Wirinkaa

Wirinkaa

Üye
04.07.2011
Onbaşı
683
Hakkında

  • İnsanlar xilqət nöqteyi-nəzərincə bir növ vəhdətdədirlər və onların yaranış başlanğıcı eyni bir həqiqətdir. Ona görə də kimsə kiməsdən üstün deyildir. Üstünlük olmadığı təqdirdə bir şəxs o birinin üzərində hakimiyyətə malik ola bilməz. Bu əsaslar dini və hüquqi cəhətdə qəbul olunmuşdur. Vilayət və hakimiyyət o zaman məqbuldur ki, insan özü bir şəxsin hakimiyyətini qəbul etsin. dini baxımdan da insana yalnız Allah-taala - ona verilən nemətlərin sahibi hökm edə bilər. Mənəviyyat və ləyaqətə əsaslanan istənilən bir vilayət Allahın təsdiqi ilə hüquqidir. Peyğəmbərin, islamın fiqhin vilayətinə gəldikdə isə bu hakimiyyətlər ilahi dəyərləri istəyir və Allah tərəfindən təsdiqlənir.
    Başqa sözlə, insanların hakimiyyəti Allah tərəfindən iman dəyərlərinə əsaslanır. Əgər möminin mömin üzərində hakimiyyəti varsa, bu əsası Allah tərəfindən qoyulmuş iman hakimiyyətidir: «Möminlər yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlarlar». («Tövbə» 71). Mömin Allah tərəfindən mömin üzərinə vilayəti, əmr etmək və çəkindirmək haqqı vardır. Əgər atının oğul üzərində vilayəti vardırsa, bu atalıq şənindəndir və Allah tərəfindən olan vilayətdir. Eləcə də Peyğəmbərin xalq üzərində hakimiyyəti ismət və tədbir əsasında ilahi təyinatdır. Ona görə də vilayət və rəhbərlik işində söhbət xalqa hakimlik və dini ixtiyardan getdiyindən rəhbərin təyini xalqın yox, Allahın işidir. Eləcə də, peyğəmbərin, imamın və ya fəqihin vilayəti din yox, xalq üzərindədir.
    Amma ictimai işlərdə xalq özü hansısa bir qərara gələ bilər. Məsələn, əkinçilik və sənətdə, tibb və əczaçılıqda, şəhərsalma və ictimai işlərdə. Bütün bunlar xalq işidir («ümurun-nas»). Bu ümumi işlər iki yolla rastlaşa bilər. Bu işlərin icrası üçün xalq nümayəndə seçə bilər. Ya da bir layiqli şəxs bu işə təyin oluna. Məsələn, Allah-taala bir fərdin ləyaqətindən agah olduğu üçün onu müəyyən işə təyin edə. Hər iki yol doğru görünür.
    İlahi siyasi quruluşda dinin ixtiyarı peyğəmbərə həvalə olunduğundan cəmiyyətdə münasibətlərin nizamlanması da onun öhdəsindədir. O, müdirlər və müdiriyyət üsulunu təyin etməklə tarazlıq əldə etməlidir. Xalq öz fərdi, ümumi, ictimai işlərində bir müdirə ehtiyaclıdır. Allah-taala bu işləri ən layiq şəxs olan peyğəmbərə tapşırır. Əgər Quran buyurursa ki, «xalqın işləri müşavirə ilə yerinə yetir», bu həmin sadalanan qeyri-siyasi işlərdir. İctimai, iqtisadi, mədəni işləri xalq dərk etmək qüdrətindədir və bu xalqa aid olan işlərdir - bu işlər məşvərət, məsləhətlə yerinə yetirilir və xalq bu işi bacarır. Lakin bu işlərdə mərkəzləşməyə ehtiyac olduqda bu vəzifə peyğəmbərin öhdəsinə verilir. «Xalqla məşvərət et. Lakin qərara gəldikdə Allaha təvəkkül et» («Ali-imran» 159). Müşavirə lazımdırsa da, son qərar iş böyüyünündür.
    Buna görə də xalqın gündəlik işlərində müdiriyyətin təyini üçün vəhyə ehtiyac yoxdur. Din xalqa fizika, kimya öyrətmək üçün gəlməyib. Əgər bir şəxs deyirsə ki, bütün dünyəvi elmlər dindən qidalanır, o şəxs ifrata varır. Bu dini məsuliyyət deyil. Vilayətin istəyi ilahi və insani dəyərlərdir.
    NƏTİCƏ
    İlahi hökumətin məqsədinə diqqət yetirməklə bu məqsədin həqiqətə çevrilməsi siyasi həyata vəhyin müdaxiləsi olmadan mümkün deyil. İkinci nöqtəyə diqqət yetirilərsə, dini rəhbərin təyini yalnız Allahın haqqıdır. Üçüncü nöqtəyə əsasən xalqın həyatında da dini rəhbər xalq üçün təyin edilir. Bu müqəddimədən belə bir nəticə alınır ki, hökumət üsulunun və rəhbərin təyini Allahın ixtiyarındadır. Din bu işlərə müdaxilə etməlidir. İstər peyğəmbər, istər imam, istərsə də fəqih vilayətində Allah tərəfindən rəhbərin təyini dini-siyasi quruluşu qanuni edir. Rəhbər və quruluşun qanuniliyində xalqın münasibətinin rolu yoxdur. Xalqın rolu vilayətin qəbulu və hökumətin formalaşmasındadır. Xalq rəhbərin qüvvəsidir. Əgər xalq meydanı tərk edərsə, rəhbər gücünü itirir və xanənişin olur. Həzrət əli (ə) belə rəhbəri «əli kəsik» adlandırır. Əli (ə) kimi rəhbərlərin evdə oturması ilə müaviyələr fürstə tapır və zülm aparatı işə düşür. Xalq hər hansı bir hakimiyyətin qəbulunda səlahiyyətlidir. Hakimiyyətin qanuniliyində isə onun rəyi əsas deyil. Xalq hökumətin qanuniliyinin təyinində yox, qurulması və idarəsində iştirak edir. Peyğəmbər və imam dövründəki hökumət quruluşu ilə fəqih dövründəki quruluşla heç bir fərq yoxdur. Şiələrin baxışına görə peyğəmbərdən sonra rəhbərlik və imamət ilahi göstərişlərdir. İmamətdən sonra həmin üsuli vilayəti - fəqih formasında davam edir. Bu baxışın sübutu üçün dəlillər çoxdur, onların bəzilərini qeyd edirik.
    1-AĞILIN GÖSTƏRİŞİ
    Bu mövzuda ilk dəlil ağılın göstərişidir. Cəmiyyətin varlığı və davamı siyasi quruluşdan asılıdır. Hakimiyyət olmasa ictimai həyatda yoxdur. Cəmiyyət üçün «istər ləyaqətli, istərsə də günahkar, bir siyasi hakim labüddür»- deyə buyurur həzrət əli (ə). Cəmiyyətin islahı isə ilahi siyasət əsasında mümkündür. Əvvəlki hissədə bu məsələ sübuta yetirildi. Cəmiyyət dinsiz islah ola bilməz və bu dini ilahi canişin icra edir. Mümkündür ki, dünyəvi bir quruluşda rəhbərlərin bir hissəsi mömin olsunlar. Lakin fərdi əqidə o zaman islah olur ki, din müxtəlif sahələrdə əks olunsun. Dini-siyasi quruluş bu məqsədin gerçəkləşməsinə şərait yaradır. Əqidəni qoruyan fitrətə uyğun dəlillərdir. Əqidəni qılınc qoruya bilməz. Əqidə sübutlarla qəlbə yatır. «Dində məcburiyyət yoxdur. («Bəqərə» 256). Lakin cəmiyyətdə ictimai ədalətin bərpası, insan haqlarının təmini, cinayətkarlıqla mübarizə sübut gətirilməklə əldə edilməz. İlahi siyasi quruluş bütün bu ictimai zərurətlərin təmini üçün barışmaz mövqe tutur. Xüsusi ilə başqalarının hüquqlarını pozanlar, cəmiyyətin islahına mane olanlar ciddi cəzalandırılırlar. Bu məqsədə çatmaq üçün (əqidəni qoruya bilməyən) qılınc işə düşmüdür.
    Bu nöqtələrə nəzərən əql baxımından Peyğəmbərin (s) hansı məsuliyyəti vardır? Onun vəzifəsi təkcə yol göstərməkdirmi? Yoxsa siyasi quruluşa da müdaxilə etməlidir? Hakim quruluş kim olursa-olsun, Peyğəmbər (s) xalqın əqidəsi uğrunda zülm aparatı ilə vuruşur. Fironların zülmü altında cəmiyyət islah ola bilərmi? Yaxşı, zalim hakimiyyəti iflasa uğradıqdan sonra onun yerində Peyğəmbər (s) hansı quruluşu qurmalı idi? Özü siyasətə qarışmalı, yoxsa başqa bir zalımı dəvət etməli idi? Bu vəzifəyə ən layiqlisi Peyğəmbər (s) özü idi. Peyğəmbərlik risalətlə yanaşı rəhbərlik (imamlıq) vəzifəsi də olmuşdur. Hər bir peyğəmbər öz gətirdiyi dini ailə içində də olsa, icra etməlidir. Peyğəmbər həm dəvət gətirəndir, həm də onun icraçısı. Demək, əql ilahi siyasi quruluşun zərurətini təsdiq edir.
    2-PEYĞƏMBƏR YOLU
    Quranda başqalarına yol göstərmək üçün böyük, ülul-əzm, qeyri ülul-əzm peyğəmbərlərin mübarizə yolu təhlil edilir. Bu yol tağutla mübarizə və tövhidə dəvət yoludur. Heç bir peyğəmbər bu risalətdən uzaq deyildir. «Hər bir ümmtə peyğəmbər göndərdik ki, onun risaləti tövhidə dəvət və tağutdan çəkindirmək olsun» («Nəhl» 36). Tağutu əzmədən tövhid mümkün deyil. Peyğəmbərlər tövhidin gerçəkləşməsi üçün bu mübarizəni aparmış və xeyli bu əziyyətlərə dözmüş, İbrahim (ə) əlində balta tağutun şərini azaltmağa çalışmışdır. Musa cəhad edib, Fironu dəryada qərq etmiş. Quran bu insanları nümunə, hətta müsəlman kimi təqdim edir. «Ey möminlər, İsanın həvariləri kimi Allaha yar olun» («Səf» 14). Bu bütün peyğəmbərlərin getdiyi yoldur və çoxları bu yolda şəhid olmuşlar.«Peyğəmbərləri haqsız yerə öldürdülər» («Bəqərə» 61). Görən peyğəmbərlər xalqa yalnız məsələ, din öyrətdikləri üçünmü şəhid edilirdilər? Hansı cahil belə bir qətlə əl atar?! Peyğəmbərlərin yolu tağut və onların cəhənnəm siyasəti ilə mübarizdir. Məqsəd Allahın bəndələrini tağut hakimiyyətindən azad etməkdir. «Öz peyğəmbərləri ilə birgə cəhad edən ilahi havadarlar nə çoxdur» («Ali-imran» 146). Tağut hakimiyyətindən qurtulan kimi ilahi qurtuluş yaradılır. Qəbul etmək olmaz ki, tağutla mübarizədən sonra xalq özbaşına buraxıla. Musanın (ə) risaləti haqqında danışılarkən buyurulur ki, Musa Allahın bəndələrinin ona tapşırılmasını istəyir: «Allahın bəndələrini mənə verin» («Düxan» 18). Cəmiyyətdən öz cəhənnəm hakimiyyətini qır. («Naziat» 24). Qoy mən xalqı öz Rəbbinə tərəf aparım. «Zorlulara baş ucalığı, hamının üzərində qələbə» şüarını buraxın ki, mən onları «ucalıq nəfsi paklıqdandır» şüarına sövq edim. Musa Firondan xalqa azadlıq istəyir. Firon hakimiyyəti cəmiyyətə həmin bu siyasi və ictimai müdiriyyətdir. O, deyir: «Qanun mənim qanunumdur, mən sizin rəbbinizəm». Özün xalqa Allah elan edən Firon özü bütpərəst idi. Firona dedilər: «Musanı və tayfasının fitnə-fəsad törətmək, həm səni, həm də tanrılarını atıb getmək üçünmü buraxacaqsan?» («Əraf» 127). Musanın Fironla mübarizəsinin əsas tərəfi ictimai-siyasi tərəfdir. Musa xalqın başı üzərində bu zülmü qaldırıb, ilahi bir quruluş qurmaq istəyir. Onun Fironu süquta yetirib, «bu yerə kim gələcək» deyə sakitcə gözləməsi məqbul bir hərəkət olmazdı. Peyğəmbərlərin həyatını geniş təhlil edən bu ayələrdən məlum olur ki, onların ictimai-siyasi fəaliyyəti peyğəmbərlik məqamı ilə yanaşı olmuşdur.
    3-DİNİ ƏSƏRLƏR
    Quran peyğəmbərlərin hədəfi barədə buyurur: «Xalq bir ümmət idi. O zaman Allah-taala müjdə verən və əzabla qorxudan peyğəmbərlər seçdi, onlarla səmavi kitablar göndərdi ki, xalqın ixtilaflarını həll etsinlər»(«Bəqərə» 213). Peyğəmbərlər və onların kitablarının hədəfi xalqın problemlərini həll etməkdir. Bu ixtilaflar isə rəngarəngdir. Həqiqi dinlə yanaşı dayanan əqidələr uydurulur. (Hüquqi və s. ixtilaflar). Quran ayəsi peyğəmbərləri ixtilafların həllində hakim bilirmi? Mütləq şəkildə deyilirmi ki, peyğəmbərlər bəşərin bütün ixtilaflarını həll edirlər?
    əgər ayənin buyuruğu mütləqdirsə, əqidə ixtilafı dəlillərlə aydınlaşdırılır. Amma xalq arasındakı sair ziddiyyətləri dəlil gətirməklə həll etmək olmaz. Bu ixtilafların həlli ilahi siyasi quruluş yaradılmadan qeyri-mümkündür. Çünki təcavüzkarın qarşısı nəsihətlə alına bilməz. Ayənin təbiri olduqca lətifdir. Çünki söhbət hökmdən gedir. Hökm həmin hakimlik, xalqın müşkillərinin həllidir. Ayə aydınca dəlalət edir ki, peyğəmbərlər xalq arasında hakimlik edər. Həzrət (s) haqqında buyurulur: «Həqiqətən biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göndərdiyi ilə insanlar arsında hökm edəsən» («Nisa» 105). Ayədəki «litəhkumə» (hökm edəsən) sözü ərəbcə hökumət mənasınadır.
    Bu məqsəd digər bir ayədə daha da işıqlandırılır: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birgə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər» («Hədid» 25). Xalqın ictimai ədalət uğrunda qiyamı peyğəmbərlərin və səmavi kitabların hədəfləridən biri kimi bəyan olunmuşdur. Uyğun hədəf bu ayədə çox aydın təmin olunur. Açıq şəkildə ədalət peyğəmbər hədəfi sayılır. Bu da aydındır ki, ədalət, istək, dua, rəhbərliklə əldə edilər. Ədalət mədəni inkişafla bağlı olsa da, təcavüzkar insanların mədəniyyətlə bir bağlılığı yoxdur onlar insan haqlarına, ilahi dinə təcavüz edirlər. Bəzən nəsihət belələrinə təsir etsə də, çox vaxt təcavüzkarlar öz haqqına qane olmurlar. Onların qarşısı zorla alınmalıdır. Bu ifadəli ayə məqsədin təhlilindən sonra buyurur: «Biz dəmir yaratdıq». Axı dəmirin yaradılmasının peyğəmbərlərin risaləti ilə nə əlaqəsi var? Görən dəmirin yaradılması xəbərini hüquqların müdafiəsi üçün vasitə - qılınc və ya silah hazırlanması ilə əlaqələndirmək olarmı? Günah və təcavüz dəmirlə qarşılanar. Bu vəzifə ilahi siyasi quruluş təsis edilmədən mümkün olmayacaq: «Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun» («Nur» 2). «Kişi və qadın oğrunun əlini kəsin» («Maidə» 38). Dəmirlə iffət və mülkiyyətə uzanmış təcavüzkar əl kəsilir. «Allah və Onun Rəsulu ilə vuruşa qalxanlar və yer üzündə fəsad yaradanların cəzası ölümdür» («Maidə» 33). İctimai siyasi sabitlik dəmir vasitəsi ilə təmin olunur. Dəmir və şəmşir siyasi hakimiyyətin möhkəmliyidir.
    XALQ VƏ İCTİMAİ ƏDALƏT
    Mübarək ayədə buyurulur ki, ədaləti peyğəmbər yox, xalq bərpa edəcək. Ola bilər ki, ədalət xalqın qəbulu ilə mümkün olduğundan belə buyurulub. Yəni ilahi siyasi hakimiyyət xalqın istəyi ilə formalaşa bilər. Söhbət bu hakimiyyətin qanuniliyindən yox, zahirən gerçəkləşməsindən gedir. Xalq istəməsə belə bir quruluş ola bilməz və ədalət də bərpa olmaz. Mədəni tərəqqi, peyğəmbər məqsədləri və insani dəyərlərlə tanışlıq formalaşmasa, ədalət gerçəkləşə bilməz. Əgər hansısa bir peyğəmbər və ya imamın dövründə ədalət bərpa olmayıbsa, bunun səbəbi xalqın səhnədə iştirak etməməsidir. Bu o demək deyil ki, din rəhbərləri ədalətə laqeyid olmuşlar, xeyr! Sadəcə, ilahi siyasi quruluş (zor və güc rejimlərindən fərqli olaraq), eləcə də ədalətin bərpası xalqın ictimai-siyasi səhnədə iştirakından bilavasitə asılıdır.
    RƏVAYƏTLƏR VƏ SİYASİ İDARƏÇİLİK
    əhli-beyt rəvayətləri də dinin siyasətdən ayrı olmadığını təsdiqləyir. Peyğəmbərlərin, xüsusi ilə də həzrət Məhəmmədin (s) risaləti bəşəri quruluşları ilahi siyasətlə əvəz etməkdir. İmamət baxımından onların rəhbərliyi Allah bəndələrinə müdiriyyətdir. Bu müdiriyyət ölkənin, iqtisadiyyatın idarəçiliyi ilə məhdudlaşır, əsasən insanların paklığı və tərbiyəsinə yönəlir. Elə digər sahələr də ilahi quruluşda öz yüksəlişinə çatır. Yalnız ilahi quruluşda mədəniyyət və iqtisadiyyat üçün ən üstün üsullar seçilir və həyata keçirilir. İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) risaləti xalqa müdiriyyət və ilahi siyasətdir» («Üsule-kafi» 1-ci cild). Allah-taala dinin ixtiyarını və onun icrasını həzrətə (s) tapşırmışdır ki, bəndələrə müdiriyyət etsin və yol göstərsin. «Ziyarəte came»də imamlar belə təqdim olunur:«Salam olsun sizə Peyğəmbər əhli-beytinə, ilahi risalət canişinlərinə və xalqın siyasət aparıcılarına». Digər yerdə buyurulur: «İmam Rza (ə), imamət dininə rəhbər, müsəlman cəmiyyətini nizamlayan, dünyanın islahı və dinin izzətidir. İmamətlə dini əməllər - namaz, oruc, zəkat, həcc ayaq tutur. İmamətlə hüdudlar və hökmlər icra edilir. İslami ümmətin sərhədləri qorunur» («Üsule-kafi» 1-ci cild).
    RİSALƏTLƏ YANAŞI İMAMƏT
    İmamət (rəhbərlik) dinin qorunması və icrası, xalq siyasətidir. Həm peyğəmbərlər, həm də imamlar bu vəzifəni daşımışlar. Bu vəzifələr daim peyğəmbərliklə yanaşı olmuş ümmət imamının hədəfləridir. İmamət olmadan heç bir risalət kamil deyil. Çünki risalət həyata keçəndə tamlaşır. Bu həqiqət Qədir günü Allah-taala tərəfindən bəyan edildi. İmam, din başçısı, xalqa rəhbər təyin etməklə din kamil elan edildi. Bu təkcə həzrətin risalətinə aid deyildir. Bütün peyğəmbərlərin risaləti onların imamlığı ilə bütövləşir. Həzrət (s) cəmiyyətin siyasi binasına bünövrədən başladı və bütün bəşəri ölçüləri bir kənara qoydu. İlahi və siyasi bir quruluşu nümunə kimi təqdim etdi. Bu hadisə o qədər açıq-aşkardır ki, kimsə onun inkarına cürət etmir. Bu yola nəzər salandan sonra kimsə dilinə gətirə bilməz ki, din siyasətdən, siyasi rəhbərlikdən uzaqdır. «Din insanların axirəti üçündür, din məscidlər üçündür» sözləri din və Qurana biganə olanların sözləridir. Ayələr, rəvayətlər, peyğəmbər və imamların yolu bu baxışları rədd edir. Din və siyasət arasında ayrılıq salmaq biganələrin işidir. İslam ümmətini başıaşağı, sakit saxlamaq üçün bu şüar irəli sürülür. Avamlar da bu şüara inanır. Deyirlər, bəs nə üçün peyğəmbər və imamlar bu sahədə müvəffəqiyyət qazana bilməyiblər? Səbəbi budur: Hökumət o zaman formalaşır ki, xalq onu dəstəkləsin. Xalqın havadarlığı olmayan halda ilahi siyasi quruluşu qəbul edilməz. Bu halda zülm aparatı işə düşür. Peyğəmbər və imamlar kənara çəkildikdə xalq zülm hakimiyyətinə düçar olur. Onların yerinə Bəni-üməyyə, Bəni-Əbbas və pəhləvilər gəlir.
    əlbəttə ki, bu zülm yenə xalqın çiyninə düşür. Xalq ilahi quruluşa qoyun açmadıqda zülm rejiminə düçar olur, hakimlərin istəyinə xidmət edirlər. Onlar da xalqa istədikləri hökmü verirlər. Belə rejimdə nə Allahın, nə də xalqın istəyi yerini tapmır.
    Dediklərimiz uzun də çəksə, uyğun nöqtə işıqlandı və məlum oldu ki, cəmiyyətin siyasi əsaslarının qurulması peyğəmbərlərin böyük məqsədi olmuşdur.
    Xalqa rəhbərlik insan ağlının həll edəcəyi bir məsələ deyildiri. Bu məsələdə insan ilahi vəhyə ehtiyaclıdır. Çünki insan paklanmasının necəliyini vəhy təyin etməlidir. Bu prosesə aydınlığı da vəhy gətirir. İslamın siyasi quruluşunun yaradılması peyğəmbər və imam dövrü ilə imamın olmadığı dövrdə qətiyyən fərqlənmir. Siyasi quruluş vəhylə formalaşır və siyasi hakim peyğəmbər, imam və fəqih olur. Xalqın vəzifəsi belə bir quruluşun ilahi məqsədlərə itaət etməkdir. Peyğəmbərlərin, xüsusi ilə Rəsulullahın (s) və imamların həyatı dediklərimizə ən yaxşı sübutdur.
    İLAHİ NİZAM VƏ XALQIN İŞTİRAKI
    Sözsüz ki, ilahi nizam, quruluş ən xəlqi bir quruluşdur. Xalq bu quruluşun formalaşmasında, təşkilində iştirak edir. İlahi quruluşun sayəsində xalqın əsas hüquqları, azadlıqları, rifahı öz əksini tapır. Xalqın yaxından iştirakı bu quruluşun əsas xüsusiyyətidir. İnsanlar mədəni, ictimai sahələrdə, ümumi müdiriyyətdə iştirak edirlər. Müdiriyyət xalqın içindən təşkil olunur və onların istəklərini ifadə edir. Bu quruluşda xalq əl-ələ verib ilahi məqsədlərin həyata keçməsində müttəfiq olurlar. Həzrət Peyğəmbərin (s) hökumətində xalq beləcə iştirak edirdi. Hətta həzrət (s) dəfələrlə xalqın birgə iştirak beyətini rəsmi şəkildə icra etmişdi. Allah-taala bu barədə söhbət açır: «Allah xalqın beyət və iştirakına razı oldu o zaman ki, həmin ağacın altında səninlə beyət etdilər». («Fəth» 18).
    əlbəttə ki, agah və geniş şəkildə iştirak etməlidir. Agah olmayan bir iştirak özü təfriqə yaradıcıdır. Az olmur ki, insanların azğınlığı üçün doğru yoldan istifadə edilir. Xalq rejimi, rəhbəri, öz talehini təyin edən bu iştirakı dərk etməlidir. Səthi təhlillərlə bu yolda irəliləmək olmaz.
    Dördüncü baxışın təhlilinə görə dini siyasətdən ayıran sekulyarizmin əsasaları puçdur. İkinci baxış, yəni axirətçilikdə də məqbul deyil. Çünki din insanın axirətinə diqqət yetirib, axirəti əbədi məskən bildirsə də, bu axirətə yalnız dünya həyatını qurmaqla çatmaq olar. Axirət həyatını qurmaq üçün əvvəlcə dünya həyatı qurulmalıdır. Müxtəlif sahələr, eləcə də siyasi müdiriyyət də dünya həyatının zərurətlərindəndir.
    Üçüncü baxışa - siyasi hökumət və rəhbərin xalq tərəfindən seçilməsinə gəldikdə isə dini mənbələrdə belə bir yol təsidiq edilmir. Bu eynən «Səqifeyn Bəni-səid» baxışına uyğundur və şiələr tərəfindən qəbul edilmir. Bu fikir «Ğədir» hadisəsi ilə də uyğun gəlmir. Bir buna dəlil gətirmək olar ki, siyasi rəhbərlik imamət və ümmətə əsaslanır. İstər imam dövründə, istərsə də imamdan sonrakı dövrdəki siyasi rəhbərin təyinində xalqın seçimi rol oynamır. Xalq seçimi digər siyasi qurumlara aiddir.
    SİYASƏT VƏ MÜQƏDDƏSLİK
    Şübhə yarana bilər ki, siyasi quruluş və hökumət risalət hədəflərindən ola bilməz. Çünki peyğəmbərlərin ən böyük işi xalqın mənəviyyat və paklığına diqqət göstərməkdir. Bu isə çirkin siyasətlə uyuşmuşr və peyğəmbərlərin paklığa çağırışı bu sayaq siyasətlə bir çərçivəyə sığışmır.
    Bu söz peyğəmbər yolunun davamçıları, ruhaniyyət haqqında da deyilir ki, ruhanilərin siyasi işə müdaxiləsi onların müqəddəsliyi ilə bir araya sığmır. Ruhanilərin siyasət meydanına gəlişi onların müqəddəsliyini sönükdürür, etibarlarını azaldır. Çünki peyğəmbərlər və ruhanilər müqəddəslik carçısıdırlar. Siyasi dolaşıqlar onlara zərbə vurur. Bu hədəfin təminində onların hifzi daha da önməldir. Başqa sözlə, peyğəmbər və ruhanilərin sözünü kəsərli edən onların paklığıdır. Onlar bu üstünlüyü itirirlərsə, cəmiyyətin sair təbəqələri kimi etibardan düşərlər.
    Yuxarıda deyilənlər bir çox xeyirxahlar və bəzi ziyalılar, eləcə də düşmənlər tərəfindəndir. Hətta bəzi ziyalılar bildirirlər ki, əgər ziyalı öz sözünü təsirli görmək, cəmiyyətin həyatında iştirak etmək istəyirsə, siyasətdən uzaq olmalıdır. Guya siyasətdən bir kənarda mədəniyyətlə məşğul olmaq şəxsiyyəti qoruyur. Siyasətdən qorunmaqla sözün nüfuzu qiymətlənir. Bu halda onlar da cəmiyyətə hakim olurlar. Bəziləri yazır ki, ziyalılar tacsız hakimlərdir və onların tacsız olması sözlərinin nüfuzuna səbəb olur.

    Ardı var...

    Müəllif: Həbibullah Əhmədi
#26.07.2011 13:17 0 0 0
  • İki dost səfərdə olduqları zaman aralarında mübahisə yarandı. Bir dost o birinə bir sillə vurdu. Vurulan dost qum üzərinə yazdı: "Bu gün dostum mənə mənə bir sillə vurdu"
    Səhəri gün bir gölə çatdılar. Göldə çimdikləri vaxt sillə vurulan dost boğulmağa başladı. O biri dost onu xilas etdi. Xilas edilən dost daş üzərinə yazdı: "Bu gün dostum məni ölümdən xilas etdi" Onu xilas edən dostu bu iki fərqli işin səbəbini soruşduqda dedi: "Dostun pisliyini qum üzərinə yazıb, onu küləklərə pozdurmaq dostluq şərtidir!"

    HaqqYolu Tərcümə Mərkəzi
#26.07.2011 13:13 0 0 0
  • Konu: Bilirsinizmi
    Qafqazın ən qədim kilsəsi Şəkinin Kiş kəndindəki Kiş məbədidir.

    Sasani şahları tacqoymadan əvvəl Azərbaycanın Qazaka şəhərindəki Azərgüşnasp məbədinə piayada gələrək məbədi ziyarət edirdilər.

    Çətirlər ilk dəfə 3400 il əvvəl İkiçayarasında günəşdən qorunmaq üçün istifadə edilməyə başlanıb.

    Fransızlar qalstuk taxmağı xorvatlardan öyrəniblər.

    Maykl Ceksonun Thriller albomu bütün zamanların ən çox satılan musiqi albomudur.

    İlk saat (günəş saatı) qədim Misirdə ixtira edilib.

    Ani şəhərindəki Mənuçöhr camisi Anadolunun ilk məscididir.

    Eynəlqüzat Miyanəci Həmədan şəhərinin valisi olsa da panteist dünya görüşünə görə edam edilib.

    İlk dəfə azan Bilal Həbəşi tərəfindən səsləndirilib.

    Aşiq olan insanlar digər insanlara nisbətən özlərini daha xoşbəxt hesab edirlər.
#25.07.2011 14:04 0 0 0
  • Manna, Minni[2] və ya Manas[3] — Tarixi Azərbaycan ərazisində[4][5][6][7][8][9][10][11], Urmiya gölünün sahilində[12][13][14][15] yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət.[16] Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e. ə. - III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.[17]

    Manna dövləti er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir.[18] Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır[19][20].Mündəricat [gizlə]
    1 Adı
    2 Tarixi coğrafiyası
    3 Əhalisi
    3.1 Kimmerlərin Azərbaycana köçü
    3.2 Farsdilli əhalinin Azərbaycana köçü
    4 Tarixi
    4.1 Kiçik çarlıqlar dövrü
    4.2 Mərkəzləşmiş dövlətin yaranması
    4.3 Udakinin mərkəzləşdirmə cəhdləri
    4.4 İranzunun hakimiyyəti
    4.5 Azanın hakimiyyəti
    4.6 Ullusununun hakimiyyəti
    4.7 Ahşerinin hakimiyyəti
    4.8 Uallinin hakimiyyəti
    4.9 Dövlətin süqutu
    5 Dövlət strukturu
    6 Din
    6.1 Dəfn adətləti
    7 Mədəniyyət
    7.1 Şəhərlər və şəhər həyatı
    7.2 Memarlıq
    7.3 Metalişləmə
    7.4 Dulusçuluq
    8 Təsərrüfat həyatı
    8.1 Əkinçilik
    8.2 Maldarlıq və Atçılıq
    9 Tədqiqi
    9.1 Mənbələrdə
    9.2 Arxeoloji tədqiqatlar
    10 İstinadlar
    11 Ədəbiyyat
    12 Həmçinin bax
    13 Xarici keçidlər

    [redaktə / تحریر]
    Adı

    Mannanın adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843 - cu ildə III Salmanasar kitabəsində "Munna" formasında зəkilir.[21] Adətən assurlar Mannanı "Manneylər olkəsi"[22], Mannaş[23], urartulular isə Mana olkəsi adlandırırdılar[24].

    S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiya yanı tayfalardan birinə məxsus olmuş[25], sonralar mannalılar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad butun dovlətə şamil edilmişdir[26].

    III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili Zamuada məskənləri tuta-tuta Munna olkəsinə çatmışdılar. Lakin səlnamədə Manna dovlətinə yuruşdən və ya bac alınmasından heçnə bəhs edilmir. Mümkündür kü, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia olkəsi uzərinə yerimişlər.

    E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: «Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım»[27]
    [redaktə / تحریر]
    Tarixi coğrafiyası
    Əsas məqalə: Manna toponimləri

    E.ə. I minillik Ön Asiya xəritəsində Manna dövləti və onun vilayətləri

    S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir.[28] Bu ölkəyə sonra III Salmanasar, V Şamşi-Adad[29], II Adadnerari[30] yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi.[31] Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.[32]

    Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır.[33] Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub «Urartuya xidmət etməyə» razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı.[34] Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər.[35] Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.[36]

    Mannanın şərq sərhədlərində «dağlıq diyar» adlanan Gizilbunda vilayəti yerləşirdi.[37] Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823-810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı «möhkəmləndirilmiş şəhər» Uraşı işğal etdi, «şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı...».[38] III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər «Gizilbundanı ta hüdudlarınadək» istina etdiyi[39] haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları «öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan» adamlar adlandırır.[40] Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.

    Zikertu əyaləti müasir Miyanə - Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir.[41][42][43] O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda «hökmdar şəhəri» var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər.[44] Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.[45]

    Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir.[46] III Adadnerari işğal etdiyi ölkələr arasında «Günəşin batdığı böyük dənizə»dək uzanan Andiyanın da adını qeyd edir.[47] Bu dəniz Xəzər dənizi hesab olunur.[48][49][50] Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar.[51] Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.

    Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu.[52] II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis (Təbriz [53][54][55][56]) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.
    [redaktə / تحریر]
    Əhalisi
    Əsas məqaləs: Mannalılar və Mannalıların şəxs adları

    Manna hökmdarının situla üzərində təsviri[57]

    Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhc olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı.[58] İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir.[59] İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, «hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın» ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir.[60] Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir.[61] Q. A. Melikişvili kuti dilini «zaqroş-elam» qrupuna aid edir.[62] Akad. M. İsmayılov[63], Prof. Q. Qeybullayev[64], Prof. F. Cəlilov[65] və başqaları kutiləri türkdilli heesab edirlər.

    Urmiya gölündən cənub-şərqdə yerləşən əyalətlər haqqıpda məlumat verən e. ə. III minilliyin sonlarına aid Akkad mənbələrində lullubum (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir.[66] Q. A. Melikişvili lullubu və elam dillərinin qohumluğu iddia etmişdir. O, öz növbəsində «zaqroş-elam qrupu» dillərini müasir Qafqaz dilləinə yaxın hesab edir. Lakin Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.[67]

    Urmiyayanı hövzə əhalisinin etnik cəhətdən formalaşmasında e. ə. III minilliyin sonlarından məlum olan hürrilər mühüm rol oynamışlar. Onlar Mesopotamiyanın şimalından və Suriyadan tutmuş Urmiya gölünədək Ön Asiyanın geniş bir ərazisində yayılmışdılar. Həmin ərazidə, habelə Zaqafqaziyanın və Şimal- Qərbi İranın xeyli hissəsində yayılmış Kür-Araz mədəniyyətini hurrilərin səpələnmələri ilə əlaqələndirirlər.[68][69] Hürri dilində müxtəlif dövrlərə aid bizə xeyli miqdarda yazılı abidələr gəlib çatmışdır.[70] Son illərdə aparılmış linqvistik tədqiqatlar nəticəsində hürri və ona yaxın olan Urartu dilinin Şimali Qafqaz dillərinın şərq qoluna mənsub olduğunu sübut edən yeni dəlillər əldə edilmişdir.[71]

    Urmiya gölü sahilində qayada yonulmuş Manna dövrünə aid Azərbaycan musiqiçisi[72]

    E. ə. I minilliyin əvvəllərində Urmiya gölündən cənubdakı ərazi Zamua adı i
#25.07.2011 14:03 0 0 0
  • Yaranma tarixi

    Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu - Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

    Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.

    Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. II Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.

    1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.

    Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir.

    Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.

    Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

    Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

    Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.

    Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

    Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİnin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

    Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.

    Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.

    Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman - sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.
    Şöhrəti

    2010-cu ilin dekabrında Akademik Göstəricilərə görə Universitetlərin Reytinqində ("University Ranking by Academic Performance") dünyanın ən yaxşı 2000 universitetinin siyahısı açıqlanıb. Cədvələ ABŞın Harvard Universiteti başçılıq edir. Azərbaycandan isə yalnız Bakı Dövlət Universiteti siyahıya düşüb və cədvəldə 1951-ci pillədə qərarlaşıb.[1]
    Fakültə və institutları
    Fakültələri
    Mexanika-riyaziyyat fakültəsi
    Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
    Fizika fakültəsi
    Kimya fakültəsi
    Biologiya fakültəsi
    Coğrafiya fakültəsi
    Geologiya fakültəsi
    Filologiya fakültəsi
    Tarix fakültəsi
    Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi
    Hüquq fakültəsi
    Jurnalistika fakültəsi
    Kitabxanaşünaslıq-informasiya fakültəsi
    Şərqşünaslıq fakültəsi
    İlahiyyat fakültəsi
    Sosial elmlər və psixologiya fakültəsi
    İnstitutları
    Tətbiqi riyaziyyat elmi-tədqiqat institutu
    Fizika problemləri elmi-tədqiqat institutu
    Rektor və prorektorları
    Rektorları
    Vasili Razumovski (ilk rektor - 1919-1920)
    Tağı Şahbazi Simurğ (1926-1929)
    Bala bəy Həsənbəyov (?-1937)
    Yusif Məmmədəliyev
    Şəfaət Mehdiyev (?-?)
    Faiq Bağırov
    Murtuz Ələsgərov (1993-1996)
    Misir Mərdanov (1997-1998)
    Abel Məhərrəmov (1999-cu ildən bu günə qədər)
    Prorektorları
    Tədris işləri üzrə prorektor: Vüsət Əmir oğlu Əfəndiyev
    Elmi işlər üzrə prorektor: İsmayıl Əhmədəli oğlu Əliyev
    Beynəlxalq əlaqələr üzrə prorektor: Nərgiz Arif qızı Paşayeva
    Qiyabi və əlavə təhsil üzrə prorektor: Babayev Şıxbaba oğlu Məcnun
    Humanitar məsələlər üzrə prorektor: Vaqif Rza oğlu İbrahimov
    İnzibati təsərrüfat işləri üzrə prorektor: Nəbi Əhməd oğlu Ramazanlı
    Mərkəzləri
    Amerikaşünaslıq mərkəzi
    Nano araşdırmalar mərkəzi
    Elektron tədris mərkəzi
    İnformasiya texnologiyaları mərkəzi
#25.07.2011 13:59 0 0 0


  • 24 iyul. İlin sonuna 160 gün qalır.

    1783. Venesuelalı inqilabçı Simon Bolivar anadan olub.
    1802. Fransız yazıçı Aleksandr Düma (ata) anadan olub. Yazıçı "Qafqaz səfəri" romanında Rus imperiyasındakı xalqları bədii dillə təsvir edib. Əsərdə azərbaycanlılar müsbət xarakterizə olunub. Romanı Azərbaycan dilinə Qorxmaz Quliyev tərcümə edib.
    1923. Lozanna konfransı başa çatıb
    1942. Alman qoşunu Rostovu işğal edib. Qafqaz uğrunda döyüş başlayıb
    1943. İtalyan lider Benito Mussolini həbs edilib
    1959. Görkəmli ədib Abdulla Şaiq vəfat edib
    1959. İraq rejiminin Kərkükdən 1000 nəfərdən çox türkmənin qətlə yetirildiyi açıqlanıb
    1974. Yunanıstanda diktatura rejimi sona çatıb. Hökumət qurmaq vəzifəsi Konstantin Karamanlisə həvalə edilib
    1990. SSRİ-də spirtli içki satışına dair 1985-ci ildə tətbiq edilmiş bütün məhdudiyyətlər ləğv edilib
    1993. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Heydər Əliyevə həvalə edib
    1996. Bakıda "Coca Cola" zavodu açılıb
#25.07.2011 13:56 0 0 0
  • 25 iyul. İlin sonuna 159 gün qalır.

    1884. Məşhur serb terrorçu, Avstriya-Macarıstan vəliəhdinin qatili Qavrilo Prinsip anadan olub
    1895. Məşhur fiziklər Pyer və Mariya Küri evlənib. Ailə qurandan bir neçə il sonra onların hər ikisi Nobel mükafatına layiq görülüb
    1909. Fransız Lui Bleros ilk dəfə La Manş boğazını aeroplanla keçməyə nail olub. Uçuş 37 dəqiqə davam edib
    1918. Üzdəniraq Bakı Soveti ingilislərin Bakıya dəvət olunması barədə qərar qəbul edib
    1920. Yunanıstan Trakyanı işğal edib
    1938. Naxçıvan MSSR Ali Sovetinin birinci çağırış birinci sessiyası işə başlayıb
    1947. Praqada I beynəlxalq gənclər və tələbələr festivalı keçirilib
    1951. Nazim Hikmət türk vətəndaşlığından çıxarılıb
    1957. Tunisdə monarxiya ləğv edilib
    1980. Rus müğənni-aktyor Vladimir Vısotski vəfat edib
    1984. Qadın kosmonavtlar arasında ilk dəfə Svetlana Savitskaya açıq kosmosa çıxıb
    1989. Hacı Salman (Salman Musayev) Qafqaz müsəlmanlarının müftisi seçilib
    1995. Yuqoslaviya üzrə Beynəlxalq hərbi tribunal serb liderlər Radovan Karaciç və Ratko Mladiçi soyqırım törətməkdə təqsirləndirib
    1995. Azərbaycan və Rusiya Federasiyası arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
    2000. Qalxdıqdan 2 dəqiqə sonra səsdənsürətli "Concorde F-BTSC" təyyarəsi qəzaya uğrayıb, 110 nəfər həlak olub
    2002. Aleksandr Lukaşenko ölkəyə neft gətirən şirkətlərə şəhərlərin təmizliyi ilə məşğul olan qurumları pulsuz yanacaqla təmin etmək barədə göstəriş verib
    2002. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb...
#25.07.2011 13:54 0 0 0
  • Dünyada bir cadugər olur.Hər şeyi bacarır bircə qarışqanı fil edə bilmir.Deyirlər ki,Azərbaycanda polis bölməsində eliyirlər.Nəysə cadugər gəlir Azərbaycana polis bölməsinə.Rəisə məsələni danışır.Rəis də deyir ki,qarışqanı qoy sabah gəlib təhvil alarsan.Sabahısı gün cadugər gəlir.Rəis əmr verir ki,kibrit qutusunu gətirsinlər.Cadugər bunu görüb deyir: Məzələnirsən rəis? Rəis deyir:Aç özün bax. Cadugər açıb baxanda qarısqa qışqırmağa başlayır: Vurmayın,Vurmayın..Filem,Fil.........


    Bir gün bir kişi olur gedir baliq tutmağa tilovuna qızıl balıq düşür.Balıq ona deyir ki,sən məni burax mən sənin üc arzunu yerinə yetirim kişidə razı olur .balıq deyir de görüm arzularını kişi-bir jiquli isdəyirəm balıq ona bir jiquli verir balıq-o biri arzunu de görüm.Kişi yenə deyir bir dənədə jiquli isdəyirəm balıq ona bir dənədə jiquli verir kişi 3 arzusunu da deyir yenə jiquli isdəyirəm balıq soruşur sən üç dənə jiqulini neyləyirsən ay kişi?kişi deyir onları satıb özüme cip alacam.

    Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:
    -Həkim, mənim arvadım dəli olub
    -Hardan bilirsiz?
    -evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.

    Bir adam karvansara qarşısından keçərkən "kirayə dəvə verilir" yazısını görür. Qiymətdə razılaşır və soruşur ki, necə edim ki getsin? Kirayə verən deyir ki, ohh deyəndə yavaş gedir, ohh bee deyəndə qaça-qaça. Amin deyəndə dayanır. Adam minir dəvəyə və ohh deyib gedir. Sonra sürəti artırmaq üçün ohh bee deyir. Adamın xoşuna gəlir bu vəziyyət. Bu anda bir uçuruma yaxınlaşdığını görür, həyəcanlanır saxlamaq üçün bilmir nə desin? Deyir heç olmazsa son duamı edim və dua qurtaranda tam uçurumun kənarına gəlir və Amin deyir. Dəvə də dayanır. Adam dərindən nəfəs almaq üçün ohh deyəndə....

    5 yaşında olan uşaq bu günə qədər danışmamışdı. Ailəsi çox narahat idi. Bir gün səhər yeməyində uşaq "hardadı e bu qənd" deyəndə atası və anası şok olurlar və atası soruşur:
    -Oğlum, bəs bu günə qədər niyə danışmırdın? Oğlu cavab verir:
    - Bu günə qədər hər şey yolunda idi!!!

    Bir kəndçinin evinin qapısını yolunu azmış bir İspan döyür. Ev yiyəsi soruşur:
    -Kimdir?
    - Jose de Santana de Monte Cristo de Santa Cruzo
    - Vallah evimiz 1 otaqdır e

    Dəlixanaya yeni gələn müdir dəlilərin koridorda növbəyə dayanıb divardakı bir deşikdən baxdıqlarını görür.
    Gəlib baxmaq istəyəndə dəlilər onu döyərək növbənin axırına göndərirlər. Həkim növbədə dayanır və iki dəfə növbəsi gəlir baxır divara, amma heçnə görmür və dəlilərdən soruşur: Mən iki dəfə baxdım heçnə görmədim, siz nə görmüsüz burda? Dəlilərdən biri deyir:
    - 2 dəfəyə görməzsən də, biz 2 ildi baxırıq heçnə görmürük

    Bank müdiri Rusiyaya gəzintiyə gedir və bir restorandan içəri girir. Sifarişlərini verdikdən sonra bir də baxmış ki, qarşısında möhtəşəm bir xatun elə hey buna baxır.
    Dəvətkar baxışlarla xatunu masaya çağırır, xatun gəlib masaya oturur, ancaq ikisi də bir-birlərinin dilindən anlamırlar. Xatun çantasından qələm və kağız çıxarır və kağızın üzərinə siqaret şəkli çəkir. Müdir dərhal siqaretindən qadına təklif edir. Xatun daha sonra kağızın üzərinə qədəh şəkli çəkir. Müdir dərhal qarsonu çağırır və ən yaxşı şərabdan sifariş verir. Xatun bu səfər də kağıza ev şəkli çəkir, yanına da 100 dollar şəkli çəkir. Müdir ürəyində belə deyir:
    - Arvada bax aaa.. Bank müdiri olduğumu necə də anladı kredit istəyir?

    Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişiydən
    İngiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə Almanca soruşur.Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox.
    İspanca yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
    - Bir dil öyrənməyin zamanı gəldi deyəsən. ər arvada:
    - Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi

    İkinci Dünya Müharibəsi əsnasında bir İngilis döyüş təyyarəsi Almaniya üzərində qəzaya uğrayır və bir pilot sağ qalır. Almanlar bunu əsir alırlar, lakin İngilisin bir ayağı və iki qolu qanqren olmuşdur. Almanlar əvvəlcə ayağı kəsirlər və İngilis Almanlardan bu ayağı ana vətəni olan İngiltərəyə atmalarını istəyir. Almanlar da İngilisin istəyini yerinə yetirirlər. Sonra İngilisin qolu kəsilir İngilis yenə eyni diləkdə olur və Almanlar da yerinə yetirir. Bu səfər də Almanlar o biri qolu kəsirlər. İngilis hər zamankı kimi Almanlardan qolu ana vətəninə atmalarını istəyir, lakin Almanlar "olmaz!" deyirlər. İngilis səbəbini soruşduqda belə cavablarlar:
    - Sən qaçmaq istəyirsən?
#25.07.2011 13:37 0 0 0
  • Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz.

    M.F.Axundzadə

    Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.

    M.Anderson-Nökse

    Həyat hərəkət deməkdir,su da axmayanda iylənər.

    Aristotel

    Yaşamaq didişmək və çarpışmaq deməkdir.Kim bu mübarizədə qalib gəlirsə,o da yaşayır.

    Atatürk.

    Kitablar həyatım,təcrübələrim isə müəllimimdir.

    A.Avqustin.

    Həyat beşiklə məzar arasındakı sınaq müddətidir

    O.Balzak

    Ölmək dəhşət deyil,dəhşət yaşamaqdır.

    A.Barbüs

    Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.

    A.Bek

    Ruhumun dərinliklərində bəzən şən,bəzən də kədərli mahnılar eşidirəm.Məni həyata bağlayan da elə bunlardır.

    A.Berqson

    Həyatımın payızı gəlib çatdı.Elə bir bəhrəli ağaca bənzəmək istəyirəm ki,hər tərpənişimdə meyvələrim dolu kimi yağsın.

    L.Bethoven

    Hər gün insan üçün yeni bir həyatdır.

    R.Beyker

    Bir gün ürəyincə yaşamaq yüz il sürünə-sürünə yaşamaqdan yaxşıdır.

    Ş.Bodler

    Yaşamaq mübarizə aparmaq;mübarizə aparmaqsa yaşamaqdır.

    P.Bomerşe

    Həyat yuxuda da öz sonuna doğru gedir.

    A.Bule

    Dünya hamıya çatacaq qədər böyükdür.Başqasının yerini tutmağa çalışmaqdansa,öz yerin haqqında fikirləş.

    Ç.Çaplin

    Həyat həmişə ciddidir,lakin həmişə ciddi yaşamaq olmaz.

    G.Çesterton

    Özünə ucuz həyat axtarandan miskin adam tanımıram.

    D.Cordan

    Mənim həyatımı nə gözəlləşdirsə,ölümümü də o,gözəl edər.

    Çjuan-Tszı

    Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.

    A.Dante

    Ev kiçik bir mədəniyyət ocağıdır.

    Ç.Dikkens

    Dünyaya sahib olmaq istəyiriksə,xoşniyyətli,iradəli və dözümlü olmalıyıq.

    Ç.Dikkens
#25.07.2011 13:31 0 0 0
  • Xərçəng xəstəliyinin ən geniş yayılmış formalarından biri də dəri xərçəngidir. Yay ayının gəlişi ilə bu qorxulu xəstəliyə yoluxma ehtimalı çoxalıb. Çünki günəş şüalarının təsiri insanda dəri xərçəngi yarada bilər. Alimlər isə bu istiqamətdə apardıqları tədqiqatlar nəticəsində maraqlı bir qənaətə gəliblər. Sən demə dəri xərçənginə anadangəlmə xalları çox olan insanlar daha meyllidir. Mütəxəssislər xallı insanlara tövsiyə edir ki, xalı kəsdirməkdən, toxunmaqdan, xüsusilə də qızmar günəş şüaları altında gəzməkdən çəkinsinlər.


    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə dünyada hər il 132 min insan melonomaya (dəri xərçənginin ən kəskin forması) düçar olur. Son 45 ildə təxminən xəstələrin sayı 3 dəfə artıb.




    Günəş şüaları mutasiyaya səbəb ola bilər



    Dəri - Zöhrəvi Xəstəlikləri üzrə mütəxəssisi Azər Məmmədov deyir ki, çimərliyə gedənlər günəş şüalarını düzgün qəbul etməlidirlər: "Dəniz kənarında özünü necə gəldi günə verənlər bilməlidir ki, günəşin zərərli şüaları dərinin alt qatlarına keçərək DNK-nın strukturunu dağıda və bununla da mutasiyaya səbəb ola bilər. Qeyd edim ki, dərinin üst qatlarında yerləşən melanosit hüceyrələri "melanin" adlı maye ifraz edir ki, bunun nəticəsində də dəri qaralaraq müdafiə qalxanı yaradır. Qara dəri bizim orqanizmimizi zərərli şüaların dağıdıcı təsirlərindən qoruyur. Obrazlı desək, qaralma dərinin ultrabənövşəyi şüalara qarşı bir çətiridir. Ancaq düzgün qaralma olmadıqda dəridə iltihabı proseslər baş qaldıra bilər. Nəticədə dəridə suluqlar, ləkələr əmələ gələ bilər ki, bu da daha ciddi fəsadlara səbəb olma ehtimalını artırır. Ona görə də, günün qızmar cağında günəş vannası alarkən ehtiyatlı olmaq və zəruri qaydalara düzgün riayət etmək lazımdır. Xüsusilə uşaqları dəri yanıqlarından qorumaq məsləhət görülür. Onların dərisi həssas olduğu üçün melonoma riski artır. Dərinin qaralması özü-özlüyündə zərərli proses olmasa da, zərərli qaralma başa bəla aca bilər".




    Qaralmazdan öncə dərinizin tipini müəyyən edin!



    Mütəxəssis bildirdi ki, günəş vannası qəbul etməzdən əvvəl dərinin tipi müəyyənləşməlidir: "Dərinin 4 tipi var. Birinci tipə saç və dəri rəngi açıq, gözləri göy və ya yaşıl rəngdə olanlar aiddir. Belə insanların dəriləri çox gec qaralır (çünki dəriləri melanini az miqdarda ifraz edir) və ona görə də, onlarda yanıqlar daha çox müşahidə edilir. Dermatoloqlar tipinə malik olan insanlara ümumiyyətlə qaralmaq məsləhət görülmür. İkinci tip gözləri və saçları qonur olanlardır. Bu tipə aid insanlar qarala bilər. Ancaq onların da dərisi günəş şüalarına həssasdır. Üçüncü tip gözləri və saçları şabalıdı və ya tünd-qonur olanlardır. Belə insanların dərisiqaralmağa meylli olduğundan, günəşin aşağı hərarəti aşağı olsa da öz rəngini dəyişir. Dördüncü qrupa isə qarabuğdayı insanlar və zəncilər aiddir. Bu tirə aid olanlara günəş şüaları heç bir problem yaratmır".

    A. Məmmədov bildirdi ki, dərini mərhələli şəkildə qaraltmaq məqsədə uyğundur: "Dərisini qaraltmaq istəyənlər buna yazın əvvəllərindən başlamalıdırlar. Bu zaman insan dərisi qızmar günəş şüalarına öyrənmiş olur. Bu qaydaya riayət edə bilməyənlər isə yaxşı olar ki, qaralmağa səhər saatlarında 8 - 10 arası başlasınlar. Saat 10 - 16 kimi günəş şüaları altında qalmaq olmaz. Qaralmaq üçün ən yaxşı vaxt saat 16-dan sonradır. Tez qaralmaq istəyənlər üçün kiçik bir sirr açmaq olar. Keyfiyyətli qaralmaq üçün, tez-tez suya baş vuraraq gündə uzanmaq lazımdır. Belə halda su damcıları linza rolunu oynayır və dəri daha tez qaralır".
#23.07.2011 11:42 0 0 0
  • Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, II qrup üzrə ərizə verən 26397 abituriyent 600-dən yuxarısı imtahana gəlməyib. Onun sözlərinə görə, 50-dən artıq abituriyent imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.

    İmtahanın respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada aparıldığını deyən E.Nağızadə vurğulayıb ki, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb: "İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb. İmtahanda istifadə olunan sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.İmtahan nəticələrinin sabah açıqlanması nəzərdə tutulur".
#23.07.2011 11:35 0 0 0
  • Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" musiqi yarışmasının biletlərinin dekabr ayının sonlarında satışa çıxarılacağı gözlənilir. SİA-nın müsabiqənin Azərbaycan üçün rəsmi fan-klubu olan "Ogae Azerbaijan"ın saytına istinadən verdiyi məlumata görə, bilet satışına dekabrın sonları, yanvarın əvvəllərində başlanması nəzərdə tutulur.


    Saytda bildirilib ki, biletlərin satışına start verilməsi ilə bağlı söz-söhbətlər yalandır: "Bakı əhalisinin nəzərinə çatdırmaq istəyirik ki, bu cür informasiyalara inanmasınlar. Konsertlərə biletlər, eləcə də Ogae zona üçün səhnənin qarşısında nəzərdə tutulan yerlərin satışına dekabrın sonları, yanvarın əvvəllərində başlanılması planlaşdırılır".
#23.07.2011 11:33 0 0 0
  • "Fəxr edirəm ki, "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir". Tanınmış azərbaycanlı müğənni Emin Ağalarov Böyük Britaniyanın paytaxtı Londonda ilk konsertini bu sözlərlə açıb.



    SİA-nın məlumatına görə, Londonun mərkəzindəki "Under The Bridge" klubunda təşkil edilən konsertdə Emin Ağalarov bu ölkədə çox sevilən mahnılarını ifa edib.


    Emin Ağalarovun yaradıcılığı Britaniya dinləyicilərinə yaxşı tanışdır. Onun "Wonder" albomu və "Any Time You Fall", "Obvious" kompozisiyaları "BBC Radio 2" radiostansiyasında populyarlığına görə 1-ci yeri tutub. "Any Time You Fall" və "Obvious" kompozisiyaları isə Britaniyanın 80-dən çox radiostansiyasının hitinə çevrilib.


    Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan diasporunun üzvləri, Böyük Britaniya ictimaiyyətinin tanınmış nümayəndələri konsertdə olublar.
#23.07.2011 11:32 0 0 0
  • noimage



    Bu gün Azərbaycanın xalq artisti Flora Kərimovanın doğum günüdür. SİA-nın məlumatına görə, müğənni 1941-ci il iyulun 23-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Universitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib.


    14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.


    1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.
#23.07.2011 11:32 0 0 0
  • Bu gün Ağdam rayonunun işğalından 18 il ötür. SİA-nın xəbərinə görə, Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirib.


    1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edib. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynov Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləyib. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçiblər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə ediblər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatıb. Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edib. Onların arasında çoxlu sayda xaricdən gələn ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülüb. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4%-ni işğal etməyə nail olub. Ağdam uğrunda gedən döyüşlərdə 6.000 nəfər azərbaycanlı şəhid olub.2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilən ərazilərində 360 nəfər daimi məskunlaşıb.

    Beləliklə, bu gün -iyulun 23-də Ağdamıntəcavüzkar Ermənistan qoşunları tərəfindən işğalının18-ciili tamam olur. Ağdam şəhəri1993-cü il iyulun 23-dəişğalçı erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib. Rayonun121 kəndindən 77-sihazırda işğal altındadır. 44-nəisə Azərbaycan ordusu nəzarət edir, yerli əhali orada yaşamaqda davam edir. Ağdamın ərazisi194 kvadrat kilometr, əhalisi160 mindən çox olub. Rəsmi statistikaya görə, müharibə dövründə Ağdamın 6 mindən çox sakini müharibədə şəhid olub. Amma qeyri-rəsmi məlumatlarda Ağdamın10 minəyaxın şəhid verdiyi bildirilir. Rayon əhalisinin çox hissəsi məcburi köçkün vəziyyətinə düşərək, ölkənin müxtəlif bölgələrinə səpələniblər. İşğaldan əvvəl Ağdamda1898sayda sosial-iqtisadi tikinti obyekti,17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini hesablamalara görə, işğal nəticəsində Ağdama dəymiş zərərin miqdarı 252 milyon ABŞ dolları həcmindədir.
#23.07.2011 11:31 0 0 0
  • İşğal altında qalan Ağdam rayonunun təbii sərvətləri 18 ildir ki, talan edilir.


    23 iyul 1993-cü ildə rayonun 88395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi Ermənistan Respublikası tərəfindən işğal olunub.


    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, işğaldan əvvəl rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.

    Ağdam rayonun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.


    Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 km2-dir.


    Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunub.


    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunan Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkar edib.


    İşğal olunan ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.


    Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb. Yanğın zamanı "Qırmızı kitab"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısına" düşən müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.
#23.07.2011 11:30 0 0 0
  • Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 23-də saat 03.20-dən 03.25-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
#23.07.2011 11:29 0 0 0
  • - Beynəlxalq Gimnastika Federasiyası təşkil edilib (1881)

    - Tənqidçi Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) anadan olub (1883)

    - Azərbaycanın xalq rəssamı, respublika Dövlət mükafatı laureatı Maral
    Rəhmanzadə anadan olub (1916)

    - Müasir Türkiyənin tarixində həlledici rola malik olan Ərzurum Konqresi açılıb (1919)

    - Azərbaycan Xalq Cümhuriyyəti hökumətin birinci kabinetində dəmir yol, teleqraf və poçt naziri Xudadat bəy Ağa oğlu Məlikaslanov həbsxanada vəfat edib (1935)

    - Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi Eyyub Xanbudaqov 5 il azadlıqdan məhrum edilib, sonradan cəza ölüm hökmü ilə əvəzlənib (1937)

    - Xalq artisti Flora Kərimova anadan olub (1941)

    - Misirdə monarxiya devrilib (1952)

    - Nikaraquada sandinist milli cəbhəsi qurulub (1963)

    - Fransa nüvə sınaqlarının məhdudlaşdırılmasına dair Moskva sazişini rədd edib (1963)

    - Xomeyni İranda musiqinin qadağan edilməsi barədə fitva verib (1979)

    - Ağdam şəhəri erməni separatçıları tərəfindən işğal olunub (1992)

    - Abxaziyadakı separatçı rejim müstəqilliyini elan edib (1992)

    - Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin edilib (2004)

    - Sonuncu əfqan kralı Məhəmməd Zahir Şah vəfat edib (2007)
#23.07.2011 11:27 0 0 0
#22.07.2011 12:32 0 0 0