşını da itiririk.

    Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir.

    Əslində heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında düşündüyümüzə bağlıdır.

    Fəlakət, dost sayını sıfıra endirər.

    Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir.

    Heç bir miras düzgünlük qədər zəngin deyil.

    Hər kəsə qulağını amma çox azına səsini ver.

    İgidlik intiqam qazanmaqda deyil dözüm göstərməkdədir.

    İnsanların etdikləri pisliklər arxalarından yaşar, yaxşılıqlar çox zaman sümükləriylə birlikdə basdırılar.

    İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz.

    Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir.

    Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur.

    Mən sənin eşqinlə güclüyəm inan Bütün Yer üzünün krallarından.

    Mən hiss edirəm ki, insana bədbəxtlik,çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar.

    Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər.

    Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər.

    Sevinc səmimiyyət olan evlərdə yaşayır.

    Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.
#28.07.2011 12:29 0 0 0
  • 1. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının birinci gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, otuz dəfə İxlas surəsini oxusa, namazdan sonra bu duanı oxusa, İblis və onun ordusundan amanda qalar və Allah ona siddiqlərin savabını əta edər".
    "Allahummə haza 'əhdi 'indəkə ilə yəvmil-qiyaməh". (İlahi bu mənim Qiyamət gününə qədər olan Sənin yanındakı əhdimdir)

    2. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının ilk üç günü oruc tutub (həmin üç günün) gecələri iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on bir dəfə İxlas surəsini oxusa, Allah səma və yer əhlinin şərrini, İblis və onun qoşununun şərrini, hər bir zülmkar padşahın şərrini ondan uzaq edər. And olsun məni haqq olaraq peyğəmbər göndərənə, Allah onun yetmiş min böyük günahını bağışlayar, qəbrin əzabını və şiddətini ondan uzaq edər".

    3. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının ilk gecəsi on iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on beş dəvə İxlas surəsini oxusa, Allah ona on iki min şəhidin savabını verər, ona on iki ilin ibadətini yazar, günahlardan təmizlənər, Allah Qur'anda olan hər bir ayə müqabilində ona cənnətdə bir saray əta edər".

    4. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının üçüncü gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, iyirmi beş dəfə İxlas surəsini oxusa, Allah Qiyamət günü cənnətin səkkiz qapısını onun üzünə açar, cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar. Allah ona min zinət, min tac geyindirər".

    5. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının səkkizinci gecəsi iki rükət namaz qılsa, Birinci rükətdə bir dəfə Fatihə surəsini, beş dəfə "amənər rəsul" ayəsini, on beş dəfə İxlas surəsini; İkinci rükətdə isə bir dəfə Fatihə surəsini, bir dəfə Kəhv surəsinin 110-cu ayəsini, on beş dəfə İxlas surəsini oxusa, günahı dəryanın köpüklərindən də çox olsa, Allah onu pak halda dünyadan aparar. Sanki Tövratı, İncili, Zəburu və Qur'anı oxumuş kimidir".

    Amənər-rəsul ayəsi:
    "Amənər-rasulu bima unzilə ileyhi min rəbbihi vəl mu'minun kullun amənə billahi və məla-ikətihi və kutubihi və rusulihi la nufərriqu beynə əhədin min rusilihi və qalu səmi'na və əta'na ğufranəkə rabbəna və ileykəl məsir. La yukəl-lifullahu nəfsən illa vus'əha ləha ma kəsəbət və 'əleyha məktəsəbət rəbbəna la tuaxizna in nəsinə əuv əxtana rəbbəna və la təhmil 'əleyna isran kəma həməltəhu 'ələlləzinə min qablina rəbbəna və la tuhəmmilna mə la taqətə ləna bihi və'fu 'ənna vəğfir ləna vərhəmna əntə məuvlana fənsurna 'ələl qauvmil kafirin".

    Kəhv surəsi 110-cu ayə:
    "Qul innəma ənə bəşərun mislukum yuha ileyyə ənnəma ilahukum ilahun vahidun. Fəmən kanə yərcu liqaə rabbihi fəlyə'məl 'əmələn salihən və la yuşrik bi 'ibadəti rabbihi əhəda".

    6. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının doqquzuncu gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Nəsr surəsini oxusa, Allah onun cəsədini cəhənnəm oduna haram edər, hər bir ayə müqabilində Bədr müharibəsində şəhid olanlardan on ikisinin savabını və alimlərin svabını ona əta edər".

    Nəsr surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. İza caə nəsrullahi vəl fəth. Vəraeytənnasə yədxulunə fi dinillahi əfvaca. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba".

    7. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının onuncu gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Ayətəl-kürsü, üç dəfə Kovsər surəsini oxusa, Allah-təala mələklərə deyər: "Bunun üçün min savab yazın, onun dərəcəsini min dərəcə qaldırın, onun üçün min qapı açın". Və Allah onun özünün, ata-anasının və qonşularının günahlarını bağışlayar".

    Kovsər surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. İnna ə'tayna kəl-kəusər. Fəsalli lirəbbikə vənhər. İnnə şaniəkə huvəl əbtər".

    Ayətəl-kürsü:
    "Allahu la ilahə illa huvəl həyyul qəyyum. La tə'xuzuhu sinətun və la nəvm. Ləhu ma fis-səmavati və ma fil ərz. Mən zəlləzi yəşfə'u 'indəhu illa biiznihi yə'ləmu ma beynə əydihim və ma xalfəhum və la yuhitunə bişey'in min 'ilmihi illa bima şaə vəsi'ə kursiyyuhus-səmavati vəl ərz. Vəla yəuduhu hifzuhuma və huvəl 'əliyyul 'əzim. La ikrahə fid-din. Qat-təbəyyənər-ruşdu minəl ğayy. Fəmən yəkfur bit-tağuti və yu'min billahi fəqədistəmsəkə bil 'urvətil-vusqa lənfisamə ləha. Vallahu səmi'un 'əlim. Allahu vəliyyulləzinə amənu yuxricuhum minəzzulumati ilən-nur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minənnuri iləzzulumat. Ulaikə əshabunnari hum fiha xalidun".

    8. Peyğəmbər (s.ə.a) buyurub: "Şəban ayının on birinci gecəsi səkkiz rükət namaz qılınır. Hər rükətdə bir dəfə Fatihə, on dəfə Kafirun surəsi oxunur. And olsun məni haqq olaraq peyğəmbər göndərənə bu namazı yalnız imanı kamil olan mömin qılar. Allah-təala belə bir kimsəyə, hər rükət müqabilində cənnət bağçalarından bir bağça əta edər".

    Kafirun surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. Qul ya eyyuhəl kafirun. La ə'budu ma tə'budun. Və la əntum 'abidunə ma ə'bud. Və la ənə 'abidumma 'əbəttum. Və la əntum 'abidunə ma ə'bud. Ləkum dinikum vəliyə din".

    9. Peyğəmbər (s.ə.a) buyurub: "Şəban ayının on üçüncü gecəsi iki rükət namaz qılınır. Hər rükətdə bir dəfə Fatihə, bir dəfə Tin surəsi oxunur. Bu namazı qılan kimsə İsmail övladlarından olan iki yüz qulu azad etmiş kimidir, anadan olduğu gün kimi günahlardan pak olar. Allah onu cəhənnəmdən uzaq edər, Mühəmməd (s.ə.a) və İbrahimlə (ə) yoldaş olar".

    Tin surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. Vəttini vəzzeytun. Və turi siynin. Və hazəl bələdil-əmin. Ləqəd xələqnəl-insanə fi əhsəni təqvim. Summə rədədnahu əsfələ safilin. İlləlləzinə amənu və 'əmilus-salihati fələhum əcrun ğeyru məmnun. Fəma yukəzzibukə bə'du biddin. Əleysallahu biəhkəmil hakimin".

    10. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının on dördüncü gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, beş dəfə Əsr surəsini oxusa, Allah-təala Adəmdən Qiyamətə qədər namaz qılanların savabını ona yazar. Allah-təala Qiyamət günü onu elə bir halda dirildər ki, üzü günəş və aydan daha parlaq olar və onun günahlarını bağışlayar".

    Əsr surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. Vəl 'əsr. İnnəl insanə ləfi xusr. İlləlləzinə amənu və 'əmilussalihati vətəva səv bil həqqi vətəva səv bissabr".

    11. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının on beşinci gecəsi şam və xiftən namazları arasında dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə və on bir dəfə İxlas surəsini oxuyub namazdan sonra:
    On dəfə "Ya rəbbiğfir ləna" (Ey rəbbim bizi bağışla)
    On dəfə "Ya rəbbirhəmna" (Ey rəbbim bizə rəhm et)
    On dəfə "Ya rəbbi tub əleyna" (Ey rəbbim bizim tövbəmizi qəbul et)
    Sonra iyirmi bir dəfə İxlas surəsini oxuyub, daha sonra on dəfə
    "Subhanəlləzi yuhyil movta və yumitul əhyaə və huvə əla kullu şey'in qədir" (Pakdır o Allah ki, ölüləri dirildər, diriləri öldürər və O hər şeyə qadirdir) - duasını oxusa, Allah bunu qəbul edib, onun dünya və axirət barəsində olan istəklərini yerinə yetirər. Onun kitabını sağ əlinə verər, gələn ilə qədər Allahın amanında olar".

    12. Bir nəfər İmam Baqirdən Şəban ayının on beşinci gecəsinin fəziləti haqqında soruşdu. İmam buyurdu: "Bu gecə, Qədr gecəsindən sonra ən üstün gecədir. Bu gecədə Allah öz fəzli ilə bəndələrinə əta edər, onları bağışlayar. Buna görə də bu gecədə Allaha yaxınlaşmağa çalışın. Allah bu gecədə Ondan istəyəni boş geri qaytarmaz. Buna görə də bu gecədə Allaha çox dua edin. Kim bu gecədə yüz dəfə "Subhanallah", yüz dəfə "Allahu Əkbər" və yüz dəfə "La ilahə illallah" desə, Allah onun keçmiş günahlarını bağışlayar. Allah onun dünya və axirət istəklərini qəbul edər - o istəklər ki, Allahdan istənilər, həmçinin Allah-təala öz fəzliylə istənilməyən duaları da qəbul edər".

    13. Peyğəmbər (s.ə.a) buyurub: "Şəban ayının on altıncı gecəsi iki rükət namaz qılınır, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Ayətəl-kürsi, on beş dəfə İxlas surəsi oxunulur. Allah-təala mənə demişdir: "Kim bu iki rükəti qılsa, peyğəmbərliyə görə sənə əta etdiyimi ona da əta edərəm və onun üçün cənnətdə min qəsr bina olar".".

    14. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının on səkkizinci gecəsi on rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, beş dəfə İxlas surəsini oxusa, Allah belə bir şəxsin bu gecədə istədiyi hər bir diləyini yerinə yetirər. Əgər bu ildə ölsə şəhid kimi ölmüşdür".

    15. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayını on doqquzuncu gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, beş dəfə Mülk ayəsini (Ali-İmran, 26-27) oxusa, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar, bundan sonra qılacağı namazları qəbul edər. Əgər onun ata-anası cəhənnəmdə olsa, Allah onları oradan xaric edər".

    Mülk ayəsi:
    "Qulillahummə malikəl mulki tu'til mulkə mən təşau və tənzi'ul mulkə min-mən təşau və tu'izzu mən təşau və tuzillu mən təşau biyədikəl xeyr. İnnəkə 'əla kulli şey`in qadir. Tulicul leylə fin nəhari və tulicunnəharə fil-leyli və tuxricul həyyə minəl məyyiti və tuxricul məyyitə minəl həyy və tərzuqu mən təşau biğeyrihisab".

    16. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirminci gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on beş dəfə Nəsr surəsini (Bax-səhifə 3) oxusa, and olsun məni haqq olaraq peyğəmbər göndərənə ki, belə bir şəxs cənnətdəki yerini yuxuda görməyənə qədər dünyadan köçməz və o, Qiyamət günü ən hörmətli şəxslərlə birgə məhşərə gələr".

    17. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirminci gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on beş dəfə Nəsr surəsini (Bax-səhifə 3) oxusa, and olsun məni haqq olaraq peyğəmbər göndərənə ki, belə bir şəxs cənnətdəki yerini yuxuda görməyənə qədər dünyadan köçməz və o, Qiyamət günü ən hörmətli şəxslərlə birgə məhşərə gələr".

    18. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirmi birinci gecəsi səkkiz rükət namaz qılsa, hər rükətdə Fatihə, İxlas, Fələq və Nas surələrini (hamısını bir dəfə) oxusa, Allah ona ulduzların sayı qədər savab yazar, onun dərəcəsini yüksəldər, onun pis əməllərini (əməl dəftərindən) silər".

    Fələq surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. Qul ə'uzu birabbil fələq. Min şərri ma xaləq. Və min şərri ğasiqin iza vəqab. Və min şərrin-nəffasati fil 'uqad. Və min şərri hasidin iza həsəd".

    Nas surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. Qul ə'uzu birabbin-nas. Məlikin-nas. İlahin-nas. Min şərril vas-vasil xan-nas. Əlləzi yuvasvisu fi sudurin-nas. Minəl cinnəti vən-nas".

    19. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirmi ikinci gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Kafirun (Bax-səhifə 5), on beş dəfə İxlas surəsini oxusa, Allah onun adını siddiqlərin cərgəsində yazar, Qiyamət günü o, mürsəl peyğəmbərlərlə bir zümrədə gələr və Allahın pənahında olar".

    20. Peyğəmbər(s.ə.a) buyurub: "Kim Şəban ayının iyirmi üçüncü gecəsi otuz rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Zəlzələ surəsini oxusa, Allah onun qəlbindən kini və xəyanəti götürər və o, elə şəxslərdən olar ki, Allah onların qəlbini İslam dini üçün açıb genişləndirmişdir. Qiyamət günü Allah onu qəbirdən diriltdikdə onun üzü on dörd gecəlik ay kimi parlaq olar".

    Zəlzələ surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. İza zulzilətil ərzu zilzaləha. Və əxracətil ərzu əsqaləha. Və qaləl insanu ma ləha. Yəuvmə izin tuhəddisu əxbaraha. Biənnə rabbəkə əuvha ləha. Yəuvmə izin yəsdurunnəsu əştatən liyurav ə'maləhum. Fəmən yə'məl misqalə zərrətin xayran yarah. Və mən yə'məl misqalə zərratin şərran yərah".

    21. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirmi dördüncü gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Nəsr surəsini (Bax-səhifə 3) oxusa, Allah onu cəhənnəmdən və qəbr əzabından xilas edib, onun hesabını yüngül edər, və Adəmi, Nuhu və sair peyğəmbərləri ziyarət edər və o, şəfaətə nail olar".

    22. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirmi beşinci gecəsi on rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Təkasur surəsini oxusa, Allah ona əmr be məruf və nəhy əz münkər edənlərin savabını yazar və yetmiş peyğəmbərin savabını ona əta edər".

    Təkasur surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. Əlha kumuttəkasur. Hətta zurtumul məqabir. Kəlla səuvfə tə'ləmun. Summə kəlla səuvfə tə'ləmun. Kəlla ləuv tə'ləmunə 'ilməl-yəqin. Lətaravunnəl cəhim. Summə lətaravunnəha 'əynəlyəqin. Summə lətus əlunnə yəuvmə izin 'ənin-nə'im".

    23. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirmi yeddinci gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Ə'la surəsini oxusa, Allah ona min-min savab yazar və ondan min-min günahı silər, onun dərəcəsini min-min dəfə artırar, onun başına nurdan tac qoyar".

    Ə'la surəsi:
    "Bismillahir-Rəhmanir-Rəhim. Səbbihismə rabbikəl ə'la. Əlləzi xaləqa fəsəvva. Vəlləzi qaddəra fəhəda. Vəlləzi əxracəl mər'a. Fəcə'ələhu ğuşaən əhva. Sənuqriukə fəla tənsa. İlla ma şa allahu innəhu yə'ləmul cəhra və ma yəxfa. Və nuyəssirukə lil yusra. Fəzəkkir in-nəfə'ətiz-zikra. Səyəzzəkkəru mən yəxşa. Və yətəcənnəbuhəl əşqa. Əlləzi yəslənnaral kubra. Summə la yəmutu fiha və la yəhya. Qad əfləhə mən təzəkka. Və zəkərasmə rabbihi fəsalla. Bəl tu'sirunəl həyatəd-dünya. Vəl axirətu xayrun və əbqa. İnnə haza ləfis-suhufil uvla. Suhufi ibrahimə və musa".

    24. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının iyirmi səkkizinci gecəsi dörd rükət namaz qılsa, hər rükətdə Fatihə, İxlas, Fələq (Bax-səhifə 9) və Nas (Bax-səhifə 9) surələrini (hərəsini bir dəfə) oxusa, onun üzü on dörd gecəlik ay kimi nur saçan halda Allah onu qəbirdən dirildər və Allah təala Qiyamət gününün dəhşətini ondan uzaq edər".

    25. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının otuzuncu gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Təkasur surəsini (Bax-səhifə 10) oxusa, namazdan sonra yüz dəfə salavat desə, and olsun məni haqq olaraq peyğəmbər göndərənə, Allah nəim cənnətində onun üçün min-min şəhər qaldırar, əgər göy və yer əhli bunun savabını saymaq üçün bir yerə yığışsalar saya bilməzlər, Allah onun min hacətini yerinə yetirər".
#28.07.2011 12:27 0 0 0