Hazırda müxtəlif növ yığcam texnikalar (ürək döyüntülərinin tezliyinin ölçülməsi üçün qolbaqlar, çoxfunksiyalı saatlar və sair) getdikcə populyarlaşır.
Ürək döyüntülərinin tezliyinin ölçülməsi üçün yeni cihaz isə velosiped dəbilqəsinə quraşdırılacaq.
LifeBEAM şirkətinin SMART dəbilqəsi ürək döyüntülərinin tezliyinin ölçülməsi üçün daxili datçik, həmçinin akselerometr, Bluetooth modul və 15 saat avtonom iş vaxtına imkan verən akkumulyatorla təchiz ediləcək.
Dəbilqə velosipedçinin ürəyinin vəziyyəti haqqında, həmçinin akselerometrdən məlumat əldə etdikdən sonra istifadəçi bu informasiyanı öz ağıllı telefonuna göndərə və ya USB port vasitəsilə öz kompüterinə daxil edə bilər.
Dəbilqənin sonrakı modelinə qəza xəbərdarlığı, lokator, GPS-naviqator və proyeksiya edilən ekran daxil ediləcək. Hazırda dəbilqənin prototipi mövcuddur. Təxmini qiyməti 150 dollar olacaq. Yalnız kütləvi istehsal üçün lazımi məbləği toplamaq qalıb.
Nefsini saxlaya bilmemeyin zererleri - İnsan nəfsi o təamı zəhərə çevirir
“Nəfsini saxlaya bilməmək həyatı davam etdirmək üçün yaradılmış ərzağı ölüm zəhərinə çevirir”.
Şəkər insanın qocalma prosesinə birbaşa təsir edir və çox ziyandır. Ən müxtəlif xəstəliklərin - xüsusilə dərinin qocalması, qırışların əmələ gəlməsi, ürək-damar, qan dövranı və s. bir sıra xəstəliklərin yaranmasında və inkişafında şəkərin rolu böyükdür. Tibb elmi şəkəri çoxdan “ağ ölüm” elan edib. Ondan uzaq olun, heç olmasa, ondan istifadəni minimuma endirin ki, xəstələnməyəsiniz.
Şəkərin orqanizmə xeyri və ziyanları barədə yüzlərlə kitablar yazılmış, elmi araşdırmalar aparılmışdır. Əslində şəkəri bizim tanıma tariximiz o qədər də uzaq deyil, 150 ili ötər, ya ötməz. Şəkər yaxın keçmişə qədər əhalinin yalnız zəngin təbəqəsinin istifadə etdiyi ərzaq növü idi. Özü də çox baha olduğundan apteklərdə qramlarla satılardı.
Şəkərin vətəni Hindistandır. Təxminən 2300 ildir ki, istifadə edilir. Avropada qədim romalılara da məlum idi. Qəhvəyi rəngli şəkər dənəcikləri şəkər qamışının şirəsindən hazırlanır, Hindistandan Avropaya gətirilirdi. Misir və Roma imperiyasının əyalətləri şəkər satışında Hindistana vasitəçilik edirdilər. Sonradan şəkər qamışı Siciliya və Cənubi İspaniyaya gətirilsə də, bu iş burada davam etdirilmədi.
Çuğundurun kəşfi
Rusiyaya şəkər XI-XII əsrlərdə gətirildi. Şəkəri knyazlar və ona yaxın adamlar dada bilərdilər. Rusiyada ilk “Şəkər Palatası” XVIII əsrin sonlarında l Pyotr tərəfindən açılmışdı. Şəkərin xammalı yalnız xaricdən gətirilirdi. 1802-ci ildə isə şəkər yerli xammaldan, şəkər çuğundurundan istehsal olunmağa başladı. Əvvəlcə, Tula vilayətində şəkər çuğunduru əkininə başladılar, sonra isə digər rayonlarda bu işi xeyli genişləndirdilər.
Alman kimyaçısı Andreas Marggraf 1747-ci ildə şəkər çuğundurunun tərkibindəki şəkərlə şəkər qamışındakı şəkərin eyni olduğunu kəşf etdi.
Kiçik kubiklər kimi qənd ilk dəfə Çexoslovakiyada 1843-cü ildə istehsal olunub. İndi həmin yerdə - Daçitse şəhərində zavodun önündə kubşəkilli qəndin simvolik heykəli qoyulmuşdur.
Qənd olmamış meyvə vardı
Qədim insanlar orqanizmin şəkərə olan ehtiyacını bal və meyvələrlə ödəyirdilər. Tərkibində saxaroza olan bəzi çiçəklər də bəzən bu məsələdə insanların işinə yarayırdı. Qədim Hindistanda şəkər maduk ağacının çiçəyindən alınırdı. Afrikada da müxtəlif bitkilərin çiçəklərindən şəkər almaq üçün istifadə edilirdi.
İlk dəfə Yaxın Şərqdə şəkər qamışı istehsalına eramızın əvvəllərində başlanması da sübut edir ki, insanın indiki şəkərdən istifadə etməsi o qədər də qədim deyil.
Enerji mənbəyi
Bizim istifadə etdiyimiz şəkər şəkər qamışının gövdəsindən və şəkər çuğundurundan istehsal olunur. İndi dünyada istehsal olunan şəkərin 40 faizi şəkər çuğundurundan, 60 faizi isə şəkər qamışından alınır.
Orqanizmə daxil olan şəkər - saxaroza, cəmi bir neçə dəqiqə ərzində qlükoza və fruktozaya çevrilərək enerji mənbəyi olur. Şəkər enerjidən başqa, heç bir bioloji dəyərə malik deyildir. Şəkərin hər 100 qramı ~ 409,2 kkal enerjiyə malikdir.
Şəkər faydalıdırmı?
Şəkərin mənfi xüsusiyyətləri də var:
1. O verdiyi enerjidən başqa, heç bir qidalandırıcı dəyərə malik deyil.
2. Həmin enerjini orqanizm başqa ərzaqlardan alsaydı, daha faydalı olardı, həm də əlavə vitamin və mineral maddələr qəbul etmiş olardı.
3. Şəkər dişin düşmənidir. İnsanın agzında olan bakteriyalar şəkərlə reaksiyaya girərək turşu əmələ gətirir ki, bu da dişin emal qatını dağıdır, karies əmələ gətirir.
4. Artıq miqdarda şəkər qəbulu orqanizmdə piylərin artmasına gətirib çıxarır, kökəlmə və insanın bədən fiqurunun pozulmasına səbəb olur.
5. Şəkərin glikemik effekti vardır. Məsələn, insan şirin pirojna yeyən kimi şəkər ani olaraq qana sovrulur. Qanda şəkərin miqdarı artmağa başlayır. Mədəaltı vəz insulin ifraz edir və həmin insulin şəkərin miqdarını ciddi ölçüdə aşağı salır. Beyinə siqnal gedir: - “Bir az da dadlı şəkər yesən, pis olmaz”. İnsan yenə pirojnadan dadır. Buna qarşılıq olaraq mədəaltı vəz insulin ifraz edir. Nəticədə davamlı olaraq orqanizmdə insulin əmələ gəlməyə başlayır. Bu isə xroniki diabet və infarkt qazanmaq riskini artırır.
6. Qanda saxarozanın miqdarının artması ateroskleroz, işemiya və hipertoniya xəstəliklərinə tutulma riskinin yüksəlməsinə gətirib çıxarır.
7) İnsanın immun sistemi pozulur.
8) Şəkəri sevənlər çoxlu miqdarda vitamin B1 qəbul etməli olurlar. Bu, onların yediyi şəkərin həzmi üçün tələb olunur.
Faydalı cəhətləri:
1) Şəkər bizdə xoş duyğular oyadır. Şəkər yeyərkən əmələ gələn insulin beyində serotin və dofamin ifrazına səbəb olur. Bunlar isə xoşbəxtlik hormonları olduğundan insan özünü məmnun hiss edir, kefi kökəlir.
2) Orqanizmə daxil olan şəkər qlükozaya çevrilir, o isə bizi enerji ilə təchiz edir.
Şəkər əvəzediciləri ziyanlıdır
Şəkər əvəzediciləri, məsələn, aspartame (E951), asesulfam (E950) az kalorili olmaqla yanaşı, şəkərdən 200 dəfə şirindir. Bu ən geniş yayılmış kimyəvi şəkər əvəzləyicisi olsa da, ən ziyanlısıdır. Uzun müddət qəbul edildikdə başağrısı, qulaqlarda səs, depressiya, allergiya və s. xəstəliklər əmələ gətirir. Güman edilir ki, kansorogen xüsusiyyətləri də vardır.
Qlükoza uzun müddət vena damarlarına vurularaq müxtəlif ürək-damar, əsəb sistemi və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilirdi.
Artıq səhiyyə tədricən bundan imtina etməyə başladı. Aydın oldu ki, xüsusilə, yaşlı admda bu, piylənməyə və qanda şəkərin miqdarının yüksəlməsinə gətirib çıxarır. Əgər gənclərin gündəlik karbohidrat ehtiyacı sutkada 400-500 milliqramdırsa, yaşlı adamlarda bu göstərici cəmi 100 milliqramdır.
Karbohidratlar
Onu da bilməliyik ki, karbohidratlar təkcə şəkər demək deyil, həm də bal, meyvələr, undan bişirilmiş ərzaqlardır. Bunlardakı şəkər orqanizmdə tez həzm olunaraq qana sovrulur. Şəkər əvəzinə meyvə-tərəvəzdən istifadə edilsə, daha yaxşı olar. Meyvə və gilə-meyvələrdə vitaminlərin bolluğu onlardan istifadəni daha məqsədəuyğun hala gətirir. Arı balı da vitamin, üzvi turşular, duzlar, fermentlərlə zəngindir ki, orqanizmin də bunlara tələbatı hədsizdir və bu qidanın qəbulu ilə daha rahat nəfəs alır.
Qəhvəyi qənd növü də vardır ki, buna çay və ya kofe qəndi deyirlər. Bəziləri dadına və ətrinə gorə bu qəndi tərifləyir, bəziləri də gec həzm olunduğuna və insanı kökəltdiyinə görə bəyənmirlər. İstehsalçılar onu ekoloji təmiz elit məhsul adlandırırlar. Dietoloqlar isə təmizlənmədiyindən tərkibində başqa qarışıqların olduğunu və kalorisinin yüksəkliyini əsas gətirərək, ondan istifadəni məsləhət görmürlər.
Uzaq olun ki, sağlam olasınız
Müxtəlif içkilərdəki şəkər və karbohidratlar insanın fiziki iş qabiliyyətini artırır, beyindəki məmnunluq mərkəzlərini stimullaşdırır. Bu effekt hətta bircə qurtum şirin içki alıb kənara attıqda belə ozünü göstərir. Amma tərkibində şəkər olmayan şəkər əvəzedicilərindən istifadə edildikdə isə bu effekt hiss edilmir. Yəni orqanizmə əsas təsiredici şəkərin dadı yox, kalorisidir.
Ağrı da bir sınaqdır və onu keçən insanlar daha güclü olurlar
Hər bir adam fiziki ağrının nə olduğunu yaxşı bilir və heç olmasa, bir dəfə də olsun bunu yaşayıb. Hər adama fəqli təsir edən ağrı insana əziyyət verməklə yanaşı, həyatına da təsir edir. Ağrı qorxu, qəzəb, əsəbilik kimi hissləri də qıcıqlandıraraq insanın həyata və başqalarına olan münasibətini dəyişdirir. Lakin ağrı həm də insana özünü dərk etməyə də kömək edə bilər.
Ortayaşlı Sərmayə Ələkbərovanın sözlərinə görə, ad gününü qeyd etmək üçün xeyli qonaq çağırsa da, güclü baş ağrısına görə ad gününü istədiyi kimi qeyd edə bilməyib. Ətrafdakılara başının ağrıdığını və heç cür bunun qarşısını ala bilmədiyini desə də, bunu anlayan olmayıb. Dediyinə görə, hətta bəziləri onun diqqətsiz olduğunu zənn edərək küsüblər: "Bəziləri isə onlardan xoşlanmadığım üçün belə rəftar etdiyimi düşündülər. Bir sözlə, ad günümdə şənlənmək alınmadı".
Əhvala mənfi təsir etdiyi kimi güclü ağrılar iş qabiliyyətini də aşağı salır. Xəstələr çox vaxt ağrını təsvir etməkdə çətinlik çəkir. Ağrı iti, yandıran, sakit və ya şiddətli, sancan, gəlib-gedən olur. Ağrının nə olduğunu hamı bilsə də, çəkdiyin ağrının nə qədər güclü olduğunu başqasına başa salmaq çox çətindir. Ağrını hər insan fərqli keçirir.
Psixoloq Samir Bağırov hesab edir ki, ağrının insana təsiri onun yaşından, tərbiyəsindən, hansı millətdən olmasından, hətta insanın hansı vəziyyətə düşməsindən asılıdır. Müxtəlif vəziyyətlərdə müxtəlif insanlar eyni bir ağrını fərqli yaşaya bilərlər. Həyatı boyu çox ağrı ilə üzləşən adam ağrıları daha asan keçirir, ona görə ki, ağrını hiss etməyə artıq öyrəşib. Eləcə də ağrıya tərs insanlar daha yaxşı dözə bilir. Hər bir xırda xoşagəlməz hadisəni, soyuqdəyməni belə şişirdən insanlar üçünsə ağrı dözülməzdir. Onlar ağrı yaşayan zaman gileylənməyə və ətrafdakıların diqqətini özünə yönəltməyə meyllidirlər. Eləcə də məlumdur ki, qadınlar həyatı boyu ağrıya daha çox öyrəşsələr də, kişilərə nisbətən ağrını daha tez hiss edir və ağrıya çətin dözürlər. Kişilər isə daha dözümlü olmaqlarına baxmayaraq, ağrını təhlükə, həyəcan siqnalı kimi qəbul edir və bu hisslə bacara bilmirlər. Ağrı onlar üçün, ilk növbədə, təhlükədən xəbər verən siqnal kimi başa düşülür.
Fiziki ağrının nə olduğunu hamı bilsə də, ağrı çəkən insanı hər adam anlaya bilmir. Nəticədə ağrı çəkən insan aqressiv, əsəbi, qəmgin və bədbin olduğu üçün başqalarından təcrid olunmağa başlayır. Hətta yaxınları belə adamın davranışını normal qəbul edə bilmirlər. Bununla yanaşı ağrı çəkən insanların yaxınları da bunu özlərinə dərd edirlər. Xüsusilə də xəstə uşaqların valideynləri onların ağrı çəkdiyini bilərək bunun qarşısını ala bilmədikləri üçün çox dərd çəkirlər.
Güclü ağrı insanlarda ölmək, intihar etmək kimi fikirlərə də səbəb olur. Bəzi hallarda insan sadəcə belə ağrılara dözə bilmir. Lakin ağrının müsbət tərəfləri də var. Ağrı insanı özünü dərk etməyə, ağrısız yaşanan həyatın nə qədər dəyərli olmasını anlamağa kömək edir. Psixoloq bildirir ki, istənilən keçə bildiyimiz sınaq bizi sındırmır, əksinə daha güclü edir. Ağrı da bir sınaqdır və onu keçən insanlar daha güclü olur. Həm də insan özü ağrı yaşamasa, başqa insanın ağrı çəkdiyini başa düşüb ona qarşı səbrli davrana bilməz. Ağrı həm də insana sahib olduqlarının qədrini bilməyi, həyata dəyər verməyi öyrədir. İnsan güclü ağrılara qalib gələn zaman özünə inamı artır. Bəzi insanlar isə son günlərinə kimi ağrı ilə yaşamağa məcbur olur. Belə adamlar ağrı ilə yaşamağa öyrənirlər. Belə ki, insan ağrıdan güclü də ola bilər, zəif də. Uzun müddət ağrı çəkən insanlar bundan qurtulduqda sağlam və az ağrı çəkənlərə nisbətən çox şeyi dərk edir, özlərini və həyatlarını da yaxşıya doğru dəyişdirirlər. Ağrı insanı güclü edir və ağrısız keçən dəqiqələrin belə necə də gözəl olduğunu anladır.
Fiziki ağrıların verdiyi əzablarla üzləşən adamlar bildirir ki, ağrı kimi sınağı onun əhəmiyyətli olduğunu dərk etdikdə daha asan keçmək olur. İnsan biləndə ki, onun çəkdiyi ağrı nəyəsə kömək edəcək, bunun nə üçünsə xeyri var, əhəmiyyətli bir şey üçün ağrı çəkir, onda dözə bilir. Məsələn, insan düşünəndə ki, ağrı onun sağalmasına, özünün və ya kiminsə xilas olmasına kömək edəcəksə ağrıya qalib gələ bilir. Hər şey ruh yüksəkliyindən və fikirlərimizin axdığı istiqamətdən asılıdır. Bu səbəbdən də hətta xroniki ağrılar zamanı bunun əbəs yerə olmadığını düşünmək və bunun mənasını tapmaq olar. Yoqa, meditasiya, psixoterapiya belə hallarda insana kömək edir. Hətta insan ölüm ayağında belə bu üsullardan istifadə etməklə təsəlli tapa bilər. Bir çox öləcəyini bilən xəstələr hesab edir ki, ağrı və xəstəlik onlara həyatda vacib olan dəyərlərin nə olduğunu anlatdı. Ağrı həyata olan baxış tərzini və insanın özünü dərkini dəyişdirir.
Almalı-qozlu kokteylin terifi ve terkibi - Almalı-qozlu kokteylin hazırlanma qaydası
Tərkibi:
2 alma
0,5 l süd
2 x.q. qoz
0,5 st. şəkər tozu
Almaları təmizləyib sürtgəcdən keçirin, üstünə şəkər tozu səpib qarışdırın. Südü qaynadıb soyudun, almanın üstünə tökün. Bunu mikserlə çalın. Stəkanlara süzün, üstünə qoz səpin.
“Son vaxtlar geyimimizə görə bizi tənqid edirlər”. Bunu Lent. az-a açıqlamasında əməkdar artist, Opera və Balet Teatrının solisti Gülyaz Məmmədova deyib. Sənətçi onları tənqid edənlərə cavab verib: “ Gülyanaqla həmişə uzun ətəkli geyimdə çıxış etmişik. Amma son vaxtlar qısa da geyinirik. Bu da söz-söhbətə səbəb olur. Deyirlər ki, bu qızlar axır vaxtlar dəyişib, açıq - saçıq geyinirlər. Biz axı hər tədbirə qısa geyimdə qatılmırıq. Bu yaxınlarda Gülyanaq bir layihə üçün saçının rəngini dəyişmişdi. Dərhal tənqid etdilər. O da məcbur olub, əvvəlki rənginə qaytardı. Başa düşmürəm , biz ayrı imicdə görünə bilmərik?” - deyə müğənni əlavə edib.
Ukrayna müğənnisi Andrey Yurits "Səndən Nigaranam" mahnısını yeni versiyada ifa edib. Sözləri Baba Vəziroğluna, musiqisi Kamala aid olan mahnı bu dəfə ingilis dilində səsləndirilib. "One more chance" adlanan mahnının yeni versiyası müəlliflərin də xoşuna gəlib. Andrey Yuritsi Lent. az-a açıqlamasında mahnını məhz Nəsibə Abdullayevanın ifasında bəyəndiyini söyləyib. Yaxınlarda mahnıya klip də çəkiləcək. Azərbaycan və dünya kanallarında yayımlanacaq.
Qeyd edək Andrey Ukraynada keçirilmiş " Chance" nin qalibidir və hazırda OTV kanalında əyləncəli şounun aparıcısıdır.
Rəqqasə Fatimə Fətəliyeva Musiqili komediya teatrının “Təbəssüm” rəqs qrupu ilə böyük layihə üzərində çalışır. Öz təəssüratlarını Lent. az-la bölüşən rəqqasə bildirib ki, bir aya yaxındır, məşqlər davam edir: “ Neçə müddətdir ki, qrupun rəqs çalışmaları ilə məşğulam. Bu qrupla davamlı olaraq işləmək barədə razılaşma əldə etmişik. Layihə Novruz Bayramı ərəfəsində gerçəkləşəcək .” - deyə o, əlavə edib.
Müğənni Niyam Salami yeni klipinin çəkilişlərinə başlayıb. Lent. az-ın verdiyi xəbərə görə, musiqisi Sərxan Sərxana aid olan "Ay gecikən məhəbbətim" mahnısının çəkiliş prosesi davam edir. Müğənninin bildirdiyinə görə, bu mahnı onun ifasında sevildiyi üçün bu addımı atıb. Klipi rejissor Anar Hüseynov çəkir.
Əməkdar artist Ədalət Şükürov və müğənni Könül Kərimova Novruz Bayramını Moskvada keçirəcəklər. Lent. az-ın məlumatına görə, martın 21-də onların "Bakı Bulvarı"ında konserti olacaq. Tədbiri Tünzalə Əliyeva (Toppuş) və Fərda Xudaverdiyev idarə edəcək. "Odlar Yurdu" rəqs qrupunun iştirakı da nəzərdə tutulub.
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı bildirilir.
Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
1. Lazımsız zarafatlar, möminin ağırlıq və ciddiyətini aradan qaldırar.
2. Əmrə laqeyd davranmaq, komandiri tanımamaqdan irəli gəlir.
3. Sanma şahım hər kəsi sən sadıqanə yar olar,
Hər kəsi sən dostmu sandın, bəlkə o, əğyar olar.
Sadıqanə bəlkə o cihanda, dildar olar,
Yar olar, əğyar olar, dildar olar, sərdar olar.
4. Bu dünya padşahların əməl dəftəridir. Yaxşı olsalar, yaxşılıqla, pis olarsa, pisliklə xatırlanarlar.
5. Çoban qurdun işinə razı olarsa, it yada hürməz.
6. Qüvvətin ən pisə istifadə edilmiş şəkli, zorla "bəli" dedirtməsidir.
7. Qüvvət haqq doğurmaz, ancaq qanuni- qüvvəyə itaət məcburdur.
8. İnsanlar da balıqlar kimi yaşayarlar.Daima böyüklər kiçikləri yeyər.
9.Qüvvətli olanın mütləq haqlı olması gərəkməz. Qüvvətli kimsə guləşdə başqalarını məğlub edən deyil, qəzəb halında nəfsinə hakim olandır.
10. Hər canlıya Haqq layiq olan cövhəri verər,
Tırtıl iki diş tapsa əgər meşəni yeyərdi.
Əgər pişiklər həftədə bir gün uça bilsə,
Dünyada bütün sərçələrin nəsli bitərdi.
11. Sənin əsrində yaşamadığım üçün təəssüf edirəm (kədərliyəm) ey Məhəmməd(S.a.s.). Öyrədəni və nəşr edəni olduğun bu kitab sənin sözlərin deyildir. Bunun Allahdan gəldiyini inkar etmək, mövcud elmlərin yalnışlığını irəli sürmək qədər gülüncdür. Bunun üçün insanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Mən hüzuru- məhəbbətində hörmətlə eyilirəm. Sitat-"Prens Bismark".
12. Müasir elmin 14 əsr geridən təqib etdiyi Qurana and içirəm ki, O Allah kəlamıdır.
13. Fateh Sultan Məhmədin Orta çağı bağlayıb, Yeni çağı açması yaşadığı dövrə ayaq uydurmasından deyil, Qurana uyub, yolundan getməsindəndir.
14. Nə qədər Quran oxuyucuları vardır ki, Quran onlara lənət edər.
15. Qonşunla dava etmə, qonaq gedər o, qalar.
16. Öz səviyyəndə olanı qonşu et.
17. Bir əldə qədəh, bir əldə Quran,
Bir halaldır işimiz, bir haram.
Bu yarım yamalaq dünyada,
Nə tam kafirik, nə tam müsəlman.
18. Allah üçün atəşə atılmaq vardır. Lakin atəşə atılmadan əvvəl, özündə İbrahimlik olub- olmadığını araşdır. Çünki atəş səni deyil, İbrahimləri tanıyar və yandırmaz.
19. Əl əlin eşşəyini mahnı oxuyaraq tapar.
20. Xoşuna gedən qonşunun evi də, kəndi də, Cənnət kimi görünər. Üzünü görmək istəmədiyin qonşunun yanında isə Cənnəti Cəhənnəmdir.
21. İnkişaf edən zəkaları kitablarla bəsləməyən millətlər ziyana məhkumdur.
22. Kitablaran öncə özümüzü oxumağa çalışaq.
23. Kitablar, fikirlər hərbinin silahıdır.
24. Uca taxta minənlər yerə düşdü,
Uca mənəm deyənlər, ağcaqanaq üstü.
25. Tülkü dərisinin altında oğurluq satmaya nə gərək vardı?
Bilərsənmi ki, rəhmətli toyuqlari, o dərinin altında çalardı.
26. Allah dostıarı o kəslərdi ki, insanlar dünyanın görünüşünə baxdıqları zaman, onlar dünyanın iç üzünü görürlər.
27. Dünyadaki heç bir yol qəlb ilə beyin arasındakı qədər uzun deyildir.
28. Cömərdlikdə, yardım etmədə axar su kimi ol,
Şəfqət və mərhəmətdə Günəş kimi ol,
Başqalarının qüsurunu örtmədə gecə kimi ol,
Hiddət və əsəbiyyətdə ölü kimi ol,
Təvazökarlıq və alçaq könüllülükdə torpaq kimi ol,
Tolerantlıqda dəniz kimi ol,
Ya olduğun kimi görün, ya göründüyün kimi ol!
29. Meşə kölgəsində cücərən yosunlar, çox dəfə özlərini meşə fidanı sanarlar.
30.Hadisələri və düşüncələri kritik etmək üçün cins zəka istər, fəqət təqlid etmək üçün çox zəki olmağa gərək yoxdur.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
[HR][/HR][HR][/HR]
1. Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır.
بَرَاءَةٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ
2. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müşriklər Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir.
فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۙ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَ
3. Bu, Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olmasını elan edəcək bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri ağrılı-acılı bir əzabla müjdələ.
وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِنْ تُبْتُمْ فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍ
4. Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.
إِلَّا الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنْقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
5. Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
6. Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür.
وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ
7. Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir.
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِنْدَ اللَّهِ وَعِنْدَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدْتُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
8. Necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.
كَيْفَ وَإِنْ يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُمْ بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ
9. Onlar Allahın ayələrini ucuz qiymətə satır və insanları Onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir!
اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَنْ سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ
10. Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır.
لَا يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلًّا وَلَا ذِمَّةً ۚ وَأُولَٰئِكَ هُمُ الْمُعْتَدُونَ
11. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən adamlara beləcə izah edirik.
فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ ۗ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
12. Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə böhtan atsalar, onlarla vuruşun, çünki onlar anda əhəmiyyət verməzlər. Bəlkə, küfrdən əl çəkələr.
وَإِنْ نَكَثُوا أَيْمَانَهُمْ مِنْ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ ۙ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنْتَهُونَ
13. Məgər siz andlarını pozan, Peyğəmbəri öz yurdundan qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.
أَلَا تُقَاتِلُونَ قَوْمًا نَكَثُوا أَيْمَانَهُمْ وَهَمُّوا بِإِخْرَاجِ الرَّسُولِ وَهُمْ بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَوْهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
14. Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin
قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنْصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُؤْمِنِينَ
15. və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir.
وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ اللَّهُ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
16. Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır.
أَمْ حَسِبْتُمْ أَنْ تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَلَمْ يَتَّخِذُوا مِنْ دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
17. Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.
مَا كَانَ لِلْمُشْرِكِينَ أَنْ يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنْفُسِهِمْ بِالْكُفْرِ ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ
18. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar.
إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَٰئِكَ أَنْ يَكُونُوا مِنَ الْمُهْتَدِينَ
19. Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz.
أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ ۚ لَا يَسْتَوُونَ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
20.İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır.
الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ ۚ وَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ
Nece DUA etmeli - Dua edərkən qəlbinizdə Allahdan başqası olmasın
Bir şəhərdə çox kasıb, borc içində olan bir kişi yaşayırdı. Axşam vaxtı namaz qılmaq üçün məscidə gəlir və namazının sonunda əllərini qaldırıb, Allaha dua etməyə başlayır. Allahdan ruzi-bərəkət, onu borcdan qurtarmasını istəyir. Bu duadan sonra Peyğəmbərimiz (s.a.s.) şəhərin varlı bir mömininin yuxusuna girir və deyir: "Ey ərəb, filan yerdə yaşayan bir kişi var və onun filan qədər borcu var". Bu mömin kişi sevincək yuxudan oyanır, Peyğəmbəri (s.a.s.) yuxuda gördüyünə çox şad olur. O biri gecə yenə yuxusunda Peyğəmbərimizi (s.a.s.) görür. Amma bu dəfə incik bir halda gəlir və kişiyə deyir: "Mən axı sənə demişdim ki, filan kişinin bu qədər borcu var, ona kömək etmək lazımdır". Kişi pərişan halda yuxudan oyanır. Səhəri həmin məscidə gedir. Görür ki, elə Allah Rəsulunun (s.a.s.) təsvir etdiyi kimi bir kişi əlini açıb Allaha dua edir. Mömin kişi bu dua edən kişinin yanına yaxınlaşır və deyir:
- Qardaş, al bu sənin borcunu ödəyəcək qədər pul, bu artıq olan da sənə hədiyyəm olsun.
Sonra kişiyə öz ünvanını verir:
- Nə vaxt ehtiyacın olsa, gəl bu ünvana sənə kömək olaram.
Kişi deyir:
- Allaha həmd olsun. Sənə də təşəkkür edirəm ki, kömək oldun. Amma bu ünvan mənə lazım deyil. Mən dünən Allahdan istədim və Allah mənə pul yetirdi. Sabah da, nə vaxtsa ehtiyacım olsa yenə Allahdan istəyəcəm, O da mənə bir yolla ruzi yetirəcək.
Əzizlərim, dua edərkən çalışaq ki, qəlbimizdə Allahdan başqası olmasın. Allah "xeyrul raziqin"dir, yəni ruzi verənlərin ən xeyirlisidir. İnşallah Allah bütün dua edənlərin dualarını qəbul edər. Amin.
Bir gün Cəbrail Rəsulallah (səlləllahu əleyhi və alihi və səlləm)-ə ərz etdi:
Adamların həşrinin (qəbirdən qalxmasının) necəliyini görmək istəyirsənmi? Buyurdu: Bəli. O, Həzrəti “Bəqi” qəbiristanına apardı, ayağını qəbrə vurub dedi: Allahın izniylə, qalx! Qəbirdən nurani bir şəxs baş qaldırdı və “həmd olsun Allaha ki, Öz və”dəsinə vəfa etdi” dedi. Sonra ayağını başqa qəbrə vurdu. Qorxunc görkəmli bir şəxs qəbirdən qalxıb, nalə çəkdi. Cəbrail ərz etdi: Mö᾽min və kafir, qəbirdən bu sayaq baş qaldırar.
QİYAMƏT TEZ GƏLƏRMİ?
Rəvayətə görə, mö᾽minlər (bərzəxdə) axirət ləzzətini daddıqlarından, Qiyamətin tez başlamasını Allahdan istəyərlər. Amma günahkarlar əzab nümunəsini gördüklərindən, “Xudaya, bizi yerimizdəcə saxla”, deyərlər.
ALÇALDAN VƏ UCALDAN GÜN
Bə᾽zi adamlar dünyada təqvaya (Allahın Öz bəndələrindən istədiyi pəhrizkarlığa) malik olduqları halda alçaldılmış, hörmətsiz tutulmuşlar. Əksinə, bə᾽ziləri də dünyada möhtərəm, böyük tutulsalar da (ən əsası) təqvaları olmayıb. Qiyamət elə bir gündür ki, təqvalılar ucaldılacaq, təqvasızlar alçaldılacaq.
İÇ ÜZLƏR AÇILAR
Həmin gün insanların iç üzləri açılar. Ey dünyada diqqətlə abır-həya gözləyənlər, heç sabahkı günün (Qiyamətin) xəcalətini düşünürsünüzmü?! Həmin gün daxili mələk olanların surəti məlaikə, daxili yırtıcı, şəhvətcil olanların surəti meymun, it surətinə düşər. Son məniziliniz üçün bir iş görmüsünüzmü ki, sonradan xəcalət çəkməyəsiniz? Qarşıda nələr olacağını bilirsinizmi? Bilirsinizmi ki, məhşər səhrasında üryansınız, yoxsa yox?!
Qadınların ağlama sebebleri - Qadınlar niyə ağlayır
Bir qadını ağlatmaq çox çətin deyil. Qadınlar hər şeyə ağlaya bilərlər, bir filmə, bir mahnıya, bir yazıya.
Kişilər kimi yəni. Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatıb demək.
Amma o ürəyinin dəyərini bilməmiş olacaq ki, ağladan gözünü belə qırpmadan tək-tək iynələri batırır ürəyinə.
O zaman böyük bir yumruq gəlir, tıxanır qadının boğazına. Udquna bilməz, nəfəs belə ala bilməz, çünki o böyük yumruq onu çox ağrıdır.
Gözləri nəmlənir qadının sonra.
'Ağlamayacağam' deyər içindən. Amma əngəl ola bilməz. Çünki biriləri onun ürəyinə qədər gedib çıxıb və iynələri saplamaqdadır.
Bu ağrıya nə qədər dözə bilər ki, qadın. İncə-incə süzülür yaşlar gözündən, əvvəlcə bir neçə damla, sonra leysan...
Və qadın ağlar, həm də çox...
Sanmayın ki, gedənə ağlayar qadın. Gedənin qopartdığı yerdir onu ağladan, orda qoyduğu yaradır.
O yaranın heç zaman qaysaqlanmayacağını, qaysaqlansa belə izinin qalacağını bilər qadın, buna görə ağlar.
Amma bilirsinizmi, ağlamaq qadını yetkinləşdirir. Hər damla daha çox qadın edən qadınları. Hər damla bir dərsdir çünki.
Bəzi qadınlar ağlayanda çox adam 'ağlama, niyə ağlayırsan ki, o bu göz yaşlarına dəyməz' deyirlər.
Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamasalar ölərlər. İçlərindəki zəhərdir onları öldürən.
Ağlayaraq öz zəhərdən xilas olur qadınlar, yaralarındakı o irini təmizləyərlər. Çünki bilirlər ki, o irin təmizlənməsə iltihaba çevrilir yaraları.
Amma gərək çevrilməsin yara iltihaba. Buna görə çox ağlayırlar. Zaman keçər sonra.
Qadınlar özlərinə sarılmağı, özlərini qucaqlamağı öyrənirlər. Ümid edirəm ki, öyrənirlər, yoxsa ruhlar əyri yollara vurarlar özlərini.
Yolunu azan ruhun doğru yolu tapması yeni acılar deməkdir. Bunu bilir qadınlar, buna görədə əvvəl-axır öyrənirlər özlərinə sarılmağı.
Çox ağlayan qadınlar çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirir qadınları, amma yetkinləşdikcə sadəlövhcə inandıqları eşq gerçəyi onların gözündə kiçilir.
Kiçildikcə dəyərini itirir və bax, o zaman özlərinə sarılıb yeni bir qadın yaradırlar özlərindən. Güclü, məğlubedilməz, məğrur və... eşqə inanmayan.
Adamlar çox vaxt soruşurlar, nəyə görə bu qədər subay qadın var deyə; hamısı da karyera dərdində.
Çünki inanclarını itirdi o qadınlar. Zamanla ürəklərinə o qədər iynə saplandı, o qədər çox ağladılar ki.
Artıq özlərindən başqa doğru olmadığına inanırlar və buna görə özlərinə sarılırlar.
Çünki bilirlər ki, sarıldıqları adamlar onlara layiq olmadı, həm də heç bir zaman. Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.. Başqa nəyə görə sarılsınlar ki?
Niyə sarılaq ki?
Ətrafımızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, o böyüyür, yetkinləşir.
Bilin ki, o gerçəkləri qəbul etməyə başlamışdır.
Bilin ki, artıq eşqin olmadığına inanmışdır.
Bilin ki, qucaqlamalı ancaq bir şeyi qalmışdır.
O da kim, nə deyə soruşmayın.
Çox ağlayan qadınlar əvvəldə axırda özlərini qucaqlayırlar çünki.
Qadınların tez-tez işletdiyi sözler - Qadınların işletdiyi 9 tehlükəli cümle
1. "Hə, lap yaxşı!"
Adətən bu sözü qadınlar mübahisənin axırında - haqlı olduqları və sizin susmağınızın (mumlamaq) gərəkli olduğu zaman işlədir.
2. "Cəld gəlirəm! 5 dəqiqə!"
Bu ifadə iki mənada işlənə bilər: Əgər qadın bu ifadəni evdən çıxmağa hazırlaşarkən söyləsə, "5 dəqiqə" yarım saata qədər bərabərləşəcək. Amma, "ev işlərində yardım etmək" üçün sizə futbol oyununun birinci hissəsini izləməyə fəqət beş dəqiqə vaxt veriblərsə, o zaman əmin olun, bu düz beş dəqiqə sürəcək!
3. "Heç nə baş verməyib"
Bax bu isə, tufandan qabaqkı sakitçilikdir. Bu "heç nə" mütləq nəyisə ifadə edir, belə ki, ayıq olun. "Heç nə baş verməyib (olmayıb)" dən başlayan mübahisələr, adətən "mükəmməl" nəticələnir.
4. "Di (tez ol), davam elə"
Bu çağırışdır, icazə vermək deyil. Buna görə də, nəbadə davam edəsiz!
5. Ucadan ağır nəfəs alma (köksünü ötürmə)
Sözlə ifadə olunmayan bu bəyanat çox vaxt kişilər tərfindən düzgün anlaşılmır. Ucadan nəfəs alma təxminən bunu ifadə edir: O sizi tamamilə ağıldan kəm (gic) hesab edir və anlamır ki, nə üçün zamanını burda durub, sizinlə boş-boşuna mübahisə etməkə sərf edir.
6. "Hər şey yaxşıdır"
Kişinin qadından eşidəcəyi ən təhlükəli bəyanatlardan biridir. "Hər şey yaxşıdır" - sizin səhvinizə görə harda, nə şəkildə altını çəkəcəyiniz barədə düşünməsi üçün taym-aut götürdüyü deməkdir.
7. "Sağ ol" (Təşəkkür edirəm)
Əgər qadın sizə "sağ ol" deyibsə, nə üçün dediyini soruşmayın. Sadəcə olaraq, ona "dəyməz" deyin. Burada incə bir həqiqət, nöqtə var: Əgər sadə bir "sağ ol"un yerinə "Çox sağ ol!" (vurğu "çox" sözünün üzərinə düşürsə) eşitsəz, o zaman onun səsində səslənən xəfif sarkazmı yerindəcə hiss etməlisiz. Bundan sonra heç vaxt "dəyməz" deməyin. Əks təqdirdə "əhəmiyyətli deyil" (boş şeydir) əmələ gələcək.
8. "Əhəmiyyətli deyil" (Boş şeydir)
Bu kişini mühakimə edib, onu ağlı-gümanı olmayan bir yerə "rədd etmək" üçün gözəl qadın üsuludur.
9. "Narahat olma, özüm (edərəm)..."
Yenə də təhdidedici bir bəyanat, daha çox qadının ərindən bir neçə dəfə nəyisə etmək barədə xahiş edib (zibilləri atmaq, evdə sülənən corabları yığmaq, mismarı vurmaq), lakin onun kreslodan belə qalxmadığını aşkar edib, hər şeyi özü etməyə başladığı zaman dediyi ibarədir. Bundan sonra, bu durum "Nə qaydasında deyil?" (və ya "Nə olub axı?") kimi axmaq kişi sualına çevrilir.