Ceylan

Ceylan

Üye
24.05.2011
Üsteğmen
24.931
Hakkında

  • Qadınların nece görünmeleri haqqında - Qadınların en çirkin göründüyü gün


    Mütəxəssislər bazar ertəsi sindromunun çərşənbə gününə təsir etdiyini bildirir.

    ABŞ-da və İngiltərədə bir kosmetika firmasının yüzlərlə qadın arasında keçirdiyi sorğuda çərşənbə gününün ən stressli gün olduğu ortaya çıxıb.

    Aparılan araşdırmalara görə, çərşənbə günü enerji səviyyəsinin tamamilə düşməsi, iş stressinin maksimum artması və həftəsonundan qalan yorğunluğun bütün təsirini göstərməsi nəticəsində qadınlar yaşlı görünür və özlərini yaşlı hiss edir.

    Qadınların özlərini ən xoşbəxt hiss etdikləri gün isə cümə günüdür. İşləməyən qadınların yüzdə altmışı cümə günü özlərini tam xoşbəxt və gümrah hiss etdiklərini bildiriblər.

    Bazar ertəsinin gecəsi isə qadınların ən çox yuxudan şikayətləndikləri gün olaraq açıqlanıb. Yuxusuzluğun göstəriciləri üz və boyun bölgəsində 48 saat sonra öz təsirini göstərdiyi üçün qadınlar çərşənbə günü daha yaşlı görünür və həmin gün bazar ertəsi başladıqları rejimlərinə və cildə qulluğuna ən çox laqeyd yanaşdıqları gün olur.

    alıntı
#14.03.2013 07:38 0 0 0
  • Dırnaq boyaları - Bu ilin dırnaq boya rengleri haqqında

    Xanımlar hər zaman cazibəli görünərək bəylərin diqqət mərkəzində olmağı sevirlər. Zərif məxluqların bu cür cazibəli görünüşünə xüsusi rəng qatan amillərdən biri də dırnaqlardı. Bu ilin ən dəbdə olacaq dırnaq boyaları ilə tanış olaq.

    Ağ rəng
    2013-cü ilin əsas dırnaq boyalarından biri də ağ rəng olacaq. Yaz-yay fəsillərində bu rəng daha çox diqqət çəkəcək. Dizaynerlər xanımlara bu ilin ağ rəngli dırnaq boyalarının müxtəlif çeşidlərini təqdim edib.

    Təbii rənglər
    Dırnaqlar heç vaxt dəbdən düşməyən, özünə uyğun təbii rənglərlə də gözəl görünür. Bu cür təbii rənglərdən gündəlik olaraq və dəbdəbəli mərasimlərdə də istifadə etmək olar. Belə sadə boyalara üstünlük verən xanımlar dırnaqlarını formada saxlamalı, onlara yaxşı qulluq etməlidirlər.

    Qara
    Dizaynerlər qara rəngə də üstünlük verərək yeni dırnaq boyalarını xanımlara təqdim ediblər.

    Metal rəngi
    Qiymətli metalların rəngi bu il dəbdə olacaq. Gümüş, qızıl, mis - yaz-yay podiumunda nümayiş olunaraq ilin ən dəbli dırnaq boyaları sırasında yer alıb.

    İki rəngli dırnaq boyası
    Ötən il yalnız adsız və orta barmaqlarda iki rəngli dırnaq boyasından istifadə edilirdisə cari ildə bu amil bütün barmaqlara aid olacaq.

    alıntı
#14.03.2013 07:36 0 0 0
  • Qadınlar kişilerde ilk neye fikir verirler - Qadınların kişilerde baxdığı ilk 3 şey


    Qadınlar kişilərlər tanış olduğu zamn ilk 3 şeyə diqqət edir. 2 min qadın üzərində aparılan araşdırmanın nəticələrinə görə, kişilər ayaqqabı, ilk işlətdiyi söz və əllərinə daha çox diqqət etməlidir.

    1. Ayaqqabı – Qadınlar niyə ilk olaraq kişilərin ayaqqabısına baxır? Bu sualın cavabı çox sadədir. Ayaqqabılar kişilərin həyat və yaşam və tərzini əks etdirir. Beləcə kişinin ona uyğun olub-olmamasnı müəyyənləşdirirlər. Qadınları ayaqqabının qiyməti və markasından daha çox təmizliyi maraqlandırır. Zövqlü və təmiz geyinmiş kişi hər bir qadına xoş təsir bağışlayır.

    2. Tanışlıq sözləri – Tanışlıq zamanı kişinin işlətdiyi ürəkaçan və xoş sözlər bahalı bir maşından daha təsirli və dəyərli ola bilər. Araşdırmaya qatılan kişilər deyib ki, ayaqqabıdan sonra onların fikir verdiyi ikinci məsələ sözlərdir.

    Digər maraqlı məqam, öz adlarını söylədikdən sonra kişilərin adı bəyənməsi və yenidən təkrarlaması qadınların xoşuna gedir. Fotolarda əli cibində durması cazibədar görünə bilər. Lakin görüş zamanı əli cibində gəzən kişilər qadınları qıcıqlandıra bilər.

    3. Əllər – mütləq təmiz olmalıdır. Kişilər həyatında demək olar ki, yer almayan nəmləndirici kremlərin nə qədər əhəmiyyətli olduğunu təxmin edə bilməzlər. Qadınlar tanış olduğu kişinin əllərinin təmiz, sağlam və quru olmamasını arzu edir. İlk baxışda bu əhəmiyyətli görünməsə də, araşdırma zamanı qadınları narahat edən məqamlar sırasına daxil olub. Çünki ilk görüş qadınların uzun zaman yaddaşında qalır.

    alıntı
#14.03.2013 07:28 0 0 0
  • beyendiyiniz kişileri elde etmeyin yolları - Kişini əldə etməyin ən asan yolu


    Kişilərin diqqətini çəkmək istəyirsinizsə, bunları edin!

    Bəyəndiyinizn kişinin sizə diqqət etmsini istəyirsinizsə, yazılanlara əməl edin. Məsləhətlər sayəsində istədiyinizi əldə etmək mümkün olacaq.
    Bəyənidiyiniz kişinin diqqətini çəkmək üçün işə nədən başlamağı düşünməlisiniz. İlk addım çətin olsa da, onun nələrdən xoşlandığını öyrənin və hərəkətə keçin.

    Yaxın olun

    Yaxın olmaqda məqsəd kişini daha asan ələ keçirmək və təsir qüvvəsini artırmaqdır. Fəqət, ona bu məqsədlə yaxınlşadığınızı qətiyyən hiss etdirməməlisiniz. Ona elə yaxınlaşmalısınız ki, gözləri sizi görə bilsin. Tək oturubsa, yanında da əyləşə bilərsiniz. Xoşunuz gəldiyi kişinin necə bir insan olduğunu bilmək üçün ona yaxınlaşmaq mütləqdir. Əks halda ruhunuzun və enerjinizin bir-birinizə uyğun olub-olmadığnı təxmin edə bilməyəcəksiniz. Əgər gedişat zamanı pozitivlik hiss etmisinizsə, hər şey yaxşı olacaq.

    Daha çox gülümsəyin

    Heç kim, hətta qadınlar da üzündə təbəssüm olmayan biri ilə danışmaq istəməz. Təbəssüm sizi ona daha da yaxınlaşdırmağa kömək edəcək. Gülümsəyən insan onlarla daha yaxşı vaxt keçirə və əylənə biləcəyi işarəsini verir. Lakin bu gülüşü qəhqəhə ilə səhv salmayın. Çünki ilk tanışlıqda dəlilər kimi gülmək səhv başa düşülə bilər. Simanıza yaraşan və təbii şəkildə gülümsəyin.

    Qəhqəhə atın

    Məktəbli qızlar kimi davamlı “hırıldamaq” hər zaman cazibədar olmaya bilər lakin söhbət zamanı gülməli bir hadisə danışılırsa, özünüzü saxlamayın. Burada təbii qəhqəhə yerinə düşər. Qəhqəhə atmaq yumordan anlama hissiyyatının bir göstəricisidir. Bu isə bir çox kişilərin xoşuna gəlir. Danışdıqlarına gülsəniz, onun özünü yaxşı hiss etməsini təmin edə bilər. Lakin yuxarıda deyildyi kimi hər şey qədərində olsa yaxşıdır.

    Toxunun

    Tanışlıqdan və uzun söhbətdən sonra toxuna bilərsiniz. Lakin söhbət xoşagəlməz toxunuşlardan getmir. Bunun üçün hələki, tezdir. Ona meylli dayanın və söhbət zamanı kürəyinə və qoluna astaca toxunun. Toxunmaq qarşıdakı insanla maraqlandığınız anlamına gəlir.

    Göz kontaktı

    Əgər bir insanın gözlərini içinə baxa bilmirsinizsə, onunla sağlam bir münasibət qura bilməzsiniz. Lakin bir məqam var ki, ilk tanışlıq zamanı qarşı tərəfin gözlərinin içinə baxmaq çətin olur. Gözləriniz otağın bir küncünə ya da hər hansı bir əşyaya zillənir. Lakin əlinizdən gəldiyi qədər untancınızı gizlədin və gözlərinə diqqətlə baxmağa çalışın. Bir az ehtiraslı, bir az odlu, bir az dalğın baxışlar hər bir kişinin ağlını ala bilər. Bu baxışlar ifadələrdən daha kəsrli olub işinizə yaracaq.


    alıntı
#14.03.2013 07:26 0 0 0
  • Ulduzlar bu güne ne ved edir - Günün qoroskopu 14.03.2013


    Qoç - qarışıq, mürəkkəb gündür. Ön planda olmağa çalışmayın. Arxa planda durun, günün hadisələrindən, habelə əldə etdiyiniz nəticələrdən çox adamın xəbərdar olması maraqlarınıza ziddir. İdeyalarınızı da açıqlamayın.

    Əks təqdirdə onları sizə qarşı kimsə reallaşdıra bilər.
    Maliyyə işlərinizdə qayda yaradın.
    Sənədləşdirmələr və hüquqi məsələlərin həlli üçün uğurlu gündür.

    Yaxın ətrafınızdakı insanlarla münasibətlərin pisləşməməsi üçün danışmaqdan daha çox dinləyin. Diqqətli olun, faydalı məlumatı qaçırmayın. Şəxsi münasibətlərdəki problemi həll edin.

    Buğa - əhvalınız dəyişkən olacaq. Xırda məsələlər və detallara görə qayğılanmayın. Eyni zamanda, heç bir səbəb olmadan eyforiyaya qapılmayın.

    Müsbət təmayüllərin təsiri güclü olacaq və bu səbəbdən də günün ikinci yarısından etibarən proseslər sizə sərfəli məcrada cərəyan edəcək.

    Maraqlı görüş, tədbirə dəvət istisna deyil. Bütün bunlar əhvalınızı yaxşılaşdıracaq.
    Həddən artıq ciddi işləri bu günə planlaşdırmayın.

    Əkizlər - asan gün deyil. Mühüm məlumat və çox dəyərli təcrübə əldə edə bilərsiniz. Vaxtınızı ikinci dərəcəli işlərə sərf edərək də keçirə bilərsiniz.

    Çox yəqin ki, belə vaxt "qətli" xoşunuza gəlsin. Lakin belədə əvvəllər başladığınız işləri başa çatdırmaq, planlarınızı reallaşdırmaq şanslarını itirəcəksiniz.

    Ekstravaqantlıq etməyin, qeyri-adi saydığınız əşyalara və ənənəvi olmayan əyləncələrə pul xərcləməyin.

    Şəxsi münasibətlərdə soyuqqanlı və ayıq olun. Rəğbətə əsla layiq olmayan insanları özünüzə çox yaxın etməyin. Tədbirlərdə çıxış etməyə can atmayın. Daha çox dinləyin, müşahidə edin.

    Xərçəng - asan və sadə gün deyil. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə çətinliklərin yaranmaması üçün ifrat dərəcədə tələbkar, dəyərləndirmələrinizdə sərt olmayın.

    Ehtiyac duyulmayan vaxtda və yerdə fikrinizi söyləməyin, mövqeyinizi tam açıq bildirməyin. Bütün bunlar münaqişələrə səbəb ola bilər. Yaxşı tanıdığınız, bələd olduğunuz insanlarla təmaslarla kifayətlənin. Yad təsir altına düşməyin.

    Maliyyə problemlərini tələsik həll etməyə çalışmaq, bədxərclik etmək arzuolunmazdır. Bu gün əsla kredit və ya borc götürməyin. Nüfuzunuzu qoruyun.

    Bədxahlarınızın yaydıqları şayiələr və dedi-qodular imicinizə ağır zərbə vura bilər.

    Şir - bu günü fayda ilə keçirməyə çalışın. Adi günlərlə müqayisədə bu gün tənbəl, süst, ətalətli olmayın. Astagəl davranışlarınız əhvalınızı korlayar, sizi hövsələsiz və qıcıqlı edə bilər.

    Pullarla maksimal dərəcədə qənaətli davranın, lazımsız əşyalar almayın. Riskli anlaşmalarla razılaşmayın, vədlər verməyin. Məxaric əvəzinə mədaxili düşünün.

    Günün ikinci yarısı sizi sevindirəcək. Xoş sürprizlər, uzun müddətdən bəri gözlənilən xəbərin alınması və ya görüş istisna deyil.
    Qonaq qəbul etmək üçün əlverişli gündür.

    Qız - sirlərinizi faş etməyin, mübhəm saxlanmalı olan məqamları aşkarlamayın. Bundan bədxahlarınız və rəqibləriniz yararlana bilərlər.

    Kiçik, önəmsiz məsələlərə görə hirsli, qıcıqlı olmayın. Sizə çox xoş münasibət bəsləyən və uğurlarınızı arzulayan insanlarla sərt davranmayın.
    Həyata baxışlarınızı anlamayan yaşlı qohumlarınızla fikir ayrılıqları və anlaşılmazlıqlar ola bilər.

    Axşam saatları maraqlı əyləncə, macəra zamanıdır. Yaxşı istirahət edin və axşam saatları üçün nəzərdə tutduğunuz işlərin bəzilərini sabaha saxlayın.

    Tərəzi - bəzi problemlər ola bilər. Buna rəğmən, uğurlu gündür. Müsbət təmayüllərin təsiri zəif olmadığından pərişanlıq və ruh düşkünlüyü çox çəkməyəcək.

    Günün ikinci yarısında sevinəcəksiniz. Əvvəllər öhdəsindən gələ bilmədiyiniz və ya yarımçıq qalan işləri bu gün başa vurun.

    Yaxınlarınızla ünsiyyət üçün uğurlu gündür. Sevdiyiniz adama çoxdan bəri demək istədiyiniz, amma deyə bilmədiyiniz kəlmələri söyləyin. Sözləriniz anlayışla qarşılanacaq.

    Əks cinsin mənsubu ilə təmaslar üçün əlverişli gündür.

    Əqrəb - yüksək intellektual aktivlik günüdür. Parlaq ideyalar, orijinal yaradıcı tapıntılar istisna deyil. Başladığınız işlərin hamısını tam bitirin, lazımi nəticəyə nail olmağa çalışın.

    Tədris, təhsil, imtahanlara hazırlaşmaq üçün əlverişli gündür. Nüfuzlu insanla görüş uğurla başa çatacaq və ondan dəstək alacaqsınız.

    Əfsuslar olsun ki, emosional fon stabil deyil. Müsbət təmayüllərin güclü təsirinə rəğmən, qüssələnə, hətta qəmlənə bilərsiniz. Sizi çox ağır duruma sala biləcək çətinliklə üzləşməmək üçün davranış və hərəkətlərinizdə rəvan olun.

    Problemlər yaransa da, onlar qısamüddətlidir. Çətinliklərin öhdəsindən gələcəksiniz.

    Oxatan - gün maraqlı olacağını vəd edir. Həyat tonusunuz yüksəkdir və bir dəqiqə rahatlıq, sakitlik, fasilə bilmirsiniz. İşlərinizi maraqlı qurun və belədə müttəfiq, tərəfdaş və ya şərik asanlıqla tapacaqsınız.

    Bu gün başlayacaq romantik münasibətlərin çətin ki, ciddi davamı olsun. Amma bu münasibətlər sizə xoş anlar yaşada bilər.

    Dostlarla görüş və ya ailədə tədbir yaxşı keçəcək. Darıxmayın, başqalarını da darıxmağa qoymayın.

    Uşaqlarla ünsiyyət üçün əlverişli gündür. Onlarla səmimi olsanız, istirahət edəcəksiniz.

    Oğlaq - gün çoxsaylı yeniliklər və gözlənilməzliklər vəd edir. Yeniliklərin əksəriyyəti xoşdur. Amma bir qədər çaş-baş qaldığınızdan bunu tezliklə anlamırsınız.

    Maraqlı görüş, sizdə rəğbət doğura biləcək insanlar tanışlıq mümkündür. Həmin insanlardan biri dostunuza çevrilə bilər.
    İşlə bağlı hissiyatınız güclüdür və mənfəət, gəlir vəd edən layihə, sifariş, işi duyursunuz.

    İmkan varsa, alış-veriş uğurlu ola bilər. Günü yalnız ifrat küsəyənlik poza bilər. Yaxın ətrafınızdakı insanların uğurlu olmasa da, zarafatyana qeydlərinə sərt reaksiya verməyin.

    İllah da ki, ünvanınıza söylənən tənqidlər ilk baxışdan göründüyü təki, sərt deyil.

    Dolça - İşdə və ya ailədə dəyişikliklər ola bilər. Yeniliklər gözləntilərinizdən də ciddidir. Fəqət yeni situasiyada çaşıb qalmayın, necə və niyə fəaliyyət göstərmək gərəkdiyini tez anlayacaqsınız.

    Səmimi olun, fikirlərinizin hamısını olmasa da, bir qismini dilə gətirin.
    Qəfil hədiyyə ala bilərsiniz. Köhnə dostlar özlərini xatırladacaqlar. Onlarla birlikdə vaxtınızı xoş keçirə bilərsiniz.

    Axşam saatları səs-küylü tədbirə qatılmayın, sakit istirahəti seçin.
    Görməyə sevinəcəyiniz insanları qonaq çağıra bilərsiniz.

    Balıqlar - Günün ilk yarısı əhvalınız o qədər də yaxşı olmayacaq. Baş verənlər sizi qıcıqlandıracaq. Yaxın ətrafınızdakı insanları sinirləndirəməmək üçün təmkinli, soyuqqanlı olun.

    Əks təqdirdə dəyər verdiyiniz insanlar sizə dözmək üçün möcüzəli səbr nümayiş etdirməli olacaqlar. Nə qədər qəribə də olsa, həmin insanlar səbrli davranacaqlar və bunun sayəsində münaqişələr baş verməyəcək.

    Günün ortalarında bir neçə kiçik, amma xoş hadisə baş verəcək. Pozitiv təmayüllərin təsiri güclənəcək. Axşam saatlarına qədər olan vaxt xoş təsir bağışlayacaq.

    Axşam isə dostlarla görüş, istirahət və ya romantik ünsiyyət üçün əlverişli vaxtdır.
#14.03.2013 07:14 0 0 0
  • Bürclere göre xüsusiyyetlerimiz - Bürcler neleri sever

    Qoç:
    Diqqət çəkməyi, tam təbiriylə "şok etməyi" sevər.
    Parlaq, canlı, klas olmayan parçalar seçməlidir.

    Buğa:
    Paltar və aksesuarların bədəndə yaratdığı yumşaqlığı önəmsəyər.
    Kaşmir və ipək kimi yumşaq parçalarla özünü yaxşı hiss edəcəkdir.

    Əkizlər:
    Hər daim canlıdır.
    İçindəki uşağın yaramazlığını əks etdirəcək çox parçalı Kombinə yaratmalıdır.

    Xərçəng:
    Bəyənilmə arzusunu sıx olaraq yaşar.
    Qəşəng, qadına xaslığını vurğulayan, klas paltarlarla çox xoşbəxt olacaq.

    Şir:
    Hər şeyin ən göstərişlisini, ən lüksünü arzular.
    Parlaq rənglər və metallik təsirlərdən bolca faydalanmalıdır.

    Qız:
    Vaxtsız və incəliklə önə çıxan parçalardan ibarət olan, əsla həddindən artığa qaçmayan bir qardirob yaratmalıdır.

    Tərəzi
    Romantizm, stilində də təsirini davam etdirir.
    Bağ və elit parçalarla xanım xanımcıq görünəcək.

    Əqrəb:
    Transparan incəliklə qadına xaslığını gözlər önünə sərəcək tünd rənglərə yönəlməlidir.

    Oxatan:
    Kəşflərə və azadlığa düşkünlüyü səbəbiylə rahatlıqdan imtina edə bilməz.
    Naxışlı üstləri və qırpılmış jean'ları ondan daha çox sevən yoxdur.

    Oğlaq:
    Pastel torpaq rənglərinə üstünlük verməlidir.
    Risk etməyən, bədəni göstərməyən, karizmatik parçalarla mükəmməlliyə çatacaq.

    Dolça:
    Uçuq və marjinal, yeniliklərə açıqdır.
    Firuzəyi tonlarıyla tarazlıq tapır, trendləri izləmək yerinə trend yaradır.

    Balıq:
    Nariniyi, qadına xaslığı işarələyən, su yaşılı və su mavisi kimi rənglərlə özünü ifadə edər.
    Çox həssas ayaqlara sahib olduğu üçün ayaqqabı almağı çox sevər.
#14.03.2013 07:09 0 0 0

  • noimage


    Bu gün döndüm de içime bakdım
    İçim yanğın yeri... yüregim kör
    Hasretinin bırakdıgı ateşler sarmış tenimi
    Sensizlik azabı meger Cehennem
    Yetmez`mi ayrılık... yetmez mi hasret
    `Gel` desen `Gelirim` demişdin,
    bende `GEL` diyorum `GEL`
    Nolur bir gün bende, bende o güzel
    O Nur alemini, Cennet`i görem

    noimage

    ceylan
    14.03.2013
#14.03.2013 06:36 0 0 0
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage


    1924. Azərbaycan SSR Xalq Maarif Komissarlığı “Qədim abidələrin qeydə alınması və onların mühafizəsi” haqqında qərar qəbul edib

    1924. Azərbaycan Kommunist (bolşevik) partiyasının IX qurultayı başa çatıb

    1937. Azərbaycan IX Fövqəladə sovetlər qurultayında Azərbaycan SSR-in yeni konstitusiyası qəbul edilib

    1938. Azərbaycan aşıqlarının II qurultayı başa çatıb

    1974. İlk azərbaycanlı inşaat dəstəsi Baykal-Amur magistralının (BAM) tikintisinə yola salınıb

    2006. Azərbaycan Respublikası və Rumıniya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb

    2008. Rövnəq Abdullayev AFFA-nın prezidenti seçilib.
#14.03.2013 06:06 0 0 0
#14.03.2013 05:55 0 0 0
  • Kenan MM - Darıxacaqsan dinle


    [video=youtube;bHQPG6ulDRs]http://www.youtube.com/watch?v=bHQPG6ulDRs[/video]
#14.03.2013 05:54 0 0 0
  • Kenan MM - Nigaran qalma dinle

    [video=youtube;9YS8KiDdcg0]http://www.youtube.com/watch?v=9YS8KiDdcg0[/video]
#14.03.2013 05:53 0 0 0
#14.03.2013 05:51 0 0 0
#14.03.2013 05:50 0 0 0
#14.03.2013 05:35 0 0 0
#13.03.2013 14:13 0 0 0
  • oy oy oyyy... Yaradana şükürler
    ellerin var olsun gülüm
    malesef mesaim bitti
    yarın seyrederim bu tatlı şeyleri
#13.03.2013 14:12 0 0 0
  • @AĞRAZ adlı üyeden alıntı:
    noimage


    noimage noimage



    hemen katkı da bulunayım Ceylancım kedilere hiç dayanamam ki benn
    Orijinali Göster...
    noimage

    hemen katkı da bulunayım Ceylancım kedilere hiç dayanamam ki benn


    ayy ne tatlı yavru buuu

    çok güzeller vede şirin :D
    teşekkürler canım
#13.03.2013 14:07 0 0 0
#13.03.2013 13:58 0 0 0
  • Bazen sebepsizce dolar gözlerim
    Her gün senin için ağlıyorum ben
    bakdığım her yerde senin hayalin
    Her gün daha da çok özlüyorum ben


    ceylan
    13.03.2013
#13.03.2013 13:57 0 0 0