Azərbaycanın xalq artisti Flora Kərimova iki gözündən də əməliyyat olunacaq.
Milli.Az xəbər portalının məlumatına görə, əməliyyatın səbəbi müğənninin gözündə olan bəzi problemlərdir:
"Bəli, əməliyyata hazırlaşıram. Artıq Dilqəm həkimlə danışmışam. Əməliyyatın səbəbi gözümdə olan problemdir. Məhz o problem ucbatından mən eynəkdə gəzirəm. Uzun zamandır əməliyyat keçirməyi düşünürdüm. Amma hər zaman da Dilqəm bəyə verdiyim sözə əməl edə bilmirdim.
İndi həkim dedi ki, gəlirsiniz və mən sizi buraxmıram. O, bir dəfə mənim sol gözümü çox uğurla əməliyyat edib. Buna görə də ona çox güvənirəm. Gözümün əvvəlki halına qayıdacağına inanıram. Çünki özümü etibar etdiyim həkim böyük mütəxəssisdir".
Flora Kərimova bizimlə danışarkən qeyd etdi ki, o, indi yasdadır. Onun qardaşının həyat yoldaşı dünyasını dəyişib. Əməliyyata isə yalnız onun 40 mərasimini verdikdən sonra, yəni ayın 26-sı yollanacaq.
Mən Üzeyirlə duet oxumamışam.
O gün Türkiyədə yaşayan rəfiqəm zəng edib deyir ki, sən Üzeyirlə duet oxumusan?
Deyirəm yox. Deyir necə yani yox bütün saytlarda sizin duet var.
O öz səsini mənə oxşadan qız kimdir bilmirəm, amma onu görsəm öz əllərimlə boğacam.
Təsəvvür edin ki, o qız səsini mənim səsimə oxşadaraq gedib toylarda oxuyur.
Bir daha qeyd edirəm ki, Üzeyirlə duet oxumamışam".
Məlumata görə, Röya bu sözləri ATV Maqazin verilişində deyib.
Qeyd edək ki, son günlər internetdə Röya ilə Üzeyirin
duet oxuduğu haqda məlumatlar yayılıb.
Üzeyirlə oxuyan qızın səsini Röyadan fərqləndirmək çox çətindir.
Milli.Az xəbər portalının ATV kanalında yayımlanan "ATV Maqazin" verilişinə istinadən verdiyi məlumata görə, müğənni Röya musiqisi Emin Kərimiyə, sözləri isə özünə aid olan "Bax" mahnısına ikinci dəfə klip çəkdirib.
"ATV Maqazin"verilişinə müsahibəsində Röya ilk dəfə bu mahnının klipini Aqil M.Quliyevə həvalə etdiyini və klipdən narazı qaldığını söyləyib.
"Aqilin işlərini çox bəyənirəm. Ola bilər ki, sabah hansısa mahnı hazırlayaram və klipini Aqilə çəkdirə bilərəm" deyə Röya bildirib. Bu mahnıya həssas yanaşdığını söyləyən xanım müğənni deyib: "Həm həyat yoldaşım Anarın bu mahnını çox sevməsi, həm də sözlərinin mənə aid olması mahnıya ikinci dəfə klip çəkdirməyimin əsas səbəbidir. Sevdiyim insana həsr etmişəm bu mahnını" deyə müğənni bildirib.
"Youtube" dünyanın ən böyük video-paylaşım saytıdır. 2005-ci ilin fevralında Stiv Çen, Çad Hörli və Cayd Kərim (Jawed Karim) tərəfindən yaradılan bu internet səhifəsi hazırda 30-dan çox dildə fəaliyyət göstərir. "Youtube" haqqında bir neçə maraqlı faktı diqqətinə çatdırırıq.
"Youtube" dünyanın ən böyük video-paylaşım saytıdır. 2005-ci ilin fevralında Stiv Çen, Çad Hörli və Cayd Kərim (Jawed Karim) tərəfindən yaradılan bu internet səhifəsi hazırda 30-dan çox dildə fəaliyyət göstərir. "Youtube" haqqında bir neçə maraqlı faktı diqqətinə çatdırırıq.
"Youtube"un qurulmasına səbəb məşhur şirkətin satılması olub. Belə ki, "PayPal" ödəmə sisteminin "eBay"a satılmasından sonra orada işləyən Stiv Çen, Çad Hörli və Ceyvd Kərim şirkətdən əldə etdikləri pulla "Youtube" saytını qurublar.
"Youtube.com" saytı fəaliyyətə başlayanda bir qarışıqlıq yaranmışdı. Belə ki, həmin vaxt fəaliyyət göstərən emal firması olan "Universal Tube and Rollform Equipment"ın saytı "utube.com" kimi fəaliyyət göstərirdi. Hər iki saytın "yutub" oxunması və yazılışlarının da çox oxşar olması emal firmasının rəhbəriliyini narahat edir. Onlar "Youtube" haqqında məhkəməyə şikayət edirlər. Məhkəmə isə bu şikayəti təmin etmir. Belə olan halda emal firması "utube.com" saytını "utubeonline.com" olaraq dəyişdirir.
"Youtube" saytına ilk video 23 aprel 2005-ci ildə Cayd Kərim tərəfindən yüklənib.
"Youtube" saytı 9 oktyabr 2006-cı ildə "Google" şirkəti tərəfindən 1.65 mlrd dollara alınıb.
2011-ci ildə "Youtube" saytından 490 milyon nəfər istifadə edib. Bu zaman ümumilikdə 92 milyard səhifəyə baxılıb. "Youtube"da ayda 2.9 mlrd saat vaxt keçiririk.
Nanədən təkcə ədviyyat kimi yox, kosmetik vasitə kimi də istifadə edirlər. Dəmlənmiş təzə nanəyə pambığı batırıb, 2-3 dəqiqə gözünüzün üzərində saxlayın. Bu kompres gözlərin yorğunluğunu götürür, dəridəki qırışıqların qarşısını alır. Yarpaqlarında olan mentol qan dövranını artırır və qan damarlarını gücləndirir. Dəriyə qulluq zamanı nanədən istifadə etmək olduqca mühüm əhəmiyyət daşıyır. Nanə losyonu yağlı dərini təmizləyir. 2-3 xörək qaşığı təzə və ya quru nanə yarpaqları üzərinə 200 milliqram isti su əlavə edin. Üstünü örtüb yarım saatdan sonra süzün və hər gün bu losyonla dərinizi silin. Dərinin təzələnməsində də nanə losyonu əvəzsizdir. 2 xörək qaşığı nanə üzərinə 400 milliqram soyuq su töküb, 10 dəqiqə qaynadın. Soyuduqdan sonra üzərinə bir neçə damcı limon əlavə edin və bununla hər gecə yatmazdan əvvəl dərinizi təmizləyin. Nanə suyu ayaqlarda göbələk kimi infeksion xəstəliklərin də qarşısını alır.
1- Xarakterinizə ən uyğun kirpiyi seçin. Sadəliyi sevirsənsə bir neçə ədəd tək kirpikləri seçin. Daha effektiv nəticə üçün bütün halda olan sıx kirpikləri seçin.
2- Kirpikləri taxdıqca vərdiş yaranacaq. Bu səbəblə uyğun kirpikləri taxıb çıxararaq özünüzü bu sahədə püxtələşdirin.
3- Süni kirpiyi öz kirpiyinizin üzərinə qoyun. Kirpiklərinizdən uzun olan hissəni qayçı ilə kəsin.
4- Kirpiyi maqqaşla tutun və dibinə yapışdırıcını sürtün. Gözünüzü qapatın və gözünüzün üst hissəsindəki dərini yüngülvari dartaraq süni kirpiyi öz kirpiyinizin üstünə yerləşdirin.
5- Kirpikləri evdən çıxmadan az əvvəl taxın və bütün gecə qalmasını istıyirsinizsə az toxunun.
Uzun müddətli pəhriz saxalamaq istəməyənlər sağlamlığınız pozulmadan zülal və karbohidrata üstünlük verərək 5 gün içində artıq kilolardan yaxa qurtara bilərsiniz.
Bu pəhrizlə gündə cəmi 600 kalori alacaqsınız.Eyni pəhrizdən üçüncü dəfə istifadə etmək üçün arada bir həftə normal qida rasionuyla qidalanmaq lazımdır.
1.Gün
Səhər: 1 ədəd mövsüm meyvəsi, bir dilim qizarmış çovdar çörəyi, çay.
Günorta: Bir ədəd suda bişmiş və ya mangalda qızardılmış ət, pomidor,şəkərsiz çay və ya qəhvə.
Axşam: Bir dilim qızarmış çovdar çörəyi, yaşıl salat, bir meyvə çay ya da qəhvə.
2. Gün
Səhər: Bir ədəd mövsüm meyvəsi və ya bir stəkan qreyfurt suyu, bir dilim qizarmış covdar çörəyi.
Günorta: Suda bişmiş ispanaq, pomidor, kərəviz salatı
Axşam : İstıdiyiniz qədər meyvə salatı, çay və ya qəhvə
3. Gün
Səhər: 1 ədəd mövsüm meyvəsi, bir dilim qizarmış çovdar çörəyi, çay və qəhvə.
Günorta: Suda bişmiş və ya manqalda qızardılmış balıq, mövsüm meyvəsi, çay və ya qəhvə
Axşam: Dördə dilimlənmiş pomidor, yağsız və ətsiz bişirilmiş kərəviz yeməyi, çay ya da qəhvə.
4. Gün
Səhər: Bir ədəd mövsüm meyvəsi, bir dilim qızardılmış kəpək çörəyi, çay və ya qəhvə.
Günorta: Bir ədəd suda bişmiş yumurta və ya bir parça yağsız, duzsuz pendir, çox az yağlı lobya yeməyi.Bir dilim çovdar çörəyi , çay və ya qəhvə
Axşam: Çiy bibər, (və ya suda bişmiş ispanaq), mövsüm salatı, çay və ya qəhvə.
5. Gün
Səhər: Bir ədəd mövsüm meyvəsi , bir dilim qızarmış çovdar çörəyi.
Günorta: manqalda qızardılmış balıq, yağsız mövsüm salatı, bir dilim qızardılmış çovdar çörəyi, çay və ya qəhvə.
Axşam: yağsız kərəviz yeməyi, mövsüm meyvələri, pomidor, may və ya qəhvə