Əməkdar artist Elza Seyidcahan maraqlı fikirlər söyləyib. Lent. az-a açıqlama verən müğənni bildirib ki, bəzən onun adından yerli-yersiz istifadə edirlər: “ Bu yaxınlarda eşitmişəm ki, guya kreslolara konsert verəcəyəm. Düzdür, Azərbaycanda ən gözlənilməz layihələr mənim adımla bağlıdır. Amma belə bir fikrim yoxdur. Bu, şayiədir, məni sevməyənlərin uydurmasıdır ”, - deyə müğənni əlavə edib.
Dünən Mahnı Teatrında əməkdar artist Lalə Məmmədovanın “Ürəyimdəsən” adlı solo konserti olub. Öz təəssüratlarını Lent. az - la bölüşən müğənni bildirib ki, konsert daha 2 gün davam edəcək: “ Konsertə gələn hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün üstünlüyü daha çox yeni mahnılara verdim. Bunlar arasında adət-ənənələrimizdən bəhs edən “Xınayaxdı ” mahnısı da var idi. Düşünürəm ki, belə bir mahnını Azərbaycanda ilk dəfə mən oxumuşam .” - deyə müğənni əlavə edib.
ürkiyədə yaşayan müğənni İradə İbrahimova azərbaycanlı həmkarlarının qardaş ölkədə tanınmaq istəməsini normal sayır. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, yerli sənətçilərimizin Türkiyə şou-biznesinə can atması normaldır: “Türkiyədə müxtəlif xalqların nümayəndələri yaşayır. Onlarla eyni dili danışırıq və Türkiyədə bizim müğənniləri sevirlər, qəbul edirlər”.
Buna baxmayaraq, sənətçi seçim qarşısında qalsa, özünün Azərbaycan şou-biznesinə üstünlük verəcəyini deyib.
Sənətçi son bir neçə ayda sosial şəbəkədən aktiv istifadə etməyə başladığını da bildirib. O, daha çox İnstagram səhifəsindən istifadə etdiyini söyləyib.
Müğənni Rəqsanə son zamanlar müğənnilərin toy qiymətləri ilə bağlı yayılan məlumatlarda onunla bağlı yanlışlığa yol verildiyini deyib. Müğənni bununla bağlı açıqlama verməsinin vacib olduğunu vurğulayıb. O, Lent.az-a toya hansı qiymətə getdiyini açıqlayıb: “Toy qiymətimin guya 4500 manat olduğunu yazıblar. Mən həm Rusiyada, həm də respublikamızda el şənliklərini idarə edirəm. Bakıda yarım saatlıq çıxışımın qiyməti 3 min manatdır. Bütün toyu isə ansamblla birlikdə 10 min manata aparıram. Qiymət mövzusunda səhv informasiya yazılanda bəzi insanlar bunu sübut kimi təqdim edirlər”.
Müğənni Günay İbrahimli dünən yeni klipinin çəkilişlərinə başlayıb. Bu barədə Lent. az-a onun prodüseri Təranə Səmədova məlumat verib. O, fərqli bir klipin ərsəyə gələcəyini deyib: “ Mahnının sözləri Nuriyyə Əhmədovanın, musiqisi Ceyhun Əliyevindir. “Özümdə sənsən” adlanır. Rejissor Nail Naiboğlunun ekranlaşdırdığı klip ənənəvi olaraq məhəbbət mövzusundadır. Klipdə müğənninin tərəf müqabilləri gənc aktyorlar olacaq”, - deyə prodüser əlavə edib.
Martın 12-də "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin Moskva təmsilçiliyi Moskva şəhərində "Meçta" restoranında tədbir keçirib. Tədbirin keçirilməsində əsas məqsəd Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" adlı layihəsinə dəstək vermək olub.
Tədbirdə ilk öncə "Qazi Qarabağ azanı" səslənib. Sonra isə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli geniş çıxış edib.
Seyid Camal Əzimbəyli bildirib ki, millətinə və dövlətinə sahib durmayan müsəlmanın dini kimliyi şübhəlidir: “Bu, öz qazi azanına sahib duran dövlətin Qarabağa da sahib duracağının açıq işarəsidir".
Seyid Camal Əzimbəyli Qarabağ azanı ətrafında bölücü fikirlər formalaşdırmağa cəhd edənlərə sərt şəkildə tənqid edərək deyib: "Dini heysiyyatı, milli kimliyi, imanı olan ölkə vətəndaşı belə gərəksiz iftiraları yaymaz. Mən onları hədlərini bilməyə çağırıram”.
Moskvanın dini mühitində tanınan din adamları isə çıxış edərək, hər kəsi Azərbaycan dövlətinin bütövlüyü naminə bir olmağa səsləyiblər.
Məclisdə Moskvada yaşayan çoxlu sayda həmyerlilərimiz iştirak edib. Qarabağ azanı adına keçirilən tədbirdə şəhidlərimizin ruhuna Quran oxunaraq, ehsan süfrəsi verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Sevgi şeirleri - Ceyhun Yılmaz şeirleri - Sevdiyim ikinci qadınsan sən şeirin oxu
Sevdiyim ikinci qadınsan sən.
İlkini sevməyə məcbur idim.
Çox yaxşılıqı dəydi mənə.
Və həyatımda heç bir məcburiyyəti onun qədər sevmədim.
Sevdiyim ikinci qadınsan sən.
İlkinin yerini almaqın mümkün deyil.
O, öyrətdi mənə sevməyi.
O öyrətməsə sevməzdim səni belə.
İnan o tutduğu uçun əllərimdən
Yeriməyi öyrəndim qaca bildim sənə.
Onun gözlərinə bənzədiyi üçün gözlərin
Ala bilmədim gözlərimi səndən.
Sənə aşıqəm, səni sevirəm.
Sevdiyim ikinci qadınsan sən.
Hyatım boyunca ciynimdə daşıyıram səni.
və sən hər sabahımdasan.
Qısqanma...
Əlifbada belə sənin adının baş hərifi ondan sonra gəlir.
Ürəyim indi sənindir.
Onun qədər sev məni.
O doğdu sən öldürmə.
"Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur" (Talaq, 2-3).
Fatma kürəyinə əkin dəstəsini aldı və düşüncəylə irəliləməyə başladı. Onu düşüncələrdən qayınanasının səsi ayırdı:
- Ay qız, Fatma, tez bura gəl. Sarı inək doğur, kömək et!
Fatma kürəyindəki dəstəsini endirdi və axıra doğru qaçdı.
Aman Ya Rəbbi… Heyvan da olsa, nə qədər acı çəkirdi. Fatma qayınanasıyla birlikdə heyvanın doğmasına kömək edirdi. Qayınanası dedi:
- Bir xeyli çətin olacaq yəqin!
- Bəli, çətinə bənzəyir.
Fatma heyvan acı çəkməsin deyə şəfa ayələrini, ardından bildiyi bütün surələri oxumağa başladı. Qayınanası dedi:
- Dəli qız, inəyə də oxunarmı?
Fatma isə göz yaşlarıyla cavab verdi:
- Ana, bax, əziyyət çəkir, ürəyim dözmür.
Bir saat çətinliyin ardından sarı qızın bir balası oldu. Sarı qız dərhal şəfqətlə onu yalayıb iylədi.
Fatmanın bütün mərhəməti sanki gözlərindən yaşlarla ilıq ilıq axırdı. Qayınanası:
- Bax, inəyin belə balası oldu. Dörd ildir bu qapıdasan, bir nəvə verə bilmədin qucağımıza!
Fatma isə:
- Allah xeyirli övlad versin, ana.
Qayınanası hirslə dedi:
- Xeyirli, xeyirsız!.. Bir övladın olsun. Bizi elin-günün dilinə saldın!
Fatma əsr namazından sonra dua üçün səcdəyə getdi və: "Rəbbim, dörd ildir səndən xeyirli övlad istəyirəm. Olmur Rəbbim! Həmişə xeyirli istəyirəm, mən aciz halımla necə xeyirsız bir övladla baş edə bilərəm. Mən özümü islah edə bilməzkən onu necə islah edərəm" - deyə gözyaşlarıyla yuyunan, salavatlarla taclanan duasını bitirdi.
Dörd dəfə hamilə qalmış, amma hamısını itirmişdi. Və israrla "xeyirli övlad ver" deyə dua etdi, etdi. Bir neçə ay sonra yuxusunda bir səs: "Qızım, xeyirli bir qız övladın olacaq, adını Hədiyyə qoy" deyə müjdələdi Fatmanı.
O, yenə həmişə "xeyirlisini" istədi. Nəhayət, Allahın lütfü kərəmiylə balasına qovuşdu. Adını Aişə Hədiyyə qoydu.
Amma Aişə dayanmadan xəstə olur, hər gecə həkimə aparırdılar. Fatma gecələri nəfəs alırmı deyə davamlı onu dinləyirdi. Yuxusu ərşə çəkilmişdi. Bir gecə yenə həkimə apardılar. Həkim dedi:
- Qızım, sən bu uşağa kəndin çətin imkanlarında baxa bilməzsən, uşaq çox zəif və həssasdır, dözməz, ölər! Mənim də neçə illərdir ki, uşağım olmur, onu mənə ver.
Fatma bu təklifi eşitcək sarsıldı və qətiliklə rədd etdi. Və uşağıyla birlikdə evə döndülər. O gecə, iki rükət namaz qıldıqdan sonra Rəbbinə yalvardı, dua etdi:
- Rəbbim, bu övlad xeyirli olacaqsa, onu mənə nəsib edib sevindir. Mənimlə böyüsün, bir yetimlə evləndirib onu sevindirərəm.
Səccadəsini yığarkən səs eşitdi:
- Verən də O, alan da O, bizə yalnız dua düşər.
Aişə gündən-günə yaxşı olurdu və gün keçdikcə böyüdü, şirin bir qız oldu. Allah Fatmaya ard-ardınca dörd övlad daha lütf etdi.
Aişə ibtidai məktəbi bitirincə Quran Kursuna verdilər. Orada çox müvəffəqiyyətli idi. Ədəbiylə, əxlaqıyla, çalışqanlığıyla özünü sevdirmişdi müəllimlərinə.
16 yaşında idi, gözəlliyi və ədəbi onu hamıdan ayırırdı. Yaşı kiçik idi, amma istəyənləri çox idi. Bir gün bir gənc elçi oldu, ailəsi olduqca imkanlı idi. Digər tərəfdən də kasıb, anasız-atasız bir gənc elçisi var idi və o gənc dedi:
- Müəllimlik üçün imtahanlarına girdim. Qazansam əlimdə tək hünərim o olacaq… Başqa tərəfindən verəcək heç bir şeyim yoxdur.
İki tərəf üçün də zaman istədilər. Fatma qızına dedi:
- Mən çox kasıbçılıq gördüm, sən görmə, qızım. Kasıb olan gənc özünə başqasını tapar. Səni belə göz görə-görə kasıbçılığa sürükləyə bilmərəm.
Qərar verildi. Sabahısı gün, zəngin gəncin ailəsinə xəbər veriləcəkdi. Fatma o gecə yuxusunda Kəbənin divarlarını suvayırdı. Kasıb gənc də ona kömək edirdi. Beləcə Kəbəni suvayıb bitirdilər. Uzaqdan bir səs eşitdi:
- Bir yetimi sevindirmək Kəbəni tikmək kimidir. Qızım, verdiyin sözü unutma, yetimi sevindir. Allah onu mübarək etsin.
Bu səsi tanımışdı. 16 il əvvəl yenə yuxuda özünə uşağının olacağını müjdələyən səs idi. Oyandı və yuxusunu qızına danışdı. Aişə isə dedi:
- Anacan sən hər vaxt ən xeyirlisini istəmisən, Rəbbimdən. Bu açıq-aşkar bir yuxudur!.. Rəbbim könül evlərimizi lütfüylə zəngin etsin.
Quran sədaları içində toy edildi. Hər şeyin ən sadəsi seçilmişdi evi üçün... Bir zinyət əşyası yox idi Aişənin, amma könülü iman dolu bir xəzinəyə sahib olduğu üçün Allaha dua edirdi.
Unutmayaq biz insan övladı çox acizik. Nəyin xeyir, nəyin şər olduğunu bilmirik. Ayət-i kərimədə buyurulduğu kimi bəzən: "Xeyir istəyər kimi israrla şəri istəyirik." Onun üçün Rəbbimizdən, hər vaxt hər şeyin ən xeyirlisini istəyək.
"Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!" (Bəqərə, 128).
Insan xüsusilə gəncliyində ölümü heç ağlına gətirmək istəməz. Bunu bir son olaraq gördüyü üçün ölümün düşüncəsindən belə qaçar. Düşünməmək onun üçün ən rahat qaçış yoludur. Halbuki fiziki qaçış ölümə bir çarə olmadığı kimi, ölümü ağılına gətirməkdən uzaq ölümdən qurtula bilmək də mümkün deyil. Bundan əlavə, ölümü ağlına gətirməmək də mümkün deyil. İnsan, hər gün önünə gələn qəzetlərdə mütləq ölüm xəbərləriylə, ölüm elanlarıyla qarşılaşar. Yolda gedərkən bir cənazə avtomobilinə rast gələr ya da bir qəbiristanlığın qarşısından keçər. Zaman içində yaxınları və qohumları ölər. Onların cənazə mərasimlərinə gedəndə və evlərini ziyarət etdiyində, mütləq həqiqətlə üz-üzə qalır. Başqalarının, xüsusilə də sevdiklərinin ölümünü gördükcə, öz sonunu düşünür. Bu düşüncə, ürəyini sıxar, ruhunu böhrana salar.
İnsan nə qədər göstərərsə göstər, hara sığınarsa sığınsın, hara qaçarsa qaçsın, əslində fərqində olmadan hər an öz ölümünə doğru qaçar. Qarşısında başqa bir qapı, seçim və ya çıxış yolu yoxdur. Geri sayma davamlı davam edir. Nə istiqamətə dönsə ölüm onu oradan qarşılayar. Çəmbər davamlı daralaraq ona doğru yaxınlaşar və sonunda cəld tutar. Allahın qoyduğu qayda-qanunda yenə bir dəyişmə olmamışdır. Taledə təyin olunmuş bir anda və yerdə ölüm onu tutmuşdur. Quranda, bu sirr belə xəbər verilir:
De ki: "Əlbəttə sizin özündən qaçdığınız ölüm, şübhəsiz sizinlə qarşılaşıb-görüşəcək. Sonra siz gizlini də, aşkarı da bilən (Allah) a qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir." (Cümə Surəsi, 8)
Hər harada olsanız ölüm sizi tapar, uca təhkim edilmiş qalalarda olsanız belə. (Nisa Surəsi, 78)
Bu səbəblə etməmiz lazım olan, özümüzü aldatmağı ya da gerçəkləri göz ardı etməyi bir kənara buraxıb Allahın qədərimizdə müəyyən etdiyi müddəti ən yaxşı şəkildə qiymətləndiə bilməkdir. Bu müddətin nə vaxt bitəcəyini də tək Allah bilir.
Bütün müsəlman dünyasının sevimlisi Hz.Ali bele dua edermiş.
[HR][/HR]
Allahım,bəla və müsibətlərdən,düşmənlərin sevinməsindən,həps edilməkdən,
bağlanmaqdan,zopa və qamçılarla döyülməkdən Sənə sığınıram.
Allahım,menim günahlarım Sənə zərər verməz,
Sənin mənə mərhəmət etməndə Səndən bir şey əksiltməz.
Allahım,Səndən bu ayda yaxşılıq,fəth,yardım,bərəkət,bol ruzi,aydınlıq,təmizlik və hidayət diləyirəm.
Bu ayın şərrindən,bu ayda cərəyan edəcək olacaqların şərrindən və bu aydan sonra cərəyan edəcək
olacaqlarin şərrindən Sənə sığınıram
İslamda ruh haqqında - Ruhu öyretmek - Ruhu öyrətmək mümkündür
[HR][/HR][HR][/HR]
İnsanın bütün əxlaqı, şəxsiyyəti, özünə xas xüsusiyyətləri, xasiyyətləri, zövqləri və qabiliyyətləri ruhunda şəkillənir. Və əgər insan həqiqətən, ruh gücünü artırmaq istəsə (Allahın icazəsiylə), bu, onun öz əlindədir. Bu mövzuda insanın yolu gedə bildiyi qədər açıqdır. Qərarlı olsa, iradəsindən yaxşı istifadə edər və səbr göstərsə, iman və əxlaqı heç təxmin etmədiyi dərəcədə yüksək bir səviyyəyə çata bilər. Daha əvvəl heç bilmədiyi, heç yaşamadığı bir ruh gücü və ruh zənginliyi əldə edə bilər. Ancaq əlbəttə ki, bunun üçün əvvəlcə bu gerçəyə tam olaraq iman etməsi, bu mövzuda çox şövqlü və istəkli olması və bunu tətbiq etməkdə bir an olsun tərəddüd etmədən, ciddi bir iradə göstərməsi lazımdır. Bu qərarı verdikdən sonra insanın ruhunu dərinləşdirmək, əxlaqını gözəlləşdirmək, şəxsiyyətini inkişaf etdirmək üçün atması lazım olan müəyyən addımlar vardır.
Əvvəlcə insan öz-özünə müəyyən hədəflər seçməli və nə qədər çətinlik çəkirsə-çəksin, bunları tətbiq edə bildiyini, nəfsinə, ruhuna və bədəninə söz keçirə bildiyini öz-özünə göstərməlidir. Qərar verdiyi bir mövzunu həyata keçirmək üçün güzəştə getmədiyini, iradə göstərə bildiyini və imtina etmədiyini özünə isbat etməlidir. Bu mərhələdə təyin edəcəyi hədəflər müəyyən bir müddət rejim saxlamaq, nizamlı idman etmək, ya da 24 saat heç yorulmadan etdiyi bəzi fiziki fəaliyyətlər də ola bilər. Burada əhəmiyyətli olan insanın iradə göstərməyə, verdiyi bir qərarı tətbiq etməkdə çətinlik çəksə də, bundan imtina etməməyə alışmasıdır. Bədənini təhsilə və söz dinləməyə açıq hala gətirə bilməsidir.
Bu mərhələdən sonra isə bədənilə birlikdə ruhuna da söz keçirməyə başlamalıdır. Yenə özünə müxtəlif hədəflər təyin etməli, beynini bu hədəfləri tətbiq etməyə razı salmalıdır. Bunlar heç əsəbiləşməmək, gözəl səs tonu ilə danışmaq, canlı üslub mənimsəmək, əsaslı və aydın danışmağa çalışmaq kimi hədəflər ola bilər. İnsan ruhunu və beynini çox çevik və çalışqan bir səviyyədə tutmağa niyyət edə bilməlidir. Məsələn, sevinci ruhu ilə yasamağa, sevincin rəngini tutmağa, hər şeyə çox yaxşı niyyətlə və optimist bir gözlə baxmağa və bu dünyagörüşünü həyat tərzi halına gətirməyə qərar verə bilər. Ətrafındakı insanların rahatlığını və xoşbəxtliyini hədəfləməyə, özündən çox başqalarını düşünən bir ruh halında yaşamağa yönələ bilər. Və nəticə kimi ruhunu və bədənini bütün bu qərarları tətbiqə məcbur edə bilər.
İnsan Allahın icazəsi ilə diqqətli, iradəli və qərarlı bir çalışma ilə bir neçə gündə çox böyük nəticələr əldə edə bilər. Və hər nəticə əldə etdiyi zaman bir daha niyyət edərək, daha dərin bir ruh halına çatıb, daha dərin bir ruh gücü əldə edə bilər.
İnsanın ruhundakı hər dərinləşmə isə Allahı daha yaxşı tanıyıb təqdir edə bilməsinə, Rəbbimizi daha dərin bir eşq və sevgiylə sevə bilməsinə və daha dərin bir hörmətlə qorxub çəkinə bilməsinə vəsilə olacaq. Allahın yaratdıqlarındakı gözəllikləri, dərin mənaları, dərin işarələri daha aydın bir gözlə görüb, daha çox sevə bilməsini təmin edəcək.
İnsan, ayrıca, ruhunda meydana gələn müsbət dəyişikliklərdən ətrafındakı hər kəs kimi özü də çox zövq alacaq. Həyata, dünyaya, hadisələrə və insanlara daha çox rahat bir ruh halı ilə yaxınlaşmanın verdiyi rahatlıq və gözəlliyi yaşayacaq. Yaşadığı gözəl əxlaqdan ötrü Allah insanların ürəyində o adama qarşı bir sevgi, şəfqət, hörmət və istilik meydana gətirəcək.
Allah Onun razılığı üçün belə səmimi və qərarlı bir səy göstərən qullarını inşaAllah axirətdə də nemətlərin ən gözəli ilə mükafatlandıracaq.