Xurmalı-şokoladlı tortun terifi ve terkibi - Xurmalı-şokoladlı tortun hazırlanma qaydası
Tərkibi:
əsası:
3 st. qoz
3 st. xurma (dənəsiz)
3 x.q. kərə yağı
krem:
3 st. keşyu
1 st. mineral su
240 ərinmiş kərə yağı
300 q şokolad
2 st. maye bal
Bu tort üçün həmçinin kənarları açılan, diametri 26 sm olan forma gərəkdir.
Blenderdə qozu, xurmanı və kərə yağını xırdalayın. Formanın içinə qida plyonkası döşəyin. Çalınmış kütləni formaya töküb soyuducuda 2-3 saat saxlayın.
Krem: keşyunu suda 2 saat saxlayın. Yuyun. Blenderdə keşyunu, mineral suyu və balı eynicinsli kütlə alınanadək çalın. Su hamamında şokoladı və kərə yağını əridib blenderdəki qarışığa əlavə edin və yenə çalın. Soyuducudakı formanı çıxarın. Kremi şokoladlı-xurmalı əsasın üstünə çəkib hamarlayın. Soyuducuda 4-5 saat saxlayın.
Allergiyası olan əksəriyyətində məişət tozuna və kif göbələklərinə qarşı allergiya vardır. Ən çox yayılmış allergenlərdən biri – məişət tozudur.
Evin yerləşməsindən, iqlimdən, ilin fəslindən asılı olaraq yaşayış evlərində olan məişət tozlarının miqdarı geniş şəkildə dəyişə bilər.
Məişət tozu – allergenlər toplusundan ibarətdir. Onlardan ən əsası isə məişət tozu gənəsidir. Bu gənələr – adi halda insan gözü ilə görünməyən (bədən diametrləri 0,3 mm) çox xırda ölçüdə olan buğumayaqlılardır (hörümçək kimi). Onlar məişət tozunun xeyli hissəni təşkil edən - insan dərisindən qopmuş olan pulcuqlarla qidalanırlar.
Gənələr əsasən çarpayılarda və yataq dəstlərində (balış, yorğan-döşək və s.) yaşayırlar. İnsan yuxuda olarkən, dərisinin məhz bu əşyalara sürtünməsi nəticəsində öz dərisindən daha çox buynuz qişa pulcuqları xaric etmiş olur. Orta hesabla, yataq döşəyində olan 1 qram tozun tərkibində 2000-15000 sayda məişət gənəsi yaşaya bilər. Yatan insanın bədəni yatağı 20-300 C- dək qızdırır və əlavə olaraq nəmlik də yaradır. Bu isə məişət gənələrinin inkişafı üçün ideal şəraitdir.
Məişət tozuna (həqiqətdə isə gənələrlə) qarşı olan allergiya əksər hallarda öskürək, rinit (zökəm), az-az hallarda isə konyunktivit şəklində təzahür edir. Öskürək tutması xəstə oyandıqda başlayır. Xəstəliyin əlamətləri bütün il boyu qeyd edilir, havanın nəmliyinin daha yüksək olduğu payız və qış aylarında isə xəstələr özlərini daha pis hiss edirlər.
Məişət tozu ilə (yəni gənələrlə) mübarizə aparmaq üçün ən yaxşı üsul öz ətrafınızdan bu allergeni kənarlaşdırmaqdan ibarətdir. Bunu effektiv şəkildə həyata keçirmək üçün isə aşağıdakı şərtlərə əməl etmək tövsiyə olunur:
- Evinizdəki - içərisində yun, pambıq, quş tükü olan yataq əşyaları (yorğan, döşək, yastıq) sintetik ev əşyaları ilə (porolon, poliester, sintefon və s.) əvəz edin;
- Döşək, yorğan, yastıq üzlərini də sintetik materiallarla əvəz edin;
- Qalın şallardan və heyvan dərisindən hazırlanmış əşyalardan istifadə etməyin;
- Otağın döşəməsindən xalça və palazları yığışdırın. Kovrolit linoleumla əvəz edin;
- Ağır pərdələrdən imtina edin. Bu məqsədlə nazik sintetik materiallardan istifadə edin. Pərdələrin elə biçimini seçmək lazımdır ki, onlar qalın büküşlər əmələ gətirməsin (bu büküşlərdə xeyli toz yığılır!);
- Otaqlarınızda toz yığa bilən əşyalarıın sayını (kitab rəfləri, yumşaq oyuncaqlar, divan və kresloların üstünə sərilən qalın örtüklər və s.) mümkün olduqca azaldın;
- Məişətdə qəbul olunduğu kimi - yataq yerlərini sadəcə olaraq yığışdırmaq yox, onları həmçinin, yaxşı-yaxşı havaya vermək də zərurdir. İlin istənilən vaxtında səhərlər - gecə yuxusundan qalxdıqdan sonra yatağınızı yığışdırmazdan əvvəl, otağınızın qapı-pəncərəsini 30-40 dəqiqə müddətinə açaraq otağın havasını dəyişin, yataq ağlarını isə mütləq çırpın. Həftədə 1 dəfə olmaqla yastıqlarınızı, yorğan və döşəklərinizi açıq havada (məsələn, eyvanda) havaya verin. Yataq otağında olan pərdələri, yorğan və döşəklərin üzlərini müntəzəm olaraq yuyun və yataq ağlarını mümkün olduqca daha tez-tez dəyişin.
- Evinizdə təmizlik işləri görərkən tozsorandan tez-tez istifadə edin, döşəkləri müntəzəm olaraq tozsoranla yaxşı-yaxşı təmizləyin və çalışın ki, bu zaman allergiyası olanlar yanınızda olmasınlar. Hazırda satışda, xüsusi taxmaları olan kifayət qədər güclü tozsoranlar vardır ki, onların köməyi ilə yorğan-döşəyi yaxşı-yaxşı təmizləmək olar. Ancaq hətta bu tozsoranlar da məişət tozu gənələrinin hamısını xaric etməyə imkan vermir. Satışda həmçinin, gənələri məhv edə biləcək xüsusi spreylər də satılır. İl ərzində 4-5 dəfə olmaqla mənzilinizdəki yorğan-döşəyi, yumşaq mebeli bu spreylərlə işləmək-təmizləmək lazımdır. Belə işləmədən sonra xalça və ya döşəklərin səthlərini tozsoranla yaxşı-yaxşı təmizləmək lazımdır. Çünki ölü gənələr də diri gənələr kimi eyni allergik reaksiyanı törədə bilərlər.
Gənələr üçün əsas qidalardan biri - yataqda olduğumuz zaman qabıqlanaraq qopan dərimizin xırda hissəcikləridir. Xüsusi yataq örtükləri bu hissəciklərin döşək və balışların daxilinə düşməsinə mane olur ki, bunun da nəticəsində onlarda yaşayan gənələrin miqdarını azalmış olur.
- Ümumiyyətlə, yataq otağlarından başqa, digər otaqlarda da müntəzəm olaraq tozsoranla və nəm əski ilə təmizlik işləri aparmaq lazımdır. Otaqların döşəməsinə, kreslolara, divanlara, pərdələrə xüsusi diqqət verməyiniz tələb olunur.
- Mənzillərinizdə ev bitkiləri saxlamayın.
Bütün bu məsləhətlər həm məişət tozuna qarşı allergiyası olanlara, həm də digər allergiya novləri (qida, kimyəvi maddələr və s.) olan şəxslərə aiddir. Hipoallergen məişət şəraiti - allergiyası olanların sağlamlığının qorunması üçün böyük əhəmiyyətə malikdir. Ona görə də ailədə allergiyası olan ailə üzvü vardırsa, onun üçün hipoallergen şərait yaratmaq məqsədi ilə hər bir vasitədən istifadə etmək lazımdır.
İmmunitetin artırılması üsulları - İmmunitetin möhkemlendirilmesi yolları
İmmunitetin möhkəmləndirilməsi üçün xalq təbabəti üsullarını sizə təqdim edirik:
[HR][/HR]
- ½ stəkan çuğundur şirəsi + ½ stəkan kök şirəsi + 1 xörək qaşığı bal və + 1 xörək qaşığı limon şirəsi. Hazırlanmış bu qarışıqdan səhər və axşam saatlarında 1 xörək qaşığı içmək lazımdır.
- 1 xörək qaşığı üzüm (tumsuz), 7 ədəd qozun ləpəsi və 7 ədəd ərik qurusu götürüb onları xırda-xırda doğrayaraq bir-biri ilə qarışdırın. Üzərinə 1 çay qaşığı bal və ½ limonun şirəsini əlavə edin. Alınan bu qarışığı yaxşı-yaxşı qarışdırdıqdan sonra onu hər dəfə 1 xörək qaşığı (uşaqlara isə 1 çay qaşığı) olmaqla axşam – yatmamışdan bir qədər əvvəl qəbul edin.
- ½ limonu boşqabda qabığı ilə birlikdə xırda-xırda doğrayın (sirəsi qalmaq şərtilə). Üzərinə orta ölçüdə olan 7-8 diş sarımsaq xırda-xırda doğrayın. Bunları ½ litrlik şüşə bankaya yığaraq üzərinə qaynadımış soyuq su töküb doldurun. Bu qarışığı 4 gün ərzində qaranlıq yerdə saxladıqdan sonra onu soyuducuya qoyun (içərisindəki limon və sarımsaqları alınan şirədən ayırmamaqla). Alınan bu tərkibi hər gün yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla daxilə qəbul etmək tövsiyə olunur. Bankada şirənin miqdarı az qaldıqda bu tərkibi başqa bir bankada yenidən hazırlamaq (bunun qəbulunda fasiləyə yol vermədən oktyabr ayından mart ayına qədər qəbul etmək) lazımdır.
- 500 qram xırdalanmış qoz + 300 qram bal + 100 qram aloe şirəsi və 4 ədəd limonun şirəsini yaxşı-yaşı qarışdıraraq 1 gün ərzində qaranlıq yerdə saxlayın. Alınan tərkibi 1 xörək qasığı olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq qəbul etmək məsləhət görülür.
- ½ stəkan üzüm + 2 ədəd limon (qabıqlı) + 1 stəkan qoz ləpəsi + ½ stəkan badam ləpəsi. Qoz və badamı qabaqcadan xırdalamaq, limonlarları isə tumları çıxarılmaqla sürtgəcdən keçirmək və ya ət maşınında çəkmək lazımdır. Bu qarışığın üzərinə ½ stəkan bal əlavə edib yenidən qarışdıraraq 3-5 gün ərzində otaq temperaturunda qaranlıq yerdə saxlamaq tövsiyə olunur. Alınan bu tərkib gündə bir dəfə, 1 xörək qaşığı olmaqla yeməkdən 1 saat əvvəl qəbul edilir. Payız və qış aylarında bu dadlı və faydaı "dərman" hər gün qəbul oluna bilər.
- 0,5 kq quşüzümünü əzib, üzərinə 1 stəkan qoz ləpəsi və 2-3 ədəd doğranmış yaşıl alma (qabıqlı şəkildə) əlavə edin. Daha sonra bunların üzərinə 0,5 stəkan su və 0,5 stəkan şəkər tozu əlavə edərək vam odda bişirin. Alınan bu tərkibi şüşə bankalara yığaraq, immuniteti möhkəmləndirmək məqsədi ilə, gün ərzində 2 dəfə (səhər və axşam) 1 xörək qaşığı olmaqla qəbul etmək tövsiyə olunur.
- ½ stəkan ağ turp və kök şirəsinin üzərinə 1 xörək qaşığı bal və 1 xörək qaşığı limon şirəsi əlavə edərək qarışdırın. Epidemiya dövrlərində alınan bu qarışığı, gündə 2 dəfə (səhər və axşam) olmaqla 1 xörək qaşığı həcmində qəbul etmək lazımdır.
- Qara qarağat, moruq yarpaqları və itburnu meyvələrinin üzərinə qaynar su töküb saxlayın. Soyuduqdan sonra gündə ½ stəkan olmaqla (üzərinə ½ çay qaşığı bal əlavə etməklə) qəbul edin.
- Əksər hallarda diqqət yetirmədiyimiz qızılağacın hamaş meyvəsi və dəvətikanı kimi bitkilər də virusəleyhinə təsirə malikdirlər. Onların tərkibində, kimyəvi qurluşuna görə insan orqanizmində virus infeksiyaları ilə mübarizə aparan, interferona oxşayan adoptogenlər vardır. Bu bitkiləri birlikdə və ya ayrı-ayrılıqda olmaqla dəmləməklə çay şəklində qəbul etmək olar.
- ½ stəkan cücərdilmiş buğdanı (kiçik ağ cücərtilər çıxandan sonra) həvəngdəstədə əzib üzərinə ½ stəkan bal və 2 xörək qaşığı aloe şirəsi əlavə edib qarışdırın. Alınan qarışığı 1 ay ərzində gündə 3 dəfə yeməkdən qabaq, 1 xörək qaşığı olmaqla qəbul etmək lazımdır.
- Hərəsindən 1 xörək qaşığı olmaqla badrənc, nanə, dazıotu, cökə ağacı çiçəkləri götürüb üzərinə 1 litr qaynar su əlavə edin. 15-20 dəqiqə keçdikdən sonra dəmləməni süzün və gün ərzində qəbul edin.
- Bir barmaq ölçüsündə olan zəncəfil kökünü təmizləyib xırda sürtgəcdən keçirib üzərinə 1 litr qaynar su əlavə edin. Bir qədər soyuduqdan sonra üzərinə xırda-xırda doğranmış 1 ədəd limon (qabığı ilə birlikdə) və bir qədər bal (zövgə görə) əlavə edərək qarışdırın. Alınan qarışığı gündə 1 dəfə ½ stəkan olmaqla qəbul edin.
- 300-400 qram təmizlənmiş balqabağı sürtgəcdən keçirib üzərinə 300 qram bal və qabığı ilə birlikdə (tumları çıxarılmaqla) ət maşınında çəkilmiş 2-3 ədəd limon əlavə edin. Alınan qarışığı soyuducuda saxlayın və hər gün 1 çay qaşığı olmaqla səhər yeməyindən əvvəl qəbul edin.
- Bərabər nisbətlərdə olmaqla – qara qarağatın, exinaseyanın, badrəncin, meşə çiyələyinin qurudulmuş və xırda-xırda doğranmış yarpaqlarını və itburnu meyvələrini qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı götürüb termosa tökün və üzərinə 250 ml qaynar su əlavə edin. 3 saat keçdikdən sonra gün ərzində hissə-hissə olmaqla qəbul edin. Bu müalicənin 1 kursu 15 gündür.
- Orta ölçüdə olan 3 ədəd təmizlənməmiş almanı kiçik paylarla doğrayaraq üzərinə 1 litr qaynar su əlavə edərək, vam odda 10 dəqiqə ərzində bişirdikdən sonra 30 dəqiqə saxlayın. Alınan tərkibin üzərinə istəyinizə uyğun miqdarda bal əlavə edərək çay kimi için.
- Portağal çayı: 2 portağalın qabıqlarını xırda-xırda doğradıqdan sonra üzərinə 1/2 çay qaşığı quru qara çay və ½ litr qaynar su əlavə edin. Az bir müddət keçdikdən sonra istəyinizə uyğun olaraq üzərinə limon və şəkər də əlavə edərək çay kimi için.
- 1 xörək qaşığı yemişan meyvələri, 1 xörək qaşığı itburnu meyvələri, 1 xörək qaşığı xırdalanmış moruq yarpaqları, 1 xörək qaşığı quru yaşıl çayı qarışdırıb üzərinə 1 litr qaynar su əlavə edin. Dəmləmə hazır olduqdan sonra üzərinə istəyinizə uyğun miqdarda bal da əlavə edərək çay kimi için.
- 1 xörək qaşığı qatırquyruğu bitkisinin üzərinə, 1 stəkan qaynar su əlavə edib 1 saat gözlədikdən sonra süzərək gün ərzində qəbul edin.
- 2 xörək qaşığı üçbarmaq (pişikdili) bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edib, 1 saat gözlədikdən sonra süzərək gün ərzində qəbul edin. (Bu, 1 günlük normadır). Bu dəmləməni içərkən ona zövgünüzə görə limon və bal da əlavə edə bilərsiniz.
- Bərabər nisbətlərdə olmaqla çiyələk yarpaqları, üçbarmaq (pişikdili) otu, çobanyastığı çiçəklərini qarışdırdıqdan sonra, bu qarışıqdan 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökün, bir qədər keçdikdən sonra çay kimi için.
- 1 xörək qaşığı darı və ya çovdar kəpəyinin üzərinə 2 stəkan su əlavə edərək 30 dəqiqə ərzində qaynatdıqdan sonra, üzərinə 1 xörək qaşığı bal əlavə edin. Bu dəmləməni ilıq şəkildə olmaqla gündə 3 dəfə (hər dəfə 50 q miqdarında) qəbul edin.
- 2 xörək qaşığı qurudulmuş itburnu meyvələrini xırdaladıqdan sonra, üzərinə ½ litr qaynar su əlavə ederək, 15 dəqiqə ərzində vam odda qapağı kip bağlanan qazanda qaynadın. Bir gecə saxladıqdan sonra ertəsi gün səhər bir neçə qat tənzifdən keçirməklə süzdükdən sonra, üzərinə zövgünüzə görə bal əlavə etməklə çay kimi için.
- İmmun sistemin möhkəmləndirilməsi üçün ən yaxşı vasitələrdən biri yumurta qabığının tozundan istifadə etməkdir. Bir neçə ədəd yumurtanı (yaxşı olar ki, mağazadan alınan yox, kənd toyuğu yumurtaları olsun) suda bişirib qabıqlarını soyduqdan sonra onların daxili səthində olan nazik pərdələrini çıxarın. Qabıqları tavaya töküb qızartdıqdan sonra toz şəkli alana qədər həvəngdəstədə əzin. Çay qaşığının uc hissəsində az miqdarda götürməklə üzərinə limon sıxıb gündə 2-3 dəfə yeməkdən sonra qəbul edin və ya yediyiniz qidanın üzərinə əlavə edin.
- İynəyarpaqlı ağacın yarpaqlarından 2 xörək qaşığı götürərək üzərinə 0,5 litr qaynar su əlavə etdib, ağzı bağlı şəkildə olmaqla, vam odda 20 dəqiqə ərzində qaynadın. 30 dəqiqə keçdikdən sonra üzərinə 1 çay qaşığı bal əlavə edərək hər dəfə ½ stəkan (uşaqlara 2 xörək qaşığı) olmaqla gündə 2 dəfə qəbul edin.
- Axşamüstü orta ölçüdə olan 1 baş sarımsağı təmizləyib əzdikdən sonra, üzərinə 1 stəkan təzə kefir əlavə edin. Alınan qarışığı ertəsi gün 2-3 dəfəyə olmaqla için. Kurs müalicəsi 15 gün təşkil edir.
- Orta ölçüdə olan 1 ədəd soğanı kiçik dişli sürtgəcdən keçirib üzərinə 1 stəkan qaynar süd tökün. Soyuduqdan sonra bu dəmləməni gündə 2 dəfə - hər dəfə 1/2 stəkan olmaqla qəbul etmək lazımdır. Müalicə kursu 15 gündür.
- Yaşıl qozları xırda gözlü surtgəcdən keçirdikdən sonra 1:1 nisbətində olmaqla bal ilə qarışdırın. Alınan qarışığı şüşə qaba yığaraq ağzını sıx şəkildə bağladıqdan sonra 1 ay müddətində qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Həftədə 1 dəfə bu qarışığı yaxşıca silkələməklə qarışdırın. 1 ay keçdikdən sonra alınan qarışıqdan 1 çay qaşığı ilə gündə 3 dəfə yeməkdən qabaq qəbul etmək lazımdır. Müalicə kursu 1 ay davam etdirilməlidir.
- Hərəsindən 100 q olmaqla qabaqcadan xırdalanmış tozağacı tumurcuqları, solmaz çiçəyi, dazı otu, çobanyastığı güllərini bir-biri ilə qarışdırın. Axşam bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin və isti yerdə ½ saat ərzində saxlayın. Alınan dəmləməni 1 neçə qat tənzifdən keçirməklə süzün. Yatmamışdan əvvəl ½ stəkan həcmində olan dəmləməni bir qədər qızdıraraq, üzərinə 1 çay qaşığı bal əlavə edərək için.
- Almanı xırda gözlü sürtgəcdən keçirin. Üzərinə 1 çay qaşığı üzüm, doğranmış ərik və qara gavalı qurusu tikələri, 1 xörək qaşığı xırdalanmış qoz, 1 xörək qaşığı bal, limonun yarısının şirəsi və isladılmış yulaf yarmasını ("herkules") əlavə edin. Yulaf yarması belə hazırlanır: 1 xörək qaşığı "herkules"in üzərinə 4 xörək qaşığı qaynadılmış soyuq su əlavə edərək 30-40 dəqiqə saxlamaq lazımdır. Bu üsulla hazırlanmış səhər yeməyinin acqarına qəbul edilməsi sizə payız-qış aylarında bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qorunmağa imkan verəcəkdir.
- 1 xörək qaşığı topinambur (yeralması) tozunun (apteklərdə satılır) üzərinə 1 stəkan qaynar su töküb qarışdırın. Dəmləmə soyuduqdan sonra onu yaxşıca süzün. Alınan dəmləməni 1 xörək qaşığı ilə gün ərzində 3-4 dəfə qəbul etmək lazımdır.
- 200 q itburnu meyvəsi, 100 q şam ağacı tumurcuqları, 100 q boymadərən, 100 q adaçayı bitkilərini qarışdırın. Alınan qarışğın üzərinə 3 litr qaynar su əlavə edərək vam odda 15 dəqiqə ərzində ağzı bağlı şəkildə qaynadın. Qazın üstündən götürdükdən sonra üzərini qalın ədyalla örtərək 1 gün ərzində saxlayın. Alınan dəmləməni tənzifdən keçirməklə yaxşıca süzün, üzərinə 100 ml "çaqa" göbələyinin ekstraktını (bunun üçün aptekdən "befungin" alın), 100 ml aloe bitkisinin şirəsini və ½ kq bal əlavə edin. Alınan tərkibi yaxşı-yaxşı qarışdırın və 1 gün saxlayın. Bu balzamı payız-qış aylarında 1 xörək qaşığı ilə gündə 3 dəfə olmaqla yeməkdən 1 saat qabaq qəbul etmək lazımdır.
Uşaqlarda immun sistemi - İmmun sisteminin formalaşması haqqında
[HR][/HR]
Orqanizmin digər sistemləri kimi immun sistemi də yaşa uyğun olaraq müəyyən dəyişikliklərə uğrayır. 15-16 yaşlarında immun sistemi tam şəkildə inkişaf etmiş olur.
İmmun sisteminin formalaşmasında həkimlər 3 kritik dövr olduğunu qeyd edirlər. İmmun sisteminin formalaşmasının bu dövrlərini bilmək, valideynlərə, onların uşaqlarının həyatının bu və ya digər dövrlərində daha tez-tez xəstələnmələrinin səbəblərini bilməkdə kömək edəcəkdir.
1. Birinici kritik dövr. Bu, yenidoğulma dövrüdür (uşağın həyatının ilk 29 günü).
Bu dövrdə uşaqları maksimal şəkildə müxtəlif viruslardan və mikroblardan qorumaq, onun dərisinə, göbək yarasına müvafiq şəkildə qulluq göstərmək lazımdır. Uzaq nəsillərdən bəri bizə qədər gəlib çatan belə bir adətimiz vardır: yeni doğulmuş körpə olan evə 40 gün ərzində digər adamların gəlməsi qadağan edilməlidir. Bu, yeni doğulmuş körpənin viruslardan və mikroblardan qorumasının ən ideal üsuludur. Bundan sonra isə immuitetin inkişaf etməsi üçün uşağa ana südü ilə qidalanma və antigen yüklənmə (müxtəlif mikroblar, viruslarla təmasda olmaq) tələb olunur ki, bu zaman immun sistemi həmin mikrobları “yaddaşında saxlayır”.
2. İkinci kritik dövr. Bu dövr uşağın həyatın 3-6-cı aylarını əhatə edir. Bu dövrdə uşağın qanında ona anası tərəfindən verilmiş olan anticisimlərin miqdarı azalır (xüsusən də uşaq süni qidalanma rejiminə keçdiqdə). Bu dövrdə həmçinin uşaqda yerli immunitet (selikli qişalar) çox zəif olduğu üçün kəskin respirator virus infeksiyalarının bir neçə dəfə təkrar olunması qeyd edilir. Bir çox anadangəlmə immunodefisitlər də bu dövrdə özünü büruzə verməyə başlayır. Bu yaşda olan uşaqlar tənəffüs orqanlarının xəstəliklərinə və bağırsaq infeksiyalarına, qida allegiyalarına daha çox məruz qalırlar. Müəyyən infeksiyalara qarşı aktiv immunitetin formalaşması üçün bu dövrdə vaksinasiya (və sonra revaksinasiya) edilməsinə başlamaq xüsusilə vacib hesab edilir.
3. Üçüncü kritik dövr - uşağın həyatının 2-ci ilinə təsadüf edir. Bu zaman onun ətraf mühitlə olan təmasları xeyli artmış olur. Bu dövrdə uşaqda olan müxtəlif anadangəlmə anomaliyalar və diatezlər özünü büruzə verə bilər.
Hər bir ana bilməlidir ki, həyatının ilk illərində uşaq xəstələnməyə bilməz. Çünki bu dövrdə onun immun sistemi hələ tam şəkidə formalaşmır. Doğulana qədər uşağın steril olan orqanizmi, doğulduqdan bilavasitə sonra mikroblarla zəngin olan mühitə düşür və o daim onlarla "döyüşməli" olur. Bu isə onun xəstələnməsi deməkdir. İmmunoloqlar hesab edirlər ki, əgər uşaq bağçaya gedənə qədər həyatının ilk 3 ilində praktik olaraq heç bir xəstəlik keçirməyibsə, bu heç də sevinclə qarşılanmamalı, əksinə.... ciddi narahatçılıq kimi qəbul olunmalıdır. Bu, o deməkdir ki, uşaq həyatdan təcrid edilmişdir. Bu da sonradan xəstəliklərin daha ağır keçməsinə və daha çox fəsadlar verməsinə səbəb ola bilər. Ona görə də uşağın immun sistemi müxtəlif infeksiyalarla görüşməklə məşq etməlidir.
Digər tərəfdən, əgər uşağınız il ərzində 5-6 dəfədən artıq xəstələnirsə və (və ya) bu xəstəlik 14 gündən artıq davam edərsə, bu, immun sisteminin qeyri-normal reaksiyası hesab olunur və həkim-pediatr və immunoloq tərəfindən müəyyən müayinələr aparılmasını tələb edir.
Valideynlər uşağın "normadan" artıq sayda xəstələnməməsi üçün bütün qoruyucu qaydalara əməl etməlidirlər. Məlumdur ki, uşaqlar digər uşaqlarla nə qədər çox təmasda olurlarsa, onların infeksiyalara yoluxma ehtimalı daha çox olur. Bu, ilk növbədə bağçaya gedən uşaqlara aiddir. Ona görə də doğulduqdan sonra daha tez-tez və uzun müddət ərzində xəstələnən uşaqların 4-5 yaşından tez bağçaya verməsi məsləhət deyil, hətta onları bağçaya verməmək daha münasib hesab olunur.
Qrip epidemiyası dövrlərində (praktik olaraq bütün payız-qış aylarında) uşağınızla birlikdə insanların daha çox toplaşdıqları qapalı yerlərə (mağazalar, ictimai nəqliyyat, kinoteatrlar və digər yerlərə) getməməyiniz məsləhətdir.
Açıq havada oyunlara daha çox yer vermək lazımdır. Açıq havada hər hansı bir infeksiya xəstəliyi ilə xəstələnmiş uşaqdan yoluxma ehtimalı qapalı yerlərə nisbətən dəfələrlə az olur.
Əgər siz istənilən halda uşağınızı bağçaya verməli olsanız və ya o hər hansı inkişaf qrupuna və ya insanların daha çox toplaşdıqları yerlərə getməli olursa, bu halda onu soyuqdəymədən qorumaq üçün aşağıdakı ən sadə üsullardan istifadə edə bilərsiniz:
- çölə çıxmamışdan əvvəl uşağın burnunun selikli qişasına "Viferon" məlhəmi (və ya digər məlhəmi, həkimin məsləhəti ilə) sürtün.
- evə qayıtdıqdan sonra onun burnunun seliki qişasını apteklərdə satılan istənilən duz məhlulu ilə yuyun. Uşağın burnuna dəniz duzu məhlulu (bir stəkan suya 1 çay qaşığı olmaqla) damızdırmaq, bir qədər iri yaşda (3-4 yaşlarında) olan uşaqların isə boğazlarını da duz məhlulu ilə yaxalamaq olar.
- uşağınızı tez-tez əllərini yumağa öyrəşdirin - yeməkdən əvvəl, çöldən evə gəldikdə, tualetdən çıxdıqda və s. Həkimlər tez-tez təkrar edirlər ki, infeksion və parazitar xəstəliklərin çox hissəsi məhz çirkli əllərdən keçir. Bu xəstəlikləri hətta belə də adlandırırlar "çirkli əllər xəstəlikləri". Əllərini tez-tez yumağa öyrəşən uşaq bu xəstəliklərdən qorumuş olacaq.
- əgər valideynlərdən və ya evdə yaşanlardan hər hansı biri soyuqlamış olarsa, mütləq xüsusi maska geyinmək, uşaqla olan təması isə ən minimum həddə çatdırmaq lazımdır. Otağın havasının tez-tez dəyişdirilməsi və yaş əsgi ilə gündəlik silinməsi də uşağın xəstələnmə ehtimalını xeyli dərəcədə azaltmış olar.
4. Dördüncü kritik dövr – uşağın həyatın 4-6-cı illərini əhatə edir. Bu dövr uşaq orqanizminin keçirdiyi virus və infeksion xəstəliklər və aparılan vaksinasiyaların təsiri altında onun orqanizmində formalaşan aktiv immunitetin toplanması ilə xarakterizə olunur.
Əsasən məhz bu yaşlarında uşaqlar bağçaya və məktəbə getməyə başlayırlar. Bu dövrün ilk altı ay-bir ili ərzində uşaq kəskin respirator virus infeksiyaları (KRVİ) və ya uşaq infeksion xəstəlikləri ilə daha tez-tez xəstələnə bilər. Bu, ev şəraitində saxlanılarkən məhtud sayda insanlarla olan təmasdan sonra immunitetin "məşq etməsi" üçün təbii proses hesab olunur. Bir qədər səbirli olub uşağın immunitetinin “yetişməsini” – tam formalaşmasını gözləmək lazımdır.
Bəzi hallarda, xüsusən də, KRVİ keçirdikdən sonra ağır fəsadlar (bronxit, sinusit, pnevmoniya və s.) yarandıqda, uşağın bağçaya getməsini bir il müddətinə təxirə salmaq lazımdır. Çünki bu dövrdə bir sıra xroniki xəstəliklərin – xroniki tonzillit (angina), adenoidit və s. bu kimi xəstəliklərin formalaşması baş verə bilər. Bunun qarşısını almaq üçün kəskin infeksiyaları vaxtında və düzgün müalicə etmək tələb olunur.
5. Beşinci kritik dövr – yeniyetmə dövrüdür (qızlarda 12-13 yaşlarında, oğlanlarda isə 14-15 yaşlarında). Bu dövrdə limfoid toxuması olan orqanların (badamcıqlar, adenoidlər) kütləsinin azalması baş verir. Bu yaşlarda sintez olunmağa başlayan cinsi hormonlar immun reaksiyaları "boğmağa" başlayır. Bu dövrdə immmun reaksiyanın güclü və zəif tipləri formalaşmış olur.
Ziyillər - uşaqlarda ən geniş yayılmış dərinin virus xəstəliyidir. Xəstəliyə bilavasitə təmasla və ya ümumi əşyalar və oyuncaqlardan istifadə etməklə yoluxmaq olur.
Dərinin uzunmüddətli nəmliyi fonunda mikrotravmaların olması (məsələn, rezin materialdan hazırlanmış ket və krasovkaların geyinilməsi nəticəsində ayaqların çox tərləməsi, hovuzlarda ayaqyalın gəzmək və s.) nəticəsində virusa yoluxma daha tez baş verir.
Adətən, ziyillərə əllərdə, üzdə, ayaqlarda rast gəlinir. Bəzi hallarda ziyillər heç bir müalicə aparılmadan öz-özünə keçib gedir. Bəzi hallarda ziyillərin zəncirotu və dəmrov otu şirəsi ilə işlənməsi də yaxşı nəticə verir.
Heç bir halda ev şəraitində ziyilləri kəsmək, yandırmaq və s. üsullarla ləğv etmək olmaz! Ziyillərin müalicəsi ilə həkim-dermatoloq məşğul olur. Onları maye azotla dondurmaqla, elektro və ya lazerokoaqulyasiya ilə aradan götürürlər. Bəzən təkcə “ana” ziyilin ləğv edilməsi digərlərinin öz-özünə keçib getməsinə səbəb olur.
süd vezisinin xestelikleri - süd vəzi fibroadenoması haqqında
[HR][/HR]
Bu xoşxassəli şiş süd vəzi toxumasından formalaşır. Adətən fibroadenoma qadın tərəfindən və ya mammoqrafiya zamanı aşkar edilir.
Fibroadenoma süd vəzinin dərinliyində olan noxud və ya qoz boyda olan kürəciyi xatırladır.
Fibroadenoma orta hesabla bir neçə sm ölçüdə olur. Lakin vaxtında müalicə olunmamış fibroadenoma böyüdükcə diametrdə hətta 40 sm və bir neçə kiloqramma çata bilər. Lakin fibroadenomanın ölşüsü əsas əlamət deyil, hətta 2 sm olan kiçik belə şiş xərçəngə keçə bilər.
Fibroadenoma tamam ağrısız olur və süd vəzinin dərinliyində asanlıqla yerini dəyişir. Onun konturları aydın və hamar olur. Fibroadenomadan fərqli olaraq süd vəzinin xərçəng şişi çətinliklə yerini dəyişir və onun konturları aydın olmur.
Fibroadenoma zamanı süd vəzinin dərisi dəyişilmir, xərçəng şişi zamanı isə süd vəzinin dərisi portağal qabığına bənzəməyə başlayır, döş giləsi isə sanki içəri girir.
Baxmayaraq ki, fibroadenoma xərçəng deyil və qadının səhhəti və həyatı üçün təhlükə yaratmır, bu şiş də xərçəngə çevrilə bilər. Bu səbəbdən fibroadenoması olan qadın mütləq mammoloqa müraciət etməlidir.
Bu xəstəliyə adətən cavan qadınlarda rast gəlinir. Adenoma hətta 14 yaşında olan qız uşağında hormonal fonun dəyişilməsinə reaksiya olaraq inkişaf edə bilər.
Adətən fibroadenoma hormonal fonun müxtəlif pozulmaları olan qadınlarda inkişaf edir. Bu zaman söhbət yalnız qadın hormonlarından getmir. Fibroadenomanın formalaşmasına orqanizmin bütün hormonları təsir edə bilər. Belə ki, qalxanvari vəzi hormonların fonunun pozulması adenomanın əmələ gəlməsinə səbəb ola bilər. Yumurtalıqlar, böyrəküstü vəzilər, hipofiz tərəfindən ifraz olunduğu hormonların tarazlığı pozulduğu halda süd vəzilərində müxtəlif xəstəliklər (o cümlədən, fibroadenoma) inkişaf edə bilər. Bu səbəbdən hormonal pozulmaları olan qadınlar daim süd vəzilərinə nəzarət etməli və lazım oladuqda mammoloqa müraciət etməlidir.
Abortlar süd vəzi xəstəliklərinin əsas səbəblərindən biridir. Məsələ burasındadır ki, hamiləlik zamanı qadının hormonal fonunda ciddi dəyişikliklər baş verir. Abortdan sonra isə orqanizm güclü hormonal stres keçirdir ki, nəticədə müxtəlif xəstəliklərin və pozulmaların inkişaf etmə ehtimalı olduqca artır. Abortdan sonra mastopatiya, süd vəzi kistaları və hətta fibroadenoma inkişaf edə bilər.
Fibroadenoma diaqnozu təsdiq olunduqda qadın ilk növbədə biopsiya müayinəsinə göndərilir. Biopsiya zamanı qadına ağrısızlaşdıran inyeksiya vurulur və daha sonra şişin mikroskopik hissəsi laborator müayinəsi üçün iynə vasitəsi ilə götürülür. Alınmış hüceyrələrin arasında atipik (xərçəng) hüceyrələri aşkar olunduqda qadın onkoloqa göndərilir. Bu halda qadına adətən cərrahi əməliyyat təyin olunur ki, nəticədə fibroadenoma və onu əhatə edən toxumalar (1-3 sm) xaric olunur.
Əgər biopsiya zamanı xərçəng hüceyrələri tapılmazsa, şişin ölçülərindən, qadının yaşından və s. səbəblərdən asılı olaraq qadın cərrahi əməliyyata göndərilir və ya daim mammoloqun nəzarəti altında qalır. İkinci halda şiş sürətlə böyüməyə başladıqda və ya xərçəng şişinə keçmə təhlükəsi artdıqda cərrahi müdaxilə tətbiq edilir.
Lakin onu da nəzərinizə çatdırmaq lazımdır ki, fibroadenoma hormonal asıllıqlı şişdir. Bu səbəbdən onun inkişaf etməsinə səbəb olan hormonal pozulma aradan qaldırılmazsa, fibroadenoma xaric olunduqdan sonra yenidən əmələ gələ bilər. Məhz buna görə fibroadenoması olan qadında bu şişin inkişaf etmə səbəbi və ya səbəbləri mütləq təyin olunmalıdır. Səbəblərdən asılı olaraq qadın ginekoloq və ya endokrinoloq həkiminə müalicə üçün göndərilir.
1918. S. Lalayevin dəstəsi Şamaxıya hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutub. Bir neçə gün davam edən qırğıda yzlərlə müsəlman qətlə yetirilib
1919. Azərbaycan parlamenti mülki və hərbi idarə qulluqçularının maaşlarının artırılması haqqında qanun qəbul edib
1920. Azərbaycan hökuməti fəhlə klublarını yenidən bağlayıb, tanınmış kommunist təbliğatçıları D.Bünyadzadə, K.İsmayılov, S.Fətəlizadə və başqaları həbs edilib
1935. SSRİ Mərkəzi İcraiyyə Komitəsi Azərbaycan SSR-i neft və pambıq istehsalı sahələrində əldə etdiyi nailiyyətlərə görə Lenin ordeni ilə təltif edib